Məhkəmə qərarları › İş №1(005)-223/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-223/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-223/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi X1 oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi ev 36, mənzil 16-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasına müştəri qismində daxil olub mağazada spirtli içkilərin yerləşdiyi rəfdən 24 noyabr 2024-cü il tarixdə 1 ədəd 203 manat dəyərində “Jonne Walker” markalı 700 ml 18 illik viskini, 30 noyabr 2024-cü il tarixdə 1 ədəd 203 manat dəyərində “Jonne Walker” markalı 700 ml 18 illik viskini, 10 dekabr 2024-cü il tarixdə 1 ədəd 157 manat 15 qəpik dəyərində “Chivas Regal” markalı 700 ml 18 illik viskini və 1 ədəd 147 manat 7 qəpik dəyərində “Talisker” markalı 700 ml 18 illik viskini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 710 manat 22 qəpik naddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə "xxxx" MMC-nin ünvan 6lədə yerləşən mağazasına müştəri qismində daxil olub, mağazada spirtli içkilərin yerləşdiyi rəfdən 01 dekabr 2024-cü il tarixdə 1 ədəd 165 manat dəyərində “Glenfiddich” markalı 1 litirlik viskini, 1 ədəd 131 manat dəyərində “Glenfiddich spec Reserve” markalı 1 litirlik viskini, 09 dekabr 2024-cü il tarixdə 1 ədəd 165 manat dəyərində “Glenfiddich” markalı 1 litirlik viskini, 1 ədəd 146 manat dəyərində “Red Label” markalı 1 litirlik viskini, 1 ədəd 105 manat dəyərində “Grcy Goos” markalı 1 litirlik arağı və 18 dekabr 2024-cü il tarixdə 1 ədəd 142 manat dəyərində “Glenfiddich” markalı 750 ml viskini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 854 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasına müştəri qismində daxil olub, mağazada spirtli içkilərin yerləşdiyi rəfdən 12 dekabr 2024-cü il tarixdə 1 ədəd 129 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 700 ml viskini, 1 ədəd 60 manat 98 qəpik dəyərində “Chıvas Regal” markalı 12 illik 500 ml viskini, 1 ədəd 85 manat 98 qəpik dəyərində “X14” markalı 1 litirlik viskini, 1 ədəd 78 manat dəyərində “Jack DanıelsTennessee Honey” markalı 1 litirlik viskini, 17 dekabr 2024-cü il tarixdə 1 ədəd 129 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 700 ml viskini, 1 ədəd 88 manat dəyərində “X15 Sherry” markalı 13 illik 700 ml viskini və 1 ədəd 85 manat 98 qəpik dəyərində “X14” markalı 1 litirlik viskini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 656 manat 94 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o hər iki maqazadan oğurluq etmişdir. “Araz Supermarketdən” bir butulka viski, bir butulka araq oğurlamışdır. "xxxx" maqazasından da həmçinin bir butulka viski, bir butulka araq oğurlamışdır. Cəmi 2 viski, 2 araq olmuşdur. İstintaqda ifadə verərkən narkotikin təsiri altında olmuşdur. Ogurluq etməsinə səbəb işləməməsi olmuşdur. Verilmiş mülki iddianı qəbul etmir, belə ki, zərəri ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta məktəbi 9-cu sinifədək Bakı şəhəri 14 nömrəli orta məktəbin rus sektorunda təhsil almış, 9-cu sinifdən sonra isə 11 saylı Bakı Peşə Liseyində rus sektoru üzrə təhsil almışdır. Buna baxmayaraq, latın qrafikası ilə sərbəst yazıb oxumağı bacarır. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni Bakı şəhər ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə etmişdir. Narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olduğundan "xxxx" və “Araz market” mağazalarından bir neçə dəfə oğurluq etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsində yerləşən “Araz market” mağazasına müştəri qismində daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra guya alışveriş edirmiş kimi görüntü yaradaraq rəflərin arasını gəzməyə başlamışdır. Viskilər olan rəflərdə dəqiq yadında deyil bir neçə ədəd müxtəlif markalı viskini götürüb əynindəki gödəkcəsinin iç cibinə qoyub mağazadan çıxıb getmişdir. Həmin oğurluq hadisəsini törədərkən fikirləşmişdir ki, əgər oğurluq etməyi bilinməsə müxtəlif vaxtlarda yenə həmin mağazaya gəlib eyni üsulla viskilər oğurlasın. Belə olub qeyd olunan oğuluqdan başqa xx.xx.2024-cü il tarixdə və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə həmin Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsində yerləşən “Araz market” mağazasından bir neçə ədəd viskilər oğurlamışdır. Lakin, hər dəfə nə qədər hansı markalı viskilər oğurlamağı yadında qalmayıb. Bundan başqa xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Y.Vəzir Çəmənzəminli küçəsində yerləşən mağazasına müştəri qismində daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra bir ədəd balaca səbət götürmüş, sonra guya alış-veriş edirmiş kimi görüntü yaradaraq rəflərin arasını gəzməyə başlamışdır. Viskilər olan rəflərdə dəqiq yadında deyil, bir neçə ədəd müxtəlif markalı viskini götürüb səbətə qoymuş, daha sonra yaxınlığında heç kəs olmayan vaxt həmin viskiləri əynindəki gödəkcəsinin iç cibinə qoyub mağazadan çıxıb getmişdir. Həmin mağazadan oğurluq edərkən fikirləşmişdir ki, bir neçə gün ərzində əgər oğurluq etməyi bilinməsə yenidən həmin mağazaya daxil olub yenə də eyni üsulla viskilər oğurlasın. Qeyd olunan oğurluğu etdikdən sonra həmin mağazaya xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müştəri qismində daxil olub eyni üsulla dəqiq yadında deyil hər dəfə bir neçə ədəd müxtəlif markalı viskilər və bir ədəd araq oğurlamışdır. Bundan başqa "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından da bir neçə dəfə oğurluq etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə həmin mağazaya müştəri qismində daxil olduqdan sonra bir ədəd balaca səbət götürmüş, sonra guya alış-veriş edirmiş kimi görüntü yaradaraq rəflərin arasını gəzməyə başlamışdır. Viskilər olan rəflərdə dəqiq yadında deyil bir neçə ədəd müxtəlif markalı viskini götürüb səbətə qoymuş, daha sonra yaxınlığında heç kəs olmayan vaxt həmin viskiləri əynindəki gödəkcəsinin iç cibinə qoyub mağazadan çıxıb getmişdir. Həmin mağazadan da oğurluq edərkən fikirləşmişdir ki, bir neçə gün ərzində əgər oğurluq etməyi bilinməsə yenidən həmin mağazaya daxil olub yenə də eyni üsulla viskilər oğurlasın. Qeyd olunan oğurluğu etdikdən sonra xx.xx.2024-cü il tarixdə yenidən həmin mağazaya müştəri qismində daxil olub eyni üsulla dəqiq yadında deyil bir neçə ədəd müxtəlif markalı viskilər oğurlamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən mağazasına müştəri qismində daxil olduqdan sonra bir ədəd balaca səbət götürmüş, sonra guya alış-veriş edirmiş kimi görüntü yaradaraq rəflərin arasını gəzməyə başlamışdır. Viskilər olan rəflərdə dəqiq yadında deyil bir neçə ədəd müxtəlif markalı viskini götürüb səbətə qoymuş, daha sonra yaxınlığında heç kəs olmayan vaxt həmin viskiləri əynindəki gödəkcəsinin iç cibinə qoyub mağazadan çıxıb getmişdir. Qeyd olunan mağazalardan oğurladığı viskiləri hər dəfə yaşadığı evin yaxınlığında yerləşən baxçanın həyətinə aparıb orada gizlədirdi ki, pula ehtiyacı olduqca aparıb həmin içkiləri satar, əvəzində narkotik vasitə alıb istifadə edər, qalan pulla isə gündəlik siqaret, ərzaq və s. xərclərini qarşılayar. Oğurladığı viskilərdən bir neçəsini yol keçən tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pula isə qeyd etdiyi kimi tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmiş, bir hissəsinə isə özü üçün siqaret, ərzaq və s. alıb xərcləmişdir. Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları ona yaxınlaşıb oğurluq etməyilə bağlı ondan sorğu etdiklərində oğurluq etdiyini etiraf etmiş və "xxxx" MMC-nin mağazalarından oğurladığı viskilərdən qalan bir neçə ədəd viskiləri və bir ədəd arağı polis əməkdaşlarına təqdim etmişdir. Oğurladığı viskiləri yol keçən tanımadığı şəxslərə satmış, həmin şəxslərə viskilərin özünə məxsus olduğunu demişdir. Oğurluq barədə ümumiyyətlə heç kəsə heç bir söz deməmişdir. Yuxarıda qeyd etdiyi oğurluqlardan başqa heç bir oğurluğu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, "xxxx" MMC-də hüquqşünas işləyir. "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından oğurluq olması barədə həmin mağazanın müdiri Şahid Əbülfəz qızı tərəfindən ərizə ilə müraciət edilmişdir. "xxxx" MMC-nin ünvan 2 ünvanında yerlədən mağazasından başqa “Olimpik filialı”, yəni ünvan 6lədə yerləşən və ünvan 3 ünvanında yerləşən mağazalarından da oğurluqlar olmuşdur. Hər üç mağazadan baş vermiş oğurluqlar eyni şəxs tərəfindən yəni, sonradan anket məlumatları məlum olan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Aşağıda qeyd edəcəyi tarixlərdə hər üç mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsinə dair videogörüntüləri təqdim edəcəkdir. Belə ki, "xxxx" MMC-nin “Olimpik filialı” yəni, ünvan 6lədə yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 165 manat dəyərində “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd 131 manat dəyərində “Glenfiddich spec Rescrve” markalı 1 litirlik viski, xx.xx.2024- cü il tarixdə 1 ədəd 165 manat dəyərində “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd 146 manat dəyərində “Red Label” markalı 1 litirlik viski, 1 ədəd 105 manat dəyərində “Grey Goos” markalı 1 litirlik araq və xx.xx.2024-cü il tarixdə 1 ədəd 142 manat dəyərində “Glenfiddich” markalı 750 ml viski oğurlanmışdır. Bundan başqa "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 129 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 700 ml viski, 1 ədəd 60 manat 98 qəpik dəyərində “Chıvas Regal” markalı 12 illik 500 ml viski, 1 ədəd 85 manat 98 qəpik dəyərində “X14” markalı 1 litirlik viski, 1 ədəd 78 manat dəyərində “Jack DamclsTennessee Honey” markalı 1 litirlik viski, xx.xx.2024-cü il tarixdə 1 ədəd 129 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 700 ml viski, 1 ədəd 88 manat dəyərində “X15 Sherry” markalı 13 illik 700 ml viski və 1 ədəd 85 manat 98 qəpik dəyərində “X14” markalı 1 litirlik viski oğurlanmışdır. Bundan başqa "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 100 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 500 ml viski, 1 ədəd 142 manat dəyərində “Glenfiddich” markalı 15 illik 750 ml viski və 1 ədəd 98 manat 94 qəpik dəyərində “j.X16” markalı 1 litirlik viski oğurlanmışdır.Yuxarıda qeyd etdiyi tarixlərdə "xxxx" MMC-nin “Olimpik filialı” yəni, ünvan 6lədə yerləşən mağazasından ümumilikdə 854 manat, "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasından ümumilikdə 656 manat 94 qəpik, "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən mağazasından isə ümumilikdə 340 manat 94 qəpik dəyərində spirtli içkilər oğurlanmışdır. Onlara dəyən zərər ödənilməmişdir, şikayətçidirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İnsan Resursları və Biznes Dəstək direktorluğu Hüquqi Departamcnti Məhkəmə, Hüquq mühafizə və İcra orqanları ilə işlər şöbəsinin Məşğulluq təsnifatı üzrə şöbə müdiri işləyir. "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından baş vermiş oğurluq faktı ilə bağlı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC- nin nümayəndəsi qismində tanınmağı üçün ona etibarnamə verilmişdir. "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından üç dəfə ayrı-ayrı vaxtlarda oğurluq olmuşdur. Baş vermiş oğurluqlar eyni şəxs tərəfindən yəni, sonradan anket məlumatları məlum olan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Belə ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 203 manat dəyərində Jonne Walker markalı 700 ml 18 illik viski, xx.xx.2024-cü il tarixdə 1 ədəd 203 manat dəyərində Jonne Walker markalı 700 ml 18 illik viski, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə isə 1 ədəd 157 manat 15 qəpik dəyərində Chivas Regal markalı 700 ml 18 illik viski və 1 ədəd 147 manat 7 qəpik dəyərində Talisker markalı 700 ml 18 illik viski oğurlanmışdır. Yuxarıda qeyd etdiyi tarixlərdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından ümumilikdə 710 manat 22 qəpik dəyərində viskilər oğurlanmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində tanınmış "xxxx" MMC mülki iddia ərizəsi verərək cinayət nəticəsində onlara vurulmuş 710.22 manat məbləğində maddi ziyanın və mülki iddia ilə bağlı ödənilən 50 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokola əsasən hadisə Bakı şəhəri Nərimanov rayonu Ak.H.Əliyev küç. yerləşən "xxxx" maqazasında baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli protokola əsasən hadisə Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küç. yerləşən "xxxx" maqazasında baş vermişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC- nin ünvan 2 ünvanında yerləşən, ünvan 6lədə yerləşən və ünvan 7 ünvanında yerləşən mağazalarına müştəri qismində daxil olur, əlinə səbət götürərək müxtəlil növ ərzaq məhsullarını və içkiləri səbətə yığır, daha sonra isə müxtəlif növ viskiləri əynindəki gödəkcəsinin iç hissəsinə qoyur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasına müştəri qismində daxil olur müxtəlif növ viskini əynindəki gödəkcəsinin iç hissəsinə qoyub mağazadan çıxır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 18 fevral 2025-ci il tarixli 9/502 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş aşağıdakı içkilərin 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti; üzərində “X4” yazıları olan, 1 lt həcmdə 01 ədəd viski 84,50 manat, üzərində “X7 Honer” yazıları olan, 700 ml həcmdə 01 ədəd viski 69,99 manat, üzərində “X8 Sour Mash” yazıları olan, 1 lt həcmdə 01 ədəd viski 94,29 manat, üzərində “X5 Scotch” yazıları olan, 1 lt həcmdə 01 ədəd viski 120 manat, üzərində “Amaretto Classico” yazıları olan, 500 ml həcmdə 01 ədəd likör 15,20 manat, üzərində “X12 Label Reserve” yazıları olan, 750 ml həcmdə 01 ədəd viski 106,99 manat, üzərində “X6 Scotch” yazıları olan 700 ml həcmdə 01 ədəd viski 128,59 manat müəyyən edilir. Həmçinin ekspertiza tədqiqatına nəzəri qaydada təqdim edilmiş aşağıdakı içkilərin 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti; “Red Label” markalı 1 litirlik 01 ədəd viski 62,60 manat, “Chıvas Regal” markalı 18 illik 700 ml 02 ədəd viski hər biri 163,69 manat olmaqla, cəmi 327,38 manat, “Chıvas Rcgal” markalı 12 illik 500 ml 01 ədəd viski 57 manat, “X14” markalı 1 litirlik 02 ədəd viski hər biri 94,29 manat olmaqla, cəmi 188,58 manat, “X15 Sherry” markalı 13 illik 700 ml 01 ədəd viski 90 manat, “Chıvas Regal” markalı 18 illik 500 ml 01 ədəd viski 113,05 manat, “J.X16” markalı 1 litirlik 01 ədəd viski 108,60 manat, “Jonne Walker” markalı 700 ml 18 illik 02 ədəd viski hər biri 221,95 manat olmaqla, cəmi 443,9 manat, “Chıvas Rcgal” markalı 18 illik 700 ml 01 ədəd viski 129 manat müəyyən edilir. 01 ədəd “Glenfiddich spec Rescrvc” markalı 1 litirlik viskinin neçə il olduğu məlum olmadığından və 01 ədəd “Talisker” markalı 700 ml 18 illik viskinin satışına və qiymətinə dair məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında”26 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 100 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 500 ml viski, 1 ədəd 142 manat dəyərində “Glenfiddich” markalı 15 illik 750 ml viski və 1 ədəd 98 manat 94 qəpik dəyərində “J.X16” markalı 1 litirlik viski olmaqla, ümumilikdə 340 manat 94 qəpik dəyərində viskiləri oğurlaması faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin fakt üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən mağazasından xx.xx.2024-cü il tarixdə 1 ədəd 100 manat dəyərində “Chıvas Regal” markalı 18 illik 500 ml viski, 1 ədəd 142 manat dəyərində “Glenfiddich” markalı 15 illik 750 ml viski və 1 ədəd 98 manat 94 qəpik dəyərində “J.X16” markalı 1 litirlik viski olmaqla, ümumilikdə 340 manat 94 qəpik dəyərində viskiləri oğurlaması fakt ilə bağlı əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsilə tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 6-cı PŞ-nə göndərilmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “X9 Honey” markalı 700 ml viskinin, 1 ədəd “Glenfiddich” markalı 700 ml viskinin, 1 ədəd “Johnnıe Walker” markalı 750 ml viskinin, 1 ədəd “Jameson” markalı 1 litirlik viskinin və 1 ədəd “Amaretto” markalı 500 ml viskinin haradan əldə edilməsi müəyyən edilmədiyindən qeyd olunan xüsusat üzrə material ayrılmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" MMC-dən oğurladığı içkilərdən 1 ədəd “X9” markalı 1 litirlik viski, 1 ədəd “X9 Honey” markalı 700 ml viski, 1 ədəd “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd “Glenfiddich” markalı 700 ml viski, 1 ədəd “Johnnıe Walker” markalı 700 ml viski, 1 ədəd “Jameson” markalı 1 litirlik viski, 1 ədəd “Amaretto” markalı 500 ml viski, 1 ədəd “Grey Goos” markalı 1 litirlik araq iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və həmin içkilərdən 1 ədəd “X9” markalı 1 litirlik viski, 1 ədəd “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd “Grey Goos” markalı 1 litirlik araqın saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 qaytarılması qərara alınmışdır. İşdə olan qəbzdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bu qəbz verir ondan ötrü ki, 1 ədəd “X10” markalı 1 litrlik viski, 01 ədəd “Glenfiddich” markalı 1 litrlik viski, 1 ədəd “Grey Goos” markalı 1 litrlik arağı təhvil götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-223/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2025-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İşin hüquqi məsələləri: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 17 iyul 2027-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut 1 ədəd “X9” markalı 1 litirlik viski, 1 ədəd “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd “Grey Goos” markalı 1 litirlik arağın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, X3 710.22 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut 1 ədəd “X9” markalı 1 litirlik viski, 1 ədəd “Glenfiddich” markalı 1 litirlik viski, 1 ədəd “Grey Goos” markalı 1 litirlik arağın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 710,22 manat məbləğində dəymiş zərər və 50 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 760,22 manat məbləğində pul tutularaq mülki iddiaçı “Araz Supermarket" MMC-yə ödənilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar