Məhkəmə qərarları › İş №1(005)-217/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-217/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-217/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, usta işləyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının 27-də, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 saylı ünvanın içərisində otaq yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs dodaq nahiyəsindən qəsdən iki dəfə yumruq zərbəsi vuraraq ona alt dodağın şişkinliyi və selikli qişasının kənarlarının qansızmalı əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 5 aya yaxındır ki, Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 saylı ünvanda kirayəşin yaşayır. xx.xx.2024-cü il tarixində təxminən saat 11:00 radələrində kirayə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 saylı ünvanda otaq yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə olduğu zaman birdən evin işıqları sönüb və bu zaman otaq yoldaşı Nicat ondan komunal xərclərini ödəyib ödəmədiyini soruşduqda, o ödəmədiyini, həmin pulu borcuna verdiyini demişdir. Bu zaman onların arasında mübahisə baş verdiyində o da əsəbləşərək özünü saxlaya bilməyib Zərərçəkmiş şəxs üzərinə gedib iki dəfə yumruqla dodaq nahiyəsindən vurduqdan sonra otaqdan çıxıb getdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, təxminən 5 aya yaxındır ki, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 saylı ünvanda kirayə yaşadığını bildirmişdir. xx.xx.2024-cü il tarixində təxminən saat 11:00 radələrində kirayə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 2 saylı ünvanda otaq yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman birdən evin işıqları sönüb və bu zaman otaq yoldaşı Təqsirləndirilən şəxs komunal xərclərini ödəyib ödəmədiyini soruşduqda, sonuncu ödəmədiyini, həmin pulu borcuna verdiyini demişdir. Bu zaman onların arasında mübahisə baş verdiyində Təqsirləndirilən şəxs onun üzərinə gələrək iki dəfə yumruqla dodaq nahiyəsinə vuraraq döyüb xəsarət yetirdiyini və hadisənin 1-2 dəqiqə davam etdiyin bildirmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs ilə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək və bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq olunan “Hadisə baxış keçirilməsi haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə xx.xx.2024-cü il tarixində ünvan 5 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 27 fevral 2024-cü il tarixli, 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – alt dodağın şişkinliyi və selikli qişasının kənarları qansızmalı əzilmiş yarası- küt əşyanın (əşyaların) təsiirindən törənmişdir, qərarınn təsviri hisssinndə xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlamış sorğuya əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi haqqında 13 mart 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə “MTE və PA” Birliyinin Nərimanov rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 209 saylı rəyi maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona vurulmuş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, vurulmuş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin . Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylıVəkil Bürosunun vəkili Müdafiəçinın sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar