Məhkəmə qərarları › İş №1(005)-219/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-219/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-219/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19.12.2020-ci il tarixdə saat 06:44-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bina hesab edilən mağazaya qapının üzərində olan asma qıfılı sındırmaqla qanunsuz daxil olub oradan 1 ədədin qiyməti 2 manat 83 qəpik olmaqla ümumilikdə 50 manat 94 qəpik dəyərində 18 ədəd “X4” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 14 qəpik olmaqla ümumilikdə 36 manat 38 qəpik dəyərində 17 ədəd “LD Club Platinium LSS” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 83 qəpik olmaqla ümumilikdə 33 manat 96 qəpik dəyərində 12 ədəd “X7” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 76 qəpik olmaqla ümumilikdə 31 manat 68 qəpik dəyərində 18 ədəd “Winchester KSSS Blue” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 76 qəpik olmaqla ümumilikdə 28 manat 16 qəpik dəyərində 16 ədəd “Winchester KSSS Silver” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 75 qəpik olmaqla ümumilikdə 26 manat 25 qəpik dəyərində 15 ədəd “X10 Nights” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 44 qəpik olmaqla ümumilikdə 24 manat 40 qəpik dəyərində 10 ədəd “Winston XS Silver” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 59 qəpik olmaqla ümumilikdə 23 manat 31 qəpik dəyərində 9 ədəd “Kent HD 8 Futura” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 76 qəpik olmaqla ümumilikdə 22 manat 88 qəpik dəyərində 13 ədəd “X24 Silver” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 75 qəpik olmaqla ümumilikdə 22 manat 75 qəpik dəyərində 13 ədəd “Winchester Comp. Blue” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 75 qəpik olmaqla ümumilikdə 22 manat 75 qəpik dəyərində 13 ədəd “X5” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 37 qəpik olmaqla ümumilikdə 21 manat 92 qəpik dəyərində 16 ədəd “X13” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 20 manat 80 qəpik dəyərində 8 ədəd “Kent HD Neo” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 44 qəpik olmaqla ümumilikdə 19 manat 52 qəpik dəyərində 8 ədəd “Winston XS Style Silver” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 59 qəpik olmaqla ümumilikdə 18 manat 13 qəpik dəyərində 7 ədəd “Kent Nanotek İNFN 0 1” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 76 qəpik olmaqla ümumilikdə 17 manat 60 qəpik dəyərində 10 ədəd “Rothmans DEMİ Silver” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 75 qəpik olmaqla ümumilikdə 17 manat 50 qəpik dəyərində 10 ədəd “X1” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 53 qəpik olmaqla ümumilikdə 16 manat 83 qəpik dəyərində 11 ədəd “X14” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 37 qəpik olmaqla ümumilikdə 16 manat 44 qəpik dəyərində 12 ədəd “X11” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 99 qəpik olmaqla ümumilikdə 15 manat 92 qəpik dəyərində 8 ədəd “LD X15” markalı siqareti, 1 ədədin qiyməti 2 manat 59 qəpik olmaqla ümumilikdə 15 manat 54 qəpik dəyərində 6 ədəd “Kent Nanotek NEO 0 4” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 61 qəpik olmaqla ümumilikdə 14 manat 49 qəpik dəyərində 9 ədəd “West Silver” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 75 qəpik olmaqla ümumilikdə 14 manat dəyərində 8 ədəd “Rothmans DEMİ Blue” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 37 qəpik olmaqla ümumilikdə 13 manat 70 qəpik dəyərində 10 ədəd “X8” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 52 qəpik olmaqla ümumilikdə 9 manat 12 qəpik dəyərində 6 ədəd “X25” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 52 qəpik olmaqla ümumilikdə 7 manat 60 qəpik dəyərində 5 ədəd “X19” markalı siqareti, 1 ədədin qiyməti 1 manat 22 qəpik olmaqla ümumilikdə 1 manat 22 qəpik dəyərində 1 ədəd “Bakı Blue” markalı siqareti, 1 ədədin qiyməti 3 manat 63 qəpik olmaqla ümumilikdə 14 manat 52 qəpik dəyərində 4 ədəd “X6 Men 150 ml Ultra” markalı dezodorantı, 1 ədədin qiyməti 7 manat 75 qəpik olmaqla ümumilikdə 31 manat dəyərində 4 ədəd “Sinbo SHC- 4372” markalı saç kəsimi maşını, 1 ədədin qiyməti 1 manat 79 qəpik olmaqla ümumilikdə 35 manat 80 qəpik dəyərində 20 ədəd “Amanda PB029” markalı boya kitabını, 1 ədədin qiyməti 3 manat 59 qəpik olmaqla ümumilikdə 21 manat 54 qəpik dəyərində 6 ədəd “X20 Men 150 ml 82877 Enerji” markalı dezodorantı, 1 ədədin qiyməti 3 manat 58 qəpik olmaqla ümumilikdə 7 manat 16 qəpik dəyərində 2 ədəd “Nivea Deo 150 ml X21 Efekt” markalı dezodorantı, 1 ədədin qiyməti 58 qəpik olmaqla ümumilikdə 22 manat 04 qəpik dəyərində 38 ədəd 58 qramlıq “Twix” markalı şokoladı, 1 ədədin qiyməti 1 manat 78 qəpik olmaqla ümumilikdə 5 manat 34 qəpik dəyərində 3 ədəd “X26 Secret 150 ml” markalı dezodorantı, 1 ədədin qiyməti 3 manat 31 qəpik olmaqla ümumilikdə 6 manat 62 qəpik dəyərində 2 ədəd “X28 Hamar Çınqıl 50 ml” markalı diyircəkli antiprespirantı, ədədin qiyməti 3 manat 58 qəpik olmaqla ümumilikdə 3 manat 58 qəpik dəyərində 1 ədəd “X22 48 CAS (2230) 150 ml” markalı dezodorantı, 1 ədədin qiyməti 1 manat 51 qəpik olmaqla ümumilikdə 7 manat 53 qəpik dəyərində 3 ədəd “X23 150 ml 6002L Neutr” markalı dezodorantı, 1 ədədin qiyməti 2 manat 51 qəpik olmaqla ümumilikdə 5 manat 2 qəpik dəyərində 2 ədəd “X16 Ak+Clinikal 150 ml” markalı dezodorantı, 1 ədədin qiyməti 2 manat 51 qəpik ümumilikdə 7 manat 53 qəpik dəyərində 3 ədəd “X17 150 ml 6002L İnvis” markalı dezodorantı, 1 ədədin qiyməti 3 manat 58 qəpik ümumilikdə 14 manat 32 qəpik dəyərində 4 ədəd “Nivea Sprey (2241)” markalı dezodorantı, 1 ədədin qiyməti 2 manat 82 qəpik olmaqla ümumilikdə 11 manat 28 qəpik dəyərində 4 ədəd “Amanda 818-211” markalı mətbəx oyuncağım, 1 ədədin qiyməti 3 manat 34 qəpik olmaqla ümumilikdə 6 manat 68 qəpik dəyərində 2 ədəd “X27 (2245) 150 ml” markalı diyircəkli antiprespirantı, 1 ədədin qiyməti 1 manat 78 qəpik olmaqla ümumilikdə 3 manat 56 qəpik dəyərində 2 ədəd “X12 150 ml 1671” markalı dezodorantı və 1 ədədin qiyməti 1 manat 86 qəpik olmaqla ümumilikdə 3 manat 72 qəpik dəyərində 2 ədəd “X18 Kiss 150 ml” markalı dezodorantı gizli yolla talayaraq zərərçəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 771 manat 3 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2020-ci il tarixdə saat 06:40 radələrində Nərimanov rayonu Azadlıq prospekti ilə X3 küçəsinin kəsişməsindən metronun “Gənclik stansiyası” istiqamətinə piyada gedərkən orada olan binanın 1-ci mərtəbəsində “xxxx” mağazasının olduğunu görmüşdür. Həmin mağazanın giriş qapısı plastik materialdan hazırlanmış və üzəri şüşəli olmuşdur. Giriş qapısının üzərində asma qıfıl olmuşdur. Maddi vəziyyəti pis olduğundan o, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Onun üzündə maska olmuş və əynində olan gödəkçənin papağını başına taxmışdır. Fikirləşmişdir ki, onun üzü görünmədiyi üçün heç kəs onu tapa bilməz və oğurluq etdikdən sonra məsuliyyətdən də yayınar. O, bundan sonra həmin “xxxx” mağazasının qarşısında dayanmış və ətrafı müşahidə etməyə başlamışdır. Heç kəsin onu görmədiyinə əmin olduqdan sonra əlində olan ağ rəngli sellofan torbanın içərisində olan kəlbətini çıxartmış və həmin kəlbətinlə mağazanın asma qıfılını sındırmış, həmin asma qıfılı və kəlbətini əlində olan ağ rəngli sellofan torbaya qoyaraq mağazaya daxil olmuşdur. O, mağazadan çoxlu sayda siqaret, şokolad, dezodorant və digər mallar götürmüşdür. Oğurladığı malları əlində olan ağ rəngli sellofan torbaya və mağazanın içərisində olan digər sellofan torbaları dolduraraq mağazanı tərk etmişdir. O, mağazadan çıxdıqdan sonra bir qədər piyada getmiş və Ziya Bünyadov prospektinə çıxmışdır. Hava artıq işıqlanmışdır. O, yoldan keçən bir taksi saxlatmış və həmin taksi ilə o, Bakı Beynəlxalq Avtovağzalına getmişdir. O, orada təsadüfən əvvəllər tanıdığı, yalnız adının Vüqar olduğunu bildiyi tanışını görmüşdür. O, Vüqara bir nəfərin borc müqabilində işlədiyi mağazadan ona siqaret, dezodorant, şokoladlar və digər mallar verdiyini və həmin malları satmaq istədiyini bildirmişdir. Vüqar mallara baxmış və ondan həmin malları hansı qiymətə satdığını soruşmuşdur. O, Vüqara malların hamısını ümumilikdə 400 manata satmaq istədiyini bildirmişdir. Vüqar ona həmin malları ala biləcəyini demiş və ona 400 manat pul vermişdir. O, bundan sonra çıxıb getmişdir. O, oğurlayaraq satdığı malların pulunu şəxsi məsrəflərinə xərcləmişdir. Bildiyinə görə 2021-ci ilin əvvəllərində Vüqar adlı şəxs yüksək dozada narkotik vasitə qəbul etdiyi üçün ölmüşdür. Oğurluq etdikdən sonra piyada hadisə yerindən uzaqlaşarkən həmin kəlbətini və qıfılı hazırda yadında qalmayan yerə atmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, atasının Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, o, 2020-ci ildən etibarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas vəzifəsində işləyir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyi yanında Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 11.09.2018-ci il tarixdə qeydiyyata alınmış və ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mağazalar şəbəkəsindən ibarətdir və həmin mağazalarda ərzaq məhsullarının və digər malların pərakəndə satışı həyata keçirilir. 19.12.2020-ci il tarixdə saat 06:44-də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən mağazadan naməlum şəxs tərəfindən oğurluq olmuşdur. Oğurluq edən şəxs mağazadan ittiham aktında göstərilən malları oğurlamış və şirkətə 771 manat 3 qəpik məbləğində ziyan vurmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nərimanov RPİ-yə göndərilmiş 15.03.2021-ci il tarixli 315 nömrəli məktubda oğurlanmış malların siyahısı göstərilmişdir. Hazırda “xxxx” MMC-yə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. “xxxx” MMC təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsində maraqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən mağazanın müdiri vəzifəsində işləyir. Müdiri olduğu mağazanın iş saatı səhər saat 08:00-dan axşam 22:00-a qədərdir. Axşam saat 22:00-da özü mağazanı bağlayır və iş saatı bitir. Eyni qayda ilə 18.12.2020-ci il tarixdə axşam saat 22:00-da mağazanı bağlamış və qapısını qıfıllayaraq yaşadığı evə getmişdir. 19.12.2020-ci il tarixdə saat 07:45-də mağazaya gəlmiş və mağazanın girişin qapısının sındırıldığını görmüşdür. O, bundan sonra mağazanın müşahidə kamerasının qeydə aldığı görüntülərə baxmışdır. Müşahidə kamerasının qeyd aldığı görüntülərə baxan zaman 19.12.2020-ci il tarixdə saat 06:44-də üzünə tibbi maska taxmış və başına əynində olan gödəkçənin papaq hissəsini keçirmiş bir nəfər şəxsin mağazanın giriş qapısının qıfılını kəlbətinlə sındırıb içəri daxil olaraq oğurluq etdiyini müəyyən etmişdir. O, bundan sonra dərhal Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə zəng vurmuş və müdiri olduğu mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, ilkin olaraq mağazaya baxış keçirən zaman 562 manat dəyərində müxtəlif markalı siqaretlərin, ümumi dəyəri 195 manat olan “Rexona”, “Nivea” antipersperantlarının, meyvətərəvəzlərin, yeni il hədiyyələrinin, “Sinbo” markalı saç kəsmə maşının, “Bizon” energetik içkilərinin və müxtəlif növ şokoladların olmadığını müəyyənləşdirmiş və ərizəsində oğurlanmış malların siyahısını hazırda göstərdiyi kimi qeyd etmişdir. Lakin sonradan mağazaya və satış cədvəlinə baxan zaman mağazadan meyvə-tərəvəzin, yeni il hədiyyələrinin və “Bizon” energetik içkilərinin oğurlanmadığını aşkar etmişdir. Həmin mallar bir gün əvvəl satılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən mağazadan konkret olaraq hansı sayda və hansı məhsulların oğurlanması MMC tərəfindən siyahı formasında istintaqa təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X2 hal şahidlərinin iştirakları ilə “xxxx” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 115 ünvanda yerəşən mağazasına baxış keçirmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Oğurluq baş verən yer “xxxx” MMC-yə məxsus mağazadır. Mağazanın giriş qapısı boz rəngli plastik materialdan olan şüşəli qapıdan ibarətdir. Giriş qapısının asma qıfılı taxmaq üçün nəzərdə tutulan hissəsi sındırılmışdır. Giriş qapısından solda mağazanın kassası yerləşir. Kassanın sol hissəsinin yuxarı tərəfində siqaretlər saxlanılması üçün nəzərdə tutulan rəf vardır. Həimn rəf tam boş vəziyyətdədir. Mağazanın digər hissələrində müxtəlif növ ərzaq məhsulları, meyvə və tərəvəz, gigiyenik əşyalar və digər tələbat malları olan rəf və şkaflar vardır. Həmin rəf və şkaflar dağınıq vəziyyətdə deyildir. Hadisə yerinə baxış zamanı ekspert kriminalist tərəfindən 13 ədəd barmaq izi aşkar edilərək götürülmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov RPİ-nin 18.01.2021-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə, ***-**** nömrəli məktubu vasitəsi ilə 19.12.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında vət. Şahid məxsus “xxxx”də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 15.02.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Sabunçu RPİ, Abşeron RPİ və Qazax RPŞ-dən daxil olmuş), xx.xx.1995-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 04.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lakin, onun CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair 200460059, ********* nömrəli cinayət işi 19.02.2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir; Abşeron Rayon Məhkəməsinin 4(012)-638/2020 nömrəli, 26 dekabr 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Abşeron rayon prokuroru Qabil Qasımov tərəfindən təsdiq edilmiş 22 fevral 2021-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etməsi ilə bağlı CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair ittiham irəli sürülmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21/188R nömrəli, 09 mart 2021-ci il tarixli məhkəmə-daktiloskopik ekspertizasının 09 mart 2021-ci il tarixli 21/188R nömrəli rəyindən görünür ki, 19.12.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx”də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 13 ədəd kağız parçasının üzərinə yapışdırılmış 13 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd ovuc və 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərinin 01 ədədi xx.xx.1995-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc və 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir; “Diskə baxış keçirilməsi haqqında” 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2, icraatında olan ********* nömrəli cinayət işi üzrə Nərimanov RPİ-nin ÇAŞ-dən 15.03.2021-ci il tarixli 070-1486-1221 nömrəli məktubla daxil olmuş cinayət hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD diskə şahid Təqsirləndirilən şəxs iştirakı Nərimanov RPİ-nin MSY-nin istintaq otağından baxış keçirtmişdir. 01 ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində VİD- 1 210315-WA0000, VİD-20210315-WA0001 və VİD-20210315-WA0002 adlı 3 ədəd video fayl vardır. VİD-20210315-WA0000 adlı video fayla baxış zamanı müəyyən edildi ki, həmin video faylın içərisində 39 saniyəlik video görüntü vardır. Həmin görüntüdən görünür ki, bir nəfər üzündə maska və başında papaq olan şəxs mağazanın içərisini axtarır və siqaret olan rəfdən siqaret götürür. VİD-20210315-WA0001 adlı video fayla baxış zamanı müəyyən edildi ki, həmin video faylın içərisində 05 dəqiqə 01 saniyəlik video görüntü vardır. Həmin görüntüdən görünür ki, mağazada olan şəxs mağazanın rəflərindən müxtəlif mallar götürür. VİD-20210315-WA0002 adlı video fayla baxış zamanı müəyyən edildi ki, həmin video faylın içərisində 05 dəqiqə 57 saniyəlik video görüntü vardır. Həmin görüntüdən görünür ki, bir nəfər üzündə maska və başında papaq olan şəxs mağazanın girişində dayanaraq ətrafı müşahidə edir və həmin şəxsin əlində ağ rəngli sellofan torba vardır. Daha sonra həmin şəxs mağazanın girişinə yaxınlaşır və torbanın içərisindən çıxardığı kəlbətinlə mağazanın giriş qapısı üzərində olan asma qıfıla müdaxilə edir və bir neçə cəhddən sonra qapını açaraq içəri daxil olur. Həmin görüntüdən görünür ki, mağazaya daxil olan şəxs siqaret satılan rəflərdən bütün siqaretləri əlində olan torbaya doldurur. Bundan başqa videogörüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. Baxış zamanı Təqsirləndirilən şəxs oğlu bildirdi ki, video görüntülərə düşən şəxs onun özüdür. O, tanınmaması üçün üzünə maska və başına papaq taxmışdır; “Sübutların qiymətləndirilməsi haqqında 17 mart 2021-ci il tarixli qərardan görünür ki, 19.12.2020-ci il tarixdə hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazaya baxış keçirilən zaman aşkar edilmiş 13 ədəd əl izindən Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil edən əl izi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və digər əl izləri ilə birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Nərimanov RPİnin CAŞ-dan 15.03.2021-ci il tarixli 078-1486-1221 nömrəli məktubla daxil olmuş cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; “Qətimkan tədbirinin nəzərə alınması barədə” 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır; Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 1(012)-255/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. CPM-in 154.1-ci maddəsinə əsasən hökmün icrasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 19.12.2020-ci il tarixdə hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazaya baxış keçirilən zaman aşkar edilmiş 13 ədəd əl izindən Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil edən əl izi və Nərimanov RPİ-nin CAŞ-dan 15.03.2021-ci il tarixli 078-1486-1221 nömrəli məktubla daxil olmuş cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 19.12.2020-ci il tarixdə hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazaya baxış keçirilən zaman aşkar edilmiş 13 ədəd əl izindən Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik təşkil edən əl izi və Nərimanov RPİ-nin CAŞ-dan 15.03.2021-ci il tarixli 078-1486-1221 nömrəli məktubla daxil olmuş cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar