Məhkəmə qərarları › İş №1(005)-221/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-221/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-221/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X8 iştirakı ilə, X11 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X11 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib, onlara həmin maddələrdə nəzərdə tutulmuş ən ağır layiqli cəza təyin edilməsi barədə məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 mart 1976-cı ildə İmişli rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan X7 (AZE ********) və 17 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan X11 (AA3118574) mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törətmişdir. Belə ki, barələrində xüsusi ittiham qaydasında şikayətçi olduğum X7 və X11 ünvan 3 ünvanında fəaliyyət göstərən "Real TV" televiziya kanalında məni "mənimsəmə" və "dələduzluq" kimi ağır cinayətlər törətməkdə ittiham etməklə mənə bilə bilə qəsdən böhtan atmış və təhqir etmiş, habelə şərəf və ləyaqətini xələl gətirmək niyyəti ilə işgüzar nüfuzumu qəsdən alçaltmaq məqsədi daşımışdır. Xüsusi ittiham qaydasında barəsində şikayətçi olduğu X7 ekranında onun şəkili olan telefonu əlində saxlayaraq, deyirki "bu kişi mənim 46800 manatımı mənimsəyib, mən bu kişini axtarıram, İldırım Əskərov gəlsin mənim pulumu versin, mən beş ildir əziyyət çəkirəm, mən pulumu ala bilmirəm". Qeyd edilən "RealTv" kanalında göstərilən syujetin fonunda isə qeyd edilmişdir ki, "Dələduz İldırım kişi, İldırım sürəti ilə Sahibə xanımı aldadım, 5 ildir yoxa çıxıb". Həmçinin syujetdə qeyd edilir ki, "şikayətçinin dediyinə görə pulunu almaq üçün uzun müddət izinə düşüb, axtarışlar nəticəsiz qalıb, sonradan müəyyən olundu ki, X6 yaşayır. Barəsində xüsusi ittiham qaydasında şikayətçi olduğu X11 isə həmin syujetdə anasının dediklərini təsdiq edərək, onun barəsində ittiham edici sözlər işlətmişdir (disk əlavə edilir). Bildirir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər kütləvi informasiya vasitələrində çıxış edərək, bilə-bilə həqiqəti gizlədərək, ona şər və böhtan atmışlar, çünki qeyd etdikləri məsələ ilə bağlı X7 mülki icraat qaydasında Mingəçevir məhkəməsinə müraciət edərək, o X2 xx.xx.2019-cu il tarixli "avtomobilin nisyə alqı-satqı" müqaviləsi üzrə 46800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb X4 verilməsini xahiş etmişlər. Bu isə onu təsdiq edir ki, barələrində xüsusi ittiham qaydasında şikayətçi olduğu şəxslər heç vaxt "uzun müddət mənim izimə düşməyiblər" aramızda rəsmi qaydada imzalanmış "avtomobilin nisyə alqı-satqı" müqaviləsi üzrə üzərimə götürdüyüm öhdəliyi yerinə yetirə bilmədiyim üçün, dərhal məni mülki icraat qaydasında məhkəməyə verib, məndən pul vasitələrinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etdilər. Nəticə etibarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)- 1373/2021 saylı icra vərəqəsində qeyd edilmişdir ki, "X2 xx.xx.2019-cu il tarixli "avtomobilin nisyə alqı-satqı" müqaviləsi üzrə 46800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb X4 verilsin" (əlavə edilir). Qeyd edilən icra vərəqəsindən müəyyən olunur ki, X4 məxsus süd maşınının satılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada, notarial qaydada təsdiq edilmiş nisyə alqı satqı müqaviləsi əsasında həyata keçirilmişdir.Göründüyü kimi X5 onun tərəfindən aldadılması, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X10 və X4 qarşı onun dələduzluq etməyi ilə bağlı kütləvi informasiya vasitələrində dedikləri şər və böhtandır, X7 ilə o X9 arasında yaranmış mübahisə mülki xarakterlidir və qanuni qüvvəyə malik olan məhkəmə qətnaməsi ilə öz həllini tapmışdır, hazırda qeyd edilən icra vərəqəsi Mingəçevir icra və probasiya şöbəsinin icraatındadır və bu barədə barələrində şikayət etdiyim şəxlərin məlumatlı olmalarını Mingəçevir İcra və Probasiya şöbəsinin X4 təqdim etdiyi xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında" qərarın təqdim edilməsi bağlı məlumat təsdiq edir. Məhkəmənin nəzərinə çatdırır ki, barəsində xüsusi ittiham qaydasında şikayətçi olduğu şəxlərin bu kimi qanunsuz əməlləri ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törədərək, onu ağır cinayət əməlini törətməkdə ittiham edib, ona mənəvi və psixoloji sarsıntılar yaşatmış, habelə onlar tərəfindən işgüzar nüfuzu və şərəf və ləyaqəti aşılandıqca ona maddi və mənəvi ziyan vurmuşdurlar. Bildirir ki, "Real TV" televiziya kanalı ünvan 3 ünvanında fəaliyyət göstərir, bu səbəbdən hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə verilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X11 şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X7 şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi itttiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) ətraflı və dəqiq qeyd edilməmişdir. Bundan başqa şikayətdə böhtan və təhqirin nədə ifadə edildiyi göstərilməmişdir. Bundan başqa şikayətə əlavə edilmiş görüntünün “Tik-tok” sosial şəbəkəsindən paylaşıldığı əks olunsa da məlumatın ilkin olaraq nə vaxt və harada paylaşılması şikayətdə müəyyən olunmamışdır. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. CPM-nin 293.3.2-ci maddəsinə əsasən CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X11 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar