Məhkəmə qərarları › İş №1(005)-223/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-223/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-223/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçiləri Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonunun Evoğlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonunun Quycaq kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1999-cu il tarixdə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonunun Şahvəlli kəndində qeydiyyatda olan, ünvan 5 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişlər. Belə ki, onlar qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində "xxxx" market MMC-yə məxsus ünvan 6 ünvanda yerləşən "xxxx" market mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 marketin giriş qapısının qarşısında dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs4 əlində olan bir ədəd “mantirovka” dəmir aləti ilə marketin giriş qapısının qıfılını sındırmış və birlikdə marketin içərisinə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 2,44 manat olan ümumi 12,20 manat dəyərində 5 ədəd “X20” markalı siqareti, hər birinin dəyəri 2,60 manat olan , ümumi 13 manat dəyərində 5 ədəd “X21 0 4” markalı siqareti, hər birinin dəyəri 2,44 manat olan, ümumi 17,12 manat dəyərində 7 ədəd “X22 SİLVER” markalı siqareti, hər birinin dəyəri 2,60 manat olan, ümumi 54,60 manat dəyərində 21 ədəd “KENT HD 8 FUTURA” markalı siqareti, hər birinin dəyəri 2,55 manat olan, ümumi 48,54 manat dəyərində 19 ədəd “KENT ND 4NEO” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan ümumi 5,25 manat dəyərində 3 ədəd “PALL AMERİKAN NİGHTS” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan, ümumi 21,04 manat dəyərində 12 ədəd “X23” markalı siqareti, marketin müdir otağından giriş qapısını kilidini Təqsirləndirilən şəxs1 eyni dəmir alətlə sındıraraq, otağa qanunsuz daxil olmuş və həmin otaqda olan masanın üzərindən seyfə aid açarı götürərək seyfi açmış və 432,05 manat nağd pulu, həmin otaqda olan 185 manat dəyərində “İCATCH RMH-0828 EU-1” (8 portlu) markalı DVR aparatı və ona qoşulu olan 127,50 manat dəyərində “SEGATE HDD 2TB” yaddaş qurğusunu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 916,20 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa onlar təkrarən qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 oktyabr 2020-ci il tarixdə saat 03:07 radələrində "xxxx" market MMC-yə məxsus ünvan 7 ünvanda yerləşən "xxxx" mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 giriş qapısının qarşısında dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 əlində olan “mantirovka” bir ədəd dəmir aləti ilə marketin giriş qapısının kilidini sındırmış və birlikdə marketin içərisinə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 2,83 manat olan, ümumi 98,88 manat dəyərində 35 ədəd “SOBRANİE SLİM VHİTES” markalı siqareti, hər birinin dəyəri 2,59 manat olan, ümumi 67,21 manat dəyərində 26 ədəd “KENT HD 4 NEO” markalı siqareti, hər birinin dəyəri 1,53 manat olan, ümumi 45,75 manat dəyərində 30 ədəd “VANT NANO BLACK” markalı siqareti, hər birinin dəyəri 1,38 manat olan, ümumi 27,5 manat dəyərində 20 ədəd “ARGO COMPACT BLUE” markalı siqareti, hər birinin dəyəri 1,22 manat olan, ümumi 10,98 manat dəyərində 9 ədəd “P&S NANO BLACK” markalı siqareti, hər birinin dəyəri 1,08 manat olan, ümumi 2,16 manat dəyərində 2 ədəd “VEST FUSİON SİLVER” markalı siqareti, bir ədəd 1,14 manat dəyərində “VEST RİCH BLUE” markalı siqareti, bir ədəd 1,01 manat dəyərində “VEST FUSİON BLACK” markalı siqareti, bir ədəd 0,76 manat dəyərində “YAVA EXSPORT SİLVER” markalı siqareti, hər birinin dəyəri 2,44 manat olan ümumi 107,52 manat dəyərində 44 ədəd “VİNSTON XS SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,46 manat olan ümumi 14,59 manat dəyərində 10 ədəd “VANT NANO BLUE SİQARET” markalı siqareti, hər birinin dəyəri 1,20 manat olan, ümumi 11,99 manat olan 10 ədəd “ARGO NANO BLUE” markalı siqareti, hər birinin dəyəri 1,18 manat olan, ümumi 7,05 manat dəyərində 6 ədəd “MORE BLUE” markalı siqareti, hər birinin dəyəri 2,82 manat olan ümumi 76,27 manat dəyərində 27 ədəd “SOBRANİE SLİM BLUES” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 27,49 manat dəyərində 20 ədəd “PRİMA DELUXE BLUE” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan, ümumi 8,77 manat dəyərində 5 ədəd “ROTHMANS CLİCK AMBER” markalı siqareti, hər birinin dəyəri 2,44 manat olan, ümumi 70,88 manat dəyərində 29 ədəd “VİNSTON XS STYLE” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 38,49 manat dəyərində 28 ədəd “VİCEROY NANO SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 39,82 manat dəyərində 29 ədəd “VİCEROY NANO BLUE” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 39,82 manat dəyərində 29 ədəd “MAGNA CARBON BLCK” markalı siqareti, hər birinin dəyəri 1,98 manat olan, ümumi 21,83 manat dəyərində 11 ədəd “LD CLUB EXTRA VHİTE” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 68,65 manat dəyərində 50 ədəd “VİCEROY NANO VHİTE” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan, ümumi 22,81 manat dəyərində 15 ədəd “PALL MALL AMERİCAN NİGHTS” markalı siqareti, hər birinin dəyəri 2,13 manat olan, ümumi 40,46 manat dəyərində 19 ədəd “LD CLUB PLATİİNUM LSS” markalı siqareti, hər birinin dəyəri 2,59 manat olan, ümumi 49,29 manat dəyərində 19 ədəd “KENT HD 8 FUTURA” markalı siqareti, hər birinin dəyəri 1,53 manat olan, ümumi 15,25 manat dəyərində 10 ədəd “İMPERİAL CLSC QS SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan, ümumi 19,30 manat dəyərində 11 ədəd “VİNCESTER COMP SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan, ümumi 14,05 manat dəyərində 8 ədəd “VİNCESTER CLAS SİLVER” markalı siqareti, hər birinin dəyəri 2,6 manat olan, ümumi 28,55 manat dəyərində 11 ədəd “KENT NANOTEK İNFN 0,1” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan, ümumi 15,10 manat dəyərində 11 ədəd “MAGNA CARBON SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan, ümumi 10,31 manat dəyərində 11 ədəd “ROTHMANS DEMİ BLUE” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan, ümumi 15,8 manat dəyərində 9 ədəd “PALL MALL NANO SİLVER” markalı siqareti, bir ədəd 1,22 manat dəyərində “AGRO KS RED” markalı siqareti, hər birinin dəyəri 2,6 manat olan, ümumi 36,33 manat dəyərində 14 ədəd «X21 0.4” markalı siqareti, m hər birinin dəyəri 1,53 manat olan, ümumi 3,05 manat dəyərində 2 ədəd “VANT NANO SİLVER SİQARET” markalı siqareti, bir ədəd 1,22 manat dəyərində “AGRO KS BLUE” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan, ümumi 8,77 manat dəyərində 5 ədəd “VİNCESTER COMP BLUE” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan, ümumi 7,02 manat dəyərində 4 ədəd “VİNCESTER KSSS BLUE” markalı siqareti, hər birinin dəyəri 0,46 manat olmaqla ümumi 11,38 manat dəyərində 25 ədəd “NESTLE KİT KAT 4 FİNGER 45 GR” şokoladı, hər birinin dəyəri 0,74 manat olmaqla ümumi 2,09 manat dəyərində 31 ədəd “NESTLE KİT KAT KİNG SİZE 58 GR” şokoladı, hər birinin dəyəri 0,58 manat olmaqla ümumi 3,33 manat dəyərində 7 ədəd “ULKER DİDO VAFLİ ŞOKOLAD 35 GR” şokoladı, hər birinin dəyəri 0,54 manat olmaqla ümumi 38,48 manat dəyərində 71 ədəd “ULKER BİSKREM KAKAOLU 100Q*18” peçenyesi, hər birinin dəyəri 10,96 manat olmaqla ümumi 109,55 manat dəyərində 10 ədəd “YENİ ZELLANDİYAGOLDEN CROVN YAĞİ 1 KG” kərə yağını, hər birinin dəyəri 9,95 manat olmaqla ümumi 59,67 manat dəyərində 6 ədəd “NOVAYA ZEMLYA KƏRƏ YAGİ 1 KG” kərə yağını, bir ədəd 1,16 manat dəyərində “ALPENGOLD ŞOKOLAD ACİLİ 90 GR” şokoladı, hər birinin dəyəri 1,16 manat olmaqla ümumi 9,31 manat dəyərində 8 ədəd “ALPENGOLD BADAMLİ KAKOSLU ŞOKOLAD 90 GR” şokoladı, hər birinin dəyəri 1,32 manat olmaqla ümumi 6,58 manat dəyərində 5 ədəd “ALPENGOLD ŞOKOLAD SUDLU FİNDİQLİ 90 GR” şokoladı, hər birinin dəyəri 1,05 manat olmaqla ümumi 3,16 manat dəyərində 3 ədəd “NESTLE CLASSİC FİNDİQLİ ŞOKOLAD 90 GR” şokoladı, bir ədəd 0,38 manat dəyərində “ROT FRONT SUDLU PORİSTAYA ŞOKOLAD 80 GR” şokoladı, bir ədəd 0,87 manat dəyərində “ALPENGOLD ŞOKOLAD 2-Cİ 40% ENDİRİM 90 GR” şokoladı, hər birinin dəyəri 0,96 manat olmaqla ümumi 24,12 manat dəyərində 25 ədəd “GO SİLVER ENERJİ İÇKİSİ 8% ALC” 0,5 litrlik enerji içkisini, hər birinin dəyəri 0,97 manat olmaqla ümumi 1,93 manat dəyərində 2 ədəd “GO ENERGİ GOLD 8%” 0,5 litrlik enerji içkisini, hər birinin dəyəri 1,26 manat olmaqla ümumi 2,52 manat dəyərində 8 ədəd “ALPENGOLD ŞOKOLAD FİNDİQ VE UZUM 90 GR” şokoladı, hər birinin dəyəri 0,63 manat olmaqla ümumi 67,03 manat dəyərində 104 ədəd “BİZON ENERJİ İCECEGİ 50ML” enerji içkisini, hər birinin dəyəri 0,45 manat olmaqla ümumi 11,8 manat dəyərində 26 ədəd “BİZON ENERJİ İCKİSİ QİRMİZİ 350 ML” enerji enerji içkisini, 296 manat dəyərində dəmirdən olan seyfi, 170 manat dəyərində nağd pulu, həmin otaqda olan 185 manat dəyərində “İCATCH RMH-0828 EU-1” (8 portlu) markalı DVR aparatı və ona qoşulu olan 127,50 manat dəyərində “SEGATE HDD 2TB” yaddaş qurğusunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2237,66 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təkrarən qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində "xxxx" market MMC-yə məxsus ünvan 8 ünvanda yerləşən "xxxx" mağazasının qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 giriş qapısının qarşısında dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 üstündə gətirdiyi bir ədəd dəmir alət olan “mantirovka” ilə marketin giriş qapısının kilidini sındırmış və birlikdə marketin içərisinə qanunsuz daxil olub, ümumi dəyəri oradan 1400,43 manat olan müxtəlif markalı siqaretləri, şirniyyatları, kosmetika məmulatlarını, məişət məhsullarını və marketin daxilində olan müdirə aid otağın giriş qapısını kilidini eyni dəmir alətlə sındıraraq, otaqda olan içərisində 554,07 manat nağd pul olan 296 manat dəyərində olan dəmir seyfi gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs olan "xxxx" MMC-yə ümumilikdə 2250,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa onlar təkrarən qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 noyabr 2020-ci il tarixdə saat 03 radələrində "xxxx" market MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanda yerləşən "xxxx" mağazasının qarşısına gəlmiş, üstündə gətirdiyi bir ədəd dəmir parçasıf ilə marketin giriş qapısının kilidini sındırmış və birlikdə marketin içərisinə qanunsuz daxil olub, oradan 1 ədəd 296 manat dəyərində dəmirdən hazırlanmış seyfi, 755 manat 73 qəpik nağd pulu, hər kiloqramı 6,37 manat olan, ümumi 52,46 manat dəyərində 8,23 kiloqram “OVÇULAR KULLEME SOSİSKA” sosiskasını, hər kiloqramı 6,67 manat olan, ümumi 29,34 manat dəyərində 4,936 kiloqram “BEST BEEF OCAQ SOSİSKA” sosiskasını, hər kiloqramı 6,71 manat olan, ümumi 21,13 manat dəyərində 3,148 kiloqram “OVÇULAR SERVELAT BUTA, MOSKOVSKİY” kolbasasını, hər kiloqramı 5,20 manat olan, ümumi 16,15 manat dəyərində 3,108 kiloqram “BAKİ KOLBASA SERVELAT İPLİ” kolbasasını, hər kiloqramı 6,41 manat olan, ümumi 15,81 manat dəyərində 2,468 kiloqram “HALAL NEMET İMSAK BİSMİS KOLBASA” kolbasasını, hər kiloqramı 5,19 manat olan, ümumi 13,10 manat dəyərində 2,522 kiloqram «HALAL NEMET HALAL HEVESKAR KOLBASA» kolbasasını, hər kiloqramı 5,96 manat olan, ümumi 21,17 manat dəyərində 3,554 kiloqram “Ovçular Sardelka” sordelkasını, hər kiloqramı 6,92 manat olan, ümumi 19,66 manat dəyərində 2,84 kiloqram “BEST BEEF SERVELAT” kolbasasını, hər kiloqramı 6,71 manat olan, ümumi 23,22 manat dəyərində 3,459 kiloqram “OVÇULAR KRAKOV” kolbasasını, hər kiloqramı 2,45 manat olan, ümumi 6,78 manat dəyərində 2,762 kiloqram “SULTAN PAÇKA SOSİSKA” kolbasasını, hər birinin dəyəri 0,59 manat olan ümumi 10,54 manat dəyərində 18 ədəd “SNİKERS 50 GR” şokoladını, hər birinin dəyəri 0,75 manat olan ümumi 19,37 manat dəyərində 26 ədəd “NESTLE KİTKAT SİZE 58 GR” şokoladını, hər birinin dəyəri 1,13 manat olan ümumi 28,27 manat dəyərində 25 ədəd “ALPENGOLD BADAMLİ KAKOSLU ŞOKOLAD 90 GR” şokoladını, hər paçkasının dəyəri 0,36 manat olan ümumi 15,69 manat dəyərində 43 ədəd “DİROL NANELİ 14 GR” saqqızını, hər birinin dəyəri 0,48 manat olan ümumi 7,60 manat dəyərində 16 ədəd “ULKER DİDO SUDLU VAFLİ ŞOKOLAD 35 GR” şokoladını, hər birinin dəyəri 0,27 manat olan ümumi 4,52 manat dəyərində 17 ədəd “ULKER ALBENİ 31 GR” şokoladını, hər birinin dəyəri 0,36 manat olan ümumi 11,31 manat dəyərində 31 ədəd “DİROL SAQQİZ TROPİK KOKTEYL 13,6 GR” saqqızını, hər birinin dəyəri 0,17 manat olan ümumi 4,42 manat dəyərində 26 ədəd “SPRİNT BATONÇİK AYİ ŞOKOLAD 50 GR” şokoladını, hər birinin dəyəri 0,37 manat olan ümumi 12,78 manat dəyərində 35 ədəd “DİROL VHİTE İSTİOTLU NANE 13,6 GR” şokoladını, hər birinin dəyəri 0,37 manat olan ümumi 12,41 manat dəyərində 34 ədəd “dirol saqqız yemis 14 GR” saqqızını, hər birinin dəyəri 0,36 manat olan ümumi 10,57 manat dəyərində 29 ədəd “DİROL SAQQİZ VHİTE CİYELEK 14 GR” saqqızını, hər birinin dəyəri 1,33 manat olan ümumi 14,64 manat dəyərində 11 ədəd “ALPENGOLD ŞOKOLAD KLASSİK 90 GR” şokoladını, hər birinin dəyəri 0,59 manat olan ümumi 6,44 manat dəyərində 11 ədəd “MARS 51 GR TR” şokoladını, bir ədəd 1,46 manat dəyərində “İMPERİAL CLSL BLUE” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan ümumi 7,02 manat dəyərində 4 ədəd “ROTHMANS DEMİ SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan ümumi 5,50 manat dəyərində 4 ədəd “ARGJO COMPACT BLUE” markalı siqareti, hər birinin dəyəri 2,82 manat olan ümumi 36,70 manat dəyərində 13 ədəd “SOBRANİE SLİM BLUES” markalı siqareti, hər birinin dəyəri 1,53 manat olan ümumi 25,93 manat dəyərində 17 ədəd “VANT NANO BLACK SİQARET” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan ümumi 27,49 manat dəyərində 20 ədəd “VİCEROY NANO SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan ümumi 12,36 manat dəyərində 9 ədəd “VİCEROY NANO VHİTE” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan ümumi 8,79 manat dəyərində 5 ədəd “VİNCESTER COMP SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,19 manat olan ümumi 2,38 manat dəyərində 2 ədəd “ARGO KS RED” markalı siqareti, hər birinin dəyəri 1,22 manat olan ümumi 18,29 manat dəyərində 15 ədəd “ARGO KS BLUE” makalı siqareti, hər birinin dəyəri 1,60 manat olan ümumi 35,27 manat dəyərində 22 ədəd “VEST SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan ümumi 40,38 manat dəyərində 23 ədəd “VİNCESTER KSSS SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan ümumi 40,35 manat dəyərində 23 ədəd “PALL MALL NANO SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,53 manat olan ümumi 30,52 manat dəyərində 20 ədəd “VANT NANO SİLVER SİQARET” markalı siqareti, hər birinin dəyəri 2,60 manat olan ümumi 51,90 manat dəyərində 20 ədəd “KENT NANOTEK İNFN 0.1” markalı siqareti, bir ədəd 1,30 manat dəyərində “ARGO NANO BLUE” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan ümumi 38,47 manat dəyərində 28 ədəd “MAGNA CARBON SİLVER” markalı siqareti, hər birinin dəyəri 2,82 manat olan ümumi 64,97 manat dəyərində 23 ədəd “SOBRPANİE SLİM VHİTES” markalı siqareti, hər birinin dəyəri 1,37 manat olan ümumi 39,86 manat dəyərində 29 ədəd “MAGNA CARBON BLACK” markalı siqareti, hər birinin dəyəri 1,38 manat olan ümumi 26,13 manat dəyərində 19 ədəd “VİCEROY NANO BLUE” markalı siqareti, hər birinin dəyəri 2,59 manat olan ümumi 77,81 manat dəyərində 30 ədəd “X21 0.4” markalı siqareti, hər birinin dəyəri 1,98 manat olan ümumi 71,36 manat dəyərində 36 ədəd “LD CLUB EXTRA VHİTE” markalı siqareti, hər birinin dəyəri 2,44 manat olan ümumi 90,32 manat dəyərində 37 ədəd “VİNSTON XS SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan ümumi 21,05 manat dəyərində 12 ədəd “VİNCHESTER COMP BLUE” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan ümumi 54,41 manat dəyərində 31 ədəd “PALL MALL AMERİCAN NİGHTS” markalı siqareti, hər birinin dəyəri 1,14 manat olan ümumi 22,70 manat dəyərində 20 ədəd “KİNGSTON SİLVER” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan ümumi 75,49 manat dəyərində 43 ədəd “ROTHMANS DEMİ BLUE” markalı siqareti, hər birinin dəyəri 2,44 manat olan ümumi 34,20 manat dəyərində 14 ədəd “VİNSTON XS STYLE SİLVER” markalı siqareti, hər birinin dəyəri 2,13 manat olan ümumi 108,88 manat dəyərində 51 ədəd “LD CLUB PLATİNUM SS” markalı siqareti, hər birinin dəyəri 1,75 manat olan ümumi 87,72 manat dəyərində 50 ədəd “POSTHMANS CLİCK AMBER” markalı siqareti, hər birinin dəyəri 1,76 manat olan ümumi 184,28 manat dəyərində 105 ədəd “VİNCESTER KSSS BLUE” markalı siqareti, hər birinin dəyəri 1,43anat olan ümumi 153,90 manat dəyərində 108 ədəd “VANT NANO BLUE SİQARET” markalı siqareti, hər birinin dəyəri 0,45 manat olan ümumi 7,69 manat dəyərində 17 ədəd “BİZON ENERJİ İCECEGİ 250 ML” enerji içkisini, hər birinin dəyəri 0,64 manat olan ümumi 20,62 manat dəyərində 32 ədəd “BİZON ENERJİ İCECEGİ 500 ML” enerji içkisini, hər birinin dəyəri 0,45 manat olan ümumi 3,17 manat dəyərində 7 ədəd “BİZON ENERJİ İCKİSİ QİRMİZİ 250 ML” enerji içkisini, hər birinin dəyəri 0,65 manat olan ümumi 13,55 manat dəyərində 21 ədəd “BİZON ENERJİ İCKİSİ QİRMİZİ 500 ML” enerji içkisini, hər birinin dəyəri 0,69 manat olan ümumi 2,78 manat dəyərində 4 ədəd “COCA COLA BANKA 330 ML” içkisini, hər birinin dəyəri 0,97 manat olan ümumi 8,69 manat dəyərində 9 ədəd “GO ENERJY GOLLD 8% alc,0,5ML” enerji içkisini, hər birinin dəyəri 0,97 manat olan ümumi 1,93 manat dəyərində 2 ədəd “GO SİLVER ENERJİ İCKİSİ 8% ALC 0,5 LT” enerji içkisini gizli olaraq talayıb, "xxxx" MMC-yə ümumilikdə 2984,71 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxsləri tanıyır, belə ki, onlarla eyni məhəllədə yaşayır və dostluq münasibəti vardır. Onlar maddi vəziyyətləri pis olduqları üçün oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək üçün onlara avtomobil lazım olduğu üçün tanışı Şahid2 “Opel Omeqa” markalı avtomobili istəmiş, lakin oğurluq barədə Fəxriyə heç bir məlumat verməmişdir. 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 10 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış, Təqsirləndirilən şəxs4 üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin şüşə qapısını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşlar. İlk olaraq müdir otağının qapısını özləri ilə gətirdikləri dəmir alət ilə qırmış və orada olan dolabın içərisindəki seyfi görmüşdür. Dolabın açarlarını masanın üzərindən götürərək açmış və içərisində olan müxtəlif əskinaslardan ibarət 100 manat kağız pulu, müxtəlif adlarda olan 4 paçka siqareti oğurlayaraq oradan çıxmışlar. Həmçinin marketdə quraşdırılmış “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar. Marketdən çıxan zaman gecə olduğundan onları heç kəs görməmiş, oraya qonşusu Fəxrinin dövlət qeydiyyat nişanınını xatırlamadığı “Opel” markalı avtomobili ilə getmiş və həmin avtomobillə də şəhərciyə qayıtmışlar. Həmin siqaretləri və 100 manat pulu aralarında bölmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 24.10.2020-ci il saat 03 radələrində ünvan 11 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış və o, üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açmış və və içəriyə daxil olmuşlar. Həmin zaman Ramiddin və Rauf ətrafa nəzarət etmişdir ki, gəlib-gedən olarsa onlara məlumat versin. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları Fəxrinin dövlət qeydiyyat nişanınını xatırlamadığı “Opel” markalı avtomobili ilə şəhərciyə qayıtmışlar. Seyfi şəhərcikdə açan zaman içərisində olan 170 manat pulu götürmüş və öz aralarında həmin pulu bölmüşlər. Marketdən oğurladıqları siqaretləri Binəqədi rayonunda yerləşən topdan satış mərkəzinə 300 manata satmış və əldə etdikləri pulu da öz aralarında bölmüşlər. Bundan əlavə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 28.10.2020-ci il saat 03 radələrində Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış və Ramiddinin üzərində gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin kilid yerini açaraq qapısını açmış və içəriyə daxil olmuşlar. Marketə daxil olan kimi marketin içərisində müdirin iş otağının qapısının kilidini “mantirovka” ilə qıraraq oraya daxil olmuş və orada yerləşən dəmir dolabın içərisinə baxdıqda müxtəlif markalı tütün məhsullarını oğurlamışlar. Oradan çıxan zaman bağlı seyfi də özləri ilə götürmüş, orada olan DVR aparatını axtarsa da, tapa bilməmişdir. Həmin marketə də Fəxrinin dövlət qeydiyyat nişanınını xatırlamadığı “Opel” markalı avtomobili ilə getmiş, seyfi şəhərcikdə açan zaman içərisində olan 250 manat pulu götürərək aralarında bölmüş, marketdən oğurlamış olduqları siqaretləri Binəqədi rayonunda yerləşən topdan satış mərkəzinə 200 manata satmış və həmin pulu da öz aralarında bölmüşlər. ünvan 12 ünvanda yerləşən "xxxx" marketdən oğurlamış olduqları tütün məmulatlarının və digər əşyaların dəyəri onun hesablamasına görə ümumilikdə 1000 manat təşkil edir, Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketdən parfumeriya, şirniyyat və məişət məhsulları oğurlamamış, oradan yalnız 250 manat dəyərində olan tütün məmulatlarını, içərisində 200 manat olan seyfi oğurlamışlar. Həmin zaman gecə saatları olduğundan ətrafda heç kəs olmamış və onlari görən olmamışdır. Oğurluq barədə Fəxriyə heç bir məlumat verməmiş, avtomobili qaytaracaqlarını bildirmişdir. Avtomobili özü idarə etmiş və oğurluqda əldə etdikləri qazancdan Fəxriyə heç nə verməmişlər. Siqaretləri satdıqları şəxsi tanımır, həm də ona siqaretlərin oğurluq olduğunu deməmişdir. Bundan başqa 11 noyabr 2020-ci il tarixdə saat 15 radələrində o, Ramiddin, Anar və Raufla yaşadıqları məhəllədə görüşüb söhbət edən zaman Ramiddin onlara Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"dən birlikdə oğurluq etmək fikrinin olduğunu demiş, onlar Ramiddinlə birlikdə oğurluq etmək barədə razılaşmış və həmin günü saat 18 radələrində yenidən yaşadıqları məhəllədə görüşmüşlər. Həmin vaxtı o, eyni məhəllədə yaşadıqları Fəxridən ona məxsus Opel markalı avtomobili, işi olduğunu deyib müvəqqəti idarə etmək üçün götürmüş, onlar, yəni o, Ramiddin, Anar və Rauf bir qədər söhbət etdikdən sonra o, avtomobilin sükanı arxasında, Rauf avtomobilin qabaq sağ oturacağında, Ramiddin və Anar isə avtomobilin arxa oturacağında əyləşib havanın qaralmasını gözləmişlər. 12 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində o, avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində idarə etməyə başlamış, təxminən yarım saatdan sonra onlar Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"in yaxınlığına çatmış və o, avtomobili "xxxx"dən təxminən 200 metr kənarda saxlamışdır. Bundan sonra o, Ramiddin, Anar və Rauf birlikdə avtomobildən düşüb "xxxx"ə yaxınlaşmışlar. Rauf özündə olan dəmir parçası ilə marketin qapısını açdıqdan sonra dördü də marketə daxil olmuş, onlar marketdə olan dəmir seyfdə pul olduğunu düşünmüş və Raufla o, həmin seyfi götürüb marketin giriş qapısının yanına gətirmişlər. Həmçinin, onlar marketdə olan müxtəlif adda siqaret, kolbasa, şokoladları, energetik içkiləri gətirib marketin giriş qapısının yanına yığıb və həmin əşyaları və həmçinin dəmir seyfi götürüb birlikdə marketdən çıxmışlar. Birlikdə avtomobilin yanına qayıtmış və oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşib yaşadıqları məhəlləyə qayıtmışlar. Bundan sonra onlar birlikdə oğurladıqları dəmir seyfi sındıraraq seyfin içərisində olan dəqiq məbləğini xatırlamadığı pulu öz aralarında bölmüş, seyfi isə həmin yerdə yolun kənarına atmışlar. Səhərisi günü o, Raufla birlikdə oğurladığıqları siqaret, kolbasa, sosiska və şokoladları aparıb Binəqədi rayonu ərazisində yerləşən mağazaya satmış, həmin malların satışından əldə olunan pulu da öz aralarıında bölmüş, oğurluq yolu ilə əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CMin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Rauf adlı şəxsləri tanıyır. Belə ki, Ramiddin, Elvin və Raufla eyni məhəllədə yaşamaqla həmin şəxslərlə dostluq münasibəti vardır. Maddi vəziyyətləri pis olduqları üçün oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün onlara avtomobil lazım olmuşdur. Buna görə də Elvin tanışı Şahid2 “Opel” markalı avtomobilini istəmiş, lakin oğurluq barədə Fəxriyə heç bir məlumat verməmişdir. 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 12 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış, həmin zaman Ramiddinin üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin plastik qapısını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşlar. İlk olaraq müdir otağının qapısının kilidin özləri ilə gətirdikləri dəmir alətlə Elvin qırmış və onlar içəriyə daxil olmuşlar. Orada olan dolabın içərisindəki seyfin açarlarını masanın üzərindən götürərək açıb içəridə olan müxtəlif əskinaslardan olan 100 manat pulu, müxtəlif adlarda olan 4 qutu siqareti oğurlayaraq oradan çıxmışlar. Həmçinin “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar. Marketdən çıxan zaman gecə olduğundan onları heç kəs görməmişdir. Oğurluğa qonşuları olan Fəxrinin avtomobili ilə getmişlər. Həmin avtomobillə də şəhərciyə qayıtmışlar. Həmin siqaretlərdən hərəsi birini götürmüş, 100 manat pulu isə hərəsinə 25 manat olmaqla bölmüşlər. Bundan başqa o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, 24.10.2020-ci il saat 03 radələrində ünvan 13 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış və Elvin üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açmış və içəriyə daxil olmuşlar. Həmin zaman Rauf və Ramiddin ətrafa nəzarət etmişlər ki, gəlib-gedən olarsa onlara məlumat versinlər. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları Fəxrinin “Opel” markalı avtomobili ilə şəhərciyə qayıtmışlar. Seyfi şəhərcikdə açan zaman içərisində olan 170 manat pulu götürərək aralarında bölmüş və marketdən oğurladıqları siqaretləri Elvin topdan satış mərkəzinə 300 manata satıb pulu öz aralarında bölmüşlər. Həmin oğurluq nəticəsində onun payına təxminən 120 manat pul düşmüşdür. Bundan əlavə 28.10.2020-ci il saat 03 radələrində Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketə yaxınlaşıb və Ramiddin üzərində gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin kilid yerini açaraq qapısını açıb içəriyə daxil olmuş, marketə daxil olan kimi marketin içərisində müdirin iş otağının qapısının kilidini Elvin “mantirovka” ilə qıraraq oraya daxil olmuş və orada yerləşən dəmir dolabın içərisinə baxdıqda müxtəlif markalı tütün məhsullarını oğurlamışlar. Oradan çıxan zaman bağlı seyfi də özləri ilə götürmüş, lakin mağazada DVR aparatını axtarsalar da, tapa bilməmişlər. Həmin marketə də Fəxrinin “Opel” markalı avtomobili ilə getmiş, seyfi şəhərcikdə açan zaman içərisində olan 250 manat pulu götürüb aralarında həmin pulu bölmüşlər. Marketdən oğurlamış olduqları siqaretləri Elvin, Binəqədi rayonunda yerləşən topdan satış mərkəzinə 200 manata sataraq, həmin pulu da öz aralarında bölmüşlər. Qeyd edilən marketlərdən oğurlamış olduqları tütün məmulatlarının və digər əşyaların dəyəri hesablamasına görə ümumilikdə 1000 manat təşkil edir. Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketdən parfumeriya, şirniyyat və məişət məhsulları oğurlamamış, oradan yalnız 250 manat dəyərində olan tütün məmulatlarını, içərisində 200 manat olan seyfi oğurlamışlar. Tanışları Fəxrinin oğurluqdan məlumatı olmamışdır. Bundan başqa, 11 noyabr 2020-ci il tarixdə saat 15 radələrində o, Ramiddin, Elvin və Raufla yaşadığı məhəllədə görüşüb söhbət edən zaman Ramiddin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx" marketdən birlikdə oğurluq etmək fikrinin olması barədə onlara bildirmiş, onlar da Ramiddinlə birlikdə oğurluq etmək barədə razılaşmış və həmin günü saat 18 radələrində yenidən yaşadıqları məhəllədə görüşmüşlər. Həmin vaxtı Elvin, onlarla eyni məhəllədə yaşayan Fəxri adlı şəxsdən, ona məxsus Opel markalı avtomobili, işi olduğunu deyib müvəqqəti idarə etmək üçün götürmüş, onlar, yəni o, Ramiddin, Elvin və Rauf bir qədər söhbət etdikdən sonra Elvin avtomobilin sükanı arxasında, Rauf avtomobilin qabaq sağ oturacağında, Ramiddin və o isə avtomobilin arxa oturacağında əyləşib havanın qaralmasını gözləməyə başlamışlar. 12 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Elvin avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində idarə etməyə başlamışdır. Təxminən yarım saat sonra onlar Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"in yaxınlığına çatmış və Elvin avtomobili "xxxx"dən təxminən 200 metr kənarda saxlamışdır. Bundan sonra o, Ramiddin, Elvin və Rauf birlikdə avtomobildən düşüb "xxxx"ə yaxınlaşmış, Rauf özündə olan dəmir parçası ilə marketin qapısını açmış və dördü də birlikdə marketə daxil olmuşlar. Onlar marketdə olan dəmir seyfdə pul olduğunu fikirləşmiş və Raufla Elvin həmin seyfi götürüb marketin giriş qapısının yanına gətirmişlər. Həmçinin, onlar marketdə olan müxtəlif adda siqaret, kolbasa, şokoladları, energetik içkiləri gətirib marketin giriş qapısının yanına yığmışlar və qeyd etdiyi əşyaları, həmçinin dəmir seyfi götürüb birlikdə marketdən çıxmışlar. Onlar birlikdə avtomobilin yanına qayıtmış və oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşib yaşadıqları məhəlləyə qayıtmışlar. Bundan sonra onlar birlikdə oğurladıqları dəmir seyfi sındırıb seyfin içərisində olan dəqiq məbləğini xatırlamadığı pulu öz aralarında bölmüş, seyfi isə həmin yerdə yolun kənarına atmışlar. Səhərisi günü Elvin, Raufla birlikdə oğurladıqları siqaret, kolbasa, sosiska və şokoladları aparıb Binəqədi rayonu ərazisində yerləşən mağazaya satmış və həmin malların satışından əldə olunan pulu da öz aralarında bölmüşlər. O, oğurluq yolu ilə əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, göstərmişdir ki, törətmiş olduqları oğurluq hadisələrindən barədə Fəxrinin məlumatı olmamışdır və Fəxriyə heç bir məbləğdə pul verməmişlər. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CMin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elvin, Anar və Raufla eyni məhəllədə yaşayır və dostluq edirlər. Maddi vəziyyətləri pis olduqları üçün oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək üçün onlara avtomobil lazım olmuş, buna görə də Elvin tanışı Fəxridən “Opel” markalı avtomobili istəmiş, lakin oğurluq barədə Fəxriyə heç bir məlumat verməmişdir. Bu məqsədlə 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 12 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmışlar. Həmin zaman Təqsirləndirilən şəxs4 üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin şüşə qapısını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşdur. Əvvəl müdir otağının qapısını özləri ilə gətirdikləri dəmir alətlə qıraraq orada olan dolabın içərisindəki seyfin açarlarını masanın üzərindən götürərək açıb içərisində olan müxtəlif əskinaslardan olan 100 manat kağız pulu, müxtəlif adlarda olan 4 paçka siqareti oğurlayaraq oradan çıxmış, həmçinin “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar. Marketdən çıxan zaman gecə olduğundan onları heç kəs görməmişdir. Onlar oraya qonşuları Fəxriyə məxsus “Opel” markalı avtomobili ilə getmiş, həmin avtomobillə də şəhərciyə qayıtmışlar. Həmin siqaretləri aralarında bölmüş və 100 manat pulu isə hərəsinə 25 manat olmaqla bölmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2, Elxan Həsənov və Təqsirləndirilən şəxs4lə birlikdə yenidən oğurluq etmək qərarına gəlmişlər. 24.10.2020-ci il saat 03 radələrində ünvan 11 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış və Elvin üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açmış və içəriyə daxil olmuşlar. Həmin zaman o və Rauf ətrafa nəzarət etmişlər ki, gəlib-gedən olsa onlara məlumat versinlər. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları Fəxrinin Opel markalı avtomobili ilə şəhərciyə qayıtmışlar. Seyfi şəhərcikdə açan zaman içərisində olan 170 manat pulu götürmüş və aralarında həmin pulu bölmüşlər. Marketdən oğurlamış olduqları siqaretləri Elvin topdan satış mərkəzinə 300 manata satmış və həmin puluda öz aralarında bölmüşlər. Həmin oğurluq nəticəsində ona təxminən 120 manat pul çatmışdır. Bundan əlavə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4lə birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, 28.10.2020-ci il saat 03 radələrində Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketə yaxınlaşıb o, üzərində gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin kilid yerini açaraq qapısını açıb və içəriyə daxil olmuşlar. Marketə daxil olan kimi marketin içərisində müdirin iş otağının qapısının kilidini “mantirovka” ilə qıraraq oraya daxil olub dəmir dolabın içərisinə baxdıqda müxtəlif markalı tütün məhsullarını oğurlamışlar. Oradan çıxan zaman bağlı seyfi də özləri ilə götürmüş, o, mağazada DVR aparatını axtarsa da, tapa bilməmişdir. Oradan oğurladıqları seyfi şəhərcikdə açan zaman içərisində olan 250 manat pulu götürmüş və aralarında həmin pulu bölmüşlər. Marketdən oğurlamış olduqları siqaretləri Binəqədi rayonunda yerləşən topdan satiş mərkəzinə 200 manata satmış, həmin puluda öz aralarında bölmüşlər. Göstərmişdir ki, marketlərdən oğurlamış olduqları tütün məmulatlarının və digər əşyaların dəyəri onun hesablamasına görə ümumilikdə 1000 manat təşkil edir. Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketdən parfumeriya, şirniyyat və məişət məhsulları oğurlamamış, oradan yalnız 250 manat dəyərində olan tütün məmulatlarını, içərisində 200 manat olan seyfi oğurlamış, oğurluq etmələri barədə Fəxriyə heç bir məlumat verməmiş, oğurluqdan əldə etdikləri qazancdan Fəxriyə verməmişlər. Bundan başqa 11 noyabr 2020-ci il tarixdə saat 15 radələrində o, Elvin, Elxan və Raufla yaşadıqları məhəllədə görüşmüşlər. Aralarında olan söhbət zamanı o, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"dən birlikdə oğurluq etmək barədə dedikdə Elvin, Elxan və Rauf onunla razılaşmış, bundan sonra onlar ayrılıb və həmin günü saat 18 radələrində yenidən yaşadıqları məhəllədə görüşmüş, həmin vaxtı o, Elvinin Opel markalı, nömrəsini bilmədiyi avtomobili idarə etdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil onunla eyni məhəllədə yaşayan Fəxriyə məxsusdur, Elvin həmin avtomobili müvəqqəti idarə etmək üçün Fəxridən almışdır. Bundan sonra Elvin avtomobilin sükanı arxasında, Rauf avtomobilin qabaq sağ oturacağında, Elxan və o isə avtomobilin arxa oturacağında əyləşib havanın qaralmasını gözləməyə başlamışlar. 12 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Elvin avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində idarə etməyə başlamış, təxminən yarım saatdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"in yaxınlığına çatmış və Elvin avtomobili "xxxx"dən təxminən 200 metr kənarda saxlamışdır. Bundan sonra o, Elvin, Anar və Rauf birlikdə avtomobildən düşüb "xxxx"ə yaxınlaşmışlar və Rauf özündə olan dəmir parçası ilə marketin qapısını açdıqdan sonra dördü də marketə daxil olmuşlar. Daha sonra onlar marketdə olan dəmirdən hazırlanmış seyfdə pul olduğunu düşünmüş və Raufla Elvin həmin seyfi götürüb marketin giriş qapısının yanına gətirmişlər. Onlar marketdə olan müxtəlif adda siqaret, kolbasa, şokoladları gətirib marketin giriş qapısının yanına yığıb və həmin əşyaları, həmçinin dəmir seyfi götürüb birlikdə marketdən çıxmışlar. Bundan sonra birlikdə avtomobilin yanına qayıtmış və oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşib yaşadıqları məhəlləyə qayıtmışlar. Bundan sonra onlar birlikdə oğurladıqları dəmir seyfi sındıraraq seyfin içərisində olan dəqiq məbləğini xatırlamadığı pulu öz aralarında bölmüş, seyfi isə həmin yerdə yolun kənarına atmışlar. Səhərisi günü Elvin və Rauf, birlikdə oğurladıqları siqaret, kolbasa, sosiska və şokoladları aparıb ünvanını bilmədiyi mağazaya satmış, həmin malların satışından əldə olunan puldan Elvin ona 150 manat pul vermiş, o, oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, törətmiş olduqları həmin oğurluq hadisəsi barədə Fəxrinin məlumatı olmamış və onlar Fəxriyə heç bir məbləğdə pul verməmişlər. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 CMin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məhəllədə yaşayır və dostluq edirlər. Maddi vəziyyətləri pis olduqları üçün oğurluq etmək qərarına gəlmişlər və oğurluq etmək üçün onlara avtomobil lazım olmuşdur. Buna görə də Elvin tanışı Fəxridən “Opel” markalı avtomobilini istəmiş, lakin oğurluq edəcəkləri barədə Fəxriyə heç bir məlumat verməmişdir. 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 12 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış, o, Ramiddinin üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin plastik qapisını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşdur. Müdir otağının qapısının kilidin özləri ilə gətirdikləri dəmir alətlə Elvin qırmış və ora daxil olmuşlar. Orada olan dolabın içərisindəki seyfin açarlarını masanın üzərindən götürmüş, seyfi açıb onun içərisində olan müxtəlif əskinaslardan olan 100 manat kağız pulu, müxtəlif adlarda olan 4 qutu siqareti oğurlayaraq oradan çıxmışlar. Həmçinin “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar. Marketdən çıxan zaman gecə olduğundan onları heç kəs görməmiş, oğurladıqları siqaretlərin hərəsi birini götürmüş, 100 manat pulu isə hərəsinə 25 manat olmaqla bölmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, 24.10.2020-ci il saat 03 radələrində ünvan 11 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmışlar və Elvin üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açıb içəriyə daxil olmuşdur. Həmin zaman o və və Ramiddin ətrafa nəzarət etmişlər ki, gəlib-gedən olsa onlara məlumat versinlər. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları X17 markalı avtomobili ilə şəhərciyə qayıtmışlar. Seyfi şəhərcikdə açıb içərisində olan 170 manat pulu götürmüş və aralarında bölmüşlər. Marketdən oğurlamış olduqları siqaretləri Elvin topdan satış mərkəzinə 300 manata satmış və həmin pulu da öz aralarında bölmüşlər. Həmin oğurluq nəticəsində ona təxminən 120 manat pul çatmışdır. Bundan əlavə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə yenidən oğurluq etmək qərarına gəlmiş, 28.10.2020-ci il saat 03 radələrində Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış və Ramiddin üzərində gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin kilid yerini açaraq qapısını açıb içəriyə daxil olmuşlar. Marketə daxil olan kimi marketin içərisində müdirin iş otağının qapısının kilidini Elvin “mantirovka” ilə qıraraq oraya daxil olmuşdur. Orada yerləşən dəmir dolabın içərisinə baxdıqda müxtəlif markalı tütün məhsullarını oğrulamış, oradan çıxan zaman bağlı seyfi də özləri ilə götürmüşlər. Orada olan DVR aparatını axtarsalar da, tapa bilməmişlər. Seyfi şəhərcikdə açan zaman içərisində olan 250 manat pulu götürmüş və aralarında bölmüşlər. Marketdən oğurlanmış olduqları siqaretləri Elvin, Binəqədi rayonunda yerləşən topdan satış mərkəzinə 200 manata sataraq, həmin pulu da öz aramızda bölmüşlər. Həmin marketlərdən oğurlamış olduqları tütün məmulatlarının və digər əşyaların dəyəri onun hesablamasına görə ümumilikdə 1000 manat təşkil edir. Göstərmişdir ki, Nəsimi rayonu Cavadxan küçəsi 48 saylı ünvanda yerləşən "xxxx" marketdən parfumeriya, şirniyyat və məişət məhsulları oğurlamış, oradan yalnız 250 manat dəyərində olan tütün məmulatlarını, içərisində 200 manat olan seyfi oğurlamış, Fəxriyə oğurluq barədə heç bir məlumat verilmçmişdir. Bundan başqa 11 noyabr 2020-ci il tarixdə saat 15 radələrində o, Ramiddin, Elvin və Anarla yaşadıqları məhəllədə görüşmüşlər. Aralarında olan söhbət zamanı Ramiddin, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"dən birlikdə oğurluq etmək barədə dedikdə onunla razılaşmışlar. Bundan sonra həmin günü saat 18 radələrində yenidən yaşadıqları məhəllədə görüşmüşlər. Həmin vaxtı o, Elvinin Opel markalı, nömrəsini bilmədiyi avtomobili idarə etdiyini görmüşdür. Sonradan Elvin demişdir ki, həmin avtomobil onlarla eyni məhəllədə yaşayan Fəxriyə məxsusdur, Elvin həmin avtomobili müvəqqəti idarə etmək üçün Fəxridən almışdır. Bundan sonra Elvin avtomobilin sükanı arxasında, o, avtomobilin qabaq sağ oturacağında, Ramiddin və Anar isə arxa oturacaqda əyləşib havanın qaralmasını gözləməyə başlamışlar. 12 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Elvin avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində idarə etməyə başlamış, təxminən yarım saatdan sonra onlar Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"in yaxınlığına çatmış və Elvin avtomobili "xxxx"dən təxminən 200 metr kənarda saxlamışdır. Bundan sonra o, Ramiddin, Elvin və Anar birlikdə avtomobildən düşüb "xxxx"ə yaxınlaşmışlar və onlar dəmir parçası ilə marketin qapısını açdıqdan sonra dördü də marketə daxil olmuş, sonra onlar marketdə olan dəmirdən hazırlanmış seyfdə pul olduğunu düşünüb və Elvinlə o, həmin seyfi götürüb marketin giriş qapısının yanına gətirmişlər. Onlar marketdə olan müxtəlif adda siqaret, kolbasa, energetik içkilər, şokoladları gətirib marketin giriş qapısının yanına yığmış və həmin əşyaları, həmçinin dəmir seyfi götürüb birlikdə marketdən küçəyə çıxmışlar. Bundan sonra birlikdə avtomobilin yanına qayıtmış və oğurladıqları əşyaları avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşib yaşadıqları məhəlləyə qayıtmışlar. Orada oğurladıqları dəmir seyfi sındıraraq seyfin içərisində olan dəqiq məbləğini xatırlamadığı pulu öz aralarında bölüb, seyfi isə həmin yerdə yolun kənarına atmışlar. Səhərisi günü oğurladıqları malların satışından əldə olunan puldan Elvin ona 250 manat pul vermişdir. O, oğurluq yolu ilə əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduqları həmin oğurluq hadisəsi barədə Fəxrinin məlumatı olmamış və onlar Fəxriyə heç bir məbləğdə pul verməmişlər. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 05 oktyabr 2020-ci il tarixdə ünvan 14 ünvanında yerləşən "xxxx" mağazası naməlum şəxslər tərəfindən qarət olunmuşdur. Mağazadan tütün məmulatlarından başqa HİKVİSİON DS-7108 modelli qiyməti 296 manat olan DVR aparatı da oğurlanmışdır. Hadisə nəticəsində marketə 603,7 manat maddi ziyan vurulmuşdur. Bundan başqa ikinci dəfə 24 oktyabr 2020-ci ildə Holdinqin tərkibində "xxxx" MMC-yə məxsus Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən mağazadan oğurluq olmuşdur. Belə ki, həmin mağazadan 1083 manat 80 manat dəyərində müxtəlif markalı tütün məmulatları, 375 manat 36 qəpik dəyərində müxtəlif markalı şirniyyat və alkoqolsuz içkilər, 296 manat dəyərində içərisində 170 manat olan kiçik seyf, 185 manat dəyərində DVR aparatı və ona qoşulu olan 127,50 manat dəyərində 2 TB yaddaşı olan qurğu oğurlanmışdır. Oğurluq nəticəsində marketə ümumilikdə 2237,66 manat ziyan dəymişdir. Sonuncu dəfə 28.10.2020-ci il tarixdə gecə radələrində ünvan 15 ünvanda yerləşən "xxxx" mağazasından oğurluq hadisəsi baş vermişdir. Belə ki, həmin oğurluq hadisəsi barədə mağazada satıcı işləyən X5 DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mağazaya baxış zamanı müəyyən edilmişdir ki, 1400,43 manat müxtəlif markalı tütün, şirniyyat, kosmetika və məişət məhsulları, içərisində 554,07 manat nağd pul olan 296 manat dəyərində dəmir seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bununlada baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə "xxxx" MMC-yə 2250,50 manat dəyərində maddi ziyan dəymişdir. 12.11.2021-ci il tarixə keçən gecə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanda yerləşən "xxxx"də oğurluq hadisəsi baş vermiş, baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə ümumilikdə 3712 manat 73 qəpik dəyərində maddi ziyan dəymişdir. Belə ki, marketdən 1 ədəd 700 manat dəyərində seyf, 755 manat 73 qəpik pul, tütün və içki, digər qida məhsulları, o cümlədən kolbasa, sosiska və s. oğurlanmışdır. "xxxx" mağazasından həmçinin 185 manat dəyərində “İCATCH RMH-0828 EU-1” (8 portlu) markalı DVR aparatı və ona qoşulu olan 127,50 manat dəyərində “SEGATE HDD 2TB” yaddaş qurğusu oğurlanmış, eyni zamanda marketlər şəbəkəsindən müxtəlif markalı, sayda və çeşiddə tütün məmulatları da oğurlanmışdır. Oğurlanmış hər bir əmlakın maddi dəyəri istintaqa verdiyi ifadəsində, eyni zamanda "xxxx" MMC-nin istintaqa təqdim etdiyi məktublarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 etdikləri oğurluq nəticəsində "xxxx" MMC-yə ümumilikdə 8389 manat 07 qəpik ziyan dəymişdir. Həmin ziyan təqsirləndirilən şəxslərin valideynləri tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışlar. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Qeyd edilən şahidlərin istintaq zamanı verdiyi ifadələri elan edilərkən müəyyən olundu ki: Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanda yerləşən "xxxx"in müdir müavini işləyir. 11 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, işlədiyi həmin marketin qapı və pəncərələrini bağlayıb yaşadığı evə getmişdir. Səhərisi günü, yəni 12 noyabr 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb işlədiyi marketə gələn zaman marketin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş və içəri daxil olub baxdıqda marketin büro otağındakı dəmir seyfin, siqaret, kolbasa, sosiska, şokolad və saqqqızların yerində olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, işlədiyi marketdən oğurluq hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində Al Market şəbəkəsinə ümumilikdə 3712 manat 73 qəpik maddi ziyan dəymişdir. Belə ki, işlədiyi marketdən 1 ədəd 700 manat dəyərində seyf, 755 manat 73 qəpik pul, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olmaqla cəmi dəyəri 4 manat 80 qəpik olan 3 ədəd More siqareti, 1 ədəd 1 manat 80 qəpik dəyərində Klassik silver siqareti, 1 ədəd 1 manat 80 qəpik dəyərində Klassik blue siqareti, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olmaqla cəmi dəyəri 223 manat 10 qəpik olan 97 ədəd Rotmans silver siqareti, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olmaqla cəmi dəyəri 6 manat 40 qəpik olan 4 ədəd Arqo blue siqareti, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olmaqla cəmi dəyəri 133 manat 20 qəpik olan 36 ədəd Sobraniye siqareti, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olmaqla cəmi dəyəri 3 manat 20 qəpik olan 2 ədəd Bakı siqareti, 1 ədədinin dəyəri 2 manat olmaqla cəmi dəyəri 290 manat olan 145 ədəd Vant siqareti, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olmaqla cəmi dəyəri 333 manat 50 qəpik olan 145 ədəd Vençester siqareti, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olmaqla cəmi dəyəri 86 manat 40 qəpik olan 48 ədəd Vikeroy siqareti, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olmaqla cəmi dəyəri 30 manat 60 qəpik olan 17 ədəd Arqo siqareti, 1 ədədinin dəyəri 2 manat 10 qəpik olmaqla cəmi dəyəri 46 manat 20 qəpik olan 22 ədəd Vest siqareti, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olmaqla cəmi dəyəri 124 manat 20 qəpik olan 54 ədəd Palmall siqareti, 1 ədədinin dəyəri 3 manat 40 qəpik olmaqla cəmi dəyəri 170 manat olan 50 ədəd Kent siqareti, 1 ədədinin dəyəri 2 manat 60 qəpik olmaqla cəmi dəyəri 93 manat 60 qəpik olan 36 ədəd LD siqareti, 1 ədədinin dəyəri 2 manat 80 qəpik olmaqla cəmi dəyəri 142 manat 80 qəpik olan 51 ədəd LD siqareti, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olmaqla cəmi dəyəri 163 manat 20 qəpik olan 51 ədəd Vinston siqareti, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olmaqla cəmi dəyəri 32 manat olan 20 ədəd Kingston siqareti, 1 ədədinin dəyəri 1 manat 80 qəpik olmaqla cəmi dəyəri 102 manat 60 qəpik olan 57 ədəd Magna siqareti, 1 ədədinin dəyəri 70 qəpik olmaqla cəmi dəyəri 16 manat 80 qəpik olan 24 ədəd Bizon energetik içkisi, 1 ədədinin dəyəri 1 manat olmaqla cəmi dəyəri 53 manat olan 53 ədəd Bizon energetik içkisi, 1 ədədinin dəyəri 95 qəpik olmaqla cəmi dəyəri 3 manat 80 qəpik olan 4 ədəd Kola içkisi, 1 ədədinin dəyəri 1 manat 50 qəpik olmaqla cəmi dəyəri 16 manat 50 qəpik olan 11 ədəd Goo alkoqollu içki, cəmi dəyəri 177 manat olan kolbasa, sosiska, şokolad və saqqızlar oğurlanmışdır. Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus Opel Omeqa markalı ** UC *** nömrəli avtomobili vardır və həmin avtomobillə taksi kimi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, Elvin onunla qonşuluqda yaşayır. 11 noyabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında Elvinlə görüşmüş, aralarinda olan söhbət zamanı Elvin şəxsi işi olduğunu, avtomobilini idarə etməsi üçün ona verməyini demişdir. O da Elvini tanıdığına görə etiraz etməmiş və avtomobilinin açarını ona vermişdir. Elvin də avtomobilin sükanı arxasında əyləşib idarə edərək onun yanından uzaqlaşmışdır. Səhərisi günü o, yaşadığı evdən çıxıb və avtomobilinin Elvin tərəfindən yaşadığı evin qarşısında saxlanıldığını görmüşdür. Bundan sonra avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. 12 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Rauf adlı şəxsin ona məxsus Opel Omeqa markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "xxxx"dən oğurluq cinayəti törətməsindən xəbəri olmamışdır. Elvin və digər şəxslər bu barədə ona heç bir söz deməmişlər. Özünə məxsus Opel Omeqa markalı ** UC *** nömrəli avtomobili 05.10.2020-ci il tarixdə, 24.10.2020-ci il tarixdə və 28.10.2020-ci il tarixində də tanışı Təqsirləndirilən şəxs1 idarə etməsi üçün vermiş, həmin tarixlərdə də Elvin avtomobili ondan götürdükdə şəxsi problemləri ilə bağlı götürdüyünü bildirmiş və həmin günlərin səhərisi o, avtomobilini Elvindən geri təhvil alıb öz işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 digər tanışları ilə birlikdə marketlərdən etdikləri oğurluqlardan xəbərsiz olmuş, sonuncu ondan avtomobilini yalnız şəxsi işi ilə bağlı aldığını deyərək ona edəcəkləri oğurluq barədə heç bir məlumat verməmiş, eyni zamanda oğurlanmış əşyalardan ona hər hansı hissəsi verilməmiş, həmçinin avtomobilini idarə etmək üçün götürülməsi ilə bağlı ona Elvin tərəfindən hər hansı miqdarda pul ödənilməmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanda yerləşən "xxxx" mağazasında müdir vəzifəsində işləyir. 28.10.2020-ci il tarixdə mağazaya gələrək qapını açmaq istədikdə mağazanın şüşədən olan qarısının aralı olduğunu görmüş, belə olduqda mağazadan oğurluq olduğunu başa düşərək dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra baxış zamanı müəyyən etmişdir ki, mağazadan 200 manat dəyərində parfumeriya məhsulları, 1500 manat dəyərində müxtəlif növ siqaretlər və büroda yerləşən dolabda olan pul saxlamaq üçün nəzərdə tutulan içərisində 554 manat 52 qəpik olan dəmir seyf oğurlanmışdır. Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində 4-cü mikrorayon dairəsi yaxınlığınıda yerləçən "xxxx"də müdir işləyir. 05.10.2020-ci il tarixdə saat təqribən 08 radələrində işlədiyi "xxxx"ə yaxınlaşanda giriş qapısının açıq olduğunu görüb içəriyə daxil olmuşdur. Ətrafa göz gəzdirərkən bilmişdir ki, aşağı sol hissədə olan kassa otağına daxil olunmuşdur. Orada dolabın qapılarının açıq olmasını aşkar etdikdən sonra dolabın içərisində olan kiçik seyfin qapısının açıq olduğunu və üzərində seyfə məxsus olan açarın olduğunu görmüşdür. Eyni zamanda seyfin işərisində olan, bir gün əvvəldən saxlanılmış 450 manat pulun yerində olmadığını və dolabın içərisində olan karton qutunun içərisinə qoyulmuş ümumi dəyəri 171,65 manat olan müxtəlif markalı tütün məmulatlarının oğurlandığını aşkar etmiş, hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş və hadisə nəticəsində işlədiyi "xxxx"ə 621,65 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 21 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 21 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 21 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1304/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 21 noyabr 2020-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 19 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1302/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 21 noyabr 2020-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 19 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1303/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 21 noyabr 2020-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 19 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1345/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 25 noyabr 2020-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 19 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə istintaq olunan ********* və ********* nömrəli cinayət işləri Abşeron RPİ-nin, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin icraatındadır; "xxxx" MMC-nin 3019 nömrəli, 23 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 27.10.2020-ci il tarixdən 28.10.2020-ci il tarixinə keçən gecə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 48 ünvanında yerləşən "xxxx" mağazası qarət olunmuşdur. Qarət nəticəsində mağazadan 1400,43 (min dörd yüz qırx üç qəpik) azn dəyərində müxtəlif markalı tütün, şirniyyat, kosmetika məmulatları və məişət məhsulları, içərisində 554,07 (beş yüz əlli dörd manat yeddi qəpik) azn nağd pul olan 296 (iki yüz doxsan altı) azn dəyərində dəmir seyf oğurlanmışdır. Bununla da "xxxx" MMC-yə ümumi olaraq, 2250,50 (iki min iki yüz əlli manat əlli qəpik) azn dəyərində maddi ziyan vurulmuşdur; "xxxx" MMC-nin 2943 nömrəli, 20 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 05.10.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 18 ünvanında yerləşən (3215) "xxxx" mağazası naməlum şəxslər tərəfindən qarət olunmuşdur. Qarət nəticəsində mağazadan hər birinin dəyəri 2 manat 44 qəpik, ümumi məbləği 12 manat 20 qəpik olan 5 ədəd “X20”, hər birinin dəyəri 2 manat 60 qəpik olan, ümumi məbləği 13 manat olan 5 ədəd “X21 0,4”, hər birinin dəyəri 2 manat 44 qəpik,ümumi 17 manat 12 qəpik olan 7 ədəd “X22 SİLVER”, hər birinin dəyəri 2,6 manat, ümumi məbləği 54 manat 48 qəpik olan 21 ədəd “KENT HD 8 FUTURA”, hər birinin dəyəri 2 manat 55 qəpik olan ümumi məbləği 48 manat 54 qəpik olan 19 ədəd “KENT ND 4 NEO”, hər birinin dəyəri 1 manat 75 qəpik, ümumi məbləği 5 manat 25 qəpik olan 3 ədəd “X13”, hər birinin dəyəri 1 manat 75 qəpik, ümumi məbləği 21 manat 4 qəpik olan 12 ədəd “X23” siqaretləri olmaqla, ümumi olaraq 171 manat 65 qəpik dəyərində tütün məmulatları və dəmir seyfdə olan 432 manat 05 qəpik nağd pul oğurlanmış, bununla da "xxxx" MMC-yə 603,7 (aİtı yüz üç manat yetmiş qəpik) azn məbləğində maddi ziyan dəymişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 oktyabr 2020-ci il tarixli, 9/4707 nömrəli rəyindən görünür ki, 5 ədəd “X20”, 5 ədəd “X21 04”, 7 ədəd “X22 Silver”, 21 ədəd “Kent Hd 8 Futura”, 19 ədəd “Kent Nd 4 Neo”, 3 ədəd “X13”, 12 ədəd “X23” markalı siqaretlərin 2020ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 227,70 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; "xxxx" MMC-nin 2967 nömrəli, 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 05.10.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsi ünvanında yerləşən (3215) "xxxx" mağazası naməlum şəxslər tərəfindən qarət olunmuşdur və mağazadan oğurlanmış mallarda daxil olmaqla 185 (bir yüz səksən beş) manat dəyərində İCATCH RMH-0828EU-1 (8 portlu) markalı DVR aparatı və ona qoşulu olan 127,5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) azn dəyərində SEGATE HDD 2TB yaddaş qurğusu da oğurlanmışdır. Sözü gedən DVR aparatı və yaddaş qurğusu 2018-ci ilin aprel ayında alınmışdır və 2019-cu ilin mart ayında qarət olunan mağazaya quraşdırılmışdır. Bununla da "xxxx" MMC-yə 916.20 (doqquz yüz on altı manat iyirmi qəpik) azn məbləğində maddi ziyan dəymişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 9/4872 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olunması nəzərə alınmaqla 2020-ci il oktyabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 1 ədəd İCATCH RMH-0828EU-1 (8 portlu) markalı DVR aparatı - 120 manat, 1 ədəd SEGATE HDD 2TB yaddaş qurğusu - 80,0 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; "xxxx" MMC-nin 3018 nömrəli, 23 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 23.10.2020-ci il tarixdən 24.10.2020-ci il tarixinə keçən gecə "xxxx" -yə məxsus ünvan 19 ünvanında yerləşən Al market mağazası qarət olunmuşdur. Qarət nəticəsində mağazadan hər birinin dəyəri 2,83 olan ümumi məbləği 98,88 manat olan 35 ədəd SOBRANİE SLİM WHİTES ,hər birinin dəyəri 2.59 manat olan ümumi məbləği 67,21 manat olan 26 ədəd KENT HD 4 NEO, hər birinin dəyəri 1,53 manat olan ümumi məbləği 45,75 manat olan 30 ədəd WANT NANO BLACK SİQARET,hər birinin dəyəri 1,38 manat olan ümumi məbləği 27,5 manat olan 20 ədəd ARGO Kİ COMPACT BLUE,hər birinin dəyəri 1,22 manat olan ümumi məbləği 10,98 manat olan 9 ədəd P& S BLACK, hər birinin dəyəri 1,08 manat olan ümumi məbləği 2,16 manat olan 2 ədəd VEST FUSİON SİLVER, dəyəri 1,14 manat olan 1 ədəd WEST RİCH BLUE, dəyəri 1,14 manat olan 1 ədəd WEST FUSİON BLACK, dəyəri 0,76 manat olan 1 ədəd YAVA EXPORT SİLVER,hər birinin dəyəri 2,44 manat olan ümumi məbləği 107,52 manat olan 44 ədəd X20,hər birinin dəyəri 1,46 manat olan ümumi məbləği 14,59 manat olan 10 ədəd WANT NANO BLUE SİQARET,hər birinin dəyəri 1,20 manat olan ümumi məbləği 11,99 manat olan 10 ədəd ARGO NANO BLUE, hər birinin dəyəri 1,18 manat olan ümumi 7,05 manat olan 6 ədəd MORE BLUE, hər birinin dəyəri 2,82 manat olan ümumi 76,27 manat olan 27 SOBRANİE SLİM BLUES, hər birinin dəyəri 1,37 manat olan məbləği 27,49 manat olan 20 ədəd PRİMA DELUXE BLUE, hər birinin dəyəri 1,75 əlan ümumi məbləği 8,77 manat olan 5 ədəd ROTHMANS CLİCK AMBER, hər birinin 2.44 manat olan ümumi məbləği 70,88 manat olan 29 ədəd X22 SİLVER, hər birinin dəyəri 1,37 manat olan ümumi məbləği 38,49 manat olan 28 ədəd - JY NANO SİLVER,hər birinin dəyəri 1,37 manat olan ümumi məbləği 39,82 manat ədəd VİCEROY NANO BLUE, hər birinin dəyəri 1,37 manat olan ümumi məbləği manat olan 29 ədəd MAGNA CARBON BLACK,hər birinin dəyəri 1,98 manat olan məbləği 21,83 manat olan 11 ədəd LD CLUB EXTRA WHİTE, hər birinin dəyəri 1,37 manat olan ümumi məbləği 68,65 manat olan 50 ədəd VİCEROY NANO WHİTE, hər birinin dəyəri 1.75 manat olan ümumi məbləği 22,81 manat olan 15 ədəd PALL MALL AMERİCAN NİGTS, hər birinin dəyəri 2,13 manat olan ümumi məbləği 40,56 manat olan 19 ədəd LD GLUB PLATİNUM LSS, hər birinin 2,59 manat olan ümumi məbləği 49,29 manat olan 19 ədəd T HD 8 FUTURA, hər birinin dəyəri 1,53 manat olan ümumi məbləği 15,25 manat olan 10 ədəd İMPERİAL CLSC QS SİLVER, hər birinin dəyəri 1,75 manat olan ümumi məbləği 19,30 manat olan 11 ədəd WİNCHESTER COMP.SİLVER, hər birinin dəyəri 1,76 manat olan ümumi məbləği 14.05 manat olan 8 ədəd WİNCHESTER KSSS SİLVER, hər birinin dəyəri 2,6 manat olan ümumi məbləği 28,55 manat olan 11 ədəd KENT NANOTEKİNFN 0 1, hər birinin 1,37 manat olan ümumi məbləği 15,10 manat olan 11 ədəd MAGNA CARBON SİLVER hər birinin dəyəri 1,76 manat olan ümumi məbləği 19,31 manat olan 11 ədəd ROTHMANS DEMİ BLUE, hər birinin dəyəri 1,76 manat olan ümumi məbləği 15,8 manat olan 9 ədəd PALL MALL NANO SİLVER, dəyəri 1,22 manat olan 1 ədəd ARGO KS RED,hər birinin dəyəri 2,6 manat olan ümumi məbləği 36,33 manat olan 14 ədəd X21 04, hər birinin 1,53 manat olan ümumi məbləği 3,05 manat olan 2 ədəd WANT NANO SİLVER SİQARET, dəyəri 1,22 manat olan 1 ədəd ARGO KS BLUE, hər birinin dəyəri 1,75 manat, ümumi məbləği 8,77 manat olan 5 ədəd WİNCHESTER COMP.BLUE, hər birinin dəyəri 1,76 manat olan ümumi məbləği 7,02 manat olan 4 ədəd WİNCHESTER KSSS BLUE hər birinin ümumi məbləği 1083,80 (min səksən üç manat səksən qəpik) azn olan müxtəlif marka məmulatları, hər birinin dəyəri 0,46 manat olan ümumi məbləği 11,38 manat olan 2 NESTLE KİT KAT 4 FİNGER 45 GR şokoladı,hər birinin dəyəri 0,74 manat olan məbləği 23,09 manat olan 31 ədəd NESTLE KİTKAT KİNG SİZE 58 GR şokaladı, hər dəyəri 0,48 manat olan ümumi məbləği 3,33 manat olan 7 ədəd ULKER DİDO SUDLU VAFLİ ŞOKOLAD 35GR şokaladı,hər birinin dəyəri 0,54 manat olan ümumi məbləği 38,48 olan 71 ədəd ULKER BİSKREM KAKAOLU_100Q*18 peçenyesi, hər birinin dəyər manat olan ümumi məbləği 109,55 manat olan 10 ədəd YENİ ZELLANDİYA GC CROWN YAGİ1 KG kərə yağı,hər birinin dəyəri 9,95 manat olan ümumi məbləği 59,67 manat olan 6 ədəd NOV AYA ZEMLYA KERE YAGİ 1 KG kərə yağı ,dəyəri 1,16 manat olan 1 ədəd ALPENGOLD ŞOKOLAD ACİLİ 90 GR şokaladı,hər birinin dəyəri 1,16 manat olan ümumi məbləği 9,31 manat olan 8 ədəd ALPENGOLD BADAMLİ KOKOSLU ŞOKOLAD 90 GR şokaladı,hər birinin dəyəri 1,32 manat olan ümumi məbləği 6,58 manat olan 5 ədəd ALPENGOLD ŞOKOLAD SUDLU FİNDİQLİ 90 GR şokaladı,hər birinin dəyəri 1,05 manat olan ümumi məbləği 3,16 manat olan 3 ədəd NESTLE CLASSİC FİNDİQLİ SOKOLAD 90 GR şokaladı,dəyəri 0,38 manat olan 1 ədəd ROT FRONT SUDLU PORİSTAYA ŞOKOLAD 80 GR şokaladı,dəyəri 1,87 manat olan 1 ədəd ALPENGOLD SOKOLAD 2-ci 40% ENDİRİM 90 GR şokaladı,hər birinin dəyəri 0,96 manat olan ümumi məbləği 24,12 manat olan 25 ədəd GO SİLVER ENERJİ İCKİSİ 8% ALC. 0,5 LT enerji içkisi,hər birinin dəyəri 0,97 manat olan ümumi məbləği 1,93 manat olan 2 ədəd GO ENERGY GOLD 8 % 0,5 ml enerji içkisi,hər birinin dəyəri 1,26 manat olan ümumi məbləği 2,52 manat olan ALPENGOLD ŞOKOLAD FİNDİQ VE UZUM 90GR şokaladı, hər birinin dəyəri 0,64 manat olan ümumi məbləği 67,03 manat olan 104 ədəd BİZON ENERJİ İCECEGİ 500 ML enerji içkisi,hər birinin dəyəri 0,45 manat olan ümumi məbləği 11,8 manat olan 26 ədəd BİZON ENERJİ İCKİSİ QİRMİZİ 250 ML enerji içkisi olmaqla ümumi dəyəri 375,36(üç yüz yetmiş beş manat otuz altı) azn dəyərində müxtəlif markalı şirniyyat və alkolsuz məmulatları, dəyəri 296 (iki yüz doxsan altı) manat olan dəmir seyf sındırılaraq 170 (yüz yetmiş) manat nağd pul, 185 (yüz səksən beş) manat dəyərində İCATCH RMH-0828EU-1 (8 portlu) markalı DVR aparatı və ona qoşulu olan 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) azn dəyərində SEGATE HDD 2TB yaddaş qurğusu oğurlanmış və bununla da "xxxx" MMC-yə ümumi olaraq, 2237,66 (iki min iki yüz otuz yeddi manat altmış altı qəpik) dəyərində maddi ziyan vurulmuşdur; “CD diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 icraatında CM-in 177.2.3-cü maddəsi ilə istintaq ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq şahid Ramiddin Vüqar oğlu iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ünvanda yerləşən "xxxx" market MMC-də olan müşahidə kamerasının 28.10.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsindən sonra Təqsirləndirilən şəxs3 oğlu və onun yanında olan tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 olunun və Təqsirləndirilən şəxs4 hərəkətlərini qeydə alındığı video olan CD diskə baxış keçirib həmin protokolu tərtib etmişdir. Diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd “CD-R” fomatlı ağ rəngli disk mövcuddur. Həmin disk 403 saylı xidməti otaqda olan “Lenovo” markalı noutbukun DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində dörd ədəd videofayl aşkar olundu. Həmin videofayllar açılan zaman həmin görüntülərin dörd ədədi ünvan 8 ünvanda yerləşən "xxxx" market MMC-dən 28.10.2020-ci il tarixdə baş vermiş oğurluqla əlaqədar olan görüntülərdir. 28.10.2020-ci il tarixdə baş vermiş oğurluqla bağlı olan görüntülərə baxdıqda Təqsirləndirilən şəxs3 özü ilə gətirdiyi dəmir alət olan “montirovka” ilə giriş qapısının kilidini açmaq üçün aşağı əyilmiş və onun yanında Təqsirləndirilən şəxs2 və bundan başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ətrafı müşahidə etmək üçün kənarda dayanmışlar. Təqsirləndirilən şəxs3 giriş qapısını açdıqdan sonra adları qeyd edilən şəxslərlə birlikdə marketə daxil olmuş və hansı ki, dəyəri 1400,43 manat miqdarında olan müxtəlif markalı siqaretlər, şirniyyat, kosmetik məmulatları, məişət məhsulları və 296 manat dəyərində olan seyf, eləcə də, seyfin içərisində olan 554,07 manat nağd pulu oğurlayaraq ümumilikdə həmin marketə 2250,50 manat maddi ziyan vuraraq, oranı tərk edib çıxıb getmələri müşahidə olunur. Şahid Təqsirləndirilən şəxs3 28.10.2020-ci il tarixli görüntüyə baxıb bildirdi ki, ünvan 8 ünvanda market MMC-nin giriş qapısını dəmir alət olan “montirovka” ilə kilidi açan şəxsin özü, yanındakı olan eləcə də, içəriyə girən şəxslərin isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 olduğunu bildirdi. Bundan başqa maqazində olan 2250,50 manat dəyərində əmlakları tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurladıqlarını qeyd edib, törətmiş olduğu cinayəti səmimi etiraf edib peşmançılıq keçirdiyini bildirdi. Bundan başqa qeyd olunan 1 ədəd “CD-R” fomatlı disk qablaşdırılaraq möhürləndi və protokola əlavə edildi; “CD diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli digər protokollardan görünür ki, şahid Təqsirləndirilən şəxs4, şahid Təqsirləndirilən şəxs1, şahid Təqsirləndirilən şəxs2 28.10.2020-ci il tarixli görüntüyə baxıb hər biri bildirmişdir ki, ünvan 8 ünvanda "xxxx" MMC-nin giriş qapısını dəmir alət olan “montirovka” ilə kilidi açan şəxs Təqsirləndirilən şəxs3, yanındakı olan eləcə də, içəriyə girən şəxslərin isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4dur. Bundan başqa maqazində olan 2250,50 manat dəyərində əmlakları birlikdə oğurladıqlarını qeyd edərək, törətmiş olduğu cinayəti səmimi etiraf edib peşmançılıq keçirdiyini bildirmişlər; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-19/2021 nömrəli, 05 fevral 2021ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkməsinin əvvəli həbs qətimkan tədbiri seçildiyi 05.02.2021-ci il tarixdən hesablanmışdır. CM-in 69.3-cü maddəsinə əsasən onun 23 noyabr 2019-cu il tarixdən 25.11.2019-cu il və 27 noyabr 2019-cu il tarixdən 29.11.2019-cu il tarixə qədər həbsdə saxlandığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cazası saxlanılmışdır; “Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə” göstərişdən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(101)-19/2021 saylı hökmü 09 mart 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır; “CD diskə baxış keçirilməsi haqqında” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8, icraatında CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq şahid Təqsirləndirilən şəxs4 iştirakı ilə ünvan 6 ünvanda yerləşən "xxxx" market mağazasında olan müşahidə kamerasının 05.10.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsindən sonra onun özü və yanında olan tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs1 hərəkətlərinin qeydə alındığı video görüntülər olan CD diskə baxış keçirib həmin protokolu tərtib etmişdir. ünvan 6 ünvanda yerləşən "xxxx" market MMC-də olan müşahidə kamerasının 05.10.2020-ci il tarixlərdə qeyd edilən marketdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd “CD-R” fomatlı ağ rəngli disk mövcuddur. Həmin disk 43 saylı xidməti otaqda olan “Samsung” markalı noutbukun DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində videofayl aşkar olundu. Həmin videofayl açılan zaman həmin görüntüdə ünvan 6 ünvanda yerləşən "xxxx" market MMC-dən 05.10.2020-ci il tarixdə baş vermiş oğurluqla əlaqədar olan görüntü müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs4 05.10.2020-ci il tarixli görüntüyə baxış zamanı bildirdi ki, 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 12 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış, o, Ramiddinin üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin plastik qapısını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşdur. İlk olaraq müdir otağının qapısının kilidini özləri ilə gətirdikləri dəmir alətlə Elvin qırmış və ora daxil olmuşlar. Orada olan dolabın içərisindəki seyfin açarlarını masanın üzərindən götürərək açıb onun içərisində olan müxtəlif əskinaslardan olan 100 manat kağız pulu, müxtəlif adlarda olan 4 qutu siqareti oğurlayaraq oradan çıxmışlar. Həmçinin “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar. Bundan başqa qeyd olunan 1 ədəd “CD-R” fomatlı disk qablaşdırılaraq möhürləndi və protokola əlavə edildi; “CD diskə baxış keçirilməsi haqqında” 26 mart 2021-ci il tarixli digər protokollardan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 05.10.2020-ci il tarixli görüntüyə baxış zamanı bildirmişlər ki, 05 oktyabr 2020-ci il tarixdə saat 03 radələrində ünvan 12 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmış, Rauf, Ramiddinin üzərində əvvəlcədən gətirmiş olduğu dəmir alət olan “mantirovka” ilə marketin plastik qapısını qaldıraraq bağlanmış kiliddən çıxarıb marketə daxil olmuşdur. İlk olaraq müdir otağının qapısının kilidi özləri ilə gətirdikləri dəmir alətlə Elvin qırmış və ora daxil olmuşlar. Orada olan dolabın içərisindəki seyfin açarlarını masanın üzərindən götürərək açıb onun içərisində olan müxtəlif əskinaslardan olan 100 manat kağız pulu, müxtəlif adlarda olan 4 qutu siqareti oğurlayaraq oradan çıxmışlar. Həmçinin “DVR” aparatını da oradan oğurlayaraq yaşadıqları şəhərciyin yaxınlığında olan zibilliyə tullamışlar; “CD diskə baxış keçirilməsi haqqında” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8, icraatında CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq şahid Təqsirləndirilən şəxs4 iştirakı ilə ünvan 7 ünvanda yerləşən "xxxx" market mağazasında olan müşahidə kamerasının 24.10.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsindən sonra onun özü və yanında olan tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hərəkətlərini qeydə alındığı video görüntülər olan CD diskə baxış keçirib həmin protokolu tərtib etmişdir. ünvan 7 ünvanda yerləşən "xxxx" market MMC-də olan müşahidə kamerasının 24.10.2020-ci il tarixlərdə qeyd edilən marketdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd “CD-R” fomatlı ağ rəngli disk mövcuddur. Həmin disk 43 saylı xidməti otaqda olan “Samsung” markalı noutbukun DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində videofayl aşkar olundu. Həmin videofayl açılan zaman həmin görüntüdə ünvan 7 ünvanda yerləşən "xxxx" market MMC-dən 24.10.2020-ci il tarixdə baş vermiş oğurluqla əlaqədar olan görüntü müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs4 24.10.2020-ci il tarixli görüntüyə baxış zamanı bildirdi ki, 24.10.2020-ci il saat 23 radələrində ünvan 11 ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmışlar və Elvin üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açıb içəriyə daxil olmuşdur. Həmin zaman o və Ramiddin ətrafa nəzarət etmişlər ki, gəlib-gedən olsa onlara məlumat versinlər. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları X17 markalı avtomobili ilə şəhərciyə qayıtmışlar. Bundan başqa qeyd olunan 1 ədəd “CD-R” fomatlı disk qablaşdırılaraq möhürləndi və protokola əlavə edildi; “CD diskə baxış keçirilməsi haqqında” 26 mart 2021-ci il tarixli digər protokollardan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 24.10.2020-ci il tarixli görüntüyə baxış zamanı bildirmişlər ki, 24.10.2020-ci il saat 23 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 174 saylı ünvanda yerləşən "xxxx" marketə yaxınlaşmışlar və Elvin üzərində gətirmiş olduğu “mantirovka” ilə marketin qapısını açıb içəriyə daxil olmuşdur. Həmin zaman Rauf və və Ramiddin ətrafa nəzarət etmişlər ki, gəlib-gedən olsa onlara məlumat versinlər. Marketə daxil olan kimi marketin içərisindən müxtəlif markalı tütün məhsullarını, marketin içərisində olan dəmir seyfi və “DVR” aparatını oğurlayıb qonşuları X17 markalı avtomobili ilə şəhərciyə qayıtmışlar; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş 03 ədəd DVD disk sübut əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir; Məhkəməyə təqim edilmiş 23 iyun 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin nümayəndələri hüquqşünas Nümayəndə Qiyas oğlu, maliyyə müdiri Əhmədov Qabil Vəkil oğlu və İdari işlər üzrə bölmə rəisi X9, Təqsirləndirilən şəxs1 anası X6 (Ş/V AZE №********), Təqsirləndirilən şəxs2 atası X4 (Ş/V AZE №********), Təqsirləndirilən şəxs3 anası X10 (Ş/V AA2905386), Təqsirləndirilən şəxs4 atası X1 (Ş/V AZE №********), həmin aktı tərtib etmişlər ondan ötəri ki, 05.10.2020-ci il tarixində ünvan 18 ünvanında yerləşən "xxxx" mağazasından 916 manat 20 qəpik, 24.10.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 174 ünvanında yerləşən "xxxx" mağazasından 2237 manat 66 qəpik, 28.10.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 48 ünvanında yerləşən "xxxx" mağazasından 2250 manat 50 qəpik, 12.11.2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvanında yerləşən "xxxx" mağazasından 2984 manat 71 qəpik, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 etdikləri oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə dəymiş ümumilikdə 8389 (səkkiz min üç yüz səksən doğğuz) manat 07 (yeddi) qəpik məbləğində nağd pul, könüllü olaraq "xxxx" MMC-nin hüquqşünası Nümayəndə Qiyas oğluna təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməllərini Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-19/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, həmin hökm üzrə təyin edilmiş cəza CM-in 66.2, 66.5-ci maddələrinə əsasən hazırki cinayət işi üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1302/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 21 noyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli də həmin tarixdən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-19/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2,66.5), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 21 noyabr 2020-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 26 (iyirmi altı) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 22 (iyirmi iki gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 21 noyabr 2020-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 26 (iyirmi altı) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 22 (iyirmi iki) gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 25 noyabr 2020-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 22 (iyirmi iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 14 (on dörd gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 Təqsirləndirilən şəxs2, Müdafiəçi4 Təqsirləndirilən şəxs3, Müdafiəçi1 Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 məhkəmədə iştirak etdikləri 35 (otuz beş) iş saatına görə hər birinə 210 (iki yüz on) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-19/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və qəti olaraq ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 07 (yeddi) ay 26 (iyirmi altı) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 22 (iyirmi iki) gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 8 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 07 (yeddi) ay 26 (iyirmi altı) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 22 (iyirmi iki) gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 8 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 07 (yeddi) ay 22 (iyirmi iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (01 (bir) il 3 (üç) ay 14 (on dörd) gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar