Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-221/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Hüseynli Cavid Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçisi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 2090 ünvanındakı “xxxxxxxxxxxxxxxx” ASC-nin həyətində yerləşən anbarın qapısının qıfılını dəmir alətlə sındırıb qanunsuz olaraq içəri daxil olmuş və oradan Zərərçəkmiş şəxs1 məxsus 1 kq-nın qiyməti 7,3 manat olmaqla 200 kiloqram mis, 1 kqnın qiyməti 5,4 manat olmaqla 150 kiloqram latun, 1 kq-nın qiyməti 1,6 manat olmaqla 200 kiloqram düralminium, 1 kq-nın qiyməti 2,2 manat olmaqla 200 kiloqram qurğuşun, 1 kqnın qiyməti 1.8 manat olmaqla 100 kiloqram sink və 1 kq-nın qiyməti 1,4 manat olmaqla 80 kiloqram alüminium metalları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3322 (üç min üç yüz iyirmi iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10 saylı ünvanda fəaliyyət göstərən “Səma” marketin pəncərəsinə bərkidilmiş barmaqlığı sökərək qanunsuz olaraq içəriyə daxil olub oradan 54 manat məbləğində pul, 5 manat dəyərində 055-339-13- 59 mobil nömrə olan dəyəri 45 manat olan “Samsung’’ markalı mobil telefon, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 30 ədəd olmaqla ümumi dəyəri 66 manat olan “Wincester” markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 90 qəpik olan 20 ədəd olmaqla ümumilikdə dəyəri 38 manat olan “Classic” markalı siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan 15 ədəd olmaqla ümumi dəyəri 37 manat 50 qəpik olan ağ rəngli “Compact LD" markalı siqaret, 1 ədədinin qiyməti 2 manat 70 qəpik olan 15 ədəd olmaqla ümumi dəyəri 40 manat 50 qəpik olan boz rəngli “LD” markalı siqaret, 1 ədədinin qiyməti 2 manat olan 12 ədəd ümumilikdə dəyəri 24 manat olan boz rəngli "West" markalı, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olan 20 ədəd ümumilikdə dəyəri 34 manat olan “Prima" markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 80 qəpik olan 10 ədəd ümumilikdə dəyəri 18 manat olan “Kingston" markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 80 qəpik olan 15 ədəd ümumilikdə dəyəri 27 manat olan "NZ” markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olan 20 ədəd ümumilikdə dəyəri 34 manat olan “Viceroy” markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olan 25 ədəd ümumilikdə dəyəri 42 manat 50 qəpik olan “Magna" markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 80 qəpik olan 30 ədəd ümumilikdə dəyəri 54 manat olan “Want" markalı siqaret, 1 ədədinin qiyməti 3 manat 10 qəpik olan 30 ədəd ümumilikdə dəyəri 93 manat olan “Winston” markalı siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 20 ədəd ümumilikdə dəyəri 44 manat olan “Palmalİ” markalı siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan 30 ədəd ümumilikdə dəyəri 66 manat olan “Rothmans" markalı siqaret, 1 ədədinin qiyməti 3 manat 30 qəpik olan 40 ədəd ümumilikdə dəyəri 132 manat olan “Kent,; markalı siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan 40 ədəd ümumilikdə dəyəri 144 manat olan “Sobranie" markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan 10 ədəd ümumilikdə dəyəri 15 manat olan “Arqo" markalı siqaret, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olan 7 ədəd ümilikdə dəyəri 11 manat 90 qəpik olan "Palmalİ” markalı siqaretləri və mağazanın müşahidə kameralarına məxsus dəyəri 15 manat olan elektrik yükləyicisini gizli olaraq talayıb zərərçəkmiş şəxs V.Zərərçəkmiş şəxs2 1040 manat 40 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, Suraxanı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Ailəsinin dolanışığını təmin etmək məqsədilə Bakının müxtəlif kəndlərindən ucuz qiymətə metal alıb müxtəlif ünvanlarda yerləşən metal qəbulu məntəqələrinə satmaqla məşğuldur. Həmin metalları istifadəsində olan “Vaz-21013” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daşıyır. Əvvəllər oğurluq cinayətləri törətdiyinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər məhkəməsinin 2013-cü il tarixli hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin 2018-ci il tarixdə azadlığa buraxılmışdır. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 və onun qardaşı Şahid1 ilə təxminən 2 il əvvəl tanış olmuşdur. Belə ki, həmin şəxslər Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində yerləşən anbarda metal qəbulu ilə məşğul olduqlarından metal aparıb satmış və satdığı metalın pulunu da hər dəfə nəğd almışdır. Lakin xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi anbara metal satmaq üçün getdikdə Şöhrətin əmisi Nizami ilə aralarında narazılıq yaranmış və bundan sonra Şöhrət bir daha ondan metal almayacağını bildirmişdir. Baş vermiş hadisəyə görə onda Şöhrətə qarşı kin yaratdığını, bu səbəblə ona cavab vermək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Vaz-21013" markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şöhrətin işlətdiyi «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində yerləşən metal qəbulu məntəqəsinə getdiyini və avtomobili anbarın yanında saxlayaraq qapının qıfılını ətrafdan götürdüyü dəmir alətlə sındırdığını, orada olan içərisində latun və mis metalı ilə dolu olan kisələri götürüb avtomobilə yüklədiyini, oradan yaşadığı evə getdiyini, növbəti gün saat təxminən 11 radələrində oğurladığı iki kisə metalları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, lakin ünvanını tam xatırlamadığı metal qəbulu məntəqəsinə 460 manata satdığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, “Dudu" ləqəbli şəxsi təxminən 10-15 ilə yaxındır kı, yaşadığı Suraxanı qəsəbəsindən tanıyır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaşadığı ev istiqamətində hərəkət edən zaman Dudu adı ilə tanıdığı şəxs ilə görüşmüş, bir qədər danışıb söhbətləşdikdən sonra Dudu ona Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində bir market olduğunu və həmin marketdən oğurluq etmək istədiyini demiş, habelə oğurluğu birlikdə etmək barədə təklif etmişdir. Sonra bu təklif ilə razılaşıb yol kənarında dayanmış taksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinə gəldiklərini, taksi sürücüsünün getdiyini, piyada hərəkət edib saat “Səma" marketin qarşısına gəldiklərini, Dudunun cibindən vintaçanı çıxararaq pəncərənin barmaqlığını qırdığını, özünün isə pəncərənin yanında dayanıb kiminsə gəlib-gəlməməsi barədə Duduya məlumat verdiyini, təxminən 5- 6 dəqiqə keçdikdən sonra Dudunun mağazanın pəncərəsindən çıxaraq aşağıya düşdüyünü, mağazadan 50 manat olmaqla qəpik və manat əskinasları, habelə 5 qutu “Wincester" markalı siqaret götürməsini dediyini bildirmişdir. Dudunun ona cəmi 1 qutu siqaret verdiyini qeyd etmişdir. Sonra yenidən yoldan keçən taksilərdən birini əyləşib əvvəlcə Dudunun yaşadığı Sabunçu rayonuna, sonra isə özünün yaşadığı Suraxanı rayonuna getmişlər. Evə gəldikdən sonra yata bilmədiyi üçün yenidən həmin marketdən oğurluq etmək barədə düşündüyünü, onunla eyni məhəllədə yaşayan taksi fəaliyyəti ilə məşğul olan Elnurun da məhəllədə olmasını görüb ondan bir ünvandan paket götürəcəyini deyib həmin ünvana aparmasını xahiş etmişdir. Daha sonra həmin ünvana gələrək marketin pəncərəsindən içəriyə daxil olaraq mağazadan siqaretlər üçün nəzərdə tutulmuş yerdən müxtəlif növ siqaretləri paketə yığdığını, kassa aparatının yanında olan “Samsung" markalı telefonu götürdüyünü, kassada pul olmadığını görüb mağazanın içərisindən girişi olan otağa daxil olaraq həmin otağı yoxladıqdan sonra qutunun içərisində qəpik əskinaslar olan paketi götürmüşdür. Marketdən çıxıb Elnurun avtomobili ilə yaşadığı ünvana getmişdir. Yaşadığı ünvana çatdıqdan sonra Elnura onu apardığı üçün 20 manat pul vermişdir. Oğurladığı siqaretləri növbəti gün tanımadığı şəxsə 250 manata, “Samsung" markalı telefonu isə tanımadığı başqa şəxsə 20 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan anbara daxil olsa da, oradan oğurladığı metalların dəyəri 3322 manat olmamışdır, qeyd olunan metalları cəmi 460 manata satmışdır. Son olaraq əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2017-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 2090 ünvanında «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində yerləşən qeyri - yaşayış sahəsini icarəyə götürüb orada əlvan metal qəbulu ilə məşğul olur. Məntəqə hər birinin girişi ayrı olan 1 otaq və 1 anbardan ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 09:00-da qardaşı Söhbətlə birlikdə anbara gedəndə qapının üzərindəki qıfılın sındırılmış vəziyyətdə olmasını, qapını açdıqda isə anbardakı əlvan metalların bir hissəsinin oğurlanmasını görmüşlər. Daha sonra anbardan oğurluq edilməsi barədə DİNin 102 xidmətinə məlumat vermişlər. Bir qədər sonra polis əməkdaşları oraya gəlmiş və birlikdə «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxmışlar. Görüntülərə baxarkən xx.xx.2019-cu il tarixdə təxminən saat 02:20-də dövlət nömrə nişanı görünməyən «VAZ-21013» markalı minik avtomobili ilə həmin əraziyə gəlmiş şəxsin avtomobili məntəqənin qarşısında saxlayaraq təxminən 20 dəqiqə avtomobildə əyləşib gözlədiyini, sonra avtomobildən düşüb məntəqəyə yaxınlaşdığı, daha sonra isə torbalara yığılmış əşyaları metal qəbulu məntəqəsindən daşıyıb avtomobilə yükləyərək oradan uzaqlaşıb getdiyini müşahidə etmişdilər. Hadisə nəticəsində işlətdiyi metal qəbulu məntəqəsindən ümumilikdə 3322 manat məbləğındə müxtəlif növ metallar oğurlanmışdır. Sonda təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10 ünvanında fəaliyyət göstərən “Səma” marketi 3 ilə yaxındır ki, icarə əsasında işlədir. xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində mağazaya gələn zaman mağazanın yan pəncərəsinin barmaqlığının əyilmiş, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra mağazadan oğurluq edilməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Mağazadan kassa aparatının yanındakı dolabın gözlüyündə manat və qəpik olmaqla ümumilikdə 50 manat məbləğində pul, özünə məxsus üzərində 5 manat dəyərində ***-***- **-** saylı nömrə olan öz dəyəri 45 manat təşkil edən “Samsung” markalı mobil telefon, müxtəlif markalı siqaretlər, bundan başqa mağazanın içərisindən girişi olan istirahət etmək üçün və malların müəyyən qisminin yığıldığı otağın içərisində qəpik əskinaslar olmaqla 54 manat məbləğində pul, habelə mağazanın müşahidə kameralarına məxsus dəyəri 15 manat olan elektrik yükləyəcisi oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1101 manat 40 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2017-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 2090 ünvanda «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində yerləşən olan qeyri - yaşayış sahəsində qardaşı Şöhrət ilə birlikdə əlvan metal qəbulu ilə məşğul olur. Məntəqə hər birinin girişi ayrı olan 1 otaq və 1 anbardan ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində qardaşı Şöhrətlə birlikdə məntəqənin qapılarını qıfılla bağladıqdan sonra evə getmişdir. Növbəti gün qardaşı Şöhrət ilə saat 09:00-da anbara gedəndə qapının üzərindəki qıfılın sındırılmış vəziyyətdə olmasını, qapını açdıqda isə anbardakı əlvan metalların bir hissəsinin oğurlanmasını görmüşdür. Daha sonra oğurluq hadisəsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişlər. Bir qədər sonra polis əməkdaşları oraya gəlmiş və birlikdə «xxxxxxxxxxxxxxxx» ASC-nin həyətində quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxmışlar. Görüntülərə baxarkən xx.xx.2019-cu il tarixdə təxminən saat 02:20-də dövlət nömrə nişanı görünməyən «VAZ-21013» markalı minik avtomobili ilə həmin əraziyə gəlmiş şəxsin avtomobili məntəqənin qarşısında saxlayaraq təxminən 20 dəqiqə avtomobildə əyləşib gözlədiyini, sonra avtomobildən düşüb məntəqəyə yaxınlaşdığını, daha sonra isə torbalara yığılmış əşyaları metal qəbulu məntəqəsindən daşıyıb avtomobilə yükləyəyək oradan uzaqlaşıb getdiyini müşahidə etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı şahid Şahid2 vermiş olduğu ifadədən aydın olur ki, o, “AzSamand” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 04:30 radələrində Bəhruz adlı qonşusunun ona zəng edərək bır nəfər tanışının ona nəsə verməli olduğunu bildirib Suraxanı rayonu, X.Ələkbərov küçəsinə gəlib onu Dərnəgül bazarı istiqamətinə aparmasını istədiyini bildirmişdir. Avtomobili ilə Bəhruzu götürüb “Hyundai" servisin yanından məhəllələrin içərisinə keçdiyini, avtomobili Bəhruzun dediyi yerdə saxladığını, Bəhruzun avtomobildən düşdüyünü, təxminən 10-15 dəqiqə sonra əlində torba ilə avtomobilə yaxınlaşdığını, torbanı avtomobilin arxa oturacağına qoyduğunu, sonra orada çıxıb Bəhruzu yaşadığı evin yaxınlığına gətirdiyini, Bəhruzun həmin torbanı avtomobildən götürdüyünü və ona 20 AZN pul verdiyini qeyd etmişdir. Həmçinin Bəhruzun törətdiyi cinayət əməli barədə məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36-37); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməsi və ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi və iş üzrə istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır.(i.v. 47); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanılmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 49); “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə naməlum şəxsin “VAZ21013” markalı dövlət qeydiyyat nişanı görünməyən avtomobili idarə edib Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/90 ünvanı istiqamətində hərəkət edərək saat 04:25-də qeyd olunan avtomobili xxxxxxxxxxxxxxxx ASC-nin həyətində yerləşən metal qəbulu məntəqəsinin girişində saxlamış, saat 04:39-da naməlum yaşlı bir kişi cinsindən olan şəxsin həmin ünvanın yaxınlığından keçmiş, saat 05:16-da avtomobili idarə edən naməlum şəxs avtomobillə həmin ünvanı tərk etmişdir. (i.v. 64); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 91-92); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 103-105); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(005)- 365/2020 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. (i.v. 123-125); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 % dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 69.4-cü maddəsi ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilib, AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 67.1-ci maddəsinə əsasən 05 il azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzası təyin edilib. xx.xx.2013-cü ildə AR Ali Məhkəməsinin qərarına əsasən xx.xx.2013-cü il tarixli qərar ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılıb. xx.xx.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2016 ildə Nizami rayon məhkəməsinin qərarına əsasən təqsirli bilindiyi CM-nin 177.3.2-ci maddəsi ilə olan əməli CM-nin xx.xx.2016-ci il tarixdə qüvvədə olan 177.2.1, 177.2.4-cü maddəsinə tövsif edilmiş və ona CM-nin 177.3.2-ci maddəsi təyin edilmiş 9 il azadlıqdan məhrum etmə cəzası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 7 il həddində azaldılmış və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci ildə Bakı apelyasiya Məhkəməsinin qərarı ilə Nizami rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilmiş və 06 il 06 ay azadlıqdan məhrum edilmiş. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" xx.xx.2017-ci il tarixli qanuna əsasən cəzası 05 il təyin olunmuş və cəzasını çəkib qurtardığı üçün azad edilib. (i.v.126-128); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 4(103)- 231/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (i.v.130-131); “Diskə baxış keçirmək haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, görüntüdə cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 05:24-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10 saylı ünvanda fəaliyyət göstərən “Səma” marketin pəncərəsindən içəri daxil olaraq kassadan pul götürməsi, marketdə olan çoxsaylı siqaret qutularını bir neçə torbaya yığması, habelə 05:30-da marketin içərisində olan digər otağa keçməsi və 05:32-də qeyd olunan marketi daxil olduğu pəncərədən tərk etməsi müəyyən edilmişdir. (i.v. 141); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd DVD diskin maddi sübut kimi tanınması, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokol və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 158- 166); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 170-172); Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Aytən adlı qızı var. Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 1383- 7/c nömrəli məktubundan görünür ki, Suraxanı rayon məhkəməsinin 1(010)-306 saylı, xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin cərimə məbləğindən 200 manatı məhkum tərəfindən xx.xx.2012-ci il tarixdə dövlət nəfinə ödənilmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-306 saylı, xx.xx.2011-ci il tarixli hökmü icra olunması üçün AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 istifadəsində olan anbara daxil olsa da, oradan oğurladığı metalların dəyərinin 3322 manat olmadığını, qeyd olunan metalların cəmi 460 manata satdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətinin yüngülləşdirilməsi məqsədilə verilməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri və cinayət işinin digər materialları ilə tam təqzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən təyin edilmiş və ödənilməmiş qalan 2600 manat cərimə cəzası mövcuddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən təyin edilmiş və ödənilməmiş qalan 2600 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 123-125-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-365/2020 nömrəli, xx xxxx 2020-cu il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş qalan 2600 (iki min altı yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası və ödənilməmiş qalan 2600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş qalan 2600 (iki min altı yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış- 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-221/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-221/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver