Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-227/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkət qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs 30.07.2021-ci il tarixdə, saat 19:19-da etibarnamə ilə idarə etdiyi **-NO- *** dövlət qeydiyyat nişanlı “Renault Megane" minik markalı avtomobillə ünvan 2 ünvanda yerləşən yaşayış məntəqəsindən həmin küçədə yerləşən avtomobil yoluna saatda 5 kilometr surətlə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbləri pozmuş, yəni 1.3 üfiqi nişanlama xəttini kəsib keçmək qadağandır” kimi tələbə riayət etməyib, K.Rəhimov küçəsində yerləşən avtomobil yolunda həmin xətti kəsərək sola dönmə manevri edərkən idarə etdiyi avtomobilin ön hissəsi hərəkət istiqamətinin solundan düzünə, yəni Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətinə 1.3 üfiqi nişanlama xəttinin üzəri ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mondial” markalı, “SFC 100” modelli motosikleti sağ tərəfindən vurmuş, bundan sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mondial” markalı, “SFC 100” modelli motosiklet Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətinə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi **- MH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobil sol qanad hissəsinə dəyərək yerə çırpılmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 əng sümüyü cisminin alın çıxıntısının burun səthinin xətti qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, alının sağ yarısının, sol baldırın, sağ bel nahiyəsinin qançırları, sol və sağ saidin, sol əl-daraq falanqasının arxa səthinin, V barmağın əsas falanqasının, sağ diz oynağının, sağ aşıq baldır oynağının sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, bundan başqa “Mondial” markalı, “SFC 100” modelli motosiklet zədələnməsindən sahibi Zərərçəkmiş şəxs1 1593 manat və **-MH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” minik markalı avtomobilin zədələnməsindən isə sahibi Zərərçəkmiş şəxs2 1950 manat ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-227/2022 saylı, 07.04.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane" minik markalı avtomobil ona məxsusdur. O, həmin avtomobili 2020-ci ildə X1 almışdır. Lakin onların arasında rəsmi alqı-satqı olmamışdır. Fazil Mustafayev həmin avtomobillə bağlı 2 dələ ona etibarnamə vermişdir. Həmin etibarnamənin birincisində ona yalnız avtomobili idarə etmək hüququ verilsə də, 2-ci dəfə verilən etibarnamədə ona sürücülük hüququ olduqda avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir. 30.07.2021-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” minik markalı avtomobil ilə ünvan 2 ünvanında yerləşən yaşayış binalarının həyətindən həmin küçənin avtomobil yoluna daxil olmuşdur. Avtomobil yolu tıxac olmuşdur. Həmin avtomobil yolunda əks istiqaməti ayıran qoşa xətt olmasına baxmayaraq, o, sola dönmə manevri etmək qərarına gəlmişdir. Belə ki, o, avtomobilin qəza işıqlarını yandırmış və avtomobilin pəncərəsindən əlini çölə çıxardaraq digər avtomobil idarə edən şəxslərdən ona yol vermələrini istəmişdir. Həmin avtomobil sürücüləri dayanaraq ona yol vermişdirlər. O, hərəkətini davam etdirib əks istiqaməti ayıran qoşa xəttin üzərində olan zaman idarə eldiyi avtomobilin qabaq tərəfi ilə həmin qoşa xəttin sol tərəli ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi motosikleti vurmuşdur. Bundan sonra həmin Zərərçəkmiş şəxs1 motosikletin idarə etməsini itirərək qarşı tərəfdən hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi **-MH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1220 CDİ" minik markalı avtomobilin sol qanad hissəsinə dəyərək motosikletlə birlikdə asfaltın üzərinə yıxılmışdır. O, dərhal idarə etdiyi avtomobildən düşərək Zərərçəkmiş şəxs1 yaxınlaşmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün o, dərhal Turalı Gülümovu idarə etdiyi avtomobilə mindirərək yaxınlıqda yerləşən 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Xəstəxanada Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 digər müayinələr olunması üçün “Medistyle" xəstəxanasına aparmışdır. Turala orada digər müayinələr edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 atası ilə birlikdə yaşadığı evə getmişdir. Bundan sonra o, Nərimanov RPİ-nə getmiş, oradan isə sərxoş olub-olmağının müəyyən edilməsi üçün həkim müayinəsindən keçmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 burnu sındığı üçün o, 05.08.2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşdur. Həmin əməliyyatın 1100 manat ödənişi tərəfindən ödənilmişdir. Bundan başqa tərəfindən Zərərçəkmiş şəxs1 digər xərclərdə çəkilmişdir. Belə ki, o, baş vermiş yolnəqliyyat hadisəsindən sonra əməliyyat xərci ilə birlikdə Zərərçəkmiş şəxs1 təxminən 2100 manata yaxın xərc çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “Mondial” markalı, “SFC 100” modelli motosiklet ona məxsusdur. O, həmin motosikleti X3 almışdır. Belə ki, Ceyhun Abbasov həmin avtomobili "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsi əsasında almış, lakin sonradan aylıq ödənişləri ödəyə bilmədiyi üçün ona satmışdır. O, həmin motosiklet ilə bağlı "xxxx" MMC-yə olan bütün ödənişləri ödəmişdir. Yəni həmin motosiklet hazırda ona məxsusdur. Lakin vaxt məhdudiyyəti ilə əlaqədar həmin motosikleti öz adına rəsmi qaydada qeydiyyata saldıra bilməmişdir. O, hadisə baş verən günədək həmin motosikletlə "xxxx" MMC-də kuryer fəaliyyəti ilə məşğul olurdu. 30.07.2021- ci il tarixdə, saat 19:20 radələrində sifariş ilə əlaqədar idarə eldiyi motosiklet ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən Təbriz küçəsi istiqamətinə hərəkətə başlamışdır. Avtomobil yolunda tıxac olduğu üçün o, K.Rəhimov küçəsində əks istiqamətli avtomobilin yolunu ayıran qoşa xəttin üzəri ilə hərəkətini davam etdirmişdir. K.Rəhimov küçəsi 28 ünvanın qarşısına düşən avtomobil yolunda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane" minik markalı avtomobillə onun hərəkət istiqaməti üzrə qoşa xəttin tələbini pozaraq sola dönmə manevri etmək istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə onun idarə etdiyi motosikletin sağ hissəsinə vurmuş və o, motosiklin idarə etməsini itirərək qarşı hərəkət istiqamətində hərəkətdə olan “Mercedes Benz E220 CDİ” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol fara və sol qanaq hissəsi ilə toqquşmuşdur. Bundan sonra o, motosiklet ilə birlikdə asfaltın üzərinə yıxılmışdır. Hadisə zamanı o, bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. O, xəsarət aldığı üçün Təqsirləndirilən şəxs onu idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobilə mindirərək ilk öncə 5 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Oradan isə digər müayinələr olunması üçün Fikrətlə birlikdə “Medistyle” klinikasına getmişdir. Orada digər müayinələr olunduqdan sonra evə buraxılmışdır. Hadisə zamanı onun burnu sındığı üçün 05.08.2021 -ci il tarixdə o, Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşdur. Əməliyyatın 1100 manat ödənişi Təqsirləndirilən şəxs tərəfindən edilməsinə baxmayaraq, digər xərclər tərəflərindən ödənilmişdir. Lakin onun müalicəsi ilə əlaqədar tərəflərindən çəkilən xərclər Təqsirləndirilən şəxs tərəfindən onlara ödənilməmişdir. Həmçinin, o, hadisədən sonra xəsarət almağı ilə əlaqədar 4 ay müddətində işləyə bilməmişdir. Buna görə də, maddi təminatı olmamışdır. Odur ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-227/2022 saylı, 07.04.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan 10.12.2013-cü il tarixli, AC seriyalı, 093451 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Cinayət işinin materiallarında olan AD № 911656 saylı, 25.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” minik markalı nəqliyyat vasitəsinin sahibi X4r. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında 16.06.2022-ci ilədək Təqsirləndirilən şəxs verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin 27.08.2021-ci il tarixli, 574 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər əng sümüyü cisminin alın çıxıntısının burun səthinin xətti qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, alının sağ yarısının, sol baldırın, sağ bel nahiyəsinin qançırları, sol və sağ saidin, sol əl-daraq falanqasının arxa səthinin, V barmağın əsas falanqasının, sağ diz oynağının, sağ aşıq baldır oynağının sıyrıqları – küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən 30.07.2021-ci il tarixində yol-nəqliyyatı hadisəsi zamanı əmələ gəlməsi də istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 8/2293 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən ”Mondial” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən **-NO-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane” minik markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E220 CDİ” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza xərci 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarında olan 23.02.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə oğlu, təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Müdafiəçi Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir, əməlindən peşmandır və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9-cu bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə münasibətdə həmin Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla amnistiyanın tətbiqi qeyd edilir. 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9-cu bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə oglunun məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 300.1.7, 300.5, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Nümayəndə oglu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-227/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-227/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver