Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-218/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X1 iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin 16 X6 Müəssisəsində cəza çəkən, Azərbyacaıı Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına etap edilməklə orada saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə 08 may 2022-ci il tarixdə saat 12-13 radələrində ***-***- **-** saylı mobil nömrədən "xxxx" MMC-nin Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanda yerləşən mağazasına zəng vurub 01 ədəd İphone markalı 13 Pro Max modelli, 128 Gb tutumlu, 01 ədəd İphone markalı 13 Pro Max modelli, 256 GB tutumlu mobil telefonların, 02 ədəd power adapterlərin, 02 ədəd Lazer Case kaburaların, 01 ədəd Plenka Green və 01 ədəd Plenka Tiger üzlüklərin pulunu nağd şəkildə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, həmin məhsulları iki saat müddətinə kirayə götürdüyü ünvan 3 ünvanda yerləşən mənzilə çatdırılmasını sifariş etmiş, sifarişin yerinə yetirilməsi tapşırılmış Şahid1 qeyd olunan məhsulları mağzadan götürüb ünvan 3 ünvanda yerləşən mənzilə gətirmiş, Şahid1 karton paketin içərisində olan 01 ədəd İphone markalı 13 Pro Max modelli, 128 Gb tutumlu, 01 ədəd İphone markalı 13 Pro Max modelli, 256 GB tutumlu mobil telefonları, 02 ədəd power adapterləri, 02 ədəd Lazer Case kaburaları, 01 ədəd Plenka Green və 01 ədəd Plenka Tiger üzlükləri Təqsirləndirilən şəxs təqdim etmiş, bundan sonra Şahid1 mənzilin qonaq otağlna dəvət edib ona narahat olmamasını bildirib qeyd olunan mənzildə daimi yaşadığını və pulu bir neçə dəqiqə sonra verəcəyinə dair həmin hərəkətlərlə və sözlərlə inam və etimad yaradaraq qonaq otağının qapısını örtüb çıxmış, bundan sonra o, saat 16-17 radələrində içərisində 01 ədəd 3.349 manat dəyərində **********36795 imei kodlu, İphone markalı, 13 Pro Max modelli, 128 Gb tutumlu, 01 ədəd 3.599 manat dəyərində **********23695 imei kodlu, İphone markalı, 13 Pro Max modelli, 256 GB tutumlu mobil telefonları, hər biri 65 manat dəyərində 02 ədəd power adapterləri, hər biri 25 manat dəyərində 02 ədəd Lazer Case kabuları, 01 ədəd 7 manat dəyərində Plenka Green və 01 ədəd 6 manat dəyərində Plenka Tiger üzlüklər olan 01 ədəd karton paketi Şahid1 üçün qeyri-aşkar surətdə götürüb mənzildən çıxmaqla ələ keçirərək, zərərçəkmiş şəxs "xxxx" MMC-nə xeyli miqdarda yəni, ümumilikdə 7141 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə 08 iyun 2022-ci il tarixdə saat 14-15 radələrində həmin anda istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Moskva Univermağın yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarının satışını həyata keçirdiyi «X5» adlı mağazaya zəng vurub ümumi dəyəri 3760 manat olan 750 əyarlı qızıldan hazırlanmış, ümumi çəkisi 44,50 qram təşkil edən bir ədəd gül formasında qızıl klonla boyunbağının və ümumi dəyəri 3152 manat olan 750 əyarlı qızıldan hazırlanmış, ümumi çəkisi 37,31 qram olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik və bir ədəd boyunbaqdan ibarət dəstin pulunu nağd şəkildə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, həmin məhsulların bir neçə saat müddətinə əvvəlcədən kirayə götürdüyü ünvan 4 ünvanda yerləşən mənzilə çatdırılmasını sifariş etmiş, sifarişin yerinə yetirilməsi tapşırılmış Şahid3 həmin gün qeyd olunan ünvana gəldikdən sonra sonuncunu evin qonaq otağına dəvət etmiş və sifariş etdiyi qızıl-ziynət əşyalarını digər otaqda olan qadına göstərdikdən sonra pulu ödəyəcəyində Şahid3 inandırıb həmin qızılları götürüb digər otağa keçmiş, daha sonra Şahid3 üçün qeyri-aşkar surətdə mənzildən çıxmaqla ümumi dəyəri 3760 manat olan 750 əyarlı qızıldan hazırlanmış, ümumi çəkisi 44,50 qram təşkil edən bir ədəd gül formasında qızıl klonla boyunbağını və ümumi dəyəri 3152 manat olan 750 əyarlı qızıldan hazırlanmış, ümumi çəkisi 37,31 qram olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik və bir ədəd boyunbaqdan ibarət qızıl-ziynət əşyalarını ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni, ümumilikdə 6912 manat maddi ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə, 29 iyul 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrədən özünə məxsus qızıl-zinət əşyalarının satışı barədə “tap.az” internet saytında elan və öz əlaqə nömrəsini yerləşdirmiş Zərərçəkmiş şəxs1 zəng vurub ümumi dəyəri 5350 manat olan 585 əyyarlı qızıldan hazırlanmış 50 qram çəkidə bir ədəd boyunbağının və 35 qram çəkidə bir ədəd qolbağın pulunu nağd şəkildə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə saat müddətinə əvvəlcədən kirayə götürdüyü ünvan 5 ünvanda yerləşən mənzilə çatdırılmasını sifariş etmiş, Zərərçəkmiş şəxs1 həmin gün saat 17 radələrində qeyd olunan ünvana gəldikdən sonra sonuncunu evin qonaq otağına dəvət etmiş və sifariş etdiyi qızl-ziynət əşyalarını digər otaqda olan qadına göstərdikdən sonra pulu ödəyəcəyində Zərərçəkmiş şəxs1 inandırıb aldadaraq, qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etimadından sui-istifadə edib qeyd olunan qızıl-zinət əşyalarını digər otaqda olan şəxsə göstərmək adı ilə sonuncudan alıb gizli olaraq mənzili tərk etməyə vaxt qazanmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 satdığı əşyaların cinayət yolu ilə əldə olunmaması barədə iltizam yazdırmağı sonuncuya tapşırmaqla yanaşı, cinayətin törədilməsində istifadə etmək üçün əvvəlcədən hazırladığı, içərisində guya nağd pulun olmasına bənzər, əslində isə içərisində reklam xarakterli bukletləri yerləşdirdiyi, üzərində 5270 manat əl yazısı olan zərfi Zərərçəkmiş şəxs1 yanında qoyub otaqdan çıxaraq sonuncu üçün qeyri-aşkar surətdə mənzili tərk etməklə qeyd olunan özgənin əmlakını ələ keçirmiş və Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 5350 manat maddi ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Eyni zamanda etdiyi əməldən peşman olmasını bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Elvira Cavadova ilə ailə həyatı qurmuşdur, lakin rəsmi nikahları yoxdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəyə görə tutulmağı ilə bağlı, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmədə onun maddəsi CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və məhkəmə zalından azad edilmişdir. Hökmdən narazı qalan prokurorluq apellaysiya protesti vermiş və maddəsinin yenidən ağır maddəyə dəyişiləcəyini bilib məhkəmənin çağırışlarına getməmişdir. Məhkəmə tərəfindən axtarışda olduğu zaman kirayələrdə qalmaq və digər ehtiyaclarını ödəmək üçün cinayət etmək məcburiyyətində qalmışdır. 2022-ci ilin may ayının əvvələrində qaynı Vahid anasına, yəni qayınanasına dərman almaq üçün ondan borca 400-500 manat pul istəmiş, lakin yaxın qohumları və Vahid onun axtarışda olduğunu bilməmişlər. Vahidə pulu düzəldib verəcəyini demişdir. Həm qayınanasına kömək etmək, həm də ki, özünə də pul əldə etmək üçün mən qərara gəlmişdir ki, dələduzluq yolu ilə kiminsə əmlakını ələ keçirib pul əldə etsin. Belə ki, həmin vaxt televizorda VVorld Telecom mağazalar şəbəkəsi reklam verib sifarişlə istənilən mobil telefon və digər aksessuarları çatdıra biləcəyini bildirmişdir.Bundan sonra qərara gəlmişdir ki, bir sutkalıq mənzil kirayə götürüb həmin mağazadan bahalı iki ədəd mobil telefonu həmin mənzilə gətizdirib dələduzluq yolu ilə ələ keçirsin. xx.xx.2022-ci il tarixdə internet üzərindən götürdüyü VVorld Telecom mağazalar şəbəkəsinin Bül-bül prospektində yerləşən filialının hazırda yadında qalmayan nömrəsinə təxminən bir iki ay əvvəl qaynı Vahid tərəfindən istifadə etməyi üçün verilmiş ***-***-**-** saylı mobil nömrədən zəng vurmuş və iki ədəd İphone 13 markalı təzə vəziyyətdə mobil telefonlar, adapterlər və bir neçə ədəd hazırda yadında qalmayan aksessuarları sifariş etmişdir. Ümumilikdə onunla danışan operator satıcı sifarişinin dəyəri 6500 manata yaxın olmasını bildirmişdir. Satıcı ilə razılaşdıqdan sonra hansı ünvana gətirmək lazım olmasını dəqiqləşdirəcəyini demişdir. Sonra “İnstaqram” sosial şəbəkəsində günlük kirayə verilən mənzillərin elanlarına baxmış və təsadüfi bir nömrəyə zəng vuraraq şəhərin mərkəzində Xəqani küçəsində 40 manata ev tutmağı barədə razılaşmışlar. Evi kirayə tutmaq barədə və telefonları sifariş verməklə bağlı telefon danışıqlarını Vahidin yanında onun evində etmişdir, lakin həmin zaman Vahid yatdığı üçün onun telefon sifariş verməyini və mənzil kirayə tutduğunu bilməmişdir. Bundan sonra Vahidi yuxudan oyadıb onunla getməsini demişdir. Vahid səbəbini soruşduqda sonra deyəcəyini bildirmişdir. Həmin gün saat təxminən 16 radələrində evi kirayə verən adamla kirayə tutduğu evin qarşısında görüşmüş və evin açarını ondan təhvil almış, 2 saatdan sonra evi ona təhvil verəcəyini demişdir. Həmin zaman Vahidin və onun əlində bir ədəd Bizon energetik içkisi olmuşdur. Eyni zamanda həmin vaxtı əynində boz rəngli kostyum olmuşur. Həmçinin kirayə götürdüyü mənzilin ünvanını dəqiqləşdirəndən sonra VVorld Telecoma zəng vurmuş və telefonları gətircəkləri ünvanı onlara demişdir. Pulu isə yerində nağd şəkildə ödəyəcəyinə söz vermişdir. Sonra Vahidlə mənzilə qalxmış, daha sonra xatırlamadığı nömrədən bir nəfər kişi zəng vuraraq VVorld Telecom mağazalar şəbəkəsinin mağazasından göndərildiyini deyib ondan mənzilin ünvanını dəqiqləşdirmişdir. Telefonda kuryerə mənzilin yerləşməsini izah etmiş və bir neçə dəqiqə sonra mənzilə 55-60 yaşında, sonradan adını bildiyi İlham adlı bir kişi əlində VVorld Telecom mağazalar şəbəkəsinin loqotipi olan karton paketlə daxil olmuşdur. İlham içəri girən kimi içində sifariş etdiyi telefonlar və aksessuarlar olan paketi ona vermiş, özü də dəhlizdə yerə qoymuşdur. Həmin zaman mobil telefonu qulağına tutmuş və guya kimlərləsə danışırmış kimi görüntü vermişdir. Vahid İlhamı qonaq otağına aparıb orada əyləşdirmiş, həmçinin Vahid İlhama çay və ya su gətirməyi təklif etmişdir. Sonra Vahid qonaq otağının qapısını bağlayıb dəhlizə çıxmış, həmin zaman dəhlizdə telefon qulağında guya kimləsə danışırmış kimi səs çıxarmışdır. Təxminən bir iki dəqiqə sonra Vahid qonaq otağına keçmiş və İlhama bir ədəd Bizon içkisini verib narahat olmamasını bildirmiş və yenidən qonaq otağının qapısını örtüb dəhlizə çıxmışdır. Vahid çıxanda ona mənzili tərk etməsini demiş və kişinin dəhlizdə qoyduğu paketi götürüb Vahidin arxasınca mənzildən çıxmışdır. Sonra binanın yanında dayanan taksi maşina yaxınlaşmış və onları Neftçilər metrostansiyasının yanına aparmasını demişdir. Neftçilər metrostansiyasının yanına çatanda maşının sürücüsünə saxlamasını demiş və Vahidlə birlikdə maşından düşmüşlər. Taksiyə pulu verib onu yola salandan sonra Vahidə onu yolun kənarında iaşə obyektlər olan yerdə gözləməyini demiş və dələduzluq yolu ilə ələ keçirdiyi 2 ədəd mobil telefonları və aksesuarları Azər adlı satıcıya ümumilikdə təxminən 3500 manata satmışdır. Satanda isə Azərə evə pul lazım olduğu üçün telefonları kreditə alıb qiymətindən bir qədər aşağı qiymətə satdığını bildirmişdir. Azər krediti vaxtı-vaxtında ödəyə bilib-bilməməyini soruşduqda ona vaxtında bütün ödənişləri edəcəyəyini demişdir. Aksessuarları da Azərə telefonlarla birlikdə vermişdir. Sonra Vahidin yanına qayıtmış və ona 100 manat pul vermişdir ki, qayınanasına dərman alsın. Vahidlə ayrılmış, həmin gün Vahidgilə gəlib onlara bazarlıq etmiş və əlavə olaraq 300 manat Vahidə pul vermişdir. Əldə etdiyi puldan onda qalan pulları isə ehtiyaclarına xərcləmişdir. Şahid9 vermiş olduğu ifadələri həqiqətə uyğundur və onun 2 ədəd “İphone 13” markalı mobil telefonları dələduzluq edərək ələ keçirməyindən Şahid9 istər o, həmin cinayəti törətməzdən əvvəl və istərsə də sonradan heç bir məlumatı olmayıb və o, Vahidə bu barədə heç bir söz deməmişdir. O, eşidəndə ki, Şahid9 DİN-nin 102 zəng mərkəzinə zəng edib, Vahidin bu hərəkətlərindən əsəbləşdiyi üçün Şahid9 onun cinayət törətməyindən və həmçinin Vahidə vermiş olduğu pulun dələduzluq edərək əldə etməyindən məlumatının olduğunu demişdir. Əslində bu belə olmayıb və Şahid9 onun cinayət törətməyindən xəbəri olmamışdır. Şahid9 onun cinayət törətməyini 39-cu Polis Bölməsində öyrənmişdir. Dələduzluq cinayətini o, tək törətmiş və bu onun öz planı olub. O, Vahidə əvvəl 100 manat pul vermişdir ki, onun qayınanasın dərman alsın. Həmin gün o, Vahidgilə gəlib onlara bazarlıq etmiş və əlavə olaraq 300 manat Vahidə pul vermişdir. Şahid9la "xxxx" MMC-nə məxsus 01 ədəd İphone markalı 13 Pro Max modelli, 128 Gb tutumlu, 01 ədəd İphone markalı 13 Pro Max modelli, 256 GB tutumlu mobil telefonları, 02 ədəd power adapterləri, 02 ədəd Lazer Case kaburaları, 01 ədəd Plenka Green və 01 ədəd Plenka Tiger üzlükləri ələ keçirmək üçün qabaqcadan aralarında hər hansı bir razılıq olmamışdır. Bu onun öz fikri olub və bu barədə Vahidə heç nə deməmişdir. Onun törətmiş olduğu cinayətlərin heç birindən məlumatı olmayıb. Onun "xxxx" MMC-nə məxsus 01 ədəd İphone markalı 13 Pro Max modelli, 128 Gb tutumlu, 01 ədəd İphone markalı 13 Pro Max modelli, 256 GB tutumlu mobil telefonların, 02 ədəd power adapterlərin, 02 ədəd Lazer Case kaburaların, 01 ədəd Plenka Green və 01 ədəd Plenka Tiger üzlüklərin cinayət yolu ilə əldə etməyindən Vahidin xəbəri olmayıb. Bundan başqa 08.06.202-ci il tarixdə yenidən eyni üsulla kiminsə əmlakını ələ keçirmək qərarına gəlmiş və intrenetdə qızıl alqı-satqısı reklamı ona rast gəlmişdir. Həmin elanda olan telefon nömrəsinə zəng vurmuş və bir neçə ədəd qızıl məmulatı almaq istədiyini bildirmişdir. Həmin nömrədən onun VVhatsap olan nömrsinə bəzi qızıl məmulatlar göndərilmiş və onların arasında bir ədəd kulonla boyunbağı və bir dəsti bəyənib almaq istədiyini demişdir. Həmçinin seçidiyi məhsulları onun ünvanına kuryerlə çatdırılmasını xahiş etmişdir. Sonra internet üzərindən sutkalıq kirayə ev verən adamlardan birini tapmış və həmin adama zəng vurub şəhərin mərkəzində sutkalıq ev kirayə götürmək istədiyini demişdir. Həmin gün evi kirayə verən adamla görüşüb ondan 30 və ya 40 manata kirayə mənzil götürmüşdür. Həmin ev şəhərin mərkəzində yerləşən Kalorit restoranının yanında yerləşirdi. Mənzilə daxil olandan sonra mənzilin ünvanını dəqiqləşdirmiş və qızıl alıq-satqısı barədə danışdığı mağazaya zəng vurub onlara ünvanını söyləmişdir. Təxminən yarım saatdan sonra ona kuryer zəng vuraraq ünvanı dəqiqləşdirmiş, daha sonra Kalorit restoranının qarşısına enib həmin kuryeri qarşılamışdır. Həmin şəxsi kirayə götürdüyü mənzilə dəvət ediv bildirmişdir ki, sifariş etdiyi qızılları xanım üçün alır və həmin xanım digər otaqdadır. Qızıl-zinət əşyalarının qiymətini əvvəlcədən satıcı ilə razılaşdırmış, amma qiymət yadında deyil. Sonra həmin kuryerdən qızılları götürüb onları guya digər otaqda olan qadına göstərmək adı ilə kuryerin olduğu otaqdan çıxmış və həmin otağın qapısını yavaşca örtüb dəhlizə çıxmışdır. Oradan isə mənzili tərk edərək küçədə dayanan taksi maşınına minib Qara-Qarayev metrostansiyasının yanına yola düşmüş, yolda gedərkən qızılları gətirən kuryerlə telefonla danışmış və ona həqiqət barədə yəni, ehtiyac üzündən qızılları apardığını demişdir. Sonra Qara-Qarayev metrostansiyasının yanında olan qızıl satışı ilə məşğul olan mağazaların birinə daxil olub şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin qızıl-ziynət əşyalarını xatırlamadığı qiymətə satmış və satarkən qızılların ailəsinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdığını demişdir. Bundan başqa 29 iyul 2022-ci il tarixdə eyni üsulla qızıl-zinət əşyaları ələ keçirmək qərarın gəlmiş və və intrenetdə qızıl məmulatlarının alqı-satqısı elanlarını nəzərdən keçirən zaman ona bir qolbaq və bir boyunbaq satan oğlanın elanı rast gəlmişdir. Həmin elanda olan telefon nömrəsinə zəng vurmuş və onun satış üçün yerləşdirdiyi qızılları almaq istədiyini bildirmişdir. Həmin oğlanla danışanda onun satdığı əşyaları mənzilinə göndərməyi xahiş etmişdir. Oğlan razılıq vermiş və yenə də internet üzərindən sutkalıq kirayə ev verən adamlardan birini tapmış, həmin adama zəng vurub şəhərin mərkəzində sutkalıq ev kirayə götürmək istədiyini demişdir. Həmin gün evi kirayə verən adamla Nərimanov rayonunda 5 nömrəli xəstəxananın yanında olan Divan hotelin yanında görüşmüş və həmin şəxs həmin hotelin yanında olan yeni tikli binanın 9-cu mərtəbəsində olan mənzilinə aparıb şəraiti ilə tanış etmişdir. Şəraiti bəyəndiyini deyib həmin mənzili həmin şəxsdən 2 saatlıq 40 manata götürmüş, sonra mənzilin ünvanını dəqiqləşdirmiş və qızıl alıq-satqısı barədə danışdığı oğlana zəng vurub mənzilin ünvanını söyləmişdir. Qızıl satan oğlana mənzilin yerini telefonla izah etmiş və saat 18 radələrində həmin oğlan mənzilə daxil olmuşdur. Oğlanı mənzilə dəvət edəndən sonra onu qonaq otağında əyləşdirib bildirmişdir ki, qızıla hacıxanım baxıb bəyənsə alacaqdır. Həmin qızılları ələ keçirmək üçün əvvəlcədən içində pul olmasına bənzər kağız bağlamanı düzəltmiş, pulun əvəzinə içinə kafedən götürdüyü bukletləri qoymuşdur ki, kağız bağlaması dolu görünsün. Eyni zamanda ağ kağızda satanın adından qızılın ona məxsus olması barədə iltizam yazıb həmin şəxsə demişdir ki, xanım qızıllara baxanda o, həmin iltizamı başqa vərəqədə özü yazsın. Qızılları ondan götürüb əvəzinə içində guya pul olan kağız bağlamanı yanında qoymuş, həmin bağlamanın içində pulun olması daha da inandırıcı görünməsi üçün üzərində içində guya olan pulun məbləğini də yazmışdır. Sonra qızılı qadına göstərmək adı ilə otaqdan çıxmış və otağın qapısını yavaşca örtüb dəhlizə çıxmış, oradan isə mənzili tərk edərək küçədə dayanan taksi maşınına minib Neftçilər və Xalqlar dostluğu metrostansiyalarının arasında yerləşən yerə yola düşmüşdür ki, əldə eldiyi qızıl məmulatlarını orada satsın. Sonra dediyi yerdə olan qızıl satışı ilə məşğul olan mağazaların birinə daxil olub şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin qızıl məmulatlarından boyunbağını hazırda yadında qalmayan qiymətə, qolbağı isə hazırda yadında qalmayan başqa bir qızıl mağazasında xatırlamadığı qiymətə satdmışdır. Həmin zaman yanında bir neçə müddət əvvəl tanış olduğu Aygün adlı qadın olmuşdur. Həmin qadın özünü ona Aygün kimi təqdim etmişdir. Lakin, onun soyadını, adını, ünvanını və ata adını, mobil nömrəsini bilmir. Aygün sadəcə olaraq gəzmək üçün yanında idi. Onun həmin qızıl ziynət əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsindən məlumatı olmamışdır.Əldə etdiyi pulları ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çoxdur ki, Moskva Univermağının yanında olan X5 adlı qeyri yaşayış sahəsində piştaxtanı icarəyə götürüb orada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Malların satışını özü və dükanda işləyən satıcı həyata keçirir. Tanışı Xəyal isə onlara malların çatdırılması ilə kömək edir. Dükanda olan qızıl məmulatları həmçinin instangram sosial şəbəkəsində də yerləşdirilmişdir. 08 iyun 2022-ci il tarixdə saat 14-15 radələrində özünü təqdim etməyən bir şəxs onun istifadəsində olan nömrəyə VVhatsapp tətbiqi vasitəsi ilə zəng vuraraq 750 əyarlı qızıldan olan məmulatlardan maraqlanmış, ona bir neçə məmulatın şəkilini göndərəndən sonra həmin şəxs onların içərisindən 750 əyarlı qızıldan olan ümumi çəkisi 44,50 qram təşkil edən bir ədəd gül formasında kulonla boyunbağı və 750 əyarlı qızıldan olan ümumi çəkisi 37,31 qram olan bir cüt sırğa, üzük, bilərzik və boyunbaqdan ibarət dəsti seçmiş və Mərdəkana bağa getdiyini, oradan qayıdanda isə zəng vuracağını deyərək həmin məmulatları ona göndərməyini, pulu isə yerində verəcəyini bildirmişdir. Təxminən bir saatdan sonra həmin şəxs ona zəng vuraraq seçdiyi malları ona göndərməyini xahiş etmişdir. Həmin malları qutulara yerləşdirib satış üçün yerləşdirmiş və Xəyala vermişdir ki, aparıb müştəriyə çatdırsın. Təxminən saat 18 radələrində isə Xəyal ona zəng vurub həmin müştəri ilə zəngləşib şəhərin mərkəzində görüşdüyünü, sonra orada yerləşən binalardan birində olan mənzilə gəldiklərini, müştərinin hansısa qadına göstərmək adı ilə həmin qızılları digər otağa apardığını, sonra isə qızıllarla birlikdə gizlincə mənzili tərk etdiyini bildirmişdir. Bununla bağlı 39-cu polis bölməsində izahat verib talanmış qızıl məmulatlarının şəkilini təqdim etmiş, sonradan məlum olmuşdur ki, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə qeyd olunan qızıl-ziynət əşyalarını ələ keçirmişdir. Talanmış qızıl-ziynət əşyalarından klonla boyunbağını 4005 manata, dəsti isə 3358 manata müştəriyə satacaqdı. Lakin, maya dəyəri olaraq klonla boyunbağının qiyməti 3760 manat, dəstin qiyməti isə 3152 manat təşkil edir. Ona hadisə nəticəsində ümumilikdə 6912 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəyən zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, evdə maddi sıxıntılarla bağlı qərara gəlmişdir ki, ona məxsus 585 əyyarlı qızıldan 50 qram çəkidə bir ədəd boyunbağı və 35 qram çəkidə bir ədəd qolbağını sataraq pul əldə etsin. Bunun üçün həmin məmulatları internetdə Tap.az saytında yerləşdirmiş və qramını 63 manatdan hesabladığını qeyd etmişdir. Elanı yerləşdirdiyi vaxtdan təxminən 3 həftə sonra, 29 iyul 2022-ci il tarixdə orada qeyd etdiyi mobil nömrəyə bir nəfər oğlan zəng vuraraq qızıl-zinət əşyalarının alqısatqsı ilə məşğul olduğunu deyib ondan elanda yerləşdirdiyi qızıl əşyalarını almaq istədiyini bildirmiş, ona harada görüşə biləcəklərini soruşduqda adını sonradan Tərlan bildiyi oğlan Nərimanov metrostansiyasının yaxınlığında yerləşən «Divan» otelinin arxasında olan binada yaşadığını deyib həmin yerə gəlməyini xahiş edərək taksiyə verəcəyi pulu da qarşılacağını vəd etmişdir. Tərlanla razılaşmış və saat 17 radələrində evdən çıxıb taksi maşını ilə onun dediyi yerə gəlmişdir. Həmin otelin qarşısına çatanda Tərlandan ona VVhatsapp mobil tətbiqi ilə konum göndərməyi xahiş etmişdir ki, onun yerləşməsini rahat tapa bilsin. Tərlan isə smartfon işlətmədiyini, sadə Vertu markalı mobil telefonu işlətdiyini bildirib telefonla yaşadığı mənzili ona işarə edəcəyini bildirmişdir. Divan hotelin qarşısında olarkən Tərlan həmin otelin arxasında yerləşən 10 mərtəbəli binanın həyətinə keçdiyini demiş, sonra məhəlləyə keçəndə Tərlan onu eyvandan izlədiyini bildirib 37-ci bloka daxil olmağını deyib, 9-cu mərtəbəyə qalxandan sonra sağdan olan qapıdan mənzilə keçə biləcəyini bildirmişdir. Tərlan onunla telefonla danışan zaman qızıllarını yanında olacaq yoldaşı kimi təqdim etdiyi hacıxanıma göstərəcəyini bildirmiş, onun göstərdiyi marşrutla mənzilini tapmış və açıq qapıdan içəri keçmişdir. İçəri keçəndə Tərlan onu brici şalvara oxşar şalvar və qısaqol köynəkdə qarşılamışdır. Tərlnanın geyimi ev paltarına bənzər olduğundan və özünü çox sərbəst apardığından onun heç bir hərəkəti həmin mənzilin ona məxsus olmadığında onu şübhələndirməmişdir. Tərlanın sol və ya sağ əlində qara rəngli rezin əlcək var idi. Tərlanla söhbət əsnasında qoluna nə olmasını soruşduqda o, bağda olarkən əlini qaynar samovarla yandırdığını demişdir. Tərlan onu dəhlizdən sol divar boyunca yerləşən qonaq otağına dəvət etmiş və onunla orada masa arxasında əyləşmişlər. Tərlan ona Fusetea sərinləşdirici içki süzmüş və qızıllarını ona göstərməyi xahiş etmişdir. Qeyd etdiyi qızıl əşyalarını çıxarıb Tərlana təqdim etmiş və o qızıllara diqqətlə baxandan sonra qızıl əşyalarını masa üzərində qoyaraq digər otağa keçmiş, təxminən 1-2 dəqiqə sonra əlində kağız bağlama və 2 ədəd A4 ağ kağızla qayıtmışdır. Həmin otağın qapısı bağlı olduğundan orada kiminsə olub-olmadığını görə bilməmiş, lakin Tərlan həmin otaqda hacıxanım adlandırdığı həyat yoldaşının olmasını söyləmişdir. Tərlan onun qarşısında əyləşmiş və a4 formatlı ofis kağızlara baxan zaman görmüşdür ki, birinin üzərində əlyazma vardır. Tərlan ona bildirmişdir ki, həmin əlyazmanı öz xətti ilə digər boş vərəqədə icra etməlidir. Həmin yazı iltizam idi, yəni qızılların həqiqətən də özünə məxsus olması və oğurluq yolu ilə əldə olunmamasına dair iltizam olmuşdur. Əvvəlcədən telefonla danışdığı kimi Tərlan ondan şəxsiyyət vəsiqəsini də istəmiş, telefonda danışarkən o, şəxsiyyət vəsiqəsini gətirməyəcəyi halda qızılları ondan almayacağını demişdir. Sonra Tərlan kağız bağlamanı masa üzərinə qoyduqda görmüşdür ki, həmin bağlamanın üzərində 5270 manat əl yazısı vardır. Həmin bağlama xarici görünüşündən həqiqətən içində pul olan zərfə bənzəyirdi. Sonra Tərlan iki qızıl məmulatı götürüb digə otaqda olan həyat yoldaşına göstərmək adı ilə aparmış və yoldaşının guya qızıllara baxan zaman vaxt itirməmək üçün ona əlyazmanı icra etməyini tapşırmışdır. Sonra Tərlan otaqdan çıxmış və onun olan otağın qapısını örtmüşdür. Tərlanın ona təqdim etdiyi iltizamı yazmış və onun gəlməməyini görüb nömrəsinə zəng vurduqda Tərlan onun zəngini rədd edərək mesaj yazmışdır ki, 2 dəqiqəyə yaxınlaşır. Təxminən 4 dəqiqə ərzində Tərlanın gəlməyəcəyini görüb otaqdan çıxmış və mənzilin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Yenə də Tərlana zəng vurmuş, lakin sonuncu zəngə cavab verməmişdir. Bundan sonra otağa qayıdıb onun masa üzərində qoyduğu zərfi açaraq orada pulun əvəzinə dönərxananın bükülmüş bir neçə ədəd bukletin olduğunu görmüş, daha sonra digər otağa və mənzilin başqa yerlərinə baxdıqda orada heç kəsin olmadığını aşkar etmişdir. Həmin zaman artıq aldadıldığını başa düşüb dərhal 102 xidmətinə zəng vurmuşdur. Daha sonra bir nəfər təxminən 35 yaşında oğlanın Tərlanın mənzilinə daxil olmasını görmüş, sonradan bilmişdir ki, həmin oğlan mənzilin sahibi Şahid7dur. Əkbərin arxasınca mənzilinə girib oradan çıxan Tərlanın kim olduğunu təkidlə soruşmuş, Əkbər ona bildirmişdir ki, Tərlanı qiyabi olaraq tanyır, sonuncuya bu mənzili 3 saatlıq saat 15-dən 18-dək 40 manata kirayə vermişdir. Tərlanın şəxsiyyətini təsdiq edən sənədinin onda olub-olmamasını soruşduqda Əkbər ona telefonda Tərlanın şəxsiyyət vəsiqəsinin şəkilini göstərib həmin oğlanın onun qızılını aparan şəxsin olub-olmadığını soruşduqda bu halı təsdiqləmişdir. Qızıl ziynət əşyalarının ümumi çəkisi 85 qram təşkil etmiş, hadisə nəticəsində ona ümumilikdə 5350 manat maddi ziyan vurulmuşdur. Ona dəyən zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Mobil Store MMC-nin hüquqşünası işləyir. Mobil Store MMC-nin ofisi və hüquqi ünvanı Bakı şəhəri, Bül-bül prospekti 16 ünvanda yerləşir. Mobil Store MMC satışlarını Bakı şəhərində və Respublikanın regionlarında olan Vvorld Telekom adlı mağazalarda həyata keçir. Mobil Store MMC-nin müdiri Ruslan Əmirbəyovdur, onun şirkətin adından verdiyi xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən cinayət mühakimə icraat zamanı şirkəti təmsil etməyə müvəkkil olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində adı sonradan məlum olan Təqsirləndirilən şəxs Səbail rayonu, Bül-bül prospekti 16 ünvanda yerləşən Vvorld Telekom mağazasına ***-***-**-** saylı mobil nömrədən zəng vurub yerində ödəmək şərti ilə 2 ədəd təzə İphone 13 Pro max mobil telefonları sifariş etmiş və çatdırılma ünvanını dəqiqləşdirib bir qədər sonra bu barədə əlavə məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs yenidən mağaza ilə həmin mobil nömrə ilə əlaqə saxlayıb əlavə 5 ədəd telefon üzlüyü və hər telefon üçün bir ədəd adapter sifariş etmişdir. Ümumilikdə sifarişin məbləği 7141 manat təşkil etmişdir. Tərlan ödənişi yerində nağd şəkildə ödəyəcəyini bildirərək, çatdırılma ünvanının ünvan 9min malları mağazanın loqosu olan kağız paketə yığaraq mağazanın yanında taksi fəaliyyətini göstərən və ayrı-ayrı vaxtlarda mağazaya kuriyer xidmətləri göstərən Renault markalı **-SN-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 çağırmış və müştərinin əlaqə nömrəsini verərək, həmin malları müştəriyə çatdırmasının əvəzində malların pulunu müştəridən alıb mağazaya verməsi bildirilmişdir. Bundan sonra saat 17 radələrində Şahid1 mağazaya zəng vuraraq, malları ünvana çatdırdığını, onu qarşılayan iki nəfər şəxsin isə onun başını qatıb otaqda otuzduraraq, malları götürüb mənzildən çıxdıqlarını, sifarişçiyə zəng çatmadığını bildirmişdir. Mağazanın işçiləri də müştəriyə yəni,Təqsirləndirilən şəxs zəng vursalar da sonuncunun mobil nömrəsi sönülü olmuşdur. Bundan sonra şirkətin rəhbəri Ruslan Əmirbəyova bu barədə məlumat verilmiş, həmçinin Şahid1 polisəş hadisə barədə məluat vermişdir. Hadisə nəticəsində Mobil Store MMC-nə 7141 manat maddi ziyan vurulmuşdur. Ona dəyən zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Moskva Univermağın yaxınlığında yerləşən X5 adlı mağazada kuryer işləyir. Mağazanı tanışı və uzun illərdir münasibəti olan Zərərçəkmiş şəxs2 işlədir. Mağazada olan qızıl məmulatları həmçinin instanqram sosial şəbəkəsində də yerləşdirilmişdir. 08 iyun 2022-ci il tarixdə saat 16 radələrində mağazada olan zaman Rövşən demişdir ki, instaqram səhifəsində yerləşdikləri bir neçə qızıl məmulatı üçün müştəri var, həmin məmulatları ona çatdırmaq lazımdır. Sonra Rövşən ona bir neçə ədəd içərisində müxtəlif qızıl-zinət əşyaları olan qutu vermib və ona hazırda xatırlamadığı mobil nömrəni verib həmin nömrə ilə əlaqə saxlamağını tapşırmışdır. Həmin qızıl-zinyət əşyaları 750 əyarlı qızıldan olan ümumi çəkisi 44,50 qram təşkil edən bir ədəd gül formasında kulonla boyunbaq və 750 əyarlı qızıldan olan ümumi çəkisi 37,31 qram olan cüt sırğa, üzük, bilərzik və boyunbaqdan ibarət dəst idi. Həmin məmulatları götürəndən sonra ona verilən mobil telefonla əlaqə saxlamış və adını bilmədiyi oğlan ona cavab verib şəhərin mərkəzində yerləşən Nəsimi heykəlin yanına gəlməyini demişdir. Təxminən 18 radələrində həmin oğlanla Nəsimi heykəlin yanında görüşmüş, həmin şəxs hündür boy, arıq bədən quruluşlu, saçı bir qədər seyrək, üzü bir qədər tüklü, əynində uzunqol köynək və qara şalvar geyinmiş, sağ əli isə bintlə bağlanmış bir oğlan idi. Oradan həmin oğlanın göstərdiyi marşrutla bir neçə tin aralıda yerləşən binanın qarşısına gəlmiş və həmin binada olan 4 və ya 5-ci mərtəbəyə qalxmışlar. Həmin oğlan onu içəri dəvət etmiş və onunla evin qonaq otağına keçib bir masa arxasında əyləşmişlər. Gətirdiyi məmulatları qablarından çıxarıb masa üzərinə qoymuş, həmçinin özü ilə gətirdiyi elektron tərəzini də çıxarmışdır. Həmin oğlan sifariş etdiyi məmulatları digər otaqda olan xanıma göstərməli olduğunu dedikdə etiraz etməmiş və o, bir neçə dəfə hər dəfə ayrı-ayrı əşyanı olmaqla götürüb digər otağa keçmiş, bir neçə dəqiqədən sonra isə qayıdıb digər əşyanı götürüb aparmışdır. Sonra həmin oğlan gəlib bütün gətirdiyi məmulatları götürmüş və həmin otağa aparıb bir neçə dəqiqə sonra otaqdan əli boş çıxmışdır. Həmin oğlan onun yanında bir qədər oturub demişdir ki, qızıllara baxırlar. Sonra həmin oğlanın durub birlikdə olduqları otaqdan çıxıb dalınca qapını çəkmişdir. Təxminən bir neçə dəqiqədən sonra otaqda əyləşən zaman həmin oğlan onun istifadəsində olan nömrəyə «haqqıvı halal elə» məzmunlu sms yazmışdır. Sms-ın məzmununu tam başa düşmədiyi üçün ona zəng vurduqda həmin oğlan ona qızılları götürüb getdiyini, ehtiyacı olduğundan bu hərəkəti etdiyini bildirmişdir. Otaqdan çıxmaq istəyərkən otağın bayırdan kilidlə bağlandığını aşkar etmiş, oradan 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Az sonra polis əməkdaşları və mənzilin sahibi gəlib qapını bayırdan açmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Suraxanı rayonunun ərazisində meyvə-tərəvəz satışını həyata keçirib sahibkarlıq fəaliyytəti ilə məşğul olur. ***-***-**-** saylı mobil nömrə onun adınadır və istifadəsindədir. ***-***-**-** saylı nömrə isə qohumu Niyazi Abdullayevin adınadı, lakin özünün istifadəsindədir. Təxminən 2022-ci ilin may ayının axırlarında bir neçə il tanıdığı və metropolitenin Neftçilər stansiyasının yanında telefonların satışı həyata keçirən Asif adlı oğlandan təzə vəziyyətdə tamlığı pozulmamış qutunun içində 2100 manata İphone 13 Pro max markalı mobil telefon aparatını almışdır. Həmin telefon aparatını əvvəl ***-***-**-** saylı, sonra isə ***-***-**-** saylı nömrələr altında istifadə etmişdir. Həmin telefonun cinayət yolu ilə əldə olunduğunu polisə çağırışdan sonra bilmişdir. Hazırda həmin telefon evdədir, onun istintaqa verilməsini təmin edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Bacısı Elvira ilə təxminən 10 ildir ki, birlikdə ər-arvad kimi nikahsız yaşayırdılar. Bacısıgil onun yaşadığı evdən bir qədər aralıda Asiman şadlıq evinin yanında kirayə ev tutmuşdurlar. Tərlanın onun bacısı Elvira ilə ailə qurmamışdan əvvəl məhkum olunduğunu bilmişlər. 08 may 2022-ci il tarixdə günorta saat 14-15 radələrində Tərlan onun evinə gəlib hazırlaşmağını deyib bir yerə gedəcəklərini bildirmiş, həmin gündən bir neçə gün əvvəl Tərlandan borca 100-200 manat pul istəmişdir. Tərlandan hara gedəcəklərini soruşduqda sonuncu əvvəl deməmiş və bildirmişdir ki, səbrli ol bilərsən. Tərlanın Bolt mobil tətbiqi ilə sifariş etdiyi taksi maşınına əyləşmişlər və 28 may metrostansiyasının yanında olan S.Vurğun parkı yanında taksidən enib Tərlanla mərkəzi bulvara tərəf piyada bir neçə məhəllə hərəkət edəndən sonra Tərlan kiminləsə kənarda görüşüb açar götürmüş və onu həmin yerdə olan binanın 3 və ya 4-cü mərtəbəsində yerləşən mənzilə gətirmişdir. Mənzilə gəldikdən sonra Tərlan onu aşağı göndərib Bizon içkisini almağı tapşırmış, Bizon alıb gətirən zaman evə girdikdə görmüşdür ki, evdə bir nəfər 55-60 yaşlı kişi var, həmçinin Tərlanın əlində üzərinə Vorld Telekom yazılmış sellofan klok var idi. Tərlan həmin kişini qonaq otağına aparmış və ondan bizon içkisini götürüb həmin kişiyə veribverməməsini və yaxud özünün verməyini dəqiq xatırlamır. Sonra qonaq otağının qapısını örtmüş və birlikdə Tərlan ona aşağı enməyini demiş, mənzildən çıxan kimi Tərlan da onun ardınca mənzili tərk etmişdir. Blokun qarşısına çıxdıqda Tərlanın əlində üzərində VVorld Telecom yazısı olan ağ rəngli kağız paketi görmüş, həmin vaxt Tərlan yolda dayanan taksi maşına yaxınlaşmış və sürücüdən onları Neftçilər metrostansiyasının yanına aparmağı xahiş etmişdir. Avtomobildə bir daha Tərlandan nəyə görə bu ünvana gəldiklərinii və hara getdiklərini soruşduqda sonuncu bildirmişdir ki, səbrli ol deyəcəm. Təxminən 20 dəqiqəyə Neftçilər metrostansiyasının yanına gəlmişlər, yolda gedərkən Tərlan Azər adını daşıyan kiməsə zəng vurub işdə olub-olmadığını dəqiqləşdirmiş, taksi onları Mis Bahar mağazasının qarşısında düşürmüş və Tərlan ona həmin yerdə gözləməyini tapşırmışdır. Təxminən 15-20 dəqiqədən sonra Tərlan qayıdıb ona 100 manat pul vermişdir. Bundan sonra Tərlandan ayrılmış və həmin pula evdəkilər üçün dərman alıb evə gəlmişdir. Təxminən 30-40 dəqiqədən sonra Tərlan evə gəlmiş və evdən çıxana yaxın onun cibinə pul salmışdır. Tərlan çıxıb gedəndən sonra Tərlanın əlavə 300 manat pul verdiyini görmüş, həmin pulu da evin ehtiyaclarına xərcləmişdir. Tərlandan 100-200 manat istədiyi halda onun 400 manat pul verməsi şübhəli gəldiyi üçün dəfələrlə ona zəng edib görüşüb söhbət etmək istədiyini bildirsə də, sonuncu ondan yayınmışdır. Həmin gündən təxminən 2-3 gün sonra evdə olan zaman yenə də Tərlanla danışıb pulu nəyə görə ona verdiyini, borca pul verdiyi halda nəyə görə qaytarılma vaxtı barədə heç bir şey demədiyini, əgər ona hansısa işinə görə pul veribsə onun nə kimi iştirak etdiyi barədə sualları vermiş, Tərlan isə ona konkret cavab vermədiyindən Tərlanın onu qanunsuz işə cəlb etdiyini güman edib qardaşı Elvin Cavadzadənin adına olan ***-***-**-** nömrədən 102 mərkəzinə zəng vurmuş və özü haqqında məlumatlar verib lazım gələrsə onu yaşıdığı ünvandan tapa biləcəklərini demişdir. Təxminən 3-4 saatdan sonra 39-cu polis bölməsinin əməkdaşları gəlib onu yaşadığı evdən həmin polis bölməsinə aparmışlar. Orada bütün bildiklərini söyləmiş, artıq polis bölməsinə gəldiyi zaman ona məlum olmuşdur ki, Tərlan onun istifadəsində olmuş, lakin əvvəllər işlədiyi şirkətin müdiri Natiq Bayramovun adına olan ***-***-**-** nömrəni onun yaşadığı evdən xəbərsiz oğurlayıb xx.xx.2022-ci il tarixdə həmin nömrədən VVorld Telecom dükanından 2 ədəd İphone 13 markalı mobil telefon və aksessuarlarını sifariş edib sutkalıq kirayə götürdüyü mənzilə gətizdirərək, dələduzluq yolu ilə həmin telefonları ələ keçirib satmışdır. Tərlan xx.xx.2022-ci il tarixdə günorta saat təxminən 14-15 radələrində onların yaşadığı evə gəlmiş və həmin zaman evdə oyaq olmuş, Tərlan həmin zaman onu yuxudan oyatmamışdır. Həmçinin yaşadığı evdə Tərlanın mobil telefon mağazaları və kirayə mənzil götürməsilə bağlı danışıqlarını eşitməmişdir. Bizon içkisini alıb mənzilə daxil olduqda İlhamın mənzildə olduğunu və üzərində Vorld Telekom yazısı olan paketin isə Tərlanın əlində olmasını görmüşdür. Bizon içkisini İlhama özünün və ya Tərlanın verməyini xatırlamır. Eyni zamanda İlhamı qonaq otağına keçizdirməmiş, ümumiyyətlə İlhama heçnə təklif etməmiş və onunla danışmamışdır. Tərlan ona məxsus ***-***-**-** saylı mobil nömrəni yaşadığı evdə yataq otağında yatağının altından oğurlamışdı. Tərlanın hərəkətlərindən şübhələndiyi üçün bir neçə gün sonra DİN-nin 102 xidmətinə zəng vurub H.Aslanov qəsəbəsi, Sahil Hümbətov küçəsi 32 ünvana post patrul xidmətinin göndərilməsini istəmiş, ondan nə baş verdiyi soruşulduqda, post patrul göndərilsin və bölmədə aydınlaşdıracaq bildirmişdir. Məqsədi isə Əgər Tərlan hər hansısa cinayət törətmişdirsə özünün də həmin zaman onun yanında olduğu üçün təqsirli bilinməməsi olmuşdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid7, Şahid8 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, 11 ay, 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 01 il 02 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.15 –də tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onun MSY-dən azad olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutuldugu andan həbs edilməsi və Bakı İstintaq Təcridxanasında saxlanılması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özü tərəfindən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək təqsirləndirilən şəxs X1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X1 əməli CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi əməli etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, X2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, X2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, X3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, X3 hazırki cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü qüvvəyə minməzdən əvvəl törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 02 ay 23 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı (CM-66.5), cəzaçəkmə müddətinin əvvəli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş 04 avqust 2022-ci il tarixdən hesablanmalı, istintaq zamanı həbsdə saxlanıldığı 02 gün (02-04 avgust 2022 ) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs ” qətimkan tədbirinə dəyişdirilməli və ona Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 CM-in 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 02 ay 23 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablansın. X3 barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və ona Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınsın. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-218/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-218/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver