Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-218/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi ev 34-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi ev 9D-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 yanvar 2021-ci il tarixdə gecə saat 05:06-da ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya qapıdan qanunsuz daxil olub oradan bir vahidinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 10 kiloqram «Best blend» markalı servelat kolbasanı, bir vahidinin qiyməti 9,5 manat olmaqla ümumi dəyəri 76 manat təşkil edən 08 kiloqram «Besl blend» markalı sadə kolbasanı, bir vahidinin qiyməti 9,5 manat olmaqla ümumi dəyəri 104,5 manat təşkil edən 11 kiloqram «1000 bərəkət, halal nemət» markalı sadə kolbasanı, bir vahidinin qiyməti 7,8 manat olmaqla ümumi dəyəri 31.2 manat təşkil edən 4 ədəd «Final» markalı 2 litrlik qarğıdalı yağını, bir vahidinin qiyməti 3,4 manat olmaqla ümumi dəyəri 136 manat təşkil edən 40 qutu nazik «Kent 4» siqaretini, bir vahidinin qiyməti 3,4 manat olmaqla ümumi dəyəri 51 manat təşkil edən 15 qutu qalın «Kent 4» siqaretini, bir vahidinin qiyməti 3,4 manat olmaqla ümumi dəyəri 102 manat təşkil edən 30 qutu qalın «Kent 8» siqaretini, bir vahidinin qiyməti 3,7 manat olmaqla ümumi dəyəri 129,5 manat təşkil edən 35 qutu nazik «Sobranie» siqaretini, bir vahidinin qiyməti 3,7 manat olmaqla ümumi dəyəri 55,5 manat təşkil edən 15 qutu qalın «Sobranie» siqaretini, bir vahidinin qiyməti 3,2 manat olmaqla ümumi dəyəri 128 manat təşkil edən 40 qutu qalın «Winston» siqaretini, bir vahidinin qiyməti 3,2 manat olmaqla ümumi dəyəri 96 manat təşkil edən 30 qutu nazik «Winston» siqaretini, bir vahidinin qiyməti 2,8 manat olmaqla ümumi dəyəri 56 manat təşkil edən 20 qutu nazik «LD» siqaretini, bir vahidinin qiyməti 2,6 manat olmaqla ümumi dəyəri 65 manat təşkil edən 25 qutu qalın «LD» siqaretini, bir vahidinin qiyməti 2,3 manat olmaqla ümumi dəyəri 103,5 manat təşkil edən 45 qutu nazik «Paİl Mall» siqaretini, bir vahidinin qiyməti 1,8 manat olmaqla ümumi dəyəri 12,6 manat təşkil edən 7 qutu qalın «Pall Mall» siqaretini, bir vahidinin qiyməti 2,3 manat olmaqla ümumi dəyəri 138 manat təşkil edən 60 qutu qalın «Rothmans» siqaretini, bir vahidinin qiyməti 2,3 manat olmaqla ümumi dəyəri 69 manat təşkil edən 30 qutu qalın «Winçhester» siqaretini, bir vahidinin qiyməti 2,3 manat olmaqla ümumi dəyəri 92 manat təşkil edən 40 qutu nazik «Winçhester» siqaretini, bir vahidinin qiyməti 1,8 manat olmaqla ümumi dəyəri 63 manat təşkil edən 35 qutu nazik «Viceroy» siqaretini, bir vahidinin qiyməti 1,6 manat olmaqla ümumi dəyəri 48 manat təşkil edən 30 qutu qalın «Argo» siqaretini, bir vahidinin qiyməti 1,8 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 15 qutu nazik «Argo» siqaretini, bir vahidinin qiyməti 1,8 manat olmaqla ümumi dəyəri 90 manat təşkil edən 50 qutu qalın «Argo» siqaretini, bir vahidinin qiyməti 2,3 manat olmaqla ümumi dəyəri 46 manat təşkil edən 20 qutu qalın «West» siqaretini, bir vahidinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 25 qutu nazik «Senate» siqaretini, bir vahidinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 40 manat təşkil edən 20 qutu qalın «Classik» siqaretini, bir vahidinin qiyməti 1,8 manat olmaqla ümumi dəyəri 18 manat təşkil edən 10 qutu qalın «More» siqaretini, bir vahidinin qiyməti 1,25 manat olmaqla ümumi dəyəri 12 manat təşkil edən 15 ədəd «Bizon» markalı 250 milliqramlıq enerji içkisini və 200 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2139,8 (iki min bir yüz otuz doqquz manat səksən qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 yanvar 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman pul əldə etmək üçün məhəllədə yerləşən, önündə «Şərq şirniyyatı un məmulatları» sözləri yazılan lövhə asılmış mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə gecə saat 04 radələrində mağazanın qapısını açmaq məqsədi ilə istifadə etmək üçün yaşadığı evdə olan dəmir lingi götürüb sakitcə evi tərk edərək Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi ilə həmin mağazaya doğru piyada hərəkət etməyə başlamışdır. Bir qədər gəzişib ətrafı müşahidə edərək tam sakitlik olduğunu yəqin etdikdən sonra saat 05 radələrində əvvəllər bir neçə dəfə siqaret aldığı, ön tərəfində «Şərq şirniyyatı un məmulatları» sözləri yazılan lövhə asılmış həmin mağazaya yaxınlaşmışdır. Bu zaman qapının kilidli olduğunu görüb özü ilə götürdüyü dəmir lingi mağazanın iki laylı giriş qapısının layları arasına salıb dartaraq kilidi qırıb qapını açmışdır. Bundan sonra mağazaya daxil olub cibində olan alışqanın fənəri ilə içərini işıqlandıraraq vitrinləri axtarmağa başlamışdır. Vitrinlərə yığılmış «Kent 4» «Kent 8», «Sobranie» və digər markalı təxminən 200 (iki yüz) qutu siqareti yığışdırıb mağazadan aşkar etdiyi göy rəngli sellofan torbalara yığmışdır. Mağazanı diqqətlə gözdən keçirərkən vitrinlərdə həmçinin təxminən 10 (on) rulon kolbasa, 4 (dörd) ədəd 2 litrlik «Final» markalı qarğıdalı yağı, 15 ədəd «Bizon» enerji içkisi aşkar edib göy rəngli sellofan torbala yığmışdır. Vitrinin yanında olan şkafın siyirməsinə baxan zaman oradan 200 (iki yüz) manata yaxın pul aşkar edib götürərək cibinə qoymuşdur. Sonra mağazanın qapısından bir-iki dəqiqə küçəyə boylanaraq küçədə hər hansı şəxsin olmadığını, tam sakitlik olduğunu yəqin etdikdən oğurladığı əşyaları yığdığı göy rəngli sellofan torbaları götürüb cəld mağazanı tərk edərək yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Qərara gəlmişdir ki, oğurladığı siqaretləri Nərimanov rayonu ərazisində yerləşən 24 saat fəaliyyət göstərən köşklərə aparıb dəyərindən ucuz qiymətə satsın. Bu zaman eyni məhəllədə yaşadığı tanışı Farizin idarə etdiyi avtomobillə küçə ilə hərəkət etdiyini görmüşdür. Cəld Farizə əl edərək avtomobili saxlatdırmışdır. Farizin adətən hər gün gecə saatlarında məhəllə daxilində atasına məxsus həmin avtomobili sürdüyünü və məhəllədən kənarda avtomobil sürməsinə atasının icazə vermədiyini bildiyi üçün Farizə Nərimanov metrostansiyasına doğru getmək istədiyini bildirib onu bir qədər qarşı tərəfə doğru aparmasını xahiş etmişdir. Fariz etiraz etməmiş və o, mağazadan oğurladıqlarını Farizin idarə etdiyi avtomobilin yük yerinə yükləyib cəld avtomobildə qabaq sağ oturacağa əyləşmişdir. Bu vaxt təsadüfən eyni məhəllədə yaşayan Orxan onlara yaxınlaşmış və hal-əhval tutduqdan sonra avtomobildə arxa oturacağa əyləşmişdir. Bundan sonra Fariz hərəkətə başlamışdır. X24 mağazadan oğurluq etdiyini bildirmişdir. Orxanla Fariz əvvəlcə ona inanmamışlar. Avtomobilin yük yerinə qoyduğu göy rəngli sellofan torbalarda məhz mağazadan oğurladığı siqaretlər, kolbasa, qarğıdalı yağı və “Bizon” enerji içkilərinin olduğunu bildirdikdə Fariz və Orxan nəhayət ona inanmışlar. Fariz ona səslənərək nə qədər ki, gec deyil dərhal mağazaya qayıdıb oğurladığı malları yerinə qoymağı söyləmiş, lakin o, etiraz edərək həmin malları sataraq pul əldə edəcəyini demişdir. Təxminən 0,5 kilometr hərəkət etdikdən sonra Farizin taksi sürücüsü olan atası Rüfət Farizin mobil telefonuna zəng vuraraq ondan dərhal evə qayıtmasını tələb etmişdir. Bu səbəbdən Fariz onu və Orxanı «Məhəllə» marketin yanında avtomobildən düşürdüb çıxıb getmişdir. Orxan avtomobildən düşdükdən sonra sağollaşaraq öz yaşadığı evə çıxıb getmişdir. Daha orada qalmayıb mağazadan oğurladığı siqaretləri, kolbasa, qarğıdalı yağı və “Bizon” enerji içkilərini yığdığı göy rəngli sellofan torbaları götürüb bir qədər piyada getdikdən sonra taksi avtomobilinin dayandığını görüb yaxınlaşaraq tanımadığı sürücüdən onu Nərimanov rayonu, Əliyar Əliyev küçəsində, el arasında “Azinko” binaları adlanan ərazidə yerləşən köşkə aparmasını söyləmişdir. Sürücü razılaşmış və o, mağazadan oğurladığı əşyaları yük yerinə yükləyib avtmobilə əyləşmişdir. Bir neçə dəqiqə sonra “Azinko” binaları adlanan ərazidə yerləşən köşkə çatmışlar. Orada avtomobili tərk edib köşkdə işləyən tanımadığı satıcıya yaxınlaşaraq ucuz qiymətə siqaret satdığını bildirmişdir. Həmin şəxs təqdim etdiyi siqaretlərə baxaraq ondan 306 (üç yüz altı) manat məbləğində təxminən 100 (yüz) qutu müxtəlif markalı siqaret almış, lakin ona 285 (iki yüz səksən beş) manat pul verərək yerdə qalan 21 (iyirmi bir) manatı isə səhər saatlarında gəlib götürməsini söyləmişdir. Etiraz etməyib yerdə qalan siqaretləri satmaq üçün gəldiyi taksi avtomobilinə əyləşərək sürücüdən onu Nərimanov rayonu, Montin qəsəbəsinə aparmasını söyləmişdir. Montin qəsəbəsində avtomobili 24 saat işləyən köşkün yanında saxlatdırıb satıcıya yaxınlaşaraq ucuz qiymətə siqaret satdığını bildirmişdir. Həmin şəxs təqdim etdiyi siqaretlərə baxaraq ondan 120 (bir yüz iyirmi) manat məbləğində təxminən 70 (yetmiş) qutu müxtəlif markalı siqaret almış və ona 120 (bir yüz iyirmi) manat pul sayaraq vermişdir. Bundan sonra avtomobilə əyləşib sürücüdən onu yenidən “Azinko” binaları adlanan əraziyə aparmasını söyləmişdir. Həmin əraziyə çatdıqdan sonra sürücüyə 15 manat zəhmət haqqı verib avtomobili tərk etmişdir. Sonra “Azinko” binaları adlanan ərazidə yerləşən əvvəllər bir müddət kirayədə yaşadığı Əsgər adlı şəxsə məxsus fərdi yaşayış evinə gedib mağazadan oğurladığı siqaretləri, kolbasa, qarğıdalı yağı və “Bizon” enerji içkilərini yığdığı sellofan torbaları əvvəllər orada bir müddət birlikdə kirayədə qaldığı Bəhruz adlı dostuna verərək müvəqqəti saxlamasını xahiş etmişdir. Həmin vaxt sellofan torbalarda qalmış bir neçə qutu siqareti, habelə “Bizon” enerji içkilərini istifadə etmək üçün özü ilə götürmüşdür. Həmin məmulatların oğurluq olması barədə Bəhruza heç bir söz deməmişdir. Bundan sonra taksi avtomobilinə əyləşib Binəqədi rayonuna gedərək orada piyada gəzişməyə başlamışdır. Səhər saatlarında girov qoyub müqabilində xərcləmək üçün pul götürdüyü “X26 8” markalı mobil telefonunu geri almaq üçün “Neftçilər’ metrostansiyasının yaxınlığında yerləşən lombarda getmişdir. Orada lombarda olan 240 (iki yüz qırx) manat borcunu ödəyərək “X26 8“ markalı mobil telefonunu geri almışdır. Sonra 30 (ortuz) manat xərc çəkərək “X26 8“ markalı telefonunu təmir etdirmişdir. Yerdə qalan məbləği isə yeyib-içməyə sərf edib xərcləmişdir. Axşam saatlarında yaşadığı məhəllədə olan zaman oğurluq etdiyi mağaza sahibinin polisə şikayət etdiyini və polis əməkdaşlarının artıq araşdırmaya başladığını eşidib gec-tez ifşa olunacağını düşünərək Nərimanov rayon polis idarəsinə gedib oğurluq etdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 19C ünvanında yerləşən özünə məxsus ərzaq malları mağazası vardır. 2004-cü ildən hazıradək həmin mağazada ticarətlə məşğul olur. Mağaza hər gün səhər saat 08:00-dan axşam saat 22:00 radələrinədək fəaliyyət göstərir. Hər gün səhər saat 08:00-da bilavasitə özü mağazanın qapısını açır, saat 22:00-da isə mağazanın qapısını kilidləyir. Mağazanın giriş qapısının cəmi bir ədəd açarı vardır, həmin açar nüsxəsini həmişə özündə saxlayır. Mağazada müxtəlif ərzaq məhsulları, habelə müxtəlif çeşidli tütün məmulatları və spirtsiz içkilər satılır. 15 yanvar 2021-ci il tarixdə axşam saat 22:00-da həmişə olduğu kimi, mağazada işləyən satıcı X4 ilə haqq-hesab edərək onu yola saldıqdan sonra mağazanın işıqlarını söndürüb qapısını kilidləyərək evə getmişdir. 16 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində yataqdan qalxıb mağazanı açıb ticarətə başlamaq üçün evdən çıxmışdır. Mağazanın giriş qapısına yaxınlaşdıqda qapının kilidinin sındırıldığını və qapının açıq olduğunu görmüşdür. Narahat olaraq nə baş verdiyini aydınlaşdırmaq üçün cəld mağazaya daxil olduqda kolbasa və siqaret məmulatlarının yığıldığı vitrinlərin boş olduğunu görüb həmin məhsulların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Bu səbəbdən narahat olaraq bərk həyəcanlanmış və özünə gəldikdən sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Telefon zəngindən bir neçə dəqiqə sonra Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək müvafiq sənədləşdirmə aparmışlar. Bu zaman satıcı X4 mağazaya gəlmiş və o, Nurlana ilə birlikdə mağazanı yoxlayaraq oğurlanmış malların siyahısını tutmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 2136 (iki min bir yüz otuz altı) manat məbləğində maddi ziyan vurulmuşdur. Elə həmin gün polis əməkdaşlarının dəvəti ilə Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş vəbu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uşaqlıq illərindən tanıdığı Şahid2 ilə çox vaxt birlikdə gəzişib dolaşırlar. Fariz adətən gecə saatlarında atasına məxsus “Azsamand” markalı avtomobillə yaşadıqları məhəllədə hərəkət edir. 15 yanvar 2021-ci il tarixdə günorta saatlarında Farizlə görüşüb söhbətləşən zaman o, gecə saatlarında atasına məxsus avtomobili götürüb məhəllədə sürəcəyini bildirərək birlikdə gəzişməyi təklif etmişdir. Bununla əlaqədar 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində evdən çıxan zaman Farzin idarə etdiyi avtomobillə Sübhan Ələsgərov küçəsində dayandığını və onun avtomobilində başqa bir şəxsin də olduğunu görmüşdür. Yaxınlaşdıqda Farizin avtomobilində olan şəxsin ümumi tanışları Mir Məsih olduğunu görmüşdür. Hal-əhval tutduqdan sonra avtomobilin arxa oturacağına keçib əyləşmiş və Fariz bundan sonra hərəkət etməyə başlamışdır. X34 mağazadan oğurluq etdiyini demişdir. Onun zarafat etdiyini düşünüb əvvəlcə inanmamışlar. Bunu görən Mir Məsih avtomobilin yük yerinə qoyduğu sellofan torbalarda məhz mağazadan oğurladığı siqaretlər, kolbasa, qarğıdalı yağı və “Bizon” enerji içkilərinin olduğunu bidirmişdir. Bu zaman özünü itirərək nə deyəcəyini bilməmişdir. X33 səslənərək nə qədər ki, gec deyil dərhal mağazaya qayıdıb oğurladığı malları yerinə qoymağı tələb etmişdir. X35 etiraz edərək həmin malları sataraq pul əldə edəcəyini demişdir. Qorxduğu üçün qərara gəlmişdir ki, Fariz avtomobili saxlayan kimi düşüb evə qayıtsın. Təxminən 0,5 kilometr hərəkət etdikdən sonra Farizin atası Rüfət onun mobil telefonuna zəng vuraraq dərhal evə qayıtmasını tələb etmişdir. Odur ki, X19 küçəsində yerləşən «Məhəllə» marketin yanında avtomobili saxlamışdır. Bundan sonra dərhal Mir Məsihlə sağollaşaraq öz yaşadığı evə yollanmışdır. Bu zaman X27 avtomobilinin yük yerindən sellofan torbalar götürdüyünü görüb onun həqiqətən də oğurluq etdiyini başa düşmüşdür. Qorxduğu üçün heç nə soruşmayaraq yoluna davam edib yaşadığı evə gedib yatmışdır. Günorta saatlarında yuxudan qalxıb məhəlləyə çıxdıqda gecə saatlarında Azad adlı şəxsə məxsus mağazadan oğurluq edildiyini və polis əməkdaşlarının mağazaya gəlib araşdırma apardıqlarını eşitmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı ünvana gəlib onu Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə getmişdir. Orada polis əməkdaşları ondan hadisə barədə izahat almışlar. Heç nəyi gizlətmədən ona məlum olan hallar barədə izahat verərək həqiqəti danışmış və Farizlə onun həmin oğurluq hadisəsinə heç bir aidiyyətlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Rüfətin şəxsi istifadəsində «Azsamand» minik markalı avtomobili vardır. Çörəkpulu qazanmaq üçün atası həmin avtomobillə Bakı şəhərində sərnişin daşımaqla məşğul olur. Atasının icazəsi ilə arabir gecə saatlarında avtomobilin açarlarını ondan alıb yaşadıqları məhəllədə həmin avtomobili idarə edir. 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində yuxudan qalxıb atasının həyət darvazasının qarşısında saxladığı avtomobilin açarlarını götürərək sükan arxasına keçmişdir. Mühərriki işə saldıqdan sonra məhəllədə hərəkətə başlamışdır. Evdən təxminən 100-150 metr aralandıqdan sonra Sübhan Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman qonşuluqda yaşayan Mir Məsihin əl etdiyini görüb avtomobili onun yanında saxlamışdır. Bu zaman Mir Məsihin yanında bir neçə ədəd göy rəngli sellofan torba olduğunu görmüşdür. Mir Məsih ona yaxınlaşaraq hal-əhval tutduqdan sonra Nərimanov metroslansiyasına doğru getmək istədiyini bildirib onu Nərimanov metroslansiyasına tərəf aparmasını xahiş elmişdir. Etiraz etməmiş, X35ə yalnız məhəllə içərisində avtomobil sürdüyünü, məhəllədən kənarda avtomobil sürmədiyini bildirmişdir. Mir Məsih bir söz deməyərək bir neçə ədəd sellofan torbanı idarə etdiyi avtomobilin yük yerinə yükləyib cəld avtomobildə qabaq sağ oturacağa əyləşmişdir. Bu vaxt təsadüfən eyni məhəllədə yaşayan Orxan onlara yaxınlaşmış və hal-əhval tutduqdan sonra aralarında tanışlıq münasibətləri olduğundan birlikdə gəzişmək üçün avtomobildə arxa oturacağa əyləşmişdir. Bundan sonra hərəkətə başlamışdır. X34 gözlənilmədən mağazadan oğurluq etdiyini bildirmişdir. Mir Məsihin zarafat etdiyini düşünüb gülərək ona inanmamışlar. Bunu görən Mir Məsih avtomobilin yük yerinə qoyduğu göy rəngli sellofan torbalarda məhz mağazadan oğurladığı siqaret, kolbasa, qarğıdalı yağı və “Bizon” enerji içkilərinin olduğunu bildirmişdir. Məhz bundan sonra Mir Məsihin zarafat elmədiyini başa düşmüşlər. Vəziyyətin belə olduğunu görüb Mir Məsihə səslənərək nə qədər ki, gec deyil dərhal mağazaya qayıdıb oğurladığı malları yerinə qoymasını söyləmişlər. Mir Məsih etiraz edərək həmin malları sataraq pul əldə edəcəyini demişdir. Bu zaman artıq yarım kilometrə yaxın məsafə qət edibmişlər və nə edəcəyini bilmədiyi üçün avtomobili saxlamaq qərarına gəlmişdir. Bu vaxt atası Rüfət mobil telefonuna zəng vuraraq sübh tezdən işə çıxacağını bildirib dərhal evə qayıtmasını tələb etmişdir. Odur ki, X28 Sübhan Ələsgərov küçəsində yerləşən «Məhəllə» marketin yanında avtomobildən düşürdüb öz yaşadığı evə getmişdir. Həmin gün günorta saatlarında Azad adlı şəxsə məxsus mağazadan oğurluq edildiyini eşidib məhz Mir Məsihin həmin mağazadan oğurluq etdiyini başa düşərək bu barədə atasına danışmışdır. Atası isə onu danlayaraq bir daha gecə saatlarında evi tərk etməməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, oğlu Fariz avtomobil həvəskarı olduğundan yetkinlik yaşına çatmamasına baxmayaraq arabir gecə saatlarında məhəllə daxilində şəxsi istifadəsində olan «Azsamand» minik markalı avtomobili 10-15 dəqiqəlik sürmək üçün ona icazə verir. 15 yanvar 2021-ci il tarixdə gün ərzində Bakı şəhərində bir neçə nəfər sərnişin daşıdıqdan sonra gecə saat 23 radələrində yaşadığı ünvana qayıdıb idarə etdiyi avtomobili həmişəki kimi həyət darvazasının qarşısında saxlayaraq yatmışdır. Səhər saat 06 radələrində müştərilərdən biri mobil telefonuna zəng vuraraq onu Qaradağ rayonu Lökbatan qəsəbəsinə aparmasını xahiş etmişdir. Bununla əlaqədar yataqdan qalxıb çay içərək küçəyə çıxdıqda avtomobilin darvazanın qarşısında olmadığını görüb Farizin arabir olduğu kimi, avtomobili sürüb apardığını başa düşərək onun mobil telefonuna zəng vurmuş və harada olduğunu soruşaraq dərhal evə qayıtmasını tələb etmişdir. Bir neçə dəqiqə sonra Fariz idarə avtomobillə evə qayıtmışdır. Farizi danlayıb haradan gəldiyini soruşduqda Fariz cəmi 10-15 dəqiqə əvvəl evi tərk etdiyini və məhəllə daxilində avtomobil sürdüyünü bildirmişdir. Həmin gün günorta saatlarında Sübhan Ələsgərov küçəsi, ev 19C ünvanında yerləşən Azad adlı şəxsə məxsus mağazadan oğurluq edildiyini eşitmişdir. Evdə bu barədə söhbət edən zaman Fariz yaxınlaşaraq qonşuluqda yaşayan Mir Məsihin həmin mağazadan oğurluq etdiyini bildirmişdir. Farizin deməsinə görə ona məlum olmuşdur ki, Fariz saat 06 radələrində ona məxsus avtomobillə Sübhan Ələsgərov küçəsində hərəkətdə olan zaman Mir Məsih avtomobili saxlatdıraraq onu Nərimanov metrostansiyasının yanına aparmasını xahiş etmiş, bu zaman təsadüfən qonşuluqda yaşayan Orxan da yaxınlaşıb avtomobilə minmiş, Mir Məsih bir neçə ədəd sellofan torbanı avtomobilin yük hissəsinə yükləmiş və yolda gedərkən oğurluq barədə söhbət açaraq mağazadan oğurluq etdiyini bildirmişdir. Bununla əlaqədar oğlu Farizlə birlikdə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə getmiş və Fariz onun iştirakı ilə izahat vermişdir. Həmin gün axşam saatlarında isə X23 rayon polis idarəsinə gedərək oğurluq etməsini etiraf etdiyini öyrənmişdir. Həmin gündən etibarən Farizin avtomobil idarə etməsinə və Mir Məsihlə əlaqə və ünsiyyət saxlamasına icazə vermir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Mir Məsih onun doğma oğludur. 15 yanvar 2021-ci il tarixdə səhər saat 09 radələrində həmişə olduğu kimi evi tərk edib işə getmişdir. Həmin gün Azərbaycan Dövlət Tibb Universitetinin Onkoloji Klinikasında sutkalıq növbədə olduğundan növbəti gün, yəni 16 yanvar 2021-ci il tarixdə saat 09:00-dək işdə qalmışdır. 16 yanvar 2021-ci il tarixdə səhər saat 09:00-da işdən çıxıb yaşadığı evə qayıtmışdır. Həmin vaxt Mir Məsihin evdə olmadığını görmüşdür. Mir Məsih bir müddət əvvəl özünə məxsus “X26 8“ markalı mobil telefonunu təmirə verdiyindən ona zəng edib harada olduğunu soruşa bilməmişdir. X15 16 yanvar 2021-ci il tarixdə gecə saatlarında Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 19C ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya girib oğurluq eldiyini eşidərək narahat olmuşdur. Həmin gün axşam saatlarında isə X23 rayon polis idarəsinə gedərək oğurluq etdiyini etiraf etdiyini öyrənib Nərimanov rayon polis idarəsinə getmişdir. X30 görüşüb söhbət edərkən ona məlum olmuşdur ki, Mir Məsih 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus mağazaya gizlincə girərək oradan müxtəlif markalı siqaret, kolbasa məmulatlarını, bir neçə ədəd «Final» markalı qarğıdalı yağını, enerji içkilərini, habelə pul vəsaiti oğurlamışdır. Bununla əlaqədar Mirməsihi tənbeh edib danlayaraq bir daha oğurluq etməməsini tələb etmişdir. 18 yanvar 2021-ci il tarixdə istintaq orqanı tərəfindən Mir Məsihin barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilməklə Mir Məsih onun nəzarətinə verilmişdir. X21 himayəsində yaşayır və bir valideyn kimi onun davranışlarına mütəmadi nəzarət edir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-12-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı S.Rüstəmov Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü etmişdir ki, Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlanması faktı ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. Cinayət işinin 50-ci vərəqində olan “Könüllü gəlib təqsirini boynuna alma haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 RPİ-nin növbətçi hissəsində icraatında olan ********* №li cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan etmişdir ki, bu gün yəni 16 yanvar 2021-ci il tarixdə saat 20:25-də xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi ev 34-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 9D-də yaşayan Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə gəlib 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya qapıdan qanunsuz daxil olmaqla oradan oğurluq etdiyi etiraf edərək könüllü gəlib təqsirin boynuna almaqla özünü istintaqa təslim etmişdir. Cinayət işinin 56-57-ci vərəqlərində olan “Şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 21006021 nömrəli cinayət işi üzrə Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilməklə ona hüquq və vəzifələri elan edilmişdir. Cinayət işinin 74-75-ci vərəqlərində olan 16 yanvar 2021-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat 21:00dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 116-117-ci vərəqələrində olan “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X17 xidməti iş otağında AR CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən protokolu tərtib etmişdir ona görə ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs, şübhəli şəxsin qanuni nümayəndəsi Şahid4 və müdafiəçi X10 iştirakları ilə Zərərçəkmiş şəxs götürülmüş sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mağazada 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində törədilmiş oğurluq cinayətini əks etdirən CD formatlı diski “Dell” markalı kompyuterin disk yuvasına daxil etməklə videogörüntüyə baxış keçirtmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün mötəbərliyini təsdiq edərək, videogörüntüdə əsk olunmuş, 16 yanvar 2021-ci il tarixdə gecə saat 05:06-da ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya gizlincə daxil olaraq alışqan fənərindən istifadə etməklə oradan oğurluq edən-ağız və burun nahiyyəsi tibbi maska ilə örtülmüş kişi cinsli şəxsi monitorda göstərərək, həmin şəxsin məhz o, özü olduğunu və həmin vaxt hər ehtimala qarşı, hər hansı şəxs tərəfindən görüləcəyi təqdirdə tanımamaq üçün tibbi maskadan istifadə etdiyini bildirmişdir. Videogörünütüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən hal qeydə alınmamışdır. Cinayət işinin 145-146-cı vərəqələrində olan “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 178-181-ci vərəqələrində olan “Götürmə aparılması haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evindən aşkar olunmuş göy rəngli sellofan torbalarda 10 kiloqram “Best blend” markalı servelat kolbasa, 8 kiloqram “Best blend” markalı sadə kolbasa, 11 kiloqram “1000 bərəkət, halal nemət” markalı sadə kolbasa və 4 ədəd “Final” markalı 2 litrlik qarğıdalı yağı götürülmüş və fotoşəkillər əlavə edilmişdir. Cinayət işinin 229-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 27.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 255-256-cı vərəqlərində olan “Qanuni nümayəndənin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 10.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid4 cinayət prosesində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində iştirakına xitam verilsin. Cinayət işinin 262-264-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 9/809 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2021-ci il yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 311,70 manat, təqdim edilməyən 22 adda malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1616,10 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 266-269-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 03.03.2021-ci il tarixli, 471 saylı kompleks ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, M.F.Həsənov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində ondan hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. M.F.Həsənov törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Qıcığa qarşı həssaslıq, nümayişkaranəlik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətinə, hərəkət və davranışının idarə olunmasına təsir göstərəcək neqativ amillər müəyyən edilmədi. Cinayət işinin 278-298-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2021-ci il tarixli qərardan görünür ki, ünvan 7 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evindən göy rəngli sellofan torbalarda aşkar olunmuş 10 kiloqram “Best Blend” markalı servelat kolbasa, 8 kiloqram “Best blend” markalı sadə kolbasa, 11 kiloqram “1000 bərəkət, halal nemət” markalı sadə kolbasa və 4 ədəd “Final” markalı 2 litrlik qarğıdalı yağının maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs saxlanışa verilməsi, Zərərçəkmiş şəxs götürülmüş ona məxsus ünvan 4 ünvanında yerləşən mağazada törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntünün olduğu bir ədəd disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 19.05.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - ünvan 7 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evindən göy rəngli sellofan torbalarda aşkar olunmuş 10 kiloqram “Best Blend” markalı servelat kolbasa, 8 kiloqram “Best blend” markalı sadə kolbasa, 11 kiloqram “1000 bərəkət, halal nemət” markalı sadə kolbasa və 4 ədəd “Final” markalı 2 litrlik qarğıdalı yağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs götürülmüş ona məxsus ünvan 4 ünvanında yerləşən mağazada törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntünün olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - ünvan 7 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evindən göy rəngli sellofan torbalarda aşkar olunmuş 10 kiloqram “Best Blend” markalı servelat kolbasa, 8 kiloqram “Best blend” markalı sadə kolbasa, 11 kiloqram “1000 bərəkət, halal nemət” markalı sadə kolbasa və 4 ədəd “Final” markalı 2 litrlik qarğıdalı yağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs götürülmüş ona məxsus ünvan 4 ünvanında yerləşən mağazada törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntünün olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-218/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-218/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver