Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-215/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərviz Pərvin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Femida Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və iştirakları ilə, xx.xx.1999-cu ildə Göyçay rayonu, Ləhçibulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, subay, “For Seasons” otelində ofsiant işləyən, Göyçay rayonu, Ləhçibulaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 mart 2023-ü il tarixdə, saat 16:00 radələrində ünvan 2 ünvanın qarşısında şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı qəsdən yumruğu ilə sonuncunun qarın nahiyyəsinə və təpiyi ilə sol ayaq nahiyyəsinə vuraraq ona sağ bazunun qançırı və sol baldırın flüktuasiyası ilə müşayiət olunan hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır və onunla arasında sevgi münasibətləri olmuşdur. Lakin son vaxtlar tez-tez aralarında yaranan mübahisələr səbəbindən Günay ondan ayrılmaq qərarına gəlmişdir. Buna baxmayaraq o, ayrılmaq istəməmiş, bunu həll etmək üçün xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Günayla ünvan 3 ünvanın qarşısına görüşmüş və söhbət zamanı şəxsi münasibətlər zəmnində onunla aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra o mübahisə zamanı əsəblərini cilovlaya bilməmiş, Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi ilə qarın nahiyəsinə, bir dəfə təpik ilə sol ayaq hissəsinə zərbə endirərək onu döymüşdür. Yekun olaraq o, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ondan üzr istəməsini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 6 ildir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında sevgi münasibəti olmuşdur. Lakin son zamanlar Təqsirləndirilən şəxs onu dəfələrlə nalayiq sözlərlə təhqir etməsi səbəbindən tez-tez mübahisələri yarandığı üçün ondan ayrılmaq qərarına gəlmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə münasibətləri ilə bağlı danışmaq üçün Təqsirləndirilən şəxslə saat 16 radələrində ünvan 2 ünvanın qarşısında görüşmüşlər. Aralarında olan söhbət əsnasında şəxsi münasibətlər zəmnində sözlü mübahisələri yaranmışdır. Nəticədə Təqsirləndirilən şəxs əsəbiləşərək bir dəfə yumruğu ilə onun qarın nahiyyəsinə və bir dəfə təpiyi ilə sol ayaq nahiyyəsinə zərbə endirərək, onu döymüşdür. Bundan sonra o, uzaqlaşaraq çıxıb getmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs və ondan başqa heç kəs olmadığından, hadisənin şahidləri olmamış və aralarında olan mübahisə təxminən 4-5 dəqiqə arasında olmuşdur. Halhazırda barışdıqlarını və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Yekun olaraq o, barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 mart 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 83 saylı ünvanda baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 04 aprel 2023-cü il tarixli, 232 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazunun qançırı və sol baldırın flüktuasiya ilə müşayiət olunan hemotoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Nərimanov Rayon Polis İdarəsini xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini 40.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən aydın olur ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixli 1-75672 nömrəli vəsiqə ilə “Vətən müharibəsi” iştirakçısı medalı ilə təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edirik, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Polis İdarəsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək artıq bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək barəsində ictimai işlər cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilsin. Cəzanın əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerini dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-215/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-215/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver