Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-226/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Ağdam rayonu, Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Qərvənd Ə/D, Baş Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,221 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq 25 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanına daşımış və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılmış və orada üzərində axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan iç cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə səhər saatlarında Yasmal rayonu, “Kubinka” adlanan ərazidə “Əhliman” kimi tanıdığı şəxsdən 08 manat müqabilində psixotrop maddə olan metamfetamini almışdır. Təxminən 2 aydır ki, narkotik vasitə istifadə etməyə başladığını buna görə də narkotik vasitəni üzərində saxladığını bildirmişdir. 26 fevral 2025-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Həsən Əliyev küçəsi 86A ünvanının qarşısında olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, Polis əməkdaşları olduğunu bildirmişlər. O, özünü təqdim etmiş və ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın cibindən 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Üzərində bir ədəd “Samsung A22” markalı mobil telefon və 01 ədəd “LD” markalı siqaret qutusu da aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Daha sonra onu 16-cı polis şöbəsinə dəvət etmiş və orada şəxsiyyəti müəyyən olunmuşdur. Həmçinin vəkil dəvət edilmiş, hüquq və vəzifələrini izah etmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfeaminə videoçəkilişlə yenidən baxış keçirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir olunmamışdır. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, ailənin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu, Qərvənd Ə/D, Baş Qərvənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 86A küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə apanldıqdan sonra Nərimanov RPİ-nin 16cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 86A küçəsinə getmişdirlər. Həmin vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 86A küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirərək, cibindən qızılı rəngli kağıza bükümü təqdim etmişdir. Bundan sonra onun üzərində video çəkilişlə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddədir, həmin psxiotrop maddəni öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Nərimanov RPİ-nin 16-cı PŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 və Şahid3 ifadəsi iş üzrə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs eləcə də digər Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan " Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan və işə əlavə edilmiş CD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, o, əynidəki qara rəngli şalvarın sağ yan iç cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə olan metamfetamin olduğunu, psixotrop maddə metamfetamini “Kubinka” adlanan ərazidə Ehtiram kimi tanıdığı şəxsdən 08 manata 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon və 01 ədəd “LD” markalı siqaret qutusu aşkar edilir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Təqdim olunan əşyaya və şəxsin üzərinə baxış keçirilməsi və götürmə haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 01 ədəd zərfi, “Samsung” markalı mobil telefonu, və 01 ədəd “LD” markalı siqaret qutusunu təqdim edərək, zərfin içərisində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş kristal şəkilli, spesifik qoxuya malik maddə olduğunu bildirdi. Təhqiqatçı tərəfindən 01 ədəd bükümə baxış keçirilən zaman kristal şəkilli, spesifik qoxuya malik maddə zərfə qoyularaq 218 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/869/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmədə tədqiq olunan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Məhkəmədə tədqiq olunan “Diskə baxış keçirilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin diskdə iki ədəd fayl vardır. Fayllardan birinin adı “document_**********015793708”, digərinin adı isə “İMG_0509” olaraq qeyd olunmuşdur. “document_**********015793708" adlanan faylda olan videogörüntü 25 favral 2025-ci il tarixli və 03 dəqiqə 58 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları ünvan 2 ünvanının qarşısında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli şalvarın sağ yan iç cibindən 01 ədəd qızılı rəngli kağız bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetmain olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim edir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “LD” markalı siqaret qutusu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin psixotrop maddə metamfetamini “Kubinka’ adlanan ərazidə Ehtiram kimi tanıdığı şəxsdən almışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan əlavə “CD” diskdə olan “İMG 0509” adlanan faylda olan videogörüntü 25 fevral 2025-ci il tarixli və 03 dəqiqə 58 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı Emin Səfərov polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçi Manya Əhmədlinin işitrakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə baxış keçirir. Baxış keçirildikdən sonra həmin 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X3 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-cl İİ tarixli 1141 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Azərbaycan Respublikası QİÇS-lə mübarizə mərkəzindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Respublika QİÇS-lə mübarizə mərkəzində xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır. Bu xəstəliklə əlaqədar olaraq hal-hazırda narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkmədə tədqiq olunan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünmür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,221 qram psixotrop maddə metamfetamin, 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2023-cü il tarixdən qeydiyyata götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə belə nəticəyə gəlir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu etiraf etmiş, cinayət işinin materiallarında olan protokollardan, şahid ifadələrindən, eləcə də ekspertiza rəylərindən, üzərinə baxış keçirilməsi ilə bağlı DVD disk görüntüsündən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ siyahının 118-cu qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 0,221 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (25-26 fevral 2025-ci) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublika Narkoloji X3 şəxsi Ambulator Məcburi- Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci iİ tarixli 1141 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs QİÇS-lə mübarizə mərkəzində qeydiyyatda olması səbəbindən hazırda məcburi müalicəyə zərurət olmaması nəzərə alınmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,171 qram metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - 02 (iki) ədəd CD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatı üçün cəmi 352 (üç yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (25-26 fevral 2025-ci il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 17:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,171 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altımış beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatı üçün cəmi 352 (üç yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-226/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-226/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver