Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-225/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin, Tərcüməçi- X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Sokoviç Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sokoviç Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Sokoviç Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 21 yanvar 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu «Montin» deyilən ərazidə istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən «Elçin» adlı şəxsdən 35 (otuz beş) manata şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib, daşıyaraq özündə saxlamış, 22 yanvar 2021-ci il tarixdə saat 21:00 radələrində Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq ünvan 3rimanov RPİ 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əlində olan qara rəngli çantanın çöl cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,411 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdürr. Məhkəmə iclasında təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 21.01.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunda “Montin” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Elçin” adlı şəxsdən şəxsi istifadəsi üçün 35 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün əlində olan qara rəngli çantanın çöl cibinə qoymuşdur. 22.01.2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər vəsiqələrini təqdim edib, ona Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, onu adını və soyadını soruşub, 18-ci PŞ-nə dəvət etmişlər. Daha sonra o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı o, siqaret kağızına bükülmüş narkotik vasitəni təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22.01.2021-ci il tarixdə «Təqsirləndirilən şəxs» adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 22 yanvar 2021-ci il tarixli qərara əsasən əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. O da həmin qrupa əlavə edilmişdir. 22 yanvar 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanının qarşısında olarkən «Təqsirləndirilən şəxs» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar, özlərini bu şəxsə təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bu şəxsin Sokoviç Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu saxlayıb 18-ci polis şöbəsinə gətirmişlər. Bu barədə polis bölməsinin rəisinin adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Sokoviçi Nərimanov RPlnin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevə təhvil vermişlər. X6 tərəfindən müdafiəçi, tərcüməçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Sokoviç Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, onların iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Sokoviçin şəxsi axtarışı aparılmışdır. Sokoviç Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Sokoviç Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın çöl cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükülünü könüllü olaraq təqdim etmişdir. Bundan başqa Sokoviç Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın iç ciblərindən 5 manat pulu, “Prima” markalı siqareti, alışqanı, “Maaloks” adlı dərmanıda təqdim etmişdir. Sorğu sual zamanı Sokoviç Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan el arasında «kokos» kimi tanınan heroindir, həmin maddəni 21.01.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Montin” adlanan yerdən “Elçin” adlı şəxsdən 35 manata almışdır. Sonra təhqiqatçı tərəfindən bükülü açılmış və içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar olunmuşdur. Sokoviç Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınmış və Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç 22 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç əlində olan qara rəngli çantanın çöl cibindən şəffaf sellofana bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmiş və təqdim etdiyi bükümün içərisində narkotik vasitə hesab olunan “kakos” olmasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2021-ci il tarixli 6/293 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 224” möhür əksi, “ Şübhəli şəxs Sokoviç Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,44 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,411 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,361 qr. Aparılmış ekspertiza tədqiqatı 65,0 manat təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə-in siyahısına (Siyahı İ» daxildir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 24.01.2021-ci il tarixli qərarından görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Cəlalovun 24.01.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 11.03.2021-ci il tarixli 773 nömrəli rəyindən görünür ki, müayinə zamanı Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçdən TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma haqqında 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçdən aşkar edilmiş ümumi çəkisi 0,411 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,361 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin himayəsində 05.09.2012-ci il təvəllüdlü Sokoviç Nigar Təqsirləndirilən şəxsyevna və 22.06.2011-ci il təvəllüdlü Sokoviç Ravil Təqsirləndirilən şəxsyeviç olmaqla 2 azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin məhkəməyədək icraat dövründə 22.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 22.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM- 69.3), Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,361 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin 22.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,361 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçdən tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Sokoviç Təqsirləndirilən şəxs Yuriyeviçin hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-225/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-225/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver