Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-22/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs ilə həmin ilin noyabr ayında 1450 manat məbləğində ilkin ödəniş etməklə ondan icarəyə götürmüş olduğu “Mercedes- Benz C180 minik markalı, 10UZ430 dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu tərəfindən geri alınmasından sonra ona ödəmiş olduğu pulun qaytarılması iddiasını edərkən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə zərbələr endirərək ona sol yanağın şişkinli hematoması, sol üst dodağın şişkinliyi və iç selikli qişasının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Asimin bərbər işlədiyi 8-ci km qəsəbəsindəki iş yerində görüşüb söhbət etdiyi zaman Asim ona Xalid adlı tanıdığı şəxsin özünə məxsus “Mersedes” markalı avtomobilini icarəyə verdiyini və 15 gündən bir 405 manat pul ödəməklə iki il ərzində ödəniş elədikdən sonra avtomobilin alan şəxsdə qalacağını eşitdikdə həmin şəxslə onu görüşdürməsini Asimdən xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Asimin iş yerində sonuncunun iştirakı ilə Zərərçəkmiş şəxsla görüşmüş və əvvəlcədən 1450 manat pul verdikdən sonra, iki il müddətində hər on beş gündən bir 405 manat pul ödəməklə Xalidə məxsus «Mersedes Benz» markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onda qalacağı barədə razılıq əldə etmişlər. Əldə etdikləri razılıqdan sonra Asimin iştirakı ilə Xalidə 1450 manat pul vermiş, Xalid isə sözü gedən avtomobilin təmir işlərini üzərinə götürməklə ona vermişdir. Razılaşmaya əsasən xx xxxxxx 2019-cu il tarixdə Asimin bərbər dükanında Xalidə 300 manat pul ödəmiş avtomobilin təmir işlərini görməsini xatırlatmışdır. Xalid isə təmir işlərinin müzakirəsini müdir adlandırdığı Elşənlə müzakirə etməyi tövsiyə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Elşən adlı şəxs onun mobil telefonuna zəng edərək Xırdalan qəsəbəsində yerləşən «Aytac» restoranının qarşısına dəvət etmişdir. Elşən adlı şəxsin dəvətini qəbul edib Xalidə məxsus avtomobili idarə etməklə həmin ünvana getmiş və orada Elşən adlı şəxslə görüşmüşdür. Elşənlə avtomobilin təmiri ilə əlaqədar söhbət edərkən Xalidə əvvəlcədən 1450 manat pul ödədiyini və 15 gündən sonra isə icarə haqqından 300 manat pul ödədiyini xatırladaraq təmir işlərinin həll olunmasını istəmişdir. Elşən adlı şəxs isə avtomobili orada saxlamağı və Xalidlə görüşüb bu məsələni həll edəcəklərini deməsinə görə avtomobili həmin yerdə saxlayıb getmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində avtomobili saxladığı evin qarşısına getdikdə avtomobilin orada olmadığını görərək Elşənə zəng vurmuş və sonuncu onu Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» stansiyasının qarşısına gəlməyi xahiş etmişdir. Elşənin dəvət etdiyi yerə gedərək orada Xalidlə telefon əlaqəsi yaratdıqda sonuncu onları Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişdiyi yerdə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmələrini istəmişdir. O, Elşənə məxsus “Tofaş” markalı avtomobillə həmin ünvana gedərək saat təxminən 20 radələrində Xalidlə görüşmüşlər. Görüş zamanı Xaliddən nə üçün avtomobili götürdüyünü soruşmuş və sonuncu avtomobili artıq başqasına satdığını demişdir. Bu halda o, verdiyi pulların qaytarılmasını tələb etdikdə Xalid hər hansı pul qaytarmayacağını demiş və bu zəmində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, yumruqla Xalidin sifətindən bir-iki dəfə zərbə vurmuş, qısa müddət ərzində davadalaş etmişlər. Elşənin müdaxiləsi ilə kənarlaşdırılaraq “Tofaş” markalı avtomobilə əyləşmiş, Xalid isə özünün idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirib, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Maşım oğlunu Asim adlı tanışının vasitəsilə tanımışdır. Belə ki, həmin vaxt ** UZ *** dövlət qeydiyyat nişanlı «Mersedes S-180» markalı avtomobili özündə qalmaq şərti ilə X1 3500 manat ilkin ödəniş etməklə 15 ayda hər ay 550 manat ödəmə öhdəliyi götürərək icarəyə götürmüşdür. Sonradan ödəmədə maddi çətinlik çəkdiyinə görə avtomobili icarəyə vermək, hətta sonda alan şəxsin adına sənədləşdirmək barədə düşünmüşdür. Bu barədə Asim adlı tanışına fikrini bildirmiş və təxminən xx xxxxxx 2029-cu il tarixdə Asim ona zəng edərək Tərlan adlı dostunun olduğu və həmin şəxsin avtomobili icarə əsasında götürməyi istədiyini ona demişdir. Bir neçə gün sonra Asimin vasitəsi ilə Tərlanla görüşərək danışıb razılığa gəlmiş və Babək prospektində yerləşən avtoservizlərin birinə gedərək avtomobilə baxış keçirmişlər.Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını özündən öyrəndikdə avtomobili icarə vermək fikrindən daşınmaq istəmiş, lakin Təqsirləndirilən şəxs müvəqqəti olaraq xalası oğlunun adına etibarnamə verilməsini istədiyindən onunla razılaşaraq avtomobili Tərlanın qardaşının yaşadığı evin həyətində saxlamış, xalası oğluna aid sənədlərin fotoşəklini elektron formada onun mobil telefonuna göndərilməsini təklif etmişdir. Növbəti günlərdə deyilən sənədlərin fotoşokli elektron variantda onun telefonuna göndərilmiş və o da öz növbəsində avtomobilin texniki şəadətnamə üzrə birinci sahibi ilə danışaraq sənədin verilməsi barədə razılıq əldə etsə də Təqsirləndirilən şəxs etibarnamə almamış, 15 gün sonra 405 manat ödəməli olduğu halda yalnız 300 manat pul vermiş, qalan pulun ödənilməsini, həmçinin sənədin əldə edilməsini bilərəkdən yubatmışdır. Təqsirləndirilən şəxs başqa niyyətinin olduğunu görərək avtomobili ondan geri almaq qərarına gəlmiş və ona zəng edərək yerini soruşduqda Xırdalan şəhərində olduğunu öyrənmiş və Elşən adlı dostundan xahiş edərək avtomobilin Tərlandan alınaraq evinin qarşısında saxlanılmasını xahiş etmişdir. Tərlan avtomobili vermək istəməsə də onunla telefonda danışaraq narazılıqların aradan qaldırılması üçün görüşmələrini istəmiş və bundan sonra Tərlan avtomobili Elşənin təklif etdiyi yerdə saxlayaraq getmişdir. Aradan bir gün keçmiş Tərlan ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində idarə etdiyi KİA markalı 90RS709 dövlət qeydiyyat nişanlı avtomobilində həyat yoldaşı Samirə və azyaşlı qızı Elmira olsa da Ziya Bünyatov prospekti ilə Azadlıq prospektinin kəsişdiyi yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüş təyin etmişdir, təxminən yarım saat sonra Təqsirləndirilən şəxs Elşənin idarə etdiyi “Tofaş” markalı avtomobillə onun olduğu yerə gəlmiş və həmin ünvanda onunla görüşmüşlər. Avtomobilə sənəd almadığı və icarə pulunun bir hissəsinin ödənilmədiyini ona irad bildirmiş və Tərlan isə avtomobilin geri alındığı halda ödəmiş olduğu pulların qaytarılmasını tələb etmişdir. Ödənilən pulun müəyyən hissəsini ona qaytaracağını desə də Tərlan pulların dərhal qaytarılmasını istədikdə aralarında bu zəmində mübahisə baş vermiş və mübahisə zamanı Tərlan onun sifət nahiyyəsinə əli ilə bir-iki dəfə zərbə vurmuş və geri çəkilərək əlini belinə aparmaqla bıçaq olduğunu etimal etdiyi, lakin görmədiyi aləti çıxararaq yenidən onun üzərinə hücum çəkdikdə Elşən müdaxdilə edərək onun qarşısını almış və onu özünün idarəetdiyi avtomobilə tərəf aparmışdır. O, isə avtomobildə ailəsinin olduğunu nəzərə alaraq Tərlana müqavimət göstərmədən avtomobilə yaxınlaşıb idarə edərək yaşadığı ünvana getmişdir. Hadisə barədə anası Tərlanın qardaşı və anasına zəng edərək Tərlanın hərəkətləri barədə məlumat vermiş və az sonra Tərlan ona məxsus mobil telefona zəng edərək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edərək təhdid etməyə başlamışdır. Tərlanın bu kimi hərəkətlərinə görə əvvəl DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstərilənlərin yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində həyat yoldaşı Xalid və azyaşlı qızı Elmira ilə birlikdə əmisinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, rayonu, 9-cü mikrorayona qonaq getmişlər. Əmisi evində qonaq olarkən təxminən saat 18 radələrində Xalidin mobil telefonuna zəng gəlmiş və zəng edən şəxslə danışaraq görüş təyin etmişlər. Bu səbəbdən həyat yoldaşının təklifi ilə qızları Elmira ilə birlikdə Xalidin idarə etdiyi K.İA markalı avtomobillə əmisi evindən çıxmış və saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişdiyi yerdə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısına çatmışlar. Xalid avtomobili saxlamış və həmin vaxt qara rəngli “Tofaş” markalı avtomobil ilə onların olduqları yerə yaxınlaşan iki nəfər şəxsin olduqları tərəfə getmişdir. Xalid həmin şəxslərdən sonradan adı məlum olan Tərlan adlı şəxsə yaxınlaşaraq onunla söhbət etmiş və söhbət zamanı həmin şəxs gözlənilmədən başı ilə Xalidə zərbə atmış, lakin Xalid başını geri çəkərək zərbədən yayındığına görə Xalidin sifətinə yumruq zərbələri vurmuşdur. Bundan sonra Xalid geri çəkilərək özünün maşınına doğru qaçıb sükan arxasına otursa da Tərlan adlı şəxs maşına yaxınlaşıb tutacaqdan tutub qapını açmağa və onu düşürməyə çalışdıqda sonradan adı məlum olan Elşən adlı şəxsin müdaxiləsi ilə qarşısı alınaraq saxlanılmış və kənara çəkilərək oradan uzaqlaşdırılmışdır. Həyat yoldaşı Xalid və azyaşlı qızları ilə birlikdə yaşadıqları evə getdikdən sonra həyat yoldaşı hadisə barədə anasına danışmış və bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid1 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx.xx.2019-cu il tarixli 1129 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol yanağın şişkinli hematoması, sol üst dodağın şişkinliyi və iç selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin dediyi kimi xx.xx.2019-eu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, AR CM-nin 211.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizam qətimkan tədbirindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur, onunla barışmış və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və aralarında razılıq əldə edilmişdir. Zərərçəkmiş şəxs qarşı gələcəkdə heç bir tələb və şikayəti olmayacaqdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi CM-nin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmə Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 344- 347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-22/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-22/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver