Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-213/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akid qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 5 saylı vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Azərbaycan Dövlət iqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin qiyabi şöbəsinin 4-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ta ayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 02 iyun 2022-ci il tarixdə günortadan sonrakı saatlarda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Şəhər Tipli qəsəbə, Nardaran yolu dənizkənarı ərazidə yerləşən “Daçniklər çimərliyi" kimi adlanan ictimai çimərlik ərazisində birlikdə istirahət etdikləri tanışı Zərərçəkmiş şəxs istifadəsində olan iki qapılı “Kupe” tipli, “Mercedes Benz S 63 AMG minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun könüllü razılığı ilə təhvil götürərək təklikdə idarə edib 20 dəqiqə ərzində yaxınlıqdakı marketə yollanaraq oradan su, digər ərzaq məhsulları alıb geri həmin çimərliyə qayıdan müddətdə avtomobilin salonunda qabaq oturacaqların arasındakı kiçik ölçülü əşyaların saxlanılması üçün nəzərdə tutulan xüsusi saxlanc yeri sayılan hissədə təsadüfən Zərərçəkmiş şəxs məxsus 47600 manat dəyərində 1 ədəd istifadədə olmuş “AUDEMARS PİGUET" markalı, siferblat nın arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942” yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatının olduğunu gördükdə həmin saatı tamah niyyəti ilə xəlvətcə ələ keçirmək qərarına gəlib özgənin əmlakını gizli olaraq talama məqsədi ilə fikirləşdiyi cinayətkar plana uyğun olaraq həmin günü saat 21 radələrində onunla həmin çimərlikdə istirahət edən digər ümumi tanışları X2 idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Nərimanov rayonu ərazisinə aparıb düşürməli olan Zərərçəkmiş şəxs istifadəsində olan iki qapılı “Kupe" tipli avtomobilə sol tərəfdən sərnişin kimi əyləşərkən növbə ilə ondan sonra avtomobilə sükan arxasında əyləşmək üçün onun arxa tərəfində dayanmaqla faktiki olaraq onun avtomobilin salonundakı hərəkətlərini görmək imkanına malik olmayan Zərərçəkmiş şəxs gözündən yayınaraq sonuncunun yolda olduqları müddətdə həmin saatı saxladığı yerdə görməyib qəflətən axtara biləcəyi halda heç nə olmamış kimi saatın guya qoyub yerləşdiyi yerə düşdüyünü yalandan bildirməklə öz cinayətkar əməlinin ifşa olunmasının qarşısını almaq, habelə avtomobildən düşərkən həmin saatı rahat və gizlin şəkildə götürə bilməsinə zəmin yaratmasından ötrü avtomobilə həmin hissədən əyləşmək görüntüsünü yaradaraq avtomobilə tam əyləşmədən əyilib əlləri ilə həmin 1 ədəd istifadədə olmuş “AUDEMARS PİGUET” markalı, siferblatının arxa tərəfində "093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942" yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatını avtomobilin salonunda saxlanıldığı qabaq oturacaqların arasındakı kiçik ölçülü əşyaların saxlanılması üçün nəzərdə tutulan xüsusi saxlanc yeri sayılan hissədən xəlvətcə götürərək özünə daha münasib yerə, yəni sürücü üçün nəzərdə tutulan qabaq sol oturacağın aşağı sağ kənarına qoyub yerini dəyişməklə gizlətmiş, ardınca fikirləşdiyi cinayətkar plana uyğun hərəkət edib Zərərçəkmiş şəxs həmin saatın ilkin olduğu yerdə olmadığını görə bilməsinin qarşısını almaqdan ötrü avtomobildə arxa sol deyil, arxa sağ oturacaqda əyləşmək istəməsini bəhanə edərək avtomobilə sol tərəfdən əyləşmədən yarı daxil olduğu avtomobilin salonunu tərk edib avtomobilin sağ tərəfinə keçərək oradan avtomobilin arxa sağ oturacağına əyləşdikdə Zərərçəkmiş şəxs gözündən yayınıb həmin vaxtı içərisində özünün mobil telefon aparatı olduğundan müvəqqəti olaraq onda qalan tanışı Asif Niftəlinin kiçik əl çantasını (borsetkanı) saatın ilkin olduğu qabaq oturacaqların arasındakı kiçik ölçülü əşyaların saxlanılması üçün nəzərdə tutulan yerin üzərinə qoymaqla faktiki olaraq həmin yerin üstünü örtüb Zərərçəkmiş şəxs yol boyu həmin saatının yerində olmadığını görə bilmək imkanından məhrum etməyə nail olaraq heç nə olmamış kimi keçib avtomobilin arxa sağ oturacağında əyləşmiş və onun bu cinayət əməlindən xəbəri olmayan Zərərçəkmiş şəxs həmin günü saat 22:30 radələrində idarə etdiyi həmin iki qapılı “Kupe” tipli, "Mercedes Benz S 63 AMG minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının önündəki “avtomobil yuma” məntəqəsinin qarşısına qədər gətirib avtomobili saxlayaraq onun avtomobilin qabaq hissəsindəki qapılardan düşməsinə şərait yaratmaq üçün avtomobildən düşüb onun düşməsini gözlədikdə o, cinayətkar əməlindən xəbərsiz olaraq öz kiçik əl çantasını (borsetkanı) avtomobildən götürərək ondan əvvəl düşən digər sərnişin Asif Niftəlinin ardınca “Kupe" tipli nəqliyyat vasitələrinə xas olan qabaq oturacaqların qarşıya hərəkət etməsindən sonra avtomobilin salonunu tərk edib avtomobildən düşən anda bir az əvvəl çimərliyi tərk edərkən gizli olaraq talama məqsədi ilə avtomobilin salonunda qabaq sol oturacağın aşağı sağ kənarına qoyub yerini dəyişməklə gizlətdiyi həmin 47600 manat dəyərində 1 ədəd istifadədə olmuş “AUDEMARS PİGUET” markalı, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942” yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatını Zərərçəkmiş şəxs diqqətindən yayınıb əli ilə gizlin götürərək cəld əynindəki şortunun cibinə qoymaqla avtomobildən düşüb əvəzsiz olaraq ələ keçirərək özgənin 47600 (qırx yeddi min altı yüz) manat məbləğində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 iyun 2022-ci il tarixdə səhər saat 11 radələrində o, dostları Asif və Aydınla «Badam Art» hotelindən çıxıb Aydının idarə etdiyi qırmızı rəngli BMW markalı, az ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin çimərliyə yolanmışlar. Kənan həmin günü saat 15 radələrində idarə etdiyi «Kupe» tipli, Mercedes Benz markalı, az ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına çimərliyə gəlib avtomobilini çimərlikdə saxlayaraq dəniz paltarında onlara qoşulmuşdur. Həmin günü saat 16:30-17 radələrində o, su almaq qərarına gəlmiş, ona görə «Daçniklər» kimi adlanan çimərliyə yaxın məsafədə olar «See Breeze» çimərliyinin yaxınlığındakı «Bravo» marketindən su almaq üçün Kənandan avtomobili ona verməsini xahiş etmiş, Kənan razılaşıb avtomobilinin açarını vermişdir. O, Kənanın avtomobilinə tək əyləşdikdə avtomobilin salonunda qabaq oturacaqların arasındakı «stəkanlar, xırda əşyalar qoyulan» yerdə qəpik, açarların arasında Kənanın hərdən taxdığı qızılı korpuslu, İsveçrə istehsallı orijinal, "X6 Oak Offshore", yəni "AUDEMARS PİGUET" markalı qol saatını görüb həmin saatı oğurlamaq qərarına gəlmişdir. O, hətta fikirləşmişdir ki, həmin saatı oğurladıqdan sonra saatı Cavidin vasitəsi ilə sonuncunun sinif yoldaşı Samirə sata bilər. Belə ki, həmin Samiri şəxsən əyani tanımasa da, sosial şəbəkələrdən, saat işi ilə məşğul olan şəxs kimi bilirmiş ki, Samir «Port Baku» Biznes Mərkəzində bahalı, orijinal qol saatları satır. Lakin saatı oğurlayana qədər Cavidlə danışmamışdır. Həmin günü saat 21 radələrində qərara gəlmişlər ki, çimərliyi tərk edib şəhərə qayıtsınlar. Belə ki, Kənan çimərlikdə maşının qabaq sol, yəni sürücü tərəfdən qapını açmışdır ki, o, Kənanın “Kupe” tipli maşınında arxa solda, Kənanın özü də rahat sükan arxasına keçib otursun. Kənan maşının qabaq sol qapısını açdıqda avtomobilin qabaq sol oturacağı avtomatik olaraq qabağa getmiş, həmin vaxtı o, maşına əyləşdikdə, yəni bədəninin yarısı maşına daxil olanda tez Kənanın avtomobilindəki qabaq oturacaqların arasında saxlanılan həmin "AUDEMARS PİGUET” markalı qol saatını qoyulub saxlanıldığı yerdən gizlin götürüb əvvəlcədən planlaşdırdığı kimi avtomobildəki sürücü, yəni qabaq sol oturacağın sağ kənarının düz kənarına yerləşdirib qoymuşdur ki, birdən Kənan yolda saatı axtarsa guya təsadüfən həmin yerə düşmüş kimi onu özü götürüb Kənana versin ki, narahat olmasın, saatı buradadır. Beləliklə o, həmin saatı oğurlamış və rahat satmaq üçün dostu Cavidə müraciət etmək qərarına gəlmişdir. Ona görə həmin saatı götürərək avtomobilin salonunda qısa müddətə tək qalan vaxtı elə maşının içindən həmin Cavidin mobil telefon nömrəsinə «WhatsApp» proqramı vasitəsi ilə yazıb harada olduğunu soruşduqda Cavid ona cavabında yazmışdır ki, Dubaydadır. Belə ki, Cavidə «WhatsApp» proqramı vasitəsi ilə yazıb, sonra da, «Teleqram» vasitəsi ilə zəng edərək demişdir ki, bahalı qol saatı var, həmin saat özünə məxsusdur, ucuz qiymətə 30000 ABŞ dollarına deyib satır, Samir adlı saat işinə baxan tanış dostuna tapşırsın ki, saata baxıb qiymət qoysun və imkanı varsa alsın. Cavid əvvəlcə ona yazmışdır ki, 5-6 günə gəlir danışarlar, o isə Cavidə yazmışdır ki, ona gecəynən təcili pul lazımdır, Samirlə danışsın, gecəynən satsa ona da 2000 ABŞ dollar hörmət edib qazanc verəcəkdir. Cavid ona «Teleqram» vasitəsi ilə zəng edib demişdir ki, Samirlə danışmışdır, Samir onu gözləyir, tez getsin, Samir narahat adamdır, gec getsə onunla görüşməyəcək və saatı almacayaqdır. Kənan onları düşürəndən sonra onlar Asifin maşınını avtoyuma məntəqəsindən götürmüşlər. Asif maşını götürəndən sonra paltarını dəyişmək üçün onun maşını ilə Asifgilin məhəlləsinə getmişlər, Asifgilin məhəlləsinə çatdıqda Asif Aydına zəng edib demişdir ki, paltarı çanta qarışıq onun maşının boqajında, yəni yük yerində qalmışdır, paltarları onların həyətinə gətirsin. Aydın da razılaşmışdır. Asif paltarlarını dəyişib aşağı düşən vaxtı Kənan ona zəng edib demişdir ki, saatını tapa bilmir. O da Kənana yalandan bildirmişdir ki, saatdan xəbəri yoxdur, ola bilsin ki, maşına düşüb maşına yaxşı baxsın. Kənan ona demişdir ki, maşını axtarsa da tapa bilməmişdir. Beləliklə Kənanın maşınından saatı oğurlayıb düşdükdən sonra dərhal həmin saatı satmaq üçün yenə Cavidə zəng etdikdə Cavid ona demişdir ki, artıq Samirlə danışmışdır, Samir deyir ki, artıq gecdir, səhər danışarlar. Lakin o, Cavidə israr etmişdir ki, gecəynən də olsa Samirlə danışsın ki, saatı sata bilsin, qiymətdə aşağı düşəcək, ona pul lazımdır. Hələ Cavidi də həvəsləndirib demişdir ki, ona da, hörmət edəcəkdir, aşağısı ona 2000 ABŞ collar hörmət edib qazanc pul verəcəkdir. Qiymətlə bağlı Samirə ilkin olaraq demişdir ki, saatı 30000 ABŞ dollarına satır. Saatın qiymətini lap aşağı deməmişdir ki, Samir fikirləşər ki, saat orijinal deyil, oğurluq saatdır, ona görə saatı almaqdan imtina edər, ona görə qiyməti lap aşağı deməmiş, fikirləşmişdir ki, onsuz da qiymətdə düşüb satacaqdır. Samir saatı nəzərdən keçirib demişdir ki, qiymət barədə danışarlar, lakin saata tanış saatsazı baxmalıdır, onunla görüşdükdən sonra fikrini deyəcəkdir. O, razılaşmış və onlar elə oradan iki maşın “Dədə Qorqud” parkının yaxınlığındakı “Second Cup” kafesinin qarşısına gəlmişlər. Orada Samirin çağırdığı saatsaz Samirin şahidliyi ilə küçədə xüsusi işiqlı cihazla saatı yoxlayıb Samirə bildirmişdir ki, saat həqiqətən orijinaldır. Həmin saatsaz onun verdiyi saata baxış keçirib Samirə orijinallığını təsdiq etdikdən sonra Samir ondan saatın oğurluq olub-olmamasını bir daha soruşduqda o Samirə yenə yalandan saatın oğurluq olmadığını, saatın özünə məxsus olduğunu, sadəcə valideynlərinə demədən satdığını, saatın qutu və sənədlərinin evdə olduğunu, 3-4 günə valideynlərinə xəbər edib sənəd və qutuları ona verə biləcəyini demişdir. Samir ona inanıb razılaşdıqdan sonra ona demişdir ki, saat işlənmiş, istifadə olunan saatdır, istifadədə olması bilinir, ən uzağı saata 23000 ABŞ dollar verə bilər. O, əvvəlcə buna razı olmamış, istəmişdir ki, saatı ən azı 25000 ABŞ dollarına satsın, lakin ən sonda həmin saatı 23500 ABŞ dollarına satmağa razılıq vermişdir. Həmin günü saat 23:30-24 radələrində Samir “Port Baku” Biznes Mərkəzinə daxil olub oradan pul götürərək “Port Baku” Biznes Mərkəzinin qarşısında küçədə ona nağd olaraq 23500 ABŞ dollar məbləğində pul vermişdir. O da Samirə Kənanın avtomobilindən həmin günü oğurladığı “AUDEMARS PİGUET" markalı qol saatını vermişdir. Samirə saatı verib aralandıqdan sonra onun xahişi ilə Asif onu «Azneft» dairəsi adlanan yerdə gecə saatlarında açıq olan xatırlamadığı valyuta dəyişmə məntəqəsinə aparmışdır. Orada o, həmin puldan 3500 ABŞ dollarını manata dəyişmiş və sonra ona saatı satmaqda köməklik edən Cavidin ona «WhatsApp» proqramı vasitəsi ilə fotoşəklini göndərdiyi bank kartındakı hesaba Sirklə üzbəüz «Bolmart» marketinin içərisindəki ödəmə aparatlarından birindən 6000 manat pul göndərmişdir. Belə ki, o, Cavidə söz vermişdir ki, Samiri razı saldığı təqdirdə ona 2000 ABŞ dollar pul verəcəkdir. Kənanın saatını oğurlamasından əldə etdiyi pulu şəxsi məsrəf, əyləncəsinə sərf etmişdir. Belə ki, «Sea breez» hotelində nömrə götürüb qalmış, orada «Blue beach» restoranında qonaqlıqlar vermiş, sonra «Badam Art» hotelində nömrə götürüb orada da qalmış, orada da qonaqlıq vermiş, bahalı «Range Rover» markalı maşın icarəyə götürüb sürmüşdür. 04 iyul 2022-ci il saat 18-19 radelərində onun 050 *** ** ** saylı mobil telefon nömrəsinə 050 211-lə başlayan telefon nömrəsindən Kənanın atası zəng edib demişdir ki, «Kənanın atasıdır, bilirəm ki, Kənanın saatı səndədir, Kənanın saatını qaytarmaq üçün sənə iki saat vaxt verirəm.» O, bu zəngdən şoka düşüb həyəcanlanmış, anlamışdır ki, artıq Kənangil biliblər ki, saatı o oğurlamışdır. Vaxt qazanmaq üçün Kənanın atası Vasifə həmin nömrədən «qardaş oğlu kimi üzr istəyirəm», «mənə bir gün vaxt verin», «sabah saat 12-yə kimi qaytaracağam» məzmunlu «SMS»-lər yazıb xahiş etmişdir ki, səhərə qədər onu gözləsin. Məqsədi səhərə kimi vaxt qazanıb aviabilet alaraq ölkəni tərk etmək olmuşdur. Lakin Vasif ona deyirmiş ki, ona iki saat vaxt verir, hətta ona yazırmış ki, saatı qaytarmasa onu polisə verib tutduracaqdır. O, saatı oğurlayıb satdığından Kənanın atası Vasifin zəngindən sonra gecəynən ölkəni təyyarə ilə tərk edib İstanbula yollanmaq qərarına gəlmişdir. Tanını Günel ona öz köməyini təklif edib tanışına zəng edərək ona 05 iyul 2022-ci il gecə saat 06:55-ə aviabilet tapmışdır. Həmin vaxtı qərara gəlmişdir ki, Güneli də özü ilə aparsın, onun fikri o olmuşdur ki, İstanbula uçsun, oradan valideynlərinə zəng edib baş verənlər barədə danışsın ki, Kənanın oğurladığı saatının pulunu versinlər.Günel tanışının vasitəsi ilə 05 iyul 2022-ci il gecə saat 06:55-də İstanbula gediş və özü ilə Laləyə 09 iyul 2022-ci il tarixə qayıdış aviabiletləri sifariş vermişdir. Bundan əlavə İstanbulda otel də sifariş vermişlər. O, aviabiletlər və hoteli sifariş verib təşkil etdikdən sonra Asif adlı dostu ilə sağollaşmaqdan ötrü zəngləşib onunla Nərimanov rayonundakı evlərinin həyətində görüşmüşdür. Asifə demişdir ki, İstanbula uçur, heç kimə deməsin. O, Asifə Kənanın saatını oğurladığını, saata görə Kənanın atasının ona zəng etməsini deməmişdir, hamı kimi Asifə də İstanbula yollanmağını valideynləri ilə mübahisə etməyi ilə əlaqələndirmişdir. Bundan sonra o, «Covid» analizi vermişdir. Daha sonra Aydıngilin həyətinə gedib onda qalan paltarlarını götürüb sağollaşmışdır. O, paltarlarını Lalənin çemodanına yığmışdır. Aydına da eyni ilə demişdir ki, guya valideynləri ilə mübahisə etdiyindən İstanbula yollanır. Sonra Rəşadın maşını ilə o, Rəşad və Günel gedib Laləni səhv etmirsə Sulutəpədəki evindən götürüb Aeroporta yollanmışlar. Rəşad onları Aeroportda düşürüb getmişdir. X5 sərhəd buraxılış məntəqəsindən keçsələr də, o, keçə bilməmiş, sərhəd buraxılış məntəqəsində, yəni pasport kontrolda saxlanılmışdır. Bundan sonra o, polisə gətirilmiş və sonra da, törətdiyi həmin oğurluqla bağlı saxlanılmışdır. Zərərçəkəmə dəymiş zərəri ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs orta məktəbdə oxuyandan, yəni 2013-cü ildən tanıyır. Elvinlə təsadüfən dost məclisində tanış olmuşdur, sonra münasibətləri daha da möhkəmlənmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində, yəni 02 iyun 2022-ci il tarixdə o, Elvin və Asifgilə qoşulmaq qərarına gəlmiş və idarə etdiyi boz metallik rəngində “Kupe” tipli, “Mercedes Benz S 63 AMG" markalı, az **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə işdən çıxıb saat təxminən 14-15 radələrində həmin çimərliyə çatmışdır. Həmin günü saat 17 radələrində Elvin ondan maşını istəyib demişdir ki, marketdən su, sok alıb gəlir. O, Elvinə inanıb yaxınlıqdakı marketdən su, sok almaq üçün müvəqqəti olaraq “Kupe” tipli, “Mercedes Benz S 63 AMG“ markalı, az 10-BD- 100 dövlət qeydiyyat nişanlı avtomobilinin pult açarını ona vermişdir. Elvin ondan maşını götürəndə də “AUDEMARS PİGUET” markalı qol saatı maşında olmuşdur, o saatını götürməmişdir. Beləliklə həmin günü saat 21 radələrində artıq qərara gəlmişlər ki, çimərliyi tərk edib şəhərə qayıtsınlar. Saat 21 radələrində çimərliyi tərk edib şəhərin mərkəzinə yollanmışlar. Geri qayıdanda saatı qoluna taxmamış, fikirləşirmiş ki, saat yerindədir. Şəhərin mərkəzinə qayıdarkən yanacaq doldurma məntəqəsinə təxminən 200-300 metr qalmış maşının benzini tamam qurtardığından o, maşının benzin çəninə aldığı 10 litr benzini tökəndə Elvinlə Asif maşından aralıda dayanıb siqaret çəkirmişlər. Onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Kral» şadlıq sarayının yaxınlığına gəlmişlər və o, orada yerləşən avtoyuma məntəqəsinin qarşısında Elvinlə Asifi düşürmüşdür. Elvin və Asifi maşınından düşürəndən təxminən 15 dəqiqə sonra, yəni saat 22:45 radələrində o, təklikdə Binəqədi rayonu, Həmzə Babaşov küçəsindəki qaldığı evə çatmışdır. Elvin və Asifi düşürəndər sonra başqa yerlərə getməmiş, maşını başqa yerdə saxlamamış və birbaşa evə gəlmişdir. Evin qarşısında maşınını həmişə saxladığı yerdə saxlayıb maşından düşmək istədikdə “Daçniklər" çimərliyinə çatandan sonra “Mercedes Benz S 63 AMG“ markalı, az **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda qabaq oturacaqların arasında “stəkanlar qoyulan yerin” üstünə qoyduğu “AUDEMARS PİGUET” markalı qol saatını özü ilə götürmək istəyərkən görmüşdür ki, saat qoyduğu yerdə yoxdur, yəni saatı yerində aşkar etməmişdir. O, saatı həmin «stəkan yeri» kimi adlanan yerdə tapmayıb hər ehtimala qarşı maşının salonunu, bardaçoku, yəni daxılı, habelə yük yerini axtardıqda da saatı tapmamışdır. Qol saatını maşının bütün hissələrində axtarıb maşınının salonunda tapa bilməyəndən sonra onda artıq əminlik yaranmışdır ki, saatı maşından oğurlanmışdır. O, artıq saatını Elvin və ya Asifin götürə biləcəyindən şübhələnib ilkin olaraq 050 *** ** ** saylı mobil telefon nömrəsindən Asifin 070 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək oncan saatı barədə maraqlandıqda Asif ona bildirmişdir ki, saatdan xəbəri yoxdur, heç maşında saatı ümumiyyətlə görməmişdir, Elvin hazırda onunla deyil, Elvin gəlsin axtararlar. Bundan sonra o, Elvinin 050 *** ** ** saylı mobil telefon nömrəsinə adi qaydada zəng etdikdə onun telefon nömrəsinə zəng çatmamış və o, Elvinə «WhatsApp» proqramı ilə zəng etdikdə Elvin onun telefon zənginə cavab vermiş, o Elvindən saatı barədə soruşduqda Elvin telefonda and içib onu əmin etmişdir ki, saatını görməmişdir. Oğurlanmış saatı «X6 OAK OFFSHORE", yəni “AUDEMARS PİGUET" markalı, G 72942 nömrəli, Limited 93\100 buraxılışlı, İsveçrə istehsallı, orijinal, brend saat olmuşdur. Saatının korpusu, kəmərinin bağlanan hissəsi 75C əyarlıq qızıldan, saatın sferblatı qəhvəyi rəngdə, rəqəmləri qızılı rəngdə, kəməri tünd rəngdə timsah dərisindən, limitlə buraxılan, 100 buraxılışdan 93-cü, seriya nömrəsi də qeyd etdiyi kimi G 72942 olmuşdur. Saatı 20 yaşından taxıb istifadə edirmiş, həmişə də onda olmuşdur. Saat ona məxsus idi. 04 iyul 2022-ci il tarixdə saat 16 radələrində o, atası Vasiflə danışarkən atası onun “AUDEMARS PİGUET" markalı saatı barədə ondan soruşanda o atasına baş verənləri danışmış, yəni saatının 2022-ci ilin iyun ayının əvvələrində avtomobilindən götürülüb oğurlandığını bildirmişdir. Atası ondan hadisə barədə tam məlumat aldıqdan sonra Elvindən şübhələnərək ondan Elvinin mobil telefon nömrəsini götürüb Elvinə zəng edərək demişdir ki, saatı geri qaytarmaq üçün ona iki saat verir. Elvin də atasına «baş üstə əmi» deyərək telefonu dəstəyini asmış və həmin günü, yəni 04 iyul 2022-ci il tarixdə axşam saat 19:37-də atasının 050 *** ** ** saylı mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsindən «SMS» yazmışdır ki, ona saatı qaytarmaq üçün sabah, yəni 05 iyul 2022-ci il saat 12-yə qədər bir gün vaxt versin. Beləliklə o, tam əmin olmuşdur ki, həmin saatını maşından dost dediyi Təqsirləndirilən şəxs oğurlamışdır. Atası ona demişdir mütləq polisə şikayət ərizəsi də versin. O da Bakı Şəhər Baş Polis İdarəsinə saatının oğurlanması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Səhərisi günü, yəni 05 iyul 2022-ci il saat 12 radələrinə qədər Elvindən xəbər çıxmamışdır. Daha sonra, yəni 05 iyul 2022ci il tarixdə günortadan sonra eşitmişdir ki, Elvin gecə, yəni 2022-ci ilin iyul ayının 04-dən 05-nə keçən gecə Aeroportdan təyyarə ilə ölkəni tərk etmək istədikdə polis tərəfindən saxlanılmışdır. Ona dəyən zərər ödənilib, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 il olar ki, tanıyır, sonradan dostluq etməyə başlamışlar. 2022-ci ilin iyun ayının əvvəllərində o, Elvin və digər dostu Asiflə qərara gəlmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Daçniklər» kimi adlanan çimərliyə getsinlər. Həmin günü səhər saat 11-12 radələrində o Elvin və Asiflə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Kral» şadlıq sarayının yaxınlığındakı avtoyuma məntəqəsinin yanında görüşmüş, Asif BMW markalı, 00 100 AN Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilini avtoyuma məntəqəsinə yuyulmaya qoymuş, o, Elvin və Asif onun idarə etdiyi avtomobillə «Daçniklər» kimi adlanan çimərliyə yollanmışlar. Saat 12-13 radələrində çimərliyə çatmışlar, maşını o, dənizə yaxın yerdə dəniz ərazisində saxlamış, onlar orada yer salıb oturmuşlar. Təxminən bir saat sonra Kənan Asifə zəng edib onların dənizdə olduqlarını biləndən sonra Elvinlə də telefonla danışmış və həmin günü saat 14-15 radələrində Kənan idarə etdiyi «Kupe» tipli, Mercedes Benz markalı, az ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına dənizə gəlmişdir. Həmin günü saat 17 radələrində o, qız tanışı Aysun ilə sosial şəbəkədə yazışaraq ona çimərliyə gəlməyi təklif etdikdə sonuncu razılaşdığından o, həmin Aysunu götürmək üçün avtomobili ilə «Qara Qarayev» metrostansiyası tərəfdəki Aysunun evinin qabağına yollanmış, oradan Aysunu götürüb yenidən çimərliyə qayıtmışdır. O, Aysunun arxasınca gedəndə çimərlikdə Elvin, Asif və Kənan qalmışlar. O, dənizə qayıdanda artıq saat 18 radələri olarmış. Həmin günü saat 21 radələrində dənizdən durmaq qərarına gəlmişlər, artıq hava qaralmışdır. Beləliklə həmin günü saat 21 radələrində onlar çimərliyi tərk etmişlər, o həmin vaxtı Aysunu aparıb evində düşürmüşdür. Kənan isə idarə etdiyi maşını ilə Elvinlə Asifi şəhərə aparmışdır. Həmin günü o, daha Kənan və Asifi görməmişdir. Həmin günü sonuncu dəfə Asiflə Elvini «Daçniklər» kimi adlanan çimərlikdə sağollaşıb şəhərə qayıtmamışdan əvvəl görmüş, daha həmin gecə onları görməmiş, sonra onlar paltarlarını ondan götürmüşlər. Belə ki, Elvinin çox vaxtı paltarı onun maşınında qalırmış. 2022-ci ilin iyul ayının əvvəllərində, ola bilsin ki, ikisi və ya üçü Elvin onun maşınına öz paltarını qoyub demişdir ki, bunları kimyəvi təmizləməyə verəcəkdir, hələ ki maşınında qalsın. Həmin gecə, yəni artıq 05 iyul 2022-ci il tarixdə saat 01 radələrində Elvin ona zəng edərək bildirmişdir ki, qızlarla İstanbula gedir, paltarlarını ondan götürmək istəyir. O Elvindən İstanbula yollanmasının səbəbini soruşduqda sonuncu bildirmişdir ki, İstanbulda işləri var, işlərini tamamlayıb geri qayıdacaqdır. Elvin həmin vaxtı bir az içkili və həyəcanlı olmaqla tələsirmiş. O həmin vaxtı Elvinin onun maşınında saxladığı şalvar, köynək və ayaqqabı, yəni paltarları yığılan sellofan torbanı Elvinə verəndən sonra Elvin həmin paltarları Rəşadın idarə etdiyi avtomobilə qoymuş və onunla sağollaşıb getmişlər. O, elə zənn etmişdir ki, Elvin qızlarla bir neçə gün İstanbula gedib geri qayıdacaqlar. Həmin gündən bir-iki gün sonra Kənanla həmişə görüşdükləri çay evində görüşüb çay içərkən sonuncu ona demişdir ki, dənizdə olan günü taxdığı bahalı qol saatını itirmişdir, tapa bilmir. Kənan həmin saata ingilis dilində «A» və «P» hərfləri olan «eypi» adı qoymuşdur. Yəni saatın markasının baş hərflərini deməklə saatın markasını qısaltmışdır. Kənan ona bildirmişdir ki, həmin saatı dənizə gələndə maşınında qabaq oturacaqların arasında stəkanlar qoyulan yerə qoymuş, lakin sonradan evə çatdıqda həmin saatı yerində aşkar etməmişdir, Elvin və Asifdən soruşduqda onlar bildirmişlər ki, saatın yerini bilmirlər, saatdan xəbərləri yoxdur. Kənan saatının yoxa çıxmasını ona həmin hadisədən bir-iki gün sonra demişdir. Elvin isə ona saat barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs atası Vasif İsmayılovun 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək ondan oğurladığı Kənanın saatını geri qaytarmasını tələb etməsini bilmirmiş, bu barədə ona Kənan və Elvin heç nə deməmişlər. Sonradan Elvinin saatı ogurladıgı üçün həbs olunmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 təxminən 2-3 il olar ki, tanıyırmış. Aydınla «instaqram» sosial şəbəkə vasitəsi ilə yazışıb əlaqə saxlayırmış. O, 02 iyun 2022-ci il tarixdə saat 19 radələrində Aydınla o, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Daçniklər» adlanan çimərliyə çatmışlar. Aydın onu orada üç dostu ilə tanış etmişdir. O, həmin şəxsləri əvvəl görməmişdir. Tanışlıq əsnasında məlum olmuşdur ki, onlardan birinin adı Elvin, birinin adı Asif, digərinin adı isə Kənandır. Onlar bir az oturandan sonra Elvin, Kənan və Asif başqa maşınla yemək almağa yollanmışlar. Aydın isə onunla dənizdə qalmışdır. Həmin günü artıq saat 21 radələrində durub getmək qərarına gəlmişlər. Aydıngil şəhərə gedərkən o Aydına təklif etmişdir ki, onu evdə düşürüb hara istəyirsə getsin, Aydın da razılaşmışdır. Saat 21 radələrində onlar «Daçniklər» adlanan çimərliyi dalqabaq iki maşın tərk etmişlər. Təxminən 15-20 dəqiqədən sonra Aydın onu evlərinin qabağında düşürüb getmişdir. O, saat 21:15 radələrində evə qalxmışdır. 02 iyun 2022-ci il tarixdə Aydın onu dənizdən gətirib evə düşürəndən sonra Aydını faktiki olaraq görməmiş, yazışmamış, danışmamışdır. Bir neçə gün sonra Aydn ona zəng edib demişdir ki, «Daçniklər» adlanan çimərlikdə olduqları gün o biri maşından saat oğurlanmışdır, onlarla bərabər istirahət edənlərdən biri həbs olunub, onu polisdə dindirmişlər, polisə onun da telefon nömrəsini vermişdir, onu da dindirəcəklər. O da heç bir problem olmadığını Aydına bildirmişdir. Sonra da, o həqiqətən polisə çağrılmışdır. 02 iyun 2022-ci il tarixdə «Daçniklər» adlanan çimərlikdə saat oğurlanmasından xəbəri olmamışdır. O, heç kimin saatını oğurlamamış, heç bir cinayətdə iştirak etməmiş, oğurluğu gizlətməmişdir. O, həmin çimərliyə Aydınla 02 iyun 2022-ci il tarixdə saat 19 radələrində gəlmiş və iki saat sonra, yəni saat 21 radələrində həmin çimərliyi tərk etmişdir. Kimin saatı oğurladığını bilmir. Kənanın hansı markalı maşınla gəlməsinə fikir verməmişdir. Onun yanında heç kim oğurluq etməmiş, oğurluğun şahidi olmamış və görməmişdir. Şahid5 və X3 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etmələrini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-364/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 05 iyul 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023cü il tarixli, 5/1629, 6/7104, 9/9204, 3/1779 nömrəli rəyində göstərilmişdir ki,- Tədqiqata təqdim edilmiş bir ədəd qol saatının səthində (korpusunda, kəmərlərində, üzərindəki yazılarda, naxışlarda, qaşlarda) hər hansı bir dəyişilməyə xarakterik izlər və zədələr aşkar edilmədi. (Ekspertlər: Vahidə İsmayılova, Şölə İsmayılova) - Tədqiqata təqdim edilmiş qara rəngli dəriyəbənzər qolbağı olan, 226,99 qram kütləli, sarı rəngli metaldan hazırlanmış, siferblatının iç tərəfində "AUDEMARS PİGUET” sözləri, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942" yazıları olan 01 ədəd qol saatı 750 əyarlı qızıldan hazırlanmışdır. Saatının dəriyəbənzər qolbağının sarı rəngli metaldan olan kilid hissəsi 750 əyarlı qızıldan hazırlanmışdır.(Ekspert: Sənubər Əliyeva)- Ekspert qarşısında qoyulmuş “Ekspertiza tədqiqatına təqdim olunan “X6 Oak Offshore" markalı, G 72942 seriya nömrəli, Limited 93\100 buraxılışiı, korpusu və qara rəngli kəmərinin (remeninin) bağlanan hissəsi qızılı materialdan olan, sferblatı qəhvəyi rəngdə olan bir ədəd qol saatının istehsal növü, istehsal tarixi və yeri, orijinallığı, həqiqətən “X6 Oak Offshore" markalı 100 ədəd limitlə buraxılan brend saat olub-olmaması, habelə kontrafakt məmulat olub-olmaması, kontrafakt məmulat olduğu təqdirdə kontrafakt əlamətləri, xarici kontrafakt əlamətləri, habelə məmulatın strukturunda, məzmununda, istehlakçı xassələrində hansı kontrafakt əlamətlərinin olub-olmaması, digər əhəmiyyət kəsb edən xüsusatlar müəyyənləşdirilsin” sual üzrə 6/4188-3/1092- 5/891-9/5598 nömrəli 23 avqust 2022-ci il tarixli ekspert rəyinin "Məhsulların kontrafaktlığının müəyyən edilməsinin tədqiqatı” hissəsində cavablandırılmışdır.(Ekspert: Natiq Pənahov) - Ekspertiza tədqiqatına təqdim ecilən, istifadədə olmuş, yəni siferblatının üzərində, kənarlarında, arxa hissəsində və kəmərində istismar xarakterli qüsurları olan 1 ədəd “AUDEMARS PİGUET" markalı, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942" yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatının 2022-ci ilin iyun ayının birinci on günlüyünə istifadəsi, qutusunun və sənədlərinin olmaması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar satış qiyməti təxminən 47.600,00 manat (28000$ x 1,7 man) müəyyən olunur. Hazırda yuxarıda markası, modeli qeyd edilən saat qiymətləndirilərkən bazarın konyukturası, real satışı, alıcılıq qabiliyyətinin və həmin saatlara olan tələbin, faiz nisbətində aşağı olması nəzərə alınmışdır.“AUDEMARS PİGUET” markalı saatın kəmərinin ayrılıqda qiymətinə dair məlumat olmadığından həmin saata məxsus kəmərin qiymətini müəyyən etmək mümkün olmadı. Qeyd edilən saatın üzərinədə olan kəmərinin orjinal olmaması onun qymətinin nisbətən aşağı olması istisna olunmur.Ekspert qeyd edir ki istifadədə olmuş “AUDEMARS PİGUET” markalı, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942” yazıları olan saatın hazırda Bakı şəhərində yerləşən saat mağazalarda satışi olmad'ğından həmin saatın tələb və təklifdən aslı olaraq qiymətində aşağıya doğru dəyişiklik olması istisna olunmur. “AUDEMARS PİGUET" markalı saatın kəmərinin ayrılıqda qiymətinə dair məlumat olmadığından həmin saata məxsus kəmərin qiymətini müəyyən etmək mümkün olmadı. (Ekspert: Etimad Həbibov) Ekspertiza xərci 100 manatdır. İş üzrə Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan avtomobildən oğurladığı və istintaq zamanı aşkar olunaraq Samır Mamıshovdan götürülmüş 1 ədəd “AUDEMARS PİGUET” markalı, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942” yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatı 23 avqust 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi hesab edilərək tanınmış və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4-narkoloji Tibbi Yoxlamanın tərtib etdiyi 06 avqust 2022-ci il tarixli, 4322 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan Məhkəmə psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2093 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir.Onun əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 05 yanvar 2023-cü il tarixə kimi uzadılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-666/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 05 fevral 2023-cü il tarixə kimi uzadılmışdır. İşdə olan 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə Zərərçəkmiş şəxs 12 sentyabr 2022-ci il tarixli ərizə ilə Bakı Şəhər BPİ-nə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onun avtomobilindən oğurlanmış qol saatı aşkar olunaraq maddi sübut kimi tanınıb ona təhvil verilməklə qaytarıldığından, yəni ona dəymiş maddi ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı mülki iddia və maddi tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Medalının №1-1340 saylı medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan Fəxri fərmannan görünür ki, əsgər Təqsirləndirilən şəxs xidməti dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində əldə etdiyi yüksək nəaliyyətlərinə görə hərbi hissə komandiri tərəfindən təltif olunmuşdur. İşdə olan hərbi hissə komandiri tərəfindən verilmiş xasiyyətnamədın görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə müsbət xarakterizə olunur. İşdə olan Mənzil-Xidmət MMC tərəfindən verilmiş xasiyyətnamədın görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin, şahidlər, zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə cinayət törətməsini törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını 2-ci Qarabag müharibəsi iştirakçısı olması Yaşayış yeri üzrə müsbət xarakterizə olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlıgında saxlanıldığı 07 ay (xx.xx.2022-xx.xx.2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 01 ədəd 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı,(CPM-132) ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlıgında saxlanıldığı 07 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd 750 əyarlı qızıldan hazırlanmış, dəri kəmərli mexaniki qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 710 (yeddi yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-213/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-213/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver