Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-230/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Lənkaran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, Lənkaran şəhəri, Koroğlu küçəsi, ev 26 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “Samsung” markalı “S20 FE” modeldə olan mobil telefonun 1400 manata satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***- **-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 20.04.2021-ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 900 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra 21.04.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində görüşərək həmin telefonu guya yataq xəstəsi olan bir qadın tanışına göstərmək adı ilə Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 1 ünvanın qarşısına gəlmiş, orada mobil telefonu Zərərçəkmiş şəxs1 alıb ələ keçirdikdən sonra geri qayıdacağını yalandan bildirsə də, geri qayıtmayıb Zərərçəkmiş şəxs1 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “İphone 11” markalı “Pro MAX” modelidə olan mobil telefonun 1.750 manata satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 10.06.2021 -ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 1650 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra həmin günü saat 22 radələrində Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində görüşərək həmin telefonu guya bacısına göstərmək adı ilə Zərərçəkmiş şəxs2la birlikdə ünvan 1 ünvanın qarşısına gəlmiş, orada mobil telefonu Zərərçəkmiş şəxs2 alıb ələ keçirdikdən sonra geri qayıdacağını yalandan bildirsədə, geri qayıtmayıb Zərərçəkmiş şəxs2 1.650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o,təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “İphone 11” markalı “Pro” modelidə olan mobil telefonun 1.430 manata satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***- **-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 25.06.2021 -ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 1200 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra həmin günü saat 16 radələrində Zərərçəkmiş şəxs3la Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində görüşərək həmin telefonu guya sevgilisinə göstərmək adı ilə Zərərçəkmiş şəxs3la birlikdə Xətai rayonu, Gəncə prospekti 15 saylı ünvanın qarşısına gəlmiş, orada mobil telefonu Zərərçəkmiş şəxs3 alıb ələ keçirdikdən sonra geri qayıdacağını yalandan bildirsədə, geri qayıtmayıb Zərərçəkmiş şəxs3 1.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “İphone 11” markalı “Pro MAX” modellində olan mobil telefonun 1.500 manata satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 29.10.2021 -ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 1.500 manata alacağını bildirib həmin günü saat 16 radələrində «Bolt» taksi xidməti vasitəsi ilə sifariş etdiyi şəxsiyyəti istintaqa məlum olmayan və onun cinayətkar niyyətindən xəbərsiz olan taksi sürücüsünü Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2 ünvana göndərdikdən sonra telefona görə ödəniləcək 1.500 manat pulun Zərərçəkmiş şəxs4 bank hesabına onlinc şəkildə köçrülməsini təsdiq edən saxta qəbzi mobil telefonunda xüsusi proqram vasitəsi ilə hazırlayıb həmin qəbzin foto şəkilini whasapp mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs4 göndərdikdən sonra istintaqa məlum olmayan taksi sürücüsünün vasitəsi ilə Kəngərlidən mobil telefonunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 1.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif marketlərdə satıcı işləsədə son günlərdə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur.2021-ci ilin aprel ayında çoxlu borcu olduğuna görə qərara gəlmişdir ki,“Tap.az'* elanlar saytında mobil telefonlarını satışa qoyan şəxslərlə danışıb onları aldadaraq saldıqları mobil telefonu ələ keçirib sataraq əldə etdiyi pulları borclarına ödəsin. Bu məqsədlə “Tap.az" elanlar saytına daxil olmuş və 20 aprel 2021-ci il tarixdə “Samsung S 20 FE” markalı **********06982 İMEİ kodlu mobil telefonu “Tap.az" elanlar saytında 1.400 manat satışa çıxarıldığını görmüşdür. Həmin gün ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək telefonu almaq istədiyini, lakin 900 manat pulunun olduğunu söyləmişdir.Telefonu satan xanım onunla 900 manat qiymətinə razılaşmış və xanıma mobil telefonu xəstə bir qadına alacağını söyləyib, telefonu Həzi Aslanov metrosunun yanına gətirməyini xahiş etmişdir. Səhəri gün, yəni 21 aprel 2021-ci il tarixdə saat 13 radələrində Həzi Aslanov metrosunun yanında yerləşən “Shaurma" restoranının yanında görüşmüş və görüşdükdə telefonu alacağı qadının yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getmələrini xanımdan xahiş etmişdir. Onlar xanıma məxsus avtomobillə ünvan 4 ünvanın qarşısına getmişlər.Orada avtomobili saxlamağını söyləmiş və xəstə qadının da bir neçə dəqiqəyə avtomobillə onların yanına gələcəyini bildirmişdir.Xanım idarə etdiyi avtomobilini yolun kənarında saxlamış, o, avtomobildən aşağıya düşmüş, xanım isə avtomobildə oturub gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra qara rəngli Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil xanımın avtomobilinin arxasında saxlamışdır. Bu zaman o, bəhanə edərək gözlədiyi qadının gəldiyini söyləyib telefonu xanımdan istəmişdir. Xanım mobil telefonu qutusu ilə birlikdə ona vermiiş, o, mobil telefonu götürdükdən sonra avtomobildən düşüb, lakin arxadakı avtomobilə tərəf deyil, yolun kənarındakı pilləkənlərə tərəf getməyə başlamışdır.Onun başqa istiqamətə getdiyini görən xanım arxasınca qışqırmamış, lakin ona zəng vurmuşdur. O, mobil telefonu söndürüb sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 mobil telefonunu ələ keçirmişdir. Həmin mobil telefonu aparıb 20 Yanvar dairəsinin yaxınlığında telefon mağazasına 620 manata satmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə yenə “Tap.az" saytına daxil olub “İphone 11 Pro max" markalı **********29936 və **********54066 İMEİ kodlu mobil telefonun 1.750 manat satışa çıxarıldığını görüb ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünü İlkin kimi təqdim edib, hərbçi olduğunu bildirib, mobil telefonu almaq istədiyini, Lənkəran rayonunda hərbi hissələrdən birində hərbçi işlədiyini söyləmişdir. Mobil telefonu həyat yoldaşına almaq istədiyini, lakin Lənkəran rayonunda olduğundan Bakı şəhərinə gələ bilməyəcəyini, buna görə də qaynının gəlib telefonu alacağını bildirib ***-***-**- ** saylı mobil nömrənin qaynına məxsus olduğunu deyib ona zəng vurmağını xahiş etmişdir. Həmin şəxslə 1.650 manata razılaşmış, həmin şəxsə bacısının Həzi Aslanov metrosunun yaxınlığında yaşadığını, lakin bacısının yanına gətirə bilməyəcəyini söyləyib, telefonu Həzi Aslanov metrosunun yanına gətirməyini xahiş etmişdir. Həmin şəxs telefonu saat 22 radələrində **-UU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata'' markalı avtomobillə Həzi Aslanov metrosunun yanında yerləşən “Shaurma” restoranının qarşısına gətirmişdir. O, həmin şəxsə bacısısınm yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getməyi xahiş etmişdir.Onlar, avtomobillə birlikdə Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 9 saylı poliklinikanın yaxınlığına getmişlər. Küçədəki dayanacaqlardan birində həmin şəxs avtomobili saxlamış, yalandan bacısının bir neçə dəqiqəyə avtobusla yanlarına gələcəyini bildirmişdir. Yolda olduqları müddətdə o, mobil telefona baxdıqdan sonra mobil telefondan yaxşı başı çıxmadığını, buna görə də bacısına zəng vurmaq istədiyini bəhanə edib balansında kontur olmadığını söyləmişdir. O, həmin şəxsə məxsus olan mobil telefonu götürüb yalandan bir neçə saniyə telefonu qulağına tutduqdan sonra bacısının zəngə cavab vermədiyini söyləyib telefonu geri qaytarmışdır. Təxminən 3-4 dəqiqə sonra yolun əks istiqamətindəki dayanacaqda marşrut nömrəsini xatırlamadığı avtobus dayanmış, bu zaman o, avtomobildən düşüb yolun digər tərəfinə keçərək yalandan bacısının həmin avtobusla gəlibgəlmədiyinə baxmış, lakin geri qayıdaraq bacısının həmin avtobusla gəlmədiyini söyləmişdir. Bundan sonra bu vəziyyəti bir daha təkrarlamışdır. Həmin vaxt satışa çıxarılan “İphone 11 Pro Max" markalı mobil telefonun qutusunu avtomobildəki qolaltının üstündə, mobil telefonu isə bacısına göstərmək üçün onda qalmışdır. O. avtomobildən düşüb avtobusa yaxınlaşan zaman mobil telefon onda qalmışdır. Təxminən 15-20 dəqiqədən sonra saat 22:30-da yolun digər tərəfindəki dayanacaqda avtobus saxlamış, bu zaman yenə bacısının gəldiyini söyləyib avtomobildən düşüb gəzərək yolu keçib avtobusa yaxınlaşaraq avtobusun qabaq hissəsindən avtobusun digər tərəfinə keçib həmin yeri tərk etmişdir.O, mobil telefonu söndürüb sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 mobil telefonunu ələ keçirmişdir.Bundan sonra həmin telefonu Bakı şəhəri Nizami rayonu ərazində lombarda qoyaraq əvəzində 1.200 manat pul götürmüşdür. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 25 iyun 2021-ci il tarixdə yenə “Tap.az” saytına daxil olub “İphone İİ Pro” markalı **********75185 və **********43185 İMEİ kodlu mobil telefonu “Tap.az” elanlar saytında 1.430 manata satışa çıxarıldığını görmüşdür. ***-***-**-** saylı mobil nömrəmdən 050- ***-**-** saylı mobil nömrəyə zəng vuraraq mobil telefonu almaq istədiyini və qiymətini aşağı endirməsini söyləmişdir.Həmin şəxslə 1300 manat razılaşdıqdan sonra görüşüb telefona baxmaq istədiyimi söyləmişdir. Ondan harada görüşəcəklərini soruşduqda Əhmədli metrostansiyasının yanındakı “Voyage” çay evində görüşmələrini təklif etmişdir.Həmin gün saat 16 radələrində “Voyage” çay evində görüşüb çay içməyə başlamış, söhbət zamanı adının Naiq olduğunu və yalandan mobil telefonu sevgilisinə almaq istədiyini bildirmişdir. Mobil telefonu baxmaq üçün ona vermiş, telefonu istəyib yaxınlıqda yaşayan sevgilisinə aparıb göstərməyini xahiş etmişdir. Saat 16:30-da oradan çıxıb həmin şəxsin avtomobli ilə ünvan 5 ünvanın qarşısına getmişlər. Həmin şəxs avtomobili həmin ünvanın qarşısında saxladıqda, həmin binanı göstərərək sevgilisinin həmin ünvanda yaşadığını və telefonu evə aparıb göstərmək istədiyini söyləmişdir. Həmin şəxsə bildirmişdir ki, mobil telefonu əgər bəyənsə gəlib pulunu verəcəkdir. Telefon qutusunuda ona verilmiş və o, binanın blokuna daxil olmuş, lakin binanın digər bir çıxışından çıxaraq getmişdir. O, mobil telefonu söndürüb sonradan adını bildiyi Mirsəməd Salahovuıı mobil telefonunu ələ keçirmişdir. Həmin telefonu da Bakı şəhəri, Nizami rayonu ərazində olan lombarda girov qoyaraq 750 manat pul götürmüşdür. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə yenə “Tap.az” saytına daxil olub "İplıone 11 Pro MAX” markalı 353-9001-0506-5159 İMEİ kodlu mobil telefonu “Tap.az” elanlar saytında 1.500 manata satışa çıxarıldığım görmüşdür. Həmin günü saat 15 radələrində ***-***-**-** saylı nömrəsindən ***-***-**-** nömrəsinə zəng edərək telefonumu almaq istədədiyini bildirmişdir.Onlar telefonun qiymətini 1.500 manata razılaşmış, telefonu almaq üçün xanımın yaşadığı ünvanını soruşmuş, xanım da ona yaşadığı ünvanı bildirmişdir. Təxminən 1 saatdan sonra o, «Bolt» taksi xitdətinə xanımın dediyi ünvana taksi sifariş vermiş və sürücü ilə əlaqə saxlayıb xanım tərəfindən mobil telefon veriləcəini və həmin mobil telefou ona çatıdrmasım demişdir. Xammın nömrəsini taksi sürücüsünə də vermişdir. Həmin taksi sürücüsünə bildirmişdir ki, xanım pulu istədikdə bildirsin ki, Online şəkildə pulu ödəyəcəkdir. Xanım onunla əlaqə saxladıqda xanımın whatsapp praqramına ödəniş elməyi barədə saxta elektron qəbzin şəkillərini göndərmiş, bundan sonra xanım telefonu göndərdiyi taksi sürücüsünə vermişdir. O, həmin xanıma pulu onun hesabına göndərdiyini deyərək bankla əlaqədar problem yaranarsa bunu aydınlaşdıracağını bildirmişdir. Həmin taksi sürücüsü ünvan 7 ünvanda mobil telefonu taksi sürücüsündən götürüb 10 manat pul ödəmişdir. Bundan sonra o, mobil telefonunu söndürüb həmin telefonu “İnstaqram” səhfəsində tanımadığı şəxsə 1000 manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxs4dir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə özünə məxsus “Samsung S 20 FE” markalı **********06982 İMEİ kodlu mobil telefonu “Tap.az” elanlar saytında 950 manat satışa çıxarmışdır. Həmin gün ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəng vuran şəxs mobil telefonu almaq istədiyini, lakin 900 manat pulu olduğunu söyləmişdir. O, da telefonu 900 manata sata biləcəyini söyləmiş, bundan sonra həmin şəxs mobil telefonu xəstə bir qadına alacağını söyləyib, telefonu Həzi Aslanov metrosunun yanına gətirməyini xahiş etmişdir.O, həmin şəxsin telefonu xəstə bir qadına almaq istədiyi üçün xahişini yerə salmamış və deməyinə əsasən səhəri gün, yəni 21 aprel 2021-ci il tarixdə saat 13 radələrində Həzi Aslanov metrosunun yanında yerləşən “Shaurma” restoranının yanında görüşmüşlər. Həmin şəxs təxminən 25-26 yaşlı, arıq, hündürboy, qarayanız, qara saç, qara göz bir oğlan olmuşdur. Onlar görüşdükdə həmin şəxs mobil telefonu alacağı qadının yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getməyi xahiş etmiş və onun avtomobili ilə birlikdə sonradan öyrəndiyi Vunq Tau küçəsi 15 saylı ünvanın qarşısına getmişlər. Orada həmin şəxs avtomobili saxlamağını söyləmiş və xəstə qadının da bir neçə dəqiqəyə avtomobillə yanlarına gələcəyini bildirmişdir. O, da yolun kənarında avtomobili saxlamışdır. Onlar yolda olduqları müddətdə həmin şəxs kiminləsə mobil telefonla danışmış, danışdığı şəxsin səsindən qadın olduğunu başa düşmüşdür. Avtomobili saxladıqda həmin şəxs aşağı düşmüş, o, isə avtomobildə oturub gözləmişdir. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra qara rəngli Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onun avtomobilinin arxasında saxlamışdır. Bu zaman həmin şəxs gözlədiyi qadının gəldiyini söyləyib telefonu ona verməyini istəmiş, o, da mobil telefonu qutusu ilə birlikdə həmin şəxə vermişdir. Mobil telefonu götürdükdən sonra avtomobildən düşmüş, lakin arxadakı avtomobilə tərəf deyil, yolun kənarındakı pilləkənlərə tərəf getməyə başlamışdır.O, həmin şəxsin başqa istiqamətə getdiyini görsə də, arxasınca qışqırmamış, lakin həmin şəxsə zəng vurmuş, lakin mobil nömrəsinə isə zəng çatmamışdır. Həmin şəxs adi yerişlə pilləkənlərələ yuxarıya çıxıb gözdən itmişdir. O, həmin şəxsə dələlərlə zəng vurduqdan sonra o, zəngini açıb ona qayıdacağını söyləmişdir. Sonradan yenə həmin şəxsə zəng vursa da, nömrəsinə zəng çatmamış, buna görə də o, 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə nəticəsində ona 1400 manat məbləğində zərər dəymişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ona məxsus “Samsung Galaxy S20 FE” mobil telefon ona qaytarılmışdır. Onun təqsirləndirilən şəxsə qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan 03 iyun 2021-ci il tarixdə özünə məxsus “İphone 11 Pro max” markalı **********29936 və **********54066 İMEİ kodlu mobil telefonu “Tap.az” elanlar saytında 1650 manat satışa çıxarmışdır. 10 iyun 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəng vuran şəxs adının İlkin olduğunu söyləyib özünü hərbçi kimi təqdim eldib mobil telefonu almaq istədiyini, Lənkəran rayonunda hərbi hissələrdən birində hərbçi işlədiyini söyləmişdir. Həmin şəxs mobil telefonu həyat yoldaşına almaq istədiyini, lakin Lənkəran rayonunda olduğundan Bakı şəhərinə gələ bilməyəcəyini, buna görə də qaynının gəlib telefonu alacağını bildirib ***-***-**-** saylı mobil nömrənin qaynına məxsus olduğunu deyib qaynına zəng vurmağını xahiş etmişdir. Onlar telefonu 1650 manata razılaşmış, həmin nömrəyə zəng vurub nömrəni İlkinin verdiyini söyləmiş, həmin şəxs də bacısının Həzi Aslanov metrosunun yaxınlığında yaşadığını, yanına gətirə bilməyəcəyini söyləyib, telefonu Həzi Aslanov metrosunun yanına gətirməyini xahiş etmişdir. O, həmin şəxsin telefonu bacısına almaq istədiyi üçün onun xahişini yerə salmamış və deməsinə əsasən həmin gün saat 22 radələrində dostu X4 ilə birlikdə özünə məxsus **-UU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata" markalı avtomobillə Həzi Aslanov metrosunun yanında yerləşən “Shaurma” restoranının qarşısına gəlmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra həmin şəxsdə yanlarına gəlmiş, həmin şəxs təxminən 25-26 yaşlı, arıq, hündürboy bir oğlan olmuşdur. Onlar görüşdükdə həmin şəxs bacısının yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getməyi xahiş etmiş və onun avtomobili ilə birlikdə sonradan öyrəndiyi Vunq Tau küçəsində yerləşən 9 saylı poliklinikanın yaxınlığına getmişlər. Küçədəki dayanacuqlardan birində həmin şəxs avtomobili saxlamağını söyləmiş və bacısının da bir neçə dəqiqəyə avtobusla yanlarına gələcəyini bildirmiş, o, da yolun kənarında avtomobili saxlamışlır.Yolda olduqları müddətdə həmin şəxs mobil telefona baxdıdan sonra mobil telefondan yaxşı başı çıxmadığını, buna görə də bacısına zəng vurmaq istədiyini, lakin balansının olmadığını söyləmişdir. Bu zaman Elvin öz mobil telefonunu ona verib zəng vurmasını söyləmiş, həmin şəxs mobil telefonu götürüb kiməsə zəng vurmuş, lakin bir neçə saniyə telefonu qulağına tutduqdan sonra bacısının zəngə cavab vermədiyini söyləyib telefonu Elvinə geri qaytarmışdır. Sonradan Elvinin telefonuna baxan zaman həmin şəxsin onlarla danışaraq özünü hərbçi kimi təqdim edən şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurduğunu aşkar etmişlər. O. avtomobili saxladıqda təxminən 3-4 dəqiqə sonra yolun əks istiqamətindəki dayanacaqda marşrut nömrəsini xatırlamadığı avtobus dayanmış, bu zaman həmin şəxs avtomobildən düşüb yolun digər tərəfinə keçərək bacısının həmin avtobusla gəlib-gəlmədiyinə baxmış, lakin geri qayıdaraq bacısının həmin avtobusla gəlmədiyini söyləmişdir. Bundan sonra bu vəziyyət bir daha təkrarlanmışdır. Həmin vaxt ona məxsus satmaq istədiyi “İphone 11 Pro Max" markalı mobil telefonun qutusunu avtomobildəki qolaltının üstünə, mobil telefonu isə öz qutusunun üstünə qoymuşdur. O, avtomobildən düşüb avtobusa yaxınlaşan zaman mobil telefonu göturmüşdür bacisina göstərsin. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra saat 22:30 radələrində yolun digər tərəfindəki dayanacaqda avtobus saxlamış, bu zaman həmin şəxs yenə bacısının gəldiyini söyləyib avtomobildən düşüb gəzərək yolu keçib avtobusa yaxınlaşaraq avtobusun qabaq hissəsindən avtobusun digər tərəfinə keçib gözdən itmişdir. Bir neçə saniyədən sonra avtobus hərəkələ başlayan zaman həmin şəxsin avtobusun yan tərəfindən ağacların arasına tərəf qaçdığını görmüşdür.O, avtomobildən düşüb arxasınca qışqırmış, lakin onu eşitməmiş, buna görə də həmin şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur.Telefona cavab verərək yolu keçmək istədiyini və 1 dəqiqəyə yanında olacağını söyləmişdir.Bir neçə dəqiqədən sonra yenidəna zəng vurduqda həmin nömrəyə zəng çatmamış, buna görə də 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan 23 iyun 2021-ci il tarixdə özümə məxsus “İphone 11 Pro” markalı **********75185 və **********43185 İMEİ kodlu mobil telefonu “Tap.az" elanlar saytında 1430 manata satışa çıxarmışdır. 25 iyun 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəng vuran şəxs mobil telefonu almaq istədiyini və qiyməti aşağı endirməyini söyləmişdir. Həmin şəxslə 1200 manat razılaşdıqdan sonra görüşüb telefona baxmaq istədiyini söyləmişdir. O, həmin şəxsə harada görüşəcəklərini soruşduqda həmin şəxs Əhmədli metrosunun yanındakı “Voyage" çay evində görüşməyi təklif etmişdir. Həmin gün saat 16 radələriııdə öz avtomobili ilə “Voyage” çay evinə getmiş, çay evinə daxil olduqda orada bir nəfər şəxsin oturub çay içərək onu gözlədiyini görmüşdür. Həmin şəxs təxminən 25-26 yaşlı, arıq, hündürboy, qarayanız, qara saç, qara göz bir oğlan olmuşdur. O, həmin şəxslə görüşdükdən sonra təklifi ilə əyləşib çay içməyə başlamışdır. Söhbət zamanı həmin şəxs adının Naiq olduğunu və mobil telefonu sevgilisinə almaq istədiyini bildirmişdir. Mobil telefonu baxması üçün Naiqə vermiş, bir qədər telefona baxdıqdan sonra telefonu ona qaytararaq sevgilisinin yaxında yaşadığım söyləyib, telefonu aparıb ona göstərməyi təklif etmişdir. O, da həmin şəxslə razılaşmış, təxminən saat 16:30 radələrində oradan çıxıb onun avtomobli ilə sonradan öyrəndiyi ünvan 8 ünvanın qarşısında saxladıqda, Naiq həmin binanı göstərərək sevgilisinin həmin ünvanda yaşadığını və telefonu evə aparıb göstərmək istədiyini söyləmişdir. O, mobil telefonu ona verib söyləmişdir ki, əgər telefonu bəyənsə gəlib pulu versin, həmin şəxs də telefonun qutusunu vermiş, Naiq razılaşıb telefonu götürərək binanın blokuna daxil olmuşdur. O. da avtomobildə oturub Naiqi gözləmiş, təxminən 10 dəqiqə gözlədikdən sonra Naiqin gəlmədiyini görüb zəng etmiş, Naiq də 1-2 dəqiqəyə düşəcəyini söyləmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra da Naiqin gəlmədiyini görüb yenidən zəng vurmuş, lakin bu dəfə nömrəsinə zəng çatmamışdır.Bu zaman Naiqin arxasınca həmin bloka daxil olmuş, lakin binanın digər bir çıxışının da olduğunu gördükdə Naiqin həmin çıxışdan çıxıb getdiyini başa düşmüş, buna görə də 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özümə məxsus 2020-ci ilin yanvar ayından istifadəsində saz vəziyyətdə olan “İphone 11 pro max" markalı telefonunu 1.500 manata satışa qoymağı barədə “Tap.az” saytında elan yerləşdirmişdir. 29.10.2021 -ci il tarixdə saat 15 radələrində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs 051-563- 36-54 nömrəsindən zəng edərək telefonunu almaq istədədiyini bildirmişdir.Telefonun qiymətini 1.500 manata razılaşmış, Təqsirləndirilən şəxs telefonu almaq üçün ünvanını soruşmuş, o, da yaşadığı ünvanı bildirmişdir. Təxminən 1 saatdan sonra həmin şəxsin göndərdiyi bir nəfər yaşadığı binanın həyətinə gəlib ona zəng etmişdir.Bundan sonra o. həyətə düşərək Təqsirləndirilən şəxs göndərdiyi şəxslə görüşüb sürücüdən Naiqin göndərdiyi şəxs olduğunu soruşmuşdur.O, həmin şəxsdən pulu gətirdiyini öyrəndikdə həmin şəxs bildirmişdir ki, Naiq pulu online ödəyəcəkdir. O, da Naiq adlı şəxslə əlaqə saxladıqda Naiq ona whatsapp praqramı vasitəsi ilə ödəniş etməsi barədə elektron qəbzin şəkillərini göndərmişdir.Həmin şəxsə inanmış və telefonunu Naiqin göndərdiyi şəxsə vermişdir.Naiq adlı şəxs pulu onun hesabına göndərdiyini deyərək bankla əlaqədar problem yaranarsa bunu aydınlaşdıracağımda bildirmişdir. Gecikmənin bankala əlaqədar olduğunu düşünərək pulun daha sonra kartına yüklənəcəyinə inandırmışdır. Telefonu həmin şəxsə verib evə qayıtdıqdan bir müddət sonra həmin şəxsin nömrələrinə nə qədər zəng etsə də cavab verən olmamışdır. Artıq ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq yolu ilə telefonumu ələ keçirmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18.05.2021 -ci il tarixdə tanışı Şahid3 zəng edərək “Samsung S20“ markalı mobil telefon almaq istədiyini bildirmişdir. Rafiq tanışlarından maraqlanıb cavab deyəcəyini bildirmişdir. Həmin günü Rafiq “Samsung S20 FE" markalı mobil telefonu gətirib ona 1200 manata satmış, həmin telefona 1200 manat pul verərək alıb həyat yoldaşı Manuyolova İnnaya vermiş, İnııa özünə məxsus olan ***-***- **-** nömrəsini telefona daxil edərək istifadə etmişdir. 13.12.2021 -ci il tarixdə polis əməkdaşları tərəfindən ona zəng olunaraq bildirilmişdir ki, 3513-9729-3006-982 imci kodlu “Samsung S20 FE” markalı mobil telefon Bakı şəhəri. Xətai rayon ərazisində dəluduzİuq yolu ilə əldə edilmişdir. Bundan sonra həmin mobil telefonu aldığı şəxsə qaytararaq verdiyi pullarını geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verərək onun göstərdiyi xüsusatları ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 28.10.2014cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu 20 yanvar yarmarkasında icarəyə “NN” telekom adlı telefon mağazası götürərək telefonların alqı-satdıqısı ilə məşğul olur. 21.04.2021-ci il tarixdə saat 18 radələrində mağazada olarkən bir nəfər şəxs ona yaxınlaşaraq qutunun içərisində “Samsung” markalı “S20 FE” modelli mobil telefonu göstərib satdığını bildirmişdir. O, həmin şəxsdən telefonun kimə məxsus olduğunu soruşduqda həmin şəxs telefonun ona hədiyyə verildiyini, anasının xəstəlyi ilə əlaqədar ona pul lazım olduğu üçün 650 manata satdığını bildirmişdir. O, həmin şəxsə çox sorğu sual etdikdən sonra əmin olmuşdur ki, telefona özünə məxsusdur. Bu səbəbdən də telefona 620 manat pul verib ala biləcəyimi bildirmişdir. Həmin şəxs razılaşmış və şəxsiyyətini təsdiq edən sənədi soruşduqda vəsiqəsini itirdiyini onun əvəzinə hərbi biletini təqdim etmişdir. Həmin şəxsə və onun təqdim etdiyi sənədə baxdıqda həmin şəxsin özü yəni Təqsirləndirilən şəxs olduğuna əmin olmuşdur. Bundan sonra telefonu yoxladıqda telefon ideal vəziyyətdə olmasını müəyyən etmiş, telefonun İMİE kodu 3513-9729-3006-982/1 olmuşdur. Təqsirləndirilən şəxs hərbi biletinə aldığı tarixi, telefonun markasını, imei kodunu, əlaqə telefon nömrəsini və aldığı qiyməti yazdıqdan sonra Naiq öz imzasını atıb mağazanı tərk elmişdir. O həmin telefonu satışa qoymuş və beləliklə həmin telefonu tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2-ci Qarabağ müharibəsində iştirakı zamanı bacısı X2ma müharibədən sağ qayıdarsa mobil telefon alacağana söz vermişdir. Bu məqsəd ilə 15.08.2021 -ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “is MOBİLE” mağazasına gedərək orada mobil telefonlara baxmış, diqqətini “İphone 11 pro MAX” markalı mobil telefon cəlb etmişdir. Satıcı Səfər ilə söhbət zamanı həmin telefon 1.360 manata satdığını lakin 10 ay ərzində aylıq olaraq 150 manat pul ödəyəcəyini bildirmişdir. Bundan sonra həmin telefonu bacısı Gülgün Cəlilovaya hədiyə vermişdir. 13.12.2021-ci il tarixdə polis əməkdaşaları tərəfindən zəng olunaraq bildirilmişdir ki, 3528-7611-1529-936 imei kodlu “İphone 11 pro MAX” markalı mobil telefon Bakı şəhəri, Xətai rayon ərazisində dəluduzluq yolu ilə əldə edilmişdir.Bundan sonra həmin mobil telefonu aldığı telefon mağazasına qaytararaq verdiyi pullarımı geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə verərək onun göstərdiyi xüsusatları ifadəsində təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarənda olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 27 yanvar 2022-ci il tarixli 9/9512 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli 128 GB yaddaş tutumlu "Samsung Galaxy S20 FE” markalı, “SM G780F/DS” modelli mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən cəryan qidalandıncı (adaptor) ilə birlikdə istifadə olunması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil edir. Cinayət işi üzrə üzərində ***-***-**-** saylı nömrə olan 1 ədəd “Samsung Galaxy S20 FE” mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işi üzrə Şahid5 tərəfindən təqdini edilmiş üzərində əl yazma ilə “21.04.201-ci il, “Samsung S20 FF İmei: **********06982/01, əlaqə: ***-***-**-**, İmza, 600 manat, ***-***-**-** Natiq” qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus hərbi biletin sürəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə Şahid8 tərəfindən oğlu tərəfindən tərəfindən təqdim edilmiş “iPhone 11 Pro Max” markalı mobil telefonun girov qoyularaq 750 manat pulun götürülməsi barədə girov bileti və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinə əlavə olunmuş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Şahid2 tosifovi tərəfindən “Samsung S20 FE” markalı mobil telefonu təqdim olunmuş və götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 16.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdə tutulmuş, 15.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmiş, 15.01.2022-ci il tarixli qərarla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 4(049)-106/2022 saylı qərarından görünür ki, AR CM-nin 178.2.2 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahudlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə onun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi əməli etiraf etməsini, cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdən 15.01.2022ci il tarixədək tutulduğu müddət, yəni 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində hazırki iş üzrə seçimiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləgv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, Lənkəran Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 4(049)-106/2022 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablanmalı, maddi sübut kimi tanınmış 1 ədəd “Samsung Galaxy S20 FE” mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınmış Şahid5 tərəfindən təqdim edilmiş üzərində əl yazma ilə “21.04.201-ci il, “Samsung S20 FF İmei: **********06982/01, əlaqə: ***-***-**-**, İmza, 600 manat, ***-***-**-** Natiq” qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus hərbi bilet, maddi sübut kimi tanınmış Şahid8 tərəfindən oğlu tərəfindən tərəfindən təqdim edilmiş “iPhone 11 Pro Max” markalı mobil telefonun girov qoyularaq 750 manat pulun götürülməsi barədə girov bileti və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdən 15.01.2022-ci il tarixədək tutulduğu müddət, yəni 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləgv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Lənkəran Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 4(049)-106/2022 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Maddi sübut kimi tanınmış 1 ədəd “Samsung Galaxy S20 FE” mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınmış Şahid5 tərəfindən təqdim edilmiş üzərində əl yazma ilə “21.04.201-ci il, “Samsung S20 FF İmei: **********06982/01, əlaqə: ***-***-**-**, İmza, 600 manat, ***-***-**-** Natiq” qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus hərbi bilet, Şahid8 tərəfindən oğlu tərəfindən təqdim edilmiş “iPhone 11 Pro Max” markalı mobil telefonun girov qoyularaq 750 manat pulun götürülməsi barədə girov bileti və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-230/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-230/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver