Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-220/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs (mülki cavabdeh)– Təqsirləndirilən şəxs Raqub oğlunun iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış və hal hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 14 saylı MTCÇM-də cəza çəkən, Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi ev 7 mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Raqub oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Raqub oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 758/759-cu məhəllədə yerləşən 1 saylı evin 167-ci mənzilinə, eyvanın plastik qapısını vintaçan vasitəsi ilə aralayıb açmaqla, qanunsuz olaraq evə daxil olmuş, mənzilin yataq otağındakı dolabda olan şüşə bankanın içərisində saxlanılan 60 manat məbləğində 50 qəpik pulları və həmin otaqda komutun siyirməsindən 7000 manat dəyərində 5 briliyant qaşlı 750 əyarlı bir ədəd qızıl üzüyü, 8000 manat dəyərində “Roberto Coin” markalı 750 əyarlı, 93 qram çəkidə bir komplekt qızıl dəstini, 1400 manat dəyərində 750 əyarlı, 16 qram çəkidə tək qaşlı bir ədəd qızıl üzüyü, 1500 manat dəyərində 750 əyarlı 17 qram çəkidə sırğa qolbaq dəstini və 300 ABŞ dolları milli pul vahidi ilə 510 manat dəyərində “Burberry” markalı bir ədəd qol saatını gizli olaraq talamqala, Zərərçəkmiş şəxs ümumilikdə 18.470 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Raqub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Raqub oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilmişdir ki, 2012-ci ildən bu vaxta kimi əsəb xəstəliyindən əziyyət çəkir. Ailədə yalnız yaşlı və xəstə anası vardır. Anasının ona ehtiyacı var. Yaşlı xəstə anasının ondan başqa heç kəsə ümid yeri yoxdur. Onun xəstəliyini və yaşlı xəstə anasını və günahsızlığını nəzərə alınmasını xahiş etmişdir. İttiham tərəfi iddia edir ki, o, 18.470 manat dəyərində qızıl oğurlamışdır. Hamısı şər və böhtandır. İş üzrə heç bir sübut, əsas, fakt yoxdur ki, onun təqsirini sübuta yetirsin. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yalnız yaşadığı evin ərazisində olmuş, ərazini tərk etməmişdir. Müstəntiq ona demişdir ki, “ 5000 manat pulu gətirib sənə verirəm , hətta toyunu da keçirirəm, bircə üzüyü gətir”. O, istintaq zamanı da müstəntiqə bildirmişdir ki, barəsində dövlət əlehinə cinayət əməlini törətməsi nəzərdə tutulan maddə istisna olmaqla hansı maddə ilə ittiham irəli sürürsə qeyd etsin. O, əsəb xəstəliyi ilə bağlı davamlı olaraq dərmanlar qəbul edir. Cəzaçəkmə müəssisəsindən çıxanda da istifadəsində mobil telefon və iki nömrə vardi. İstifadəsində olan mobil nömrələr 2150290; **********-dür. O, hər gün ona işləmiş “Omega” taksi şirkətinə zəng edərək taksi sifarişi etmişdir. Sifariş etdiyi taksi ilə Mehdiaba qəsəbəsinə gedirdi. Anten dairələri ilə onun həmin ərazidə olmaması, evdən oğurluq edilməməsi müəyyən olunar. O, əvvəllər cinayət əməli törətmişdir. İbtidai istintaq orqanı ona etiraf etməsə narkotiklə yükləyəcəklərini bildirmişdir. Cinayətkar keçmişi olması o demək deyildir ki, bu əməli də o törətmişdir. Əməli törətsəydi inkar etməzdi. O, əvvəl oğurluq cinayət əməlini törətməsinə görə məhkum olunmuşdur. Oğurluq əməlini törətmiş bir şəxs kimi, o, ağılsızlıq edib əlcək geyinmədən nə yaşayış yerinə daxil olardı, nə də ki, kameraların müşahidə etdiyi ərazidə hərəkət edərdi. İttiham aktında həmçinin qeyd edilmişdir ki, oğurladığı əşyaları Etibar adlı şəxsə saxlamaq üçün vermişdir. O, ümumiyyətlə Eibar adlı şəxsi tanımır. Bir nəfər Etibar adlı tanıdğı şəxs var ki, o da cəzaçəkmə müəssisəsində hazırda cəza çəkir. O, həmin tarixdə yaşadığı evdə olmuşdr. Oğurluq hadisəsi baş verdiyi evi, ünvanı bilmir, tanımır. Yaşadığı ərazidən kənara uzaqlaşmır. 14 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində əməliyyat-rejim şöbəsinin əməkdaşı Şahid2 onun barəsində, mənfi xasiyyətnamə vermişdir. 23.01.2021-də səhhətində yaranmış problemlə əlaqədar olaraq müayinə olunması üçün icazə verilməsinə dair ərizə ilə müraciət etmişdir. Lakin bu gerçək deyildir. Cəzaçəkmədən buraxılandan sonra ancaq evdə olmuşdur. Son olaraq mülki iddianın təmin edilməməsini və barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 24 yanvar 2021-ci il tarixdə oğlu Şamxal ailəsi ilə birlikdə onun Binəqədi rayonunda yerləşən evinə gəlmişlər. İki gün orada qaldıqdan sonra öz evlərinə qayıtmışlar. Evlərinə qayıtdıqda mənzillərindən oğurluq edilməsini aşkar etmişlər və bu barədə polisə müraciət etmişlər. Mənzildən qızıl-zinət əşyaları oğurlanmışdır. Oğurluq nəticəsində onlara ümumilikdə 18470 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və verilmiş mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı (mülki iddiaçı) Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Yaşayış evi 23 mərtəbəli olmuş, onun mənzili isə 9-cu mərtəbədə yerləşmiş, 4 otaqlı olmuşdur. Çox vaxtı atası evində qalmış və bu səbəbdən həmin evdə arabir yaşamışdır. 24 yanvar 2021-ci il tarixdə saat 18-30-da o, arvadı X2 iki azyaşlı uşağı ilə birlikdə evdən çıxmış və Binəqədi rayonunda yaşayan atası evinə getmişdir. Evin qapı və pəncərələrini bağlamışlar. 26 yanvar 2021-ci il saat 11-12 radələrində arvadı Ləman onun mobil telefonuna zəng etmiş o, evə girəndə evin eyvanın plastik qapısının açıq olduğunu və qapıda zədəli izlər müşahidə etdiyini bildirmişdir. Sonra ona yataq otağında dolabın içərisində şüşə bankanın içərisində yığmış olduğu 60 manat məbləğində 50 qopiklərin bankanın içərisində olmamışdır. O, saat 15-30 radələrində evə gəlmiş, evə baxış keçirmiş yataq otağında yerləşən komutun siyirməsindən qızıl-zinət əşyalarının olmadığını aşkar etmiş, kimsə eyvanın qapısının gərilmə yolu ilə evə daxil olduğunu və evdən oğurluq edildiyini başa düşmüşdür. Mənzilində olmadığı müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan şəxslər həmin binanın dəhlizindəki pəncərədən, onun mənzilinin eyvanına keçməklə eyvanın plastik qapısını gərilmə üsulu ilə açıb mənzilə daxil olaraq, yataq otağındakı dolabdan 18470 manat dəyərində qızıl-zinyət əşyalarını gizli olaraq talamaqla oğurlamışlar. Evdən oğurlanmış qızıl əşyaları-5 brliyant qaşlı qızıl üzük 750 əyarlı olmaqla 5 qram dəyəri 7000 manat, Roberto coin komplekt dəst 750 əyarlı olmaqla 93 qram 8000 manat, tək qaşlı üzük 750 əyarlı olmaqla 16 qram 1400 manat, sırğa qolbaq dəsti 750 əyarlı olmaqla 17 qraml500 manat və Burberry markalı saat dəyəri 300 ABŞ dolları, milli pul vahidi ilə 510 manat məbləğində olmuşdur. Beləliklə də, oğurlanmış əmlakın və pulların ümümi məbləği 18470 manat təşkil etmişdir. Oğurluğu onun evindən kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Qeyd etdiyi əmlakdan savayı onun evindən başqa heç bir əşyası oğurlanmamışdır. Bundan sonra, o, oğurluq barədə polisə ərizə ilə müraciət etmiş və polis əməkdaşları onun evinə gəlib baxış keçirmişlər. Onun mənzilinə valideyinlərindən savayı başqa heç kim gəlib getınəmişdir. Həmin əşyalar və pul onun özünün mülkiyyəti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə “Toyota Corolla” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 25 yanvar 2021-ci il tarixdə saat 21 radələrində o, “Omeqa” taksi firmasından sifariş qəbul etmiş, sistemdən o, həmin ***-***-**-** mobil nömrəyə çağrış etmiş və bir az keçmiş həmin hömrədən sifarişçi onun ***-***-**-** nömrəsinə zəng etmiş və Azadlıq küçəsində “Koala” parkının qarşısında dayandığını, ora gəlməsini xahiş etmişdir. O, sifarişi qəbul edib, tez bir zamanda həmin ünvana gəlmiş və iki nəfər şəxs avtomobilinə əyləşmişlər. Həmin sərnişinlər Mehdiabada “Linkolin" yanacaq doldurma məntəqəsinin yanına sürməyi bildirmişlər. O, avtomobili sürüb həmin yerə gəlmişdir. Həmin şəxslərdən qabaqda oturan onunla söhbət etmiş, ona taksi sürmək sərf edib etməməsi və sair məzmunda söhbət etməyə başlamış, lakin onun diqqəti yolda olduğu üçün sadəcə olaraq ona hə, yox cavabları vermişdir. Arxada oturan şəxs isə heç nə danışmamışdır. Həmin yerə çatıb gəlmiş və ona gediş haqqı kimi 5 manat pul vermişlər. Sonra o, 1-2 saatdan sonra şəhərə qayıdacağını, olarmı zəng edib onu şəhərə aparmasını xahiş etmişdir. O, evə getmək istədiyini, artıq gec olduğunu və onu şəhərə apara bilməyəcəyini demişdir. Sağollaşıb onlar avtomobildən yerə düşüb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ƏN-nin PX-nin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsində xidmət etdiyini bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs 02 aprel 2020-ci il tarixdə 10 saylı cəzaçəkmə müəssəsindən 14 saylı məntəqə tipli cəzaçəkmə müəssəsinə daxil olmuşdur. 23 yanvar 2021-ci il tarixdə səhətində yaranmış problemlə əlaqədar olaraq müəssisə rəisi tərəfindən məhkum Təqsirləndirilən şəxs ərizəsinə əsasən müayinədən keçmək üçün ona icazə verilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə oğurluq cinayəti törətmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs davranışları və münasibəti ilə mənfi xarakterizə olunan məhkum kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işi ibtidai araşdırmanın aparılması üçün icraata qəbul edilmişdir. Hadizə yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 758/759cu məhəllə, ev 1, mənzil 167-də qeydə alınmışdır. Həmin mənzil 23 mərtəbəlidir. Qeyd olunan mənzil 9-cu mərtəbədə yerləşir. Mənzil 4 otaqlıdır. Evin giriş qapısı dəmirdəndir və qapının üzərində heç bir zədə, çıxılma izləri müşahidə olunmamışdır. Evin içərisində heç bir dağıntılıq yoxdur. Şikayətçi bildirmişdir ki, evdəki dolabdan içərisində şüşə 1 litrlik bankadan 50 qəpikliklər cəmi 60 manat, sonra yataq otağından komutun siyirməsindən qızıl-zinət əşyaları yoxdur. Bundan sonra ekspert tərəfindən 2 ədəd 1 litrlik bankaların üzərindən 4 ədəd, eyvandakı məhəccərin üzərindən 1 ədəd, dolabın-komotun üzərindən 3 ədəd və dolabın içərisində olan şikayətçinin şəxsiyyət vəsiqəsinin üzərindən 2 ədəd - cəmi 9 ədəd əl-barmaq izləri aşkar edilmiş və həmin izlər şəffaf lent kəsiyinə küçürülərək götürülmüşdür. Eyvanın qapısı isə açıq vəziyyətdə olmuşdur və orta hissəsində cüzi cızıqlar müşahidə edilmişdir. Oğurlanmış qızıl əşyalarının fotoşəkilləri təqdim edilmiş və 6 ədəd foto götürülmüşdür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə saat 16:00 radələrində AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 011- 1142-1221 nömrəli, 08.02.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov RPİ-nin 05.02.2021-ci il tarixli, 078-3212-1221 nömrəli məktubu vasitəsi ilə, 26.01.2021-ci il tarixdə, C.Hacıbəyli küçəsi 758/759-su məhəllə, mənzil 167 ünvanda vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 08.02.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərinin 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Binəqədi RPİ, BƏSİİ və Nərimanov RPİ-dən daxil olan) xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağı ilə eynilik təşkil etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Raqub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Raqub oğlunun barəsində həbs etmənin əvvəli 08.02.2021-ci il tarixdən hesablanmaqla 02 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. 09 fevral 2021-ci il tarixdə ifadənin hadisə yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs Raqub oğlu 25 yanvar 2021-ci il tarixdə Nərimanov rayonu C.Hacıbəyli küçəsi 758/759-cu məhəlldə yerləşən 1 saylı evin 167-ci mənzilini göstərərək, həmin mənzilin eyvanının plastik qapısını özündə olan vintaçan alətlə aralayıb açdığını və mənzilə daxil olduğunu və otaqda dolabın içərisində şüşə bankanın içərisindən 50 qəpik xırda pulları və komutun siyirməsindən qızıl-zinət əşyalarını oğurladığını bildirmiş və hadisə yerini tam dəqiqliyi ilə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Raqub oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.04.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.09.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə AR CM-də dəyişikliklər edilməsi ilə əlaqədar 20.10.2017-ci il tarixli qanuna əsasən cəzası 07 il 06 aya endirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 1(103)-1459/2018 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 7(005)-199/2018 saylı qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli 7(005)-199/2018 saylı qərarı dəyişdirilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilməsi ilə əlaqədar ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli, 1(101)-287/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təyin olunmuş 10 (on) il müddətində azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 7(005)-199/2018 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 7(005)-59/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, cəzasının sonu 08.02.2022-ci il tarixə düşən, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 1(103)-1459/2018 nömrəli qərarı ilə müəyyən edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏN-nin MEM-nin 23 fevral 2021-ci il 3/355 saylı ekspertiza rəyindən görünür ki, təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthindəki “a”, “b” əl- barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3,4,5,6,7,8,9 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi Təqsirləndirilən şəxs Raqif oğlunun (qərarda Raquf) sol əinin adsız barmağından və 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sol əlinin orta barmağından qalmışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs Raqif oğlunun daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərinin 1 və 2 falanqa hissəsi tam və aydın əks olunmadığından, 2 saylı daktilolentin səthindəki “a”,”b” əl-barmaq falanqa izlərinin tədqiqatı aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 161.11 manat təşkil edir. Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik hüquqi şəxsin 05 mart 2021-ci il tarixli 491 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Video diskə baxış keçirilməsi haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidə saat 20-44-də bir nəfər hündür boylu, əynində ağ rəngli, baş nahiyəsi örtülü idman sviteri olan şəxsin qeyd olunan binanın çıxışından çıxdığı və iri addımlarla mobil telefona danışaraq küçəyə doğru hərəkət etdiyi müəyyən olundu. Təqsirləndirilən şəxslə birlikdə həmin görüntüyə baxdıqdan sonra, video görüntüdə görünən şəxsin onun özü olduğunu, mənzildən oğurluq etdikdən sonra hadisə yerini tərk edərək oradan çıxıb gedən şəxsin onun özünün olduğunu bildirdi. Sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 177.2.1., 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli və ona elan edilmiş ilkin ittihama əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, ********* saylı cinayət işindən cinayətin digər iştirakçısı - şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində, eləcə də qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etmiş şəxs haqqında Azərbaycan Respublikası CM-nin 194.1.,177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin ayrılması və həmin şəxslərin əməllərinə ayrılmış cinayət işi üzrə aparılan istintaqla hüquqi qiymətin veriləcəyi nəzərə alınması, bir ədəd video-disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. AR ƏN Penitensiar Xidmətin 14 saylı X1 Rayon Məhkəməsinə ünvanladığı 22.10.2021ci il tarixli məktubdan görünür ki, 11.02.2021-ci il tarixə məhkum Təqsirləndirilən şəxs ümumi olaraq cəzasının 7 il 6 ayından 6 il 6 ay 3 gününü çəkmiş və cəzasının çəkilməmiş qalan hissəsi isə 11 ay 27 gün təşkil edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs vermiş olduğu iddia ərizəsindən görünür ki, təqsirlədirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğurluq yolu ilə taladığı 18470 manat məblğində pulun zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisə yerinə keçirilmiş baxış protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməyərək, 25 yanvar 2021 -ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 758/759-cu məhəllədə yerləşən 1 saylı evin 167-ci mənzilindən oğurluq etmədiyini, ümumiyyətlə həmin ərazidə olmadığını, istintaqın obyektiv şəkildə aparılmadığını, ibtidai istintaq zamanı təzyiq altında özünü təqsirli bilməsinə dair etirafedici izahat verməsini, əvvəllər də oğurluq cinayət əməlini törətməsini, cinayətkar keçmişə malik olmasına baxmayaraq bu əməli törətməməsini, bir sözlə ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, ekspertiza rəyləri, habelə məhkəmə baxışının gedişatında tərəflərin vermiş olduğu ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Raqif oğluna məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə hadisənin baş verdiyi 25.01.2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatların, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatlar "xxxx" MMC-dən götürülməsi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallar qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 139-cu maddəsində müəyyən edilmişdir. Bunlara cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir. Bu məqsədlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında cinayət işi üzrə əlavə sübutların və Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinin aidiyyətinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə və binanın bayır hissəsinə quraşdırılmış müşahidə kamerasında qeyd alınmış video-yazı qeydləri götürülməsi məqsədi ilə "xxxx" MTK-ya sorğular göndərilmişdir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə hadisənin baş verdiyi ərazidə olması Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş anten dairələrinə dair məlumatlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs cinayət əməlini törətmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Raqub oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Raqub oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Raqub oğlunun əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Raqub oğlunun əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Raqub oğlunun Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 1(103)-1459/2018 nömrəli qərarı ilə müəyyən edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 02.04.2020-ci il tarixdə 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və 11.02.2021-ci il tarixinə cəzasının çəkilməmiş hissəsi 11 ay 27 gün müddət hesablanmışdır. Təqsirləndirilən şəxs Raqub oğlu Bakı Apelyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 02.04.2020-ci il tarixdən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməllərini 25 yanvar 2021-ci il tarixdə törətmişdir. Göründüyü kimi o, hazırki cinayət əməllərini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Raqub oğlunun əməlində cinayətlərin residivi yaranmış olur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Raqub oğlunun əvvəllər də oğurluq cinayətlərinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Raqub oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Raqub oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 20.09.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Raqub oğluna təyin olunmuş və 11.02.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Raqub oğluna qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Raqub oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs Raqub oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Raqub oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Raqub oğlunun barəsində həbs etmənin əvvəli 08.02.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs Raqub oğlunun törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Raqub oğlu ümumilikdə zərərçəkmiş şəxsə 18470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Raqub oğlu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan da təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, vurulmuş maddi zərərə görə 18470 (on səkkiz min dörd yüz yetmiş) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh)-Təqsirləndirilən şəxs Raqub oğlundan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 161.11 manat Təqsirləndirilən şəxs Raqub oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübüt kimi tanınmış 02 ədəd CD disk və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Raqub oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saat üçün cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Raqub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 20.09.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Raqub oğluna təyin olunmuş və 11.02.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Raqub oğluna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Raqub oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs Raqub oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış 02 ədəd CD disk və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 161.11 manat Təqsirləndirilən şəxs Raqub oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs (Mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs Raqub oğlundan maddi ziyana görə 18470 (on səkkiz min dörd yüz yetmiş) manat pul tutularaq zərərçəkmiş şəxs (Mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Raqub oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saat üçün cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-220/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-220/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver