Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-217/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Ağdam rayonu Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Ətyeməzli kəndində pasport qeydiyyatında olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Heydər Əliyev küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı, ünvan 1 ünvanda yerləşən mənzilə, əvvəlcədən Zərərçəkmiş şəxsla olan münasibətindən istifadə edərək əldə etdiyi ehtiyat açarla mənzilin giriş qapısının kilidini açmaqla qanunsuz daxil olaraq mənzilin yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs məxsus 4.500 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki,o, Zərərçəkmiş şəxs ilə təxminən 3 il əvvəl Alatava qəsəbəsində tanış olmuşdur. Belə ki, o, həmin ərəfədə Bakı şəhərinin «Şamaxinka» adlanan ərazisində kirayədə, Zərərçəkmiş şəxs isə Alatava qəsəbəsində kirayədə yaşayırmış və ünvanları yaxın olduğundan təsadüfən rastlaşıb tanış olmuşlar. Tanışlıqdan sonra aralarında dostluq münasibəti yaranmış, bir müddət münasibətləri davam etmiş, sonra isə əlaqələri kəsilmişdir. 2020-ci ilin mart ayının təxminən 24-də o, «20 Yanvar» metrostansiyasmın yaxınlığında olarkən təsadüfən Zərərçəkmiş şəxsla rastlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona, hazırda Nərimanov rayonu ərazisndə yaşamasını bildirmiş və onu yaşadığı evə dəvət etmişdir. O, razılaşaraq Zərərçəkmiş şəxsla birlikdə onun yaşadığı ünvana getmişdir. Həmin gün təxminən saat 01 radələrinə kimi Zərərçəkmiş şəxs mənzilində olmuşdur. O, həmin mənzildə olduğu müddət ərzində Zərərçəkmiş şəxs bir neçə dəfə yataq otağındakı şkafın dolabını açıb-bağlayarkən o, həmin dolabda pulların olmasını görmüşdür. Həmin vaxt müəyyən borcları olduğundan, maddi imkanı pis olduğundan Zərərçəkmiş şəxs mənzilindəki pulları oğurlamaq qərarına gəlmiş, lakin Zərərçəkmiş şəxs yanında bunu edə bilməyəcəyini başa düşdüyü üçün gizlincə mənzilin giriş qapısının dəhlizdə asılmış açarlarından birini götürüb cibinə qoymuşdur. Saat təxminən 01 radələrində o, Zərərçəkmiş şəxs mənzilindən çıxaraq yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, Zərərçəkmiş şəxs evdə olub-olmamasını öyrənmək üçün ona zəng etmiş, harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə ona, işdə olmasını bildirmişdir. Daha sonra o, Adilin evdə olmadığına əmin olduqdan sonra taksi ilə Adilin kirayədə yaşadığı evin yaxınlığına gəlmişdir. Orada o, taksi sürücüsünə, 10 dəqiqəlik işinin olmasını, guya rəfiqəsi ilə görüşüb geri qayıdacağını deyərək onu gözləməsini xahiş etmişdir. Sonra o, Zərərçəkmiş şəxs kirayədə yaşadığı evin qarşısına gəlmiş, qabaqcadan həmin evdən götürdüyü açardan istifadə etməklə evin qapısını açıb içəri daxil olmuşdur. Evə daxil oldudan sonra yataq otağındakı şkafın dolabında olan kağız əskinasları və bankalarda yığılmış 50 və 20 qəpiklərdən ibarət pulları götürüb dərhal evi tərk etmişdir. O, evdən çıxdıqdan sonra ara küçələrin birində evin açarını yerə tullamış, sonra isə yol kənarına çıxaraq onu həmin ünvana gətirən taksiyə əyləşərək yaşadığı ünvana qayıtmışdır. Orada o, taksi sürücüsünə 20 manat gediş haqqı verərək taksidən düşüb kirayədə yaşadığı evə daxil olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs evindən oğurladığı pulları sayaraq 800 manat kağız əskinaslarla, 280 manat isə 50 və 20 qəpiklərdən ibarət qəpiklərin olmasını, yəni ümumilikdə 1080 manat pulun olmasını müəyyən etmişdir. Sonra o, Zərərçəkmiş şəxs mənzilindən oğurladığı pullardan istifadə etməklə müxtəlif ərzaq mağazalarına olan borclarını ödəmiş, qalan pulu isə hissə-hissə xərcləmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 3 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıqdan sonra bir müddət aralarında dostluq münasibətləri yaranmış, sonra isə əlaqələri kəsilmişdir. Sonuncu dəfə 2020-ci ilin mart ayının təxminən 24-də o, təsadüfən «20 Yanvar» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə qarşılaşmış və onu yaşadığı evə dəvət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs bir neçə saat onun evində qalaraq gecə saat 01 radələrində çıxıb getmişdir. Təqsirləndirilən şəxs onun evində olduğu müddət ərzində o, bir neçə dəfə sonuncunun yanında yataq otağındakı şkafı açaraq ona ətir vermiş və həmin vaxt Təqsirləndirilən şəxs yanında olduğu üçün şkafı açarkən orada saxladığı pulları görmüşdür. xx xxxx 2020-ci il tarixdə səhər saat 08:00 radələrində o, kirayədə yaşadığı evin qapısını bağlayaraq işə getmişdir. Həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o, isə işdə olduğunu bildirmişdir. Həmin tarixdə saat 19:00 radələrində o, yaşadığı evə qayıdarkən evin giriş qapısının açıq olmasını görmüşdür. Mənzilə daxil olduqdan sonra əşyaların dağınıq olduğunu görmüş və dərhal pullarını saxladığı şkafa baxaraq onların orada olmadığını aşkar etmişdir. Yaşadığı evdə ümumilikdə 4.500 manat pulu olmuşdur. Həmin pulların 4.000 manatı kağız əskinaslarla, 500 manatını isə bankalarda topladığı 50 və 20 qəpiklərdən ibarət qəpiklərlə olmuşdur. Əlavə olaraq məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi üçün o, Təqsirləndirilən şəxs ilə barışmamış, bu səbəbdən sonuncu barədə şikayətçi olduğunu nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanılmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. (i.v.1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 43); Sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. (i.v. 49-52); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 61-62); Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75, 77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 20/238R nömrəli ekspert rəyindən görünür ki,
1. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vət. Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 01 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.
2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.2000-ci ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən etmişdir.( i.v. 86-91); Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş xx xxxxx 2020-ci il tarixli ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında vət. Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq izləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Məhkəmə-daktiloskopik ekspertizasının 20/238R saylı, xx xxx 2020-ci il tarixli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 93-94) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, ekspertiza rəyi, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə 06 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəməningəldiyinəticələryalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki ) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlibilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsüzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxscəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə 06 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki ) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Hafiz Kamranov