Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-229/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıyarkən 19 yanvar 2021-ci il tarixdə saat 10:30 radələrində, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gəlirilib üstünə baxış keçirilən zaman əynində olan gödəkçənin sol cibindən bir büküm selofana bükülü 1,879 qram çəkidə narkotik vasitə heroin və bir büküm ağ rəngli selofana bükülü 0,470 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18.01.2021-ci il tarixdə saat 20:00 radələrində bədənində ağrılar olduğu üçün narkotik maddə qəbul etmək üçün narkotik vasitə axtarmaq məqsədilə Binəqədi rayonu, Bolluq bazarı adlanan əraziyə gedərək orada əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi yalnız adının Müşfiq olmasını bildiyi şəxsdən 80 manat müqabilində 1 büküm psixatrop maddə olan metanfetamin və 1 büküm narkotik maddə olan heroin almışdır. 19.01.2021-ci il tarixdə saat 10:30 radələrində əldə etdiyi narkotik maddəni qəbul etmək üçün münasib yer axtardığı zaman ünvan 4 ünvanın qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmalarını və ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmiş, orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirləcəyini bildirib, hüquq və vəzifələrini izah edib, hüquqlarının təmin olunmasından ötrü “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmişlər. O, siyahıdan Kamal adlı vəkili seçib hüquqlarının dövlət hesabına onun tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra dəvət olunmuş vəkilin və iştirakçıların iştirakı ilə otaqların birində video çəkilişdən istifadə etməklə təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və dövriyyəsi qadağan edilmiş narkotik maddələr varsa təqdim etsin. Bundan sonra gizlətməyin mənasız olduğunu görüb əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd qara rəngli «Mİ» markalı mobil telefonunu, 1 ədəd göy rəngli «ROTHMANS» siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, həmin gödəkçənin sol cibindən isə 1 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı bükümü və 1 ədəd adi sollafana bükülmüş bükümləri təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi 1 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı bükümün psixatrop maddə olan metamfetamin olduğunu, 1 ədəd adi selofana bükülmüş bükümün isə narkotik maddə olan heroin olduğunu və həmin bükümləri 18.01.2021-ci il tarixdə saat 20:00 radələrində Binəqədi rayonu, «Bolluq bazarı» adlanan əraziyə gedərək orada əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi yalnız adının Müşfiq olmasını bildiyi şəxsdən 80 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd adi selofana bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamini və 1 ədəd adi selofana bükülmüş narkotik maddə olan heroini götürərək zərfə qoyub, protokol tərtib etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2021-ci il tarixdə «Orxan» adlı şəxsin narkotik vasitələr əldə edib üstündə gəzdirməsi və qəbul etməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı şöbənin rəhbərliyinə məruzə olunaraq «Orxan» adlı şəxsin tutularaq ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri hazırlanaraq müvafiq qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, əməliyyat qrupunun təkibinə şöbənin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Əməliyyat planına əsasən 19.01.2021-ci il tarixdə, saat 10:10-da ünvan 5 ünvanın yaxınlığına gəlib əvvəlcə müəyyən müşahidə aparmış və saat saat 10:25 radələrində zahiri əlamətləri alınmış məlumatda göstərilmiş əlamətlərə uyğun gələn «Orxan» adlı şəxs saxlanılmış və onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onu 17-ci PŞ-nə gətirmişlər. Bundan sonra araşdırmanın aparılması bölmənin təhqiqatçısı Həmid Ağayevə tapşırılmışdır. Təhqiqatçı tərəfindən həmin şəxsə hüqüq və vəzifələri izah edilərək vəkil dəvət olunmuş və videoçəkiliş vəsiləsilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin. O, əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd qara rəngli «Mİ» markalı mobil telefonu, bir ədəd göy rəngli «ROTMANS» siqaret qutusunu və bir ədəd qara rəngli alışqanı, həmin gödəkçənin sol cibindən isə bir ədəd adi selofan bükülüsünü və bir ədəd başqa bükülünü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində bundan başqa heç nə yoxdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd selofan bükülünün içərisində olan ağ rəngli kristal formasında olan maddə narkotik maddə olan «metamfetamin», o biri bükülünün içərisində olan maddə isə narkotik maddə olan «heroin»dir, həmin narkotik vasitələri 18.01.2021-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, «Bolluq bazarı» adlanan ərazidə əvvələr tanımadığı və hər hansı anket məlumatını bilmədiyi, yalnız adının Müşfiq olmasını bildiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülülər zərfə qoyularaq polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə ondan götürülmüş maddələrin hansı narkotik vasitələrə aid olmamasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən qərarla ekspertizaya göndərilmişdir. Ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bükümlərin birində olan maddə 1,870 qram olan kustar üsulla hazırlanmış narkortik vasitə olan heroindir, o biri bükümdə olan maddə isə kustar üsulla hazırlanmış 0,470 qram çəkidə olan dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Qeyd edilən faktla əlaqədar araşdırma aparılaraq toplanmış material istintaqa verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyinin, həmçinin onun qeyd etdiyi Müşfiq adlı şəxsin müəyyən edilməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Şahid2 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-20-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X7 və Nərimanov RPİnin inspektor-kriminalisti Emil Yusubovun iştirakları ilə 19.01.2021-ci il tarixdə saat 11:35də xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd qara rəngli “Mİ” mobil telefonunu, 1 ədəd göy rəngli ROTHMANS siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, həmin gödəkçənin sol cibindən isə 1 ədəd adi sellafana bükülmüş ağ rəngli kristal formalı bükümü və 1 ədəd adi sellafana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi sellafana bükülmüş ağ rəngli kristal formalı bükümün narkotik maddə olan metanfetamin olmasını 1 ədəd adi sellafana bükülmüş bükümün isə narkotik maddə olan heroin olmasını və həmin bükümlərin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 18.01.2021-ci il tarixdə saat 20:00 radələrində Binəqədi rayonu, Bolluq bazarı adlanan ərazidə əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi yalnız adının Müşfiq olmasını bildiyi şəxsdən 80 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi sellafana bükülmüş ağ rəngli kristal formalı büküm və 1 ədəd adi sellafana bükülmüş büküm özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin inspektor-kriminalisti Emil Yusubov tərəfindən “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmışdır. Vətəndaş Fətulayev orxan Mustafa oğlunun üzərinə baxış 19.01.2021-ci il tarixdə saat 11:35-də başlanmış və saat 12:10-da qurtarmışdır. Cinayət işinin 37-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2021-ci il tarixli, 6/229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,879 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 70-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin 21.01.2021-ci il tarixli vəsatətinin müdaifə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MYS-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair 18.02.2021-ci il tarixli, 549 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-cu vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs müstəntiq Məhəmməd Tağıyevdən ona məxsus olan “Mİ” markalı mobil telefonu, 1 ədəd alışqanı və Rothmans siqaretini təhvil almışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.04.2016-cı il tarixli, 1(005)-24/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarı ilə əsas cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdir. Cinayət işinin 95-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,879 qram çəkidə heroin narkotik vasitə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,829 qram və 0,470 qram çəkidə metamfetamin psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,420 qramın iş üzrə mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq maddi sübut kimi tanınması və saxılanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 97-102-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 19.10.2021-ci il tarixli 21-1/3- 8895 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin QİŞdən icra şöbəsinə 15.09.2016-cı il tarixdə daxil olmuş 06.09.2016-cı il tarixli cavab məktubunda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməsinə aid hökmün surətinin qeydiyyata alındığı bildirilmiş və qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd adi sellofana bükülmüş heroin və 1 ədəd ağ rəngli sellofana bükülmüş metanfetaminin aşkar olunması müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən mtamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,879 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,470 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (19-21 yanvar 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,829 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,420 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Musafa oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-229/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-229/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver