Məhkəmə qərarları › İş №1(005)-226/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-226/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-226/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 vəkili Bakı şəhəri 36 saylı Vəkil Büronun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Laçın rayonu, Malıbəy kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus su filtrlərini satıb pulunu sonradan verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayında sonuncunun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22A ünvanda yerləşən ofisdə ələ keçirdiyi su filtrlərinin qalan 4232 manatını və 2023-cü ilin may ayında həmin ünvanda hər birinin dəyəri 330 manat olmaqla cəmi dəyəri 26400 manat olan 80 ədəd su filtrlərinin qalan 22838 manatını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 27070 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus su fıltrləri və həmin su filtrlərinin ehtiyyat hissələrini satıb pulunu sonradan verəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 14 iyun 2023-cü il tarixdə 1 ədəd 812 manat dəyərində suyumşaldıcı kabin, 15 iyun 2023-cü il tarixdə hər birinin dəyəri 812 manat olmaqla cəmi dəyəri 1624 manat olan 2 ədəd suyumşaldıcı kabin, hər birinin dəyəri 546 manat olmaqla cəmi dəyəri 1638 manat olan 3 ədəd kiçik ölçülü suyumşaldıcı kabin, 2023-cü ilin iyul ayının əvvəllərindən 14 iyul 2023-cü il tarixədək olan müddət ərzində cəmi dəyəri 8211 manat təşkil edən müxtəlif adda su filtrləri və həmin su filtrlərinin chtiyyat hissələrini sonuncunun istifadəsində olan ünvan 3 ünvanda yerləşən “Qobustan Plaza”nın birinci mərtəbəsindəki ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 12285 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin təxminən mart ayından tanıyır. Həmin vaxtlarda Rəşadın su filtrlərinin satışı ilə məşğu olduğunu bilmişdir. Rəşadla tanış olduqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. Aralarında olan söhbət zamanı Rəşada demişdir ki, ona su filtrləri versə, həmin su filtrlərini bir ay ərzində satıb pulunu ona verər. Rəşad da etiraz etməmiş və bir neçə dəfə müxtəlif saylarda su filtrlərinin bir ədədini 215 manat olmaqla və bir ay ərzində ödəmək şərti ilə ona vermiş, həmin su filtrlərini satıb əldə etdiyi pulu bir ay ərzində Rəşada vermişdir. 2023-cü ilin may ayında yenə də Rəşadın işlədiyi ofisə getmiş və satması üçün su filtrləri verməsini dedikdə Rəşad etiraz etməmiş və təxminən 100 ədəd su filtrlərini satıb, bir ay ərzində pulunu vermək şərti ilə ona vermişdir. Həmin su filtrlərini müxtəlif şəxslərə satmış və 40 ədədinin pulunu Rəşada vermişdir. Lakin, qalan 60 ədəd su filtrlərini satsa da, maddi çətinlikləri yarandığına görə həmin 60 ədəd su filtrlərinin pulunu Rəşada verə bilməmişdir. Rəşaddan əldə etdiyi 60 ədəd su filtrlərini Abşeron rayonu, Novxanı kəndində yaşayan Tural adlı şəxsə 1 ədədini 120 manat olmaqla cəmi 7200 manata satmış və Tural adlı həmin şəxsə demişdir ki, 6 ay müddətində həmin 60 ədəd su filtrlərinin 1 ədədini ondan 140 manat olmaqla cəmi 8400 manat pula alacaqdır. Tural da onunla razılaşmış və qeyd etdiyi 60 ədəd su filtrlərini 1 ədədi 120 manat olmaqla cəmi 7200 manata almışdır. Bundan başqa, Rəşadın ona vermiş olduğu təxminən 50 ədəd su filtrlərini, aralarında olan razılaşmaya görə bir ədədini 480 manata satsa da, Rəşad əldə olunan həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. Rəşad ona vermiş olduğu su filtrlərinin bir ədədini 330 manat hesablamaqla ona 39355 manat maddi ziyan vurduğunu bildirmiş, lakin, aralarında olan razılaşmaya görə Rəşad su filtrlərinin bir ədədini ona 215 manata satmışdır. Yəni, Rəşada məxsus 60 ədəd su filtrlərini satmış və həmin su filtrlərinə görə Rəşada 12900 manat pul verməlidir. Ona görə də məbləğlə tam razılaşmadığını bildirmiş və qismən ödəniş etdiyini, qalan məbləği də ödəmək niyyəti olduğunu söyləmişdir. Avadanlıqlardan əldə etdiyi vəsaiti həmin məhsulların reklamına və digər zəruri yerlərə xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 isə su flltrləri və həmin su filtrlərin ehtiyyat hissələrini pulunu sonradan ödəmək şərti ilə almış, suyumşaldıcı kabinlər, müxtəlif adda su filtrləri və həmin su filtrlərinin ehtiyyat hissələrini Zərərçəkmiş şəxs2 ofisində satıcı işləyən İbrahim adlı şəxsdən götürmüş, həmin su filtrləri və su filtrlərinin ehtiyyat hissələrinə görə Zərərçəkmiş şəxs2 cəmi 9800 manat pul verməli idi. Hazırda Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam olaraq ödəmişdir və onunla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən ofisdə su filtrlərinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayından tanıyır. Söhbət zamanı Ayaz ona su filtrlərini satıb pulunu sonradan vermək şərti ilə verməsini dedikdə onu tanıdığına, aralarında dostluq münasibəti olduğuna görə onun sözlərinə inanmış və etiraz etməyərək razılaşmışdır. Əvvəllər pulunu ona qaytarmışdır, buna görə də artıq Ayaza inanmış, etibar etmiş, onu aldadaraq əmlakını ələ keçirəcəyi barədə fikirləşməmişdir. Lakin 2023-cü ilin may ayının əvvəllərinədək Ayaz, ona verdiyi 9000 manat dəyərində su filtrlərinin pulunu verməmiş, bu barədə dedikdə Ayaz bildirmişdir ki, su filtrlərinin pulunu satdığı şəxslərdən ala bilməmişdir, bu səbəbdən də ona verməli olduğu 9000 manat pulu bir qədər gözləmək lazımdır. Ayazın sözlərinə inandığına, etibar etdiyinə görə onunla razılaşmışdır. 2023-cü ilin may ayının ortalarında Ayaz yenidən işlədiyi ünvan 5 ünvanda yerləşən ofisə gəlmiş və su fıltrlərini satmaq üçün müştəri olduğunu, 80 ədəd su filtrini həmin müştəriyə satması üçün ona verməsini, 2023-cü ilin may ayının sonunadək həmin su filtrlərinin pulunu, həmçinin əvvəldən verməli olduğu 9000 manat pulu bütövlükdə verəcəyini bildirdikdə razılaşaraq işlədiyi ofisdə ona 80 ədəd su filtri vermişdir. Bundan sonra Ayaz ona borclu olduğu 9000 manat puldan 4768 manatını qaytarmışdır. Həmçinin, Ayaz ondan götürdüyü 80 ədəd su filtrlərinin satışından hissə-hissə olmaqla 3562 manat pul vermişdir. Sonradan Ayazdan eşitmişdir ki, bacısı, daha sonra isə atası əməliyyat olunmuşdur, ona verməli olduğu pulları həmin əməliyyatlara görə xərcləmişdir, ona görə də su filtrlərinin pulunu gecikdirir. Bundan sonra Ayaz onun telefon zənglərinə cavab verməməyə, qaçıb gizlənməyə başlamışdır. Həmçinin, Ayaz öz xətti ilə ağ vərəqədə ona ümumilikdə 39355 manat pul borcunun olduğunu yazmış və imzası ilə təsdiq etmişdir. Aralarında olan razılaşmaya görə Ayaz, ona verməli olduğu pulların hamısını 25 sentyabr 2023-cü il tarixdə çatdıracağına söz vermiş, lakin, 25 sentyabr 2023-cü il tarixdə Ayazın istifadəsində olan mobil telefona zəng etsə də, Ayaz onun telefon zənglərinə cavab verməmiş və bundan sonra onunla əlaqə saxlaya bilməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs, ona məxsus su filtrlərini satıb sonradan pulunu verəcəyi adı ilə aldadaraq hissə-hissə olmaqla ümumilikdə 27070 manat pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, vurulmuş ziyandan 20 ədəd avadanlıq geri qaytarmışdır. Həmin avadanlıqların dəyəri təxminən 5565 manat etdiyindən, vurulmuş ziyandan çıxıldığını bildirmişdir. Hazırda vurulmuş ziyanın 210505 manat olduğunu və bu barədə verilmiş mülki iddianın təmin olunmansını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən “Qobustan Plaza”nın birinci mərtəbəsindəki ofisdə su filtrlərinin və həmin filtrlərin ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayından tanıyır. Həmin vaxtlarda Ayaz onun işlədiyi ofisə gəlib su filtrlərinin satışı ilə məşğul olması üçün Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Xırdalan şəhərində mağazalar açacağını, həmin mağazalarda fəaliyyət göstərməklə qazanc əldə edəcəyini bildirmiş, bundan sonra Ayaz bir neçə dəfə işlədiyi ofisə gəlib, mağazada satılan malların dəyəri ilə maraqlanmış, açacağı mağazalarda satması üçün ona satıb pulunu sonradan vermək şərti ilə su filtirləri və həmin filtrlərin ehtiyyat hissələrini verməsini dedikdə onu artıq tanıdığına, aralarında səmimi münasibət yarandığına görə onun sözlərinə inanmış və etiraz etməyərək razılaşmışdır. Bundan bir neçə gün sonra istifadəsində olan ofisdə satıcı işləyən İbrahim adlı şəxs ona bildirmişdir ki, 14 iyun 2023-cü il tarixdə Ayaz işlədiyi həmin ofisə gəlib və həmin vaxt 1 ədəd 812 manat dəyərində suyumşaldıcı kabin, 15 iyun 2023-cü il tarixdə yenə də hər birinin dəyəri 812 manat olan 2 ədəd suyumşaldıcı kabin və hər birinin dəyəri 546 manat olan 3 ədəd kiçik ölçülü suyumşaldıcı kabinləri, pulunu sonradan verəcəyini bildirərək almaq istədiyini bildirmiş, İbrahim də Ayazın onunla səmimi münasibətinin olduğuna görə inanaraq etiraz etməmiş və Ayaz qeyd etdiyi əşyaları götürüb aparmışdır. Bundan başqa, 2023-cü ilin iyul ayının əvvəllərindən 14 iyul 2023-cü il tarixədək olan müddət ərzində Ayaz yenə də işlədiyi ofisdən cəmi dəyəri 8211 manat təşkil edən müxtəlif adda su filtrləri və həmin su filtrlərinin ehtiyyat hissələrini də pulunu satıb sonradan verəcəyi adı ilə İbrahim adlı satıcıdan almışdır. Lakin, bundan sonra Ayaz, işlədiyi ofisdən aldığı ümumilikdə 12285 manat təşkil edən su filtrləri və həmin su filtrlərinin ehtiyyat hissələrinin pulunu verməmiş, bu barədə ona dedikdə Ayaz bildirmişdir ki, su filtrlərinin pulunu satdığı şəxslərdən ala bilmir, bu səbəbdən də həmin pulu ona verə bilmir, bir qədər gözləmək lazımdır. Ayazın sözlərinə inandığına, etibar etdiyinə görə onunla razılaşmış, lakin, Ayaz bundan sonra onun telefon zənglərinə cavab verməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, restoranı olduğunu və oranı işlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. 2023-cü ilin təxminən mart ayında Ayaz onun mobil telefonuna zəng edib bildirmişdir ki, su filtrləri var, pula ehtiyacı olduğuna görə satmaq istəyir. Etiraz etməyərək həmin günü Ayazla işlədiyi Abşeron rayonu, Novxanı kəndində yerləşən restoranda görüşmüş, söhbət zamanı Ayaz bildirmişdir ki, dostluq münasibətində olduğu Rafayıl adlı şəxs Türkiyədən 500 ədəd su filtri gətirib, həmin su filtrlərinin satışını təşkil etdiyinə görə Rafayıl ona əmək haqqı kimi 100 ədəd su filtri vermişdir. Həmin su filtrlərinin qiyməti ilə maraqlandıqda Ayaz demişdir ki, həmin su filtrlərinin bir ədədinin maya dəyəri 140 manatdır, lakin ona bir ədədini 120 manata satar. Ayaz həmçinin, özünə lazım olarsa həmin su filtrlərinin bir ədədini 140 manata ala biləcəyi barədə soruşduqda etiraz etməmiş, bundan sonra Ayaz özünə məxsus avtomobildən təxminən 3-4 ədəd qeyd etdiyi su filtrlərini gətirmiş və həmin su filtrlərini nağd qaydada pulunu verməklə Ayazdan almışdır. Bundan sonra aralarında olan razılaşmaya əsasən Ayaz bir neçə dəfə müxtəlif sayda su filtrlərini işlədiyi restorana gətirib bir ədədini 120 manat olmaqla ona satmışdır. Beləliklə, Ayaz 2023-cü ilin mart ayı ərzində ona təxminən 60 ədədə yaxın su filtrlərini satmışdır. Həmin su filtrlərinin hamısını müxtəlif şəxslərə satmış və hazırda özündə qalmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ünvan 3 ünvanda yerləşən “Qobustan Plaza”nın birinci mərtəbəsindəki ofisdə satıcı işləyir. Həmin ofisdə Zərərçəkmiş şəxs2 məxsus su filtrləri və həmin filtrlərin ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Ayaz, satıcı kimi işlədiyi ofisə gəlib-getmiş və onların arasında yaxşı münasibətlər yaranmışdır. Ayaz, onun işlədiyi ofisə gəlib-gedən vaxtlarda su filtrlərinin satışı ilə məşğul olması üçün Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Xırdalan şəhərində mağazalar açacağını, həmin mağazalarda fəaliyyət göstərməklə qazanc əldə edəcəyini Zərərçəkmiş şəxs2 demiş, həmin vaxtlarda Ayaz mağazada satılan malların dəyəri ilə maraqlanır, açacağı mağazalarda satması üçün, satıb pulunu sonradan vermək şərti ilə su filtrləri və həmin fıltrlərin ehtiyyat hissələrini verməsini dedikdə Zərərçəkmiş şəxs2 ona inandığına görə etiraz etməyərək onunla razılaşmışdır. Bundan sonra müxtəlif adda su filtrləri və həmin su filtrlərinin ehtiyyat hissələrinin də pulunu satıb sonradan verəcəyi adı ilə almışdır. Lakin, bundan sonra Zərərçəkmiş şəxs2 eşitmişdir ki, Ayaz, ofisdən götürdüyü ümumilikdə 12285 manat dəyərində su filtrləri və həmin su filtrlərinin ehtiyyat hissələrinin pulunu verməmişdir. Məhkəmədə tədqiq edilən “Baxış keçirilməsi haqqında” protokol xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin may ayında 80 ədəd su filterini Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən ofisdə Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünük ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(005)-260/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs2 təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 27070 manat məbləğində maddi ziyan və 6000 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 35070 (otuz beş min yetmiş) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs1 vəkili Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş ərizədən görünür ki, iddia tələbi dəqiqləşdirilmiş, təqsirləndirilən şəxs tərəfindən mülki iddia üzrə mübahisənin əsası qismində qeyd edilən su filtri (aparat) olaraq 20 ədəd Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Bu səbəbdən mülki iddiada qeyd edilən 27070 manat əsas borc, əldən çıxmış fayda və digər xərclər daxil olaraq toplam 35070 manat ziyanın məbləği azaldılaraq əsas ziyan üzrə 21.505 azn və toplam zərər üzrə isə 29 505 manat təşkil edir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq niyyətinin olmaması, götürdüyü avadanlıqları sataraq pulunu qaytarmaq istəməsini, lakin həmin pulları avadanlıqların reklamına və müxtəlif sahələrə xərcləməsi ilə bağlı ifadəsində də həmin avadanlıqları götürdüyünü təsdiq edir, dələduzluq niyyətinin olmaması və məbləğlə razılaşmaması ilə bağlı hissədə isə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər və şahid ifadələrindən də aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən həmin avadanlıqlar götürülmüş, avadanlıqları qaytarmaq və ya pulu ödəmək üçün də imkanı olmuşdur, lakin bunu etməmişdir. Bu hal da təqsirləndirilən şəxsin niyyətinin aldatmaq və dələduzluq etməklə əmlakı ələ keçirmək olmaması ilə bağlı ifadəsinin məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə vurmuş olduğu maddi ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan qismən ödəniş etməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, həbsdə saxlanıldığı 19 fevral 2024-cü il tarixdən - 21 noyabr 2024-cü il tarixdək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Abşeron Rayonun hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 27070 manat məbləğində vurmuş olduğu maddi ziyandan məhkəmə istintaqı zamanı qismən ödəniş edilmişdir, hal-hazırda zərərçəkmiş şəxsə ümumi borcu 21505 manat təşkil edir. Məhkəmə hesab edir ki, ödənilmiş məbləğ nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyanın ödənilməmiş qalan hissəsi onun tərəfindən ödənilməlidir. Əldən çıxmış fayda olaraq 6000 (altı min) manat məbləğində pulun ödənilməsi ilə bağlı hissədə məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən əldən çıxmış faydanın nədən ibarət olması və hansı meyarlar əsasında formalaşdırılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və mülki iddiası bu hissədə əsaslandırılmamışdır. Buna görə də mülki iddiaçı tərəfindən 6000 (altı min) manat məbləğində əldən çıxmış faydanın ödənilməsi ilə bağlı hissədə ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona 21505 manat ödənilməsi ilə bağlı tələbi əsaslıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən X1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 19 fevral 2024-cü il tarixdən – 21 noyabr 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (1 il, 06 ay, 04 gün müddət) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs 21505 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar