Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-223/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETD: Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə, saat 19 radələrində “B1, B, C1, C kateqoriyalı, “BD” seriyalı 213022 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, qara rəngli “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində işıqforun yaşıl işığında saatda 5 km/saat sürətlə hərəkət edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, həmin maddənin tələbinə əsasən 1.1-1.3 üfüqi nişanlama xətlərinin kəsib keçmək qadağan olduğu halda, qanunun bu tələblərinə əməl etməyərək, geriyə dönmək məqsədi ilə qoşa xəttin tələblərini pozaraq geriyə dönüb əks yola daxil olan zaman avtomobilin qabaq ön hissəsi ilə həmin yolda hərəkətdə olan Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə toqquşmuş və nəticədə “Toyota Prius” markalı, **-FP-*** markalı avtomobildə sərnişin olmuş X4 burun sümüyünün yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, sağ və sol göz yuvalarının qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az Ağır zərərvurmaya aid bədən xəsarəti yetirilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerə işləməsə də, “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb “Uber” taksi şirkətinə qoşulub taksi kimi fəaliyyət göstərmişdir. “Toyota Prius” markalı avtomobilin sahibi X3r. Buna görə də, Rüstəm Qafarov onun adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 16 iyul 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olmuşdur. Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində işıqforun yaşlı işiğında geriyə dönmək üçün qoşa xəttin tələbini pozaraq geriyə dönüb əks yola daxil olmuşdur. Həmin vaxt Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində qarşıdan gələn “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq ön hissəsi ilə idarə etdiyi avtomobilin sağ yan hissəsindən vurmuşdur. Zərbənin təsirindən hər iki avtomobil əzilərək yararsız hala düşmüşdü. Həmin hadisə zamanı “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan adının sonradan Aynur Həsənova olduğunu öyrəndiyi sərnişinin xəsarət aldığını görmüşdür. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Aynuru xəstəxanaya aparmışdır. Onlar isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gəldikdən sonra hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanından Nəsimi rayonu ərazisində yerləşən “Caspian Plaza”ya getmək üçün saat 19 radələrində “Uber” proqramı vasitəsi ilə taksi sifariş vermişdir. Sifariş əsasında “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu ünvana yaxınlaşmışdır. Həmin vaxt o, sifariş əsasında gəlmiş “Toyota Prius” markalı avtomobilin arxa sağ sərnişin oturacağına əyləşmiş və sifariş verdiyi ünvana doğru hərəkət etməyə başlamışlar. Avtomobilin sürücüsü, adının sonradan Şahid2 olduğunu öyrəndiyi şəxs Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət etməyə başlamışdır. Həmin vaxt Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsinə çatdıqda “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü geriyə dönmək üçün qoşa xəttin tələbini pozaraq hərəkətdə olduqları yola çıxmışdır, həmin vaxt Ənvər hadisənin qarşını almaq üçün əyləcdən istifadə etsə də, hadisə qaçılmaz olmuşdur. Onun sərnişin olduğu “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə “Toyota Prius" markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, sürüşərək sürücünü əyləşdiyi oturacağa arxa hissədən üzü üstə çırpılmışdır. Həmin hadisə zamanı onun burun sümüyü sındığı üçün burnundan qan açılmışdır. Sonra sərnişin olduğu avtomobilin sürücüsü Ənvər onu avtomobildən yerə düşürdüb ilkin tibbi yardım göstərmişdir. Həmçinin Ənvər hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmış və təcili tibbi yardım avtomobili gələrək onu Kliniki Tibbi mərkəzə aparmışdır. Orada həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş və müayinə zamanı burun sümüyünün sınması müəyyən edilmişdir. Hadisə zamanı o, burun nahiyəsindən xəsarət almışdır. Sonda zərərçəkmiş şəxs X7 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-11 vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində baş vermişdir. Cinayət işinin 12-15-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs iştirakı ilə “Toyota Prius” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsində xarici zədələr aşkar olunmadı. Cinayət işinin 16-19-cu vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sürücü Şahid2 iştirakı ilə “Toyota Prius” minik markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön hissəsinin əzildiyi müəyyən olunmuşdur. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 901 saylı rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, sağ və sol göz yuvalarının qançırları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. Cinayət işinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/01 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən göstərildiyi kimi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə “Toyota Prius” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına daxil olduğu andan yaranması və həmin andan toqquşma yerinə kimi “Toyota Prius” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən göstərilən məlumatlar real hadisə mexanizminə uyğun olmadığından “Toyota Prius” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Cinayət işinin 128-129-cu vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cazasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarının 1.4-cü bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. Cinayət işinin 144-152-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində çıxarılmış qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-223/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver