Məhkəmə qərarları › İş №1(005)-212/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-212/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-212/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Füzuli rayon, Aybasanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 saylı ünvanda yaşayan və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3 ədəd bükümdə olmaqla ümum təmiz çəkisi 2,366 qram olan psixotrop maddə-metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yaşadığı Bakı şəhəri Nərimanov rayonu V.Plotnikov küçəsi, ev 31-də yerləşən 20 saylı mənzilə daşıyaraq orada saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində həmin psixotop maddəmetamfetaminin 1 ədəd bükümdə olmaqla 1,130 qram hissəsini üzərində saxlayaraq ünvan 2 saylı ünvanının qarşısından keçərkən həmin ünvanda Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulmuş və 18-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd bükümdə olmaqla həmin psixotop maddə-metamfetaminin 1,130 qram hissəsi onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nərimanov rayonu V.Plotnikov küçəsi, ev 31-də yerləşən 20 saylı 1 otaqlı mənzilin baxışı aparılan zaman 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetaminin digər 1,048 qram hissəsi mənzildə qoyulmuş masanın siyirməsindən, 1 ədəd bükümdə olmaqla qalan 0,188 qram hissəsi ayaqqabı dolabının içərisindən və 1 bükümdə təmiz çəkisi 0,311 qram narkotik vasitə-heroin isə ayaqqabı dolabının üstündə olan sellofan torbanın altından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, təxminən iki il olar ki, narkotik vasitədən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni bir həftə əvvəl yaşadığı küçədə adını Pərviz kimi bildiyi şəxsdən 35 manata almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 3 saylı ünvanda olarkən 3 nəfər mülkü geyimdə şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, ondan adını və soyadını soruşmuşlar. O, onlara özünü təqdim etdikdən sonra polis əməkdaşları onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin cibinə qoyduğu bir ədəd bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmçinin polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olmasını bildirmişdir. Yaşadığı evdə heç kimə bu barədə məlumat verməmişdir. Bundan sonra onun icazəsi ilə mənzilinə baxış keçirilmiş və həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatında «Seymur» adlı şəxsin Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 10 saylı ünvanda olacağı və üzərində narkotik vasitə saxlayacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə raportla tərəfindən müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Qrupa ondan başqa PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 və sahə inspektoru Şahid3 da daxil edilmişdir. Həmin gün saat 21 radələrində tərəflərindən keçirilən tədbir zamanı Nərimanov rayonu C.Hacıbəyli küçəsi 10 saylı ünvanının qarşısında «Seymur» adlı şəxs saxlanılaraq, Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ötrü raportla PŞ-nin rəisinə müraciət edilmiş, araşdırmanın davam etdirilməsi baş təhqiqatçı Emin Quliyevə həvalə olunmuşdur. Bundan sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən gümüşü rəngli siqaret kağızına bükülü olan maddəni, Nokia markalı mobil telefonu və 4 ədəd açarı könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin kakos olduğunu və həmin kakosu bir həftə əvvəl üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi Pərviz adlı şəxsdən öz istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Həmçinin yaşadığı mənzildə şəxsi istifadəsi üçün isə narkotik vasitə saxladığını da demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə tərəflərindən qablaşdırılmış bu barədə PŞ-nin baş təhqiqatçısı Emin Quliyev tərəfindən protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs özünün razılığı əsasında onun yaşadığı ünvan 4 saylı ünvanına baxış keçirilməsi prosesində iştirak etmələri üçün tərəflərindən iki nəfər şəxs hal şahidi qismində dəvət edilmiş, baxış keçirilməzdən əvvəl hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə könüllü olaraq qeyri qanuni əşyanı təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra otağın ortasında olan masanın birinci siyirməsini açaraq gümüşü rəngli siqaret kağızını təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs ayaqqabı şkafında ayaqqabılar arxasında olan sellofana bükülünü və ayaqqabı şkafının üzərindəki torbanın altında olan digər sellofana bükülünü təqdim etmişdir. Baxış vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin təqdim etdiyi bükülülər narkotik vasitədir, əvvəlcədən özü alıb bir qismini istifadə etmiş və sonrakı günlərdə isə istifadə etmək məqsədi ilə gizlətmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd bükülülər tərəflərindən qablaşdırılmış bu barədə PŞ-nin baş təhqiqatçısı Emin Quliyev tərəfindən protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Polis Şöbəsinin sahə inspektoru Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, onların məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlama və icraata qəbul etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1); Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18-19); Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmiş və təqdim etdiyi maddənin narkotik vasitə hesab olunan “kokos” olmasını bildirmişdir. (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ vət:. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr (Siyahı İ, bənd İİ, sıra №27) siyahısına daxil edilən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. QEYD: metamfetaminin təmiz çəkisi-1,130qr., tədqiqata sərf edildi- 0.1qr., qalıq-1,030qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 manatdır. (i.v. 33- 37); Baxış keçirilməsi və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Baki şəhəri Nərimanov rayonu V.Plotnikov küçəsi 31 mənzil 20 saylı ünvanda yerləşən 1 otaqlı mənzilin baxışı aparılan zaman 1 ədəd büküm mənzildə qoyulmuş masanın siyirməsindən, 1 ədəd bükümdə olmaqla ayaqqabı dolabının içərisindən və 1 bükümdə isə ayaqqabı dolabının üstündə olan sellofan torbanın altından psixortop maddəyə oxşar kütlənin aşkar olunaraq götürülmüşdür. (i.v. 40-45); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 60-61); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs oğluna qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 79-81); Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5628 nömrəli materialın məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı .. ünvandan aşkar edilmiş” yazısı olan zərfdəki, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,048qr və 0,188qr. ümumi təmiz çəkisi 1,236qr olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,311qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş metamfetaminlər, onun üzərindən götürülmüş metamfetaminlə (xx xxxxxx 2020-ci il tarixli 5367 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. QEYD:

1. heroinin təmiz çəkisi 0,311qr, tədqiqata sərf edildi 0,050 qr, qalıq 0,261qr. Metamfetaminin ümumi təmiz çəkisi-1,236qr., tədqiqata sərf edildi-0.10qr., qalıq- 1,136qram.

2. 5367 saylı rəy: metamfetaminin təmiz çəkisi 1,030 qr, tədqiqata sərf edildi 0,030 qr, qalıq 1,00qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,0 manatdır. (i.v. 91-95); Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” Bakı şəhəri Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi Bayram Alıyev tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (i.v. 96-97); Maddi sübut kimi tanıma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 102); Maddi sübut kimi tanıma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2(iki) ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 1,048 və 0,188 qram ümumi təmiz çəkisi 1,236 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamin və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,311 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış həmin narkotik vasitə olan heroindən və metamfetaminlərdən aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,261 qram heroin, 1,136 qram metamfetamin və 1,00 qram metamfetamin hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. (i.v. 103-104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlunun əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 122); 37 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi V.Plotnikov küçəsi ev 31, ev 20 ünvanında məskunlaşmış və ailə tərkibi həyat yoldaşı X3, oğlu X4 və qızı X5 ibarətdir. (i.v. 124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-cu il tarixli 669 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 129-130); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 193-194); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(005)- 212/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli xx/xx-4414 nömrəli məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx xxxxxxx 2020-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin və psixotop maddənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM- 132), cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.261 qram heroin, psixotrop maddə 1.136 qram və 1.00 qram çəkilərdə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 222 (iki yüz iyirmi iki) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar