Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-222/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci kərpic döngəsi, ev 3 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 4,630 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini əldə edib üzərində və idarə etdiyi nəqliyyat vasitəsində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı 4,630 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 1,685 qram və 1,340 qram olan hissəsi ayrı-ayrılıqda iki ədəd şəffaf sellofan kəsiyi bükümündə olmaqla əynindəki göy rəngli şalvarın sağ yan cibindən, qalan 1,605 qram çəkidə olan hissəsi bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olmaqla idarə etdiyi “Kia Cadenza” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı eynək saxlanılması üçün nəzərdə tutulmuş yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 250 manat müqabilində 03 ədəd bükümdə təxminən 4 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin maddələri üzərində və idarə eldiyi “Kia Cadenza” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamışdır ki, zamanı gəldikdə istifadə elsin. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında saxladığı avtomobilə əyləşən zaman bir neçə mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Əldə edib saxladığı psixotrop maddəni gizlətməyin mənasız olmağını anlayıb polis əməkdaşlarına üzərində və avtomobilində ümumilikdə 03 bükümdə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə birlikdə Baş X1 İdarəsinin inzibati binasına dəvət etmişlər. O, idarə etdiyi Kia Cadenza markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yanında əyləşən bir nəfər polis əməkdaşının iştirakı ilə özü idarə edib Baş İdarəninin inzibati binasına gətirmişdir. İdarədə üzərinə şəxsi axtarış keçirilən zaman iki ədəd bükümdə, daha sonra isə avtomobilinə baxış keçirilən zaman bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Baş İdarədə yaradılmış əməliyyat qrupuna o da daxil edilmişdir. Baş İdarəyə Bakı şəhəri Nəsimi rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və “Kia" markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobili idarə etməsi barədə məlumat daxil olmuşdur. Səbuhinin xarici əlamətləri və Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşadığı barədə onlara məlumat verdikdən sonra əməliyyat qrupununun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə getmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində orada bir binanın qarşısında dayanmış vəziyyətdə olan ağ rəngli “Kia” markalı ** PJ *** qeydiyyat nişanlı avtomobilin qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər Şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu qərarla tanış edib avtomobili ilə birlikdə Baş İdarəyə gəlirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində baş təhqiçatçı Mirata Scyidov tərəfindən əməliyyat qrupunun və vəkilin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükülünü çıxarıb onlara təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülüləri açdıqda onların içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşlər. Səbuhi təqdim etdiyi həmin psixotrop maddə metamfetamini xx.xx.2019-cu il tarixdə “20 Yanvar“ dairəsi yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 250 manat müqabilində aldığını, həmçinin avtomobilində də həmin psixotrop maddə metamfetamindən bir bükümdə gizlətdiyini, onu da təqdim edə biləcəyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefon, 50 manat pul və bir ədəd avtomobil açarını çıxarıb onlara təqdim etmişdir. Səbuhinin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirib təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümündəki maddələr bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərf imzalandıqdan sonra götürülmüşdür. 50 manat pul və avtomobilin açarı Səbuhinin özünə geri qaytarılmış, lakin bir ədəd “Samsung" markalı mobil telefon götürülmüşdür. Sonra baş təhqiqatçı Mirata Seyidov tərəfində protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyünü o da imzası ilə təsdiq elmişdir. Daha sonra Baş İdarənin həyətində “Kia Cadenza” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş altında baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin salonunda eynək qoymaq üçün nəzərdə tutulmuş saxlanc yerini açaraq oradan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb onlara təqdim etmiş və içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Səbuhi həmin psixotrop maddə metamfetamini üstündən çıxarıb təqdim etdiyi metamfetaminlə birlikdə xx.xx.2019-eu il tarixdə “20 Yanvar” dairəsi yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə ümumilikdə 250 manata aldığını söyləmişdir. Sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, o da digər iştirakçılarla yanaşı protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin Şahid1 hazırkı məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; (i.v.1); Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19); Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol cibində saxladığı özünə məxsus “Samsung A7” markalı mobil telefonu təqdim etmişdir. (i.v. 27-29); Nəqliyyat vasitəsinə baxış keçiriləsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs “Kia Cadenza” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, idarə etdiyi avtomobildə olan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs oğlu idarə etdiyi “Kia Cadenza” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində eynək qoyulması üçün nəzərdə tutulan saxlanc yerində gizlədib saxladığı 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmçinin avtomobilin yerindən bir ədəd “DM.3-500” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (i.v. 30,31 ); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-ci il tarixli 007-8102-1209 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” və s, qeydlər olan zərfdəki 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,685 qram və 1,340 qram, ümumi təmiz çəkisi 3,025 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cadenza” markalı, **-PJ-*** d.n.n avtomobildən aşkar edilmiş....” və s. qeydlər olan zərfdəki 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,605 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Hər iki zərfdəki metamfetaminlər tərkibinə görə eynidir. Təqdim edilmiş “DM. 3-500” markalı elektron tərəzi üzərində narkotik vasitə izləri yoxdur. QEYD: metamfetaminin ümumilikdə təmiz çəkisi-4,630 qr., tədqiqata sərf edildi-0,090 qr., qalıq-4,540 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108.46 manatdır. (i.v. 47-51); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 61,62); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(005)- 803/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 avqust 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir (i.v.87-89); Əşyaya baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung A7” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir material aşkar edilməmişdir. (i.v. 118); Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə DİN-nin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və ümumi təmiz çəkisi 4,630 qram olan psixotrop maddə metamfetaminin məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalığı, yəni 4,540 qram metamfetamin və bir ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (i.v. 119,120) Baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, “xxxxxxx” MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********64 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. (i.v.123); Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti üç ayyeddi ayadək, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır.(i.v. 132,133); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(005)- 1208/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v.138-140); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2018-ci il tarixdə Nəsimi RPİ tərəfindən CM-nin 126.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib. xx.xx.2018-ci il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.( i.v.149); Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti bir ay-səkkiz ayadək, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır.(i.v. 155,156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 763 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişləri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 160,161); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(005)- 352/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v.164-166) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılmaqla məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq 4,540 qram çəkidə psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olmadığından yaxın qohumlarına qaytarılması üçün hüquqlarını müdafiə edən vəkil Müdafiəçi təqdim olunması qərara alınmışdır. (i.v. 171-179); Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti bir aydoqquz ayadək, yəni xx xxx 2020-ci il tarixədək uzadılmışdır.(i.v. 193,194) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(005)- 508/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni xx xxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v.199-201); Cinayət işi üzrə sübutların əlavə qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, xx xxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi istisna olmaqla digər hissələrin nəzərə alınması qərara alınmışdır. (i.v. 207-211); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v. 213, 214); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(005)-648/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində uzadılmışdır. (i.v.246-249). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Həmidov X3 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM- 93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 4,540 qram metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı – 4.540 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 108 (bir yüz səkkiz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-222/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-222/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver