Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-221/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X12, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - X3, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - X8 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Zərdab rayonu, Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Qafqazinfo.az” saytında işləyən, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xx.xx.2024-cü il tarixdə “Qafqazinfo.az” saytında saytın əməkdaşı X13 tərəfindən yayımlanmış “Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi” başlıqlı xəbərdə X3 şəklini Aydın-Əlizadə ilə çox yaxın məsafədə montaj edərək paylaşaraq Xatirə Quliyevanı təhqir etdiyini və həmin başlıqlı xəbərin mətnində düzgün olmayan saxta məlumatlar yayaraq ona böhtan atdığını bildirmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Qafqazinfo.az” saytının xx.xx.2024-cü il tarixində yaydığı məlumatda ona atılmış böhtanlar: İlkin olaraq o, Aydın Əli-Zadəni məqaləsinə görə yox (sayt ciddi məsələni qəsdən adiləşdirib ki, alimi 1 məqaləyə görə kənarlaşdırmışdır!) 1 il dövlətdən maaş aldığı halda 73 səhifə - 150 səhifəlik kitab həcmində ilik Plan işinə görə şöbədən kənarlaşdırmışdır. Beləki, o onu şöbənin Plan istiqamətindən çıxaraq erməni mövqeyindən olan mövzuda yazdığına görə, Azərbaycanlıları vandal, tat dilli ermənilər adlandıran Akopyan adlı erməni tarixçisi kimi tat dilli ermənilər adlandırdığı üçün, elə Akopyan başda olmaqla onlarla erməni müəllifindən istinadlar verdiyi üçün və erməni saytlarından abidələr qoyduğuna görə Atəşgahımızın tarixini qəsdən təhrif edib XVİİİ əsrə aid etdiyi üçün və çoxsayda elmi-obyektiv sübutlara əsasən qəbul etməyib. Barəsində 2 təqdimat yazıb Elmi Şurada təqdimatlarını müdafiə edib şöbədən kənarlaşdırmışdır. Sayt Məhkəmə qərarına istinad etdiyini yalan yazmışdır. Çünki Səbail rayon məhkəməsinin xx.xx.2024 tarixli Qəramda Plan işinə və şöbənin Toplusuna verdiyi erməni mövqeli məqaləsinə görə kənarlaşdırdığı yazılmışdır. Sayt bu məlumatı yaymaqla mənə böhtan atmış və cəmiyyətdə saf işgüzar nüfuzuma ləkə vurmuşdur. Sayt əməkdaşı X13 və eyni zamanda hər bir yazıya məsuliyyət daşıyan sayt rəhbəri Elbrus Ərud öz iyrənc niyyətli böhtanları ilə onu elmi-siyasi elitanın fikrində vəzifəsindən sui-istifadə edən məmur kimi qələmə verməklə nüfuzdan salmağa və karyerasına son verilməsinə çalışmışlar ki, bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməlidirlər. Bundan başqa, məlumatda yazılmışdır: “A. Əlizadə Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib. Halbuki, sayt saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib-cümləsini ona aid etməklə onu məqsədli olaraq Böhtan atıb və eyni zamanda geniş ictimaiyyətə onu saxtakar kimi ləyaqətsiz keyfiyyətə malik şəxs kimi təqdim edib. Halbuki saytın tərəfində olduğu erməni mövqeyindən çıxışlar edən Aydın Əli- Zadə saxtakarlıqla professorluğa tövsiyyə olunub və onu buna görə 11 fevral 2023-cü il tarixli “Tanış olun! Saxtakarlıqla AAK-a professor adı üçün tövsiyə olunmuş Aydin Əlizadə budur başlıqlı məqaləmdə tənqid etmişdir. Onun professorluq iddiası AR Prezidenti yanında AAK-da, ölkənin 3 məhkəmə pilləsində rədd edilmişdir. O bundan qəzəblənərək məhz onun həmin məqaləsini əsas göstərməklə onun həbs edilməyi iddiası ilə Xüsusi İttiham Qaydasında Şikayət vermişdir. Beləliklə, “Qafqazinfo.az” saytı ona atdığı saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib - cümləsi ilə ona BÖHTAN atıb və buna görə cavabdeh məsuliyyətə cəlb olunmalıdırlar. Bundan başqa, Xatirə Quliyeva şikayətində yazır ki, Aydın Əlizadə yazdığı “X4 Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb. Halbuki,Cavabdeh yaydıqları “Xatirə Quliyeva şikayətində yazır ki, “Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb” cümləsindəki fikirlə də ona BÖHTAN atıblar. Çünki o heç bir yerdə belə bir cümlə və ya fikir işlətməmişdir. Əksinə jurnalist X15 guya istinad etdiyi Səbail rayon məhkəməsinin xx.xx.2024 tarixli Qərarında yazılmışdır: Əsas məsələ, Aydın Əli-zadə istər 2018-ci ildə onu rəhbərlik etdiyi şöbədən kənarlaşdırdığında, istərsə də 11 ay əvvəl yuxarıda qeyd etdiyi tənqidi yazısı yayımlandıqda susmuş, 2023-cü ilin 1 dekabr tarixində bu tənqidi yazısını əsas göstərməklə onun haqqında Xüsusi ittiham qaydasında həm də nə özünün, nə də yazının yayımlandığı saytın yerləşdiyi ünvanın aidiyyəti olmayan - Səbail rayon məhkəməsinə Şikayət vermişdir. Bu onun üçün təəccüblüdür ki, əgər o, haqsız idisə onu Xüsusi ittiham Qaydasında Şikayətlə məhkəməyə verən Aydın Əlizadə niyə 5 il susub oturub?! Yaxud da Dövlət əleyhinə və ya dövlət maraqlarının ziddinə sübutlarını media ilə və eləcə də 5, 10 səhifəsi olan facebook sosial şəbəkəsində, şəxsi saytında niyə təkzib etməyib?! Əgər o, ona həm də elə ağır - özünün qeyd etdiyi kimi “dövlətə qarşı cinayət” böhtan atmışdısa niyə onu 11 fevralda və o ərəfədə məhkəməyə verməyib?! Bunlar təsdiq edir ki. Aydın Əli- Zadə ciddi faktlarla olan tənqidi yazını da qəbul edib ondan nəinki Məhkəməyə, AMEA rəhbərliyinə, hətta dostu Facebook səhifəsində status paylaşmayıb. Heç adəti üzrə ədəbsiz replika da atmayıb. Aydın Əli-zadə Plan işini ilin sonunda təhvil verməkdənsə oktyabr ayında təhvil verib, ondan onun çap olunması üçün şöbənin iclasının çıxarışını tələb etmişdi. Azərbaycan milli mentalitetində kişi sözü mərdlik, cəsarət, qorxmazlıq mənalarını daşıyır. Qorxaq sözü də bəllidir hansı meyarları ehtiva edir. Sözün əsl mahiyyətində yəni mərd-cəsarətli kisi idisə, dövlətdən qorxmurdusa çap etdirəydi. Kafqaz Albaniyası, Alban kilsəsi - islamdan öncəki tariximizi danan mövqeli, Azərbaycan dövlətini kilsəyə sahiblənmək marağına görə ələ salan, türklərin “qırılmalı olduğunu”, “oğraş olduqlarını”, Azərbaycanlıların “oğraslıqda çempion olduğunu” (və s.), şüursuz olduqlarını (bu və daha başqa təhqirləri erməni mediasında yazıb) Aydın Əlizadənin alnı açıqdırsa, 1 il maaşını aldığı dövlətin xeyrinədirsə yazdığı Plan işi, buyursun “müqəddəs kitabələrini” indi çap etdirsin! Hünəri var ölkəmizdə qəbul edlilməyən -erməni saytından gətirdiyi Xəritəni, şəkli müdafiə eləsin! Pulu yoxdur?! Layiq olmadığı halda onun Professor kimi yüksək elmi dərəcəyə keçməsi üçün hətta saxta sənədlər vermiş İlham Məmmədzadə pul ayırar onun üçün. Onun məhz artıq 6 il sonra işdən çıxardığı, 11 av əvvəl tənqid etdivi halda indi onu bütünlüklə böhtan xarakterli “misallarla” məhkəməyə verməsini böyük ehtimallarla sifariş hesab edir. O, özünün ondan qisas almaq niyyətini kimlərinsə onun tənqidlərinə dözə bilməməsi vəziyyəti ilə birləşdirib məhkəməyə müraciət edib.Göründüyü kimi o “Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb” - cümləsini və ya fikrini yazmamışdır. X22- Zadənin 2018-də onu əsaslı dəlillərlə şöbədən kənarlaşdırdıqdan sonra qorxaraq susduğunu, çap etdirməyə tələsdiyi kitabı qorxaraq çap etdirmədiyini eləcə də 11 fevraldan 01 dekabra kimi də susduğunu yazmışdır! O, bu fikri cahanplus.com saytında onu ifşa edən bir neçə yazısında da (o qorxaqcasına susub!) və müvafiq dövlət orqanlarına yazdığı Şikayət Ərizələrində də yazmışdır. Beləliklə, Qafqazinfo.az saytı (saxtakarlıqla) bu cümlə ilə tərəfində olduğu Aydın Əli-Zadəni onun məntiqi hökmündən xilas etmək üçün yazaraq ona böhtan atmışdır və cavabdeh ona saxtakarlıqla atdıqları “Məhz bundan sonra A.Əlizadə onun haqqında nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb” Böhtanına görə məsuliyyət daşımalıdırlar. Bundan başqa, “Qafqazinfo.az” saytının həmin məlumatında (AR CM-nin 148-ci maddəsi ilə təhqir olunma faktı kimi onu şəkili ilə Aydın Əli-Zadə adlı şəxsə çox yaxın məsafədə montaj edilərək paylaşmışdır. Həmçinin “Qafqazinfo.az” saytının həmin məlumatda yalnış olaraq A. Əlizadə Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib. Lakin Səbail Rayon Məhkəməsi alimin şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib”. Halbuki, Aydın Əli-Zadənin şikayətinə Səbail Rayon Məhkəməsi deyil, Nizami rayon məhkəməsində 25 yanvar 2024-cü il tarixdə hakim Nəriman Mehdiyev baxıb və çatışmamazlıqlara görə geri qaytarıldığının yazıldığı Qərarını çıxarıb. Onun 15 böhtan, 5 təhqir müddəasını mediada tutarlı sübutlarla Təkzib etdiyi əsası ilə Aydın Əli-Zadə qorxaraq Apellyasiya şikayəti verməyib. Yenidən məhkəməyə mütaciət etməyib.Beləliklə, Qafqazinfo.az saytı məlumatı Aydın Əli-Zadənin tərəfində olaraq yaydığı üçün dövlətimizin qanun maddələrinə, Mətbuat haqqında Respublika qanuna, habelə saytın özünün Redaksiya siyasətinə zidd gedərək onun şərəf və ləyaqətini təhqir etmiş, bununla onun işgüzar nüfuzu ilə bərabər səhhətinə də ciddi zərər vurmuşdur. 13 mart tarixli məhkəmə iclasında halı pisləşmişdir. Məhkəmədən birbaşa həkimə getmişdir. Müalicə yazılıb ona, nəticəsi olmadığı üçün ona 28 mart tarixdən Xəstəxanada stasionar müalicə yazılmışdır. Bütün bunlar əsas verir ki, məhkəmə Qafqazinfo.az saytının təksib verərək ona qarşı məqsədli təhqir və böhtan xarakterdə, həmçinin yanlış məlumatının yayından çıxarılması, sifarişli yazı yaymlamaqla vəzifələrindən sui-istifadə edən cavabdehi cəzalandırmalıdır. Xatirə Quliyeva şikayətində yazır ki, Aydın Əlizadə yazdığı “X4 Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. Aydın Əlizadə erməni mövqeyindən yazdığı məqalənin adı “X4 X16 və İran” - deyil. Həmin məqalənin adını sayt Aydm Əli-Zadənin tərəfində olaraq qəsdən yanlış yazıb ki, onun “Multikulturalizm” şöbəsinin elmi profilinə uyğun işlədiyini ictimailəşdirsin. Aydın Əli-Zadənin şöbənin Məqalələr toplusunda çap olunmaq üçün təqdim etdiyi və ölkədə qadağan olunmuş (erməni sattlarından götürdüyü) xəritə və şəkillərlə olan, eləcə də Azərbycan tarixini təhrif edildiyi və s. dövlətçiliyə zidd mövqeyinə görə çap etmədiyi məqaləsinin adı budur:” Parthia Tarixi və X20 Mədəniyyətinə Təsiri”. Səbail rayon Məhkəməsinin Qərarlarında yaxzılmışdır. Beləliklə, Qafqazinfo.az saytı məlumatı dəqiqləşdirmədən verdiyi üçün məsuliyyət daşımalı və təkzib verməlidir.Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydm Əlizadəni işdən çıxarıb. Onda yuxarıda Aydın Əli- Zadəni işdən çıxarma əsasları haqqında böhtanı geniş yazmışdır və saytın məlumatındakı “həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydm Əlizadəni işdən çıxarıb”- cümləsi və fikri yanlışdır. Qəsdən yazılıb ki, “məqaləyə görə alim işdən çıxarılmışdır”. Saytın məlumatındakı «Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb”, - cümləsindəki fikir yenə yanlışdır. Bu fikir saytın Aydın Əli-Zadənin tərəfində olduğunu - onun qorxaqlığına don geydirməsini təsdiq edir. Çünki o Aydın Əli-Zadə 01 dekabr 2024-cü ildə onu 2018-ci ildə -işdən çıxarmağından illər keçdikdən sonra və haqqında yazdığı məqalədən 11 ay sonra onun məhkəməyə verdikdə özünün Facebook səhifəsində nüfuzdan salan statuslarla təhqir etdi, ona “cəfəngiyyatçı, böhtançı” sözləri ilə böhtan atdı və onun barəsində tutarlı faktlarla məhkəməyə şikayət etdi. Fərq aydın görünür ki, o məhkəmələrdən sonra da onu təhqir edib, mənə böhtanlar atıb ki, o onun barəsində yenidən Xüsusi İttiham Qaydasında Şikayət etmək qərarına gəlmişdir.Məlumatda yazılıb: “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə tarixçi alim Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və X2 və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib. Halbuki, "Qafqazinfo" -nun YANLİŞ məlumatıdır, Aydın Əlizadə tarixçi alimdir. Xeyir o, özünün vikipediya səhifəsində və AMEA-nın elmlər doktorları səhifəsində yazdığı kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdır. Elmi sahəsi də AMEA-nın elmlər doktorları səhifəsində yazıldığı kimi həm fəlsəfə doktorlu, həm də elmlər doktoru Diplomları ilahiyyat-din sahəsinə aid mövzular əsasında verilmişdir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə tarixçi alim Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və X2 və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib. Bir müddət əvələ kimi qeyri-müəyyən tarixdir. Aydın Əlizadə 2018-ci ildə şöbədən çıxarılıb. Bir müddət əvələ kimi”- fikri yaxın vaxtları ifadə edir. Sayt cavabdehi yeni məlumatlar vermək prinsiplərini “nəyə görəsə” pozduqlarını bu fikirlə ört-basdır ediblər. Bu isə məsuliyyətsizlik kimi və qeyri-dəqiqlik kimi çox kiçik həcmdə olan məlumatın nöqsanıdır. Bundan başqa, “Qafqazinfo”az saytında yuxarıda sadalananlarla mənə qarşı təhqir və böhtan xarakterli yazılmış bu saxta məlumatı birinci dəfə “Professorla şöbə müdiri birbirini məhkəməyə verdi” başlığı ilə yayımlarkən “Professor Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, professor adını saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib” yazdığı halda onun iradından sonra professor sözünü “tarixçi alim” sözü ilə dəyişdirərkən professor adı saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib - cümləsi saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib - cümləsi ilə əvəzləməklə də yalnışa yol verib. Bu yuxarıda qeyd etdiyi kimi cavabdehin məqsədli şəkildə onu böhtan atdığını, onu təhqir etdiyini təsdiqləməklə məlumatın Yanlış olduğunu göstərir. Həqiqətdə - məhkəmə Qərarları da sübut edir ki, Aydın Əli-Zadə Şikayət ərizəsində onun professor adını saxtakarılqla aldığını iddia etdiyini yazıb və bunun ona böhtan olduğunu iddia etmişdir. Bundan başqa, "Qafqazinfo"az saytının “Alimlə şöbə müdiri bir-birini məhkəməyə verdi” başlıqlı məlumat məzmun və mahiyyətinə görə siyasət bölməsinə aid deyil. Sırf sosial məsələdir. Sayt bu ictimai yüklü məsələni siyasət bölməsində məqsədli olaraq vermişdir. Bu da yanlışlıq kimi qiymətlləndirilməlidir. “Qafqazinfo”az saytında məlumatı yazmış X8 Aydın Əli-zadə ilə montaj edilmiş şəklinə görə və mətndə doğru olmayan məlumatlar yazaraq ona böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb edilməsinə, “Qafqazinfo”az saytının əməkdaşı X8 onun şərəf və ləyaqətini qəsdən alçaldan bu məlumatlarla səhətinə dəymiş ziyana görə ondan xeyrinə 20.000 (iyirmi min) manat kompensasiyanın tutlması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, “Qafqazinfo.az” saytının əməkdaşı X13 onun şəkilini Aydın Əlizadə ilə montaj etdiyinə görə məqsədli olaraq onu təhqir etmiş, yanlış məlumatlar yazaraq ona böhtan atmışdır. Məhkəmdən bunları obyektivliklə araşdıraraq qiymət verilməsini və təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını, həmçinin şikayətdə göstərilən bu xəbərlə səhətinə dəymiş ziyana görə 20.000 manat məbləğinə kompensasiyanın ona ehtiyac olmadığını, lakin X8 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 ifadə verərək özünü təqsirli bilmədiyini söyləmiş və qeyd etmişdir ki, o jurnalistdir və qanunla müəyyən edilmiş qaydada məlumatlar əldə edərək ictimai mediada paylaşa bilməsi onun hüququdur. X9 ilə bağlı saytda dərc edilmiş xəbəri “Elektron məhkəmə” portalında “Anonimləşdirilmiş qərarlar” bölməsindən Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən hazırlayıb saytda yerləşdirmişdir. Belə ki, adətən “Elektron məhkəmə” portalında anonimləşdirilmiş qərarlarla tanış olurlar və ictimaiyyət üçün maraqlı ola bilən və cəmiyyətdə tanınmış şəxslərlə bağlı hansısa məhkəmə qərarlarını gördükdə, həmin qərardakı məlumatlar əsasında xəbər saytlarında xəbər paylaşılır. X9 ilə bağlı da Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında həmin məlumat paylaşılmışdır. Bundan başqa X3 şəkilinin Aydın Əli-zadə ilə montaj edərək paylaşılması ilə bağlı bildirmişdir ki, məhkəmə qərarı iki şəxsin arasında olan mübahisə ilə bağlı olduğu üçün, hər iki şəxsin şəkilini saytda yerləşdirərək yazını paylaşmışlar. Həmin şəkillər informasiya resursundan əldə edilmişdir, bələ ki, hər iki şəxsin ad və soyadlarını internet resurslarında axtarış etdikdə şəkillərini əldə etmək mümkündür. Şikayətin əsassız olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Qafqazinfo.az" xəbər portalından əldə edilmiş çıxarışdan görünür ki, X13 ilə X3 fotoşəkili yan-yana birləşdirilək “Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi” başlığı ilə “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə tarixçi alim Aydın Əlizadə bir müddət əvvələ kimi işlədiyi Fəlsəfə və X2 və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib. A. Əlizadə Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib. Lakin Səbail Rayon Məhkəməsi alimin şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib. Xatirə Quliyeva şikayətində yazır ki, Aydın Əlizadə yazdığı “X4 Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib. Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb. Hakim proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, şikayət kifayət qədər dəlil və sübutlarla əsaslandırılmayıb. Qərara əsasən A. Əlizadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət icraata götürülməyib. Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindədir.” yazı dərc olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 129/2024 saylı, xx.xx.2024-cü il tarixli anonimləşdirilmiş qərarından aydın olur ki, Əli-zadə Aydın Arif oğlu və müdafiəçisinin xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərarda tərəflər və mübahisə barədə geniş məlumat əks olunmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Media haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Avropa Məhkəməsinin “X21 X18” Qarşı 7 Fevral 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə mətbuatın demokratik cəmiyyətdə oynadığı mühüm rolu dəfələrlə vurğulayıb. Baxmayaraq ki, media, xüsusilə şəxslərin reputasiyası və digərlərinin hüquqları ilə bağlı müəyyən sərhədləri aşmamalıdır, bununla belə onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlərlə bağlı öz vəzifə və öhdəliklərinə uyğun şəkildə məlumat və ideyalar yaymaqdır. Bu vəzifə göstərilən sərhədləri aşmamaq şərtilə, məhkəmə prosesləri barədə məlumat dərc edilməsinə və şərh verilməsinə də şamil edilir ki, bu yolla media məhkəmə iclaslarının açıq keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun olaraq məhkəmə prosesinin ictimailəşməsinə töhvə verir. Məhkəmədə baxılan mövzu ilə məhkəmədən öncə və ya məhkəmə prosesi ilə eyni vaxtda ixtisaslaşdırılmış jurnallarda, ümumi mediada, daha geniş götürsək ictimaiyyət arasında müzakirələrin olmayacağı bir situasiyanı təsəvvür etmək belə mümkün deyil. Medianın məlumat və ideyaları yaymaq vəzifəsi ilə yanaşı ictimaiyyətin də onları qəbul etmək hüququ var. Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 “Qafqazinfo.az” internet saytında məlumat yayması, təqsirləndirilən şəxsin ifadəsi ilə, eləcə də şikayətə əlavə edilmiş çıxarışlarda da öz təsdiqini tapmışdır. Bundan başqa X1nun “Qafqazinfo.az” internet saytında yerləşdirmiş olduğu xəbəri bilə-bilə yalan olan məlumat kimi yaymamış, etibarlı mənbə hesab edilən məhkəmə portalından anonimləşdirilmiş, məxfi hesab olunmayan qərardan mübahisə barədə məlumat əldə edərək sayta paylaşmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-129/2024 saylı, xx.xx.2024-cü il tarixli anonimləşdirilmiş qərarından da aydın olur ki, adları çəkilən hər iki tərəf arasında məhkəmə mübahisəsi olmuş və həmin qərarda tərəflər və mübahisənin mahiyəti barədə geniş informasiyalar əks olunmuşdur. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş Xatirə Quliyevanın təhqir edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, Xatirə Quliyeva özü də təsdiq etmişdir ki, özünün digər tərəflə montaj edilərək dərc edilmiş şəkili informasiya resurslarında mövcuddur. X1 da açıq saytlardan qeyd olunan şəkilləri əldə edərək xəbərin oxunaqlılığını artırmaq üçün hər iki tərəfin şəkilini birlikdə dərc etmişdir. Məhkəmə hesab edir ki, X5 məxsus fotoşəkilin mübahisə tərəfi Aydın Əli-zadənin fotoşəkilli ilə yan-yana birləşdirilərək paylaşılması qanunvericiliyin tələbləri baxımından təhqir hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, X9 barəsində paylaşılmış xəbərdə onun şərəf və ləyaqətini ləkələnməsi, hər hansısa bir ifadə ilə onun nüfuzdan düşməsi və yaxud doğru hesab edilməyən məlumatın yayılması, həmçinin məqalənin məzmununda X5 təhqir hesab edilən, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlərlə təhqir edilməsi, şəxsin ünvanına qarşı mənəvi-əxlaq dəyərlərinə və birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan heç bir ifadə işlədilməmişdir. Beləliklə, məhkəmə, məhkəmədə tədqiq edilən sübutlarları qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X13 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olmaması bəraət hökmünün çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilmir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X6rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçı tərəfinin X10 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X8 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X8 müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələr ilə verilmiş ittiham üzrə bəraət verilsin. Müdafiəçi tərəfindən X8 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı Şəhər 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-221/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-221/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver