Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-215/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd №-si silinmiş, SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli və yivli odlu döyüş silahı olan Tokarev (TT) konstruksiyalı tapançanı əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2024-cü il tarixdə saat 13:00da ünvan 3 ünvanının qarşısında saxlanılıb, Nərimanov RPİ-nin 16-cı PŞ-nin binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ bel hissəsindən 01 ədəd №-si silinmiş, SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahı olan Tokarev (TT) konstruksiyalı tapança və 01 zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, bir cərgəli, 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvan 5 ünvanının yaxınlığında olan məişət tullantıları atılması üçün nəzərdə tutulmuş qutuların yanından keçən zaman yerdə 01 ədəd tapança olduğunu görüb tez yerdən götürmüşdür, marağı olduğu üçün özündə saxlamışdır. 14 yanvar 2024cü il tarixdə 13:00 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları idarəyə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan şalvarın bel hissəsindən 01 ədəd tapançanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Silah polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmiş və qablaşmanın üzəri özü və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını, himayəsində 01 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİnin 16-cı Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Ramil Qənbərovdan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Elvin və Ramil birlikdə məlumat əsasında saat 13:15 radələrində ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Anarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Onlar Anara qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİnin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Anar da buna etiraz etməmiş və onlarla bilrikdlə polis idarəsinə getmişdir. Polis İdarəsində onun və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Anar əynində şalvarın bel hissəsindən 01 ədəd tapançanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı ünvanın yaxınlığında olan zibil qutusunun yanında tapdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid1 və Şahid2 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidlərin ibtidai istintaqda vermiş olduğu ifadələri elan edilmiş və ifadəsi digər Şahid3 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2023-cü il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının bel hissəsinin sağ tərəfmə keçirilmiş 01 ədəd nömrəsi pozulmuş tapançanı təqdim etmişdir. Həmin tapançaya baxış keçirən zaman, qara rəngli, dəmir metaldan hazırlanmış üzərində olan yazıları pozulmuş, dəstəyi tünd qara rəngli plastmasdan olan, səkkiz güllə tutumlu sandıqçası aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd tapançanı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı binanın yaxınlığındakı zibil qutusunun yanından tapmış və satmaq üçün üzərində saxlayaraq xx.xx.2024-cü il tarixdə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 7 saylı ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş tapança sandırçası ilə birlikdə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 24/108 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Tokarev (TT) «konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarilxi cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 26 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 09 ay, 01 gün müddətinə azadlıqdan məhumetmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbyacan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli X3 2.5-ci bəndi tətbiq edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(001)-309/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixində cəza müddətinin bitməsi ilə bağlı azad edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd №-si silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança maddi sübut kimi tanınmış və saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbyacan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 yanvar 2024-cü il tarixdən hesablanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Ayan Hacıyeva adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, və himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər müxtəlif məzmunlu cinayət əməli törətməklə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 yanvar 2024-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və 01 ədəd №-si silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili na məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 yanvar 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd №-si silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-215/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-215/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver