Məhkəmə qərarları › İş №1(005)-228/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-228/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-228/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi X7 iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ********* nömrəli, 7 62 mm kalibrli, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı. yıvi odlu silah olan 01 ədəd AK-103 modelli avtomatı, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş. 20 ədəd, 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı (AK-47, AKS-47, AKM, AK-103) avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağını və atəş üçün yararlı vəziyətdə olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 20 ədəd ştat patronu qanunsuz olaraq əldə edib gəzdirərək, etibarnamə əsasında idarə etdiyi "İveco" markalı, **-BV-*** qeydiyyat nişanlı yük avtomobilin ön sərnişin oturacağının alt hissəsində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək Ticarət Mərkəzi'nin ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-ın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 fevral 2025-cı il tarixdə saat 11 45-də yuxarıda qeyd edilən ünvanda etibarnamə əsasında idarə etdiyi İvecc markalı, **-BV-*** qeydiyyat nişanlı yük avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 15:00-dan etibarən qeyd edilən avtomobilə özünün icazəsi və iştirakı ilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının alt hissəsindən 01 ədəd qara rəngli sellofan torbada Kalaşnikov konstruksiyalı. yivli odu silah olan 01 ədəd AK-103 modelli avtomat, 20 ədəd döyüş sursatı hesab edilən ştat patronu və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, sürücü olduğunu Qusar-Bakı istiqamətində yük avtomobili sürdüyünü bildirmişdir. 26 fevral 2025-ci il tarixdə Bakıya tikinti avadanlığı getirməli olduğundan və yoldan soğan götürməli olduğu üçün avtomobili ilə tanışı Akiflə birlikdə Qaradağ rayonunda yerləşən “Sədərək" Ticarət Mərkəzinə getmişdir. Saat təxminən 11-12 radələrində Bakı şəhəri ərazisində idarə etdiyi “İveco" markalı, **-BV-*** qeydiyyat nişanlı yük avtomobilinin yanında olduğu zaman dörd nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləmişlər. Ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmiş və onu avtomobillə birlikdə DİN-in BMCMİ-nə dəvət etmişlər. Buna etiraz etdikdə isə özünü səhv hərəkətlər etdiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə İdarəyə getmişdir. Polis İdarəsinə gəldikdən sonra onun qarşısında bükümdə narkotik vasitə və silah qoyulmuşdur. Bildirilmişdir ki, ya silahı ya da narkotik vasitəni üzərinə götürməlidir. Etiraz etdiyi üçün ona təzyiq göstərilmişdir. Bu halda məcbur qalaraq silahın ona məxsus olduğunu qeyd etmişdir. Bundan sonra üzərinə və avtomobilinə videoçəkilişlə baxış keçirilmişdir. İdarə etdiyi yük avtomobilinin sərnişin oturacağının alt hissəsində avtomat və patronların olmasını bildirib ilk olaraq avtomobilin sağ ön qapısını açıb avtomobili baxışa təqdim etmişdir. Şifahi sorğu zamanı avtomatı darağı və 20 ədəd patronu 01 ay bundan öncə Qusar rayonunda meşədən tapdığnı, həmin predmetləri marağını çəkdiyi üçün götürdüyünü, bununla bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmaq və ya pay vermək niyyətinin olmadığını, həmin predmetlərdən hər hansı qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, tapdığ qaydada saxladığını, heç kimin məlumatının olmaması üçün idarə etdiyim yük avtomobilində saxladığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etmişdir ki, təzyiqə məruz qalması ilə bağlı məhkəməyədək heç bir quruma məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona məxsus olan yük avtomobili əməliyyatçı tərəfindən idarə olunmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən qorxduğu üçün təzyiqə məruz qaldığını söyləməmişdir. Cinayət işinin materiallarında olan imzaların ona məxsus oluduğunu, müdafiəçi ilə ibtidai istintaq müüddəti ərzində təmin edildiyini bildirmişdir. Saxlanıldığı zaman idarə etdiyi yük avtomobilində heç bir silahın olmadığını bir daha vurğulamışdır. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, eyni zamanda daşımaqla üstündə gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonuna getmişlər 26 fevral 2025-cı il tarixdə saat 11:45də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək" Ticarət Mərkəzinin ərazisində idarə etdiyi “İveco" markalı, 99-BV- 917 qeydiyyat nişanlı yük avtomobilinin yanında zahiri əlamətlərinə görə Vüqar Şıxbabayevə oxşayan bır nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, eyni zamanda daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarənin inzibati binasına gəlmişdir. Baş İdarənin inzibatı binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Fəan Süleymanov tərəfindən həmin şəxs müdafiəçi və tərcüməçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 26 fevral 2025-ci il tarixdə saat 14 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Bundan sonra ona paltarında, əşyalarında, bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı, qanunsuz əşya predmet olmasa da idarə etdiyi yük avtomobilində avtomat və patronların olduğunu bildirmişdir. Bundan sonra üzərində olan 02 ədəd mobil telefonlarını, pulunu, vəsiqələrini, plastik kartlarını, açarları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə baxış keçirilimişdir. Avtomat və patronlar saxladığını, avtomobilə baxış keçirilməsinə etiraz etməyib icazə verdiyini bildirmişdir. Video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə 26 fevral 2025-ci il tarixdə saat 15 radələrində baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yük avtomobilinin sərnişin oturacağının alt hissəsində avtomat və patronların olmasını bildirib ilk olaraq avtomobilin sağ ön qapısını açıb avtomobili baxışa təqdim etmişdir. Avtomobilin sərnişin oturacağının alt hissəsində olan 01 ədəd qara rəngli sellofan paket götürülmüşdür. Həmin qara rəngli sellofan paketə baxış zamanı içərisindən 01 ədəd ağ rəngli parçaya bükülmüş 01 ədəd avtomata, 01 ədəd darağa və 20 ədəd patrona oxşar dəmir predmetlər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd avtomata, 01 ədəd darağa və 20 ədəd patrona oxşar dəmir predmetləri 01 ay bundan öncə Qusar rayonunda meşədən tapdığını, həmin predmetləri marağını çəkdiyi üçün götürdüyünü, bununla bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmaq və ya pay vermək niyyətinin olmadığını, həmin predmetlərdən hər hansı qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, tapdığı qaydada saxladığını, heç kimin məlumatının olmaması üçün idarə etdiyi yük avtomobilində saxladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş əlavə şahidlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X8 və X19 və X2 Hüseyn Şakir oğlu ilə eyni məzmunlu ifadə verərək Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş əlavə şahid DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təqiqat Şöbəsinin Baş X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 26 fevral 2025-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılaraq baş idarəyə gətirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə baxışın keçirilməsi mümkün olmadığından baş idarənin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Daha sonra özü tərəfindən idarə etdiyi yük avtomobilində odlu silah olduğu bildirildi. Avtomobilə özünün razılığı ilə baxış keçirilmiş və avtomobildə oturacağın altında silahı özü təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs özü silahın yerini göstərərək təqdim etdi, eləcə də avtomobilə ümumi baxış keçirildi. Şifahi sorğu zamanı avtomatı darağı və 20 ədəd patronu 01 ay bundan öncə Qusar rayonunda meşədən tapdığnı, həmin predmetləri marağını çəkdiyi üçün götürdüyünü, bununla bağlı heç kimin məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X20 məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuşlar. Onlar əvvəllər dəmir işi ilə məşğul olmuşlar. Özü alacağı veşləri olduğundan rayondan Vüqar Şıxbabayevlə birlikdə Sədərək bazarı deyilən yerə gəlmişdir. Yol boyu yük avtomobilinin ön tərəfindən sürücünün yanında əyləşmişdir. Oturacağın altında silahı görmədiyini bildirmişdir. Ünvana çatdıqda özünün avtomobildən düşərək mağazaya getdiyini söyləmiş və polis əməkdaşlarının Vüqarı saxlamısının şahidi olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə saat 11:45 radələrində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 fevral 2025-ci il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdən görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində səxsi axtarış və götürmənin apandığı sübhəli şəxs X5 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X9 tərəfindən apanlacağı barədə məlumat verildi, sübhəli şəxs Vüqar Sixbabayev buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində olması ehtimal edilen odlu silah, döyüş sursatları və ganunla dövriyyəsi qadağan edilmis, vaxud is üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı, qanunsuz əşya predmet olmasa da idarə etdiyi yük avtomobilində avtomat və patronların olduğunu bildirdi. Bundan sonra əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd "Honor", 01 "Redmi" markalı mobil telefonlarını, həmin cibində olan kağız və qəpik pulunu, həmin cins şalvarın sağ yan cibindən vəsiqələr və plastik kartları, əynində olan qara rəngli gödəkçənin iç hissəsindən geyindiyi boz rəngli digər gödəkçənin sağ yan cibindən qəpik pulları və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən açarları çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə ardıcıllıqla baxış keçirildi. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonların arxa hissələrində olan qoruyucukar çıxarıldı, hər hansı predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqələr və kartlara baxış zamanı üzərində "4169 7388 8240 3250", "birbank" yazıları qeyd olunmuş 01 ədəd bank kartı, "azərişıq"a məxsus 01 ədəd istehlakçı kartı, Üzərində "4169 7385 4223 2115", "umico" yazıları qeyd olunmuş 01 ədəd bank kartı, şəxsə məxsus 01 ədəd sürücülük vəsiqəsi, idarə etdiyi yük avtomobilinin 01 ədəd qeydiyyat şəhadətnaməsi və şəxsə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsinin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız və qəpik pullar sayılan zaman 559 manat 80 qəpik olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin pulları hər hansı qanunsuz yolla əldə etmədiyini, özünə məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi açarların yaşadığı evə və İdarə etdiyi avtomobilə məxsus olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlar, plastik bank kartları, vəsiqələr, qeydiyyat şəhadətnaməsi, istehlakçı kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. İdarə etdiyi yük avtomobilinin açarı, ev açarı və pul özünə qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa əşya və ya predmet aşkar edilmədi. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 4(005)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1, 70-ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il 06 ay müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. xx.xx.2016-cı il tarixdə təyin edilmiş cəza başa çatdığına görə azad edilmişdir. Azərbayacan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunmuş məktubdan görünür ki, ********* zavod nömrəli 7,62 mm-lik AK-103 tipli "Kalaşnikov” avtomatı xx.xx.2025-ci il tarixə olan uçot məlumatına əsasən Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Azərbayacan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunmuş məktubdan görünür ki, ********* zavod nömrəli 7,62 mm-lik AK-103 tipli Kalaşnikov konstruksiyalı avtomatı xx.xx.2025-ci il tarixə olan uçot məlumatına əsasən Azərbayacan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatında keçmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 Mərkəzindən daxil olmuş 27 fevral 2025-ci il tarixli 109/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər hər iki baldırın və sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 8-12 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 fevral 2025-ci il tarixli 25/310 nömrəli nömrəli rəyində qeyd edilmişdir ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ila Rusiva dövlətində silah zavodunda istehsal olunmuş. AK-103 modelli. Kalasnikov konstruksivalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. “Maddi sübut hesab edilməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ********* N№-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, döyüş sursatı olan 20 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik darağ maddi sübut hesab edilsin və 01 ədəd ********* №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 17 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrlı patron tutumuna malik daraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, həyat yoldaşı və üç övladı (xx.xx.2016-cı il təvəllüdlü Abdullah Şıxbabayev, xx.xx.2018-ci il təvəllüdlü Həvva Şıxbabayeva, xx.xx.2020-ci il təvəllüdlü Asiya Şıxbabyeva) vardır. Ərazi nümayəndəliyinə onun və ailə üzvləri barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə qeyd edir ki, təqsirləndirilən X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən X6 polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə silah olmadığını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığından silahın özünün olduğunu və etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən, üzərinə və avtomobilə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən X6 etirafedici ifadələr vermiş, təzyiqə məruz qalması ilə bağlı heç bir dövlət qurumuna müraciətlər etməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında təqdimata baxılarkən, eləcə də Bakı İstintaq Təcridxanasına daxil olarkən həkim müayinəsi aparılan zaman xəsarətinin olub-olmaması dəqiqləşdirilərkən bu barədə tibbi kitabçaya heç bir qeyd aparılmamışdır. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən tibbi müayinədən keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 Mərkəzindən daxil olmuş 27 fevral 2025-ci il tarixli 109/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən aydın olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər təxminən 8-12 gün əvvəl əmələ gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə tibbi ekspertizadan keçirilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 X24 xx.xx.2025-ci il tarixli Rəyinə əsasən X3 üzərindəki xəsarətlər 8,12 gün əvvələ aid edilir. Bu da tutulmamışdan bir həftə və ya on gün əvvələ uyğun gəldiyini göstərir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis şöbəsində fiziki zor tətbiq edilmişdisə X6 ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, X6 bu barədə yalnız məhkəmə iclasında bildirmişdir. Bundan başqa X6 məhkəmə istintaqında verdiyi ilkin ifadəsində avtomobildə silahın olmamasını və saxlanılarkən yanında Akif Bağırovun olmasına münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında X27 Şıxbabayevlə birlikdə Bakı şəhərinə gəldiyini bildirsə də polis əməkdaşları tərəfindən saxlanılarkən həmin yerdə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi avtomobildə odlu silahın olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra ona verilərək özününmüş kimi təqdim etməsinə məcbur edilməsi ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri, şahid ifadələri, şəxsin ifadəsinə uyğun olaraq müvafiq orqanlardan sorğu əsasında əldə edilən cavab məktubları ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər . Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və 01 Ədəd ********* №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, döyüş sursatı olan 20 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik darağ maddi sübut hesab edilmiş və 01 ədəd ********* №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 17 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 01 Ədəd ********* №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, döyüş sursatı olan 20 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik darağ maddi sübut hesab edilmiş və 01 ədəd ********* №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AK-103 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 17 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar