Məhkəmə qərarları › İş №1(005)-217/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-217/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-217/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X26 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun vəkili- 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun vəkili-14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, İsmayıllı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, fiziki şəxs kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1958-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, "xxxx" MMC-də mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qülləli kranın quraşdırılması işlərini planlaşdırdığı və rəhbərlik etdiyi zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Aslanov X5 ASC-nin Təlim Mərkəzi tərəfindən 10.06.2014-cü il tarixdə 4-cü dərəcəli «Yük qaldırıcı kranlar üzrə quraşdırıcı və təmirçi çilingər» ixtisası verilməsi haqqında Ç-005 №-li sertifikata əsasən ********** №-li VÖEN-lə ixtisası üzrə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 29.05.2020-ci il tarixdə verilmiş İN/L-222/2020 qeydiyyat nömrəli, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmirini həyata keçirməsinə icazə verən lisenziya əsasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC ilə bağladığı 01.07.2020-ci il tarixli «Xidmət müqaviləsi» və həmin müqaviləyə 15.07.2020-ci il tarixli 1 №-li əlavəyə əsasən ABŞ-da istehsal olunmuş, 06.04.2020-ci il tarixdə alınaraq X18 Görülməsi və Dağ- X38 Agentliyi tərəfindən 09.06.2020-ci il tarixdə 40256 qeydiyyat sayı ilə qeydiyyata alınmış Cəmiyyətin mülkiyyətində olan 2010-cu ildə ABŞ-da istehsal olunmuş ********* №-li «LS170602009» modelli «Tower Work» markalı qülləli kranın quraşdırılmasını təşkil etməli, qülləli kranın quraşdırılmasına başlamazdan öncə bütün təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə və lazımı təlimatlar keçirilməsinə cavabdeh olmaqla işə başlayan zamanı işin icra planını tərtib edərək orada əməliyyatların və iş yerinin təşkilinin texnoloji ardıcıllığı, işin təhlükəsiz görülməsi üçün lazım olan bütün tərtibatların siyahısını, bütün əməliyyatların düzgün və təhlükəsiz təşkilini təmin edən qaydaları, rəhbərlik etdiyi çilingər-quraşdırıcı briqadasının (icraçıların) kranın quraşdırılması işlərinin təhlükəsiz təşkili metodları, iş görmək üçün seçilmiş maşının və mexanizmlərinin yerləşdirilməsi və onların işləyəcəyi zonaları, ayrı-ayrı elementlərin yığılması üsullarını, bütün birləşmələri dəqiqliklə bərkitməsini göstərməli olduğu halda bunu etməyərək, eləcə də Azərbaycan Respublikasnın “Dövlətdağmədəntexnəzarət” Komitəsinin 05.03.2004-cü il tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.18.1-ci bəndinə əsasən kranın qurulması zamanı binalarda, açıq meydançalarda və digər istehsal sahələrində kranların layihəyə, bu Qaydalara və müvafiq normativ sənədlərə uyğun quraşdırılmalı olduğu halda, 3.1.15 və 4.3-cü bəndlərinin tələblərinə riayət edilmədiyindən kranın texniki sənədləri və quraşdırılması qaydaları Azərbaycan dilində olmadığını nəzərə alaraq onların tərcümə edilib təqdim edilməsini tələb etməyərək, normativ sənədlərin tələblərinə əsasən kranın quraşdırılması layihəsi tərtib edilməli olduğu halda, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Sənani və Ak. H.Əliyev küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisində istifadə edilməsi üçün qeyd olunan cəmiyyətlə "xxxx" MMC arasında bağlanmış 20 iyun 2020-ci il tarixli 001-002 saylı müqaviləyə əsasən, icarəyə götürülmüş həmin qülləli kran sonuncu Cəmiyyət tərəfindən tikinti ərazisinə daşındıqdan sonra o, belə layihə tərtib edilmədən "xxxx" MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 ilə birlikdə yalnız şəxsi səriştələrinə və öz təcrübələrinə arxalanaraq həmin MMC-nin quraşdırıcı-çilingəri X12, kran operatoru X23, fiziki şəxs kimi Şahid2, Şahid1 həmin işə cəlb etməklə verdikləri tapşırıqlara uyğun olaraq 05-10 avqust tarixlərdə quraşdırma işlərinə başlayıb 57 metr hündürlükdə qaldırıcı kranın konstruksiyalarını tikilən binaya bərkidilməsini təmin etdikdən sonra, 04 sentyabr 2020-ci il tarixdə kranın mexanizm və sistemlərinin vəziyyəti yoxlanılmadan saat 14 radələrində kranın hündürlüyünün artırılması üçün quraşdırma işlərini özünün və Təqsirləndirilən şəxs2 rəhbərliyi ilə davam etdirərkən 72 metr hündürlüyə qaldırıldıqdan sonra növbəti seksiyanın quraşdırılmasına başlayan vaxt, kranın hidravlik sistemi vasitəsilə kranın dönən hissəsi qolu ilə birlikdə qaldırılması zamanı 18.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də kran operatoru vəzifəsində işləyən X2 qalxmış, həmin hərəkət texniki təhlükəsizlik qaydaların pozuntusu olsa da, o və Təqsirləndirilən şəxs2 quraşdırma işlərinin aparılmasına rəhbərliyi həyata keçirmək vəzifəsi həvalə olunmuş və təhlükəsizlik üzrə cavabdeh şəxs olaraq bunun qarşısını almamış, habelə dərhal işləri dayandırmalı olduğu halda, qaldırma prosesini davam etdirmiş, öz hərəkətləri ilə normativ sənədlərin «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının» 2.18.8-ci bəndinin «tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün kranların yerləşdirilməsi, kranlarla ş icra layihsinə uyğun aparılmalıdır», 2.18.11 -ci bəndinin «qollu kran elə qurulmalıdır ki, kranın dönən hissəsinin iş zamanı hər hansı bir vəziyyətdə tikililərdən, yük qalaqlarından və digər əşyalardan məsafəsi 1000 mm-dən az olmamalıdır», «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri.» 12.2.003-91 Dövlət standartının 1.4 bəndinin «Hər bir texnoloji kompleks və ayrıca istifadə edilən avadanlıq quraşdırma (sökülmə), istismara vermə və istismar zamanı təhlükəli vəziyyətlərin qarşısını almaq üçün tələblər göstərilən istismar sənədləri ilə komplekləşdirilməlidir», «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalar»ının 12 bəndinin « ... iş yerində sağlam və təhlükəsiz şəraiti yaratmalı..., qaydalarda işin təhlükəsizliyini təmin edən lazımı tələblər olmadıqda, ... təhlükəsiz iş şəraitinin yaradılması üçün tədbir görməlidir, ... işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməlidir...» tələblərini və yuxarıda qeyd edilən «Xidmət müqaviləsi»nin və ona 1 №-li əlavənin şərtlərini pozmuş, qaldırma zamanı hidravlik sistemin nasosunun şlanqı partladığından qaldırılan hissə aşağı enməyə başlamış, bu zaman kranın qolu, kabinəsi və arxa əks yükü yerləşən hissə hidravlik sistemin qaldırıcısına lazımı qaydada bərkidilmədiyindən balansını itirib yerindən çıxaraq aşmış, kranın quraşdırılacağı yer «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının» 2.18.11-ci bəndinin yuxarıda göstərilən tələblərinə riayət edilmədən seçildiyindən, kranın qolu tikilən bina ilə üzbə-üz yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanda olan 9 mərtəbəli binanın dam hissəsinə düşüb binada yerləşən mənzillərin divar və tavanlarını zədələyərək həm də damda olan su çənlərini dağıtmış, bunun nəticəsində həmin binanın 94 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs16 1102,0 manat, 99 saylı mənzilin sahibi Zərərçəkmiş şəxs14 5251,0 manat, 100 saylı mənzilin sahibi Zərərçəkmiş şəxs19 Həmzə oğluna 1373,0 manat, 101 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs17 3460,0 manat, 102 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs18 2938,0 manat, 80 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs15 625 manat məbləğində ziyan vurmuş, kranın kabinəsi isə oxun konstruktiv hissələri ilə birlikdə həmin binaların arasında yerləşən avtomobil yoluna düşərək orada dayanmış avtomobillərə müxtəlif zədələr yetirməklə, o cümlədən Zərərçəkmiş şəxs5 məxsus «Opel Vectra» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşına 5000,00 manat, X4 məxsus «Hyundai Sonata» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 2300 manat, Zərərçəkmiş şəxs6 məxsus «Hyundai Sonata» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşına 7000,00 manat, Zərərçəkmiş şəxs10 məxsus «Mersedes Benz C» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 2350,00 manat, Zərərçəkmiş şəxs12 məxsus «Mersedes Benz C» markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomaşına 3500,00 manat, X6 məxsus «Opel Astra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşına 7000,00 manat, Zərərçəkmiş şəxs9 məxsus «Mitsubisi Pajero» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşına 50,00 manat, Zərərçəkmiş şəxs8 məxsus «Mersedes Vito» markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşına 80,00 manat, Zərərçəkmiş şəxs11 məxsus «X44» ** NC *** dövlət qeydiyyat nişanlı avtomaşına 800,00 manat, Zərərçəkmiş şəxs2 məxsus «Qazel» markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomaşına 100,00 manat, Zərərçəkmiş şəxs4 məxsus «Pegeaunt 406» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomaşına 200,00 manat, Zərərçəkmiş şəxs3 məxsus «Kia Cerato» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına 720,00 manat, Zərərçəkmiş şəxs13 məxsus «Toyota Camry» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşına 3000,00 manat, həmin binanın sahibi "xxxx" MTK-nə 16810 manat məbləğində ziyan dəymiş, kranın kabinəsində olmuş X23 həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə qülləli kranın quraşdırılması işlərinin planlaşdırıldığı və rəhbərlik etdiyi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X13 ölümünə və digər ağır nəticələrə, yəni ümumilikdə 19 nəfər fiziki 1 hüquqi şəxsə 63659 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 qülləli kranın quraşdırılması işlərini planlaşdırıldığı və rəhbərlik etdiyi zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 29.06.2020-ci il tarixdə verilmiş İN/L- 222/2020 qeydiyyat nömrəli, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmirini həyata keçirməsinə icazə verən lisenziya əsasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC Azneftkimyamaş ASC-nin Təlim Mərkəzi tərəfindən 10.06.2014-cü il tarixdə 4-cü dərəcəli «Yük qaldırıcı kranlar üzrə quraşdırıcı və təmirçi çilingər» ixtisası verilməsi haqqında Ç-005 №-li sertifikata əsasən ********** №-li VÖEN-lə ixtisası üzrə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 ilə bağladığı 01.07.2020-ci il tarixli «Xidmət müqaviləsi» və həmin müqaviləyə 15.07.2020-ci il tarixli 1 №-li əlavəyə əsasən ABŞ-da istehsal olunmuş, 06.04.2020-ci il tarixdə alınaraq X18 Görülməsi və X25 Agentliyi tərəfindən 09.06.2020-ci il tarixdə 40256 qeydiyyat sayı ilə qeydiyyata alınmış Cəmiyyətin mülkiyyətində olan 2010-cu ildə ABŞ-da istehsal olunmuş ********* №-li «LS170602009» modelli «Tower Work» markalı qülləli kranın quraşdırılması zamanı "xxxx" MMC-nin mühəndisi vəzifəsində işləyərək həmin MMC üzrə verilmiş 8 saylı 19.05.2020-ci il tarixli əmrə əsasən "xxxx" MMC-nin layihələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə cavabdeh şəxs təyin edilməklə iş yerlərində mümkün ola biləcək risklərin qarşısını almaq üçün tədbirlər həyata keçirmək, işqabağı təlimatlandırma, qaydalara riayət edilməsinə nəzarət etməli, qülləli kranın quraşdırılmasına ümumi rəhbərlik edərək işə başlayan zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə işin icra planını tərtib edərək orada əməliyyatların və iş yerinin təşkilinin texnoloji ardıcıllığı, işin təhlükəsiz görülməsi üçün lazım olan bütün tərtibatların siyahısını, bütün əməliyyatların düzgün və təhlükəsiz təşkilini təmin edən qaydaları, sonuncunun rəhbərlik etdiyi çilingər-quraşdırıcı briqadasının (icraçıların) kranın quraşdırılması və sökülməsi işlərinin təhlükəsiz təşkili metodları, iş görmək üçün seçilmiş maşının və mexanizmlərinin yerləşdirilməsi və onların işləyəcəyi zonaları, ayrı-ayrı elementlərin yığılması üsullarını, bütün birləşmələri dəqiqliklə bərkitməsini göstərməli olduğu halda bunu etməyərək, eləcə də Azərbaycan Respublikasnın “Dövlətdağmədəntexnəzarət” Komitəsinin 05.03.2004-cü il tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.18.1-ci bəndinə əsasən kranın qurulması zamanı binalarda, açıq meydançalarda və digər istehsal sahələrində kranların layihəyə, bu Qaydalara və müvafiq normativ sənədlərə uyğun quraşdırılmalı olduğu halda, 3.1.15 və 4.3cü bəndlərinin tələblərinə riayət edilmədiyindən kranın texniki sənədləri və quraşdırılması qaydaları Azərbaycan dilində olmadığını nəzərə alaraq onların tərcümə edilib təqdim edilməsini təmin etməyərək, normativ sənədlərin tələblərinə əsasən kranın quraşdırılması layihəsi tərtib edilməli olduğu halda, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə M.Sənani və Ak. H.Əliyev küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisində istifadə edilməsi üçün qeyd olunan cəmiyyətlə "xxxx" MMC arasında bağlanmış 20 iyun 2020-ci il tarixli 001-002 saylı müqaviləyə əsasən, icarəyə götürülmüş həmin qülləli kran sonuncu Cəmiyyət tərəfindən tikinti ərazisinə daşındıqdan sonra, belə layihə tərtib edilmədən o, Təqsirləndirilən şəxs1 ilə birlikdə yalnız şəxsi səriştələrinə və öz təcrübələrinə arxalanaraq həmin MMC-nin quraşdırıcı-çilingəri X12, kran operatoru X23, fiziki şəxs kimi Şahid2, Şahid1 həmin işə cəlb etməklə verdikləri tapşırıqlara uyğun otaraq 05-10 avqust tarixlərdə quraşdırma işlərinə başlayıb 57 metr hündürlükdə qaldırıcı kranın konstruksiyalarını tikilən binaya bərkidilməsini təmin etdikdən sonra, 04 sentyabr 2020-ci il tarixdə kranın mexanizm və sistemlərinin vəziyyəti yoxlanılmadan saat 14 radələrində kranın hündürlüyünün artırılması üçün quraşdırma işlərini özünün və Təqsirləndirilən şəxs1 rəhbərliyi ilə davam etdirərkən 72 metr hündürlüyə qaldırıldıqdan sonra növbəti seksiyanın quraşdırılmasına başlayan vaxt, kranın hidravlik sistemi vasitəsilə kranın dönən hissəsi qolu ilə birlikdə qaldırılması zamanı 18.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də kran operatoru vəzifəsində işləyən X2 qalxmış, həmin hərəkət texniki təhlükəsizlik qaydaların pozuntusu olsa da, o və Təqsirləndirilən şəxs1 quraşdırma işlərinin aparılmasına rəhbərliyi həyata keçirmək vəzifəsi həvalə olunmuş və təhlükəsizlik üzrə cavabdeh şəxs olaraq bunun qarşısını almamış, habelə dərhal işləri dayandırmalı olduğu halda, qaldırma prosesini davam etdirmiş, öz hərəkətləri ilə normativ sənədlərin «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının» 2.18.8-ci bəndinin «tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün kranların yerləşdirilməsi, kranlarla ş icra layihsinə uyğun aparılmalıdır», 2.18.11-ci bəndinin «qollu kran elə qurulmalıdır ki, kranın dönən hissəsinin iş zamanı hər hansı bir vəziyyətdə tikililərdən, yük qalaqlarından və digər əşyalardan məsafəsi 1000 mm-dən az olmamalıdır» «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri.» 12.2.003-91 Dövlət standartının 1.4 bəndinin «Hər bir texnoloji kompleks və ayrıca istifadə edilən avadanlıq quraşdırma (sökülmə), istismara vermə və istismar zamanı təhlükəli vəziyyətlərin qarşısını almaq üçün tələblər göstərilən istismar sənədləri ilə komplekləşdirilməlidir». «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12 bəndinin « ... iş yerində sağlam və təhlükəsiz şəraiti yaratmalı..., qaydalarda işin təhlükəsizliyini təmin edən lazımı tələblər olmadıqda, ... təhlükəsiz iş şəraitinin yaradılması üçün tədbir görməlidir, ... işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməlidir...» tələblərini və yuxarıda qeyd edilən «Xidmət müqaviləsi»nin və ona 1 №-li əlavənin şərtlərini pozmuş, qaldırma zamanı hidravlik sistemin nasosunun şlanqı partladığından qaldırılan hissə aşağı enməyə başlamış, bu zaman kranın qolu, kabinəsi və arxa əks yükü yerləşən hissə hidravlik sistemin qaldırıcısına lazımı qaydada bərkidilmədiyindən balansını itirib yerindən çıxaraq aşmış, kranın quraşdırılacağı yer «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının» 2.18.11-ci bəndinin yuxarıda göstərilən tələblərinə riayət edilmədən seçildiyindən, kranın qolu tikilən bina ilə üzbə-üz yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanda olan 9 mərtəbəli binanın dam hissəsinə düşüb binada yerləşən mənzillərin divar və tavanlarını zədələyərək həm də damda olan su çənlərini dağıtmış, bunun nəticəsində həmin binanın 94 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs16 1102,0 manat, 99 saylı mənzilin sahibi Zərərçəkmiş şəxs14 5251,0 manat, 100 saylı mənzilin sahibi Zərərçəkmiş şəxs19 Həmzə oğluna 1373,0 manat, 101 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs17 3460.0 manat, 102 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs18 2938,0 manat, 80 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs15 625 manat məbləğində ziyan vurmuş, kranın kabinəsi isə oxun konstruktiv hissələri ilə birlikdə həmin binaların arasında yerləşən avtomobil yoluna düşərək orada dayanmış avtomobillərə müxtəlif zədələr yetirməklə, o cümlədən Zərərçəkmiş şəxs5 məxsus «Opel Vectra» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşına 5000,00 manat, X4 məxsus «Hyundai Sonata markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 2300 manat, Zərərçəkmiş şəxs6 məxsus «Hyundai Sonata» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşına 7000,00 manat, Zərərçəkmiş şəxs10 məxsus «Mersedes Bcnz C» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 2350,00 manat, Zərərçəkmiş şəxs12 məxsus «Mersedes Bcnz C» markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomaşına 3500,00 manat, X6 məxsus «Opel Astra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşına 7000.00 manat, Zərərçəkmiş şəxs9 məxsus «Mitsubisi Pajero» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşına 50.0 manat, Zərərçəkmiş şəxs8 məxsus «Mersedes Vito» markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşına 80.00 manat, Zərərçəkmiş şəxs11 məxsus «X44» ** NC *** dövlət qeydiyyat nişanlı avtomaşına 800.00 manat, Zərərçəkmiş şəxs2 məxsus «Qazel» markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomaşına 100,00 manat, Zərərçəkmiş şəxs4 məxsus «Pegeaunt 406» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomaşına 200,00 manat, Zərərçəkmiş şəxs3 məxsus «Kia Cerato» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına 720,00 manat, Zərərçəkmiş şəxs13 məxsus «Toyota Camry» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşına 3000,00 manat, həmin binanın sahibi "xxxx" MTK-nə 16810 manat məbləğində ziyan dəymiş, kranın kabinəsində olmuş X23 həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə qülləli kranın quraşdırılması işləri, yəni tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X13 ölümünə və digər ağır nəticələrə, yəni ümumilikdə 19 nəfər fiziki 1 hüquqi şəxsə 63659 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qülləli kranların quraşdırılması və istismara verilməsi sahəsində uzun müddət ərzində çalışdığından, quraşdırıcı-çilingər kimi fəaliyyətlə məşqul olmasından ötrü müvafiq icazə və sertifikatları olduğundan, bu sahədə özünü mütəxəssis hesab edir. Sonuncu dəfə bu fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı «Profiresurs» tədris mərkəzindən rəsmi qaydada almışdır. Bu sahədə işlədiyi vaxt ərzində Bakı şəhərində müxtəlif qülləli kranları quraşdırmaqla istismara vermişdir. 5-6 il müddət ərzində «Akkord» şirkətində kran üzrə mütəxəssis işləmiş, həmçinin həmin şirkətə məxsus və istismarda olan qülləli kranların quraşdırılmassnı, kranların texniki vəziyyətinə nəzarət edilməsini, lazım olduğu halda kranlar üzərində təmir və texniki profilaktik işlərin aparılmasının təşkil edilməsini, həmçinin həmin işlərdə şəxsən iştirak etməklə digər işçilərə rəhbərlik etmişdir. İşlədiyi müddətdə müvafiq sertifikatı olmuşdur. «Akkord» şirkətinin balansında olan və tərəfindən aparılmış quraşdırma işləri Kanada, Çin və Türkiyə istehsalı olan kranlar olmuş, ABŞ istehsalı olan qülləli kranla rastlaşmamışdır. «Akkord» şirkətində tikinti sahəsində iş olmadığından, öz xahişi ilə işdən çıxmış və 01.06.2020-ci il tarixdə "xxxx" MMC-nə işə düzəlmişdir. Həmin MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 kran təsərüfatında tanınmış şəxslərdən biri kimi çoxdan tanımışdır. Qeyd etdiyi şirkətə işə düzəldikdən sonra "xxxx" MMCnin balansında olan gülləli kranların ayrı-ayrı tikinti sahələrində quraşdırılması və istifadayə verilməsi ilə məşğul olmuşdur. Adi işçi kimi aldığı əmək haqqı sərf etmədiyindən, rəhbərlikdən fiziki şəxs kimi fəaliyyət göstərməsinə icazə verilməsini xahiş etmişdir. Vəzifəsi bilavasitə MMC-nə məxsus kranları quraşdırmaqdan ibarət olmuşdur. ABŞ-nın istehsalı olan qülləli kranı birinci dəfə şirkətin baş mühəndisi Təqsirləndirilən şəxs2 qarajında sökülmüş vəziyyətdə görmüşdür. Bildiyinə görə həmin kran alındıqdan sonra MMC tərəfindən istifadə edilməmiş, sökülmüş vəziyyətdə saxlanılmışdır. Həmin kran üzərində tərəfindən bir neçə təmir profilaktik işlər aparılmış, lakin kran üzərində təmir texniki tədbirlərin həyata keçirilməsi haqqında hər hansı qeydiyyat kitabı olmamışdır.Buna görə də hər hansı qeydiyyat aparılmamışdır. Sökülmüş vəziyyətdə saxlanılan qülləli kranın istismar vəziyyətində olub-olmamasını belə vəziyyətdə müəyyən etmək qeyri-mümkün olmuşdur. Həmçinin kranın texniki sənədləri ilə tanış olmamış, bildiyinə görə həmin kranın texniki sənədləri inglis dilində istehsalçı zavod tərəfindən çap olunmuş, həmin sənədlərin Azərbaycan dilində olan nüsxəsini görməmiş, belə bir sənədlər ümumiyyətlə olmamışdır. Ona görə də, həmin kranın quraşdlırılması tərəfindən həyata keçirilsə də, quraşdırma tam Təqsirləndirilən şəxs2 rəhbərliyi ilə həyata keçirilmişdir. Quraşdırmanın hər bir əməliyyatının aparılması haqqında ilk məlumat Təqsirləndirilən şəxs2 tərəfindən verilir və özü tərəfindən də nəzarət edilirdi. Tikilən binanın 10-11-ci mərtəbəsinə qalxmaq üçün Təqsirləndirilən şəxs2 fiziki imkanı olmamış, hündürlükdə olan işlərin ardıcıllığı tərəfindən müəyyən edilmişdir. 16 iyul 2020- ci il tarixdə "xxxx" tikinti şirkətinə məxsus tikinti sahəsinə qülləli kran gətirilərək quraşdırılmasına başlanılmışdır. Quraşdırmada bilavasitə özü, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs7 iştirak etmiş, rəhbərlik etdiyi briqadanın fəaliyyətinə nəzarət isə Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmişdir. Kranın quraşdırılması zamanı tikinti şirkəti tərəfindən hər hansı əlavə təhlükəsizlik tədbirlərinin görülübgörülməməsini bilməmişdir. Qülləli kranın olduğu yer "xxxx" MMC tərəfindən müəyyən edilmişdir. Qülləli kranın yerləşdirilməsinə dair müvafiq layihə olmasını eşitmiş, lakin həmin layihə sənədləri ilə tanış olmamışdır. Quraşdırma zamanı təhlükəli işlərin aparılması haqqında tikinti meydançasının hasarında, məlumatedici elan və ya lövhə görməmişdir. Təxminən iyul ayının axırlarında quraşdırılan kran 50 metr hündürlüyə galdırılmış və səhv etmirsə təzə tikilən binanın 10-cu mərtəbəsi səviyyəsində dəmir-beton sütunlara bağlanmış, kranın seksiyaları isə bir- biri ilə dəmir barmaqlarla bağlanılmışdır. Kran bağlanılan sütunların betonu təzə olduğundan, kranın quraşdırılmasını dayandırıb betonun qurumasını gözləmişlər. 02 sentyabr 2020-ci il tarixdə səhər-səhər kranın quraşdırılmasına davam etməyə başlamışlar, 50 metrin üstünə 5 seksiya, hər bir seksiya 3 metr olmaqla, cəmi 15 metr, yəni 65 metrə kimi qaldırmışlar. Əlavə olaraq 10 metr kranın hündürlüyü artmalı olduğu üçün əlavə seksiyaların quraşdırılmasına hazırlaşmışlar. Əlavə bir seksiyanı kran özü qaldırmış və kran operatoru seksiyanı nəzərdə tutulmuş yerə qoymuş sonra isə kranı qabağa verməklə balansı düzəltmiş və kabinədən çıxıb onlara yaxınlaşmışdır. Onlar, yəni 3 nəfər kranın meydançasında olmuş, kran operatoru Elvin Cəfərov meydançaya yaxınlaşmış, lakin meydançaya çıxmamış, dəmir konstruksiya aralarında qalmış, onlar isə kranın texnoloji avadanlığını istifadə etməklə kranı 3 metr də qaldırmağa çalışmışlar. Elvin Cəfərovun telelonu kranın kabinəsində qalmasını bildirmiş və icazə almadan oraya galxmış, o isə bunun qarşısını ala bilməmişdir. Kran 1.5 metr qaldırıldıqdan sonra fiksasiya olunmuş və əlavə 1.5 metr qaldırıldığı zaman bərk səs eşitmiş və kranın balansını itirdiyini görmüşdür. Özünü xilas etməkdən ötrü metalkonstıuksiyalar tərəfə qaçmış və onlardan əllə tutmaqla kranın aşmasına baxmayaraq özünü xilas etmişdir. Elvin Cəfərov isə kran aşan zaman kabinədə olmuş və kranın kabinəsi ilə birlikdə aşağı düşüb ölmüşdür. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın aradan qaldırılmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də mühəndis vəzifəsində faktiki olaraq 2020-ci ilin aprel ayından işləyir. Şirkət 2020-ci ilin fevral ayında təsis olunmuş, lakin fəaliyyətinə dair lisenziya yalnız 2020-ci ilin iyun ayında verildiyindən həmin vaxtdan fəaliyyətə başlamışdır. Faktiki olaraq şirkətin baş mühəndisi vəzifəsi tərəfindən icra edilirdi. Əvvəllər uzun müddət balansında çoxsaylı qülləli kranlar olan təşkilatlara rəhbərlik etdiyindən, kran təsərrüfatında böyük təcrübəyə malikdir. Şirkətin əsas fəaliyyəti balansında olan qülləli kranların icarəyə verilməsindən və istifadə edilməsindən ibarətdir. X11 istehsal edilmiş qülləli kran işlədiyi MMC tərəfindən 2010-cu ildə alınmışdır. Həmin kranı onlara satan "xxxx" şirkəti bildiyinə görə kranı Türkmənistandan alıb satmaq məqsədilə Azərbaycan Respublikasına gətizdirmişdir. Qeyd olunan kran Türkmənistan ərazisində hansı şəraitdə istifadə edilməsi, kran üzərində müvafiq texniki-profilaktik işlərin aparılıb-aparılmaması, aparıldığı halda işlərin növü və nəticəsi hər hansı sənəddə öz əksini tapıb-tapmaması haqqında məlumatı olmamışdır. Faktiki olaraq kran normal istismar vəziyyətdə olan kimi satılmışdır. "xxxx" MMCnin əməkdaşları tərəfindən kran üzərində həm baxış, həm də lazım olan texniki və profilaktik işlər aparıldığından, kranın istismar vəziyyətinə dair hər hansı iddiası olmamışdır. Tikinti işləri ilə məşğul olan "xxxx" MMC ilə 20 iyun 2020-ci il tarixli müqavilə bağlanıldıqdan sonra, qülləli kran sökülmüş vəziyyətdə "xxxx" MMC-nə məxsus tikinti meydançasına gətirilməklə quraşdırılmasına başlanılmışdır. Qülləli kranın quraşdırılması və istimar edilməsi üçün ərazi tikinti sahəsinin sahibi, yəni "xxxx" MMC tərəfindən müəyyən edilmiş, həmin yerdə təhlükəsizlik qeyd olunan şirkət tərəfindən təmin edilməli olmuşdur. Faktiki olaraq kranın quraşdırılması tərəfindən 2020-ci ilin avqustun 5-10 tarixləri arasında başlanılmış, quraşdırmada şirkətin 5 işçisi, o, Fuad, Namaz, kran operatoru Elvin, Mehman adlı şəxslər iştirak etmişlər. Quraşdırıcı-çilingərlər briqadasına rəhbərlik edən, bu işlərdə böyük təcrübəsi olan və müvafiq sertifikata malik Təqsirləndirilən şəxs1la "xxxx" MMC tərəfindən xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə Təqsirləndirilən şəxs1 fiziki şəxs kimi kranın quraşdırılması istiqamətində bütün texniki tədbirlərin yerinə yetirilməsini üzərinə götürmüş, həmçinin kranın quraşdırılması prosesini texniki qaydaların tələblərinə riayət etməklə həyata keçirilməli olmuş, o isə quraşdırma prosesinə ümumi rəhbərlik edən şəxs kimi inşa edilən binanın aşağı hissəsində olduğu zaman müşahidə etmişdir. Kranın ümumi hündürlüyü 75 m olmalı halda, 72 metrə kimi qaldırılmış və 04 sentyabr 2020-ci il tarixdə məlum hadisə baş vermişdir. Kranın quraşdırılması prosesi tam bitirilmədiyindən, kran Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təqdim edilməmiş və kranın istifadə edilməsindən ötrü müvafiq lisenziya alınmamışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində o, kranın quraşdırıldığı yerdə olmaqla quraşdırma prosesinə nəzarət etmişdir. Həmin vaxt bərk səs eşitmiş və kranın qolunun aşağı gəlməsini görmüşdür. Kranın aşmasını başa düşərək dərhal orada olan şəxslərə ərazini tərk etmək göstərişini vermişdir. Həmçinin kran operatoru kabinəni tərk edərək yanında olan meydançaya çıxmış və meydança ilə birlikdə aşağı düşərək ölmüşdür. Texnoloji qaydalara görə, qülləli kranın quraşdırılması zamanı kran operatorunun orada olması qəti qadağandır, lakin kran operatorunun belə hərəkətlərinin qarşısını Təqsirləndirilən şəxs1 almamış, o isə hündürlükdə olan işlərin gedişinə faktiki olaraq nəzarət edə bilməmişdir. Qülləli kranın quraşdırılmasını tənzimləyən texniki sənədlər İngilis dilindən Azərbaycan dilinə tərcümə edilməli olduğu halda, bunu etməmişlər. Təcrübəyə görə bütün qülləli kranlar eyni şəkildə və eyni qaydada quraşdırıldığını hesab etmişdir. "xxxx" MMC rəhbərliyinin kranın quraşdırılması prosesində hər hansı iştirakı olmamışdır. Lakin, normativ sənədlərin tələblərinə görə həmin MMC tərəfindən tikintinin rəhbəri təyin edilməli, tikinti layihəsi əsasında tikinti işlərinin yerinə yetirilməsi layihəsini hazırlamalı, tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etməli olmuşdur. Tikintiyə daxili əməliyyat nəzarətinin həyata keçirilməsini təmin etməli olduğu halda, qülləli kranın olduğu yer həmin MMC tərəfindən müəyyən edilmişdir. Kran təsərrüfatında uzun müddət ərzində işlədiyini nəzərə alaraq, həm özünün bildiyinə görə, həm də normativ sənədlərinin tələblərinə görə, qülləli kranın yeri təhlükəsiz olmalı, kranın quraşdırılmasına dair müvafiq məlumatların verilməsi tikinti təşkilatı tərəfindən təmin və təşkil edilməli, yolda avtomaşınların saxlanılmasının qarşısı alınmalı, yəni tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadan kənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Hadisə ehtiyatsızlıqdan baş vermiş, kranın quraşdırılmasına və tikinti işlərinə rəhbərlik edən şəxslər, o cümlədən özü, böyük təcrübəyə malik olmağına baxmayaraq, lazımi qaydada həm texniki, həm də nəzarət tədbirləri həyata keçirməmiş, lakin ən böyük pozuntu Təqsirləndirilən şəxs1 hərəkətləri olmuş, çünki həmin şəxs kranla bağlı bütün texniki tədbirləri üzərinə götürmüş və hündürlükdə olan işlərə tərəfindən nəzarət etmək qeyri-mümkün olmuşdur. Təbii ki, qəzanın baş verməsini və belə nəticələrini heç kim istəməmiş, kranla bağlı problem olacağını bildiyi halda, qarşısı alınmasını təmin edə bilərmiş. Quraşdırılan kranın aşmasının bir neçə səbəbi və ya faktoru olmuşdur. Həm texniki səbəbi, hidravlik avadanlğın sıradan çıxması, həm də insan faktoru, kran operatorunun kabinədə olması, oraya qalxan zaman qarşısı alınmaması, kranı quraşıdırmaq üçün təhlükəli yerin müəyyən edilməsi və sair. Eyni zamanda, hidravlik sistemin sıradan çıxması öz-özünə kranın aşmasına səbəb olmamasını hesab etmiş, fikrincə kranın aşması səbəbi Təqsirləndirilən şəxs1 tərəfindən kranın qaldırılan hissəsi hidravlik sistemin qaldırıcısına lazımı şəkildə bərkidilməməsi, yaxud ümumiyyətlə bərkidilməməsi olmuşdur. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın aradan qaldırılmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2020-ci il tarixdə saat 13:30 radələrində X40 küçəsində yerləşən 1 saylı ASAN xidmətə gəldiyi zaman orada maşını saxlamaq üçün yer olmadığından Mövsüm Sənani küçəsində özünə məxsus «Hyundai Sonata» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşını inşa edilən binanın yanından keçən yolun sağında saxlamışdır. Saat 14:20-də avtomaşını saxladığı yerə qayıtdıqda inşa edilən binanın yanında quraşdırılmış qülləli kranın aşmış vəziyyətdə olduğunu görmüşdür. Həmin kranın aşması nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda 3-4 il müddət ərzində kirayədə yaşamışdır. Həmin mənzil Rusiya Federasiyasında daimi yaşayan Zərərçəkmiş şəxs19 məxsus olmuşdur. 04 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində qəflətən evin mətbəxindən səs eşitdiyini, pəncərədən çölə baxan zaman qaldırıcı kranın aşmasını görmüşdür. Həmin kranın aşması nəticəsində ona məxsus «Mersedes Benz 180» markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2020-ci il tarixdə işlə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsində tikinti aparılan yerə yaxın məsəfədə özünə məxsus «Hyundai Sonata» markalı avtomaşını saxlamışdır. Avtomaşını saxladığı yerdən bərk səs eşidib kənara qaçmışdır. Həmin kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də 04 sentyabr 2020-ci il tarixədək usta işləmişdir. 04 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus «Opel Vektra» markalı avtomaşınla iş yerinə gələrək avtomobilini Bakı şəhəri, Mövsüm Sənani küçəsində tikinti aparılan yerdən yaxın məsəfədə saxlamışdır. Həmin kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yaşayır. 04 sentyabr 2020-ci il tarixdə günorta saatlarında «Pejo 406» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomaşınını həmin küçədə saxlayaraq mağazaya daxil olmuşdur. Mağazada olduğu zaman çöldən bərk səs eşidib təcili olaraq çölə çıxmışdır. Çölə çıxdıqda tikinti sahəsində qülləli kranın aşmasını görmüşdür. Həmin kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, «Qazel» markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə edir. 04 sentyabr 2020-ci il tarixdə nahara yaxın vaxtda idarə etdiyi “Qazel” markalı avtomaşınla "xxxx" MMC-ə məxsus tikinti sahəsinə 50 ədəd dikt aparmışdır. Tikinti sahəsində işləyən şəxslərdən birinin göstərişi ilə avtomaşınını içəri vermiş, daha sonra fəhlələr həmin yükü boşaltmağa başlamışlar. Həmin vaxt yuxarıdan bərk səs gəlmişdir. Yuxarı baxdıqda kranın aşmasını görmüşdür. Kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi tanınmış X7 nümayəndəsi X20 ifadəsində göstərmişdir ki, hazırda onlar təqsirləndirilən şəxslərlə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2020-ci il tarixdə nahar vaxtında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər İdarəsinə getdiyi zaman orada yerləşən tikinti sahəsində quraşdırılmış qülləli kranın aşması nəticəsində sahibi olduğu qara rəngli «X45» markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomaşına kərpiç və beton qırıntıları düşmüş, nəticədə avtomaşının qabaq şüşəsi sınmış, kapot və sağ qabağ qanadı əzilmişdir. Avtomobili idarə etdiyindən kranın aşmasını görməmişdir. Kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayından "xxxx" MMC-də dəmirçi-çilingər vəzifəsində işləyir. "xxxx" MMC-də əvvəldən Ceyhun Nağıyevi tanımış və həmin şəxsin təklifi ilə qeyd olunan MMC-nə işə düzəlmişdir. İşə qəbul edildiyi zaman MMC-nin rəhbərliyi tərəfindən onunla əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinə görə o, dəmirçi-çilingər kimi kranın quraşdırılması, həmçinin kranın sökülməsi qaydaları, kranın təmiri və kranla bağlı digər məsələləri həll etməli olmuşdur. Birinci sertifikatını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən "xxxx" MMC-də işlədiyi zaman almış, "xxxx" MMC-də işlədiyi zaman, təxminən 4-5 ay əvvəl yenidən FHN-dən təzə sertifikat almışdır. Adına sertifikat verən şirkətin dəqiq adını xatırlamasa da, həmin şirkət Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, Ukrayna dairəsindən yuxarı qalxan yolun üstündə yerləşdiyini bilir. Həmin təşkilatda imtahan verməklə yeni sertifikat almışdır. 04 sentyabr 2020-ci il tarixdə aşmış qulləli kran bildliyinə görə əvvəllər istismarda olmamış, 2020-ci ilin avqust ayında həmin kran saxlanıldığı yerdən Bakı şəhəri, Xətai rayonu, «Ağ şəhər» yaşayış kompleksinin yaxınlığında yerləşən qarajdan götürülüb tikinti sahəsinə gətirilməklə həmin gün quraşdırılmasına başlanılmışdır. Qülləli kranın quraşdırılmasında 4 nəfər, yəni o, quraşdırıcı Mehman, Namaz və Elşad adlı şəxslər işləmiş, briqadanın başçısı isə Mehman olmuşdur. Əvvəllər işlədiyi "xxxx" MMC-də bu modelli olan qüllləli kranın quraşdırılmasında dəfələrlə iştirak etmiş və kranın quraşdırılmasının qaydalarını bildiyindən "xxxx" MMC-nə məxsus ABŞ istehsalı olan qülləli kranın quraşdırılması qaydalarını bilmişdir. Lakin, buna baxmayaraq quraşdırmada Mehman adlı şəxsin göstərişini yerinə yetirmiş, həmçinin kranın quraşdırılması zamanı Fövqəladə Hallar Nazirliyindən hər hansı əməkdaş tikinti sahəsinə və kranın quraşdırılması zamanı gəlməsini görməmişdir. 04 sentyabr 2020-ci il tarixə kimi quraşdırdıqları kranı 70 metrə kimi qaldırmış, 57-ci metrədə kran yanında olan yeni tikilən binaya bağlanmış və quraşdırma prosessi davam etmişdir. 04 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində aşağıda olmuş, kran operatoru Elvin kranın kabinəsində, Mehman və Elşad kranın maçtasında olmuşlar. O, qaydalara görə kranın seksiyasını qoşaraq binanın pilləkəni ilə qalxıb yuxarı meydançaya çıxmışdır. Meydançaya çıxan kimi aşağıdan bərk səs eşitmiş və kranın mərkəzlənməsi pozulduğu üçün kranın gövdəsi aşdığını hiss etmişdir. O, Mehman, Elşad kranın maçtasında olaraq salamat qalmış, kran operatorunun meydançaya çıxmağa imkanı olmamış və kabinə ilə birlikdə aşağı düşüb rəhmətə getmişdir. Bundan sonra kranın nasosundan yağın sızmasına fikir vermiş, lakin orada yağın sızması səbəbi nədən ibarət olmasını bilməmişdir. Uzun müddət ərzində həmin sahədə işlədiyinə baxmayaraq, kranın aşma səbəbini bilmir və bununla bağlı hər hansı fərziyyəsi yoxdur. Həmçinin aşağıda idarə etdiyi, lakin dostu X30 məxsus «Opel Astıa» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşının üstünə kranın hissələri düşdüyündən avtomaşının kapotu, qabağ qanadları, avtomaşının banı bərk əzilmiş, arxa və qabağ sol şüşələri tam sınmışdır, avtomaşının mühərriki tam sıradan çıxmışdır. Kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2020-ci il tarixdə işlədiyi «Ege» xəstəxanasına gəlmişdir. Xəstəxananın dayanacağında boş yer olmadığından saat 11 radələrində özünə məxsus «Kia Serato» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşını "xxxx" MMC tikinti şirkətinin tikinti sahəsinin yanında olan avtomobil yolunun sağ tərəfində saxlamışdır. Təxminən saat 15 radələrində kranın aşması haqqında məlumat alıb həmin əraziyə getmişdir. Hadisə yerinə yaxınlaşarkən orada çoxsaylı polis əməkdaşlarının, həmçinin tikinti sahəsində olan qülləli kranın aşmış vəzıyyətdə yerdə olmasını görmüşdür. Kranın aşması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131 ünvanda (Azadlıq pr. 207 yeni ünvan) yerləşən "xxxx" mənzil tikinti kooperativinin sədri Nümayəndə zərərçəkmişin nümayəndəsi qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə qülləli kranın aşması nəticəsində Bakı şəhəri, Nərinanov rayonu, Azadlıq prospekti 207 ünvanda olan "xxxx" mənzil tikinti kooperativinin binasının dam hissəsinə, liftə, lift şaxtasına müəyyən ziyan vurulmuş, lakin həmin ziyan kooperativ tərəfindən müəyyən edilmədiyindən, həmçinin ziyan tikinti şirkətləri tərəfindən qısa müddət ərzində aradan qaldırılmasına görə ziyanın məbləğini göstərməkdə çətinlik çəkmişdir. Eyni zamanda binanın dam hissəsinə zədələnmiş yerlərdə dəmir-beton və izolyasiya işləri aparılmış, lift və lift şaxtası təmir olunmuş, binanın fasadına boya vurulmuş, həmçinin digər bərpa-təmir işləri aparılmışdır. Lakin aparılmış bərpa-təmir işləri keyfiyyətsiz olmuşdur. Kranın aşması nəticəsində və kranın dəmir konstruksiyası binanın dam hissəsinə düşdüyündən binanın istismar vəziyyətindən çıxmasına və istismara yarırsız vəziyyətə düşməsinə səbəb olmamışdır. Bildiyinə görə heç bir sənəddə binanın istismar vəziyyətindən çıxması qeyd olunmamış, yalnız bərpa-təmir işləri aparılması zərurəti olduğu haqqında qeyd edilmişdir. Tikinti sahəsindən yaxın və təhlükəli məsəfədə yerləşən yaşayış binasının sakini, eyni zamanda kooperativin sədri kimi tikinti sahəsində qülləli kranın quraşdırılması haqqında məlumatı olmamış, tikintinin yanından keçən avtomaşın yolunda, həmçinin binanın həyətində avtomaşınların saxlanılmasına qadağa qoyulması haqqında heç bir elan vurulmamışdır. Hal-hazırda da sahədə quraşdırılmış qülləli kranın qolu işləyən zaman kooperativ binanın damından çox yaxın məsəfədə olur və bu əlavə təhlükə yaradır. Bununla əlaqədar kooperativin sədri kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, lakin həmin qurumdan bizə cavab verilməmişdir. 05 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlardan heç bir şikayət və tələbi yoxdur. Lakin şikayətinin zərərvuran "xxxx" MMC və "xxxx" MMC şirkətindəndir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 Həmzə oğlu ifadəsində göstərmişdir ki, o, hazırda Rusiya Fedarasiyasında yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 127/131 ünvanında yerləşən 100 nömrəli mənzil ona məxsusdur. Həmin mənzili müxtəlif şəxslərə kirayəyə vermişdir. 04 sentyabr 2021-ci il tarixdə qülləli kranın aşması nəticəsində ona məxsus mənzilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən, faktiki ona məxus olmaqla bacısı Zərərçəkmiş şəxs14 adına olan mənzildə yaşayır. 04 sentyabr 2020-ci il tarixdə evdə olan zaman nə isə binanın damına çırpıldığını eşitmişdir. Balkona çıxdıqda yaşadığı binanın yaxınlığında tikilən binanın tikinti meydançasında olan kranın yaşadığı binanın üzərinə aşmasını görmüşdür. Mətbəxdən başlayaraq bütün otaqlara baxıb tavanlarında çatlar, aralanmalar əmələ gəlməsini aşkar etmişdir. Damda olan su çənləri zədələndiklərindən, axan sular mənzilinə tökülmüşdür. Mənzil tam yararsız vəziyyətə düşmüdür. Mənzilin təmirinə və su-istilik sisteminə çəkdiyi xərclərlə birlikdə ona dəymiş ziyan 200.000 manat məbləğində olmuşdur. Qeyd etmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 20 iyun 2020-ci il tarixli 001-002 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülmüş “LSİ70602009” modelli “Tower work” markalı qülləli kran tikinti meydançasına daşınmışdır. Daha sonra "xxxx" MMC ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 arasında 01.07.2020-ci il tarixli “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 15.07.2020-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən "xxxx" MMC-nin mühəndisi cavabdeh Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 kranın quraşdırılması işinə cəlb edilmişdir. İş materiallarından məlum olduğu kimi, habelə təqsirləndirilən şəxs qismində cəlb olunduğu halda əsassız və absurd şəkildə 15.03.2021ci il tarixində adı ittiham aktından çıxarılan "xxxx" MMC-nin icraçı direktoru Şahid3 ifadələrindən və dindirilmə protokollarından açıq-aydın göründüyü kimi, tikinti şirkəti tikintiyə dair normativ sənədlərin tələblərini kobud səkildə pozmuş, ən adi və fundamental tələblərə əməl etməmiş, kranın quraşdırılması üçün təlhükəsiz və adekvat yer ayırmamış, ən primitiv təhlükəsizlik qaydalarına belə riayyət etməmişdir. Tikinti ərazisində aparılan işlərə adekvat nəzərat həyata keçirməmiş, o cümlədən tikintidə istifadə olunan ən böyük məsuliyyət və ən ciddi nəzarət tələb edən qülləli kranın quraşdılmasına və istismarına qətiyyən nəzarət etməmişdir. "xxxx" MMC-nin daha qabarıq və kobud qanun pozuntusu isə "xxxx" MMC ilə bağladığı 20 iyun 2020-ci il tarixli 001-002 saylı müqavilənin şərtlərinə əməl etmədiyini hesab etmək olar. Belə ki, iş materilallarında təqsiriəndirilənlərin, o cümlədən Şahid3 bir-birini təkzib edən ifadələrindəndə guya kranın təhvil verilmədiyi iddia edilsə də, qülləli kran aşan tarixə qədər "xxxx" MMC məhz həmin krandan istifadə etməklə insa etidikləri binanın 10-11 mərtəbəsini tikmişdir. Bu dəhşətli faktı təqsirləndirilən digər şəxs Təqsirləndirilən şəxs1 iş materiallarındakı ifadəsində də təsdiq etmişdir. Fövqəladə Hallar Nazirliyinin müvafiq Agentliyinin istintaqa təqdim etdiyi rəsmi məktubundan da görünür ki, 10-11 mərtəbə tikdikdən sonra aşmış həmin qülləli kranın normativ sənədlərin tələblərinə uyğun təhvil alınması ilə bağlı nə "xxxx" MMC, nə də "xxxx" MMC Agentliyə müraciət etməmişdir. Beləliklə, 4 sentyabr 2020-ci il tarixdə, saat 14:00 radələrində kranın mexanizm və sistemlərinin vəziyyəti yoxlanılmadan 72 metr hündürlüyə qaldırılmış, bu zaman "xxxx" MMC-nin operatoru vəzifəsində işləyən X23 texniki təhlükəsizlik qaydalarını pozaraq kabinəyə qalxmış, quraşdırma işlərinin aparılmasına rəhbərliyi həyata keçirmək vəzifəsi həvalə olunmuş və təhlükəsizlik üzrə cavabdeh olan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bunun qarşısını almamış, habelə dərhal işləri dayandırmalı olduqları halda qaldırma prosesini davam etdirməklə bir sıra normativ sənədlərin tələblərini pozmuş, qaldırma zamanı hidravlik sistemin nasosu partladığından, qaldırılan hissə aşağı enməyə başlamış, bu zaman kranın qolu, kabinəsi və arxa əks yükü yerləşən hissə hidravlik sistemin qaldırıcısına lazımı qaydada bərkidilmədiyindən balansını itirib yerindən çıxaraq aşmış, kranın qolu isə tikilən bina ilə üzbəüz yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanında yerləşən 9 mərtəbəli binanın damına düşmüşdür. Bunun nəticəsində həmin binanın mənzillərinə, o cümlədən hadisə vaxtı yaşadığı və o anda içərisində olduğu 99 saylı 4 otaqlı mənzilə və binanın qarşısında sakinlər üçün nəzərdə tutulmuş dayanacaqdakı avtomobillərə, o cümlədən onun binanın qarşısında yerləşən avtomobil yolunda dayanmış “Toyota Camry” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziayn dəymişdir. Hazırda şikayətçidir və tərəfindən verilmiş mülki iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 nümayəndəsi qismində iştirak etmiş Zərərçəkmiş şəxs13 ünvan 8 ünvanda yerləşən mənzilin bacısı Zərərçəkmiş şəxs14 adına olduğunu, 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində mənzilin tam yararsız vəziyyətə düşdüyünü, hazırda şikayətçi olduğunu və bununla əlaqədar bacısı Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsini bildirmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs14 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs14 vermiş olduğu ifadəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosekti 127/131 nömrəli binanın 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 99 saylı mənzilin ona məxsus olmasını, Rusiya Federasiyasında uzun müddət işləmiş həyat yoldaşı tərəfindən qazanılan pulla həmin evi 2020-ci ilin yay aylarında 130-140 min manata almasını, lakin həmin mənzildə təmir işləri kim tərəfindən aparılmasını, təmirin kim tərəfindən maliyyələşdirilməsini bilmədiyini, həmin mənzildə yaşamağı qardaşı Zərərçəkmiş şəxs13 icazə verdiyini, 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində mənzili tam yararsız vəziyyətə düşdüyünü və buna görə tikinti şirkəti tərəfindən mənzilə vurulmuş ziyanın aradan qaldırılmasını təmin etməsini göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs18 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs18 vermiş olduğu ifadəsində "xxxx" MMC-də 04 sentyabr 2020-ci il tarixədək usta işlədiyini, ** BH *** dövlət qeydiyyat nişanlı 1996-ci istehsal ili olan «Opel Vektra» markalı avtomaşın faktiki olaraq tərəfindən idarə edildiyini, 04 sentyabr 2020-ci il tarixdə işlə əlaqədar saat 09 radələrində iş yerinə gəldiyini, avtomaşını Bakı şəhəri, Mövsüm Sənani küçəsində tikinti aparılan yerdən yaxın məsəfədə saxlamasını, binanın 10-cu mərtəbəsində olduğunu, saat 14 radələrində bərk səs eşitdiyini, avtomaşınının üstünə aşmış kranın bir hissəsi düşdüyünə görə, avtomaşının kapotu, iki qabaq qanadları, dam hissəsinin əzilməsini, şüşələrin sınmasını və mühərrikin zədələnməsini, bundan sonra şirkət tərəfindən vurulmuş ziyanın aradan qaldırılması məqsədilə 4.000 manat məbləğində pul ödənildiyini və buna görə heç kimə qarşı hər hansı iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs10 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs10 vermiş olduğu ifadəsində ** HJ *** dövlət qeydiyyat nişanlı 1999-cuil istehsalı olan «Mersedes Benz» markalı avtomaşının sahibi olduğunu, 04 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Ege» hospitalına gəldikdə, orada avtomaşını saxlamaq üçün yer tapa bilmədiyini, Mövsüm Sənani küçəsində tikinti aparılan yerdən yaxın məsafədə avtomaşını saxladığını, xəstəxanada təxminən 10-15 dəqiqə olınasnı və avtomaşını tərəfə qayıtdıqda avtomaşının üstünə aşmış kranın bir hissəsi düşməsini gördüyünü, konkret olaraq avtomaşının üstünə kranın hansısa hissəsinin düşməsi nəticəsində kapotu, iki qabaq qanadları, qabaq buferi, sağ fara, mühərrikin radiatoru, kondisionerin radiatoru, antifriz üçün qab zədələndiyini, hadisə yerində olan, adını bilmədiyi "xxxx" MMC-nin əməkdaşı yaxınlaşdığını, onun təklifi ilə təmirin dəyəri tanıdığı maşın ustasından soruşduğunu, həmin təmir aparmasından ötrü "xxxx" MMC-nin nümayəndəsi tərəfindən 2350 manat məbləğində pul verildiyini, həmin pulla avtomaşını tam təmir etdiyini və buna görə heç kimə qarşı iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs17 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs17 vermiş olduğu ifadəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 127/131 binanın 9-cu mərtəbəsində yerləşən 101 saylı mənzildə pasport qeydiyyatında olduğunu, 04 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində, yəni hadisə baş verdiyi zaman evdə atası Telman Rəhimov olmasını, təxminən saat 14-15 radələrində evə gəldiyi zaman binanın yanında çoxsaylı polis əməkdaşları, həmçinin yaşadığı binanın dam hissəsində kranın dəmir konstruksiyaları olmasını gördüyünü, qeydiyyatda olduğu mənzilin mətbəx otağının tavanı tam dağıdıldığını, əmələ gəlmiş dəlik iki kvadrat metr olmasını, kranın dəmir konstruksiyaları tərəfindən damda quraşdırılmış bir neçə su çəni zədələnməsinə baxmayaraq, evə su daxil olmadığını, həmçinin damdan beton qırıntıları evə düşdüyündən mətbəx otağında olan soyuducu zədələndiyini, lakin başqa hər hansı ziyan dəyməməsini, vurulan ziyanın aradan qnaldırılmasından ötrü "xxxx" və "xxxx" MMC-lər tərəfindən təzə soyuducunun alınması üçün 680 manat nağd pul verildiyi, həmçinin təmir zamanı başqa mənzildə yaşamaq üçün 400 manat kirayə pulu verməklə başqa mənzildə bir ay müddət ərzində qalması təmin edildiyini, bundan sonra qeyd edilən şirkətlər tərəfindən tam təmir təşkil edilməsindən, hal-hazırda heç kimə qarşı heç bir iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs8 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadəsində ünvan 9 ünvanda müvəqqəti pasport qeydliyyatında olmaqla yaşadığını, qeyd edilən ünvanda yaşadığına görə «Mersedes Vito» markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşını bir qayda olaraq binanın yanında saxladığını, hadisə baş verdiyi zaman, yəni 04 sentyabr 2020-ci il tarixdə, evdə olmadığını, lakin avtomaşını binanın yanında qaldığını, kranın aşması və kranın dəmir konstruksiyaları binanın damına düşdüyündən, damdan beton daşlar aşağı düşərək bir neçə avtomaşını, o cümlədən onun avtomaşınının dam hissəsini zədələdiyini, bundan bir neçə gün sonra tikinti şirkətindən adını bilmədiyi nümayəndə yanına gəldiyini və ona vurulmuş ziyanın ödənilməsini təklif etdiyini, həmin şəxsin təklifi ilə təmirin dəyəri 80 manat məbləğində müəyyən edildiyini və şirkətin nümayəndəsindən həmin məbləğdə pulu alaraq maşının təmirinə istifadə etdiyini, buna görə heç kimə qarşı heç bir iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs9 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadəsində ünvan 10 ünvanda yaşadığını, yaşadığı mənzil binanın 6-ci mərtəbəsində yerləşməsini, hadisə zamanı "xxxx" MMC-nə məxsus qülləli kranın aşması və kranın dəmir konstruksiyalarının binanın dam hissəsinə düşməsini gördüyünü, kranın aşması səbəbi haqqında hər hansı məlumatı olmadığını, lakin kranın aşması nəticəsində ona məxsus «Nissan Pajero» markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşın binanın həyətində olduğundan, damdan avtomaşınına düşən xırda beton daşları o qədər avtomaşınına ziyan vura bilməməsini, lakin maşının boyasını müəyyən qədər zədələdiyini, bir neçə gündən sonra zədə yerlərini görüb tikinti şirkəti tərəfindən ziyanın ödənilməsi haqqında məlumat alaraq həmin şirkətə müraciət etdiyini, ziyanın ödənilməsi ilə bağlı şirkət tərəfindən cəmi 50 manat pul verildiyini, həmin pulla avtomaşını təmir etdiyini və buna görə heç kimə qarşı hər hansı iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs X24 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X14 vermiş olduğu ifadəsində Bakı şəhəri, ünvan 11 ünvanda təxminən 15 ildən çox yaşadığını, 04 sentyabr 2020-ci il tarixdə nahar vaxtı evdə olduğu zaman bərk səs eşitdiyini və binanın 9-cu mərtəbəsindən əsas lift şaxtası tərəfindən damdan su sızmasına fikir verdiyini, suyun sızmasının səbəblərini araşdırmaq üçün təcili eyvana çıxıb aşağıya baxdığını, "xxxx" tikinti şirkətinə məxsus tikinti sahəsində quraşdırılan qülləli kranın aşmasını, həmçinin kranın dəmir konstruksiyaları binanın dam hissəsinə düşməsini gördüyünü, suyun sızmasından mənzilin təmiri yararsız vəziyyətə düşməsini,həmçinin mətbəx mebeli də istismar vəziyyətindən çıxmasını, "xxxx" şirkətinin nümayəndəsi gəlib evini təmir edəcəyinə söz verdiyini, lakin hər hansı təmir işləri həmin şirkət tərəfindən aparılmamasını, təmir işləri faktiki olaraq "xxxx" MMC tərəfindən aparıldığını, hal-hazırda heç kimə qarşı heç bir iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs15 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs15 vermiş olduğu ifadədəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr. 127/131 80 saylı mənzildə 1997-ci ildən yaşadığını, 04 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-ə məxsus qülləli kranın aşması zamanı, kranın dəmir konstruksiyası çöldə quraşdırılmış split tipli kondisionerin mühərrikinə düşüb mühərriki sıradan çıxardığını, ziyanın məbləği müəyyən edilməsindən ötrü müvafiq servis xidmətindən mütəxəssisləri dəvət etdiyini, onlar tərəfindən mühərrik üzərində aparılmalı müvafiq təmir-texniki işlərin dəyəri 625 manat müəyyən edildiyini, həmin ziyan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ödənildiyi üçün heç kimə qarşı hər hansı iddiası olmadığını, lakin fikrincə yaşayış binasından yaxın məsafədə qülləli kranın quraşdırılması və istismarı böyük təhlükə olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 4 ildən artıq müddətdir ki tanıyır. Əvvəllər onunla birlikdə «Akkord» şirkətində işləmişdir. 2020-d ilin fevral ayında Təqsirləndirilən şəxs1 briqadaya rəhbərlik etməklə müxtəlif şirkətlərin sifarişi ilə qaldırıcı kranların quraşdırılması və təmir edilməsi ilə məşğul olması barədə məlumat almışdır. Təqsirləndirilən şəxs1 briqadasına daxil edildikdən sonra tikinti obyektlərində, o cümlədən "xxxx" MMC-nə məxsus qülləli kranın quraşdırılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1la qeyd edilən təşkilat arasında xidmət müqaviləsi bağlanmışdır. O, isə Təqsirləndirilən şəxs1 briqdasının üzvü kimi briqadanın fəaliyyətində iştirak etmişdir. Kranın quraşdırmasında iştirak etməsi üçün «Profiresurs» tədris mərkəzindən müvafiq sertifikat almışdır. "xxxx" MMC-nə məxsus ABŞ istehsalı olan qülləli kranın quraşdırılması yalnız Təqsirləndirilən şəxs1 göstərişi ilə həyata keçirilirdi. Həmin kran tikinti sahəsinə 2020-ci ilin iyul ayının sonunda gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 briqadası kranın quraşdırmasına başlamışdır. Kranın quraşdırılmasına dair layihənin olub-olmamasını bilmirdi, lakin quraşdırma prosesinə və briqadanın fəaliyyətinə rəhbərlik Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilirdi. Təxminən iyul ayının axırlarında quraşdırdıqları kran 50 metr hündürlüyə galdırılaraq təzə tikilən binanın 10-cu mərtəbəsi səviyyəsində dəmir-beton sütunlara bağlanılmışdır. 04 sentyabr 2020-ci il tarixdə səhər saatlarında kranın quraşdırılması davam etdirilmiş, 50 metrin üstünə 3 seksiya, hər bir seksiya 5 metr olmaqla, cəmi 15 metr, yəni 65 metrə kimi qaldırılmış, əlavə olaraq 2 seksiya, yəni 10 metr kranın hündürlüyü artmalı olduğu üçün, əlavə 2 seksiyanın quraşdırılmasına hazırlaşırdılar. Əlavə bir seksiyanı həmin kranla qaldırılaraq kran operatoru seksiyanı nəzərdə tutulmuş yerə qoymuş, sonra isə kranı irəli verməklə balansını düzəltmiş və kran operatoru Elvin Cəfərov kabinədən çıxıb onlar olduğu meydançaya yaxınlaşmışdır, lakin meydançaya çıxmayıb dəmir konstruksiyalar arasında qalmışdır, onlar isə kranın texnoloji avadanlığını istifadə etməklə kranı 3 metr də qaldırmağa çalışmışlar. Kranı 1.5 metr qaldırıldıqdan sonra fiksasiya etmişlər və əlavə qaldırıldığı zaman, kran cəmi 2 metrdən çox qalxdığı anda bərk səs eşidərək kranın balansını itirdiyinə fikir vermişlər. Özünü xilas etməkdən ötrü metal konstruksiyalar tərəfə qaçmış və onlardan əlləri ilə tutaraq kranın aşmasına baxmayaraq özünü xilas etmişdir. Elvin Cəfərov isə kran aşan zaman kranın kabinəsi ilə birlikdə aşağı düşüb ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, o, 2006cı ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd etdiyi vəzifədə bir ilə yaxın, bundan sonra isə Türkiyyənin «İlk inşaat» şirkətinə kranlar üzrə texniki xidmətçi, yəni usta vəzifəsində işləmişdir. Üç ay müddətində Bakı şəhəri, Dərnəgül metro stansiyasının arxasında yerləşən peşə məktəbində təhsil alaraq oranı bitirmiş və oradan sertifikat almışdır. Peşə üzrə 3 il müddət ərzində Türkiyyə, Çin və İtatıya istehsalı olan qülləli kranlara texniki xidmət göstərmişdir. 2019-cu ildə «TTF-A» şirkətinə kran təmiri üzrə usta vəzifəsinə işə qəbul olunmuşdur. Həmin şirkətdə işlədiyi zaman 2020-ci ildə "xxxx" MMC-nə çilingər-quraşdırıcı vəzifəsinə işə düzəlmişdir. 2020-ci ildə sertifikatın alınmasından ötrü «Profresurs» peşə məktəbində bir ay müddət ərzində təhsil alaraq müvafiq sertifikat almışdır. 2020-ci ilin avqust ayında "xxxx" MMC-ə məxsus ABŞ-nın istehsalı olan qülləli kranı tikinti sahəsinə gətirilməsi və həmin kranın quraşdırılması Təqsirləndirilən şəxs1 briqadası tərəfindən həyata keçirilmişdir, kranın quraşdırılmasına dair layihə tərtib edilibedilməməsini bilməmişdir. Quraşdırma Təqsirləndirilən şəxs1 rəhbərliyi altında həyata keçirilirdi. Eyni zamanda MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 ümumi rəhbərliyi təmin edirdi. Tikinti şirkətinin kranın quraşdırmasında heç bir iştirakı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid3 ifadəsində göstərmişdir ki, o, qeyd olunan şirkətin müdiri vəzifəsində 2018-ci ilin noyabr ayından işləyir. Şirkət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, M.Sənani, ak. H.Əliyev və X.Şuşinski küçələrin kəsişmələrində yerləşən bir bloklu beş binanın tikinti işləri aparılırdı. Tikinti işlərinin aparılmasını təmin edilməsindən ötrü 20 iyul 2020-ci il tarixli "xxxx" MMC ilə icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən qeyd edilən MMC qülləli kranın quraşdırmasını, istismara verilməsini və istifadə edilməsini üzərinə götürmüşdür. Bağlanmış müqavilənin şərtlərinə görə 2020-ci ilin iyul ayının axırlarında "xxxx" MMC tərəfindən kranın quraşdırılmasına başlanılmış və 04 sentyabr 2020-ci il tarixə kimi davam etmişdir. Kranın quraşdırılmasını bitirdikdən sonra rəsmi qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna təqdim edilməli idi. Qülləli kranın quraşdırılmasında "xxxx" MMC-nin 4-5 əməkdaşı iştirak etmişdir. Kranın qülləsi müəyyən hündürlüyə qaldırıldıqdan sonra inşa edilən binanın beton konstruksiyalarına bağlanılmışdır. 04 sentyabr 2020-ci il tarixdə hadisə baş verdiyi zaman tikinti şirkətinin işçiləri iş yerində olmuşlar, nahar vaxtında qülləli kranın quraşdırması davam edən zaman kran aşmışdır. Aşma nəticəsində kranın qolu yaxınlıqda yerləşən 9 mərtəbəli binanın dam hissəsinə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də 2016-ci ildən 2019-cu ilə kimi mühəndis vəzifəsində işləmişdir. Mühəndis kimi MMC-nin rəhbərliyinin göstərişi ilə bir qayda olaraq xarici ölkələrdən gətirilən müxtəlif avadanlıqların texniki sənədlərini Azərbaycan dilinə tərcümə etdirməklə, hazır vəziyyətdə olan sənədləri korreksiya etmiş, hər hansı avadanlığın pasportunun hazırlanması sifarişçinin müraciəti ilə həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycana gətirilmiş qülləli kranın pasportunun hazırlanmasını MMC-nin müdiri Muxtar Qurbanovun göstərişi ilə yerinə yetirmişdir. Qülləli kranın pasportunun hazırlanması prossesində qeyd edilən kran üzərində hər hansı baxış keçirilməmiş, kranın sökülmüş vəziyyətdə harada saxlanılmasını dəqiq xatırlamır. Kranın pasportunu Azərbaycan dilində tərtib edildikdən sonra MMC-nin direktoru Muxtar Qurbanova təqdim etmişdir. Pasportun hazırlanmasına sifarişçi kim olmasını bilmir, pasportun hazırlanması zamanı avadanlıq üzərində hər hansı baxış aparılması mütləq deyildir. Faktiki olaraq ABŞ-nın istehsalı olan qülləli kranın texniki pasportunun hazırlanması həmin avdanlığın Rus dilində olan pasportunun Azərbaycan dilinə tərcümə etməkdən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təxminən 1 il müddət ərzində "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir. Şirkət tərəfindən Türkmənistan Respublikasından 2019-cu ilin sonunda alınmış ABŞ-nın istehsalı olan qülləli kranı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində şirkət tərəfindən icarəyə götürülmüş anbarda yerləşdirmişlər. Qülləli kran sökülmüş vəziyyətdə Türkmənistandan «TİR» tipli avtomaşınlarla gətirilib saxlanılmasından ötrü qeyd etdiyi həmin anbara boşaldılmışdır. Alınmış kranların elektrik hissələri qapalı anbarlarda, kranların metal konstruksiyaları açıq havada saxlanılırdı. Elektrik hissələri saxlanılan qapalı anbarların açarları qeyd edilən obyektin mühafizəçisində olurdu. Kranla birlikdə kranın texniki pasportu təqdim edilmişdir, kran sökülmüş vəziyyətdə yük avtomaşınları ilə gətirildiyinə görə, kranın istismar vəziyyətdə olub-olmamasını dəqiq bilmirdi. Lakin gördüyü kranın hissələri normal texniki vəziyyətdə olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4,Şahid7 və Şahid8 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 04.09.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, Həsən Əliyev, Mövsüm Sənani küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən təzə tikilən çoxmərtəbəli bina kompleksinin hazırda inşa olunan 14 mərtəbəli binanın həyətidir. Burada binanın inşasında istifadə edilməsi üçün nəzərdə tutulan “LS170602009” modelli “Tower Work” markalı qüllə tipli kran istismar üçün quraşdırıldığı zaman kranın oxu, kabinəsi və arxa əks yükü yerləşən hissə ilə birlikdə yerindən çıxaraq aşmışdır. Kranın ox hissəsi hazırki bina ilə üzbə-üz yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanda olan 9 mərtəbəli binanın dam hissəsinə düşüb qalmış, kabinə isə oxun konstruktiv hissələri ilə birlikdə hər iki binanın ortasında yerləşən avtomobil yoluna, qeyd olunan əksyük hissəsi konstruksiya ilə birlikdə tikinti sahəsinin daxilinə özül sathinə düşmüşdür. Kranın qüllə hissəsi tikilən binaya bir mərtəbədə, yəni 13-cü mərtəbədə binanın konstruktiv hissələrinə birləşdirilmiş vəziyətdə qalmış güllənin yuxarı hissəsindən 13-cü martəbədən yuxarı hissədə krana aid olan texnoloji avadanlığın olması müşahidə edilir. Kranın güllə hissəsi qeyd edildyi kimi yerində qalmış, onun yalnız üst tərəfindən dönən qolu göstərilən hissələri ilə birlikdə aşmış, kranın binaya bağlanmış və hadisə yeri baxış zamanı dik qalan hissəsində hər hansı zədə, deformasiya izləri müşahidə edilmir. Kranın gülləsi tikinti sahəsinin həyətində torpaq səthi üzərində dəmir- beton konstruksiyalardan hazırlanmış özülün üzərində quraşdırılmışdır. Kranın aşağı hissəsində hər iki tərəfdən on ədəd, hər biri 10 ton olmaqla 20 ədəd (10 ədəd sağ, 10 ədəd sol tərəfdə) əksyüklər vardır. Bununla belə kranın aşmış oxunun konstruktiv hissələrinə baxış keçirildikdə müəyyən olundu ki, metalkonstruksiyalar əyilmiş, deformasiyaya uğramış vəziyyətdədir, kranın kabinəsi tamamilə əzilmiş, kabinənin şüşələri sınmış, içərisində olan avadanlıqlar tam dağılmışdır. Bununla belə yuxarıda qeyd edilən kranın qolu 9 mərtəbəli yaşayış binasının dam hissəsinə düşdüyü yerə baxış keçirildi və müəyyən edilmişdir ki, qol dama düşdüyü yerdə qismən konstruktiv hissələrdə dağılmalar yaratmış və dam həmin hissədə zədələnmişdir. Baxış zamanı müəyyən olundu ki, kranın qolu binaya dəyən zaman binanın 8-ci mərtəbəsində olan mənzilin çöl divarında mənzilə doğru bir başa dəlik açılmış, onun üst proyeksiyasinda, yəni 9-cu mərtəbədəki mənzilin dam hissəsində dağılma əlamətləri görünür. Baxış zamanı müəyyən olundu ki, kranın oxu aşan zaman tikintinin yaxınlığında maşın yolunda saxlanılmış 6 ədəd yəni, «Opel Vektra» markalı ** BH ***, «Xunday Sonata» markalı ** PJ ***, «Xunday Sonata» markalı ** PH ***, «Mersedes Benz C klass» markalı ** EJ ***, «Mersedes Benz C klass» markalı ** UB *** və «Opel Astra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşınlar zədələnərək hadisə yerində qalmışdır. Avtomaşınlara baxış keçirməklə dam hissəsi, kapot, qapıları hündürlükdən düşən ağır çəkisi olan kranın dəmir hissələri ilə zədələnməsi müəyyən olunmuşdur. Ağır çəkisi olan yükün təsirindən bir neçə avtomaşınların qabaq, arxa və yan şüşələri sınmış, gövdəsinin dəmir hissələri deformasiyaya uğramışdır. Baxışın obyekti olan avtomaşınların zədələnməsinə görə istismardan vəziyyətdən çıxarıldığına görə, özləri hadisə yerini tərk edə bilmədiyindən «evakuator» vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən cərimə meydançasına müvəqqəti olaraq yeləşdirilmişdir. Baxış zamanı Mövsüm Sənani küçəsində asfaltın üzərində, aşmış vəziyyətdə olan kranın yaxınlığında kişi cinsli meyit aşkar edildi. Həmin meyitin şəxsiyyəti araşdırılarkan kran operatoru X23 olması müəyyən edildi. Meyit beli üstə uzanıqlı vəziyyətdə olmaqla baş nahiyyəsi yeni tikilən binaya tərəf ayaq nahiyyəsi isə aşma nəticəsində kranın zədələdiyi yaşayış binasına tərəf istiqamətdədir. Meyit sağ tərəfdə yerləşən səkidən 2,2 metr, sol tərəfdən yerləşən səkidən isə 3,2 metr məsafədə yerləşir. Meyitin əynində tünd qırmızı rəngli, ətəyi düyməli uzunqol köynək, ağ rəngli qısa qol mayka, qara rəngli üzərində kəmər olan şalvar vardır. Şalvarın sağ ayaq nahiyyəsi cırılmış vəziyyətdədir. Meyitin üzərinə ilkin baxış zamanı kəllə sümüyünün sınığı, ənsə sümüyünün və beynin dağılması, sağ ayağının daxili sınığı, eləcə də qarın boşluğunun sol tərəfinin cızılması müəyyən edildi. Meyit Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin» Məhkəmə-tibb ekspertizası və patoloji anatomiya» elmi-təcrübi və tədris birliyinin Bakı şəhəri, Nərimanov rayon şöbəsinə tibbi müayinəyə göndərilmişdir. (Cild 1, i.v. 11-14) Binaya və əşyalara baxış keçirilməsi haqqında 05.09.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 127/131 saylı bina Bakı şəhəri, Nəsimi rayonun Azadlıq prospekti 207 ünvanında yerləşir. Həmin binanın 8 və 9-cu mərtəbələrinə piyada qalxaraq mənzillərə baxış keçirilməyə başlandı. Baxış keçirilən, Zərərçəkmiş şəxs16 Oktay qızına məxsus, binanın 8-ci mərtəbəsində yerləşən 94 saylı mənzilin 1 saylı dəhlizin ölçüləri 1,7x3,2m, 2 saylı mətbəxin ölçüləri 2,5x5,0m təşkil edir. 1 saylı otağın divarları divar kağızı ilə üzlənmiş, tavanına alcipan vurularaq boya ilə rənglənmiş, döşəməsinə parket vurulmuşdur. 2 saylı mətbəxin divarları kafellə üzlənmiş, qalan hissəsi və tavanına alcipan vurularaq boya ilə rənglənmişdir. Bu tikililərin tavanında su ləkələrin olması müşahidə olundu. 94 saylı mənzildə təxminən 5 paqon metr uzunluqda mətbəx mebelinin üstünə və arxasına, sakinin deməsinə görə, su axıdılmışdır, mebelə quraşdırılmış paltar yuyan maşının altınakı metlaxın yaş olması müşahidə edildi. Daha sonra, baxış keçirilən, Zərərçəkmiş şəxs13 yaşadığı, binanın 9-cu mərtəbəsində yerləşən 99 saylı mənzilin 1 saylı yaşayış otağının ölçüləri 3,0x3,1m+1,1x1,6m, 2 saylı dəhlizin ölçüləri 1,3x3,0m+1,1x3,1m, 3 saylı mətbəxin ölçüləri 4,8x4,8m təşkil edir. 1-3 saylı otaqların divarları divar kağızı ilə üzlənmiş, tavanı boya ilə rənglənmiş, döşəməsinə parket vurulmuşdur. Dəhliz və mətbəxin divarlarında çatların olması, mətbəxin tavanında alcipanın deşilməsi boya qatının atması, yaşayış otağında bir hissədə alcipanın qaparması müşahidə olundu. 99 saylı mənzildə bir ədəd su mühərriki və ona quraşdırılmış qidrofon cihazı ilə birlikdə, zədələr müşahidə olunmadı, elektrik kabelinin ucları kəsilmişdir. Daha sonra, baxış keçirilən, Zərərçəkmiş şəxs12 kirayədə yaşadığı, binanın 9-cu mərtəbəsində yerləşən 100 saylı mənzilin mətbəxinin ölçüləri 2,5x3,2m təşkil edir. Mətbəxin divarları divar kağızı ilə üzlənmiş, tavanına alcipan vurularaq boya ilə rənglənmiş, döşəməsinə metlaq vurulmuşdur. Bu tikililərin divarlarında çatların olması, tavanında təqribən 1,2x2,0 sahədə sahədə beton qırıldığı müşahidə olundu. 100 saylı mənzildə mətbəxə tikinti daşları və beton tikələri tökülmüşdür, divara asılmış mətbəx mebelinin iki qapılı dolabın sol qapısı zədələnmişdir, üst həncaməsi qopmuşdur. Daha sonra, baxış keçirilən, Zərərçəkmiş şəxs17 məxsus, binanın 9-cu mərtəbəsində yerləşən 101 saylı mənzilin 1 saylı yaşayış otağının ölçüləri 3,4x5,2m, 2 saylı dəhlizin ölçüləri 1,7x3,1 m, 3 saylı mətbəxin ölçüləri 2,5x3,0m, 4 saylı bağlı eyvanın ölçüləri 1,5x3,7m təşkil edir. 1 və 2 saylı otaqların divarları divar kağızı ilə üzlənmiş, tavanı boya ilə rənglənmiş, döşəməsinə metlaq vurulmuşdur. Bu tikililərin divarlarında və tavanında çatların olması, boya qatının atması müşahidə olundu. 3 və 4 saylı tikilinin divarları boya ilə rənglənmiş, yaşayış otağının döşəməsinə parket vurulmuşdur. Bu tikililərin divarlarında və tavanında çatların olması, boya qatının atması, 3 saylı mətbəxin tavanında təqribən 1,0x2,5m sahədə beton qırıldığı müşahidə olundu. 101 saylı mənzilin mətbəxində büllur mürəbbə vazası çatlayıb, Mətbəxdə “Samsung” markalı RT34MBMG1/BWT modelli iki kameralı scyuducunun üst hissəsinə tikinti daşları və beton tikələri tökülmüşdür, yuxarı qapısının plastmas hissələri sınmışdır, qapılar tam açılmır, işləyib işləməməsini yoxlamaq mümkün olmadı, mütəxəssisin ziyan aktı tərtib olunmalıdır, mətbəxdə döşəmədə 1x2m ölçüdə xalça, üstünə tikinti daşları və beton tikələri tökülmüşdür, zədələr müşahidə olunmadı, kimyəvi təmizləməyə ehtiyac var. Daha sonra baxış keçirilən, Zərərçəkmiş şəxs18 məxsus, binanın 9-cu mərtəbəsində yerləşən 102 saylı mənzilin 1 saylı yaşayış otağının ölçüləri 2,4x5,0m, 2 saylı yaşayış otağının ölçüləri 3,4x5,1 m, 3 saylı mətbəxin ölçüləri 3,15x4,3m təşkil edir. 1 - 3 saylı otaqların divarları divar kağızı ilə üzlənmiş, tavanı boya ilə rənglənmişdir. Bu tikililərin divarlarında və tavanında çatların olması, boya qatının atması müşahidə olundu. 102 saylı mənzildə əmtəə üzrə ziyan dəyməmişdir. Göstərilənlərdən başqa, baxış zamanı, binanın 7-ci mərtəbəsində yerləşən 88 saylı mənzilin sahibi X16 məxsus, binanında damında yerləşən 2 tonluq plastmas su çəni sınmışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs15 məxsus, binanın 5-ci mərtəbəsində yerləşən 80 saylı mənzilin pəncərəsinin çol hissəsinin binanın divarına quraşdırılmış “Zanussi” markalı split kondisionerin mühərrik-kompressorun gövdəsi deformasiyaya uğrayıb, üst qapaq gövdəsindən aralanıb, əzilib, mühərrik-kompressoru saxlayan metal borular əyilibdir. (Cild 1, i.v. 70-72) Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 12.04.2018-ci il tarixli 148 .Ys-li Sərəncamına əsasən Azadlıq, Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-yə yaşayış binaların tikintisinə icazə verilmişdir. (Cild 1, i.v. 112) "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 20.06.2020-cı il tarixli «İcarə müqaviləsi»ndən və həmin müqaviləyə eyni tarixli 1 №-li «Əlavə»dən görünür ki, "xxxx" MMC ona məxsus «LS170602009» modelli «Tower Work» markalı qülləli krant tikinti işləri aparılması üçün "xxxx" MMC-nə təhvil-təslim aktı əsasında təhvil verməli, təyinatı üzrə istifadə edilməsinə nəzarət etməli, müəyyən etdiyi vaxtda və qaydada texnikaya baxış keçirməlidir. (Cild 1, i.v. 114-116) Baxış keçirilməsi haqqında 05.09.2020-ci il tarixli protokoldan görünür ki, “Opel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sol tərəf, yəni qabaq və arxa qanadların, qapıların, arxa sol və qabaq sağ qapıların, sol orta və arxa dayaqların, damın üzlüyünün, yük yerinin qapağının, qabaq sol qapı ayaqaltısının üzərində zədələr aşkar edilmişdir. Həmin avtomobilin künc şüşələri, salon güzgüsü, arxa və alın şüşələri, qabaq sağ qapı şüşəsi, qabaq sağ sol güzgüləri sınmışdır. Avtomobilin arxa bamperi aralanmış, dam deformasiyaya uğramışdır. “Mersedes” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sağ fara dəsti yararsız vəziyyətə düşmüş, kapotun, qabaq bamperin, qabaq sağ qanadın üzərində zədədlər aşkar olunmuşdur. Həmin avtomobilin arxa şüşə, alın şüşə, sol fara şüşəsi sınmışdır. “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin kapotunun, qabaq sol və sağ qanadların, qabaq sol qapı və arxa sağ qapının üzərində zədələr aşkar olunmuşdur. Həmin avtomobilin alın şüşəsi, arxa şüşəsi, sol yan güzgüsü, panorama şüşəsi sınmışdır. (Cild 2, i.v. 3-4) 19.05.2020-ci il tarixli xxxxxxx000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. (Cild 2, i.v. 51) Təqsirləndirilən şəxs1 "xxxx" MMC ilə bağladığı 01.06.2020-ci il tarixli «Xidmət müqaviləsi»nə və həmin müqaviləyə 15.07.2020-ci il tarixli «Əlavə №1»dən görünür ki, «Xidmət göstərən» Təqsirləndirilən şəxs1 (VÖEN **********) "xxxx" MMC-yə məxsus Tower Work LS170602009 markalı, qeydiyyat № 40256 olan qülləli kranı "xxxx" MMC-nin tikinti sahəsində quraşdırılmasnı təşkil edir və «Texniki nəzarətçi» vəzifəsini yerinə yetirir. (Cild 2 i.v. 60-61) Texnoloji avadanlığa baxış keçirilməsi haqqında 25.09.2020-ci il tarixli protokoldan görünür ki, baxış obyektin yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, Həsən Əliyev, Mövsüm Sənani küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən təzə tikilən çoxmərtəbəli binanın həyətidir. Həmin avadanlıq 04 sentyabr 2020-ci il tarixdə quraşdırıldığı zaman aşmış ABŞ istehsalı olan qülləli kranın texnoloji hissəsidir. Qeyd olunan avadanlıq inşa edilən yeni çoxmərtəbəli binanın təxminən 13-14 mərtəbəsi səviyyəsində kranın maçtasına bağlanılmış, kranın bir neçə hissəsi aşdıqdan sonra bağlandığı yerdə qalmış və "xxxx" MMC-nin əməkdaşları aşmış kranın sökülməsini həyata keçirdikdə, avadanlıq kranın dəmir konstruksiyasından ayrılmaqla tikinti sahəsinə düşürülüb orada qalmışdır. Avadanlıq dəmirdən düzəldilmiş, 4-künc dəmir qutu üstündə elektrik mühərrik quraşdırılmış, quraşdırılmış mühərriklə birlikdə avadanlığın hündürlüyü 92 sm, eni 35 sm-dir. Həmin avadanlığın içərisində qaz balonu və pompa yerləşdirilmiş, avadanlığın orta hissəsinə qara rezin şlanq birləşdirilmişdir. Avadanlığın üzərində hər hansı zədə və əzilmə yeri baxış zamanı müəyyən edilməmiş, sarı boya üzərində cızıqlar olsa da, dəmir divarları zədələnməmişdir. Dəmir qutuda yağ olması müşahidə edilir. Dəmir qutunun çöl tərəfində hər hansı yağın izi müşahidə edilmir. Rezin şlanq bir neçə yerdə partlamış, şlanqın üzərində bir neçə yerdə sürtülmə izləri müşahidə edilir. (Cild 2 i.v. 159-162) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X32- Təcrübi və Tədris Birliyinin 24.09.2020-ci il tarixli 93 №-li ekspert rəyindən görünür ki, X13 meyitində müayinə zamanı aşağıdakı xəsarətlər aşkar olundu: 1. Ağır travmatik şokla müşayiət olunan açıq kəllə beyin travması, sağ ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar. Döş qəfəsinin küt travması, sol ağciyərin travmatik cırılması və hemopnevmotoroksla ilə müşayiət olunan döş qəfəsinin sol yarısının İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yerini dəyişən sınıqları. Ənsə nahiyyəsinin əzilmişyarası, sol çiyin qurşağının, sol bazunun, döş qəfəsinin, qarının, sol diz oynağının, sol baldırın sıyrıqları.

2. Qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə 04.09.2020 il tarixdə hündürlükdən yıxılma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə, sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyır. 3. X1 meyitində hündürlükdən yıxılmağa xarakterik xəsarətlərdən başqa digər xəsarətlər aşkar edilmədi. 4. X1 ölümünə səbəb ağır travmatik şokla müşayiət olunan açıq kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 4-6 saat əvvələ uyğun gəlir. 5. X13 meyitindən götürülmüş qanda məhkəməkimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 2 i.v. 216-218) "xxxx" ASC-nin Təlim Mərkəzi tərəfindən verilmiş 10.06.2014-cu il tarixli Ç-005 №-li serfikatdan görünür ki, Təqsirləndirilən şəxs1 4-cü dərəcəli «Yük qaldırıcı kranlar üzrə quraşdırıcı və təmirçi çilingər» ixtisası verilmişdir. (Cild 3 i.v. 62) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 30 noyabr 2020-ci il tarixli qərardan görünür ki, X17 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 3 i.v. 65) Komputer diskinə baxış keçirilməsi haqqında 03 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış predmeti "xxxx" MMC tərəfindən təqdim edilmiş «CD» kompüter diskidir. Baxış məqsədi ünvan 8 ünvanda yaşayan Rəhman Hüseynliyə məxsus “Toyota Camry” markalı avtomaşının qülləli kranın yuxarıda qeyd edilən yaşayış binasının dam hissəsinə aşması nəticəsində damdan aşağı tökülmüş beton qırıntıları ilə zədələnib-zədələnməməsini müəyyən edilməsindən ibarətdir. Disk “Toshiba” markalı noutbuk tipli kompüter vasitəsilə açıldıqda ağ rəngli “Toyota Camry” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşının 16 ədəd fotoşəkillər aşkar edilmişdir. Diskdə olan 16 ədəd fotoşəkillər A4 formatlı 8 vərəqdə yerləşdirməklə rəngli printer aparatı vasitəsilə çap olunmuşdur. Vərəq 1 - qabağ yan şuşə bağlı vəziyyətdə əks etdirilmiş, şüşədə hər hansı çat, zədə yeri fotoşəkildə müşahidə olunmur. 2-ci fotoşəkil yuxarıda qeyd olunan avtomaşının qabağ hissəsi sağ qabaq qanadında, qabağ faranın altında qara rəngli 2 cızıq, həmin tərəfdə plastmas buferin kantı üzərində, həm kantın alt hissəsində 3 ədəd cızıq, buferin aşağı, kantı üzərində çox saylı boyanın cızılması yerləri müşahidə olunur. Fotoşəkildə əks etdirilən kapotun sol hissəsində qara rəngli cızıq müşahidə olunur. Qabaq sağ fara istismar vəziyyətdə, şüşə üstündə hər hansı çat yoxdur, fara istismar müddətinə görə müəyyən qədər şəffaflığını itirmişdir. Avtomaşının fotoşəkilə düşən hissəsində hər hansı əzilmə, deformasiya izi müşahidə olunmur. Vərəq 2 - avtomaşının qabaq sol hissəsi kapotun aşağı hissəsində qabaq sol farasına birləşən yerdə yuxarıdan aşağı istiqamətində qəhvəyi rəngli boyanın zədələnməsi, həmin zədə yerindən həm solda, həm sağda cızıqlar, kapotun sol qabaq qanada birləşən yerdə nöqtəvi cızıqlar, qabaq plastmas buferin kantı üzərində 4 ədəd cızıqlar, onlardan 2-si digərlərindən böyük ölçülü, qalan 5 cızıq xırdadır. Faranın altında yuxarıdan aşağıya gələn paralel açıq qəhvəyi rəngli olan ləkələr, faranın altında sağ tərəfdə eyni rəngli 2 ləkə müşahidə olunur. Qabaq sol farasının şüşələri şəffaflığını itirmə izləri olsa da, şüşənin üstündə hər hansı zədə müşahidə olunmur. Həmin vərəqdə yerləşdirilmiş 2-ci fotoşəkildə avtomaşının arxa hissəsi əks etdirilmiş, həm arxa kapotunda, həm də arxa paneldə hər hansı zədə, deformasiya və ya cızıq yeri müşahidə olunmur. Buferin üzərində xırda çızıqlar görünür. Vərəq 3 - avtomaşının sağ yan tərəfi əks etdirilmiş, fotoşəkildə əks etdirilmiş dam hissəsi, qabaq və arxa qapıları, arxa qanadında hər hansı deformasiya, əzilmə və ya boyanın zədələnməsi izi yoxdur. Arxa qapının çərçivəsinin aşağı yan tərəfində xırda zədələr görünür. Həmin vərəqdə 2-ci fotoşəkildə qabaq şüşənin (parpress) aşağı sağ tərəfində «Г» şəkildə xırda çat müşahidə olunur. Vərəq 4 - avtomaşının yan sağ tərəf əks etdirilmiş. Fotoşəkilə düşən avtomaşının hissələrində hər hansı zədə və ya deformasiya izi müşahidə olunmur. Həmin vərəqdə olan 2-ci fotoşəkildə avtomaşının sol yan tərəf əks etdirilmiş, dəmir hissələrində əzilmə izi yoxdur, arxa sol qapısında, aşağı hissəsində çox saylı müxtəlif ölçülərdə olan cızıqlar, sol arxa buferin aşağısında, arxa təkərə yaxın yerdə boyanın zədələnməsi müşahidə edilir. Vərəq 5 - həmin vərəqdə olan 1-ci şəkilində əks etdirilən avtomaşının qabaq sağ hissəsində olan xırda zədələr haqqında yuxarıda qeyd edilmiş, 2-ci fotoşəkildə əks etdirilmiş arxa şüşədə hər hansı çat müşahidə olunmur. Vərəq 6 - 1-ci fotoşəkildə əks etdirilmiş sol çöl güzgünün şüşəsinin sınması, 2-ci fotoşəkildə əks etdirilmiş qabaq şüşədə uzun, sol kənarda haçalanan çat müşahidə olunur. Vərəq 7-1-ci fotoşəkil sağ arxa qapının yuxarı hissəsində olan şüşənin zədə yeri yoxdur, nikel kantın üzərində hər hansı əzilmə izi müşahidə edilmir. Həmin vərəqdə olan 2-ci fotoşəkildə avtomaşının dam hissəsi tam əks etdirilmiş, damın üzərində hər hansı zədə, əzilmə, deformasiya izi fotoşəkildə müşahidə edilmir. Vərəq 8 - 1-ci fotoşəkildə arxa kapotun orta sol hissəsində nöqtə şəkildə cızığa oxşar bir zədə yeri, dam hissəsinin, arxa sol tərəfində analoji cizıq müşahidə edilir. Yuxarıda qeyd edilənlərindən başqa təqim edilmiş fotoşəkillərdə avtomaşının üzərində hər hansı deformasiya, əzilmə izləri müşahidə edilmir. (Cild 3 i.v. 88-89) «Profi-resurs» Peşə-tədris Mərkəzi tərəfindən 07.12.2020-ci il tarixli 74/2020 nömrəli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 20.05.2020-ci il tarixdə həmin Mərkəzə «Yük qaldırıcı kranlar üzrə quraşdırıcı çilingər» ixtisası üzrə biliklərin yoxlanılması üçün qısa müddətli kursa qəbul edilmiş, 03.06.2020-ci il tarixdə təlim dayandırılmış və Attestasiya komissiyasının həmin tarixli 41/2020 №-li protokoluna əsasən əla qiymət alaraq ona 5-ci dərəcəli yükqaldırıcı kranlar üzrə quraşdırıcı çilingər ixtisası verilmişdir. (Cild 3 i.v.106-118) Azərbaycan Respublikasının ƏƏSMN yanında X29 tərəfindən hadisə ilə bağı keçirilmiş təhqiqatın nəticələrinə dair Təhqiqat aktına əsasən 04.09.2020-ci il tarixdə hadisədən əvvəl "xxxx" MMC-nə məxsus «LS170602009» modelli «Tower Work» markalı qülləli kran 72 metrə kimi qaldırılmış, son 3 metrlik aralıq seksiyası qurulması üçün quraşdırıcılar briqadası hidravlik nasos vasitəsilə kranın üst hissəsini qaldırmağa başlamış, bu zaman kran operatoru mobil telefonu kranın kabinəsində qaldığını bildirib kabinəyə qalxmış, quraşdırıcılar isə işi dayandırmamış, təxminən 2 mert qaldırdıqda ani olaraq hidravlik nasosun şlanqı partlamış və qüllə aşağı hərəkət edərək aralıq seksiyaya dəyib tarazlığı pozulduğundan aşmışdır. Təhqiqat nəticəsində komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 və fiziki şəxs (**********) Təqsirləndirilən şəxs1 cavabdehliyi müəyyən edilmişdir. (Cild 3 i.v. 121-128) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (Cild 4 i.v. 114) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (Cild 4 i.v. 116) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 3/2131, 6/2764, 9/5829, 10/3998 və 10/4067 nömrəli ekspert rəylərindən görünür ki, «baş vermiş hadisə ilə əlaqədar "Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının 2.18.1, 2.18.8, 2.18.11, 3.1.15, 4.3-cü bəndlərinin; «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 Dövlət standartının 1.4-cü bəndinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin; Təqsirləndirilən şəxs1 ilə "xxxx" MMC-də 01.06.2020-ci il tarixdə bağlanılmış «Tam maddi məsuliyyət haqqında müqavilə»nin 2 və 1.2-ci bəndlərinin və "xxxx" MMC-nin direktoru X21 («Sifarişçi») ilə Təqsirləndirilən şəxs1 («Xidmət göstərən») arasında bağlanılmış 1№-li «Xidmət müqavilə»sinin tələbləri pozulmuşdur. Belə ki, «LS170602009» modelli «Tower Work» markalı qülləli kranın (aşağıda - kran) quraşdırılması üçün, özündə işlərin düzgün ardıcıllıqla və təhlükəsiz aparılmasını əks edirməli olan müvafiq layihə olmamış və buna görə də tədbiq edilməmişdir; tikinti- quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə quraşdırılan kranın yerləşdirilməsi "Kranlarla iş icra layihəsi" olmadan (işlənib hazırlanmadan) aparılmış və buna görə də "Qaydaların" 2.18.11 bəndin tələbi (yəni, kranın dönən hissəsi olan oxunun hər hansı bir vəziyyətində tikililərdən və digər əşyalardan təhlükəsiz məsafəsi) təmin edilməmiş və hadisə zamanı qırılmış kranın oxu 9 mərtəbəli yaşayış evinin üzərinə düşməklə bərabər, həmçinin insanların sağlamlığı üçün aşkar təhlükə yaranmış və sonda, "Qaydaların" 3.1.15, 4.3 bəndlərinin, eləcə 12.2.003-91 Dövlət standartının 1.4 bəndinin tələblərinə zidd olaraq, kran istehsalat avadanlığı olaraq, onun quraşdırılmasında təhlükəli şəraitin qarşısının alınmasına (o cümlədən texniki tərkibli tələbləri, məsələn, ötürücüsünün və hər hansı məsul konstruktiv hissəsinin öncədən yoxlanılıb sınaqdan keçirilməsi zəruriliyinə) dair tələblər olan istismar sənədləri olmamışdır, buna görə də quraşdırma işini yerinə yetirən işçi heyəti, müvafiq normativ sənədə (məsələn, aidiyyəti Təlimata) yox, həmin işə rəhbərlik edən şəxslərin (tədqiq olunan halda: "xxxx" MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 və briqadaya rəhbərlik etmiş, həmin MMC-də Xidmət göstərən və Texniki nəzarətçi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 yalnız şəxsi səriştə və təcrübələrindən irəli gələn göstərişlərinə əsasən işini qurmuş və göstərilən şəraitdə qəza və bədbəxt hadisə baş vermişdir. Cinayət işində olan məlumatlara əsaslanaraq, kranın quraşdırılması zamanı onun qülləsinin qaldırılmasında ötürücü kimi tətbiq olunan hidravlik sistemin sıradan çıxması hadisənin texniki səbəbi olmuşdur. Hidravlik ötürücü vasitəsilə kranın qülləsinin qaldırılması əməliyyatı aparıldıqda, kran operatoru Elvin Cəfərovun yolverilməz olaraq kranın kabinəsinə qalxmasının və orada olmasının qarşısı, briqada üzvlərinin yanında olmaqla onların işinə nəzarət etmiş Texniki nəzarətçi Təqsirləndirilən şəxs1 tərəfindən alınmalı idi. "Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının 2.18.1, 2.18.8, 2.18.11, 3.1.15, 4.3 bəndlərinin; «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 Dövlət standartının 1.4 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12 bəndinin tələbləri, "xxxx" MMC üzrə verilmiş 8 saylı 19.05.2020-ci il tarixli əmrə əsasən, "xxxx" MMC-nin layihələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə cavabdeh şəxs təyin edilmiş və iş yerlərində mümkün ola biləcək risklərin qarşısını almaq üçün kompleks tədbirləri həyata keçirməli olan - "xxxx" MMC-nin mühəndisi Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Kranın quraşdırılmasının düzgün təşkil edilmədiyinə, kranın son 3 metrlik aralıq seksiyasının qurulması üçün kranın üst hissəsinin qaldırılması başlandıqda, kran operatoru X13, mobil telefonunun kranın kabinəsində qaldığını bildirib, öz şəxsi marağı üçün kranın kabinəsinə yolverilməz olaraq qalxmasının qarşısını almadığına, Elvin Cəfərov kranın kabinəsində olduğu zaman isə hidravlik nasosun söndürülməsi ilə həmin qaldırma prosesinin müvəqqəti dayandırılmadığına görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları»nın 2.18.1, 2.18.8, 2.18.11 bəndlərinin; "xxxx" MMC-də 01.06.2020-ci il tarixdə bağlanılmış «Tam maddi məsuliyyət haqqında müqavilə»nin 2 və 1.2 bəndlərinin və "xxxx" MMC-nin direktoru X22 («Sifarişçi») ilə Təqsirləndirilən şəxs1 («Xidmət göstərən») arasında bağlanılmış 1 №-li müqaviləsinin tələbləri, quraşdırıcılar briqadasına rəhbərlik etmiş - "xxxx" MMC-nin texniki nəzarətçisi Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Bakı şəhəri. Azadlıq pr. 127/131 (207) nömrəli binanın 94, 99, 100, 101 və 102 nömrəli mənzillərdə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən dəyəri aşağdakı kimi müəyyən olunur: -94 saylı mənzilə dəymiş ziyanın dəyəri - 1102,0 manat; -99 saylı mənzilə dəymiş ziyanın dəyəri - 3148,0 manat; -100 saylı mənzilə dəymiş ziyanın dəyəri - 1273,0 manat; -101 saylı mənzilə dəymiş ziyanın dəyəri - 2780,0 manat; -102 saylı mənzilə dəymiş ziyanın dəyəri - 2938,0 manat. Tədqiq olunan ünvanda aparılmalı tikinti-təmir işləri nəticəsində istifadə olunmalı materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri, həcmi, qüsurların nədən ibarət olunması rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Eyni zamanda həmin binanın 104 saylı mənzilinin qapısı bağlı olduğundan və eləcə də, iş materiallarında ifadəsinə əsasən, mənzilə ziyan dəymədiyi üçün 104 saylı mənzilə dəymiş ziyan üzrə tədqiqat aparılmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, avtomobil kataloq jurnalın, «www.turbo.az» və «www.avtomobil.az» internet sayıtlarının məlumatlarına, aparılmış ekspert baxışının nəticələrinə və iş materiallarında olan məlumatlata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131 saylı binaya qaldırıcı kranın aşması nəticəsində zədələnmiş tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin sentyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri ilə dəymiş ziyanın məbləği təxminən aşağıdakı kimi müəyyən edilir: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131, mənzil 94 üzrə: təxminən 5 paqon metr uzunluqda mətbəx mebelinin üstünə və arxasına, sakinin deməsinə görə su axıdılmışdır, mebelə quraşdırılmış paltar yuyan maşının altındakı metlaxın yaş olması müşahidə edildi, mebelin xarici gürünüşünə görə taxta təbəqələrinin şişməsi, deformasiya olması və öz ilkin əmtəə görünüşünün itirilməsi müşahidə edilmədi, mütəxəssis tərəfindən mebelin zədələnmiş hissələri və onların texniki göstəriciləri barədə qüsur aktı tərtib edilərsə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək olar; Bakı şəhəri, Nərimanov rayonu. Azadlıq prospekti 127/131, mənzil 100 üzrə: mətbəxə tikinti daşları və beton tikələri tökülmüşdür, divara asılmış mətbəx mebelinin iki qapılı dolabın sol qapısı zədələnmişdir, üst həncaməsi qopmuşdur - 100,00 manat; Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131, mənzil 101 üzrə: mətbəxdə "Samsung" markalı RT34MBMG1/BWT modelli iki kameralı soyuducunun üst hissəsinə tikinti daşları və beton tikələri tökülmüşdür, yuxarı qapısının plastmas hissələri sınmışdır, qapılar tam açılmır - 680,00 manat. Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, avtomobil kataloq jümalın, «www.turbo.az» və «www.avtomobil.az» internet saytlarının məlumatlarına, aparılmış ekspert baxışının nəticələrinə və iş materiallarında olan məlumatlata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131 saylı binaya qaldırıcı kranın aşması nəticəsində zədələnmiş tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin sentyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri ilə dəymiş ziyanın məbləği aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs5 məxsus “Opel Vectra" markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşın 5000,00 manat; Zərərçəkmiş şəxs1 məxsus “Hyundai Sonata” markalı ** PJ ***, dövlət qeydiyyat nişanlı avtomaşın iş materiallarında nəqliyyat vasitəsinin hansı zədələnmiş hissələrin dəyişilməli, hansı zədələnmiş hissələrin təmirə ehtiyacı olması barədə istintaq tərəfindən təyin olunan ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayış məlumatının (qüsur aktının) və avtomobilin qeydiyyat şəhadətnaməsi olmadığından dəymiş ziyanı müəyyən etmək mümkün olmadı; Zərərçəkmiş şəxs6 məxsus «Hyundai Sonata» markalı ** PK ***, dövlət qeydiyyat nişanlı avtomaşın 7000,00 manat; Zərərçəkmiş şəxs10 məxsus «Mersedes Benz C» markalı ** OJ ***, dövlət qeydiyyat nişanlı avtomaşın 2350,0 manat; Zərərçəkmiş şəxs12 məxsus «Mersedes Benz C» markalı ** UB ***, dövlət qeydiyyat nişanlı avtomaşın 3500,0 manat; Zərərçəkmiş şəxs7 məxsus «Opel Astra» markalı 50 DP 15 1, dövlət qeydiyyat nişanlı avtomaşın 7000,0 manat; Zərərçəkmiş şəxs9 məxsus «Mitsubisi Pajero» markalı ** XN ***. dövlət qeydiyyat nişanlı avtomaşın 50,0 manat; Zərərçəkmiş şəxs8 məxsus «Mersedes Vito» markalı ** SC ***. dövlət qeydiyyat nişanlı avtomaşın 80,00 manat; Zərərçəkmiş şəxs11 məxsus «X44» ** NC ***, dövlət qeydiyyat nişanlı avtomaşın 800,00 manat; Zərərçəkmiş şəxs2 məxsus «Qazel» markalı ** RF ***, dövlət qeydiyyat nişanlı avtomaşın 100,00 manat; Zərərçəkmiş şəxs4 məxsus «Pegeauııt 406» markalı ** LA ***, dövlət qeydiyyat nişanlı avtomaşın 200,00 manat; Zərərçəkmiş şəxs3 məxsus «Kia Ccrato» markalı ** SU ***, dövlət qeydiyyat nişanlı avtomaşın 720,00 manat; Zərərçəkmiş şəxs13 məxsus «Toyota Camry» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşın üstündə kiçik ölçülü batıqlar var, bir neçə yerdə boya qopuqları, sürtülmə izləri müşahidə edildi, sağ güzgü şüşəsi sınmışdır, qabaq sol şüşənin rezini 2 sm ölçüdə yerindən aralanmışdır, alın şüşəsi sol aşağı künc hissəsidə çatlamışdır 3000,0 manat. Təqdim edilmiş şlanqın üzərində olan zədə partlama nəticəsində yaranmışdır. Şlanqın üz səthinə çəkilmiş üzlükdə partlama sahəsində material çatışmazlığının tədqiqi hissədə göstərilən səbəbdən partlayışdan əvvəl mövcud olmasını ehtimal etmək olar. Material çatışmazlığı kəsilmə, partlamanın təsirindən yanma nəticəsində yarana bilər. Lakin zədə kənarında xüsusi əlamətlər aşkar edilmədiyindən zədənin bir hissəsinin kəsilməsi hansı predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş 1 ədəd plastik qabda olan qəhvəyi rəngli spesifik qoxulu yağ nümunəsi kimyəvi tərkibinə və fiziki xassələrinə görə neft əsaslı hidravlik mühərrik yağıdır və ГOCT 17479.3-85 «Hidravlik yağlar. Təsnifat və təyinat» standartına uyğundur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 600 manat təşkil edir. (Cild 4 i.v. 197- 211) Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərinşaatlayilıə» Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən təqdim edilmiş 21.02.2021 -ci il tarixli «...ziyan dəymiş 9 mərtəbəli yaşayış binasında bərpa gücləndirmə işləri aparıldıqdan sonraki vəziyyəti haqqında» rəydən görünür ki, «müayinə işləri zamanı mövcud yaşayış binasının yükdaşıyan konstruksiyalarında bərpa gücləndirmə və təmirdən sonra çat, deformasiya və zədələrə rast gəlinmədi. Binanın dəmir-beton elementləri ilə bağlı Azərbaycan Respublikası FHN-ııin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X3 İnstitutu tərəfindən 12.02.2021 -ci il tarixdə təsdiq edilmiş «...ziyan dəymiş 9 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında» müayinə aktının nəticəsinə əsasən «kran qolunun aşması nəticəsində ziyan dəymiş 9 mərtəbdi yaşayış binasında damına və mənzillərə dəymiş ziyanın təmir bərpasına dair instrumental müayinə işləri aparılmışdır və binanın yükdaşıyan dəmir-beton konstrııksilayalarında zədələrə və deformasiyalara rast gəlinməmişdir». Həmin müayinə aparılarkan «Şmidt» çəkici vasitəsilə aparılmaş yoxlama zamanı betonun möhkəmlik göstəricilərinin layihəyə uyğunluğu müəyyən edilmişdir. «Ferroskan DD-200» cihazı vasitəsi ilə aparılmış yoxlama zamanı armatur millərinin layihəyə uyğunluğu müəyyən edilmişdir.(Cild 5 i.v. 114-131) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/997 və 10/603 nömrəli ekspert rəylərindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti 127/131 nömrəli binanın 99 saylı mənzilində hadisə zamanı yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən dəyəri 4228,0 manat və sonradan əlavə baxış zamanı mənzildə aparılmış söküntü nəticəsində yaranmış qüsurların təqribən dəyəri 1023,0 manat müəyyən olunur. Aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, 05 sentyabr 2020ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131, 99 saylı mənzilin otaqlarında keçirilmiş baxış zamanı mebel məmulatları, elektrik avadanlıqları, çıl-çıraqlar və digər məişət ev əşyaları olmuşdur (iş materiallarında olan fotogörüntülər) və həmin mənzildə baxışda iştirak edən və onun sözlərinə görə həmin mənzildə faktiki olaraq daimi yaşayan Zərərçəkmiş şəxs13 tərəfindən daşınan əmlak üzrə ona maddi ziyanın dəyməməsini bildirilmişdir və bu barədə iş materiallarında olan 05 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş baxış protokolunda həmin mənzil üzrə daşınan əmlaka maddi ziyanın dəyməməsi göstərilmişdir. 27 fevral 2021-ci il tarixdə isə həmin mənzilə təkrarən baxış keçirildikdə məlum olmuşdur ki, 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131, 99 saylı mənzilin otaqlarında keçirilmiş baxış zamanı mövcud olmuş mebel məmulatları, elektrik avadalıqları, çıl-çıraqlar və digər məişət eb əşyaları, mətbəx mebeli və dəhliz dolabı istisna olmaqla, mənzilin otaqlarında olmamışdır. Həmin mətbəx mebelinin və dəhliz dolabının səthinin üzərində tozlama ləkələri müşahidə olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 127/131, mənzil 94 -də yaşayan Rzayeva Məshətinin ifadəsindən görünür ki, "xxxx" MMC tərəfindən mətbəx otağına təmir işləri aparılmış, mətbəx mebeli bərpa edilmişdir və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, ona məxsus “Hyundai Sonata” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşının baş vermiş hadisə nəticəsində zədələnməsindən ona 2300,00 manat məbləğində dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən ödənilmiş və avtomobil təmir edilmişdir. Tədqiq edilən 2006-cı il buraxılışlı “Toyota Camry”minik markalı, ** CM *** nömrə nişanlı avtomobilin 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən, iş materiallarında olan baxış protokollarında, Mərkəz tərəfindən verilmiş 9/5825 nömrəli ekspert rəyində olan dəyişilməli ehtiyat hissələri və təmir -bərpa işləri barədə məlumatlarına əsasən, keçirilmiş ekspert baxışının nəticələrini nəzərə alaraq zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) təxminən 3000,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 530,00 manat, təmir işlərinin qiyməti - 2470,00 manat Bakı şəhəri, Azadlıq prospekti 127/131 saylı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki 99 mənzildə yerinə yetirilən bərpa-gücləndirmə işlərinə lisenziyası olan layihətəşkilatları tərəfindən hazırlanmış layihə əsasında yerinə yetirildikdən sonra, yuxarıda smetada göstərilən cari təmir-tikinti işləri yerinə yetirilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. (Cild 5 i.v. 160-165) Maddi sübut kimi tanınması barədə 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Azadlıq, Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-nə yaşayış binalarının tikilməsinə icazə verilməsinə dair Nərimanov rayon İH Başçısının 12.04.2018-ci il tarixli 148 №-li Sərəncamı, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li tikintiyə icazə barədə Xüsusi Nişan, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li obyektin tikintisinə icazə, Nərimanov rayon İH Başçısının «Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi barədə» 11.08.2018-ci il tarixli 340 №-li Sərəncamı, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 20.06.2020-ci il tarixli KG001/002 №-li İcarə müqavilə və həmin tarixli 1 №-li Əlavə, Təqsirləndirilən şəxs1 və "xxxx" MMC arasında bağlanmış 01.06.2020-ci il tarixli Xidmət müqaviləsi, həmin müqaviləyə 15.07.2020-ci il tarixli 1 №-li Əlavə, "xxxx" MMC üzrə «ƏMTT üzrə və yanğın təhlükəsizliyinə cavabdehtəyin edilməsi barədə» 19.05.2020-ci il tarixli 8 №-li əmr, hadisə zamanı çəkilmiş videoyazı olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd «CD», avadanlığa baxış zamanı götürülmüş kranın hidravlik sisteminin 1 ədəd partlamış şlanqı maddi sübut kimi tanınmışdır. (Cild 6 i.v. 1-3) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (Cild 6 i.v. 13-16) Qətimkan tədbiri seçmək barədə 06 mart 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 6 i.v. 30-32) İsmayıllı RİH Başçısının Tircan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1986-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs1 kəntdə yaşadığı müddətdə əhali arasında özünü nümunəvi aparmış, heç kəslə münaqişəsi olmasıdır. Yoldaşları, qonşuları ilə rəftarı yaxşı olmuşdur. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. (Cild 6 i.v. 34) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (Cild 6 i.v. 39-42) Qətimkan tədbiri seçmək barədə 10 mart 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 6 i.v. 54-55) "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 işə qəbul olunduğu müddətdən kollektivdə təcrübəli mütəxəssis kimi hər kəsin rəğbətini qazanmış, şirkətin fəaliyyət göstərdiyi sahədə öz təcrübəsini işçilərlə bölüşmüşdür. Şirkət yeni yaranmasına baxmayaraq Təqsirləndirilən şəxs2 tərəfindən lazımi sənədlər, təlimatlar, təlimat kitabçaları və s. hazırlanmış və bunun sayəsində şirkət bu sahədə sağlam rəqabət aparması üçün əlverişli şərait yaranmışdır. (Cild 6 i.v. 57) Zərərçəkmiş şəxs13 tərəfindən AR Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə ünvanlandığı 19 mart 2021-ci il tarixli ərizədən görünür ki, 04.09.2020ci il tarixində "xxxx" MMC-nin tikinti ərazisində "xxxx" MMC tərəfindən quraşdırılmış kranın aşması nəticəsində qanuni mülkiyyətçisi olduğu Toyota Camry (**-CM-***) avtomobilinə ciddi ziyan dəymişdir. "xxxx" MMC dəymiş ziyanı 9570 AZN müəyyən etmişdir. Şirkətlə aralarında olan şifahi razılaşmaya əsasən avtomobilə dəymiş ziyana görə 6000 AZN məbləğində pul almış, yerdə qalan məbləği (3570 AZN) keçir. Qalıq məbləğə görə gələcəkdə şikayətçi olmayacadır. Başqa sözlə avtomobilinə dəymiş ziyanın tam ödənildiyini bu razılaşma ilə qəbul edir. (Cild 6 i.v. 142) Zərərçəkmiş şəxs19 Həmzə oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs18 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs10 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs17 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs8 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 04.09.2020-ci il tarixdə "xxxx" MMC-nin tikinti sahəsində "xxxx" MMC tərəfindən quraşdırılmış qülləli kranın qolunun aşması nəticəsində ona dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən tam ödənilmişdir. Bu hadisə ilə bağlı heç bir iddiası, şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs9 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 04.09.2020-ci il tarixdə "xxxx" MMC-nin tikinti sahəsində "xxxx" MMC tərəfindən quraşdırılmış qülləli kranın qolunun aşması nəticəsində ona dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən tam ödənilmişdir. Bu hadisə ilə bağlı heç bir iddiası, şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs16 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 04.09.2020-ci il tarixdə "xxxx" MMC-nin tikinti sahəsində "xxxx" MMC tərəfindən quraşdırılmış qülləli kranın qolunun aşması nəticəsində ona dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən tam ödənilmişdir. Bu hadisə ilə bağlı heç bir iddiası, şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs15 qızının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 04.09.2020-ci il tarixdə "xxxx" MMC-nin tikinti sahəsində "xxxx" MMC tərəfindən quraşdırılmış qülləli kranın qolunun aşması nəticəsində ona dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən tam ödənilmişdir. Bu hadisə ilə bağlı heç bir iddiası, şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə ona dəymiş zinayn ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə ona dəymiş zinayn ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə ona dəymiş zinayn ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi X10 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər ilə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Şikayət və tələbləri yoxdur. X8 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, 1(005)-217/2021 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, şikayət və tələbi yoxdur. Nümayəndə məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, onlardan heç bir şikayət və tələbi yoxdur. Lakin şikayəti "xxxx" MMC və "xxxx" MMC şirkətlərindəndir. Zərərçəkmiş şəxs14 cinayət mühakimə icraatında mülki iddia verərək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanında yerləşən 9 mərtəbəli binanın 99 saylı mənzilinə dəymiş maddi ziyanın əvəzi olaraq 198.000 manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 manatın cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs13 cinayət mühakimə icraatında mülki iddia verərək ona məxsus “Toyota Camry” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyana görə 4570 manat pulun, mənəvi ziyana görə 200.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkmələrini, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin onlara qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırmalarını, cinayət nəticəsində zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs19 Həmzə oğlunun, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X8, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 onlarla barışmalarını, onların şikayət və tələbinin olmasını, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə onlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması və bunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-nin 222.3-cü maddəsi ilə tövsif edilməsi üçün təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə uyğun olaraq zərərçəkmiş şəxs X13 hüquqi varisi X17 ilə barışıq əldə etmişlər, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırmışlar və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindkləri maddənin sanksiyası həddində və tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində fəaliyyətlə məşğul olmaq qadağan edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 800 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut - Azadlıq, Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-nə yaşayış binalarının tikilməsinə icazə verilməsinə dair Nərimanov rayon İH Başçısının 12.04.2018-ci il tarixli 148 №-li Sərəncamı, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li tikintiyə icazə barədə Xüsusi Nişan, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li obyektin tikintisinə icazə, Nərimanov rayon İH Başçısının «Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi barədə» 11.08.2018-ci il tarixli 340 №-li Sərəncamı, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 20.06.2020-ci il tarixli KG001/002 №-li İcarə müqavilə və həmin tarixli 1 №-li Əlavə, Təqsirləndirilən şəxs1 və "xxxx" MMC arasında bağlanmış 01.06.2020-ci il tarixli Xidmət müqaviləsi, həmin müqaviləyə 15.07.2020-ci il tarixli 1 №-li Əlavə, "xxxx" MMC üzrə «ƏMTT üzrə və yanğın təhlükəsizliyinə cavabdeh təyin edilməsi barədə» 19.05.2020-ci il tarixli 8 №-li əmr və hadisə zamanı çəkilmiş videoyazı olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılan 1 ədəd partlamış şlanq hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-yə qaytarılmalıdır. Zərərçəkmiş şəxs14 cinayət mühakimə icraatında mülki iddia verərək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 207 ünvanında yerləşən 9 mərtəbəli binanın 99 saylı mənzilinə dəymiş maddi ziyanın əvəzi olaraq 198.000 manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 manatın cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyətləri yaranmışdır. Mülki iddianın maddi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qülləli kranın quraşdırılması işlərini planlaşdırıldığı və rəhbərlik etdiyi zaman işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq Zərərçəkmiş şəxs14 5251,0 manat ziyan vurmuşlar. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/997 və 10/603 nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Azadlıq prospekti 127/131 nömrəli binanın 99 saylı mənzilində hadisə zamanı yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən dəyəri 4228,0 manat və sonradan əlavə baxış zamanı mənzildə aparılmış söküntü nəticəsində yaranmış qüsurların təqribən dəyəri 1023,0 manat,cəmi 5251,0 manat müəyyən olunur. Məhkəmə eyni zamanda verilmiş mülki iddia tələbinə mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə mülki ikddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/997 və 10/603 nömrəli ekspert rəyləri əsas götürülməklə (4228+1023=5.251) mülki iddia qismən, yəni maddi zərər hissəsində 5.251 (beş min iki yüz əlli bir) manat hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda məhkəmə, zərərin cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9 tutulması ilə razılaşmır, belə ki, Cinayət Prosessual Qanunvuruculiyinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verildiyindən qeyd olunan maddi zərər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Mülki iddianın 100.000 manat mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X19 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X19 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, təqsirləndirilən şəxslərində əmlak vəziyyətini nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs14 qülləli kranın ona məxsus mənzilə düşməsi nəticəsində sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehlərdən (təqdirli şəxslərdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, təqsirləndirilən şəxslərin də əmlak vəziyyətini nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə hesab edir ki, mənəvi zərər hissədə iddia qismən təmin edilməli və mənəvi zərərin əvəzi olaraq təqdirli şəxslərdən müştərək qaydada tutulmalı məbləg cəmi 2.000 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Zərərçəkmiş şəxs13 cinayət mühakimə icraatında mülki iddia verərək ona məxsus “Toyota Camry” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyana görə 4.570 manat pulun, mənəvi ziyana görə 200.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməməlidir. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs13 tələb etdiyi maddi və mənəvi zərərin cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X9” tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edildiklərindən idda olunan məbləg üzrə cavabdeh şəxslər olsalar da, iddianın “4.570 manat maddi zərərin müştərək qaydada tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə tələb rədd edilməlidir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/997 və 10/603 nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs13 məxsus 2006-cı il buraxılışlı “Toyota Camry”minik markalı, ** CM *** nömrə nişanlı avtomobilin 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsində zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) təxminən 3000,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 530,00 manat, təmir işlərinin qiyməti - 2470,00 manat. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs13 oglu tərəfindən AR Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə ünvanlandığı 19 mart 2021-ci il tarixli ərizədən görünür ki, 04.09.2020-ci il tarixində "xxxx" MMC-nin tikinti ərazisində "xxxx" MMC tərəfindən quraşdırılmış kranın aşması nəticəsində qanuni mülkiyyətçisi olduğu Toyota Camry (**-CM-***) avtomobilinə ciddi ziyan dəymişdir. "xxxx" MMC dəymiş ziyanı 9570 AZN müəyyən etmişdir. Şirkətlə aralarında olan şifahi razılaşmaya əsasən avtomobilə dəymiş ziyana görə 6000 AZN məbləğində pul almış, yerdə qalan məbləği (3570 AZN) keçir. Qalıq məbləğə görə gələcəkdə şikayətçi olmayacadır. Başqa sözlə avtomobilinə dəymiş ziyanın tam ödənildiyini bu razılaşma ilə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən-bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Araşdırma zamanı Zərərçəkmiş şəxs13 oglu ona dəymiş maddi zərərin ödəniməsi ilə bağlı ərizədə şüurlu surətdə öz iradə ifadəsini bildirmiş və ərizəni imzalamışdır. Qeyd olunan zərər təqsirləndirilən şəxslər tərəfindən deyil, şirkət tərəfindən ödənilsə də, nəticə etibarı ilə zərərçəkənin mülkiyyətçisi olduğu Toyota Camry (**-CM-***) avtomobilə dəymiş zərərlə bağlı pozulmuş hüquqlarının bərpa edilməsi olmuşdur. Belə olan halda maddi zərər hissədə iddia rədd edilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir: “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mülki iddia tələbi ilə bağlı təqsirləndirilən şəxslərin zərərçəmiş şəxsə mənəvi zərər yetirməsini əsaslandıran dəlillər öz təsdiqini tapmadığından, habelə sübutlar təqdim edilmədiyindən iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsi də rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azadlıq, Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-nə yaşayış binalarının tikilməsinə icazə verilməsinə dair Nərimanov rayon İH Başçısının 12.04.2018-ci il tarixli 148 №-li Sərəncamı, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li tikintiyə icazə barədə Xüsusi Nişan, Nərimanov rayon İH-nin 13.04.2018-ci il tarixli 23 №-li obyektin tikintisinə icazə, Nərimanov rayon İH Başçısının «Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi barədə» 11.08.2018-ci il tarixli 340 №-li Sərəncamı, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 20.06.2020-ci il tarixli KG001/002 №-li İcarə müqavilə və həmin tarixli 1 №-li Əlavə, Təqsirləndirilən şəxs1 və "xxxx" MMC arasında bağlanmış 01.06.2020-ci il tarixli Xidmət müqaviləsi, həmin müqaviləyə 15.07.2020-ci il tarixli 1 №-li Əlavə, "xxxx" MMC üzrə «ƏMTT üzrə və yanğın təhlükəsizliyinə cavabdeh təyin edilməsi barədə» 19.05.2020-ci il tarixli 8 №-li əmr və hadisə zamanı çəkilmiş videoyazı olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində saxlanılan 1 ədəd partlamış şlanq hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-yə qaytarılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 800 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs14 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada maddi ziyana görə 5251,00 manat, mənəvi zərər görə 2000,00 manat pul tutularaq Zərərçəkmiş şəxs14 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs13 "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-nin direktoru Şahid3, "xxxx" MMC-nin direktoru X15, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddiası təmin edilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar