Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-231/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs1 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 2/48, mənzil 8 ünvünda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1986-cı il tarixdə Lənkəran rayonunun Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri Əşya bazarının yaxınlığında yerləşən yeni tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 06 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektin qapısının qıfılını güc tətbiq edərək armatur parçası ilə sındırmaqla açaraq qanunsuz daxil olub obyektdə Zərərçəkmiş şəxs məxsus olan təmir alətlərini yəni 80 manat dəyərində üzərində “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, 15 manat dəyərində “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd qara rəngli orta ölçülü drel, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 40 manat dəyərində “Laser lever” markalı 1 ədəd lazer aparatı, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd laqonda, 25 manat dəyərində 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 25 manat dəyərində “Candan” markalı 1 ədəd plastik boru ütüsü, hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində olan 6 ədəd yanğından mühafizə detektoru, 40 manat dəyərində “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısı, 90 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd drcl-perforator, 300 manat dəyərində “Makita” markalı 1 ədəd perforator, 250 manat dəyərində “Arçee” markalı 1 ədəd 23C mm-lik böyük laqonda, 150 manat dəyərində “Avromaxs” markalı 1 ədəd qarışdırıcı böyük drel, 250 manat dəyərində “AEG” markalı 1 ədəd drel, 50 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd vint fırlayan drel, 140 manat dəyərində “Arçee” markalı 1 ədəd elektroqarışdırıcı, 45 manat dəyərində “Avromaxs” markalı 1 ədəd drel, 65 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, ümumi doyəri 180 manat olan 1 metri 1 manat 20 qəpik olmaqla 150 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 975 manat olan 1 metri 1 manat 50 qəpik olmaqla 650 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 400 manat olan 1 metri 20 manat olmaqla 20 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, 15 manat dəyərində 10 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yumşaq elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 3.385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 06 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektin qapısının qıfılını güc tətbiq edərək armatur parçası ilə sındırmaqla açaraq qanunsuz daxil olub obyektdə Zərərçəkmiş şəxs məxsus olan təmir alətlərini yəni 80 manat dəyərində üzərində “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, 15 manat dəyərində “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd qara rəngli orta ölçülü drel, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 40 manat dəyərində “Laser lever” markalı 1 ədəd lazer aparatı, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd laqonda, 25 manat dəyərində 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin vo s.), 25 manat dəyərində “Candan” markalı 1 ədəd plastik boru ütüsü, hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində olan 6 ədəd yanğından mühafizə detektoru, 40 manat dəyərində “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısı, 90 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd drel-perforator, 300 manat dəyərində “Makita” markalı 1 ədəd perforator, 250 manat dəyərində “Arçee” markalı 1 ədəd 230 mm-lik böyük laqonda, 150 manat dəyərində “Avromaxs” markalı 1 ədəd qarışdırıcı böyük drel, 250 manat dəyərində “AEG” markalı 1 ədəd drel, 50 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd vint fırlayan drel, 140 manat dəyərində “Arçee” markalı 1 ədəd elektroqarışdırıcı, 45 manat dəyərində “Avromaxs” markalı 1 ədəd drel, 65 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, ümumi dəyəri 180 manat olan 1 metri 1 manat 20 qəpik olmaqla 150 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 975 manat olan 1 metri 1 manat 50 qəpik olmaqla 650 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 400 manat olan 1 metri 20 manat olmaqla 20 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, 15 manat dəyərində 10 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yumşaq elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 3.385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 fevral 2021 -ci il tarixdə tanışı Yalçın həmin gün onunla birlikdə gələn birinci dəfə gördüyü Nurlanla onun yaşadığı ünvanın qarşısına gələrək ona bildirmişdir ki, qardaşının hal-hazırda işlədiyi, özünün isə əvvəllər işlədiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən obyektdə təmir alətləri var və onları oğurlamaq olar. O, onlarla razılaşdıqdan sonra Nurlanın təklifi ilə taksi sürücüsü işləyən İntiqam ilə Sumqayıt şəhərində görüşərək birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən obyektə getmişlər. İntiqam idarə etdiyi “Opel” markalı avtomobildə onları gözləmişdir. Bir müddətdən sonra Yalçın obyektin qapısının kilidini armatur parçası ilə açmış, daha sonra o, Yalçın və Nurlanla birlikdə obyektə daxil olmuşdur. Oradan təmir alətləri götürərək “Opel” markalı avtomobilə qoyub oradan uzaqlaşaraq Sumqayıt şəhərinə aparıb Yalçının yaşadığı evin həyətinə yığmışlar. Bundan sonra 07 fevral 2021 -ci il tarixdə Yalçın oğurladıqları naqilləri Sumqayıt şəhərində mis qəbulu yerinə 460 manat qarşılığında satmışdır. Yalçın naqilləri mis qəbulu yerinə satan zaman o Yalçının yanında olmuşdur. Həmin puldan Yalçın ona 120 manat pul vermiş, 140 manat özünə götürmüş, 120 manat isə Nurlana vermişdir. Ona çatan 120 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Onlar qalan pulu birlikdə yeyib-içməyə xərcləmişlər. Əlavə olaraq qeyd etmişdir ki, taksi sürücüsü İntiqamın oğurluq hadisəsinin baş verməsindən heç bir məlumatı olmamışdır və onlar ona taksi pulu olaraq 15 manat vermişlər, bundan başqa onlar İntiqama uzadıcı vermişlər. Sonda törətdiyi əməldən peşman olduğunu, həmçinin zərər çəkmiş şəxsə ziyanı tam olaraq ödədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 30 yanvar 2021 -ci il tarixdən 2 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab olunan obyektdə qardaşı X5 ilə birlikdə fəhlə işləmişdir. 06 fevral 2021 -ci il tarixdə Sumqayıt şəhərində olarkən tanışı Nurlan ilə rastlaşmışdır. Aralarında olan söhbət əsnasında Nurlana bildirmişdir ki, pulu yoxdu və təklif etmişdir ki, qardaşının işlədiyi Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən təmir olunan obyektdə təmir ləvazimatları var onları oradan götürsələr şəxsi ehtiyaclarını ödəmək üçün pul qazana bilərlər. Nurlanla razılaşdıqdan sonra birlikdə yol ilə gedərkən gül satmaqla məşğul olan Natiqi görmüş və Natiqə də təklif etmişdir ki, əvvəl işlədiyi obyektdə təmir ləvazimatları var, birlikdə gedib onları götürsünlər. Onlar razılaşdıqdan sonra Nurlanın təklifi ilə taksi sürücüsü İşləyən İntiqam ilə Sumqayıt şəhərində görüşərək birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən obyektə getmişlər. İntiqam idarə etdiyi “Opel” markalı avtomobildə onları gözləmişdir. Bir müddətdən sonra obyektin qapısının kilidini armatur parçası ilə açmışlar, daha sonra o, Natiq və Nurlanla birlikdə obyektə daxil olmuşdur. Oradan təmir alətləri götürərək “Opel” markalı avtomobilə qoyub oradan uzaqlaşaraq Sumqayıt şəhərinə aparıb onun yaşadığı evin həyətinə yığmışlar. Bundan sonra 07 fevral 2021-ci il tarixdə o, oğurladıqları naqilləri Sumqayıt şəhərində mis qəbulu yerinə 460 manat qarşılığında satmışdır. Həmin puldan 140 manat özünə götürmüş, 120 manat Nurlana, 120 manat isə Natiqə vermişdir. O, 140 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin taksi sürücüsü İntiqamın oğurluq hadisəsinin baş verməsindən heç bir məlumatı olmamışdır və onlar ona taksi pulu olaraq 15 manat vermişlər, bundan başqa onlar İntiqama uzadıcı vermişlər. Sonda törətdiyi əməldən peşman olduğunu, həmçinin zərər çəkmiş şəxsə ziyanı tam olaraq ödədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 4 aydır ki, ünvan 4 ünvanda yerləşən özünə məxsus olan qeyri-yaşayış sahəsi hesab edilən boş obyekti təmir etdirir və təmir-tikinti işlərində lazım olan avadanlıqlar həmin obyektdə saxlanılır. 06 fevral 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində obyektin qapısını bağlayaraq yaşadığı evə getmişdir. 08.02.2021-ci il tarixdə saat təxminən 09:00 radələrində həmin obyektə yaxınlaşan zaman müəyyən etmişdir ki, naməlum şəxslər tərəfindən obyektin qapısının kilidi sındırılaraq içəriyə daxil olmuşlar və orada olan təmir alətlərini oğurlamışlar. Kamera görüntülərinə baxan zaman müəyyən olmuşdur ki, naməlum şəxslər 06.02.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində obyektin qapısını sındıraraq obyektə daxil olub, oradan təmir alətlərini yəni prefarator, drel, laqonda, miksir, ütü, naqillər, uzadıcı və s. oğurlamışlar. Sonda bildirmişdir ki, hazırda ona vurulan ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 07 fevral 2021-ci il tarixdə saat 14:45-də işdə olan zaman iki nəfər şəxs kəsilmiş vəziyyədə olan kabelləri iş yerinə gətirərək satmaq istədikləri bildirmişlər. O, həmin kabellərin oğurluq olubolmamasını soruşmuş, onlar isə kabellərin oğurluq olmadığını bildirmişlər. Bundan sonra o, həmin kabelləri çəkmiş və kabellər 63 kq təşkil etmişdir. O, kabellərin qarşılığında 200 manat pul verə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Yalçın həmin kabellərin oğurluq olmamasını təsdiq etmək üçün öz şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmiş və həmin kağızın üzərində kabellərin oğurluq olmadığını imzası ilə təsdiq etmişdir. O, həmin kağızın ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. Həmin günü 2 saat sonra Yalçın tək yenidən onun işlədiyi əlvan metalın qəbulu yerinə gedərək yenə kabel satmaq istədiyini bildirmişdir. O, həmin kabellərin oğurluq ola biləcəyindən qorxub onları almamışdır. O, Yalçından həmin kabelləri necə əldə etməsi barədə soruşduqda o, həmin kabelləri işlədiyi yerdən görmüş olduğu işin qarşılığında verdiklərini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli 4(005)- 180/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli 4(005)- 178/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Diskə baxış keçirilməsi barədə 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl vardır. Həmin faylda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektə daxil olaraq obyektdə olan təmir alətlərini onları ora gətirmiş “Opel Astra” markalı avtomobilə yerləşdirərək oradan uzaqlaşmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 22.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Amnistiya” qərarına əsasən 04.12.1997-ci il tarixdə Azərbaycan Respublikası CM- nin 242ci maddəsinin “A” bəndi ilə təqsirli olduğu cinayət işinin icraatına xitam verilmişdir. Nizami rayon Xalq Məhkəməsinin 20.10.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 93-4-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xızı rayon Məhkəməsinin 01.12.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci madcəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xızı rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 22.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 04.08.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum edilmiş və 17.03.2011-ci il tarixli qərarla azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 28.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan, 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 24.05.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2021-ci il tarixli 9/915 nömrəli rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş müxtəlif adda malların 2021 -ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 445 manatdır. O, cümlədən:
1. 1 ədəd üzərində “Hummer drill” yazıları olan orta ölçülü, istifadədə olmuş perforator - 80 manat;
2. 1 ədəd üzərində “AEG” yazıları olan, istifadədə olmuş, kiçik ölçülü drel -15 manat;
3. 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, qara rəngli orta ölçülü drel - 30 manat;
4. 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, yaşıl rəngli böyük ölçülü perforator - 80 manat;
5. 1 qutu üzərində “Laser Lever” yazıları olan, istifadədə olmuş lazer aparatı - 40 manat;
6. 1 ədəd markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş laqonda - 80 manat;
7. 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.) - 25 manat-
8. 1 ədəd “Candan” markalı, istifadədə olmuş plastik boru ütüsü - 25 manat;
9. 6 ədəd istifadədə olmuş yanğından mühafizə detektoru - 30 manat (6 ədəd x 5 manat). 10.1 ədəd Türkiyə istehsalı olan, üzərində “Bylion cable reel” yazıları olan, 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü istifadədə olmuş elektrik uzadıcısı - 40 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Maddi sübut kimi tanıma haqqında 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, “Laser lever” markalı 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), “Candan” markalı 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru, “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısı iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektin yaxınlığında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kmi tanınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, ona vurulmuş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə eləməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə eləməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Xızı Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1 əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, “Laser lever” markalı 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), “Candan” markalı 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru, “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, “Laser lever” markalı 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), “Candan” markalı 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru, “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Hafiz Kamranov