Məhkəmə qərarları › İş №1(005)-224/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-224/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-224/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "X-Lady” mağazasında anbardar işləyən Şamaxı rayonu Göylər ərazi dairəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-224/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29, 178.2.4 və 310cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlmək istədiyini öyrəndikdən sonra Zərərçəkmiş şəxs pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik “əməliyyatçı” vəzifəsində işlədiyini bildirib sonuncunun qanuni əsaslarla işlə təmin olunmasında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan qurumda işə düzəlməsini təmin edəcəyini yalandan vəd verərək, həmin Xidmətin xüsusi təyinatlılarına aid olmaqla üzü yarım bağlı olan öz fotoşəklini və xidməti vəsiqəsinin fotoşəklini Zərərçəkmiş şəxs istifadəsində olan +**********39 nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramına göndərməklə bu məsələnin həlli üçün 10.000 (on min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, törətmək niyyətində olduğu cinayət əməlinin xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, istifadəsindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “5239 1517 9721 9030" nömrəli kart hesabını Zərərçəkmiş şəxs göndərməklə özünə qarşı inam və etimad yaradaraq, ünvan 3 ünvanından “Beynəlxalq Bank" Açıq Səhmdar Cəmiyyətinə məxsus “4127 2093 0630 3964” nömrəli kart hesabı vasitəsilə 20 iyul 2024-cü il tarixdə 1.500 (bir min beş yüz) manat, 21 iyul 2024-cü il tarixdə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini hissə-hissə özünə məxsus bank kartına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs alaraq ələ keçirmiş, sonuncuda yaratdığı inam və etimadı möhkəmləndirmək üçün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşərək onun adına olan hərbi biletin, şəxsiyyət vəsiqəsinin kserosurətlərini, ərizəsini, tibbi və məhkum olunmaması barədə arayışları götürmüş, qısa müddət ərzində xidmətə qəbul olacağını yalandan vəd verərək, qalıq 6.500 (altı min beş yüz) manat pulu isə yekunda alacağını bildirməklə almış olduğu pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etmiş, sonradan qalıq 6.500 (altı min beş yüz) manat pul vəsaitinin verilməsi Zərərçəkmiş şəxs bildirdikdə, sonuncunun aldadıldığını başa düşüb həmin vəsaiti verməməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini tam başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etməklə özgənin, yəni Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, eləcə də özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 29, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin ortalarından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs anası Qəyyanə Xəlilova ilə 2023-cü ilin sonlarında “Tiktok” sosial platformasında tanış olmuş, sonradan yaxın münasibətləri yaranmışdır. Təxminən 2024-cü ilin ortalarında Qəyyanə ilə söhbətləri zamanı bacısının Dövlət Təhlükəsizliyi Xidmətində aşbaz işlədiyini, oğlu Seyranı da orada işə düzəltmək istədiyini bildirmişdir. Həmin ərəfədə şikəst olan övladı Əli İbrəhimovu əməliyyat etdirmək üçün ona təcili pul lazım olduğundan Qəyyanəyə guya Dövlət Təhlükəsizlik Xidmətində “əməliyyatçı” kimi işlədiyini demiş və bunu təsdiq edib onları inandırmaq üçün Şamaxı rayonunda hazırladığı Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini təsdiq edəcək vəsiqənin şəklini onlara göndərmişdir. Daha sonra Seyranı da orada işə düzəldə biləcəyini bildirmişdir. Bununla bağlı bir neçə sənədlərin hazırlanmalı olduğunu və işə düzəlməsi müqabilində 10.000 manat pul veriləcəyini, həmin pulun 3.500 manatını əvvəlcədən, geri qalan hissəsini isə, işə düzəldikdən sonra veriləcəyini bildirmişdir. Qəyyanə də oğlu Seyranla danışdıqdan sonra razılaşmışlar. Bununla bağlı, Seyranla əlaqə saxlamış və onunla da Dövlət Təhlükəsizliyi Xidmətində işə düzələcəyi barədə danışdıqdan sonra 3.500 manat pul vəsaitini ona verməsi üçün özüməməxsus "xxxx" ASC-yə məxsus “5239 1517 9721 9030" nömrəli bank kartını Seyrana göndərmişdir. Seyran 20 iyul 2024-cü il tarixdə 1500 manat məbləğində, 21 iyul 2024-cü il tarixdə isə, 2000 manat məbləğində olmaqla, ümumilikdə 3.500 manat pulu onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. Daha sonra, işə düzəlməsi üçün lazım olan şəxsiyyət vəsiqəsinin surəti, məhkumluğumun olub-olmaması barədə məlumat, yaxın qohumlarının ad, soyad və doğum tarixləri, sağlamlıq haqqında arayış hazırlayıb gətirmələrini demişdir. Bir neçə gün ərzində sənədləri topladıqdan sonra Seyranla “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşüb sənədləri ondan almışdır. Seyrandan aldığı pulları övladı Əli İbrəhimovun müalicəsinə xərcləmiş və sonradan ona qaytara bilməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onu DTX-da işə düzəlmək üçün ümumilikdə 3.500 manat pul vəsaiti almışdır. O, əvvəllər Dövlət Təhlükəsizliyi Xidmətində və ya hər hansı hüquq-mühafizə orqanlarında işləməmiş, yalnız müxtəlif özəl şirkətlərdə mühafizəçi kimi işləmişdir. Seyranı işə düzəltmək üçün onlara Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs əvvəlcə DTX- də işə düzəlmək üçün lazım olan pul vəsaitinin 10.000 manat olmasını bildirsə də, ilkin olaraq 3.500 manat verməli olduğunu bildirmişdir. Çünki ilkin olaraq 10.000 manatı verə bilməyəcəyini düşünüb, həmçinin özünə olan inamını daha da artırmaq üçün ilkin olaraq 3.500 manat pul vəsaitini verməsini istəmişdir. 3.500 manatı Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus “5239 1517 9721 9030” nömrəli kart hesabına göndərdikdən sonra isə “20 Yanvar” metrostansiyasında sonuncu ilə görüşüb topladığı sənədləri ondan götürmüşdür. Növbəti danışıqları zamanı isə Zərərçəkmiş şəxs qalan vəsaiti yəni 6.500 manatı da verməli olduğunu bildirsə də, Seyran həmin vəsaiti verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs onu Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyi və sənədləşdirmə işi aparılması ilə bağlı həmin işi kiminsə vasitəsi ilə həll edəcəyi barədə heç bir məlumat verməmiş, qeyd olunan qurumda onun hər hansı bir tanışı və ya əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs aldığı 3.500 manat pulu övladı Əli İbrəhimovun müalicəsinə və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq Zərərçəkmiş şəxs ilə barışdığını, vurmuş zərəri tam şəkildə ödədiyini, əməlinən peşman olmasını himayəsində azyaşlı övladı və anasının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təxminən 2024-cü ilin iyul ayında xalası Şahid2 “Tik-Tok” sosial platformasından tanıdığı Namiq adlı şəxsin onu DTX-də işə düzəldə biləcəyini bildirmiş, razı olduğu halda isə telefon nömrəsini verə biləcəyini bildirmişdir. Razılıq verdikdən sonra Təqsirləndirilən şəxs adlı şəxslə ilk öncə “Hüseynli 442” adı ilə qeydiyyatdan keçdiyi “TikTok” sosial platformasında danışmağa başlamışlar. Bir müddət danışdıqdan sonra Namiqdən harada işlədiyini soruşduqda, sonuncu DTX-də “əməliyyatçı” vəzifəsində işlədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamağa başlamışlar. Təqsirləndirilən şəxs həmin orqanda işləmək istədiyini dedikdə, sonuncu onu DTX-ya işə düzəldə biləcəyini bildirmişdir. O cümlədən onu inandırmaq üçün DTX-nin xüsusi təyinatlılarına məxsus üzü yarım bağlı şəklini və saxta formada hazırlanmış xidməti vəsiqəsini də “Whatsapp” sosial platformasında istifadəsində olan +**********39 nömrəli mobil telefonuna göndərmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs həqiqətən DTX-da işlədiyinə inanıb, onunla olan söhbətlərini anası Qəyyanə Xəlilovaya danışmışdır. Anası da həmin orqanda işləmək istəyinin uşaqlıq arzusu olduğunu bilib, əgər belə bir şans varsa niyə də düzəlməyəsən deyərək öz razılığını bildirmişdir. Namiq növbəti danışıqlarında iş yerinin Şəhidlər Xiyabanının yaxınlığında yerləşən DTX olacağını, həmin orqanın mühafizə idarəsində işə düzəldəcəyini, işinin isə otaqda oturaraq kameraları izləyib ərazinin təmizliyini, təhlükəsizliyinə nəzarət etməkdən ibarət olacağını bildirmişdir. Razılıq verdikdən sonra Namiq ona DTX-də mühafizə idarəsinə işə düzəlmək üçün lazım olan müxtəlif sənədləri toplamağını və 10.000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin pul vəsaitinin 3.500 manatını əvvəlcədən, qalan hissəsini isə işə düzəldikdən sonra hissəhissə verə biləcəyini demişdir. 2024-cü ilin iyul ayının 20-si tarixində saat 21:41-də ünvan 4 ünvanında yerləşən “Face Art” klinikasında işdə olduğu vaxt 1500 manat məbləğində, ertəsi gün yəni 21 iyul 2024-cü il tarixdə yenidən həmin ünvanda işdə olduğu vaxt saat 13:07-də isə 2000 manat pul vəsaitini mobil telefonu vasitəsilə "xxxx" ASC-yə məxsus “**********303964” nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus “5239 1517 9721 9030” nömrəli kart hesabına göndərmişdir. Ümumilikdə 3.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs kart hesabına göndərdikdən sonra telefon danışıqları olmuş və sonuncuda 3.500 manat pul vəsaitinin kart hesabına gəldiyini təsdiq etmişdir. Bundan sonrakı danışıqlarında isə Təqsirləndirilən şəxs işə qəbul olmaq üçün lazım olan sənədləri toplamağını (şəxsiyyət vəsiqəsinin surəti, məhkumluğumun olubolmaması barədə məlumat, yaxın qohumlarımın ad, soyad və doğum tarixləri, sağlamlıq haqqında arayış və s.) sənədlər hazır olduqda ona təqdim etməyini bildirmişdir. Namiqin istədiyi sənədləri bir neçə gün ərzində topladıqdan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında sonuncu ilə görüşüb sənədləri vermiş, o da sənədləri götürdükdən sonra isə 7-10 gün arasında zəng edib xəbər edəcəyini, çalışdığı qədər tez həll edib işə qəbulunu rəsmiləşdirəcəyini bildirmişdir. Bir neçə gün sonra Namiq zəng edərək anasını əməliyyat etdirmək üçün Türkiyə Respublikasına gedəcəyini, 1 həftə ərzində isə Bakı şəhərinə qayıdacağını bildirmişdir. İşin gedişatı ilə bağlı suallar verdikdə isə söhbətdən yayındığını, narahat olmamağını, xəbər edəcəyini bildirmişdir. Sonuncu danışıqlarından 10-15 gün keçməsinə baxmayaraq Namiqdən heç bir zəng olmadıqda narahat olub ona zəng etmək qərarına gəlmiş, lakin sonuncu telefon zənglərinə cavab verməmişdir. Belə olan halda Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis şöbəsinə müraciət edərək dələduzluğa məruz qaldığını bildirmişdir. X2 Xidmətinin qaynar xətt telefon xidmətinə zəng edərək məlumat verdikdən sonra həmin orqanın istintaq idarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, şikayətçi olmadığını bildirmişdir. Bununla bağlı notariat qaydasnda təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, təxminən 2023-cü ilin sonlarında “Tiktok” sosial platformasında Təqsirləndirilən şəxsla tanış olub danışmağa başlamışdır. Bir müddət danışdıqdan sonra X5 Xidmətində “əməliyyatçı” vəzifəsində işlədiyini bildirdikdə, o da bacısı Şahid2 qeyd olunan qurumda aşpaz kimi fəaliyyət göstərdiyini bildirmişdir. Namiq də bacısını tanıdığını, əməliyyatçı olduğundan həmin orqanda işləyən çox adamı tanıdığını bildirmişdir. Bundan sonra Namiq onu DTX-də işlədiyinə tam inandırdıqdan sonra, sonuncuya Seyran adında oğlunun olduğunu, onunda həmin orqanda işləmək istədiyini bildirmişdir. Namiq isə Seyranı işə düzəldə biləcəyini, lakin bunun üçün 10.000 manat pul vəsaiti vermək lazım olduğunu bildirmişdir. Bundan sonra bacısı Rənaya Namiqlə aralarında olan söhbətlərini, tanışlıqlarını və Seyranı işə düzəldə biləcəyi haqqında ətraflı məlumat vermişdir. Həmçinin onunla ciddi münasibət qurmaq və evlənmək istədiyini bildirmişdir. Lakin ilk dəfə ailə həyatı qurduğu Taleh Hüseynovun ölməsi, Seyranında artıq gənc oğlan olması səbəbindən utandığından Seyrana bu haqda ətraflı məlumat verməmişdir. Bundan sonra bacısı Rəna ilə belə qərara gəlmişlər ki, Seyrana guya Namiqin Rənanın işlədiyi DTX-də çalışdığını və onu işə düzəldə biləcək adam olduğunu bildirmişlər. Bundan sonra Seyranın telefon nömrəsini Namiqə vermiş və onlar öz aralarında danışmağa başlamışlar. Namiq Seyrana lazımi sənədləri hazırlamalı olduğunu, daha sonra isə 3500 manat pul vəsaitini kart hesabına göndərməsini istəmişdir. Seyranda 3.500 manat pul vəsaitini Namiqin "xxxx" ASC-yə məxsus “5239 1517 9721 9030” nömrəli bank kartına göndərmişdir. Bir müddət sonra isə Seyran ona Təqsirləndirilən şəxs şübhələndiyini, onun DTX-də işləmədiyini, həmçinin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Bundan sonra Seyran müvafiq aidiyyəti orqanlara müraciət edərək dələduzluğa məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs isə, mobil telefon zənglərinə cavab verməmişdir. Qəyyanə Xəlilova verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs 3.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi məqsədilə verməsindən xəbərdar olmuşdur. 20 iyul və 21 iyul 2024-cü il tarixlərində hissə-hissə olmaqla 1500 və 2000 manat pul vəsaitini Təqsirləndirilən şəxs kart hesabına göndərdiyi gün Seyran bu barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs 2024-cü ilin iyul ayının 20-si tarixində 1500 manat məbləğində, ertəsi gün yəni 21 iyul 2024-cü il tarixdə isə 2000 manat pul vəsaitini mobil telefonu vasitəsilə "xxxx" ASC-yə məxsus kart hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus kart hesabına göndərməsini ona bildirmişdir. Ümumilikdə isə 3.500 manat pul vəsaiti Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs tərəfindən göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2024-cü ilin yay aylarında bacısı X10 İbrəhimov adlı bir şəxslə tanış olduğunu, sonuncunun onunla ciddi münasibət qurub evlənmək istədiyini bildirmişdir. Həmçinin Namiqin DTX-də “əməliyyatçı” vəzifəsində işlədiyini bildirmişdir. O cümlədən oğlu Seyranı da qeyd edilən orqana işə düzəldə biləcəyini bildirmişdir. Lakin Seyranın atası vəfat etdiyindən Qəyyanə Namiqlə danışdığını Seyranın bilməməsini ondan istəmişdir. Seyrana isə Namiqi onun tanıdığını, eyni orqanda işlədiklərini deməsini istəmişdir. O da bacısı oğlunun işə düzələ biləcəyinə inanıb, Qəyyanənin təklifini qəbul etmişdir. Lakin bir müddət sonra Namiqin anasının xəstə olduğunu, bu səbəbdən də təcili Türkiyə Respublikasına getməli olduğunu Qəyyanə ona bildirmişdir. Həmçinin Seyranın işə düzəlmək üçün Namiqin kart hesabına 3.500 manat pul vəsaiti göndərdiyindən də xəbərdar olmuşdur. Bundan sonra isə Seyranın hüquq-mühafizə orqanlarına Namiqlə bağlı şikayət etdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə X9 tərəfindən ünvanlanmış ərizədə görünür ki, özünü DTX əməkdaşı kimi tanıtmış Təqsirləndirilən şəxs sonuncunu 10000 manat müqabilində qeyd edilən xidmətdə işə düzəldə biləcəyi barədə vəd verərək onun etibarından sui-istifadə etmişdir. “Yaddaş qurğusunun baxışının aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki,“WhatsApp Audio 2024-11-15 at 12.28.39” adlı səs yazısından görünür ki, “X1 Hüseynova ümumilikdə 10 000 manat olmaqla əvvəlcə 3500 manat ödənməli olduğunu, daha sonra qalan pulun maaşdan aylıq 400 manat məbləğində ödənməli olduğunu bildirir.”. “WhatsApp Audio 2024-11-15 at 1 28.41 (2)” adlı səs yazısından görünür ki, “X1 Hüseynova 3500 manat pulu ödəməyə gələrkən tək gəlməli olduğunu, tamamilə məxfi qaydada pulu almalı olduğunu, başqa şəxslərin öyrənəcəyi təqdirdə işinin alınmayacağını bildirir.” “WhatsApp Audio 2024-11-15 at 12.30.23 (1)” adlı səs yazısından görünür ki, X1 Hüseynova pulu görüşmədən mobil telefon vasitəsilə də köçürə biləcəyini bildirir və bu halda ondan ödəniş qəbzini çəkib göndərməsini istəyir.” “WhatsApp Audio 2024-11-15 at 12.30.24 (1)” adlı səs yazısından görünür ki, “X1 Hüseynova kirayədə yaşadığı üçün əmək haqqından əlavə hər ay 500 manat məbləğində pul alacağını bildirir.”. “WhatsApp Audio 2024-11-15 at 12.30.27” adlı səs yazısından görünür ki, “X1 Hüseynova pulu bir dəfəyə atmamalı olduğunu, pulun 2 dəfəyə hissə-hissə göndənərək 2 qəbz çıxarılmalı olduğunu bildirir.”. “WhatsApp Audio 2024- 11-15 at 12.31.22” 1 səs yazısından görünür ki, “X1 Hüseynova səhər saat 10-da “20 Yanvar”da Velotrekin yaxınlığına gəlməli olduğunu, özü ilə gətirdiyi sənədləri kuryerə verməli olduğunu bildirir.” Bundan başqa, “Səs yazısı və şəkillər” adlı bir ədəd qovluqda olan fotoşəkillərə baxan zaman Zərərçəkmiş şəxs məxsus arayış, fotoşəkil, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tərcümeyi-hal, ərizə, xx.xx.2024-cü il tarixdə Namiq İbrahimovun göndərdiyi “5239 1517 9721 9030” saylı kart hesabına 1.500 manat, xx.xx.2024-cü il tarixdə 2 000 manat məbləğində pul köçürdüyünü təsdiq edən qəbzlər vardır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur; “Başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş və o MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlyusif oğlunun himayəsində anası və xx.xx.2014-cü il təvəllüdlü övladı vardır. Həmçinin yaşadığı müddət ərzində Şamaxı rayonu, Göylər kəndində barəsində heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tam ödənilmişdir, ona qarşı heç bir iddiası, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi” haqqında 02 aprel 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etdilmiş 1 ədəd yaddaş qurğusu iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)- 224/2025 saylı qərarla barəsində axtarış elan edilməklə, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 16-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 29, 178.2.4 və 310cu maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Hüquqi məsələlər: Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CM-in 310-cu maddəsinə əsasən Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlü-kəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tultulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Həmçinin göstərilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik “əməliyyatçı” vəzifəsində işlədiyini bildirib sonuncunun qanuni əsaslarla işlə təmin olunmasında ifadə olunan hərəkətlərlə sonuncunun hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 29, 178.2.4 və 310-cu maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını, zərərçəkmişə dəymiş zərəri tam ödəməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4 və 310-cumaddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), ibtidai istintaq həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı,(CM-69.3) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etdilmiş 1 ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 29,178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il, 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etdilmiş 1 ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar