Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-23/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyasında doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanıda qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 43, döngə 7 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq təkrar talayaraq oğurlamış, həmçinin özgələrin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirirək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 “Ramil” adlı şəxslə dost olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 04 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun dostu “Ramil” kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, İsmayıllı rayonu, Basqal kəndində olan Zərərçəkmiş şəxs1 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində “BirBank” mobil tətbiqi vasitəsi ilə 350 manat, həmin gün saat 18 radələrində İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən “Kassam” ödəmə terminalı vasitəsi ilə 450 manat olmaqla ümumilikdə 750(yeddi yüz əlli) manat pulu istifadəsində olmuş 4169 7387 4000 2476 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 750(yeddi yüz əlli) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 Elnur Həsənovla dost olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 29 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun dostu Elnur Həsənov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Zərərçəkmiş şəxs2 29 oktyabr 2022-ci il tarixdə, saat 23:17-də Ağstafa rayonu, Ağsatafa şəhərində yerləşən “Ağstafa Market” adlı marketdə yerləşən “Emanat” ödəmə terminalı vasitəsi ilə 800(səkkiz yüz) manat pulu istifadəsində olmuş 4*** **** **** 9018 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs2 məxsus 800(səkkiz yüz) manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 Şahniyar Abbasovla qohum olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 24 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun qohumu Şəhniyar Abbasov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib Gədəbəy rayonu, Arıqıran kəndində olan Zərərçəkmiş şəxs3 24 fevral 2023-cü il tarixdə, saat 17 radələrində “BirBank” mobil tətbiqi vasitəsi ilə 200 manat pulu istifadəsində olan 4169 7388 8871 0880 nömrəli hesab kartına köçürməsinə nail olmuş, daha sonra özgənin əmlakını gizlin olaraq təkrar talama məqsədilə Zərərçəkmiş şəxs3 adına "xxxx"da rəsmiləşdirilmiş elektron məlumat daşıyıcı hesab edilən 4169 7414 5951 2339 nömrəli plastik bank kartının məlumatlarını və təhlükəsizlik kodunu sonuncudan əldə edərək Zərərçəkmiş şəxs3 məlumatı olmadan özünün istifadəsində olan mobil tətbiqdə həmin bank kartı ilə qeydiyyatdan keçib 4169 7414 5951 2339 nömrəli plastik bank kartının balansındakı vəsaitin 700 manat hissəsini 24 fevral 2023-cü il tarixdə, saat 19 radələrində hissə-hissə olmaqla ***-***-**- ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “M10” elektron pul kisəsi hesabına köçürməyə nail olub vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 700(yeddi yüz manat) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 Savadxan İbişovla dost olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 10 may 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun dostu Savadxan İbişov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Zərərçəkmiş şəxs4 10 may 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Lətif İmanov küçəsində yerləşən “Metropol” adlı restoranda olan tanışı Şahid7 istifadəsində olan “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 650(altı yüz əlli) manat pulu istifadəsində olmuş 4098-5844-6748-4620 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs4 məxsus 650( əlli yüz əlli) manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı X2 Zərərçəkmiş şəxs5 müdüri olduğunu müəyyən edib, Ceyhun Abuzərovun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 02 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Anar Cahangirovun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü Ceyhun Abuzərov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Zərərçəkmiş şəxs5 02 iyun 2023-cü il tarixdə, saat 10:13-də ünvan 3 ünvanındakı yerləşən “Happy” marketdəki ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu istifadəsində olmuş 4613 8602 0682 3674 nömrəli hesab kartına və 02 iyun 2023-cü il tarixdə, saat 10:18-də eyni ödəmə terminalı vasitəsi ilə 300 manat pulu ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “M10” elektron pul kisəsi hesabına köçürməsinə nail olub Zərərçəkmiş şəxs5 məxsus 1300(min üç yüz) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 Cavid Pəhlivanovla dost olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 20 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun dostu Cavid Pəhlivanov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bunyadzadə küçəsi, ev 12, mənzil 75 nömrəli evdə olan Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə, saat 23:52-də 500 manat və xx.xx.2023-cü il tarixdə, saat 00:01-də 50 manat olmaqla ümumilikdə 550(beş yüz əlli) manat pulu “BirBank” mobil tətbiqi vasitəsi ilə istifadəsində olmuş 4169-7413-3258-4117 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs6 məxsus 550( beş yüz əlli) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 qohumu Şahid1 ilə birlikdə ticarətlə məşğul olduqlarını müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 28 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun qohumu Şahid1 kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Zərərçəkmiş şəxs7 28 iyul 2023-cü il tarixdə, saat 10:46-da ünvan 4 ünvanda yerləşən 5 saylı “Asan Xidmət Mərkəzi”ndəki ödəmə terminalı vasitəsi ilə 150 manat və həmin gün saat 11:30-da ünvan 5 ünvandakı “Rahat” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə 1300 manat olmaqla, ümumilikdə 1450 manat pulu ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “M10” elektron pul kisəsi hesabına köçürməsinə nail olub Zərərçəkmiş şəxs7 məxsus 1450(min dörd yüz əlli) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək X4 ünvan 6 ünvanında yerləşən “Brend outlet” adlı mağazanın müdürü olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 05 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində “Brend outlet” adlı mağazanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb mağazanın işçisi Şahid2 özünü Elnur Həmidov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Şahid2 xx.xx.2023-cü il tarixdə, saat 16:21-də ünvan 7 ünvanda yerləşən “Buta” marketdəki ödəmə terminalı vasitəsi ilə 300 manat və həmin gün saat 17:21 eyni ödəmə terminalı vasitəsi ilə 600 manat olmaqla ümumilikdə 900(doqquz yüz) manat pulu istifadəsində olmuş 4169 7388 6183 6967 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 900(doqquz yüz) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs8 Xəyyam Əlizadə ilə dost olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 05 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb özünü sonuncunun dostu Xəyyam Əlizadə kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, ünvan 8 ünvanında yerləşən yaşayış binasının qarşısında olan Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən həmin gün saat 11 radələrindək olan müddət ərzində “Leo Bank” mobil tətbiqi vasitəsi ilə hissə-hissə olmaqla ümumilikdə 600(altı yüz) manat pulu istifadəsində olmuş 4169 7388 6183 6967 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 600(altı yüz) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində araşdırma edərək X6 ünvan 9 ünvanda yerləşən “İcon Delouvre” adlı restoranın müdürü olduğunu müəyyən edib, sonuncunun “İnstagram” sosial şəbəkəsindəki fotoşəkilini ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqram təminatında profil şəkili kimi yerləşdirməklə həmin proqram təminatı üzərindən 13 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində “İcon Delouvre ” adlı restoranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazıb mağazanın işçisi Zərərçəkmiş şəxs10 özünü Şaiq Yahyayev kimi təqdim edərək təcili pul lazım olduğunu bildirib aldatmaqla, Zərərçəkmiş şəxs10 xx.xx.2023-cü il tarixdə, saat 14:47-də ünvan 10 ünvanında yerləşən “N market” adlı marketdəki ödəmə terminalı vasitəsi ilə 350 manat, xx.xx.2023cü il tarixdə, saat 15:27-də ünvan 10 ünvanında yerləşən “N market” adlı marketdəki ödəmə terminalı vasitəsi ilə 794 manat və xx.xx.2023-cü il tarixdə, saat 15:30-da ünvan 9 ünvanda yerləşən “İcon Delouvre ” adlı restoranda olduğu zaman “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 204 manat olmaqla ümumilikdə 1348(min üç yüz manat qırx səkkiz) manat pulu istifadəsində olmuş 4169 7388 6183 6967 nömrəli hesab kartına köçürməsinə nail olub Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 1348(min üç yüz manat qırx səkkiz) manat pulu vahid niyyətlə əhatələnmiş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir maddi vəziyyəti zəif olduğu üçün sosial şəbəkə üzərindən dələduzluq edərək vətəndaşları aldadıb pul vəsaitlərini ələ keçirir. Belə ki, restoran, mağaza və bu kimi yerlərin sosial şəbəkələrdəki səhifələrinə daxil olub həmin səhifələr vasitəsi ilə izlənilən sosial şəbəkə istifadəçilərini nəzərdən keçirir. Adətən, həmin obyektlərin rəhbərləri obyektin sosial şəbəkə səhifələrini izlədiyindən bir qədər araşdırmadan sonra obyektin rəhbərini dəqiqləşdirib həmin şəxsin sosial şəbəkəyə yerləşdirdiyi fotoşəkillərindən birini öz telefonuna köçürüb istifadəsində olan mobil nömrələrin “Whatsapp” sosial şəbəkəsində profil şəkili kimi yerləşdirib obyektin sosial şəbəkədə yerləşdirilmiş əlaqə nömrəsinə “Whatsapp” üzərindən ismarıc yazaraq özünü həmin obyektin rəhbəri kimi təqdim etməklə işçini aldadıb təcili pul lazım olduğundan obyektin kassasındakı puldan istifadəsində olan bank kartlarına göndərməsini tapşırmışdır. Belə ki, obyektin işçisini aldadaraq obyektin rəhbəri olduğuna inandırdığından onlar da onun istədiyi pulu kassadan götürüb ona göndərmişlər. Bundan başqa, sosial şəbəkə vasitəsi ilə axtarış edərək dostluq edən şəxsləri müəyyən edib həmin dostlardan birinin profil şəkilini telefonuna yükləmiş, istifadəsində olan həmin nömrələrin “Whatsapp” sosial şəbəkəsində profil şəkili kimi yerləşdirib dostlardan digərinə “Whatsapp” üzərindən ismarıc yazaraq özünü onun dostu kimi təqdim edib borca pul istəyərək onların onun dediyi bank kartlarına pul göndərmələrinə nail olmuşdur. Bu üsulla bir neçə dəfə dələduzluq etmişdir. 04 avqust 2022-ci il tarixdə eyniliklə yenə də yuxarıda qeyd etdiyi üsul ilə “İnstagram” sosial şəbəkəsində təzə bir profil tapıb həmin profildəki ***-***-**-** saylı mobil telefon nömrəsini müəyyən etmişdir. Həmin “İnstagram” profilində olan nömrə sahibinin tanışlarından birini tapıb onun profil şəklini götürmüşdür. Bundan sonra, əldə etdiyi şəkli özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whats app” sosial şəbəkəsinin profil şəkli edib “İnstagram”dan tapdığı əsas profilin mobil telefon nömrəsinə yazaraq tanışı olduğuna inandırıb hazırda maddi çətinliyinin olduğunu izah edərək təcili 350 manat pul göndərməsini xahiş etmişdir. Həmin şəxs danışığı və profil şəklinə baxaraq tanışı olduğuna inanmış və pul göndərəcəyini bildirmişdir. Bundan sonra, onun istəyi ilə istifadəsində olan 4169-7387-4000-2476 nömrəli "xxxx" ASC-yə aid bank kartına 350 manat pul göndərmişdir. Bir qədərdən sonra yenidən həmin şəxsə yazıb ondan yenidən əlavə olaraq 400 manat lazım olduğunu bildirib 400 manat pulu göndərdiyi karta göndərməsini xahiş etmişdir. Tanımadığı, yaxını olduğuna inandırdığı həmin şəxs yenidən pul göndərəciyini bildirmiş və istifadəsində olan 4169-7387-4000-2476 nömrəli "xxxx" ASC-yə aid bank kartına yenidən 400 manat pul göndərmişdir. Daha sonra telefonu söndürmüşdür. Əldə etdiyi pulları şəxsi ehtiyacalarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı Ağstafa rayon sakini Zərərçəkmiş şəxs2 ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə danışaraq özünü onun dostu Elnur Həsənov kimi təqdim etmiş və onu özünə inandırmışdır. Zərərçəkmiş şəxs2 onun guya dostu Elnur olduğuna inanmış və bir qədər söhbət etdikdən sonra, telefonda Rufana demişdir ki, guya işdə yoxlama gəlib, imkan edə bilmir, təcili 800 manat pul lazımdır. Zərərçəkmiş şəxs2 da ona inanaraq, onun həqiqətən də dostu Elnur Həsənov olduğunu yəqin etmişdir. Zərərçəkmiş şəxs2 onun telefon vasitəsi ilə atdığı, həyat yoldaşı Şahid3 adına olan, Beynəlxalq banka aid 4127 2093 0914 9018 saylı hesab nömrəsinə həmin gün 800 manat pul göndərmişdir. O da Bakı şəhərində ödəniş bankomatından həmin 800 manat pulu götürdükdən sonra Zərərçəkmiş şəxs2 telefon nömrəsini blok etmiş və onun zənglərini qəbul etməmişdir. Bu yolla Zərərçəkmiş şəxs2 ona olan etibarından sui istifadə edərək onu aldatmış, 800 manat pulunu ələ keçirmiş, ona qarşı dələduzluq etmişdir. 24 fevral 2023-cü il tarixdə özünün idarə etdiyi avtomobillə yaşadığı evin yaxınlığında olan zaman pula ehtiyacı olduğu üçün “İnstagram” sosial şəbəkəsinə daxil olmuş və həmin sosial şəbəkədə axtarışlar etməyə başlamışdır. Bu zaman qarşısına çıxan xatırlamadığı “İnstagram” hesabından ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüşdür. “İnstagram” sosial şəbəkəsində nömrəsini götürdüyü həmin hesabının izlədiyi profillərdən birinin fotoşəklini də həmçinin götürüb özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrənin “Whats app” sosial şəbəkəsindəki profil şəklinin yerinə həmin əldə etdiyi şəxsin fotosunu yerləşdirmişdir. Daha sonra, sosial şəbəkədən götürdüyü ***-***-**-** saylı mobil telefon nömrəyə mesaj yazaraq “İnstagram” sosial şəbəkəsində izlədiyi, şəklini götürüb özünə məxsus mobil nömrənin “Whats app”ında profil şəkli qoyduğu tanışı kimi təqdim edib hal-əhval etmiş, təcili pula ehtiyacının olduğunu deyib 200 manat pul göndərməsini xahiş etmişdir. Həmin şəxs zənnincə “Whats app”da profil şəkli kimi qoyduğu tanışı olduğunu düşünərək xatırlamadığı bank kartına 200 manat pul göndərmişdir. Bir müddətdən sonra elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin şəxsin kartına müdaxilə edib kartında olan pullarını oğurlamaq qərarına gəlmişdir. Belə ki, yazışdığı şəxsə ondan aldığıpulu geri qaytaracağını deyib bunun üçün bank kartının üzərindəki 16 rəqəmli seriya nömrəsini ona yazmasını xahiş etmiş və həmin şəxs pulu ona göndərəcəyinə inanıb kartın 16 rəqəmini ona yazmışdır. İstifadəsində olan mobil telefonda həmin kartı öz kartı kimi qeydiyyatdan keçirib içindəki pulları götürmək istədikdə dördrəqəmli “3D” qoruyucu kod istəmiş və yazışdığı şəxsdən həmin qoruyucu kodu da yazmasını xahiş etmişdir, yazışdığı şəxs dördrəqəmli kodu da həmçinin ona göndərdikdən sonra karta daxil olub kartın içərisində olan 700 manat pulu çəkərək özünə məxsus ***-***-**-** «M10» hesabına köçürmüş, daha sonra isə həmin pulu 4169 7388 8871 0880 saylı "xxxx" kartına köçürtmüşdür. Eyniylə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş və nömrəni söndürmüşdür.10 may 2023-cü il tarixdə yaşadığı evin yaxınlığındakı internet klubda olduğu zaman hazırda adını xatırlamadığı, üzdən tanıdığı bir nəfər şəxsin özünə məxsus mopedi 900 manata satdığını görmüş və həmin mopedi almaq qərarına gəlmişdir. Həmin şəxslə danışan zaman mopedin pulunu öz istifadəsində olan 4098-5844-6748-4620 seriya nömrəli “Leobank” adlı "xxxx" ASC-yə aid bank kartına köçürməyini istəmişdir. Razılaşdıqdan sonra özünə məxsus avtomobilə əyləşib “İnstagram” sosial şəbəkəsinə daxil olmuşdur. Bundan öncəki əməlləri kimi eyniliklə həmin prosesdən edib asan yolla qazanc əldə etmək istəmişdir. Belə ki, mopedə verməli olduğu pulu aldatmaqla əldə etmək üçün profilində mobil nömrəsi olan profil axtarmağa başlamışdır. Bu zaman qarşısına çıxan xatırlamadığı “İnstagram” profilinin birində olan ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüşdür. Daha sonra həmin “İnstagram” profilinin izlədiyi profillərdən birinin şəklini götürüb özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whats app” sosial şəbəkəsində profil şəkli etmişdir. Bundan sonra, “instagram”dan tapdığı xatırlamadığı profildəki ***-***-**-** saylı mobil nömrəyə “Whats app” sosial şəbəkəsində yazaraq profil şəklindəki tanışının olduğuna inandırıb hal-əhval etmişdir. Hazırda qonaqlarının olduğunu, evdə olduğundan bayıra çıxa bilmədiyini deyib 4098-5844-6748-4620 seriya nömrəli “Leobank” adlı "xxxx" ASC-yə aid bank kartını göndərib 650 manat pul göndərməsini xahiş etmişdir. Bundan bir qədər sonra, həmin şəxs zənnincə profilinə yerləşdiridiyi şəkildə olan şəxs olduğunu düşünüb onun görndəridiyi bank kartına 650 manat pul göndərmişdir. Bundan sonra, “Whats app” sosial şəbəkəsində yazışdığı mobil nömrəni söndürmüşdür. Daha sonra isə moped satan şəxslə əlaqə saxlayıb pulun köçürüldüyünə əmin olmuşdur. Lakin, moped almaq üçün qalan pulu düzəldə bilmədiyindən həmin şəxsdən pulu qaytarmasını istəmiş, mopedi satan həmin şəxsdə kartdan pulu çıxarıb ona vermişdir. 02 iyun 2023-cü il tarixdə yenə də maddi ehtiyacları səbəbi ilə “İnstagram” sosial şəbəkəsində yerləşən hesablardan birindən ***-***-**-** saylı mobil telefon nömrəsini götürüb “İnstagram” profilindən onun izlədiyi izləyici profillərinin şəkillərindən birini özünə məxsus olan ***- ***-**-** saylı mobil telefon nömrənin profil şəklini əldə edib həmin şəxslə ünsiyyət qurub yaxını olduğuna inandıraraq 1300 manat pul göndərməsini istəmişdir. Həmin puldan 1000 manatını istifadəsində olan 4613-8602-0682-3674 seriya nömrəli "xxxx" ASC-yə aid bank kartına, 300 manatını isə özünə məxsus olan «M10»-da istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına göndərməsini xahiş etmişdir. Zənnincə həmin şəxs profilində şəklini, ad-soyadını yerləşdirdiyi şəxs olduğunu düşünüb 1300 manat pul göndərmişdir. Daha sonra telefonu söndürmüşdür. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 20 iyun 2023-cü il tarixdə eyniliklə yenə də həmin üsul ilə “İnstagram” sosial şəbəkəsində yeni bir profil tapıb həmin profildəki ***-***-**-** saylı mobil telefon nömrəsini müəyyən etmişdir. Həmin “İnstagram” profilində olan nömrə sahibinin tanışlarından birini tapıb onun profil şəklini götürmüşdür. Bundan sonra, əldə etdiyi şəkli özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrənin “Whats app” sosial şəbəkəsinin profil şəkli edib “İnstagram”dan tapdığı əsas profilin mobil telefon nömrəsinə yazaraq tanışı olduğunu deyib hazırda maddi çətinliyinin olduğunu izah edərək təcili 550 manat pul göndərməsini xahiş etmişdir. Həmin şəxs danışığı və profil şəklinə baxaraq tanışı olduğuna inanmış və pul göndərəcəyini bildirmişdir. Bundan sonra, özünə məxsus 4169-7413-3258-4117 seriya nömrəli "xxxx" ASC-yə aid bank kartına ilk öncə gecə saatlarında 500 manat, daha sonra, gecə saat təxminən 00:05-də isə əlavə olaraq 50 manat pul göndərmişdir. Eyniliklə danışdığı mobil nömrəni bloka atmış və əldə etdiyi ümumilikdə 550 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir.28 iyul 2023cü il tarixdə yenə də maddi ehtiyacları səbəbi ilə “İnstagram” sosial şəbəkəsində yerləşən hesablardan birindən ***-***-**-** saylı mobil telefon nömrəsini götürüb “İnstagram” profilindən onun izlədiyi izləyici profillərinin şəkillərindən birini özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin profil şəklini əldə edib həmin şəxslə ünsiyyət qurub yaxını olduğuna inandıraraq 1450 manat pul göndərməsini istəmişdir. Həmin pulu özünə məxsus olan «M10»-da istifadə etdiyi ***-***- **-** saylı mobil nömrənin “M10” hesabına göndərməsini xahiş etmişdimr. Zənnincə həmin şəxs profilində şəklini, ad-soyadını yerləşdirdiyi şəxs olduğunu düşünüb 1450 manat pul göndərmişdir. Daha sonra telefonu söndürmüş, əldə etdiyi pulları həxsi ehtiyacalarına xərcləmişdir. 05 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evdə olan zaman “instagram” sosial şəbəkəsində “Xəyyam Əlizadə” adlı şəxsin səhifəsinə daxil olub bir qədər nəzər yetirdikdən sonra onun “Zərərçəkmiş şəxs8”lə dost olduğunu müəyyən etmişdir. Bundan sonra Xəyyam Əlizadənin “instagram” sosial şəbəkəsinə yerləşdirmiş olduğu fotoşəkilini öz telefonuna yükləmiş, Xəyyamın fotoşəkilini istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” sosial şəbəkəsində profil şəkili kimi yerləşdirib Zərərçəkmiş şəxs8 profilində yerləşdirmiş olduğu hazırda xatırlamadığı nömrəsinə “Whatsapp” üzərindən ismarıc yazaraq özünü onun dostu Xəyyam Əlizadə kimi təqdim edib ondan borca pul istəmişdir. Ələkbərin onun Xəyyam olduğuna inandığına əmin olduqdan sonra onun həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən 11 radələrinədək olan müddət ərzində Ələkbərin 250 manat, 200 manat və 150 manat olmaqla ümumilikdə 600 manat pulu 4169 7388 6183 6967 nömrəli Kapital Bank kartına köçürməsinə nail olmuşdur. Ələkbər pulu köçürdükdən sonra onun nömrəsini əngəlləməklə əlaqəni dayandırmış və Ələkbərin göndərdiyi 600 manat pulu hazırda xatırlamadığı ünvanda yerləşən bankomatda nağdlaşdırmaqla öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman “instagram” sosial şəbəkəsində Nərimanov rayonu A.Nemətulla 229 ünvanda yerləşən “Brend Outlet” adlı geyim mağazasının “instagram” sosial şəbəkəsindəki səhifəsinə daxil olub bir qədər nəzər yetirdikdən sonra Elnur Həmidov adlı şəxsin həmin mağazanın rəhbərlərindən olduğunu müəyyən etmişdir. Bundan sonra Elnur Həmidovun “instagram” sosial şəbəkəsinə yerləşdirmiş olduğu fotoşəkilini öz telefonuna yükləmiş, Elnurun fotoşəkilini istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” sosial şəbəkəsində profil şəkili kimi yerləşdirib “Brend Outlet” adlı geyim mağazasının profilində yerləşdirilmiş olan hazırda xatırlamadığı əlaqə nömrəsinə “Whatsapp” üzərindən ismarıc yazaraq özünü mağazanın rəhbəri olan Elnur Həmidov kimi təqdim edib işlərin necə getdiyi, müştəri olub olmadığı, həmçinin kassada pul olub olmadığı baradə mağazanın işçisindən maraqlanmışdır. Mağazanın tanımadığı işçisinin onun Elnur Həmidov olduğuna inandığına əmin olduqdan sonra onun həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin işçinin 300 manat və 300 manat olmaqla ümumilikdə 600 manat pulu 4169 7388 6183 6967 nömrəli Kapital Bank kartına köçürməsinə nail olmuşdur. Həmin şəxs pulu köçürdükdən sonra onun nömrəsini əngəlləməklə əlaqəni dayandırmış və göndərdiyi 600 manat pulu hazırda xatırlamadığı ünvanda yerləşən bankomatda nağdlaşdırmaqla öz şəxsi ehtiyaclarına xərcləmişdir.xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman “instagram” sosial şəbəkəsində ünvan 12 ünvanda yerləşən “İcon Delouvre” adlı restoranın “instagram” sosial şəbəkəsindəki səhifəsinə daxil olub bir qədər nəzər yetirdikdən sonra Şaiq Yahyayev adlı şəxsin həmin restoranın rəhbərlərindən olduğunu müəyyən etmişdir. Bundan sonra Şaiq Yahyayevin “instagram” sosial şəbəkəsinə yerləşdirmiş olduğu fotoşəkilini öz telefonuna yükləmiş, Şaiqin fotoşəkilini istifadəsində olan ***-***- **-** saylı nömrənin “Whatsapp” sosial şəbəkəsində profil şəkili kimi yerləşdirib “İcon Delouvre” adlı restoranın profilində yerləşdirilmiş olan hazırda xatırlamadığı əlaqə nömrəsinə “Whatsapp” üzərindən ismarıc yazaraq özünü restoranın rəhbəri olan Şaiq Yahyayev kimi təqdim edib işlərin necə getdiyi, müştəri olub olmadığı, həmçinin kassada pul olub olmadığı baradə restoranın işçisindən maraqlanmışdır. Restoranın tanımadığı işçisinin onun Şaiq Yahyayev olduğuna inandığına əmin olduqdan sonra onun həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin işçinin hissə-hissə olmaqla olmaqla ümumilikdə 1348 manat pulu 4169 7388 6183 6967 nömrəli Kapital Bank kartına köçürməsinə nail olmuşdur. Həmin şəxs pulu köçürdükdən sonra onun nömrəsini əngəlləməklə əlaqəni dayandırmış və göndərdiyi 1348 manat pulu hazırda xatırlamadığı ünvanda yerləşən bankomatda nağdlaşdırmaqla öz şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan nömrələr, yəni ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı mobil telefon nömrələri onun istifadəsində olmuşdur. Sosial şəbəkələr vasitəsi ilə insanları aldadaraq pul ələ keçirdiyindən tez-tez istifadəsində olan mobil telefon nömrələrini dəyişmişdir. ***-***-**-** saylı mobil nömrəni isə təsadüfən yerdən tapıb istifadə etmişdir. 4169- 7387-4000-2476 və 4169 7388 6183 6967 saylı "xxxx" ASC-nin bank hesab kartları, 4127 2093 0914 9018 saylı “Azərbaycan Beynəlxalq Bank”ına məxsus bank hesab kartı, eləcə də 4613-8602- 0682-3674 saylı“AzərTürkBank”a məxsus bank hesab kartı həyat yoldaşı Şahid3 məxsus olsa da həmin bank kartları onun istifadəsində olmuşdur. 4169-7413-3258-4117 saylı"xxxx" ASC-nin bank hesab kartı həyat yoldaşı Şahid3 anası Şahid4 adına olsa da onun istifadəsində olmuşdur. 4169 7388 8871 0880 saylı "xxxx" ASC-nin bank hesab kartı isə özünə məxsus olmuşdur. 4098-5844- 6748-4620 saylı “Leo Bank” kartı isə moped almaq istədiyi şəxsə məxsus olmuşdur. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin “M10” elektron pul kisəsi hesabları isə onun istifadəsində olmuşdur. Şahid3 və Şahid4 onun etdiyi cinayət əməllərindən məlumatları olmamışdır. Şahid5 və Şahid6 onun cinayət əməllərindən məlumatları olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ***-***-**-** saylı mobil nömrə “Whats app” vasitəsi ilə ona yazmışdır. Bu nömrəni ilk dəfəymiş görürmüş. Lakin, nömrənin profilində dostu “Ramilin” şəklini gördükdə belə başa düşmüşdür ki, yazan dostu Ramildir. Həmin şəxs əvvəlcə "xxxx" ASC-yə aid 4169-7387-4000-2476 seriya nömrəli karta 350 manat pul göndərməyini xahiş etmişdir. Qeyd etdiyi nömrədən yazan şəxsin dostu Ramil olduğunu düşünüb xahişini yerinə yetirmiş və "xxxx" ASC-yə aid 4169-7387-4000-2476 seriya nömrəli karta 350 manat pul göndərmişdir. Bir qədərdən sonra elə həmin günü, yəni, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dostu olduğunu düşündüyü həmin şəxs yenidən yazaraq əlavə 400 manat da göndərməyini xahiş etmişdir. Bu zaman kartında pul qalmadığından İsmayilli rayonu, Basqal kəndində yerləşən “Təbriz” marketdəki ödəmə terminalından yuxarıda qeyd etdiyi kart hesabına əlavə 400 manat da pul göndərmişdir. Dostu olduğunu düşündüyü şəxs yazaraq ümumilikdə 750 manat pulu əldə etdiyini bildirmişdir. Bir qədərdən sonra təxminən saat 19 radələrində həmin şəxsə yazsa da cavab gəlməmişdir. Dostu Ramilə zəng etdikdə isə Ramilin ondan pul istəmədiyini dedikdə başa düşmüşdür ki, aldadılmışdır. Bundan sonra, baş verənlər barədə zəng edib polisə məlumat vermişdir.baş vermiş hadisə nəticəsində ona ümumilikdə 750 (yeddi yüz əlli) manat ziyan dəymişdir. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 115 ünvanında yerləşən 5 saylı “ASAN" xidmət mərkəzində olan zaman 077 ***-**-** saylı mobil nömrədən istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə “Whatsapp”-da mesaj gəlmiş və həmin mesajda alverin pulunu göndərməyi qeyd olunmuşdur. Həmin zaman qeyd olunan mobil nömrənin profilində qardaşı oğlu Şahid1 şəklini gördükdə, həmin şəxsin qardaşı oğlu olduğuna inanaraq, ümumilikdə ona 1450 manat pul göndərəcəyini bildirmişdir. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 10:46-da özünə məxsus 150 AZN pul vəsaitini sözügedən “Asan” Xidmət Mərkəzinin daxilində yerləşən Milli Ön Ödəmə terminalı vasitəsilə 055 ***-**-** saylı mobil nömrənin hesabına göndərmişdir. Qalan 1300 AZN pul vəsaitini isə Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən “Rahat” marketin daxilindəki Milli Ön Ödəmə terminalı vasitəsilə göndərmişdir. Həmin zaman qeyd olunan mobil nömrə ilə əlaqə saxlayaraq ümumilikdə 1450 AZN pul vəsaitini göndərdiyini ona bildirdikdə, həmin şəxs ona qeyd olunan məbləğin mobil nömrə hesabına gəldiyini deyərək təşəkkürünü bildirmişdir. Bu zaman həmin şəxsin ona göndərdiyi whatsapp mesajlarını sildiyini gördükdə, qardaşı oğlu Şahid1 ilə telefon əlaqəsi saxlayaraq 1450 manat pul vəsaiti göndərdiyini və həmin məbləğin mobil nömrə hesabına gəldiyini soruşduqda, Araz ona heç bir məbləğdə pulun mobil nömrə hesabına gəlmədiyini bildirmişdir. Bu zaman həmin şəxs tərəfindən aldandığını başa düşərək baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə ümumilikdə özünə məxsus 1450 AZN pul vəsaitindən sonuncu 1300 AZN pul vəsaitini alverin pulunu ödəmək məqsədilə Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən “Rahat” marketin daxilində yerləşən Milli Ön Ödəmə terminalı vasitəsilə ödəmişdir. Baş vermiş hadisə zamanı ona 1450 manat maddi ziyan dəymişdir. Həmin şəxsin istifadəsində 077 ***-**-** və 055 ***-**-** saylı mobil nömrələrin olduğunu bilir. Başqa heç bir məlumatı yoxdur. Həmin şəxslə ancaq “Whatsapp”da sms-lə yazışmaqla əlaqədə olmuşlar. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən “Brend Outlet” mağazasının sahibidir. Mağazada kişi geyimlərinin satışı ilə məşğul olurlar. Mağazada satıcı kimi Şahid2 işləyir. O isə mağazaya nəzarət edir. X7 da onun şərikidir, birlikdə həmin mağazanı işlədirlər. 05 sentyabr 2023-cü il tarixdə işdə olmayan zaman mağazanın iş nömrəsi olan ***-***-**-** nömrəsinə “Whatsapp” proqram təminatı üzərində ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş şəxs yazıb, işin gedişatı və kassada olan pullarla bağlı maraqlanmışdır. Həmin nömrədə profil şəklinin şəriki Elnur Həmidovun şəklini görən satıcı Şahid2 ona yazan şəxsin həqiqətən Elnur olduğunu zənn etmişdir. Həmin şəxs kassada olan pullarla bağlı maraqlandıqdan sonra ona təcili pul lazım olduğunu və satıcıya ona 300 manat pul göndərməsini tapşırmış və 4169-7388-6183-6967 saylı kartının fotoşəklini göndərmişdir. Şahid2 isə inanaraq kassadan 300 manat pul götürüb həmin gün saat 16:21-də mağaza ilə üzbəüz yerləşən “Buta” marketdəki Emanat ödəniş terminalı vasitəsilə qeyd olunan hesab kartına 300 manat göndərmişdir. Bundan bir neçə saat keçdikdən sonra həmin şəxs yenidən iş nömrəsinə sms yazaraq yenidən 600 manat pul lazım olduğunu bildirmişdir. Satıcı Şahid2 yenə də eyni üsulla istənilən pulu həmin hesab kartına göndərmişdir. Bir qədər sonra həmin şəxs yenidən pul istədikdə satıcı Elnur Həmidovla əlaqə saxlamış, lakin Elnur pul istəmədiyini qeyd etmişdir. Satıcı ona bu barədə bildirdikdə əvvəlcə özü araşdırıb həmin şəxsi tapmaq istəmişdir. Bu barədə Elnur Həmidovla da danışmışdır. Məlum olmuşdur ki, tanımadıqları həmin şəxs Elnur Həmidovun “İnstagram” səhifəsində olan profil şəklini kopyalayıb və “Whatsapp” proqramı təminatı üzərində öz profil şəkli kimi yerləşdirmişdir. Bu üsulla pul istəyib satıcını aldatmışdır. Həmin şəxsi tapa bilmədiyi üçün bir neçə gün keçdikdən sonra ərizə ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Telefonda olan yazışmanı da izahatına əlavə edilməsi üçün təqdim etmişdir. Elnur Həmidovla şərik olsalar da həmin gün kassada olan pul ona məxsus olmuşdur. Ona görə də hadisə nəticəsində ona ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında ***-***-**-** “whats app” nömrəsindən ona mesaj gəlmiş və mesajı yazan şəxs özünü tanışı Elnur Həsənov kimi təqdim etmişdir. Elnur əvvəllər onun işlədiyi “Bakı şərab 2” zavodunda müdiri olmuşdur. Həmin şəxs işi ilə bağlı başqa şəxsə təcili 800 manat pul göndərməli olduğunu və yanında qonaqları olduğu üçün göndərməyə vaxtı olmadığını və onun göndərmədiyini xahiş etmişdir. Onda həmin şəxs ilə bir neçə dəqiqə yazışdıqdan sonra Elnur olduğuna inanmış və həmin şəxsin göndərdiyi beynəlxalq banka məxsus tam karta 800 manat pul göndərmişdir. Ağstafa rayonu ərazisində olduğu üçün 800 manat pulu Ağstafa marketdəki “Emanat” aparatı vasitəsi ilə karta göndərmişdir. Sonra həmin şəxs pulun az olduğunu daha 450 manat göndərməyini xahiş etmişdir. Lakin, üzərində pul qalmadığını və göndərə bilməyəcəyini demişdir. Bundan sonra onda şübhələr yaranmışdır. Səhəri gün Elnurun mobil telefonuna zəng vurmuşdur. Elnur ondan pul istəmədiyini dedikdə, həmin şəxsin Elnur olmadığını və onu aldatdığını bilmişdir. Həmin şəxsin kim olduğunu və harada olduğunu bilmir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə tanımadığı ***-***-**-** saylı mobil nömrədən “Whats app”la mesaj gəlmişdir. Yazanın profilində qohumu X1 şəklini görmüş və yazanın qohumu olduğunu düşünmüşdür. Qohumu Şahniyar təcili pula ehtiyacının olduğunu, ona kart göndərəcəyini, həmin karta 200 manat pul köçürməyini xahiş etmişdir. Bundan sonra 4169-7414- 5951-2339 nömrəli kartından göndərilən 4169-7388-8871-0880 nömrəli karta 200 manat pul göndərmişdir. Daha sonra sonra qohumu olduğunu düşündüyü həmin nömrə yazaraq göndərdiyi pulu geri yükləməsi üçün kartının 16 rəqəmini, daha sonra telefonuna gələn məxfi 4 rəqəmli kodu istəmiş və hamısını ona yazmışdır ki, pulunu geri qaytarsın. Bir qədərdən sonra nə baş verdiyini başa düşməmiş və kartından ilk olaraq 200 manat, daha sonra isə əlavə 500 manat pul çıxarıldığını müəyyən etmişdir. Belə olan halda dərk etmişdir ki, həmin şəxs onun qohumu Şahniyar Abbasovun şəklini profilinə qoyaraq 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa, qeyd etdiyi bank kartına müdaxilə edərək 2 dəfəyə olmaqla ümumi 700 manat pulunu oğurlamışdır. “Whats app” profilinə qohumu Şahniyar Abbasovun şəklini yüklədiyi üçün inanıb etibar etmişdir. Lakin, həmin şəxs kartından pulu çəkib telefonunu söndürdükdən və məsələni Şahniyarla dəqiqləşdirdikdən sonra bilmişdir ki, aldanılmış və kartından oğurluq edilmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 900 (doqquz yüz ) manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, ailə üzvləri ilə birlikdə ünvan 14 ünvanda yaşayır. 10 may 2023-cü il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evdə olan zaman ona məxsus ***-***-**-** saylı mobil nömrənin "Whats app" ani mesajlaşma şəbəkəsinə iş yoldaşı Savadxan İbişovun şəkli olan ***-***-**-** saylı nömrənin “Whats app”ından mesaj gəlmişdir. Mesaj yazan şəxs ona evdə qonaqları olduğu üçün evdən bayıra çıxa bilmədiyini, təcili olaraq ona pul ehtiyacı olduğunu, ona göndərə bildiyi halda atdığı kart hesabına 650 manat pul göndərməyini xahiş etmişdir. O, 4098-5844-6748-4620 nömrəli bank kartı atmış və kartı atdıqdan sonra özündə pul olmadığı üçün dostuna zəng edərək onda olan pulundan 650 manatını bir nəfər tanışına göndərməyini xahiş etmişdir. Bundan sonra, ona göndərilən qeyd etdiyi bank kartını dostuna göndərmiş və həmin karta 650 manat pul göndərməyini xahiş etmişdir. Bir qədərdən sonra dostu onun pulundan 650 manat göndərdiyini demişdir. Həmin günün yenə də “Whats app”da “qardaş üzürlü say səni narahat edirəm, kartını at pulu kartına vurum” dedikdə ondan pul istəyən iş yoldaşı “Savadxan”la ertəsi gün birlikdə olacağı üçün bu cür söz deməsindən şübhələnmiş və nömrəyə diqqət etdikdə həmin nömrənin iş yoldaşına adi olmadığını anlamışdır. Bundan sonra həmin nömrəyə zəng etmiş, nömrəyə zəng çatmamışdır. Sonradan bu barədə polisə müraciət etmiş, baş verənlər barədə, aldadılaraq 650 manat pulunun ələ keçirilməsinə dair məlumatlar vermişdir. Həmin şəxs öz profilinə iş yoldaşı Savadxanın şəklini qoyduğu üçün ona inanıb etibar edərək “Savadxan” olduğunu düşünüb 650 manat pul göndərmişdir. Baş vermiş hadisə nəticəsində pulu göndərən dostu olsa da ifadəsində qeyd etdiyi kimi həmin pul onun olmuş və ona məxsus olmuşdur. Dediyi kimi baş vermiş hadisə nəticəsində ona ümumilikdə 650 (altı yüz əlli) manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdən Abşeron rayonu, Novxanı qəsəbəsinin ərazisində yerləşən “Bakı Praqa” pivə zavodunda ekspeditor işləyir, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda, yəni, ünvan 15z fərdi yaşayış evində yaşayır. 02 iyun 2023-cü il tarixdə təxminən saat 10 radələrində ünvan 16 ünvanında yerləşən "Happy" marketin qarşısında olarkən ***-***-**-** "Whats app" nömrəsindən mobil tətbiq vasitəsilə müdürü X2 adından onunla yazışaraq 1000 manat pulu təcili onun göndərdiyi "xxxx" aid 4613-8602 0682-3674 nömrəli kart hesabına, 300 manat pulu isə “M 10” mobil tətbiq vasitəsilə ***-***-**-** mobil telefon nömrəsinə göndərməyini bildirmişdir. Bu zaman o da inanıb dərhal "Happy" marketə girmiş və orada “MilliÖn” ödəniş aparatına yaxınlaşaraq 1000 manat pulu «Milliön» elektron ödəmə sistemi ilə "xxxx" aid 4613-8602-0682-3674 nömrəli kart hesabına, 300 manat pulu isə "M10" mobil tətbiq vasitəsilə 055- ***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Daha sonra marketi tərk edib getmişdir. Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "Ət Kombinatı"-nın yaxınlığında təsadüfən yolda Ceyhun Abuzərovun özü ilə rastlaşmışdır. Bu zaman ona yaxınlaşıb dediyi pulu göndərdiyi hesablara göndərdiyini bildirmişdir. Ceyhum müəllim isə ona bildirmişdir ki, “hansı pulu, hara göndərmisən” dedikdə anlamışdır ki, onun bundan xəbəri yoxdur, çünki ona belə bir tapşırıq vermədiyini bildirmişdir. Onda bilmişdir ki, kimsə Ceyhun müəllimin adından yazışaraq pul göndərməyini istəmişdir. Bundan sonra, baş verənlər, yəni, 1300 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyi barədə polis orqanlarına müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1300 (bir min üç yüz ) manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyir, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda, yəni, ünvan 17 ünvanda yaşayır. 20 iyun 2023-cü il tarixdə yaşadığı evdə olan zaman ona məxsus ***-***-**-** saylı mobil telefon nömrənin "Whats app" ani mesajlaşma şəbəkəsinə dostu “Cavid”in fotoşəkili olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whats app”ından mesaj gəlmişdir. Mesaj yazan şəxs dostu “Cavid” olduğunu bildirərək evdə qonaqlarının olduğu üçün evdən çıxa bilmədiyini, təcili olaraq bir nəfərə pul göndərəcəyini, bunun üçün ona 500 manat borca pul lazım olduğunu, həmin pulu ona göndərə bildiyi halda ertəsi günü göndərdiyi pulu kart hesabına geri qaytaracağını bildirmişdir. Hansı məbləğdə pul lazım olduğunu soruşduqda 500 manat borca pul istədiyini bildirmişdir. Kart hesabında pul olduğundan göndərməyə razı olduğunu cavab vermişdir. Bundan sonra dostu “Cavid” olduğunu zənn etdiyi şəxs 4169 7413 3258 4117 nömrəli bank kartının seriya nömrəsini ona göndərərək 500 manat pulu həmin hesaba göndərməyini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:52-də yazışdığı sözügedən şəxsin dostu “Cavid” olduğunu düşündüyü üçün həmin karta özünə məxsus "xxxx"a aid 4169 7385 6010 0343 saylı bank kartından 500 manat pul göndərmişdir. Həmin pulu vurduqdan bir qədər sonra, o, yenidən ondan pul istəmişdir. Bu zaman kartında o qədərdə pulun olmadığını bildirib, daha çox kömək edə bilməyəcəyini demiş, kartında cəmi 570 manat pul olduğunun cavabını vermişdir. Belə olan halda yazışdığı dostu “Cavid” olduğunu zənn etdiyi şəxs əlavə 50 manat ona borca pul göndərməyini xahiş etmişdir. Bununla razılaşıb xx.xx.2023-cü il tarixdə, saat 00:01-də həmin karta yenidən 50 manat pul göndərmişdir. Ertəsi günü, yəni, xx.xx.2023-cü il tarixdə dostu “Cavid” olduğunu zənn etdiyi borca pul istəyən şəxslə əlaqə saxlayıb borcunu geri qaytarmasını istəsə də pulunu geri ala bilməmişdir. Bir neçə dəfə pulunu geri almaq istəsə də buna nail ola bilməmişdir. Bundan sonra, baş verənlər barədə DİN-nin “102 Zəng Məlumat Xidmətinə” zəng edərək məlumat vermişdimr. Tanışı Cavidin adından danışan şəxs ilk olaraq 500 manat pul istəmiş, onu göndərmişdir. Bundan sonra, əlavə olaraq pul istəmiş, bu zaman kartda pulunun az olduğunu bildirmiş, belə olan halda növbəti dəfə 50 manat göndərmişdir. Həmin vaxt hadisə təzə-təzə olduğundan ərizə və izahatında hansısa yalnışlıq edə bilər, amma indi baş vermiş hadisə necə varsa olduğu kimi ifadəsində bildirir. Hadisə zamanı ona ümumilikdə 550 manat məbıəğində maddi ziyan dəymişdir. Belə ki, ilkin 500 manat, daha sonra isə 50 manat, ümumilikdə 550 manat dostu “Cavid” olduğunu zənn etdiyi şəxsə pul göndərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Xəyyam Əlizadə onun tələbə yoldaşı olmuş və təxminən 9 ildir dostluqları davam edir. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı ünvan 18 ünvanından çıxaraq Gənclik metro stansiyası yaxınlığında yerləşən Tenis idman mərkəzi ilə üzbə-üz olan bina evində yaşayan xalası oğlu ilə görüşmək üçün Koroğlu metro stansiyasında qatara əyləşmişdir. Belə ki, qeyd etdiyi Gənclik metro stansiyası yaxınlığında xalası oğlunun yaşadığı əraziyə çatdıqdan sonra həmin yerdə xalası oğlu Nadiri gözləyən zaman, həmin gün saat 09:21-də mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən whatsapp mobil tətbiqi vasitəsilə ismarıc gəldiyini görmüşdür. Belə ki, həmin ismarıca nəzər yetirən zaman profildə dostu Xəyyam Əlizadənin şəkili olduğunu görüb onun yeni nömrə aldığını ehtimal etmişdir. Xəyyam Əlizadə olduğunu zənn etdiyi həmin şəxs ondan kartında pul olub-olmadığını, əgər vardırsa ona göndərməyini, bir neçə saat sonra göndərəcəyi pulu qaytaracağını bildirmişdir. Həmin şəxsin Xəyyam Əlizadə olduğunu zənn etdiyindən və Xəyyamla da mütəmadi olaraq bir-birilərinə ehtiyacları olduqda borc verdiklərindən həmin şəxsin istəyi ilə ilk olaraq onun dediyi 4169 7388 6183 6967 saylı bank kartının hesabına özünün istifadəsində olan “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 250 manat pul göndərmişdir. Həmin şəxs yenidən ondan pul istədiyindən həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində onun dediyi 4169 7388 6183 6967 saylı bank kartının hesabına özünün istifadəsində olan “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs əlavə olaraq 150 manat da istədiyindən həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində onun dediyi 4169 7388 6183 6967 saylı bank kartının hesabına özünün istifadəsində olan “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 150 manat pul göndərmişdir. Beləliklə, həmin şəxsin dostu Xəyyam Əlizadə olduğunu zənn edib xx.xx.2023-cü il tarixdə saat 09:21-dən həmin gün saat 11 radələrindək olan müddət ərzində ünvan 8 ünvanında yerləşən yaşayış binasının qarşısında olduğu zaman onun dediyi 4169 7388 6183 6967 saylı bank kartının hesabına özünün istifadəsində olan “Leo Bank” mobil tətbiqi vasitəsi ilə ümumilikdə 600 manat pul göndərmişdir. Həmin vaxt təsadüfən dostu Xəyyam ona zəng edərək harada olduğunu soruşduqda Gənclik metrosu yaxınlığında olduğunu bildirmişdir. Xəyyam isə özünün də həmin yerə gələcəyini və görüşmələrini istəmişdir. Xəyyamın onunla görüşən zaman almış olduğu pulu qaytaracağını zənn etmişdir. Təxminən 15-20 dəqiqə sonra dostu Xəyyamla Gənclik metrosu yaxınlığında görüşən zaman Xəyyamdan bu barədə soruşan zaman həmin mobil nömrənin ona məxsus olmadığını və ondan pul istəmədiyini bildirdikdən sonra qeyd etdiyi nömrə ilə əlaqə saxlayan zaman həmin şəxsin onun nömrəsini əngəllədiyini müəyyən etmişdir. Bununla da həmin şəxs tərəfindən aldadıldığını aşkar edərək DİN-in 102 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 19 ünvanında qeydiyyatda olmaqla ünvan 20r. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində administrator işlədiyi Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi 80 saylı ünvanda yerləşən “İcon Delouvre” adlı restoranda işdə olduğu zaman profil şəklində restoranın müdürü X6 şəkli olan ***-***-**-** saylı nömrədən “Whatsapp” tətbiqi üzərindən ona ismarıc gəlmişdir. İsmarıc yazan şəxsin profilində Şaiq Yahyayevin şəkli olduğundan, həmçinin də özünü Şaiq Yahyayev kimi təqdim etdiyindən həmin şəxsin doğurdan da Şaiq Yahyayev olduğunu zənn etmişdir. Həmin şəxs ona bir neçə ismarıc yazaraq işin gedişatı ilə maraqlanmış və kassada pul olub olmadığını soruşmuşdur. Kassada olan pulun restoranın xərclərinə istifadə edilyini, lakin özündə müəyyən qədər pul olduğunu bildirdikdən sonra Şaiq Yahyayev olduğunu zənn etdiyi şəxs təcili pul lazım olduğunu bildirib dediyi kart hesabına pul göndərməyini istəmişdir. O da həmin şəxsin Faiq Yahyayev olduğunu zənn edib həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində hissə-hissə olmaqla ümumilikdə 1348 manat pulu ünvan 21 ünvanında yerləşən “M Market” adlı marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə və “Leo Bank” mobil tətbiqi vasitəsi ilə həmin şəxsin dediyi 4169 7388 6183 6967 saylı bank kartına göndərmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 23 radələrində Şaiqlə restoranın günlük hesabatını aparan zaman Şaiqə onun istəyi ilə həmin bank kartına 1348 manat pul göndərdiyini bildirdikdə Şaiq belə bir halın olmadığını, ondan pul istəmədiyini, həmin mobil nömrənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aldanıldığını başa düşmüş və bu barədə polisə məlumat vermişdir. Göndərdiyi 1348 manat pul ona məxsusdur və cinayət nəticəsində ona ziyan dəymişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, A.Nemətulla 229 ünvanda yerləşən “Brend Outlet” adlı geyim mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:51 radələrindən başlayaraq ona özünü mağazanın müdiri Elnur bəy kimi təqdim edən və onun fotoşəklini öz profilində paylaşan şəxs vatsap vasitəsi ilə mağazaya aid olan mobil nömrə üzərindən öz istifadəsində olan 077 *** ** ** mobil nömrəsindən mesaj yazaraq işlərin necə olduğunu, müştərilərin gəlib getməsini soruşmuş, sonra isə onadan pul göndərməyini tələb etmişdir. Kassada olan məbləği soruşandan sonra ona cavab vermiş və 300 manat olduğunu demişdir. Sonra isə həmin pulu onun dediyi 4169 7388 6183 6967 saylı plastik kartının hesabına onun tələbi ilə yaxınlıqda yerləşən A.Nemətulla küçəsi 204 ünvanda yerləşən Buta marketdən ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Mağazaya qayıdandan sonra yenidən həmin şəxs ona mesaj yazaraq əlavə pulun olmadığını soruşmuşdur. Mağazanın ətir hissəsində olan kassada əlavə 600 manat olduğunu demişdir. O həmin puluda göndərməyini istədiyi üçün eyni qaydada eyni ünvandan həmin puluda onun dediyi həmin kart hesabına göndərmişdir. Bundan bir qədər sonra həmin şəxs yenidən maraqlanıb 900 manatdan əlavə pul göndərməyini istəmişdir. Lakin, pulun olmadığını və şübhələnib həmin şəxsdən səs atmasını tələb etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs Elnur bəy yox başqa bir şəxsdir və ona qarşı dələduzluq edib pulu ələ keçirmişdir. Bu barədə Elnura məlumat vermiş və həqiqətəndə ona yazan şəxsin Elnur olmadığını aşkar etmişdir. Həmin şəxsə göndərdiyi pul mağazanın icarədarı olan Zərərçəkmiş şəxs9 məxsusdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından etibarən əmisi Zərərçəkmiş şəxs7 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında yerləşən kosmetika dükanını icarə əsasında işlədirlər. xx.xx.2023-cü il tarixdə əmisi Zərərçəkmiş şəxs7 ona zəng edərək pulu göndərdiyini bildirmiş, o isə əmisinin sözünə təccüblənmişdir. Belə ki, əmisi Məzahimin hansı puldan söhbət getdiyini bilmədiyi üçün soruşmuşdur. Əmisi ona bildirmişdir ki, onun adından başqa bir nömrədən ona “Whatsapp” vasitəsi ilə yazaraq alverin pulunu istədiyini və bu səbəbə zəng edən şəxsin onun olmağını fikirləşib həmin mobil nömrəyə ümumilikdə 1450 manat pul göndərmişdir. Sonradan əmisi Məzahimi aldadaraq pulunu ələ keçirən şəxsin istifadə etdiyi mobil nömrələri yəni ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri sosial şəbəkələrdə araşdırmış və həmin mobil nömrələr ilə müxtəlif şəxslərə dələduzluq olunduğunu və zərərçəkmiş şəxslərin polisə müraciət etmələri ilə bağlı çağırış olduğunu müəyyən etmişdir. Bundan sonra əmisi Məzahimə bu barədə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 23 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 43, döngə 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir və 8 ildir ki, evlidirlər. Birgə nikahlarından 2 azyaşlı övladları vardır. 4169-7387-4000-2476 və 4169 7388 6183 6967 saylı "xxxx" ASC-nin bank hesab kartları, 4127 2093 0914 9018 saylı “Azərbaycan Beynəlxalq Bank”ına məxsus bank hesab kartı, eləcə də 4613-8602-0682-3674 saylı “AzərTürkBank”a məxsus bank hesab kartları ona məxsusdur. Həmin kartlar bank tərəfindən ona təqdim edildiyi gündən etibarən əri Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Həmçinin, əri Firuddin onun adına bir neçə mobil nömrə alıb, özü istifadə etmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin heç birindən istifadə etməmiş, həmin nömrələri Firuddin istifadə etmişdir. Əri Təqsirləndirilən şəxs həmin bank kartları üzərindən hansı əməliyyatları icra etməsi və törətdiyi dələduzluq əməlləri ilə bağlı heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qızı Şahid3 əridir və onlar 8 ildir ki, evlidirlər. 4169-7413-3258-4117 nömrəli Kapital Bank kartı ona məxsusdur. Həmin kart bank tərəfindən ona təqdim edildiyi gündən etibarən yeznəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs kart üzərindən hansı əməliyyatları icra etməsi və törətdiyi dələduzluq əməlləri ilə bağlı heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 25 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi yoxdur. 4098 5844 6748 4620 nömrəli “Leo bank” bank hesab kartıonun adına rəsmiləşdirilsə də həmin plastik kart bank tərəfindən ona təqdim edildiyi gündən nişanlısıŞahid6 istifadəsində olmuşdur. Həmin bank kartından heç vaxt istifadə etməmişdir. Rəhmanı həmin bank kartı vasitəsilə hansı əməliyyatları etməsindən məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 tanımır, ***-***-**-** saylı mobil nömrənin kim tərəfindən istifadə edilməsindən məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 26 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 4098 5844 6748 4620 nömrəli “Leo bank” bank hesab kartı onun nişanlısı Şahid5 adına rəsmiləşdirilsə də onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində özünə məxsus mopedi satmaq niyyətindəymiş və bu barədə Firuddun məlumat aldıqdan sonra mopedi almaq niyyətində olduğunu ona bildirmişdir. Mopedi 900 manata satdığını ona dedikdə pulunun olduğunu və kart vasitəsi ilə ödəniş edəcəyini bildirmişdir. O da etiraz etməyib istifadəsində olan 4098 5844 6748 4620 nömrəli “Leo bank” bank hesab kartının məlumatlarını şifahi formada Firuddinə demişdir. Firuddin onun yanından getdikdən bir neçə saat sonra onun istifadəsində olan 4098 5844 6748 4620 nömrəli “Leo bank” bank hesab kartına 650 manat pul göndərilmişdir. Firuddin pulun qalanını ödəmədiyindən mopedi almaq üçün kartına yükləmiş olduğu 650 manat pulu sonradan çıxararaq Firuddinə qaytarmışdır. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri ilə bağlı heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 27 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs4 dostudur, Fuadın onda bir miqdar pulu olmuş, həmin pulu öz istifadəsində olan 4169 7388 4886 0080 saylı plastik bank kartında saxlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Lətif İmanov küçəsində yerləşən “Metropol” adlı restoranda işdə olduğu zaman Fuad ona zəng edərək “Whatsapp” vasitəsi ilə göndərdiyi kart hesabına onda olan pulundan 650 manatını köçürməyini istəmişdir. O da Fuadın istəyi ilə öz istifadəsində olan 4169 7388 4886 0080 saylı plastik bank kartında saxladığı Fuada məxsus puldan 650 manat pulu Fuadın dediyi 4098 5844 6748 4620 saylı kart hesabına mobil tətbiq vasitəsi ilə göndərmişdir. Bu barədə Fuada məlumat verib pulu göndərdiyini bildirmişdir. Təxminən yarım saat sonra Fuad onunla əlaqə saxlayıb aldadıldığını bildirmişdir. Fuad Rzayin istəyi ilə xx.xx.2023-cü il tarixdə 4098 5844 6748 4620 saylı kart hesabına göndərmiş olduğu 650 manat pul Zərərçəkmiş şəxs4 məxsus olmuş, bu səbəbdən də hadisə nəticəsində Fuada ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4169-7388-6183-6967 saylı plastik kart hesabı üzrə 01 sentyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş çıxarışa baxış zamanı 4169-7388-6183-6967 saylı plastik kart hesabına “Leo Bank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:31-də 250 manat, xx.xx.2023-cü il tarixdə, saat 10:18-də 200 manat və xx.xx.2023-cü il tarixdə, saat 11:20-də 150 manat olmaqla, ümumilikdə 600 manat pulun, ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 16:21-də 300 manat və həmin gün saat 17:21-də 600 manat olmaqla ümumilikdə 900(doqquz yüz) manat pulun, ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 14:47-də 350 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:27-də 794 manat və xx.xx.2023-cü il tarixdə, saat 15:30-da “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 204 manat olmaqla ümumilikdə 1348 (min üç yüz manat qırx səkkiz) manat pulun mədaxil edildiyi, bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd diskə baxış zamanı isə həmin diskdə nağdlaşdırma əməliyyatlarını icra edən şəxsin bankomat kameraları tərəfindən çəkilmiş fotoşəkillərinin olduğu və həmin fotoşəkillərdəki şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4613-8602-0682-3647 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş çıxarışa baxış zamanı 4613-8602-0682-3647 nömrəli plastik kart hesabına “Milliön” ödəniş terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 10:13-də 990 manat pulun mədaxil edildiyi müəyyən edilmişdir. Şahid3 Sadıq qızının təqdim etmiş olduğu “Azərbaycan Beynəlxalq Bankın”da onun adına rəsmiləşdirilmiş 4127-2093-0914-9018 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarışa baxış zamanı 4127-2093-0914-9018 nömrəli plastik kart hesabına ödəniş terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 800 manat pulun mədaxil edildiyi müəyyən edilmişdir. X3 məxsus olan 416973******0880 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatlara dair çıxarışa baxış zamanı həmin hesaba 24 fevral 2023-cü tarixdə “Bir bank” mobil tətbiqi vasitəsi ilə 200 manat, “M10” elektron pul kisəsi tətbiqi vasitəsi ilə 700 olmaqla, ümumilikdə 900 manat pul mədaxil edildiyi, Şahid4 məxsus olan 416974******4117 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatlara dair çıxarışa baxış zamanı həmin hesaba 20 iyun 2023cü tarixdə “Bir bank” mobil tətbiqi vasitəsi ilə 500 manat, 21 iyun 2023-c il tarixdə isə həmin mobil tətbiq vasitəsi ilə 50 manat olmaqla, ümumilikdə 550 manat pul mədaxil edildiyi, Şahid3 məxsus olan 416973******2476 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatlara dair çıxarışa baxış zamanı isə həmin hesaba 08 avqust 2023-cü tarixdə ilk olaraq 400 manat, daha sonra isə həmin tarixdə 350 manat olmaqla, ümumilikdə 750 manat pul mədaxil edildiyi müəyyən edilmişdir. Şahid5 məxsus 409858******4620 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu “X9” ASC-tərəfindən təqdim edilmiş bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd diskə baxış zamanı həmin diskdə nağdlaşdırma əməliyyatlarını icar edən şəxsin bankomat kameraları tərəfindən çəkilmiş fotoşəkillərinin olduğu və həmin fotoşəkillərdəki şəxsin Şahid6 olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs7 tərəfindən istintaq zamanı təqdim edilən və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə baxış keçirilən zaman ünvan 4 ünvanda yerləşən 5 saylı “Asan Xidmət Mərkəzindəki ödəmə terminalı vasitəsi ilə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” elektron pul kisəsi hesabına xx.xx.2023-cü il tarixdə, saat 10:46-da 150 manat və ünvan 28 ünvanda yerləşən “Rahat” supermarketindəki ödəmə terminalı vasitəsi ilə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” elektron pul kisəsi hesabına xx.xx.2023-cü il tarixdə, saat 11:30-da 1300 manat pulun köçürüldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən istintaq zamanı təqdim edilən və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzinə baxış keçirilən zaman Ağstafa şəhərində yerləşən “Ağstafa” marketdəki ödəmə terminalı vasitəsi ilə 4*** **** **** 9018 saylı bank kartı hesabına xx.xx.2022-ci il tarixdə, saat 23:17-də 800 manat pulun köçürüldüyü, sonuncunun təqdim etmiş olduğu özünü Elnur Həsənov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu fotoşəkillərə baxış zamanı 29 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil “Whatsapp” proqram təminatını üzərindən nömrəyə ismarıc yazan şəxsin özünü sonuncunun dostu Elnur Həsənov təqdim edərək təcili pul lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs2 800 manat pulunu ələ keçirməyə nail olduğuna dair yazışmaların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunmuş «Milliön» elektron ödəmə terminalına aid qəbzlərə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 10:13-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə «Azər-Türk-Bank» ACS-nə məxsus 4613 8602 0682 3674 nömrəli kart hesabına kommisiya məbləği 10 manat olmalla 990 manat və xx.xx.2023-cü il tarixdə saat 10:18-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə +**********83 mobil nömrənin «M10» hesabına 300 manat köçürülməsi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs3 tərəfindən ilkin təhqiqat orqanina təqdim olunmuş 4169 74** **** 2339 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx"- ASC tərəfindən verilmiş çıxarışa baxış zamanı xx.xx.2023-cü il tarixdə «Birbank» mobil tətbiqi vasitəsi ilə kartdan 200 manat pulun məxaric olunması, kartb balansında 874,29 manat pul vəsaitinin qalması, xx.xx.2023-cü il tarixdə 200 daha sonra 500 manat pulun kart hesabindan "xxxx" MMC-yə məxsus “M 10" elektron pul qabina köçürülməsi, kart balansında isə 174,29 manat pul vəsaitin qalması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 4169 73** **** 0343 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx"- ASC tərəfindən verilmiş çıxarışa baxış zamanı xx.xx.2023-cü il tarixdə «Birbank» mobil tətbiqi vasitəsi ilə kartdan 500 manat pulun məxaric olunması, kart balansında 3,945,54 manat pul vəsaitinin qalması, xx.xx.2023-cü il tarixdə «Birbank» mobil tətbiqi vasitəsi ilə 50 manat pulun məxaric olunması, kart balansında isə 3,895,54 manat pul vəsaitin qalması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilən və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə baxış zamanı ünvan 7 ünvanda yerləşən “Buta” marketdəki ödəmə terminalı vasitəsi ilə 416973******6967 saylı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə, saat 16:21-də 300 manat və həmin gün saat 17:21 eyni ödəmə terminalı vasitəsi ilə 600 manat olmaqla ümumilikdə 900(doqquz yüz) manat pulun köçürüldüyü, özünü Elnur Həmidov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu ümumilikdə 03 ədəd A4 formatlı kağıza baxış keçirilən zaman isə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “Whatsapp” proqram təminatını üzərindən 05 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində “Brend outlet” adlı mağazanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazan şəxsin mağazanın işçisi Şahid2 özünü Elnur Həmidov kimi təqdim edərək təcili pul lazım olduğunu bildirdiyi və Şahid2 ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 16:21-də ilə 300 manat və həmin gün saat 17:21 600 manat olmaqla ümumilikdə 900(doqquz yüz) manat pulun 4169 7388 6183 6967 saylı hesab kartına köçürməsinə nail olduğuna dair yazışmaların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən və cinayət işi materiallarına əlavə edilmiş 4098 **** **** 9098 saylı bank kartı vasitəsi ilə aparılmış əməliyyatlar barədə “X9” ASC-tərəfindən verilmiş çıxarışa baxış zamanı sonuncunun istifadəsində olmuş 4098 **** **** 9098 saylı bank kartı hesabından 416973****6967 saylı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə, saat 09:31-də 250 manat, xx.xx.2023-cü il tarixdə, saat 10:18-də 200 manat və xx.xx.2023-cü il tarixdə, saat 11:20-də 150 manat olmaqla, ümumilikdə 600 manat pulun köçürüldüyü, özünü Xəyyam Əlizadə kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlara baxış zamanı isə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “Whatsapp” proqram təminatını üzərindən 05 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazan şəxsin özünü sonuncunun dostu Xəyyam Əlizadə kimi təqdim edərək təcili pul lazım olduğunu bildirdiyi və xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən həmin gün saat 11 radələrindək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 600(altı yüz) manat pulun 4169 7388 6183 6967 saylı hesab kartına köçürməsinə nail olduğuna dair yazışmaların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilən və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə baxış zamanı ünvan 10 ünvanında yerləşən “N market” adlı marketdəki ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 14:47-də 350 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:27-də həmin ödəmə terminalı vasitəsi ilə 794 manat və xx.xx.2023-cü il tarixdə, saat 15:30da “Leo Bank” mobil tətbiqi vasitəsi ilə 204 manat olmaqla ümumilikdə 1348(min üç yüz manat qırx səkkiz) manat pulun 4169 7388 6183 6967 saylı hesab kartına köçürüldüyü, özünü Şaiq Yahyayev kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlara baxış zamanı isə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “Whatsapp” proqram təminatını üzərindən 13 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində “İcon Delouvre ” adlı restoranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ismarıc yazan şəxsin mağazanın işçisi Zərərçəkmiş şəxs10 özünü Şaiq Yahyayevə kimi təqdim edərək təcili pul lazım olduğunu bildirdiyi və sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 14:47-dən həmin gün saat 15:30 radələrinədək olan müddət ərzində Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi ev 82F ünvanında yerləşən “N market” adlı marketdəki ödəmə terminalı vasitəsi ilə və “Leob Bank” mobil tətbiqi vasitəsilə ümumilikdə 1348(min üç yüz manat qırx səkkiz) manat pulun 4169 7388 6183 6967 saylı hesab kartına köçürməsinə nail olduğuna dair yazışmaların olduğu müəyyən edilmişdir. Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4169-7388-6183-6967 saylı plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4613-8602-0682-3647 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, X3 məxsus olan 416973******0880 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların, Şahid4 məxsus olan 416974******4117 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların və Şahid3 məxsus olan 416973******2476 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu 01 ədəd disk və Şahid5 məxsus 409858******4620 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu “X9” ASC-tərəfindən təqdim edilmiş bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdirlər. Şahid3 istintaqa təqdim etmiş olduğu “Azərbaycan Beynəlxalq Bankın”da onun adına rəsmiləşdirilmiş 4127-2093-0914-9018 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğun çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 4169 74** **** 2339 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 4169 73** **** 0343 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış və Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən 4098 **** **** 9098 saylı bank kartı vasitəsi ilə aparılmış əməliyyatlar barədə “X9” ASC-tərəfindən verilmiş çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdirlər. Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən ödəniş qəbzi və sonuncuya özünü Elnur Həsənov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu 03 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Elnur Həmidov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu ümumilikdə 03 ədəd A4 formatlı kağızlar, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Şaiq Yahyayev kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar və Zərərçəkmiş şəxs8 özünü Xəyyam Əlizadə kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif maddələrlə məhkum edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-29/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış, üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-147/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)- 29/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 1(011)-29/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 12 mart 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4169- 7388-6183-6967 saylı plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4613-8602-0682-3647 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, X3 məxsus olan 416973******0880 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların, Şahid4 məxsus olan 416974******4117 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların və Şahid3 məxsus olan 416973******2476 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu 01 ədəd disk və Şahid5 məxsus 409858******4620 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu “X9” ASC-tərəfindən təqdim edilmiş bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmələri nəzərə alınmış, Şahid3 istintaqa təqdim etmiş olduğu “Azərbaycan Beynəlxalq Bankın”da onun adına rəsmiləşdirilmiş 4127-2093-0914-9018 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğun çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 4169 74** **** 2339 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 4169 73** **** 0343 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış və Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən 4098 **** **** 9098 saylı bank kartı vasitəsi ilə aparılmış əməliyyatlar barədə “X9” ASC-tərəfindən verilmiş çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmələri nəzərə alınmış, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən ödəniş qəbzi və sonuncuya özünü Elnur Həsənov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu 03 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Elnur Həmidov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu ümumilikdə 03 ədəd A4 formatlı kağızlar, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Şaiq Yahyayev kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar və Zərərçəkmiş şəxs8 özünü Xəyyam Əlizadə kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmələri qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, və 177.2.3-1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə; elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 178.2.2-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə; dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmalı, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(060)-147/2024 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzası ilə qismən toplanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut- Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4169-7388-6183-6967 saylı plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4613-8602-0682-3647 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, X3 məxsus olan 416973******0880 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların, Şahid4 məxsus olan 416974******4117 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların və Şahid3 məxsus olan 416973******2476 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu 01 ədəd disk və Şahid5 məxsus 409858******4620 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu “X9” ASC-tərəfindən təqdim edilmiş bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd disk, Şahid3 istintaqa təqdim etmiş olduğu “Azərbaycan Beynəlxalq Bankın”da onun adına rəsmiləşdirilmiş 4127-2093-0914-9018 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğun çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 4169 74** **** 2339 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 4169 73** **** 0343 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış və Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən 4098 **** **** 9098 saylı bank kartı vasitəsi ilə aparılmış əməliyyatlar barədə “X9” ASC-tərəfindən verilmiş çıxarış, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən ödəniş qəbzi və sonuncuya özünü Elnur Həsənov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu 03 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Elnur Həmidov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu ümumilikdə 03 ədəd A4 formatlı kağızlar, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Şaiq Yahyayev kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar və Zərərçəkmiş şəxs8 özünü Xəyyam Əlizadə kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsi hesabına Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 178.2.2-ci maddəsi ilə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona 03(üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(060)-147/2024 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03(üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 04(dörd) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04(dörd) il 02 (iki) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4169-7388-6183-6967 saylı plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASCtərəfindən təqdim edilmiş 01 ədəd disk, Şahid3 adına "xxxx"da rəsmiləşdirilmiş 4613-8602-0682- 3647 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu "xxxx" ASC-tərəfindən təqdim edilmiş 01 ədəd disk, X3 məxsus olan 416973******0880 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların, Şahid4 məxsus olan 416974******4117 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların və Şahid3 məxsus olan 416973******2476 nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu 01 ədəd disk və Şahid5 məxsus 409858******4620 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu “X9” ASC-tərəfindən təqdim edilmiş bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 01 ədəd disk, Şahid3 istintaqa təqdim etmiş olduğu “Azərbaycan Beynəlxalq Bankın”da onun adına rəsmiləşdirilmiş 4127-2093-0914-9018 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğun çıxarış, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 4169 74** **** 2339 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş 4169 73** **** 0343 nömrəli plastik kart hesabı üzrə aparılmış əməliyyatlar barədə məlumatların əks olunduğu çıxarış və Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilən 4098 **** **** 9098 saylı bank kartı vasitəsi ilə aparılmış əməliyyatlar barədə “X9” ASC-tərəfindən verilmiş çıxarış, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən ödəniş qəbzi və sonuncuya özünü Elnur Həsənov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu 03 ədəd fotoşəkil, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilən ödəniş qəbzləri, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Elnur Həmidov kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu ümumilikdə 03 ədəd A4 formatlı kağızlar, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilən ödəniş qəbzləri və sonuncuya özünü Şaiq Yahyayev kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar və Zərərçəkmiş şəxs8 özünü Xəyyam Əlizadə kimi təqdim etmiş şəxslə “Whatsapp” proqram təminatını üzərindən yazışmalarının fotoşəkillərinin əks olunduğu A4 formatlı kağızlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-23/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-23/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver