Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-220/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, XX.XX.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 ay müddətində vaxtından əvvəl, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 2537 nömrəli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən yeddi ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:15-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 21:40-dan etibarən istifadəsində olan «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş İdarənin inzibati binasının həyətində özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 2537 nömrəli, 9 mm kalibrli, PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən yeddi ədəd patron avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmazdan təxminən 10 gün əvvəl yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki zibilxanadan sellofana bükülmüş bir ədəd Makarov tapança, həmin tapançaya məxsus bir ədəd daraq və yeddi ədəd patron tapmış, tapıdığı silah-sursat onda maraq yaratdığından özündə saxlamaq qərarına gəlmiş, buna görə də tapançanı və patronları götürüb idarə etdiyi «Chevrolet Cruse» markalı avtomobilin yük yerində, ehtiyyat təkərin üst hissəsində gizlədib saxlamışdır. 05 yanvar 2023-cü il tarixdə saat 19:15-də dostu X2 ilə birlikdə, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanın yaxınlığında idarə etdiyi «Chevrolet Cruse» markalı avtomobildə olan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan üç əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini istəmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmiş və həm onu, həm də yanında olan Rahib Babayevi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da buna etiraz etməyib özünə məxsus olan «Chevrolet Cruse» markalı avtomobillə polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş, orada hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş, sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən qanunsuz əşyalar aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşduqda, o, səmimi olaraq idarə etdiyi “Chevrolet Cruse” markalı avtomobildə bir ədəd Makarov tapança, həmin tapançaya məxsus bir ədəd daraq və yeddi ədəd patron saxladığını etiraf edib qeyd olunan silah-sursatı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün Baş İdarənin həyətində saxlanılan ona məxsus «Chevrolet Cruse» markalı avtomobilə razılığı və iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, bu zaman polis əməkdaşları tərəfindən ona idarə etdiyi avtomobildə odlu silah və döyüş sursatlarını təqdim etməsi təklif edilmiş, bundan sonra o, özündə olan açarla avtomobili açıb polis əməkdaşlarına avtomobilin yük yerində sellofanda Makaraov tapança və yeddi ədəd patron olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları dediyi yerdən sellofanı götürmüş və sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən bir ədəd Makarov tapança, tapançanın üzərində bir ədəd daraq və darağın içində isə yeddi ədəd patronu aşkar edib götürmüşlər. Təqdim etdiyi silah-sursata polis əməkdaşları tərəfindən baxış keçirilmiş və bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 05 yanvar 2023-cü il tarixdə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə tərəfindən qərar qəbul edilib Baş İdarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinə başlanılmış və həmin gün sonuncunun Bakı şəhəri Nizami rayon ərazisində olması müəyyənləşdirilmişdir. Keçirilmiş tədbir nəticəsində həmin gün saat 19:15-də Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospekti 7 üvanın yaxınlığnda idarə etdiyi «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmış, həmin zaman Təqsirləndirilən şəxs yanında tanışı X2 olmuş, Təqsirləndirilən şəxs saxlanılarkən özlərini təqdim edib onun barəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, üzərində gəzdirib saxlamasına dair məlumata malik olduqlarını bildirib tərəfindən qəbul edilmiş qərarla tanış etmiş və sonra onlarla birlikdə Baş İdarəyə gəlməsini təklif emiş, Təqsirləndirilən şəxs və onun yanında olan Rahib Babavev buna etiraz etməyərək «Chevrolet Cruse» markalı avtomobillə birlikdə Baş idarəyə getmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra videoçəklişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı bir silah-sursat və ya başqa qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və ya sənədlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlayıb-saxlamaması barədə soruşduqda, sonuncu səmimi olaraq etiraf edib idarə etdiyi avtomobildə bir ədəd Makarov tapança və patronlar saxladığını, həmin tapançanı və patronları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün saat 21:40-da Baş İdarənin həyətində saxlanılan «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkliş aparılmaqla, Təqsirləndirilən şəxs öz razılığı əsasında və müdafiəçisinin iştirakı ilə baxış keçirilməyə başlanılmış, bu zaman təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin yük yerindən ağ rəngli sellofana bükülmüş bir ədəd Makarov markalı tapança, bir ədəd daraq və yeddi ədəd patronu təqdim etmişdir. Daha sonra aşkar olunmuş silah-sursata baxış keçirilib bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançanı, darağı və patronları təxminən 10 gün əvvəl Qobu qəsəbəsindən, zibilxanadan təsadüfən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 25-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 36-38-ci vərəqələrində olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Babək Haqverdiyev tərəfindən «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə BMCMİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış həyata keçirilir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə, etdiyi «Chevrolet Cruse» markalı avtomobildə saxladığı odlu silah və döyüş sursatlarını təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs da öz növbəsində avtomobilin arxa yük yerində saxladığı ağ rəngli sellofan torbanı təqdim edir. Həmin torba təhqiqatçı tərəfindən açıldıqda torbanın içərisindən bir ədəd Makarov markalı tapança, həmin tapançaya aid bir ədəd daraq və daraqda yeddi ədəd patron aşkar olunur. Daha sonra aşkar olunmuş tapança, daraq və patronlar bir ədəd kağız zərfdə qablaşdırılır. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi tapança, daraq və patronları təxminən 10 gün əvvəl Abşeron rayonu, Qobu qəsəbəsindəki zibilxanadan tapdığını bildirir. Cinayət işinin 55-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/4R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 2537 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov Konstruksiyalı PM modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Cinayət işinin 71-ci vərəqində olan “DVD disk daşıyıcısında qeydə alınan videogörütüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdəki baxış və götürmə hərəkətlərinin qeydə alındığı videoçəklişə baxış keçirilərkən müəyyən edildi ki, təhqiqatçı Babək Haqverdiyev tərəfindən «Chevrolet Cruse» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə BMCMİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həyata keçirilir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə, etdiyi «Chevrolet Cruse» markalı avtomobildə saxladığı odlu silah və döyüş sursatlarını təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs da öz növbəsində avtomobilin arxa yük yerində saxladığı ağ rəngli sellofan torbanı təqdim edir. Həmin torba təhqiqatçı tərəfindən açıldıqda torbanın içərisindən bir ədəd Makarov markalı tapança, həmin tapançaya aid bir ədəd daraq və daraqda yeddi ədəd patron aşkar olunur. Daha sonra aşkar olunmuş tapança, daraq və patronlar bir ədəd kağız zərfdə qablaşdırılır. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi tapança, daraq və patronları təxminən 10 gün əvvəl Abşeron rayonu, Qobu qəsəbəsindəki zibilxanadan tapdığını bildirir. Cinayət işinin 94-99-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-9/2023 nömrəli qərarından görünür ki, təqdimat və vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 05 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 2537 nömrəli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq dörd ədəd 9x18 mm kaiibrli patronların maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 123-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 2 ay müddətindən vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 127-134-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-176/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin tutulduğu 07 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2014-cü il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmləri üzrə məhkumluqları hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir: «Cinayət Məcəlləsinin 83-cü maddəsində “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.”. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2014-cü il tarixli hökmü üzrə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 illik müddətin axımı, onun hökmlə təyin edilmiş cəzadan azad olunduğu, yəni xx.xx.2018-ci il tarixdən hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü üzrə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı, onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının 2 ay hisəsini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni 07 iyul 2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 05 yanvar 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, yuxarıda qeyd olunan hər iki hökm üzrə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X1 Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 2537 nömrəli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq dörd ədəd 9x18 mm kalibrli patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 2537 nömrəli “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq dörd ədəd 9x18 mm kalibrli patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-220/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-220/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver