Məhkəmə qərarları › İş №1(005)-23/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-23/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-23/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə saat 20:38:53-də nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Meriva minik” markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Binəqədi rayonu istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə doğru saatda 60 km sürətlə hərəkət edərkən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən piyada 1992-ci il təvəllüdlü X5 vuraraq Əşrəf Sərkərova dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, başın təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, burun ucunun, sol diz oynağının, sağ baldırın sıyrılmış yaraları xəsarətlərini yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığından Əşrəf Sərkərov aldığı kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma kimi xəsarətlər zərərçəkmiş X3 15 yanvar 2022-ci il tarixdə saat 21:10-da X14 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşın onun qardaşı X11 məxsusdur. Həmin avtomaşını o, etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20-30 radələrində idarə etdiyi “Opel Meriva” markalı avtomaşınla Ziya Bünyadov prospekti ilə Binəqədi rayonu istiqamətindən üzü “Koroğlu” metroslansiyası istiqamətində yolun sol hissəsi ilə saatda 60 km sürətlə hərəkət etmişdir. İdarə etdiyi avtomaşınla Ziya Bünyadov prospekti 2096 ünvanının qarşısına çatdıqda bir nəfər piyadanın yolu sağdan sola keçdiyini görmüşdür. Həmin vaxt Ziya Bünyadov prospektində avtomaşınlar onunla eyni istiqamətdə intensiv hərəkət etmişlər və bu zaman o, idarə etdiyi avtomaşını tormozlayıb sol tərəfə qaçırtsa da, hadisədən yan qaça bilməmiş və avtomaşının qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Həmin piyada aldığı zərbədən qalxaraq onun idarə etdiyi avtomaşının alın şüşəsinin sağ tərəfinə dəyib yerə düşdükdən sonra o, avtomaşını dərhal saxlayaraq avtomaşından enmiş və piyadaya yaxınlaşıb onu qaldırmaq istədikdə bu zaman X21 Stansiyasına məxsus avtomaşının dayandığını görmüşdür. Həkimlər onun avtomaşınla vurduğu piyadaya yaxınlaşmışlar və həmin piyadanı öz avtomobillərinə yerləşdirərək X15 aparmışlar. Onun özü də dərhal həmin xəsətxanaya getmiş və yolda olarkən DİN-nin 102 zəng xidmətinə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı məlumat verərək özünü bəlli edib onlara özünə və idarə etdiyi avtomaşına məxsus məlumatları təqdim elmişdir. X9rkən məlum olmuşdur ki, onun avtomaşınla vurduğu piyada ölmüşdür. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, o, X3 atasıdır. Onun oğlu Əşrəf onunla eyni ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və fərdi olaraq mebel satış mərkəzində satış meneceri işləmişdir. Oğlu Əşrəfin yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini o, hadisə baş verən gün polis əməkdaşlarından eşitmiş və polis əməkdaşı hadisə barədə ona telefon vasitəsilə məlumat vermişdir. Hadisə zamanı vəfat etmiş oğlunun meyitini götürmək üçün o, və qohumları morqa gedərək oğlunu oradan götürmüşlər. Yas mərasimini yola verdikdən sonra oğlunun qanunla qorunan hüquq və mənafelərini qorumaq üçün oğlu Sərkərin hüquqi varisi qismində tanınması ilə bağlı ərizə ilə müraciət etmişdir. Hadisə baş verən vaxt o, evdə olmuş və sonradan ona məlum olmuşdur ki, oğlu Əşrəf Sərkərov Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulmuş və aldığı xəsarətlərdən X14 ölmüşdür. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert Şahid, onun tərəfindən verilmiş rəyi müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, “Opel Meriva” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə etdiyi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Videoyazıların məhkəmə ekspertizasının tədqiqatında göstərilənlərə əsasən qeyd olunan suallar üzrə tədqiqat aparılmır. Məhkəmə iclasında dindirilmiş ekspert X17, onun tərəfindən verilmiş rəyi müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, piyadanın yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücünün görünüş dairəsinə düşməsinin müəyyən olunması məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısına qoyulmuş 3, 4 və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. Cinayət işinin 5-14-cü vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin İŞ-nin müstəntiqi X12 tərəfindən baxışda iştirak edən şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış Bakı şəhəri, Nərimaov rayonu, Z.Bünyadov prospekti, 2096 ünvanında həyata keçirilmişdir. Yolun hərəkət hissəsi üfiqi, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 32m+24m, hərəkət zolaqlarının sayı 6, hərəkət hissəsinin eni 32 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayıran səki var. Hərəkət hissəyə sağdan və soldan səki birləşir. Hərəkət nizamlanmayandır. Yol nişanları zonası yoxdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılmışdır. Vurulan piyadaların sayı bir nəfərdir. Piyada yolu sağdan sola keçərkən 29 m məsafədə vurulmuşdur. Piyadanın hərəkət istiqaməti sağdan sola doğru düzünədir. Hadisə yeriində nəqliyyat vasitələrinin vəziyyəti baxışdan əvvəl hadisə yerindən təxliyə edilmişdir. Şinlərin izləri yoxdur. Tormozlama izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri, digər izlər izlərin (qan, əl-barmaq) götürülməsi haqqında məlumat yoxdur. Hadisə DİN-nin “TŞ-6”-061-2 kamerası ilə qeydə alınması mümkündür. Cinayət işinin 16-19-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə piyadanın vurulması ilə əlaqədar olaraq “Opel Meriva minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cərimə meydançısında baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: “Opel Meriva minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə gecə vaxtı, açıq havada, süni işıqlandırma şəraitində baxış aparılmışdır. Avtomobil 2008-ci il buraxılışlı olmaqla universal tiplidir, boz-mavi metalik rənglidir. Mühərrikin iş həcmi 1248 sm3-dir. Avtomobilin qabaq sağ qanadı, ön buferinin sağ hissəsi, sağ ön fənərinin şüşəsi sınmış vəziyyətdədir. Ön şüşəsinin sağ tərəfi sınmış və çatlamış, ön kapotu əyilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və dəlil götürülməmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamış, imzalarla təsdiq olunmuşdur. Baxış zamanı “Canon” markalı rəqəmsal fotoaparatdan istifadə olunmuşdur. Cinayət işinin 31-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəydən görünür ki, X1 meyitinin məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər açıq kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, başın təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, burun ucunun, sol diz oynağının, sağ baldırın sıyrılmış yaraları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin qabarıq hissələrinin (qabaq ön) şəxsin şaqüli və ona yaxın vəziyyətdə vurması nəticəsində əmələ gələ bilərdi, ilkin zərbə sol aşağı ətrafdan olmuşdur, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə bir başa əlaqəlidirlər. X1 ölümünə səbəb-aldığı kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 21:10-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Baş vermiş hadisədə avtomobilin sürəti istintaq yolu ilə aydınlaşdırıla bilər. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində 1,5 % o-li etil spirti aşkar edilmişdir, bu qatılıq rəsmi cədvəl üzrə orta dərəcəli sərxoşluğun əlamətinə malikdirlər. Metil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 60-cı vərəqində olan “Baxış aparılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X12 icraatında Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236.1-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-061 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülər olan 01 ədəd “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə X2 iştirakı ilə baxış aparmışdır. Baxışa başlanmazdan əvvəl baxış iştirakçılarına onların Azərbaycan Respublikası CMP-nin 236-cı maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı məlum olundu: “DVD” diskdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096-cı ünvan görüntüləndi, tarix xx.xx.2022-ci il, saat 20:14:58 saniyəni göstərir və yolun hərəkət hissəsində avtomobillərin həmin ünvanda sağ tərəfdən Ziya Bünyadov prospketi ilə “Koroğlu” istiqamətinə, sol tərəfdən isə Ziya Bünyadov prospektindən Binəqədi rayonu istiqamətinə intensiv hərəkətinin olduğu müşahidə olunur. Görüntülərdən göründüyü kimi yol asfalt beton örtüklü olmaqla yolu iki hissəyə daş səki ayırır. Görüntüdə tarix 15 yanvar 2022-ci il, saat 20:38:53 saniyəni göstərir, bu zaman yolun sağ tərəfindən, yəni Z.Bünyadov prospekti 2096 ünvandan “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkət edən avtomobil həmin yolu sağdan sola keçən kişi cinsindən olan piyadanı vurub yerə yıxır və avtomobilin ön tərəfinə atır. Bu zaman avtomobilin sürücü avtomobildən düşüb piyadanın yıxıldığı yerə gəlir və həmin vaxt, yəni saat 20:38:55 saniyədə həmin avtomobilin arxa tərəfində X21 avtomobili saxlayıb avtomobili piyada yıxılan tərəfə hərəkət etdirir. Sürücünün və yaxınlıqda olanların köməkliyi ilə piyada X21 avtomobilinə qoyulduqdan sonra X21 avtomobili hadisə yerindən gedir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 “DVD” diskə baxış zamanı bildirmişdir ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, avtomobil vuran piyada onun oğlu 1992-ci il təvəllüdlü X6r. Azərbaycan Respublikası CPM-nin 260.5-ci maddəsinə əsasən baxışın keçirilməsində “HP” markalı printerdən istifadə olunmuşdır. Protokol tərəfindən iştirakçılara ucadan oxunmuş, protokolun tərtib edilmə qaydasına və məzmununa dair əlavə və qeydlər daxil olunmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 mart 2022-ci il tarixli 8/342 nömrəli ekspert rəyindən görünür ki, Opel Meriva markalı, 90KY196 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu (Sd) 41,6 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən (Sa) 305,3 metr aralı məsafədə olmuşdur. Cinayət işinin 72-75-ci vərəqələrində olan “Baxış aparılması haqqında” 09 mart 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X12 icraatında Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236.1-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-061 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülər olan 01 ədəd “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparmışdır. Baxışa başlanmazdan əvvəl baxış iştirakçılarına onların Azərbaycan Respublikası CMP-nin 236-cı maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir: Baxış zamanı müəyyən olundu: “DVD” diskdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096-cı ünvan görüntüləndi, tarix xx.xx.2022-ci il, saat 20:14:58 saniyəni göstərir və yolun hərəkət hissəsində avtomobillərin həmin ünvanda sağ tərəfdən Ziya Bünyadov prospketi ilə “Koroğlu” istiqamətinə, sol tərəfdən isə Ziya Bünyadov prospektindən Binəqədi rayonu istiqamətinə intensiv hərəkətinin olduğu müşahidə olunur. Görüntülərdən göründüyü kimi yol asfalt beton örtüklü olmaqla yolu iki hissəyə daş səki ayırır. Görüntüdə tarix 15 yanvar 2022-ci il, saat 20:38:53 saniyəni göstərir, bu zaman yolun sağ tərəfindən, yəni Z.Bünyadov prospekti 2096 ünvandan “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkət edən avtomobil həmin yolu sağdan sola keçən kişi cinsindən olan piyadanı vurub yerə yıxır və avtomobilin ön tərəfinə atır. Bu zaman avtomobilin sürücüsü avtomobildən düşüb piyadanın yıxıldığı yerə gəlir və həmin vaxt, yəni saat 20:38:55 saniyədə həmin avtomobilin arxa tərəfində X21 avtomobili saxlayıb avtomobili piyada yıxılan tərəfə hərəkət etdirir. Sürücünün və yaxınlıqda olanların köməkliyi ilə piyada X21 avtomobilinə qoyulduqdan sonra X21 avtomobili hadisə yerindən gedir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntü olan “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşını onun özü idarə edir və avtomobillə piyadanı onun özü vurur. Belə ki, Təqsirləndirilən şəxs bildirdi ki, həmin avtomobillə Z.Bünyadov prospekti ilə Binəqədi rayonu istiqamətindən üzü “Koroğlu” metrostansiyası istiqamətində yolun sol hissəsi ilə saatda 60 km sürətlə hərəkət edərkən idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla Z.Bünyadov prospekti 2096 ünvanının qarşısına çatdıqda bir nəfər piyadanın yolu sağdan sola keçdiyini görmüşdür. Həmin vaxt Z.Bünyadov prospektində avtomaşınlar onun avtomobili ilə eyni istiqamətdə intensiv hərəkət edirdilər. Bu zaman o, idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşını tormozlayıb sol tərəfə qaçırtsa da hadisədən yan qaça bilməyib avtomaşının qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyadanı vurmuş, piyada aldığı zərbədən qalxaraq onun idarə etdiyi avtomaşının alm şüşəsinin sağ tərəfinə dəyərək yerə düşmüşdür. Bundan sonra o, idarə etdiyi avtomaşını dərhal saxlayaraq avtomaşından düşüb vurduğu piyadaya yaxınlaşmış və onu qaldırmaq istədikdə bu zaman TTYS-na məxsus avtomaşının dayandığını görmüşdür. TTYS-nın həkimləri onun idarə etdiyi avtomaşınla vurduğu piyadaya yaxınlaşmış və həmin piyadanı TTYS-na məxsus avtomaşına yerləşdirərək 3 saylı ŞKX-na aparmışlar. Onun özü də bundan sonra dərhal həmin xəsətxanaya getmiş və yolda olarkən DİN-nin 102 zəng xidmətinə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. 3 saylı ŞKX-da olarkən ona məlum olmuşdur ki, onun idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla vurduğu piyada ölmüşdür. Daha sonra isə avtomobillə vurduğu piyadanın X3 olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs “DVD” diskə baxış zamanı bildirmişdir ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı, avtomobili o, idarə edir və həmin avtomobillə vurulan piyada X6r. Azərbaycan Reçspublikası CPM-nin 260.5ci maddəsinə əsasən baxışın keçirilməsində “HP” markalı printerdən istifadə olunmuşdır. Protokol tərəfindən iştirakçılara ucadan oxunmuş, protokolun tərtib edilmə qaydasına və məzmununa dair əlavə və qeydlər daxil olunmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 76-82-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-061 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri olan bir ədəd “CD” diskin cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmşlar. Heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 8/2382 nömrəli ekspert rəyindən görünür ki, Opel Meriva markalı, 90KY196 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə etdiyi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının tələblərinə uyğunsuzluq olmuşdur. Videoyazıların məhkəmə ekspertizasının tədqiqatında göstərilənlərə əsasən qeyd olunan suallar üzrə tədqiqat aparılmır. Piyadanın yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücünün görünüş dairəsinə düşməsinin müəyyən olunması məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısına qoyulmuş 3,4 və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 235 (iki yüz otuz beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 235 (iki yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar