Məhkəmə qərarları › İş №1(005)-222/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-222/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-222/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Müzəffər oğlunun, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Şahid1 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi Şahid3 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 80/2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə; xx.xx.2007-ci ildə Ucar rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Rəstəcə kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə; xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 5 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 03 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 6 ünvanın qarşısında daha öncədən “Hornet” adlı cinsi azlıqların istifadə etdiyi tanışlıq proqramı vasitəsilə görüşmək barədə razılığa gəldikləri, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qeyd olunan ünvana həmin vaxtı gəlmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərindəki əşyaları götürüb qaçmaq istədikdə, sonuncunun müqaviməti ilə qarşılaşdıqlarından, Zərərçəkmiş şəxs əşyaları buraxması üçün zərbələr endirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan, sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol almacıq nahiyəsinin səthi əzilmiş yarası, alt dodağın sol yarısının iç səthinin, alının sol və sağ yarısının, burun belinin sıyrıqları və sol göz yuvası ətrafının qançırı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində olan 1300 manat dəyərində “Samsung A53” markalı mobil telefonu, həmin telefonun içərisindəki 10 manat dəyərində ********** saylı və 5 manat dəyərində +**********23 saylı mobil nömrələri, 15 manat dəyərində çantanı, həmin çantanın içərisindəki 16 manat dəyərində 01 ədəd kitabı, 9 manat pulu və 60 manat dəyərində qulaqcığı götürüb qaçaraq, əmlakını açıq talayıb, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.415 (min dörd yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 03 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 6 ünvanın qarşısında daha öncədən “Hornet” adlı cinsi azlıqların istifadə etdiyi tanışlıq proqramı vasitəsilə görüşmək barədə razılığa gəldikləri, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qeyd olunan ünvana həmin vaxtı gəlmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərindəki əşyaları götürüb qaçmaq istədikdə, sonuncunun müqaviməti ilə qarşılaşdıqlarından, Zərərçəkmiş şəxs əşyaları buraxması üçün zərbələr endirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan, sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol almacıq nahiyəsinin səthi əzilmiş yarası, alt dodağın sol yarısının iç səthinin, alının sol və sağ yarısının, burun belinin sıyrıqları və sol göz yuvası ətrafının qançırı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində olan 1300 manat dəyərində “Samsung A53” markalı mobil telefonu, həmin telefonun içərisindəki 10 manat dəyərində ********** saylı və 5 manat dəyərində +**********23 saylı mobil nömrələri, 15 manat dəyərində çantanı, həmin çantanın içərisindəki 16 manat dəyərində 01 ədəd kitabı, 9 manat pulu və 60 manat dəyərində qulaqcığı götürüb qaçaraq, əmlakını açıq talayıb, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.415 (min dörd yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 03 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 6 ünvanın qarşısında daha öncədən “Hornet” adlı cinsi azlıqların istifadə etdiyi tanışlıq proqramı vasitəsilə görüşmək barədə razılığa gəldikləri, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan ünvana həmin vaxtı gəlmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərindəki əşyaları götürüb qaçmaq istədikdə sonuncunun müqaviməti ilə qarşılaşdıqlarından, Zərərçəkmiş şəxs əşyaları buraxması üçün zərbələr endirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan, sifətin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sol almacıq nahiyəsinin səthi əzilmiş yarası, alt dodağın sol yarısının iç səthinin, alının sol və sağ yarısının, burun belinin sıyrıqları və sol göz yuvası ətrafının qançırı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində olan 1300 manat dəyərində “Samsung A53” markalı mobil telefonu, həmin telefonun içərisindəki 10 manat dəyərində ********** saylı və 5 manat dəyərində +**********23 saylı mobil nömrələri, 15 manat dəyərində çantanı, həmin çantanın içərisindəki 16 manat dəyərində 01 ədəd kitabı, 9 manat pulu və 60 manat dəyərində qulaqcığı götürüb qaçaraq, əmlakını açıq talayıb, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.415 (min dörd yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 ortaq tanışları vasitəsilə tanıyır. Təqsirləndirilən şəxs3 isə Nicat vasitəsilə tanıyır. Nicat və Xəyalla aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 03 noyabr 2024-cü ildə saat təxminən 18 radələrində Xəyal onunla telefon vasitəsilə əlaqə saxlayaraq özünün Nicatla birlikdə Nərimanov rayonu ərazisində olmasını, yağış yağması səbəbindən gödəkçəyə ehtiyacı olmasını bildirərək ondan özü üçün gödəkçə gətirməsini istəmişdir. O razılaşaraq X9 küçəsində yerləşən saatlı binanın qarşısında gözləməyi tapşırmışdır. Təxminən 30 dəqiqədən sonra onların yanına çatmışdır. Gödəkçəni Xəyala vermişdir. Onlar yer altı keçidlə yolun digər tərəfinə keçmişlər və həyətlərin birinə daxil olmuşlar. Onlar qarşılıqlı söhbət etdikləri zaman o daha öncədən internetdə gördüyü “Hornet” adlı sosial şəbəkənin olmasını, həmin sosial şəbəkəyə cinsi azlıqların daxil olmalarını bildirmişdir. Bu zaman Xəyal onlara həmin sosial şəbəkənin proqramını yükləyib hər hansı cinsi azlıqla danışaraq zarafatlaşmalarını təklif etmişdir. Nicat və o da bunu etmək istədiklərini bildirərək razılaşmışlar. Belə ki, interneti olduğundan Nicatın mobil telefonuna yükləyərək proqrama daxil olmuşlar. Proqramla adının sonradan Zərərçəkmiş şəxs olmasını bildikləri şəxslə cinsi azlıq kimi danışırmışlar. Belə ki, yazıları Nicat öz telefonunda yazsa da onlar birlikdə nə yazacaqlarına qərar verirmişlər. Həmin şəxslə danışıq irəlilədikdə öz aralarında razılığa gəlmişlər ki, həmin şəxsi yanılarına çağıraraq biraz zarafatlaşsınlar. Belə ki, onlar həmin şəxslə Nərimanov rayonu ərazisində görüşmək barədə razılığa gəlmişlər. Həmin şəxslə proqram vasitəsilə əlaqə saxlayaraq haraya gəlməsini, yəni görüşəcəkləri yeri başa salmışlar. Onlar həmin zaman Nərimanov rayonu, Daş Karxanası küçəsində olmuşlar. Bir qədər sonra həmin şəxslə proqram vasitəsilə əlaqə saxladıqda artıq həmin şəxsin onların olduqları əraziyə çatmasını bilmişlər. Həmin zaman xx.xx.2024-cü il tarix saat 22 radələri olmuşdur. Onlar olduqları yolda hasara yaxın dayanmışlar ki, gələn şəxsi uzaqdan görə bilsinlər. Həmin şəxs uzaqdan onlara yaxınlaşdığı zaman onlar həmin şəxsin boyunun kiçik, çəlimsiz olmasını və əlində çantası olmasını görmüşlər. Bu zaman öz aralarında razılığa gəlmişlər ki, onun əlində olan çantanı və telefonu götürüb qaçsınlar. Həmin şəxs dayanaraq telefonda danışdığı şəxsin yəni onların özünü qarşılamalarını gözləyirmiş. Onlar həmin zaman öz aralarında razılığa gəlmişlər ki, Nicat həmin şəxsə yaxınlaşıb söhbətə tutsun Xəyal və o isə yaxınlaşaraq çiynindəki çantanı və əlindəki telefonu cəld şəkildə dartıb alsınlar və birlikdə oradan qaçaraq uzaqlaşsınlar. Nicat razılaşmalarına uyğun olaraq həmin şəxsə yaxınlaşmış və söhbət etməyə başlamışdır. Onlar dayanmışlar. Bir qədər sonra Xəyal və o yanlarından keçirmiş kimi onlara yaxınlaşıb həmin şəxsin əlindəki çantasını tutub dartmışlar. Həmin şəxs müqavimət göstərdiyindən onlar həmin şəxsi əlləri ilə itələyirmişlər ki, çantanı buraxsın. Həmin zaman əlində tutduğu mobil telefon yerə düşmüşdür. O telefonu yerdən götürərək cibinə qoymuşdur. Onlar çantanı sərt şəkildə dartdıqda həmin şəxs artıq müvazinətini itirərək yerə yıxılmış və çantanı buraxmışdır. Həmin anda çanta Xəyalın əlində qalmışdır. Onlar üçü də oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Həmin şəxs ilk əvvəl arxalarınca qaçaraq gəlməyə çalışsa da sonradan artıq onları izləməyi dayandırmışdır. Yolda onlar çayxanaya daxil olmuşlar. Üzərləri kirləndiyindən çayxanada üzərlərini təmizləmək istəyirmişlər. Bir qədər sonra onlar çayxanadan çıxmışlar və yaxınlıqdakı parka getmişlər. Parkda telefonu satıb pulunu bölmək barədə razılığa gəlmişlər. Parkda onlar çantanı açmışlar. Çantada bir ədəd kitabça, 9 manat pul və 1 ədəd qulaqcıq olmuşdur. Onlar pul və qulaqcığı götürmüşlər. Kitab və çantanı isə xatırlamadığı istiqamətdə atmışlar. Belə ki, razılığa gəlmişlər ki, o əldə etdikləri telefonu, qulaqcığı satacaq və ümumilikdə pulu üç yerə böləcəklər. Lakin parkdan çıxanda o ailənin evə həmin əşyaları aparmasını görüb sorğu sual edəcəklərini və elektronik alət olduqlarından yerinin müəyyən oluna biləcəyini düşünərək əşyaları özü ilə apara bilməyəcəyini bildirmişdir. Onlar yaxınlıqdakı «Landau» adlı məktəbin yanında telefon və qulaqcığı torpağa basdırmışlar. Bundan sonra onlar taksi ilə Gənclik metrosuna tərəf getmişlər. Onlar çantadan aşkar etdikləri 9 manat pulu taksiyə vermişlər. O taksidən daha tez düşməklə öz yaşadığı evə yollanmışdır. Xəyal və Nicat da evlərinə gedəcəklərini bildirmişlər. O növbəti gün Xəyal və Nicatla danışdıqdan sonra telefon və qulaqcığı basdırdıqları yerə yollanmışdır. Onları axtarsa da tapa bilməmişdir. Onları kənar şəxs görməsin deyə tələsik basdırdıqlarından dərin basdırmamışlar. Ola bilər kimsə telefon və qulaqcığı tapıb götürmüşdür. Bu barədə o Nicat və Xəyala bildirmişdir. Daha sonra o polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduqları maddı ziyanı tam şəkildə ödəmiş və barışıq əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs3 yaşadığı məhəllədən tanıyır. Təqsirləndirilən şəxs1 isə işlədiyi “Cıdır” restoranında iş yoldaşı vasitəsilə tanımışdır. Xəyal və Zöhrabla aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 03 noyabr 2024-cü ildə saat 13-14 radələrində məhəllədə yaşayan dostu Xəyala zəng etmişdir və harada olmasını soruşmuşdur. Xəyal bildirmişdir ki, «Tea House» çay evindədir və onu da dəvət etmişdir. O həmin gün qarson kimi işə düzəlmək istəyirmiş. Bu səbəbdən fikirləşmişdir ki, Xəyalla görüşüb onunla restoranların birinə gedib işə düzələr. Xəyalın təklifini qəbul etmişdir və «Tea House» çay evinə getmişdir. Xəyal bir neçə tanışı ilə masa arxasında oturmuşdur. O da yer tutmuşdur. Onlar çay evində saat 17 radələrinə qədər olmuşlar. Çay evində olarkən Xəyala demişdir ki, o bu gün qarson işləmək üçün restorana getməlidir və onunla getməyini təklif etmişdir. Bu məqsədlə metronun «Qara Qarayev» stansiyasına gəlmişlər və həmin ərazidə yerləşən adını xatırlamadığı şadlıq sarayına gəlmişlər. O çatanda toy artıq başladığından onu işə qəbul etməmişlər. Onun telefonunda «Whats App» proqramında qarsonlar qrupu olmuşdur. Adətən həmin qurup qorson işləri barədə məlumat verir. O həmin sayta daxil olmuş və metronun «Nərimanov» stansiyası yaxınlığında olan restorana işə dəvəti görmüşdür. Xəyala onunla getməyi təklif etmişdir. Onlar birlikdə metronun «Nərimanov» stansiyasına gəlmişlər. Lakin metrodan çıxanda yağış bərkidiyi üçün restorana getməmişlər. Xəyal yağış dayanandan sonra bir qədər gəzməyi təklif etmişdir. Xəyalın əynində yağışdan qorunmaq üçün paltarı olmadığından Zöhraba zəng vurub xahiş etmişdir ki, gödəkçə gətirsin. Zöhrab X9 küçəsində yerləşən saatlı binanın qarşısında gözləməyi tapşırmışdır. Zöhrab 30 dəqiqədən sonra gəlmişdir. Onlar yer altı keçidlə yolun o biri tərəfinə keçmişlər və həyətlərin birinə daxil olmuşlar. Zöhrab gödəkçə gətirmişdir. Həmin həyətdə olan söhbətgahların birində oturub söhbət edərkən Zöhrab daha öncədən internetdə gördüyü “Hornet” adlı sosial şəbəkənin olmasını, həmin sosial şəbəkəyə cinsi azlıqların daxil olmalarını bildirmişdir. Bu zaman Xəyal onlara həmin sosial şəbəkənin proqramını yükləyib hər hansı cinsi azlıqla danışaraq zarafatlaşmalarını təklif etmişdir. Zöhrab və o da bunu etmək istədiklərini bildirərək həmin şəxslə razılaşmışlar. Belə ki, interneti olduğundan onun mobil telefonuna yükləyərək proqrama daxil olmuşlar. Proqramla adının sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi şəxslə cinsi azlıq kimi danışırmışlar. Belə ki, yazıları o öz telefonunda yazsa da onlar birlikdə nə yazacaqlarına qərar verirmişlər. Həmin şəxslə danışıq irəlilədikdə öz aralarında razılığa gəlmişlər ki, həmin şəxsi yanlarına çağıraraq biraz zarafatlaşsınlar. Belə ki, onlar həmin şəxslə Nərimanov rayonu ərazisində görüşmək barədə razılığa gəlmişlər. Həmin şəxslə proqram vasitəsilə əlaqə saxlayaraq haraya gəlməsini, yəni görüşəcəkləri yeri başa salmışlar. Onlar həmin zaman Nərimanov rayonu, Daş Karxanası küçəsində olmuşlar. Bir qədər sonra həmin şəxslə proqram vasitəsilə əlaqə saxladıqda artıq həmin şəxsin onların olduqları əraziyə çatmasını bilmişlər. Həmin zaman xx.xx.2024-cü il tarix saat 22 radələri olmuşdur. Onlar olduqları yolda hasara yaxın dayanmışlar ki, gələn şəxsi uzaqdan görə bilsinlər. Həmin şəxs uzaqdan onlara yaxınlaşdığı zaman onlar həmin şəxsin boyunun kiçik, çəlimsiz olmasını və əlində çantası olmasını görmüşlər. Bu zaman öz aralarında razılığa gəlmişlər ki, həmin şəxsin əlində olan çantanı və telefonu götürüb qaçsınlar. Həmin şəxs dayanaraq özü ilə danışan şəxsin yəni onların qarşılamasını gözləyirmiş. Onlar həmin zaman öz aralarında razılığa gəlmişlər ki, o həmin şəxsə yaxınlaşıb söhbətə tutsun Xəyal və Zöhrab isə yaxınlaşaraq çiynindəki çantanı və əlindəki telefonu cəld şəkildə dartıb alsınlar və birlikdə oradan qaçaraq uzaqlaşsınlar. O razılaşmalarına uyğun olaraq həmin şəxsə yaxınlaşmış və ondan siqaret istəyərək söhbət etməyə başlamışdır. Bir qədər sonra Xəyal və Zöhrab yanlarından keçirmiş kimi onlara yaxınlaşıb həmin şəxsin əlindəki çantasını tutub dartmışlar. Həmin şəxs müqavimət göstərdiyindən onlar həmin şəxsi əlləri ilə itələyirmişlər ki, çantanı buraxsın. Həmin zaman əlində tutduğu mobil telefon yerə düşmüşdür. Zöhrab telefonu yerdən götürərək cibinə qoymuşdur. Onlar çantanı sərt şəkildə dartdıqda həmin şəxs artıq müvazinətini itirərək yerə yıxılmış və çantanı buraxmışdır. Həmin anda çanta Xəyalın əlində qalmışdır. Onlar üçü də oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Həmin şəxs ilk əvvəl arxalarınca qaçaraq gəlməyə çalışsa da sonradan artıq onlar izləməyi dayandırmışlar. Yolda onlar çayxanaya daxil olmuşlar. Üzərləri kirləndiyindən çayxanada üzərlərini təmizləmək istəyirmişlər. Bir qədər sonra onlar çayxanadan çıxmışlar və Zöhrab onları hansısa parka aparmışdır. Parkda Zöhrab bildirmişdir ki, telefonu satıb pulunu böləcək. Parkda Zöhrab çantanı açmışdır. Çantadan bir ədəd kitabça, 9 manat pul və 1 ədəd qulaqcıq olmuşdur. Onlar pul və qulaqcığı götürmüşlər. Kitab və çantanı isə xatırlamadığı istiqamətdə atmışlar. Razılığa gəlmişlər ki, Zöhrab əldə etdikləri telefonu, qulaqcığı satacaq və ümumilikdə pulu üç yerə böləcəklər. Lakin parkdan çıxanda Zöhrab bildirmişdir ki, həmin əşyaları özü ilə apara bilməz və yaxınlıqdakı «Landau» adlı məktəbin yanında telefon və qulaqcığı torpağa basdırmışlar. Bundan sonra o metronun «Gənclik» stansiyasına getmək üçün «Bolt» şirkətindən taksi sifariş vermişdir. Zöhrab da onlarla taksiya oturmuş, lakin yolda düşmüşdür. O və Xəyal metronun «Gənclik» stansiyasına gəlmişlər. O razılaşdıqları kimi əldə etdikləri 9 manat pulu taksiyə yol pulu kimi vermişdir. Oradan metro ilə «Xalqalar dostluğu» stansiyasın gəlib evə getmişlər. Onlar növbəti gün Zöhrabla əlaqə saxlamışlar və həmin əraziyə gedib baxması ilə bağlı razılığa gəlmişlər. Bir qədər sonra Zöhrab onlara zəng edərək həmin mobil telefon və qulaqcığı axşam olduğundan yaxşı basdıra bilmədiklərini və kiminsə taparaq apardığını bildirmişdir. Bir gündən sonra o evin yaxınlığında «Al» marketdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduqları maddı ziyanı tam şəkildə ödəmiş və barışıq əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 yaşadığı məhəllədən tanıyır. Təqsirləndirilən şəxs1 isə Nicat vasitəsilə tanımışdır. Nicat və Zöhrabla aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 03 noyabr 2024-cü ildə saat 13- 14 radələrində «Tea House» çay evində çay içirmiş. Həmin zaman Nicat onun istifadəsində olan ********** mobil nömrəsi ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq harada olmağını soruşmuşdur. O yerini ona bildirməklə yanına dəvət etmişdir. Nicat onunla razılaşaraq «Tea House» gəlmişdir. Onlar çay evində saat 17 radələrinə qədər olmuşlar. Çay evində olarkən Nicat ona demişdir ki, bu gün qarson işləmək üçün restorana getməlidir və özü ilə getməyini təklif etmişdir. Onlar bu məqsədlə metronun «Qara Qarayev» stansiyasına gəlmişlər və həmin ərazidə yerləşən şadlıq sarayına gəlmişlər. Onlar çatanda toy artıq başladığından Nicatı işə qəbul etməmişlər. Bundan sonra onlar birlikdə metronun «Nərimanov» stansiyasına gəlmişlər. Lakin metrodan çıxanda yağış artdığı üçün restorana getməmişlər. O yağış dayanandan sonra bir qədər gəzməyi təklif etmişdir. Onun əynində yağışdan qorunmaq üçün paltarı olmadığından Zöhraba zəng vurub xahiş etmişdir ki, gödəkçə gətirsin. Zöhrab ona Ağa Nemətulla küçəsində yerləşən saatlı binanın qarşısında gözləməyi tapşırmışdır. Zöhrab 30 dəqiqədən sonra gəlmişdir. Onlar yer altı keçidlə yolun o biri tərəfinə keçmişlər və həyətlərin birinə daxil olmuşlar. Zöhrab gödəkçə gətirmişdir. Həmin həyətdə olan söhbətgahların birində oturub söhbət edərkən Zöhrab daha öncədən internetdə gördüyü “Hornet” adlı sosial şəbəkənin olmasını, həmin sosial şəbəkəyə cinsi azlıqların daxil olmalarını bildirmişdir. Bu zaman o həmin sosial şəbəkənin proqramını yükləyib hər hansı cinsi azlıqla danışaraq zarafatlaşmalarını təklif etmişdir. Zöhrab və Nicat da bunu etmək istədiklərini bildirərək razılaşmışlar. Belə ki, interneti olduğundan Nicatın mobil telefonuna yükləyərək proqrama daxil olmuşlar. Proqramla adının sonradan Zərərçəkmiş şəxs olmasını bildikləri şəxslə cinsi azlıq kimi danışırmışlar. Belə ki, yazıları Nicat öz telefonunda yazsa da onlar birlikdə nə yazacaqlarına qərar verirmişlər. Həmin şəxslə danışıq irəlilədikdə öz aralarında razılığa gəlmişlər ki, yanlarına çağıraraq biraz zarafatlaşsınlar. Belə ki, onlar həmin şəxslə Nərimanov rayonu ərazisində görüşmək barədə razılığa gəlmişlər. Həmin şəxslə proqram vasitəsilə əlaqə saxlayaraq haraya gəlməsini, yəni görüşəcəkləri yeri başa salmışlar. Onlar həmin zaman Nərimanov rayonu, Daş Karxanası küçəsində olmuşlar. Bir qədər sonra həmin şəxslə proqram vasitəsilə əlaqə saxladıqda artıq həmin şəxsin onların olduqları əraziyə çatmasını bilmişlər. Həmin zaman xx.xx.2024-cü il tarix saat 22 radələri idi. Onlar olduqları yolda hasara yaxın dayanmışlar ki, gələn şəxsi uzaqdan görə bilsinlər. Həmin şəxs uzaqdan onlara yaxınlaşdığı zaman onlar həmin şəxsin boyunun kiçik, çəlimsiz olmasını və əlində çantası olmasını görmüşlər. Bu zaman öz aralarında razılığa gəlmişlər ki, əlində olan çantanı və telefonu götürüb qaçsınlar. Həmin şəxs dayanaraq özü ilə danışan şəxsin yəni onların qarşılamalarını gözləyirmiş. Onlar öz aralarında razılığa gəlmişlər ki, Nicat həmin şəxsə yaxınlaşıb söhbətə tutusun o və Zöhrab isə yaxınlaşaraq çiynindəki çantanı və əlindəki telefonu cəld şəkildə dartıb alsınlar və birlikdə oradan qaçaraq uzaqlaşsınlar. Nicat razılaşmalarına uyğun olaraq həmin şəxsə yaxınlaşmış və həmin şəxsdən siqaret istəyərək söhbət etməyə başlamışdır. Bir qədər sonra o və Zöhrab onların yanından keçirmiş kimi yaxınlaşıb həmin şəxsin əlindəki çantasını tutub dartmışdır. Həmin şəxs müqavimət göstərdiyindən onlar yəni, Zöhrab, o və Nicat əlləri ilə həmin şəxsi itələyir, yüngül vururmuşlar ki, çantanı buraxsın. Həmin zaman həmin şəxsin əlində tutduğu mobil telefon yerə düşmüşdür. Zöhrab telefonu yerdən götürərək cibinə qoymuşdur. Onlar çantanı sərt şəkildə dartdıqda həmin şəxs artıq müvazinətini itirərək yerə yıxılmış və çantanı buraxmışdır. Həmin anda çanta onun əlində qalmış və onlar üçü də oradan qaçaraq uzaqlaşmağa başlamışlar. Həmin şəxs ilk əvvəl arxalarınca qaçaraq gəlməyə çalışsa da sonradan artıq onlar izləməyi dayandırmışlar. Yolda onlar çayxanaya daxil olmuşlar. Üzərləri kirləndiyindən çayxanada üzərlərini təmizləmək istəyirmişlər. Bir qədər sonra onlar çayxanadan çıxmış və parka getmişlər. Parkda çantanı açmışlar. Çantada bir ədəd kitabça, 9 manat pul və 1 ədəd qulaqcıq olmuşdur. Onlar pul və qulaqcığı götürmüşlər. Kitab və çantanı isə xatırlamadığı istiqamətdə atmışlar. Belə ki, razılığa gəlmişlər ki, Zöhrab əldə etdikləri telefonu, qulaqcığı satacaq və ümumilikdə pulu üç yerə böləcəklər. Lakin parkdan çıxanda Zöhrab bildirmişdir ki, həmin əşyaları özü ilə apara bilməz və yaxınlıqdakı «Landau» adlı məktəbin yanında telefon və qulaqcığı torpağa basdırsınlar. Bundan sonra Nicat metronun «Gənclik» stansiyasına getmək üçün «Bolt» şirkətindən taksi sifariş vermişdir. Zöhrab da onlarla taksiya oturmuş, lakin yolda düşmüşdür. O və Nicat metronun «Gənclik» stansiyasına gəlmişlər. Nicat əldə etdikləri pulu taksiyə yol pulu kimi vermişdir. Oradan metro ilə «Xalqalar dostluğu» stansiyasına gəlib evə getmişlər. Onlar növbəti gün Zöhrabla əlaqə saxlamışlar və həmin əraziyə gedib baxması barədə razılığa gəlmişlər. Zöhrab bir qədər sonra oraya gedərək onlarla əlaqə saxlayıb həmin mobil telefon və qulaqcığı axşam olduğundan yaxşı basdıra bilmədiklərini və kiminsə taparaq apardığını bildirmişdir. Bir gündən sonra o polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduqları maddı ziyanı tam şəkildə ödəmiş və barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda X2 Universitetinin tarix fakültəsinin tələbəsidir, 2024-cü ilin avqust ayında elmi araşdırma məqsədi ilə Azərbaycana gəlmişdir və ailə üzvlərim ilə birlikdə Abşeron rayonu, Masazır kəndində yaşayır. Təxminən 1 aydır ki, “HORNET" adlı sosial şəbəkədən istifadə edir. 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğu zaman “HORNET" adlı sosial şəbəkə üzərindən ona bir nəfər mesaj yazmışdır və həmin şəxslə yazışmağa başlamışdır. Bir müddət yazışdıqdan sonra həmin şəxsin də Nərimanov rayonu ərazisində olduğunu öyrənmiş və onunla görüşməyi qərarlaşdırmışdır. Onların cinsi əlaqədə olmaqla bağlı razılaşmaları olmamışdır. Razılaşmalarına əsasən həmin şəxs olduğu yerin məkan məlumatlarını, yəni konumunu “HORNET" adlı sosial şəbəkə üzərindən ona göndərmiş və o göndərilən konuma getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində konuma uyğun olaraq ünvan 6 ünvanın qarşısına gəlmişdir. O bir qədər orada dayandıqdan sonra bir nəfər kim olmasını bildirməyən şəxs yanına yaxınlaşaraq ondan siqaret istəmişdir. O həmin şəxsin onunla danışan şəxs olmasını düşünmüşdür və həmin şəxsə siqaretinin olmamasını bildirmişdir. Lakin həmin anda başqa iki nəfər şəxs onun üzərinə hücum edərək əlində tutduğu çantanı və telefonu əlindən almaq istəmişlər. Onlar çantadan tutmuşlar və bərk şəkildə dartmağa başlamışlar. O ilk əvvəl onlara əşyalarını vermək istəməyərək müqavimət göstərmişdir. Çantanın içərisində digər əşyaları və pulu olmuşdur. Həmin çəkişmə əsnasında onun əlində olan özünə məxsus olan “Samsung A53” markalı, narıncı rəngli mobil telefonu yerə düşmüşdür. Onlardan biri həmin mobil telefonu götürmüşdür. Onlar ona çantanı buraxmağı üçün əlləri ilə zərbələr vurur və itələyirmişlər. Lakin o çantadan tutduğundan onlara qarşılıq verə bilmirdi. Lakin onlar ani olaraq çantanı sərt şəkildə dartdıqlarından onun artıq gücü çatmayaraq yerə yıxılmış və çantanı buraxmaq məcburiyyətində qalmışdır. Onlar çantanı ondan aldıqdan sonra üçü də qaçaraq uzaqlaşmağa başlamışlar. O onlara dayanmalarını çantanı geri qaytarmalarını bildirərək arxalarınca getsə də sonradan bunu dayandırmışdır. Yolda olan bir nəfərdən xahiş edərək ondan mobil telefonunu alıb hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadiə zamanı həmin şəxslər tərəfindən ona məxsus 1300 manat dəyərində “Samsung A53” markalı mobil telefon, həmin telefonun içərisində olan 10 manat dəyərində ********** saylı mobil nömrə və 5 manat dəyərində +**********23 saylı mobil nömrə, həmçinin içərisində 16 manat dəyərində 01 ədəd kitab, 9 manat pul və 60 manat dəyərində qulaqcıq olan 15 manat dəyərində çantası götürülmüşdür. Ona ümumilikdə 1415 (min dörd yüz on beş) manat maddi ziyan dəymişdir. Ona qarşı qeyd etdiyi hadisəni törətmiş şəxslərin əllərində bıçaq və yaxud ona qarşı istifadə etdikləri başqa predmet olmamış, onlar ona hədə qorxu gəlməmişlər.Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ildən onun qaynıdır. Aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs tanımamaqla aralarında hər hansı münasibət olmamışdır. 06 noyabr 2024-cü il tarixdə qaynının polis əməkdaşları tərəfindən saxlanılması zamanı ona məlum olmuşdur ki, yoldaşlıq etdiyi Nicat və Xəyal adlı şəxslərlə birlikdə Kənan adlı şəxsə qarşı soyğunçuluq etmişdir. Sonradan qohumlardan eşitdiyi qədərilə ona məlum olmuşdur ki, Zöhrab 03 noyabr 2024cü il tarixdə Xəyal və Nicatla Nərimanov rayonu ərazisində görüşmüş, öz aralarında hər hansı bir şəxsə qarşı soyğunçuluq etmək barədə razılığa gəlmişlər. Belə ki, onlar Nərimanov rayonu Montin adlanan ərazidə Daş Karxanası yaxınlığında adı Zərərçəkmiş şəxs olan şəxsə yaxınlaşaraq əlindən çantasını və mobil telefonunu alaraq qaçmışlar. Həmçinin bildirmək istəyir ki, ********** mobil nömrəsi onun adına qeydiyyatda olsa da faktiki olaraq alındığı zamandan etibarən Təqsirləndirilən şəxs1 tərəfindən istifadə olunur. Həmin nömrənin onun tərəfindən alınma səbəbi nömrə alındığı zaman Zöhrabın 18 yaşının tamam olmaması olmuşdur. O və ailə üzvlərinin Zərərçəkmiş şəxs ilə heç bir münasibətləri olmamışdır. Onlar əvvəllər Kənanı tanımamışlar. Həmçinin aralarında hər hansı bir münasibət dava-dalaş və ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. 06 noyabr 2024-cü il tarixdə oğlu polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona məlum olmuşdur ki, oğlu yoldaşlıq etdiyi Zöhrab və Xəyal adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs adlı şəxsə qarşı soyğunçuluq etmişlər. 08 noyabr 2024-cü il tarixdə oğlu barəsində qətimkan tədbiri seçilməklə evə buraxıldığı zaman o ondan hadisə barədə soruşduqda oğlu ona 03 noyabr 2024-cü il tarixdə ilk öncə Xəyalla Nərimanov rayonu ərazisində görüşdüyünü daha sonra Zöhrabın da onlara qoşulduğunu, bir qədər vaxt keçirdikdən sonra öz aralarında hər hansı bir şəxsə qarşı soyğunçuluq etmək barədə razılığa gəldiklərini və Nərimanov rayonu Montin adlanan ərazidə Daş Karxanası yaxınlığında adı Zərərçəkmiş şəxs olan şəxsə qarşı soyğunçuluq etdiklərini bildirmişdir. Belə ki, onların həmin şəxsə yaxınlaşaraq əlindən çantasını və mobil telefonunu aldıqlarını bilmişdir. Həmçinin bildirmək istəyir ki, oğlu Nicat yetkinlik yaşına çatmadığından o öz adına aldığı ********** mobil nömrəni istifadə etməsi üçün oğluna vermişdir. Həmin nömrə alındığı zamandan oğlunun istifadəsində olmaqla faktiki olaraq da oğlunun istifadəsindədir. O və ailə üzvlərinin Zərərçəkmiş şəxs ilə heç bir münasibətləri olmamışdır. Onlar əvvəllər sonuncunu tanımamışlar. Həmçinin aralarında hər hansı bir münasibət dava-dalaş və ədavət olmamışdır. Oğlunun hər hansı pis vərdişləri olmamaqla spirtli içki qəbul etmir və narkotik vasitə istifadə etmir. Oğlunun o və digər ailə üzüvləri ilə münasibəti yaxşı olmuşdur. Oğlunun böyümə şəraiti normal olmaqla hər hansı psixi və ya başqa xəstəliyi olmamış və olmamaqdadır. Bu baş vermiş hadisə onların cavanlıqları ilə bağlı verdikləri səhf qərar ucbatından baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun doğma oğludur. 06 noyabr 2024-cü il tarixdə oğlum polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona məlum olmuşdur ki, oğlu yoldaşlıq etdiyi Zöhrab və Nicat adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs adlı şəxsə qarşı soyğunçuluq etmişlər. 08 noyabr 2024-cü il tarixdə oğlu barəsində qətimkan tədbiri seçilməklə evə buraxıldığı zaman o oğlundan hadisə barədə soruşduqda oğlu ona 03 noyabr 2024-cü il tarixdə ilk öncə Nicatla Nərimanov rayonu ərazisində görüşdüyünü, daha sonra Zöhrabın da onlara qoşulduğunu, bir qədər vaxt keçirdikdən sonra öz aralarında hər hansı bir şəxsə qarşı soyğunçuluq etmək barədə razılığa gəldiklərini və Nərimanov rayonu Montin adlanan ərazidə Daş Karxanası yaxınlığında adı Zərərçəkmiş şəxs olan şəxsə qarşı soyğunçuluq etdiklərini bildirmişdir. Belə ki, onların həmin şəxsə yaxınlaşaraq əlindən çantasını və mobil telefonunu aldıqlarını bilmişdir. Oğlu Xəyal yetkinlik yaşına çatmadığından o öz adına aldığı ********** saylı mobil nömrəni istifadə etməsi üçün oğluna vermişdir. Həmin nömrə alındığı zamandan oğlunun istifadəsində olmaqla faktiki olaraq da oğlunun istifadəsindədir. Onun Zərərçəkmiş şəxs ilə heç bir münasibətləri olmamışdır. O və ailə üzüvləri əvvəllər Kənanı tanımamışlar. Həmçinin aralarında hər hansı bir münasibət dava-dalaş və ədavət olmamışdır. Oğlunun hər hansı pis vərdişləri olmamaqla spirtli içki qəbul etmir və narkotik vasitə istifadə etmir. Oğlunun o və digər ailə üzüvləri ilə münasibəti yaxşı olmuşdur. Oğlunun böyümə şəraiti normal olmaqla hər hansı psixi və ya başqa xəstəliyi olmamış və olmamaqdadır. Bu baş vermiş hadisə onların cavanlıqları ilə bağlı verdikləri səhf qərar ucbatından baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli ptorokoldan görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 6 ünvanın qarşısında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 sağlamlığa zərər vurmanın təyini ilə bağlı xx.xx.2024-cü il tarixli, 1326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sifətin sol yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi, sol almacıq nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, dodağın sol yarısının şişkinliyi- iç səhtinin hematoması, alının sol və sağ yarısının, burun belinin sıyrıqları, sol göz yuvasının qançırı –küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Telefon zənglərinin və SMS-lərin siyahsına baxış keçirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, - Atası Şahid3 adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** saylı mobil nömrənin anten məlumatları sonuncunun xx.xx.2024-cü il tarix saat 19:32:04-dan xx.xx.2024-cü il tarix saat 23:11:46-dək Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev, V.Mayakovski və M.Nağıyev küçələri və ətraf ərazilərində olmasını göstərir ki, həmin ərazilər hadisənin baş verdiyi ünvan 8 ünvanın yaxınlığında yerləşir. Şahid2 adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrənin anten məlumatları sonuncunun xx.xx.2024-cu il tarix saat 19:58:37-dən xx.xx.2024-cü il tarix saat 23:18:58-dək Bakı şəhəri. Nərimanov rayonu H.Əliyev, Ağa Nemətullah, A.Hacıyev, Məmməd Arif, V.Mayakovski, İ.Hidayətzadə və M.Nağıyev küçələri və ətraf ərazilərində olmasını göstərir ki, həmin ərazilər hadisənin baş verdiyi ünvan 8 ünvanın yaxınlığında yerləşir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həddində həbs qətimkan tədbiri seçilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində təyin edilmişdir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Eldar Babayevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində təyin edilmişdir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Eldar Babayevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekpertiza mərkəzi” ambulator məcburi psixiatrik ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 3549 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 İlqa oğlu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olnan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-107/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 aprel 2025-ci il tarixə kimi uzadılmışdır. Maddi sübut kimi tanıma haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekpertiza mərkəzi” ambulator məcburi psixiatrik ekspertizası üzrə xx.xx.2025-ci il tarixli, 338 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olnan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 sağlamlığa zərər vurmanın təyini ilə bağlı xx.xx.2025-ci il tarixli, T 167/2025 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hematoması, alının sol və sağ yarısının, burun belinin sıyrıqları, sol gözyuvasının qançırı” aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yarana bilərdi, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekpertiza mərkəzi” kompleks ambulator məcburi məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2025-ci il tarixli, 905 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olmamışdır. Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli və zərərçəkmiş şəxs tərəfindən məkəmə iclasında təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların tam etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlidən səmimi peşman olmasını, iş üzrə zərərin ödənilməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, onların şəxsiyyətini xarakterizə edən halları - yaşını, əvvəllər məhkum olunmamasını, iş üzrə zərərin ödənilməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, əməlindən peşman olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, əməlidən səmimi peşman olmasını, iş üzrə zərərin ödənilməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, onların şəxsiyyətini xarakterizə edən halları - yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, iş üzrə zərərin ödənilməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, əməlindən peşman olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, əməlidən səmimi peşman olmasını, iş üzrə zərərin ödənilməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, onların şəxsiyyətini xarakterizə edən halları - yetkinlik yaşına çatmamasını, əvvəllər məkum olunmamasını, iş üzrə zərərin ödənilməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, əməlindən peşman olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs3 təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Talıbov X4 Nicat Kamran oğlu və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Müzəffər oğluna məhkəmədə iştirak etdiyi əvvəlki 25 iş saatı üçün cəmi 150 manat (6 manatdan hesablanmaqla), xx.xx.2025-ci il tarixdən 03 iş saat üçün 33 manat (11 manatdan hesablanmaqla), cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi əvvəlki 25 iş saatı üçün cəmi 150 manat (6 manatdan hesablanmaqla), xx.xx.2025-ci il tarixdən 03 iş saat üçün 33 manat (11 manatdan hesablanmaqla), cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi əvvəlki 25 iş saatı üçün cəmi 150 manat (6 manatdan hesablanmaqla), xx.xx.2025-ci il tarixdən 03 iş saat üçün 33 manat (11 manatdan hesablanmaqla), cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi2 Müzəffər oğlu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi əvvəlki iş saatlarına görə 6 (altı) manat, sonuncu iş saatlarına görə 11 manat hesab edilməklə, cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi əvvəlki iş saatlarına görə 6 (altı) manat, sonuncu iş saatlarına görə 11 manat hesab edilməklə, cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi sərf etdiyi əvvəlki iş saatlarına görə 6 (altı) manat, sonuncu iş saatlarına görə 11 manat hesab edilməklə, cəmi 183 (yüz səksən üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar