Məhkəmə qərarları › İş №1(005)-220/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-220/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-220/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunda doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 04 may 2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 5000 manat məbləində cərimə cəzasına, 20 noyabr 2024-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Varis şəhid ailələri və qazilərə qayğı” ictimai Birliyinin Yasamal rayon filialının sədri, vətəndaş Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında aralarında tanışlıq münasibətləri yaranmış vətəndaş Zərərçəkmiş şəxs1 əri X4 İ Qarabağ müharibəsidə iştirak edib yaralanmasına görə həmin faktın təsdiq edilərək pensiya hüququnu əldə etmək istədiyini bilib hər hansı vətəndaşa pensiya hüququnu əldə edilməsində köməklik göstərməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, yaranmış əlverişli vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə edərək varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2022-ci ilin oktyabr ayının əvvəllərində saat 12 radələrində Müdafiə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Baş Klinik Hospitalının qarşısında 5000 (beş min) manat məbləğində pulu nağd formada, 3000 (üç min) manat məbləğində pulu isə 2022-ci ilin oktyabr ayında ödəniş terminalı vasitəsi ilə **********508072 kart hesabına köçürmə yolu ilə vətəndaş Zərərçəkmiş şəxs1 almışdır. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs verdiyi vəd üzrə Ə.İ.Camalovun xeyrinə heç bir hərəkət etməmiş və ümumilikdə vahid niyyətlə 8000 (səkkiz min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, vətəndaş Təqsirləndirilən şəxs həmyerlisi X3 “Vətən müharibəsi”ndə iştirak edib yaralandığı üçün özünə əlillik dərəcəsi təyin edilməsini istədiyini bilib hər hansı vətəndaşa əlillik dərəcisinin təyin edilməsində köməklik göstərməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, yaranmış əlverişli vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə edərək varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin noyabr ayının sonlarında saat 12 radələrində Müdafiə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Baş Klinik Hospitalının yaxınlığında 3000 (üç min) manat məbləğində pulu nağd formada vətəndaş E.O.Qəhrəmanovun qohumu Zərərçəkmiş şəxs2 almışdır. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs verdiyi vəd üzrə E.O.Qəhrəmanovun xeyrinə heç bir hərəkət etməyib 3000 (üç min) manat məbləğində pulualdatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə, vətəndaş Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdə olarkən tanış olduğu Heydər Əliyev adına Hərbi İnstitutun poliklinikasının həkimi, tibb xidməti kapitanı Zərərçəkmiş şəxs3 ilə söhbət əsnasında, sonuncunun anası X5 təyin olunmuş İİİ qrup əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina edilməsi barədə məlumatı olduqdan sonra hər hansı vətəndaşa əlillik dərəcəsi təyin etməyə heç bir səlahiyyətə və ya imkanlara malik olmadığı halda, yaranmış əlverişli vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə edərək varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 28 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “nənəmin təndiri” adlı çörəkbişirmə sexinin yanında 5000 (beş min) manat məbləğində pulu tibb xidməti mayoru Zərərçəkmiş şəxs3 almış, lakin sonrakı müddətdə verdiyi vəd üzrə Şahid2 xeyrinə heç bir hərəkət etməyərək 5000 (beş min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər “Varis şəhid ailələri və qazilərə dəstək” ictimai Birliyinin Yasamal rayon filialının sədri vəzifəsində işləyib. Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayından etibarən tanışı Şahid1 vasitəsi ilə tanımışdır, 2022-ci ilin oktyabr ayında dostu Şahid1 sonuncunun bibisi Zərərçəkmiş şəxs1 əri X4 İ Qarabağ müharibəsində iştirak edərək müxtəlif bədən xəsarətləri almasına baxmayaraq aldığı xəsarətlərlə bağlı tibbi sənədlərinin natamam olmasına görə əlillik dərəcəsi ala bilmədiyini, lakin həmin sənədləri tamamlayıb əlillik dərəcəsi almağı arzu etdiyini eşitmişdir Həmin vaxt bunun üçün real imkanları olmamasına baxmayaraq, həmin məsələni pul müqabilində həll edəcəyini deyərək 2022-ci ilin oktyabr ayında Şahid1 vasitəsi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat pul müqabilində Əsgər Camalova məxsus İ Qarabağ müharibəsi dövrünə aid tibbi sənədləri hazırlayıb əlillik dərəcəsi almasına köməklik göstərəcəyinə dair vəd vermişdir. Zərərçəkmiş şəxs1 ilə razılaşdıqdan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində təkrar Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə görüşüb 5000 (beş min) manat məbləğində pulu əlbəəl ondan almışdır. Sonrakı mərhələdə isə qalan 3000 (üç min) manat pulu 2022-ci ilin oktyabr ayında hissə-hissə olmaqla özünə məxsus kart hesabına köçürülməsi yolu ilə almışdır. Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini aldıqdan sonra Əsgər Camalovun xeyrinə heç bir hərəkət etməyib aldığı pul vəsaitim öz şəxsi xərcləri üçün sərf etmişdir. Bundan başqa, həmyerlisi olan Zərərçəkmiş şəxs2 əmisi oğlu X2 əlillik dərəcəsinin təyin edilməsində köməklik etməsinin mümkün olub-olmamasını maraqlandıqda, o, pul vəsaitini ələ keçirmək məqsədlə sonuncuya əlillik dərəcəsinin təyin edilməsinə köməklik edə biləcəyini deyib bunun müqabilində 3000 (üç min) manat pul istəmişdir. 2023-cü ilin noyabr ayının sonlarında Elvin və Elməddinlə birgə saat Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşüb orada 3000 (üç min) manat pulu əlbəəl almışdır. Lakin sonrakı müddət ərizndə o, Elməddin Qəhrəmanovun xeyrinə heç bir hərəkət etməyib adığı pulu şəxsi xərcləri üçün sərf etmişdir. Həmçinin, şəhərdə kafelərin birində söhbət əsnasında Zərərçəkmiş şəxs3 anası Şahid2 təyin olunmuş əlillik dərəcəsinin müddətinin başa çatdığını və sonradan təkrar təyin olunmadığını eşidib yaranmış şəraitdən istifadə edərək Zərərçəkmiş şəxs3 anası Şahid2 təkrar əlillik dərəcəsinin təyin edilməsi üçün köməklik etmək imkanının olduğunu deyib bunun müqabilində 5000 (beş min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Nərimanov rayonu ərazisində “nənəmin tədiri” adlı çörək bişirmə sexinin yanında Zərərçəkmiş şəxs3la görüşüb orada ondan 5000 (beş min) manat məbləğində pulu əlbəəl almış və sonrak müddət ərzində verdiyi vədlər üzrə Şahid2 xeyrinə heç bir hərəkət etməyərək aldığı pul vəsaitini şəxsi məqsədləri üçün sərf etmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 01 (bir) övladının və həyat yoldaşının olmasını bildirərək, zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımışdır. Həyat yoldaşı X6 hərbi xidmət dövründə xəsarət alması ilə bağlı pensiya alması məsələlərini həll etmək üçün Şahid1 vasitəsi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs ona 8000 (səkkiz min) manat pul müqabilində əri Əsgər Camalovun pensiya hüququnu təmin edəcəyinin bildirmişdir. O, kredit götürüb 2022-ci ilin təxminən oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxslə Şahid1 vasitəsi ilə Baş Klinik Hospitalın qarşısında saat 12 radələrində görüşüb 5000 (beş min) manat pul vermişdir. Sonrakı mərhələdə isə o, qalan 3000 (üç min) manat pulu 2022-ci ilin oktyabr ayında hissə-hissə olmaqla kart hesabına göndərmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları aldatdığını başa düşmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2010-cu ildə hərbi hissədə müddətli həqiqi hərbi xidmət edərkən tanımış, həmçinin eyni rayonlu olmaqla qohumluqları olduğu üçün 2010cu ildən münasibətləri olmuşdurd. Anası Şahid2 Talib qızına təyin edilmiş İİİ qrup əlillik dərəcəsi 2023-cü ilin ortalarında təkrar təyin edilməmişdir. O, bundan sonra Təqsirləndirilən şəxslə görüşlərindən birində bu barədə söhbət etmişdir. Həmin görüş 2023-cü ilin sonlarında Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Möhtəşəm məkan” adlı kafedə olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs ona anasının əlillik dərəcəsinin bərpa olunması ilə bağlı köməklik edə biləcəyini deyib bunun müqabilində 5000 (beş min) manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə razılaşdıqları kimi 5000 (beş min) manat pulu 28 yanvar 2024-cü il tarixdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində “nənəmin tədiri” adlı çörəkbişirmə sexinin yanında vermişdir. Bundan sonrakı mərhələdə Təqsirləndirilən şəxslə dəfələrlə əlaqə saxlasa da, sonuncu anasının müxtəlif xəstəxanalara getməsini deyib onu müayinələrə göndərtmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, İ Qarabağ müharibəsində iştirak edib xəsarət almış, hazırda psixi xəstəlikdən əziyyət çəkir. Hərbi xidmət dövründə xəsarət alması ilə bağlı pensiya ala bilməmişdir. Qohumları Şahid1 onlara Təqsirləndirilən şəxs adlı şəxsin bu növ məsələləri həll etmək imkanı olduğunu demişdir. Onlar 2022-ci ilin oktyabr ayında Şahid1 vasitəsi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs ona 8000 (səkkiz min) manat pul müqabilində onun pensiya hüququnu təmin edəcəyini bildirmişdir. Arvadı Zərərçəkmiş şəxs1 kredit götürüb 2022-ci ilin təxminən oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs vermişdir, qalan 3000 (üç min) manat pulu isə hissə-hissə olmaqla kart hesabına göndərmişdir. Pulu verdikdən sonra bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən heç bir hərəkət edilmədiyini görmüşdür. Hər dəfə müxtəlif bəhanələrlə onları aldadmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş Şahid2 məhkəmə iclasında ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir və ittiham aktında qeyd olunmuş hallar bir daha öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respukblikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat məbləğdə cərimə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq edilən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(020)-58/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddəti hər bir günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddiası yoxdu, ona dəymiş zərər ödənilmişdir. Barışmışdır. Gələcəkdə bununla bağlı şikayəti olmayacaqdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli, 19548 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında, yəni 4000,00 (dörd min) manat dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.2-ci maddəsinə əsasən eyni əməlllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.4-cü maddəsinə əsasən eyni əməlllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında ödəniş etməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Bakı şəhəri 25 saylı» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar