Məhkəmə qərarları › İş №1(005)-228/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-228/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-228/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində, gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev 39 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs icarəyə götürməklə işlətdiyi “xxxxxxxxxx” restorana giriş-çıxış qapısından daxil olduqdan sonra 1-ci mərtəbədə yerləşən 3 nömrəli kabinetdən “Sony Playstation 4 Pro” markalı, 600,0 manat dəyərində oyun cihazını gizli olaraq talayaraq kabinetin pəncərəsindən çıxıb uzaqlaşaraq Zərərçəkmiş şəxs cəmi 600,0 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsi 39 ünvanında fəaliyyət göstərən “xxxxxxxxxx” adlı restoranına əvvəllər bir neçə dəfə müştəri kimi getmiş və müxtəlif kabinetlərdə kompüter oyunları oynamışır. Dəqiq tarix yadında qalmasada 2020-ci ilin fevral ayının əvvəllərində o, müştəri kimi giriş-çıxış qapısından həmin restorana daxil olmuşdur. Playstation oyun aparatı quraşdırılmış olduğunu bildiyi 3 nömrəli kabinetin qapısını açıb baxdıqda boş olduğunu görüb, içəri girib əyləşmişdir. Ofisiant gələrək, ondan nə sifariş edəcəyini soruşmuşdur. O da ona dostlarının gələcəklərini deyərək, onlar gəldikdən sonra sifariş edəcəyi bildirmiş və təxminən 5-10 dəqiqə sonra gəlməsini xahiş etmişdir. Ofisiant kabinetdən çıxdıqdan sonra orada televizor altlığının üstündə quraşdırılmış bir ədəd “Sony Playstation 4 Pro” markalı oyun cihazını və iki ədəd oyun pultunu götürərək, pəncərəni açıb oradan çölə çıxaraq, uzaqlaşmışdır. Həmin oyun cihazını Nərimanov rayonu, “Montin” qəsəbəsində tanımadığı şəxsə 300 manata satmışdır. Aldığı 300 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında təsis edilmiş “xxxxxxxxxx” MMC-nin təsisçilərindən biri və direktorudur. MMC təsis edildikdən sonra Nərimanov rayonu, Ə.Əliyev 39 ünvanında yerləşən binanı icarəyə götürərək, orada restoran açmışlar. Restoranın binasını kirayəyə götürsə də restoranda olan əşyalar və ləvazimatlar ona məxsusdur və onun şəxsi əmlakıdır. 2020-ci ilin fevral ayının əvvəllərində restoranda işləyən admistrator Şahid2 ona zəng edərək, restorandakı 3 nömrəli kabinetdə olan “Sony Playstation 4 Pro” markalı oyun cihazının oğurlandığını bildirmişdir. O, restorana gələrək, hadisə ilə maraqlandıqda, məlum olmuşdur ki, restorana gələn naməlum şəxs 3 nömrəli kabinetə müştəri kimi gəlib, orada olan “Sony Playstation 4 Pro” markalı oyun cihazını oğurlayaraq, pəncərədən çıxaraq, getmişdir. Ancaq o, həmin vaxt oğurluq baradə polisə məlumat verməmişdir. Bundan sonra x xxxx 2020-ci il tarixdə saat 17:30-da naməlum şəxs restorana müştəri kimi daxil olaraq, birinci mərtəbədəki 2 nömrəli kabinetdə olan “Sony Playstation 3” markalı oyun cihazını oğurlayaraq pəncərədən çıxaraq aparmışdır. Məlum olmuşdur ki, həmin şəxs hadisədən bir gün qabaq, yəni xx xxxxxx 2020-ci ildə axşam saatlarında restorana gələrək, həmin gecə saat 22:30-da 6 nəfər dostu ilə Playstation oynamaq üçün restorana gələcəyini bildirərək “rezerv” elətdirmişdir. Hər iki oğurluq eyni üsulla törədildiyindən həmin oğurluqları eyni şəxs tərəfindən və ya bir-biri ilə əlaqəsi olan şəxslər tərəfindən törədildiyini düşünürmüş. “Sony Playstation 4 Pro” markalı oyun cihazının yenisini 2019-cu ilin dekabr ayının əvvəllərində “28 Mall” adlanan ticarət mərkəzindən 850 manata, “Sony Playstation 3” markalı oyun cihazını isə “Tap.az” internet saytından tanımadığı şəxsdən işlənmiş vəziyyətdə 300 manata almışdır. Son olaraq məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cu ildən “xxxxxxxxxx” adlı restoranda admistrator vəzifəsində işləyir. Restoranda olan əşyalar və ləvazimatlar Zərərçəkmiş şəxs məxsusdur və onun şəxsi əmlakıdır. Restoran saat 17:00- dan gecə saat 02:00 radələrinədək işləyirmiş. 2020-ci ilin fevral ayının əvvəllərində o, gecə saatlarında restoranı bağlayarkən 3 nömrəli kabinetdə “Sony Playstation 4 Pro” markalı oyun cihazının yerində olmadığını və pəncərənin açıq olduğunu görərək, bu barədə Zərərçəkmiş şəxs zəng edərək, məlumat vermişdir. Sonradan onun yadına düşmüşdür ki, axşam saatlarında obyektə müştəri kimi gəlmiş tanımadığı şəxs 3 nömrəli kabinetdə əyləşmişdir. Ofisiant restoranın zirzəmisində yerləşən mətbəxdə olduğundan, o, özü 3 nömrəli kabinetə daxil olub, müştəridən sifariş qəbul etmək istədikdə, müştəri ona 5-10 dəqiqə sonra gəlməyini və dostları gələndən sonra sifariş verəcəklərini bildirmişdir. O da kabinetdən çıxıb getmişdir. Daha sonra gələn ofisant kabinetdə heç kimin olmadığını bildirmişdir. Buna görə də düşünmüşdür ki, yəqin restoranda olan menyunun qiyməti baha olduğuna görə həmin oğlan çıxıb getmişdir. Lakin onun 3 nömrəli kabinetdən çıxdığını görməmişdir. Ancaq həmin şəxsdən sonra həmin kabinetə başqa müştəri girməmişdir. Düşünürmüş ki, həmin şəxs “Sony Playstation 4 Pro” markalı oyun cihazını oğurlayaraq pəncərədən çıxıb aparmışdır. Bildiyi qədəri ilə Samir həmin vaxtı oğurluq baradə polisə məlumat verməmişdir. Bundan sonra 2020-ci ilin mart ayının 1-də saat 17:30-da naməlum şəxs obyektə müştəri kimi daxil olaraq, birinci mərtəbədəki 2 nömrəli kabinetdə olan “Sony Playstation 3” markalı oyun cihazını oğurlayaraq pəncərədən çıxaraq aparmışdır. Məlum olmuşdur ki, həmin şəxs hadisədən bir gün qabaq, yəni xx xxxxxx 2020-ci ildə axşam saatlarında da restoranda olmuşdur. Ona həmin gecə saat 22:30-da 6 nəfər dost ilə Playstation oynamaq üçün restorana gələcəyini bildirərək “rezerv” elətdirmişdir. O da həmin 2 nömrəli kabineti onun üçün saxlasa da, şəxs həmin gəlməmişdir. Hadisə barədə polisə məlumat vermişdir. O, restoranın 3 nömrəli kabinetindən oğurluq etməkdə şübhələndiyi görsə tanıya bilməzmiş. Həmin şəxs 20-25 yaşlarında olan cavan oğlan imiş, ancaq üzü yadında qalmamışdır. Məhkəmə iclasında Şahid1məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. (i.v.1); “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17ci Polis şöbəsinin təhqiqatçısı Elnur Məcidov tərəfindən dəvət olunmuş hal şahidlərin və Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 4 saylı ünvanda yerləşən “Şelbi” Karaoke restoranına baxış keçirilmişdir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək materiallara əlavə olunmuşdur. (i.v. 9-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1152 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda istifadədə olmuş malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 235,0 manat, təqdim edilməmiş istifadədə olmuş “Sony” markalı “Playstation 4 Pro” modelli konsolu 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (i.v.88-91) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 103-104). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117; 119); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəzatəyinedilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlətbüdcəsinə keçirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəməningəldiyinəticələryalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on ) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulubdövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar