Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-230/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, orta təhsilli, evli və 03 övladı olan, Ağdam şəhəri, R.Gözəlov küçəsi, ev 62, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyi, ev 3, mənzil 27-də yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançalarının komplekt hissəsi hesab olunan, hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla əlavə və dəyişiklik edilməmiş 01 ədəd darağı (sandıqçası) ilə birgə zavod üsulu ilə istehsal olunmuş, XŞ- 5855 nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah hesab olunan 9 mm kalibrli 01 ədəd “Makarov” konstruksiyalı PM modelli tapançanı 19 yanvar 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında tanışı Şahid4 qanunsuz olaraq əldə etdikdən sonra öz üzərində saxlayaraq daşımaqla gəzdirmiş, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında idarə etdiyi VAZ- 2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada 19 yanvar 2024-cü il tarixdə saat 21:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıyaraq əynindəki qara cins şalvarının arxa bel nahiyyəsinə keçirib gəzdirdiyi, üzərində taxılı vəziyyətdə həmin 01 ədəd darağı (sandıqçası) olan XŞ- 5855 nömrəli yivli odlu silah hesab olunan 9 mm kalibrli həmin 01 ədəd “Makarov” konstruksiyalı PM modelli tapança aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, silahı 19 yanvar 2024-cü il tarixdə Xocasən qəsəbəsində tanıdığı Surac adlı şəxsdən alıb götürmüşdür. Suracla özünün elə də yaxın dostluğu, tanışlığı olmamışdır, təxminən 1-2 ay olar ki tanımış, hərdən Xocasən qəsəbəsində kafeyə gəlib getdiyi üçün aralarında tanışlıq yaranmışdır. Onun söhbətlərindən özünə məlum olmuşdur ki, övladı xəstə olduğu üçün Surac bərk narahatdır. Elə 19 yanvar 2024-cü il tarixə keçən gecə saatlarında da saat təxminən 01 radələrində Suracla Xocasən qəsəbəsində kafenin arxa tərəfində görüşüb söhbət edərkən Suracın bərk emosional, psixoloji cəhətdən çox gərgin olmasını müşahidə etmişdir. Həmin vaxt Surac həyəcanlı və gərgin halda övladının xəstə vəziyyətindən söz salıb bildirmişdir ki, artıq yaşamaq istəmir, özünü üzərindəki odlu silahı ilə atıb öldürmək istəyir. Özü isə Suracı sakitləşdirmək üçün bir qədər təsəlli vermiş, həmçinin onun üzərində odlu silah olduğunu başa düşüb təklif etmişdir ki, silahını ona versin, üzərində silah saxlamasın. Düşünmüşdür ki, birdən Surac özünə silahla qəsd edər. Öz sözlərinin təsiri altında Surac da həmin vaxt şalvarının bel hissəsinə keçirdiyi Makarov tipli tapançanı çıxarıb ona vermişdir. Özü həmin tapançanı Suracdan götürüb özündə saxlamış, şalvarının bel hissəsinə keçirmişdir. Suracla bir az da söhbət edəndən sonra sağollaşıb ayrılmışlar.19 yanvar 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində özü Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında etibarnamə əsasında öz idarə etdiyi VAZ-2106 markalı **-XL-*** qeydiyyat nömrəli avtomobilin yanında olduğu zaman ona tərəf mülki geyimli şəxslər yaxınlaşaraq saxlamış, üzərində qanunsuz əşyaların olub-olmadığını soruşanda özü də səmimi etiraf edib demişdir ki, üzərində bir ədəd Makarov tipli tapança vardır. Belə ki, həmin odlu silah tapançanı özü bir gün əvvəl, məqsədi həmin silahı sonradan hansısa bir yolla polisə təhvil vermək olmuşdur. Polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Orada odlu silah tapança şəxsi axtarış zamanı götürülmüşdür. Həmçinin özü üzərində olan şəxsi əşyalarını da çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əməlindən peşman olmasını, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edildiyini, 03 övladının olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və götürmə aparılması, avtomobilinə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 19 yanvar 2024-cü il tarixdə işlədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əslən Ağdam şəhərindən olan və Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik özünə həvalə olunmuşdur. Bundan sonra həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməliyyat qrupu olaraq xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 19 yanvar 2024-cü il tarixdə saat 18:30-da Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edib onu dərhal saxlamışlar. Xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmişlər, təkliflərinə əsasən həmin şəxs də özünü təqdim edərək anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində qanunsuz saxladığı bu kimi predmetlər varsa məlumat versin. Təqsirləndirilən şəxs da səmimi etiraf edib demişdir ki, üzərində bir ədəd Makarov tipli odlu silah tapança vardır. Bundan sonra Təqsirləndirilən şəxs elə onun VAZ-2106 markalı **-XL-*** qeydiyyat nömrəli avtomobili ilə birgə özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində odlu silah tapança olduğunu səmimi şəkildə bir daha bildirmiş və həmin odlu silah tapançaya bənzər predmet şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa bel nahiyəsindən çıxarılıb götürülərək masanın üzərinə qoyulmuşdur. Tapançaya bənzər həmin predmet yoxlanılmış, onun içindəki boş vəziyyətdə olan darağı da çıxarılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyalarını, mobil telefonlarını, açarlarını, və xatırlamadığı digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, tapançaya bənzər predmeti Surac adlı tanıdığı şəxsdən götürmüşdür, istifadə etməmişdir, sadəcə üzərində saxlamışdır, başqa məqsədi olmamışdır. Daha sonra darağı ilə birlikdə həmin tapançaya bənzər predmet götürülüb zərfə qoyulmaqla qablaşdırılmışdır. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasının həyətinə yerləşdirilmiş VAZ-2106 markalı **-XL-*** qeydiyyat nömrəli həmin avtomobilə də Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə könüllü razılığı əsasında videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilində hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək iş üzrə dindirilmiş digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və cinayət işi ilə bağlı qeyd edilən faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki tanıyır, aralarında qohumluq münasibəti olmasa da həmişə normal dostluq, yoldaşlıq münasibətləri olmuşdur. 19 yanvar 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində özü Bakı şəhəri Xocasən qəsəbəsində yerləşən "Cənub" kafesinin yaxınlığında dostu Təqsirləndirilən şəxsla birgə dayanmış, söhbətləşmişlər. Həmin ərəfədə ailə vəziyyəti ilə bağlı, daha çox da maddi çətinliyi ilə əlaqədar sanki depressiyaya düşmüşdür. Qeyd edilən «Makarov» tapança da həmin vaxt özünün üzərində olmuş, Zaur da onun bərk emosional halda olduğunu görüb ondan həmin tapançanı birdəfəlik ona verməsini tələb etmiş, bildirmişdir ki, tapançanı üzərində saxlamasın. Özü tapançanı Zaura vermək istəməsə də Zaur onu dilə tutub xahiş etmişdir ki, odlu silahdan uzaq olması yaxşıdı və tapançanı özünə versin. Həmçinin Zaur bildirmişdir ki, tapançanı ondan götürəndən sonra ya harasa tullayacaq, ya da hansısa qaydada sonradan polisə təhvil verəcəkdir. Özü Zaurun sözündən çıxmayıb üzərində olan həmin «Makarov» tapançanı dostu Zaura vermiş, Zaur da götürüb sağollaşaraq getmişdir. Özü həmin tapançanı bir neçə illər qabaq haradansa tapmış, elə o vaxtdan özündə qalmışdır. Lakin haradan tapdığını hazırda dəqiq xatırlamır, yadında deyildir. Qeyd edilən odlu silah tapança özündə olduğu dövrdə həmin silahla heç bir hadisə, nə də cinayət hadisəsi törətməmişdir. X10 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində cinayət işi vardır və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid3 məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadələri elan edilmiş və ifadəsi digər Şahid1 və Şahid2 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa bel nahiyyəsində silah olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündə olan silah ondan götürülərək masanın üzərinə qoyuldu. Sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim edərək “Samsung” markalı mobil telefonun içərisində ***-***-**-** saylı, “Redmi” markalı mobil telefonun içərisində isə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirdi. Daha sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən açarları, arxa sol cibindən qara rəngli darağı, arxa sağ cibindən 1 manat 30 qəpik pulu, 05 ədəd diş çöpünü, sağ biləyində olan qolbağı, sol biləyində olan saatı, boynunda olan boyunbağını və sağ yan cibindən 01 ədəd sarı rəngli müştüyü masanın üzərinə qoyaraq təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd odlu silah tapança tipli dəmir predmet və 01 ədəd darağa baxış keçirildi. Baxış zamanı tapanca tipli dəmir predmetin üstündə “TLU 5855-1976” yazısının olması aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı “Surac” adlı tanışından götürdüyünü, həmin silahdan istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında heç bir məqsədinin olmadığını və onda silahın olması barədə tanışı “Surac” adlı şəxsdən başqa hər hansı bir şəxsin məlumatının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd odlu silah tapança tipli dəmir predmet və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş digər əşyalar və 1 manat 30 qəpik pul isə onun özünə qaytarıldı.Həmçinin Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “VAZ 2106” markalı, **-XL-*** qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi.Şəxsi axtarış və götürmə axşam vaxtı, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 19 yanvar 2024-cü il tarixdə saat 21:18-də başa çatdı. Məhkəmə baxışında tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-XL-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “VAZ 2106” markalı, **-XL-*** qeydiyyat nişanlı avtomobildə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədlər olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus sürücülük vəsiqəsi, “VAZ 2106” markalı, **-XL-*** qeydiyyat nişanlı avtomobil texniki qeydiyyat şəhadətnaməsi və etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmədi. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 24/154 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd XШ-5855 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş 9 mm Kalibrli MaKarov KonstruKsiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin Kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 canlı şəxsin ekpertizasının xx.xx.2024-cü il tarixli, 29/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində saxlanılarkən hər hansısa bir xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Mobil Telefon aparatının yaddaşdakı məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin isitfadəsində olan “Samsung Galaxy A7” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxılmış və cinayət işi üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarilxi cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 23 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Arayış və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında məskunlaşmışdır və ailə tərkibi 2 oğlu, 1 qızı və həyat yoldaşından ibarətdir. Təqsirləndirilən şəxs barəsində rəsmi olaraq ərizə və şikayət olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 9 mm kalibrli, XШ-5855 №-li Makarov konstruksiyalı PM modelli 01 ədəd tapança və ona aid 01 ədəd daraq maddi sübut hesab edilərək axlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, həmçinin 02 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Bayramov X6 Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin ailəsinin yeganə gəlir mənbəyi olmasını, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 yanvar 2024-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və 9 mm kalibrli, XШ-5855 №-li Makarov konstruksiyalı PM modelli 01 ədəd tapança və ona aid 01 ədəd daraq isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 yanvar 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 9 mm kalibrli, XШ-5855 №-li Makarov konstruksiyalı PM modelli 01 ədəd tapança və ona aid 01 ədəd daraq isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-230/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-230/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver