Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-22/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Valid oğlunun iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə şəxslərin həmin nazirlikdə işlə təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, həmin dövrün məzənnəsi ilə 13600 manat təşkil edən 8000 X8 dolları pul qarşılığında sonuncunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında işlə təmin ediləcəyinə nail olacağına dair yalan yalan vədlər verib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, bu məqsədlə 01 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Z.Biinyadov prospekti 1965 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmət Agentliyinin inzibati binasının qarşısında sonuncuyla görüşərək həmin dövrün məzənnəsi ilə 13600 manat təşkil edən 8000 X8 dolları pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 13600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 məxsus “Ford Fusion” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə yaranmış etibarlı münasibətlərdən istifadə edib, sonuncuya şəxsi işlərinin həlli ilə əlaqədar həmin avtomobili müvəqqəti istifadə etməsinin zəruri olduğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verərək, avtomobili 2 gün idarə etdikdən sonra qaytaracağı ilə bağlı yerinə yetirmək niyyətində olmadığı öhdəliyi üzərinə götürüb Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə mobil notariat tətbiqi vasitəsi ilə “Ford Fusion” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququ verən etibarnamə verməsinə nail olduqdan sonra, 22000 manat dəyərindəki həmin avtomobili sonuncunun məlumatı və icazəsi olmadan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Şah Abbas küçəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsində Şahid3 satmaqla Zərərçəkmiş şəxs2 məxsus 22000 manat dəyərindəki “Ford Fusion” markalı, 99-FD-İ36 dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 22000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə şəxslərə əlillik dərəcələrinin verilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 12000 manat pul qarşılığında sonuncuya əllilik dərəcəsinin təyin edilməsinə nail olacağına dair yalan yalan vədlər verib, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, bu məqsədlə 24 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 82 ünvanında yerləşən “Tonqal” restoranında Zərərçəkmiş şəxs3lə görüşərək 12000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdar təşkil edən 12000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsilə şəxslərə əlillik dərəcələrinin verilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 12000 manat pul qarşılığında sonuncuya əllilik dərəcəsinin təyin edilməsinə nail olacağına dair yalan yalan vədlər verib, Zərərçəkmiş şəxs4ıın etibarından sui- istifadə edərək, bu məqsədlə 24 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 82 ünvanında yerləşən “Tonqal” restoranında Zərərçəkmiş şəxs4la görüşərək 12000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdar təşkil edən 12000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X1 tanışları vasitəsilə şəxslərin yerli icra hakimiyyəti orqanlarında işlə təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 20000 manat pul qarşılığında sonuncunun oğlu Tural Cəfərquliyevin Şəhərsalma və Arxitektura komitəsində işlə təmin edilməsinə nail olacağına dair yalan yalan vədlər verib Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edərək, bu məqsədlə 08 may 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 82 ünvanında yerləşən “Tonqal” restoranında sonuncu ilə görüşərək 19000 manat və 2023-cü ilin may ayının ortalarında həmin ünvanda 1000 manat olmaqla, ümumilikdə 20000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 20000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 tanışları vasitəsilə şəxslərin xarici ölkələrə getmələri üçün vizayla təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 2000 manat pul qarşılığında sonuncunun Fransa Respublikasına getməsi üçün vizayla təmin edilməsinə nail olacağına dair yalan vədlər verib. Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, bu məqsədlə sonuncunun 28 may 2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhəri, 12-ci mkr, Koroğlu prospekti 656 ünvanmdakı ödəmə terminalı vasitəsi ilə adına rəsmiləşdirilmiş son 8 rəqəmi 67774418 olan “Leo Bank” bank hesab kartına 900 manat pul köçürməsinə nail olaraq və 28 iyun 2023-cü il tarixdə Bakı Metropoliteninin “Gənclik” stansiyası yaxınlığında 1000 manat olmaqla, ümumilikdə 2000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl elməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 hüquq mühafizə orqanlarında işləyən yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncuya borclu olan “Lalə” adlı şəxsin barəsində cinayət təqibi başlatdırmaqla həmin pulun ödənilməsini təmin etdirəcəyinə dair yalan vədlər verməklə aldadıb, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək bu məqsədlə 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 82 ünvanında yerləşən “Tonqal” restoranında sonuncu ilə görüşərək 4000 manat, 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, X13 küçəsi 55 ünvanında yerləşən “Medikus” klinikasında 5000 manat və 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 82 ünvanında yerləşən “ Tonqal" restoranının qarşısında 6000 manat olmaqla, ümumilikdə 15000 manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərnişan İsmayılovuya vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, heç bir yerdə işləmir, işsizdir. 2012-ci ildə Dövlət Təhlükəsizlik Xidmətində zabit kimi işləmiş və 2016-cı il tarixdə isə tutduğu vəzifə ixtisar olduğundan işdən kənarlaşdırılmışdır. Zərərçəkmiş şəxs5 bər-bəri Pərvizin vastəsilə tanımışdır. Belə ki, Pərviz bər-bər işləyir və saçını Pərvizin işlədiyi bər-bərxanada kəsdirən zaman Pərviz ona bir nəfər Zərnişan adlı xanıma kiminsə 700.000 manat borclu olduğunu və həmin pulu ala bilmədiyini bildirmişdir. Ondan Zərnişana köməklik elməyini istəmişdir. O da Zərnişana köməklik edə bilcəyini demiş və mobil nömrəsini Zərnişana verməsini bildirmişdir. Bundan sonra Aydın onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və Zərnişan xanımın tanışı olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O da Aydınla razılaşmış və Nərimanov rayonu, H.Əliyev- küçəsində yerləşən “Tonqal" restoranında görüşmüşlər. X14 xanımla birlikdə gəlmişdir. Zərnişan xanım restoranda ona kimin ondan necə pul almasını və həmin pulu qaytarmamasını danışmışdır. Zərnişan xanımı dinlədikdən sonra müvafiq dövlət orqanına baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazacağı təqdirdə pulunun qaytarılmasında ona köməklik edəcəyəni bildirib bunun müqabilində Zərnişan xanımdan 10.000 manat pul istəmişdir. Zərnişan xanını da onunla razılaşmış və 10.000 manat pulu ona verəcəyini demişdir. Bundan bir gün sonra Zərnişan xanımla əvvəlcədən razılaşmalarına əsasən “Tonqal" restoranında görüşmüşlər və Zərnişan xanım ilkin olaraq 5000 manat pulu ona vermişdir. Zərnişan xanımdan qalan 5000 manatı nə zaman verəcəyini soruşan zaman hal-hazırda pulunun olmadığını, qalan 5000 manatı da düzəldib verəcəyini bildirmişdir. Bu zaman Zərnişan xanımdan ərizə yazmasını xahiş etsə də Zərnişan xanım ərizə yazmamışdır. Təxminən 20 gün sonra Aydınla əlaqə saxlamış və Zərnişan xanımın ona 5000 manat pul verdiyini, lakin ərizə yazmaq istəmədiyini bildirmişdir. Aydın işi davam etdirməyini, Zərnişan xanımın ona 5000 manat da verəcəyini demişdir. Bundan sonra Zərnişan xanım ona əlavə 5000 manatı da vermişdir. Zərnişan xanımdan bir neçə dəfə onunla birlikdə gedib ərizə yazmasını xahiş etsə də Zərnişan xanım heç bir dövlət qurumuna getməmiş və ərizə yazmamışdır. Zərnişan xanımdan aldığı 10.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərnişan xanımın işinə görə Aydınla münasibətləri yaranmış və bir neçə dəfə əlaqə saxlayıb danışmışlar. Həmin ərəfələrdə Aydın ona bildirmişdir ki, Ramil və Fizuli adlı həkimlər var və həmin həkimlər 44 günlük Vətən Müharibəsində iştirak etmişlər. Buna görə də onlar əlillik dərəcəsi almaq istəyir. Aydına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin köməkçisinin tanışı olduğunu və həmin tanışı vastəsilə müəyyən məbləğdə pul qarşılığında onlara əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Aydın ondan bu məsələni hansı qiymətə həll edə bilcəyini soruşan zaman hər bir şəxs üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Aydın isə ona bildirmişdir ki, Ramil və Fizuli bankdan hər biri 6000 manat pul kreditə götürmüşlər. Onlardan 6000 manatı alacaq və həmin puldan 1300 manatını Aydın, 1300 manatını isə Aydının qardaşı Nizami götürəcəkdir. Belə ki, Aydının onunla tanış olamasına Nizami vasitəçilik etmişdir. Nizami onun daimi olaraq müştəri kimi getdiyi bərbər salonunda işləyən Pərvizi tanıyır. Pərvizlə söhbət zamanı Pərviz onun barəsində Nizamiyə danışmış, Nizami də onun barəsində Aydına danışmışdır. Bu bölgüyə razılaşdıqdan sonra 2023-cü ilin iyul ayında “Tonqal" restoranında Ramil, Füzuli, Aydın, Nizami və o görüşmüşlər. Görüş zamanı Ramil və Fizuliyə bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Nazirin köməkçisi onun dostudur və həmin dostunun vastəsilə onlara əlillik dərəcəsi düzəldə bilər. Bunun müqabilində onların hər birindən 6000 manat pul istəmişdir. Ramil və Fizuli də onunla razılaşaraq hər biri 6000 manat olmaqla 12.000 manat pulu ona vermişlər. Onlara söz vermişdir ki, təxminən 2 ay müddətinə onlara əlillik dərəcəsi veriləcəkdir. Bundan sonra Ramillə Fizuli çıxıb getmişdir. Onlar gedəndən sonra Ramil və Fizulidən aldığı ümumilikdə 12000 manatdan 1300 manatını Aydına və 1300 manatını isə Aydının qardaşı Nizamiyə vermişdir. Aydınla Nizami pulları ondan aldıqdan sonra oradan uzaqlaşıb getmişlər. Qalan 9400 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra Aydın ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs6 var və Mirzəlinin oğlu işsiz olduğundan oğlunu dövlət işinə düzəltmək istəyir. Aydına bu barədə maraqlanacağını bildirmişdir. Sonradan Aydınla əlaqə saxlayıb tanışı vastəsilə Mirzəlinin oğlunu işə düzəldə biləcəyini bildirmiş və mobil nömrəsini Mirzəliyə verməsini xahiş etmişdir. Mirzəli onunla əlaqə saxladıqda onun oğlunu Şəhərsalma və Arxitektura idarəsində işlə təmin edə biləcəyini bildirmiş və bunun müqabilində Mirzəlidən 10.000 manat pul istəmişdir. Mirzəliyə bildirmişdir ki, ilkin olaraq 7000 manat pul verməli, qalan 3000 manatı isə iş düzəldikdən sonra verilməlidir. Mirzəli də onunla razılaşmışdır. Bundan sonra xatırlamadığı tarixdə Mirzəli ilə “Tonqal” restoranında görüşmüşlər. Görüş zamanı ona bildirmişdir ki, oğlunu Şəhərsalma və Arxitektura idarəsində işlə təmin edəcək. Mirzəli də onunla razılaşaraq ona 7000 manat pul vermişdir. Yaxın zamanlarda Mirzəlinin oğlunun işlə təmin olunacağını bildirmiş və oradan uzaqlaşmışdır. Bir neçə gün sonra Mirzəli ilə əlaqə saxlamış və ondan borc olaraq 1000 manat pul istəmişdir. Mirzəli də ona 1000 manat borc verə biləcəyini demişdir. “Tonqal” restoranının qarşısında görüşmüşlər. Görüş zamanı Mirzəli ona 1000 manat borca pul vermiş və çıxıb getmişdir. Mirzəlidən də aldığı pulları öz şəxsi ehtiyacı üçün xəcləmişdir. Aradan bir neçə müddət keçdikdən sonra Aydın işlərin həll olmadığını gördüyündən ona pullarını qaytarmağını bildirmişdir. O da pulu olmadığından Zərnişan xanımla əlaqə saxlamış və ondan borca 5000 manat pul istəmişdir. Zərnişan xanım da ona borca pul verəcəyini bildirmişdir. Səhəri gün Zərnişan xanımın işlədiyi xəstəxnaya getmiş və orada Zərnişan xanımdan borca 5000 manat pul almışdır. Zərnişan xanımdan aldığı 5000 manatın üzərinə əlavə olaraq 4400 manat da pul qoyaraq Pərvizə vermişdir ki, Pərviz həmin pulu Fizuli və Ramilə qaytarsın. Qalan pulları da qaytara bilmədiyindən Aydın və digərlərinin zənglərinə cavab verməmişdir.Bundan başqa, Zərərçəkmiş şəxs2 2007-ci ildən tanımışdır. Belə ki, onun Elazanın rəfiqəsi Firəngiz ilə münasibəti olmuşdur və onun vastəsilə Elazanı tanımışdır. Elaza ilə dostluq münasibəti olmuşdur. Firəngiz ilə ayrıldıqdan sonra Elaza ilə də dostluq münasibəti bitmişdir. 2022-ci ilin avqust aylarında onun istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. İlkin olaraq zəng edən şəxsi tanımasa da sonradan zəng edənin Elaza olmasını bilmiş və onunla salamlaşmışdır. Elaza ilə bir neçə dəqiqə danışdıqdan sonra sağollaşmış və beləcə dostluq münasibətləri davam etməyə başlamışdır. Təxminən bir aydan sonra Elaza ilə danışıq zamanı Elaza avtomobil almaq istədiyini bildirmiş və bu işdə ona köməklik etməyini xahiş etmişdir. O da Elazadan hansı markalı avtomobil axtardığını soruşanda Elaza “Ford Fusion” markalı avtomobil almaq istədiyini bildirmişdir. O da bir neçə tanışından maraqlandıqdan sonra Sumqayıt şəhərində adını xatırlamadığı avtomobil alqı-satqısı salonunda 2014-cü il buraxılışlı “Ford Fusion” avomobil tapmışdır. Elaza ilə birlikdə Sumqayıt şəhərində yerləşən avtomobil salonuna getmişdir. Orada Elaza ağ rəngli 2014-cü il buraxılışlı “Ford Fusion” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və almaq istədiyini bildirmişdir. Salonda həmin avtomobili Elazaya 22000 manata satacaqlarını bildirmişlər. Elaza da həmin qiymətə avtomobili almışdır. Lakin, avtomobil Şahid2 adına olsa da Elaza həmin avtomobili öz adına sənədləşdirməmişdir. Elazaya avtomobilə görə baş etibarnamə verilmişdir. Elaza bildirmişdir ki, bir neçə müddətdən sonra avtomobili öz adına rəsmiləşdirər. Bundan sonra bir neçə dəfə avtomobilə ehtiyacı olduğundan Elazadakı avtomobili götürərək idarə etmişdir. 2023-cü ilin fevral ayında pula ehtiyacı olmuşdur. Fikirləşmişdir ki, Elazanın avtomobilini lizingə qoyaraq pul götürə bilər. Həmin pulu da hissə-hissə ödəsə Elazanın bundan xəbəri olmaz. Buna görədə xx.xx.2023-cü il tarixdə Elaza ilə görüşmüşdür. Elazaya bildirmişdir ki, Gəncə şəhərinə getməlidir və bunun üçün də ona avtomobil lazımdır. Elazada öz avtomobilini idarə edərək Gəncə şəhərinə gedə biləcəyini demişdir. Elazadan avtomobili idarə etməsi üçün etibarnamə istəmişdir. Elaza da evdən çıxa bilmədiyini demişdir. Elazaya onlayn qaydada etibarnamə verə biləcəyini bildirmişdir. Elaza isə onlayn qaydada etibaranəmənin necə verilməsini bilmədiyindən həmin işi onun həll elməyini istəmişdir. 0 da Elazanın onlayn etibarnamə verəcəyini anlamadığından gizlin şəkildə özünə Elazanın adından avtomobil üçün baş etibarnamə verdirmişdir. Bundan sonra avtomobili idarə edərək oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə xatırlamadığı tanışı vastəsilə tanıdığı Şahid3 ilə görüşmüşdür. Talehə avtomobili girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Taleh də bu işlərlə məşğul olduğundan avtomobili girov olaraq qəbul edib ona pul verəcəyini demiş və avtomobilə görə ona 11.000 manat pul təklif etmişdir. O da Talehin təklifi ilə razılaşmış və Elazaya məxsus “Ford Fusion” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili Talehə girov qoyaraq 11.000 manat pul götürmüşdür. Danışıqlarına əsasən hər ay 835 manat olmaqla iki il müddətinə Talehə pul verməliymiş. Bundan sonra Baş Dövlət Yol Polis İdarəsinə getmişlər və orada avtomobili Talehin anası Elzadə Glicanovanın adına rəsmiləşdirmişlər. Talehdən xahiş etmişdir ki, həmin avtomobili idarə etmək üçün Elazaya etibarnamə versin. Taleh də avtomobili idarə etmək üçün Elazaya etibarnamə vermişdir. Bundan sonra avtomobili Elzaya qaytarmışdır. Bundan sonra 3 ay müddətinə hər ay 835 manat pulu Talehə ödəmişdir. Sonrakı aylar pulu olmadığından Talehin pulunu ödəyə bilməmişdir. Taleh onunla əlaqə saxlayaraq aylıq ödənişi nə üçün etmədiyini soruşan zaman pulunun olmadığını, bir az gözləməsini xahiş etmişdir. Taleh isə aylıq ödənişi istəmişdir. Bir neçə aydan sonra Elaza onunla əlaqə saxlayaraq avtomobilin cərimə meydançasında olduğunu, avtomobilin sahibinin isə başqa şəxs olduğunu bildirmişdir. Elaza ondan nə baş verdiyini soruşan zaman ona pula ehtiyacı olduğundan avtomobili Taleh adlı şəxsə girov qoyaraq pul götürdüyünü demiş və pulu tam şəkildə Talehə ödəyərək avtomobili ona geri qaytaracağına söz vermişdir. Lakin, Taleh avtomobili cərimə meydançasından götürərək çıxıb getmişdir. Bundan sonra Elaza bir neçə dəfə ona müraciət edərək avtomobilini geri istəsə də onun pulu olmadığından Elazanın avtomobilini geri qaytara bilməmişdir.Bundan başqa, Zərərçəkmiş şəxs1 Pərvin qızını 2022-ci ilin noyabr ayının sonlarından sosial şəbəkə vasitəsi ilə təsadüfən tanımışdır. Ülviyyə xanımla aralarında olan dostluq münasibətləri inkişaf etdikcə “Wlatsapp" sisoal şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. Danışıqlar zamanı Ülviyyə xanımın Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyindəki Sosial Xidmət Agentliyində işlədiyindən məlumatlı olmuşdur. Ülviyyə xanımın həmin ərəfələrdə iş yerində problemləri olmuş və işdən xaric olunması ehtimalı olmuşdur. Ülviyyə xanım Əmək və Əhalinin Müdafiəsi Nazirliyində mərkəzi aparata işə düzəlmək istədiyini bildirib ondan kömək etməsini istəmişdir. Onun da həmin ərəfələrdə maddi ehtiyacları olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanış tapa biləcəyini güman edib Ülviyyə xanımı 8000 ABŞ dollarına mərkəzi aparatda işə düzəldə biləcəyini bildirmişdir. Ülviyyə xanım da ona inanıb 01 dekabr 2022-ci il tarixdə, saat 2 radələrində Bakı şəhəri,Nərimanov rayonu, X.Bünyadov prospektində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyindəki Sosial Xidmət Agentliyinin qarşısında ona 8000 ABŞ dolları pul vermişdir. Ülviyyə xanımın işinin düzəldilməsi üçün maraqlandıqda hər hansı bir tanış tapa bilməmiş, ondan almış olduğu pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra isə Ülviyyə xanımdan aldığı 8000 ABŞ dolları pulun 1000 ABŞ dollarını qaytarmışdır. Zərnişan xanım, eləcə də digər zərərçəkmiş şəxslərlə söhbət əsnasında əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində zabit kimi işlədiyini bildirmiş, sonuncular isə yanlış anlayaraq onlarla danışıqları olan zaman da Dövlət Təhlükəsizlik Xidmətində zabit kimi işlədiyini zənn etmişlər. Zərnişan İsmayılovudan ona borclu olan şəxsdən pulunun alınmasında köməklik etmək üçün 10000 manat pul almış, 5000 manat isə borc olaraq almışdır. Zərnişan xanımın işə ilə bağlı hər hansı hüquq mühafizə orqanlarında xidmət edən şəxslə danışığı olmamışdır. Hesab edirmiş ki, Zərnişan xanıma pulunun alınmasında köməklik edilməsi üçün ərizə yazmaqda vasitəçilik edər. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əllilik dərəcəsi verilməsində köməklik etmək üçün hər birindən 6000 manat olmaqla ümumilikdə 12000 manat pul almış, həmin pulun 2600 manatını razılaşmalarına əsasən hər birinə 1300 manat olmaqla Aydınla Nizamiyə vermiş, qalan 9400 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən hər hansı tanışı yoxdur, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əllilik dərəcəsi verilməsi ilə əlaqədar heç kimə müraciət etməmişdir. Zərərçəkmiş şəxs5 yalan deyir, ondan Fransa Respublikasına viza düzəltmək adı ilə pul almamışdır. “Leo Bankada rəsmiləşdirilmiş son 8 rəqəmi 67774418 olan bank hesab kartı ona məxsusdur və onun istifadəsində olmuşdur. Aydından borca pul istəmiş, Aydında xx.xx.2023-cü il tarixdə həmin 900 manat pulu həmin bank kartına köçürməklə ona borca vermişdir. Zərərçəkmiş şəxs6 yalan danışır, ondan oğlunu işə düzəlmək üçün ümumilikdə 7000 manat pul, 1000 manat da borca pul almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs6 başqa, 6 nəfər zərərçəkmişə dəymiş zərəri tam ödəmiş, onlarla barışmış, ona qarşı iddia və şikayətləri yoxdur, əməlindən peşmandır, nəzərə alınmasınə ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 uzun müddətdir tanıyır və ailəvi dostluq münasibətləri vardır. Zərnişan xanımla söhbət əsnasında bir nəfər “Lalə” adlı tanışının ondan külli miqdarda borca pul alıb qaytarmadığından məlumatı olmuşdur. Zərnişan xanım həmin pulun alınmasında çətinlik çəkirmiş, buna görə də ondan hüquq mühafizə orqanlarına müraciət etməkdə köməklik etməyini istəmişdir. Qardaşı Nizami də Zərnişan xanımın həmin işindən məlumatlı olmuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində qardaşı Nizami bildirmişdir ki, ortaq tanışları olan və yaşadıqları evin yaxınlığındakı bər-bər salonunda bər-bər işləyən Pərvizin Müşfiq adında tanışı olduğunu, Pərvizin deməsinə görə X6 Xidmətində işlədiyini, Zərnişan xanımın işini həll etmək iqtidarında olduğunu bildirmişdir. Müşfiqlə tanış olmaq istədikdə Nizami Müşfiqin nömrəsini ona vermiş və Müşfiqlə telefon əlaqəsi saxlamışdır. Müşfiqlə telefon əlaqəsi saxlayıb Zərnişan xanımın borc məsələsi barədə danışdıqdan sonra razılıqlarına əsasən onunla görüşmək üçün xx.xx.2023-cü il tarixdə Zərnişan xanımla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Tonqal” adlı restorana gəlib orada Müşfiqlə görüşmüşdür. Görüş zamanı Zərnişan xanım “Lalə” adlı qadının ondan 150000 ABŞ dolları pulu borca alaraq qaytarmadığını bildirmişdir. Müşfiq Zərnişan xanımı dinlədikdən sonra Zərnişan xanıma pulunun geri qaytarılmasında köməklik edə biləcəyini bildirib bunun müqabilində ondan 15000 manat pul istəmişdir. Zərnişan xanım da onunla razılaşmış və hal-hazırda 15000 manat pulunun olmadığını, lakin yaxın zamanlarda hissə- hissə olmaqla ona pul verə biləcəyini bildirmişdir. Müşfiq də razılaşmış və Zərnişana həmin pulu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşlarının vastəsilə alacağını demişdir. Bundan sonra Müşfiqlə sağollaşıb restorandan çıxıb getmişlər. Görüş zamanı X7 Xidmətində işlədiyini, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər dövlət idarə və təşkilatlarında rəhbər vəzifələrdə işləyən tanışları olduğunu, həmin tanışları vasitəsi ilə müəyyən pul qarşılığında işlərin həllində köməklik edə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə vətən müharibəsi iştirakçıları olan tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əllilik dərəcəsinin alınması ilə bağlı prablemləri olmuşdur. Belə ki, onlar vətən müharibəsi zamanı xəsarət alsalar da əlillik dərəcələri təyin edilməmiş, bununla bağlı bir neçə dəfə cəhd etsələr də əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Müşfiqlə danışıqlarından sonra onun Fizuli və Ramilə köməklik edə biləcəyini fikirləşmiş və bu barədə onlarla məsləhətləşmişdir. Fizuli ilə Ramil Müşfiqlə əlaqə saxlamağını istədiklərindən 2023-cü ilin aprel ayının sonlarında Müşfiqlə əlaqə saxlayıb Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əllilik dərəcəsinin alınması ilə bağlı prablemləri barədə danışmış və ondan əllilik dərəcəsi almaqda köməklik etməsini xahiş etmişdir. Müşfiq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin köməkçisinin onun yaxın dostu olduğunu və həmin dostu vastəsilə hər birinə 12000 manat olmaqla, ümumilikdə 24000 manat pul qarşılığında Ramil və Fizuliyə əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Bu barədə Ramil və Fizuliyə deyən zaman onlar Müşfiqlə görüşmək istədiklərini bildirmişlər. Müşfiqlə olan razılaşmalarına əsasən xx.xx.2023-cü il tarixdə Ramil, Fizuli və qardaşı Nizami ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Tonqal” adlı restorana gəlib orada Müşfiqlə görüşmüşlər. Restoranda olan zaman Müşfiq Ramil və Fizuliyə bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirin adını deyə bilməyəcəyi köməkçisi onun yaxın dostudur və həmin dostu vastəsilə Ramil və Fizuliyə əlillik dərəcəsi almaqda köməklik edə bilər. Bunun müqabilində Müşfiq Ramil və Fizulinin hər birindən 12000 manat pul olmaqla, ümumilikdə 24000 manat pul istəmişdir. Onlar da əlillik dərəcəsi almaq üçün Müşfiqlə razılaşmışlar. Müşfiqlə olan razılaşmaya əsasən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Ramil, Fizuli və qardaşı Nizami ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Tonqal” adlı restorana gəlib orada Müşfiqlə görüşmüşlər. Görüş zamanı Ramil və Fizuli hər biri 12000 manat olmaqla, ümumilikdə 24000 manat pulu Müşfiqə vermişlər. Müşfiq pulu onlardan aldıqdan sonra Ramil və Fizuliyə təxminən 2 ay müddətində işlərinin düzəlcəyini bildirmiş və çıxıb getmişdir. 2023- cü ilin may ayının əvvəllərində Zərnişan xanım onunla əlaqə saxlayaraq Müşfiqlə “Tonqal” restoranının yaxınlığında görüşüb ona işinin həlli üçün ilkin olaraq 4000 manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 onun dostudur və Mirzəli həkim işləyir. Mirzəlinin oğlu işsiz olduğundan onun oğluna iş axtardığını bilirmiş. Müşfiq də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər dövlət idarə və təşkilatlarında rəhbər vəzifələrdə işləyən tanışları olduğuna, həmin tanışları vasitəsi ilə müəyyən pul qarşılığında işlərin həllində köməklik edə biləcəyinə onu inandırdığından Müşfiq barədə Mirzəliyə danışmışdır. Mirzəli də Müşfiqlə onu tanış etməyini istəmişdir. Bu barədə Müşfiqlə danışdıqda Müşfiq heç bir problem olmadığını. Mirzəlinin oğlunu işlə təmin edə biləcəyini bildirmiş və mobil nömrəsini Mrizəliyə verməyini. Mirzəlinin onunla əlaqə saxlamasını istəmiş, o da Müşfiqin nömrəsini Mirzəliyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Müşfiq Mirzəlinin oğlunu Şəhərsalma və Arxitektura idarəsinə işə düzəltmək adı ilə Mirzəlidən 20000 manat pul almışdır. Həmin ərəfələrdə oğlunun xəstəliyi ilə əlaqədar Fransa Respublikasında müalicə alırmış, onun da oğlunun yanına getməyi üçün viza almağı vacib imiş. Fransa Respublikasına getməyinə viza almağı üçün ona 2000 ABŞ dolları pul lazım olmuşdur. Müşfiqlə danışan zaman Fransa Respublikasına getməli olduğunu bildirmişdir. Müşfiq isə viza almaqda ona köməklik edə biləcəyini, tanışları vasitəsi ilə ona Fransa Respublikasına getmək üçün 2000 manata viza düzəldə biləcəyini bildirmişdir. O da Müşfiqlə razılaşmış və ilkin olaraq 28 may 2023-cü il tarixdə, saat 19:20- də Sumqayıt şohori. 12-ci mkr, Koroğlu prospekti 656 ünvanında yerləşən ödəmə terimanalı vasitəsi ilə Müşfiqin öz adına olan “Leo bank” kartına 900 manat pul göndərmişdir. Müşfiqə bildirmişdir ki, viza ona hələ lazım deyil, vizanı 2 ay sonra düzəldər, vizanı düzəldən zaman da qalan 1100 manatı ona verəcək. Müşfiq də onunla razılaşmış və 2 ay ərzində vizanı düzəldəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərnişaıı xanım da Müşfiqə hissə hissə olmaqla ümumilikdə 15000 manat pul vermişdir. Təxminən bir aydan sonra Müşfiqlə əlaqə saxlamış və işlərin hansı mərhələdə olmasını soruşmuşdur. Müşfiq isə Ramil və Fizulinin işlərinin həllini tapmadığını bildirmişdir. Müşfiqə pulu qaytarmasını xahiş etmişdir. Müşfiq isə 7900 manat pulu Pərvizə verəcəyini onunda viza almaq üçün verməli olduğu qalan 1100 manatı da həmin pulun üzərinə qoyub Ramil və Fizuliyə verməyini istəmişdir. O da Müşfiqin istəyi əsasında 28 iyun 2023-cü il tarixdə Pərvizdən 7900 manat pul almış və üzərinə də 1100 manat pul qoyaraq ümumilikdə 9000 manat pulu həmin gün günorta vaxtı Ramil və Fizuli ilə görüşüb hər birinə 4500 manat olmaqla Ramil və Fizuliyə “Gənclik” metrostansiyası yaxınlığında vermişdir. Bundan sonra qalan pulların da qaytarılması üçün Müşfiqlə dəfələrlə əlaqə saxlasa da Müşfiq pulları qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Zərnişan xanım da Müşfiqə hissə-hissə olmaqla ümumilikdə 15000 manat pul vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 10 ildir ki, tanıyır. Aydın onun ailəvi dostudur. Bir nəfər Lalə adlı qadına 150000 ABŞ dolları borca pul vermiş və uzun müddətdir ki, həmin pulu ala bilmir. Lalənin ona borcu olmasını Zərərçəkmiş şəxs5 da demişdir. Aydın yaxın tanışının olmasını və həmin pulun Lalədən alınaraq ona qaytarılmasında köməklik edə biləcəyini demişdir. Təxminən bir həftə sonra Aydın onun iş yerində olan zaman Lalənin ona olan borcu haqqında maraqlanmağa başlamışdır. Aydına Lalənin ona pul qaytarmadığını bildirmişdir. Bundan sonra Aydın onu tanışı Təqsirləndirilən şəxs ilə tanış etmək istədiyini bildirmişdir. Belə ki, X6 Xidmətində işlədiyini və onun əlaqələrinin geniş olduğunu demişdir. O da Müşfiqlə görüşmək istədiyini dedikdən sonra xx.xx.2023-cü il tarixdə Aydın və Müşfiqlə Nərimanov rayonu H.Əliyev küçəsində yerləşən “Tonqal" restoranında görüşmüşlər. Görüş zamanı Müşfiq özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olaraq təqdim etmişdir. Müşfiqə Lalə adlı xanımın ona 150000 ABŞ dolları borcunun olduğunu və həmin pulu ondan ala bilmədiyini demişdir. Müşfiq isə Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə idarəsində tanışlarının olduğunu, həmin tanışları vastəsilə pulun ona qaytarılmasında köməklik edə biləcəyini bildirmişdir. O, həm də alınan pulun müəyyən bir qisminin BMCMİ-nin əməkdaşlarına vermək lazım olduğunu demişdir. Aydın ondan nə üçün özü bu məsələni həll etmədiyini soruşmuşdur. O, isə cavabında onların şöbəsinin başqa məsələlərə baxdığını, pul məsələlərini BMCMİ-nin əməkdaşlarının həll etdiyini demişdir. Məsələnin həlli üçün müəyyən xərclər lazım olacağını, BMCMİ-nin əmədaşları ilə danışdıqdan sonra xərcləri deyəcəyini bildirmişdir. Təxminən 3 gün sonra Müşfiq onun istifadəsidə olan mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirmişdir. Müşfiqlə yenidən “Tonqal” restoranının qarşısında görüşmüşlər. Görüş zamanı Müşfiq Lalə xanımdan onun 150000 ABŞ dolları pulunun alınaraq geri qaytarılmasında köməklik etmək üçün 15000 manat pul lazım olacağını bildirmişdir. Belə ki, Müşfiq 15000 manat pulu BMCMİ-ııin əməkdaşlarına verəcək və həmin əməkdaşlar bir neçə günə onun pulunu Lalədən alaraq ona geri qaytaracaqlar. 15000 manat pulu olmadığını, həmin pulu hissə- hissi düzəldərək verə biləcəyini bildirmişdir. Axşam saatlarında Müşfiq onunla əlaqə saxlamış və bildirmişdir ki, işə başlamaq üçün mütləq şəkildə pul verilməlidir. O da pulunun geri qaytarılacağına inandığı üçün Müşfiqlə görüşüb pulun müəyyən qismini ona verməyinə razılıq vermişdir. 2023-cü ilin may ayının əvvələrində 4000 manat pulu “Tonqal” restoranının qarşısında Müşfiqə vermişdir. Müşfiq pulu götürdükdən sonra BMCMİnin əməkdaşlarının tez bir zamanda işə başlayacağını bildirmiş, qalan pulu da nə zaman verəcəyini soruşmuşdur. Müşfiqdən qalan pulu da verməyə müddət istəmişdir. Müşfiq də onunla razılaşaraq çıxıb getmişdir. Müşfiq bir neçə dəfə onunla əlaqə saxlayaraq pulun geri qalan hissəsini istəmişdir. Müşfiqə bildirmişdir ki, hal hazırda pulu yoxdur. Pulu olan kimi onunla əlaqə saxlayaraq qalan pulu da verəcək. Bundan sonra 2023-cü ilin iyun ayının əvvələrində Müşfiqlə əlaqə saxlayaraq 5000 manat pul düzəltdiyini bildirmiş və pulu götürmək üçün iş yerinə dəvət etmişdir. Müşfiq də onunla razılşaraq işlədiyi “Mcdi Kus” tibb mərkəzinə gəlmiş və iş otağında 5000 manat pulu Müşfiqə vermişdir. Müşfiq pulu götürdükdə qalan pulu da verməli olduğunu, həmçinin də Lalə xanımdan pul alınıb qaytarıldıqda əlavə olaraq 10000 ABŞ dolları verməli olduğunu bildirmişdir. Müşfiqə heç nə deməmiş və bu barədə Aydınla əlaqə saxlayıb Aydına məlumat vermişdir. Aydın işin həlli üçün 15000 manat pulu verməyini, Müşfiqin əlavə olaraq istədiyi 10000 ABŞ dolları pulu isə verməməyini bildirmişdir. Aydınla razılaşaraq onun dediyi şəkildə etmişdir. Müşfiqə bildirmişdir ki, bir neçə günə qalan 6000 manatı da ona verəcək. 2023-cü ilin iyul ayının əvvələrində Müşfiqlə əlaqə saxlamış və qalan 6000 manat pulu da hazır etdiyini bildirmişdir. Həmin gün Tonqal restoranın qarşısında Müşfiqlə görüşmüş və qalan 6000 manat pulu ona vermişdir. Müşfiq pulu aldıqdan sonra bir neçə günə BMCMİ-nin əməkdaşlarının Laləni idarəyə gətirəcəklərini və ona dəymiş maddi ziyanı tam şəkildə ötədirəcəklərini bildirmiş və çıxıb getmişdir. Bir neçə gündən sonra Müşfiq onunla əlaqə saxlayaraq şikayət ərizəsi yazmaq üçüıı Xətai rayon polis idarəsinə getmək lazım olduğunu bildirmişdir. O da Müşfiqlə razılaşmışdır. Bir neçə saatdan sonra Aydın onunla əlaqə saxlamış və Müşfiqin onları aldatdığını bildirmişdir. Belə ki, Müşfiq ondan əlavə bir neçə şəxsin də etibarından sui-istifadə edərək onları aldatmışdır. Bundan sonra bir neçə dəfə Müşfiqlə əlaqə saxlayaraq ona verdiyi pulu geri tələb etsə də o, müxtəlif bəhanələrlə pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 15000 manat pul almış və onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Təqsirləndirilən şəxs 15000 manat pulu ondan Lalə adlı xanının ona olan borcunu qaytarılmasına köməklik edəcəyi adı ilə almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 5 il olar ki, tanıyır. Aydını ortaq tanışları vastəsilə tanımış və dostluq münasibətləri yaranmışdır. Vətən müharibəsi iştirakçısıdır. Belə ki, həkim olaraq torpaqlarımızın azad olunmasında iştirak etmişdir. Vətən mübaharibəsi zamanı xəsarətlər almışdır. Vətən müharibəsində onunla birlikdə tanışı Zərərçəkmiş şəxs3 da iştirak elmişdir. Müharibə bitdikdən sonra Fizuli ilə birlikdə əlillik dərəcəsi almaq istəmişlər. Əlillik dərəcəsi almaq üçün iki dələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər. Lakin müraciətlərinə rədd cavabı gəlmiş və onlara əlillik statusu verilməmişdir. Bundan sonra bu barədə Aydına demişlər. Aydın yaxın tanışının olduğunu və onunla bu barədə məsləhətləşmək istədiklərini bildirmişdir. X15 adlı tanışı ilə əlaqə saxlamış, Müşfiq özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olaraq təqdim elmişdir. Aydın Müşfiqə onlar barəsində danışdıqdan sonra Müşfiq Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəli tanışının olduğunu və həmin tanışı vastəsilə Fizuliyə və ona əlillik dərəcəsi düzəldirə biləcəyini demişdir. Müşfiq telefon danışığı zamanı bildirmişdir ki, hər biri 12.000 manat olmaqla ona 24.000 manat pul verməlidirlər. Bunun müqabilində onlara əlillik dərəcəsi verdirəcəkdir. Müşfiqlə razılaşaraq sağollaşmışlar. xx.xx.2023-cü il tarixdə əvvələcədən razılaşmalarına əsasən o, Ramil, Aydın, Aydının qardaşı Nizami Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən “Tonqal” restoranında Müşfiqlə görüşmüşlər. Görüş zamanı Müşfiq bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin köməkçisi onun yaxın dostudur. Həmin adını qeyd etmədiyi dostu vastəsilə onların əlillik dərəcəsi almaqlarına köməklik göstərəcək. Onlar da Müşfiqə inanaraq hər biri 12.000 manat olmaqla 24.000 manat pulu Fizuli ilə birlikdə Müşfiqə vermişlər. Müşfiq pulu aldıqdan sonra 2 ay müddətində işin həllini tapacağını bildirmişdir. İki aydan sonra Müşfiqlə əlaqə saxlamışlar və işin nə yerdə olması barədə soruşan zaman Müşfiq işin həll olacağını, lakin əlavə müddət lazım olduğunu bildirmişdir. Bundan sonra Müşfiqdən şübhələndikləri üçün Müşfiqə vermiş olduqları pulları geri tələb etmişlər. Lakin, Müşfiq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. O, Aydın və Fizuli ilə Sumqayıt şəhərində Müşfiqlə görüşmüşlər. Görüş zamanı Müşfiq məsələnin alınmadığını bildirərək bir neçə günə onların pullarını qaytaracağına söz vermişdir. Təxminən 3-4 gün sonra Aydııı onunla əlaqə saxlamış və Müşfiqdən 9000 manat pul aldığını, həmin puldan 4.500 manatını ona qalan 4.500 manatını isə Fizuliyə verəcəyini bildirmişdir. Sonra isə Aydın Müşfiqə vermiş olduğu 12.000 manat puldan 4.500 manatını qaytarmışdır. Lakin, bu günədək Müşfiq ondan aldığı pııluıı qalan hissəsini qaytarmamışdır. Müşfiq ondan ümumilikdə 12.000 manat pul almış, həmin puldan 4.500 manatını qaytarsa da 7.500 manatını bugünədək qaytarmamışdır. Müşfiq 12.000 manat pulu ondan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona əlillik dərəcəsi düzəltdirmək adı ilə almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 2 il olar ki, tanıyır. Aydını ortaq tanışları vastəsilə tanımış və dostluq münasibətləri yaranmışdır. Vətən müharibəsi iştirakçısıdır. Vətən mübaharibəsi zamanı xəsarətlər almışdır. Müharibə bitdikdən sonra əlillik dərəcəsi almaq istəmişdir. Əlillik dərəcəsi almaq üçün iki dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin, onun müraciətinə rədd cavabı gəlmiş və ona əlillik statusu verilməmişdir. Bundan sonra bu barədə aydına dedikdən sonra aydın yaxın tanışının olduğunu və onunla bu barədə məsləhətləşmək istədiyini demişdir. X15 adlı tanışı ilə əlaqə saxlamış, Müşfiq özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olaraq təqdim etmişdir. Aydın Müşfiqə onun barəsində danışdıqdan sonra Müşfiq Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəli tanışının olduğunu və həmin tanışı vastəsilə ona əlillik dərəcəsi düzəldirə biləcəyini demişdir. Ondan əlavə həkim tanışı Ramil də müharibədə iştirak eldiyi üçün əlillik dərəcəsi almaq istəyirmiş. Aydın Ramil barəsində də Müşfiqə demiş və Müşfiq Ramilə də əlillik dərəcəsi ala biləcəyini bildirmişdir. Müşfiq telefon danışığı zamanı bildirmişdir ki, hər biri 12.000 manat olmaqla ona 24.000 manat pul verməlidirlər. Bunun müqabilində Müşfiq onlara əlillik dərəcəsi verdirəcəkdir. Onlar Müşfiqlə razılaşaraq sağollaşmışlar. xx.xx.2023-cü il tarixdə əvvələcədən razılaşmalarına əsasən o. Ramil, Aydın, Aydının qardaşı Nizami Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən “Tonqal’' restoranında Müşfiqlə görüşmüşlər. Görüş zamanı Müşfiq bildirmişdir ki. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin köməkçisi onun yaxın dostudur. Həmin adını qeyd etmədiyi dostu vastəsilə onlara əlillik dərəcəsi almaqlarına köməklik göstərəcəkdir. Onlar da Müşfiqə inanaraq hər birisi 12.000 manat olmaqla 24.000 manat pulu Ramillə birlikdə Müşfiqə vermişlər. Müşfiq pulu aldıqdan sonra 2 ay müddətində işin həllini tapacağını bildirmişlər. İki aydan sonra Müşfiqlə əlaqə saxlamışlar və işin nə yerdə olması barədə soruşan zaman o, işin həll olacağını, lakin əlavə müddət lazım olduğunu bildirmişdir. Bundan sonra Müşfiqdən şübhələndikləri üçün Müşfiqə vermiş olduqları pulları geri tələb etmişlər. Lakin, Müşfiq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. O. Aydın və Ramillə Sumqayıt şəhərində Müşfiqlə görüşmüşlər. Görüş zamanı Müşfiq məsələnin alınmadığını bildirərək bir neçə günə onların pullarını qaytaracağına söz vermişdir. Təxminən 3-4 gün sonra Aydın onunla əlaqə saxlamış və Müşfiqdən 9000 manat pul aldığını, həmin puldan 4.500 manatını ona, qalan 4.500 manatını isə Ramilə verəcəyini bildirmişdir. Sonra isə Aydın ona Müşfiqə vermiş olduğu 12.000 manat puldan 4.500 manatını qaytarmışdır. Lakin, bu günədək Müşfiq ondan aldığı pııluıı qalan hissəsini qaytarmamışdır. Müşfiq ondan ümumilikdə 12.000 manat pul almış, həmin puldan 4.500 manatını qaytarsa da 7.500 manatını bu günədək qaytarmamışdır. Müşfiq 12.000 manat pulu ondan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona əlillik dərəcəsi düzəltdirmək adı ilə almışdır. İş üzrə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 uzun müddətdir ki, tanıyır. Aydını ortaq tanışları vastəsilə tanımış və dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin may ayının əvvələrində Aydın onun iş yerinə gəlmişdir. İş yerində söhbət zamanı ona oğlu X2 işə düzəlmək istədiyini bildirmişdir. Aydın yüksək vəzifədə işləyən dostunun olduğunu, həmin dostu vastəsilə onun oğluna iş düzəldə biləcəyini bildirmişdir. O da Aydına inanaraq dostu ilə onu tanış etməsini xahiş etmişdir. Bundan sonra Aydın dostunun mobil nömrəsini ona vermişdir. Həmin şəxsə zəng etmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirmişdir. Müşfiqdən oğlu Turalı iş düzəltməkdə ona köməklik etməsini xahiş etmişdir. Müşfiq ondan oğlu üçün necə iş fikirləşdiyini soruşmuşdur. O isə cavabında oğlu Turalı Bakı şəhərində İcra Hakimiyyətlərindən birində işə düzəltmək istədiyini bildirmişdir. Müşfiq isə cavabında maraqlanıb ona xəbər edəcəyini demişdir. Səhəri gün o, Şəhərsalma və Arxitektura komitəsində oğlunu işlə təmin edəcəyini bildirmiş və bunun qarşılığında ondan 20.000 manat pul istəmişdir. O isə Müşfiqə 19.000 manat pulunun olduğunu qalan 1000 manatı da bir neyə gündən sonra ona verə biləcəyini bildirmişdir. Müşfiq də onunla razılaşdıqdan sonra səhəri gün görüşməyə qərar vermişlər. xx.xx.2023-cü il tarixdə Müşfiqlə mobil telefon vastəsilə danışmışdır. Müşfiqlə Nərimanov rayonu. H.Əliyev prospektində yerləşən “Tonqal” restoranının qarşısında görüşməyə qərar vermişlər. Həmin gün saat 18:30 radələriııdə “Tonqal" restoranında görüşmüşlər. Görüş zamanı Müşfiq ona söz vermişdir ki, tanışları vastəsilə oğlu Turalı Şəhərsalma və Arxitektura komitəsində işə düzəldəcək və iki ay müddətində oğlu işlə təmin olunacaqdır. Müşfiqə inandığından restoranda Müşfiqə 19.000 manat pul vermiş və qalan 1000 manat pulu isə ona bir neyə günə verəcəyini bildirmişdir. Müşfiq da onunla razılaşaraq onunla sağollaşmış və yıxıb getmişdir. Təxminən bir həftə sonra Müşfiqlə əlaqə saxlamış və ona qalan 1000 manat pulu da vermək istədiyini bildirmişdir. Bundan sonra Müşfiqlə yenə də “Tonqal" restoranın qarşısında görüşmüş və 1000 manat pulu da Müşfiqə vermişdir. Müşfiq pulu ondan götürdükdən sonra iyun ayının sonunadək oğlunu işlə təmin elətdirməyə söz verib getmişdir. 2023-cü ilin iyun ayının sonlarında mən Müşfiqlə əlaqə saxlayaraq işin hansı mərhələdə olmasını maraqlanmışdır. Müşfiq ona bir neçə günə işin həllini tapacağını bildirmişdir. Bir neyə gün də gözləsə də işin düzəlmədiyini gördüyündən bu barədə Aydınla əlaqə saxlayıb ona məlumat vermişdinir. Aydın isə cavabında bir neçə şəxsi də Müşfiqlə tanış etdiyini, Müşfiqin həmin şəxsləri də aldatdığını bildirmişdir. Bundan sonra Müşfiqin onu da aldatdığını başa düşdüyündən bu barədə birlikdə şikayət etməyə qərar vermişlər. Müşfiq ondan ümumilikdə 20.000 manat pul almış və həmin pulu qaytarmamışdır. Müşfiq 20.000 manat pulu ondan oğlu Tural Cəfərquliycvi Şəhərsalma və Arxitektura komitəsində işə düzəldəcəyi adı ilə aldadaraq almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, Müşfiq onun rəfiqəsi Firuzə ilə münasibəti olmuş və beləcə Müşfiqi tanımışdır. Müşfiq həm də Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşı olmuşdur. Sonralar Müşfiqlə rəfiqəsi ayrıldığından onun da Müşfiqlə münasibəti pozulmuşdur. 2022-ci ilin yay aylarında telefonunda olan nömrələrə baxan zaman Müşfiqin mobil nömrəsini görmüş və onunla mesajlaşmağa başlamışdır. Müşfiqlə dostluq münasibəti yenidən yaranmışdır. 2022-ci ilin avqust ayının əvvələrində Müşfiqlə mobil telefonda danışan zaman ona avtomobil almaq istədiyini və bu işdə onundan köməklik etməsini xahiş etmişdir. Müşfiq hansı marka avtomobil amaq istədiyini soruşan zaman “Ford Fusion” markalı avtomobil almaq istədiyini bildirmişdir. Müşfiq də avtomobil satışı salonunda tanışının olduğunu və bu işdə ona köməklik göstərə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Müşfiqlə görüşmüş və Sumqayıt şəhərində olan adını xatırlamadığı avtomobil satışı salonundan 2014-cü il buraxılışlı ağ rəngli “Ford Fusion” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.000 manata almışdır. Avtomobili aldıqdan sonra Müşfiq tez-tez avtomobili idarə etmək üçün ondan almışdır. Müşfiq avtomobili etibarnamə olmadan idarə edirmiş. 2023-cü ilin fevral ayında Müşfiqlə mobil telefonla danışan zaman işlə bağlı rayona gedəcəyini və bunun üçün də avtomobilə ehtiyacı olduğunu bildirmişdir. Müşfiqdən hansı günlərdə rayona gedəcəyini soruşan zaman o, iki günə rayona gedib qayıdacağını bildirmişdir. O da Müşfiqlə razılaşaraq avtomobili ona verəcəyini demişdir. Lakin, Müşfiq ondan avtomobili idarə etmək üçün etibarnamə istəmişdir. Müşfiqdən əvvələr etibarnaməsiz avtomobil idarə etdiyini bu dəfə nə üçün etibarnamə istədiyini soruşmuşdur. Müşfiq isə yolda olan zaman yol patrul xidməti əməkdaşlarının onu saxlayaraq avtomobili cərimə meydançasına yerləşdirə biləcəyini demiş və bunun üçün də ondan etibarnamə istəmişdir. Övladı körpə olduğundan evdən çıxa bilməyəcəyini demişdir. Müşfiq isə “Mobil Notariat” proqramı vastəsilə ona yaşadığı evdə olan zaman onlayn etibarnəmə verə biləcəyini bildirmişdir. O da Müşfiqin dediyi qaydada ona etibarnamə vermişdir. Sonradan Müşfiq onun yaşadığı ünvana gələrək avtomobili idarə edərək çıxıb getmişdir. Təxminən 2 gündən sonra Müşfiq geri qayıdaraq avtomobili özünə qaytarmışdır. Müşfiq avtomobili qaytardıqdan sonra demək olar ki, avtomobili hər gün idarə etmişdir. Təxminən bir neçə aydan sonra yolda olan zaman qayda pozuntusu etdiyindən yol patrul xidməti əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi avtomobili dayandırmışdır. Polis əməkdaşı yaxınlaşdıqdan sonra avtomobini yoxlayıb və avtomobilin üzərində həbs olduğundan avtomobilin cərimə meydançasına aparmalı olduğunu bildirmişdir. O da heç nə deməyərək idarə etdiyi avtomobili yol patrul xidməti əməkdaşlarının müşayəti ilə cərimə meydançasına aparmışdır. Bir neçə dəfə avtomobili cərimə meydançasından çıxartmaq istəsə də alınmamışdır. Sonradan, ona məlum olmuşdur ki, avtomobili Elzadə adlı xanımın adınadır və avtomobili cərimə meydançasından ancaq ona təhvil verə bilərlər. Bundan sonra Müşviqlə əlaqə saxlayıb baş verənləri ona demiş, Müşviq isə etiraf edərək avtomobilini onun məlumatı olmadan girov kimi qoyaraq kreditə pul götürdüyünü, həmin pulu ödəyə bilmədiyindən avtomobili kreditorun adına rəsmiləşdirdiyini və kreditorun pulunu ödəyərək avtomobilini geri qaytaracağını bildirmişdir. Buna baxmayaraq Müşviq hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq hazırkı müddətə kimi avtomobilini qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X3 2022-ci ilin noyabr ayında “facebook" sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Müşfiq özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror təlim mərkəzində şöbə rəisi kimi təqdim etmişdir. Həmin ərəfələrdə Bakı şəhəri, Nərimanov rayonu. Z.Bünyadov prospektində yerləşən Omək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmət Agentliyində mütəxəssis vəzifəsində işləmişdir. Müşfiqlə dostluq münasibətləri inkişaf etdikdən sonra onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə də əlaqə saxlamağa başlamışlar. Həmin ərəfələrdə işində problemlər olmuş və işdən çıxarılma təhlükəsi olmuşdur. Buna görə də bu barədə Müşfiqə danışıb işdən çıxarılacağı barədə ona danışmışdır. Müşfiq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin adını demədiyi müavini ilə tanış olduğunu, onun vasitəsi ilə müəyyən pul qarşılığında onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında işə düzəldə biləcəyini bildirmişdir. Müşfiq o qədər inandırıcı danışmışdır ki, onun həqiqətən də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini ilə tanış olduğuna inanıb onu həqiqətən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında işə düzəldə biləcəyinə inanmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Müşfiq onunla əlaqə saxlayıb tanışı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini ilə görüşməyə getdiyini, onun işini də danışacağını bildirib işin həlli üçün 8000 ABŞ dolları pul verməyini istəmişdir. O da Müşfiqə inanıb onunla razılaşmış və razılaşmalarına əsasən 01 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Müşfiq onun işlədiyi yerə gələrək onunla görüşmüşdür. Müşfiqə inandığından işlədiyi yerin qarşısında, yəni Z.Bünyadov prospekti 1965 ünvanında Müşfiqə 8000 ABŞ dolları (13.600 manat) pul vermişdir. Müşfiq ondan pulu aldığında qısa müddət ərzində işini həll edəcəyini bildirmişdir. O da Müşfiqə inanaraq bir müddət gözləmişdir. Lakin, bir neçə həftə keçməsinə baxmayaraq işinin düzəlmədiyini görüb Müşfiqlə əlaqə saxlayıb iş barədə ondan soruşmuşdur. Müşfiq isə ilk olaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmış, sonradan isə əməlini etiraf edib ondan almış aldığı pulu Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisinin müavini vəzifəsinə keçmək üçün rüşvət kimi verdiyini və onun pulunu qaytaracağını bildirmişdir. Aldanıldığını başa düşdüyündən Müşfiqdən pulunu almaq üçün ilk öncə onunla mehribançılıq etmək üçün ondan şikayət etməmişdir. Müşfiq isə müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmışdır. Çoxsaylı israrldardan sonra 2023-cü ilin aprel ayında Müşfiq almış olduğu puldan 1000 ABŞ dollarını, yəni 1700 manatı ona qaytarmış, qalan 7000 ABŞ dolları (11.900 manat) pulu isə hazırkı müddətə kimi qaytarmaqdan yayınır. Məcbur olub Müşfiqin qohumları ilə əlaqə saxlayıb Müşfiqin onun pulunu qaytarmadığını bildirmişdimr. Bundan sonra Müşfiq ona zəng edərək pulu olmadığını və ona pul qaytarmayacağını bildirmişdir. O da məcbur olub Müşfiqin barəsində şikayət etmişdir. Müşfiq Əlirzaycv özünü Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror təlim mərkəzində şöbə rəisi kimi təqdim edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini ilə tanış olduğunu və onun vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında işə düzəldəcəyini vəd verib 01 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin labeliyindəki Sosial Xidmət Agentliyinin qarşısında ondan ümumilikdə 8000 ABŞ dolları pul almışdır. Sonradan onun tələbləri ilə həmin pulun 1000 ABŞ dollarını qaytarsa da qalan 7000 ABŞ dolları pulu isə hazırkı müddətə kimi qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid4, Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki,fakta görə AR CM-in 178.2.4-cü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi işinə birləşdirilməsi və ibtidai istintaq bir icraatda, ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılması qərara alınmışdır. “Məcburi gətirilmə haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.1989-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 8anında yaşayan Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məcburi olaraq Nərimanov RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin MSY-yə gətirilməsinin təmin edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş və saat 18:00-da Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1570/2023 nömrəli, 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin istintaq müddətinin sonunadək, yəni 09 yanvar 2024-cü il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1612/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti istintaq müddəti həddində, yəni 09 yanvar 2024-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Elşən Həsənovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs5 istintaqa təqdim etmiş olduğu ödəniş qəbzinin fotoşəkilinin əks olunduğu 01 ədəd A4 formatlı kağıza baxış zamanı “MilliÖn” elektron ödəmə sisteminin Sumqayıt şəhəri, 12ci mkr, Koroğlu prospekti 656 ünvanındakı ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 19:20-də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş son 8 rəqəmi 67774418 olan “Leo Bank” bank hesab kartına 900 manat pulun köçürüldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmiş olduğu Təqsirləndirilən şəxs ilə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlara baxış zamanı “Alirzayev M.N” kimi qeyd edilmiş mobil nömrə və ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “Whatsapp” proqram təminatını üzərindən icra edilən yazışmalar zaman həmin nömrələrin istifadəçisi tərəfindən 8000 ABŞ dollar məbləğində pulun iş düzəltmək məqsədi ilə alındığı və sonuncunun almış olduğu həmin pulu qaytaracağına dair vədlər verdiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 “Alirzayev M.N” kimi qeyd edilmiş mobil nömrə və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs istifadəsində olduğundu, baxış keçirilən yazışmaların isə pulun verilməsindən sonra Müşfiq Əlirzaycvlə onun arasında olan yazışmalar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmiş olduğu sonuncuyla Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışqların mətnlərinin əks olunduğu 09 ədəd A4 formatlı vərəq və Zərərçəkmiş şəxs5 istintaqa təqdim etmiş olduğu ödəniş qəbzinin fotoşəkilinin əks olunduğu 01 ədəd A4 formatlı vərəq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan Zərərçəkmiş şəxs7 yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan Zərərçəkmiş şəxs5 oglunun yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan X11 oglunun yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan Zərərçəkmiş şəxs4 oglunun yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan Zərərçəkmiş şəxs2 yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 noyabr 2023-cü il tarixli tələbnaməsindən və işdə olan hökmdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəində çəkməsi hökm edilmişdir. İşdə olan 13 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin 07 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə əsasən xx.xx.2019-cu il tarixdən 07 avqust 2024-cü il tarixə kimi əsas cəza müddəti başa çatdığına görə cəzadan azad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 21-2/3-270397 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarxdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə ona təyin olunmuş əlavə cəzadan 08 ay 15 gününü çəkmiş, cəkilməmiş cəzası 02 il 03 ay 15 gün təşkil edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkənlərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 dəymiş zərərin tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza 03 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmənin çəkilməmiş hissəsi 02 il 03 ay 15 gün hazırki ona təyin olunmuş cəzaya təmamilə bərləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın çəkilməmiş hissəsi hazırki cəzaya təmamilə bərləşdirilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, (CPM-132), maddi sübut-Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmiş olduğu sonuncuyla Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışqların mətnlərinin əks olunduğu 09 ədəd A4 formatlı vərəq və Zərərçəkmiş şəxs5 istintaqa təqdim etmiş olduğu ödəniş qəbzinin fotoşəkilinin əks olunduğu 01 ədəd A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180(yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-208/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza -03 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmənin çəkilməmiş 02 il 03 ay 15 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tam birləşdirilsin və ona 02 il 03 ay 15 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 15 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmiş olduğu sonuncuyla Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışqların mətnlərinin əks olunduğu 09 ədəd A4 formatlı vərəq və Zərərçəkmiş şəxs5 istintaqa təqdim etmiş olduğu ödəniş qəbzinin fotoşəkilinin əks olunduğu 01 ədəd A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180(yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-22/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-22/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver