Məhkəmə qərarları › İş №1(005)-218/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-218/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-218/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidən istintaqa məlum olmayan «Elbəyi» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,209 qram olmaqla, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla 28 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkının içərisinə daşımış və 28 sentyabr 2024-ci il tarixdə saat 16:40-da Bakı şəhər, Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının içərsində saxlanılaraq orada videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı sol ayağındakı corabının içərisindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,209 qram olmaqla, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, adını Elbəyi bildiyi şəxsdən 120 manata bir kibrit qutusunda narkotik vasitə marixuana almış və öz şəxsi istifadəsi üçün saxlamışdır. Uzun illərdi narkotik vasitə istifadə etdiyini bildirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, həmin vaxtdan yaralandığını, ağrıları olduğu üçün narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz hər hansı bir əşya olub olmadığını soruşmuşlar. O da corabın içərisində saxladığı sellofana bükülmüş kibrit qutusunun içərisində olan marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin maddəni zərfə qoyaraq qablaşdırmış və möhürləmişlər. Bundan sonra polis əməkdaşları onu idarəyə dəvət etmişlər. O, da heç bir etiraz etmədən bilrikdə polis şöbəsinə gəlmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis idarəsində vəkili iştirak etmişdir, üzərinə baxış video çəkilişlə aparılmışdır, heç bir təzyiqə və təsirə məruz qalmamışdır, üzərindən aşkar edilmiş narkotik vasitə özünə məxsusdur. Son olaraq xəstəliklərinin olmasının nəzərə alınmasını barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Azad» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 28 sentyabr 2024-cü il tarixdə o, 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində təxminən axşam radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk panknıda zahiri əlamətlərinə görə Azər adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil məlumat əsasında saxlandığını izah edib, huquq və vəzifələri izah olunduqdan sonra üzərlərinə video çəkilişlə üstünün yoxlanılmasına başlanmışdır. Şübhəli şəxsin üstunun yoxlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs corabından 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdi kibrit qutusunun içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusundakı kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda olan kütlənin «nəşə» kimi tanınan narkotik vasitə marixuana olmasını, özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Protokolu yerində tərtib olunmasına şərait olmadığı üçün tərəfindən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasında tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər şahid X3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsi digər Şahid1 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün və idarə etdiyi avtomaşının yoxlanılmasına dair” 28 sentyabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlanılır. O, sol ayağındakı corabından 01 ədəd kibrit qutusunu təqdim edir. Həmin kibrit qutusu qablaşdırılır və imzalanaraq götürülür. Təqsirləndirilən şəxs qutunun içərisindəkinin narkotik vasitə marixuana olduğunu və onu xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi sol ayağındakı corabından 01 ədəd kibrit qutusuna baxış keçirilir. Qutunun içərisində yaşıl rəngli, ot şəkilli olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə aşkar edildi. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 7/1623 saylı rəyindən görünür ki, üzərində “.....imza Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 1 (bir) ədəd kağız paketdə sellofana sarınmış kibrit qutusunda təmiz çəkisi 6,209 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldığı MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X6 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 6589 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseridə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 126.1-ci maddə ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və xx.xx.2014-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3, 221.3-cü maddələri təqsirli bilinərək 03 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, AR CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2025-ci il tarixli “Tutma Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:54-də saxlanılaraq Nərimanov RPİnin 16-cı PŞ-yə gətirilmişdir. Məhkəmədə tədqiq olunan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 20:49-da saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmədə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək təqsirləndirilən şəxs qismində cəlb etmə edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2025-ci il tarixli “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 240460062b saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilib istintaq aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmədə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 13 fevral 2025-ci il tarixli, 463 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz həkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və cinayət işinə hissəvi xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində küllü miqdarda satış məqsədi olmadan təmiz çəkisi 1400 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 13,801 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 11,644 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar saxlaması və daşıması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə hissəvi xitam verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş götürülmüş tədqiqatdan sonra qalan təmiz çəkisi 6,159 qram narkotik vasitə olan qurudulmuş marixuana və ekspertiza tədqiqatından qalıq qalmış 1399,92 qram qurudulmuş marixuana, 11,544 qram narkotik vasitə heroin, 13,701 qram psixotrop maddə metamfetamin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 04 ədəd CD disk və telefon məlumatlarının əks olunduğu 02 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 109-cu qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana (kannabis) təmiz çəkisi 6,209 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, səhətində problemlərin olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 06 (altı) gün (28-30 sentyabr 2024-cü il, 15-17 sentyabr 2024-cü il, 10-12 fevral 2025-ci il tarixlər) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsetməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edilir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 6,159 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1399,92 qram qurudulmuş marixuana, 11,544 qram narkotik vasitə heroin, 13,701 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 04 (dörd) ədəd CD disk və 02 (iki) ədəd telefon məlumatlarının əks olunduğu disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 06 (altı) gün (28-30 sentyabr 2024-cü il, 15-17 sentyabr 2024-cü il, 10-12 fevral 2025-ci il tarixlər) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay, 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 6,159 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1399,92 qram qurudulmuş marixuana, 11,544 qram narkotik vasitə heroin, 13,701 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd CD disk və 02 (iki) ədəd telefon məlumatlarının əks olunduğu CD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar