Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-231/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təsir maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə olan metadon təşkil edən bir ədəd konvalyut kəsiyində 02 ədəd “Metadon” həbini əldə edib üzərində saxlamaqla daşımış, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 yanvar 2024-cü il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilərək üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “M-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində, qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə olan metadon təşkil edən 02 ədəd “Metodon” həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təkrarən xeyli miqdarda təmiz çəkisi 0,349 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2024-cü il tarixdə saat 18:45 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 79 ünvanında yerləşən parket mağazasının qarşısında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nərimanov RPİnin 16-cı PŞ-nə gətirilərək, üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxardığı “kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,349 olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar olunmuş Metadon həblərini 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında “Kubinka” adlanan ərazidə yerləşən “Oba” marketin yaxınlığında gəzən zaman yerdən tapmışdır. Həmin gün saat 20:00 radələrində Binəqədi rayonunda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi iki tabletka Metadonu könüllü olaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş metamfetamini 04 fevral 2024-cü il tarixdə saat 15 radələrində Papanin adlanan yerdə adını xatırlamadığı şəxsdən almışdır. Metamfetamini 10 manata almışdır. Daha sonra həmin gün axşam saatlarında Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə aparılmışdır. Şöbədə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi metamfetamini təqdim etmişdir. X5 müharibəsində şəhid olmuşdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan “metadon” əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 09 yanvar 2024-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. 09 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 20:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlamışlar, Mahirə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun şalvarının sağ yan cibindən bir ədəd qara rəngli yapışqan lentə bükülmüş üzərində “M40” yazısı olan həblər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki “M40” adlanan narkotik vasitə metadondur və həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən yerləşən “OBA” marketin yaxınlığında gəzən zaman yerdən tapmışdır. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 04 fevral 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 18:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 79 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb onu saxlayaraq Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət olunmuş vəkilin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı Mahir əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxardığı “kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı əynindəki qara rəngli plaş gödəkçəsinin sağ yan cibindən üzərində “Kent” yazılmış boş siqaret qutusundan 1 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metanfetamini təqdim edərək həmin psixotrop maddəni 04 fevral 2024-cü il tarixdə saat 18:45 radələrində ünvan 8 ünvanda parket mağazasının qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş üzərində “Kent” yazılmış boş siqaret qutusundan 1 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metanfetamin və qara rəngli cins şalvarının sağ yan cibində olan “Nokia” markalı sadə mobil telefonu və alışqanı Təqsirləndirilən şəxs və digər Təqsirləndirilən şəxs və digər iştirakçıların şahidliyilə iştirakı ilə qablaşdırılaraq 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/774 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,349 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş həyata keçirilmişdir və həmin videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı “Kent” markalı siqaret qutusunu, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi, “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümün aşkar olunması sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirməsi və həmin bükümün zərfə qoyularaq möhürlənməsi videoqeydə alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2024-cü il tarixli verilmiş vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli şalvarın qabaq sol yan cibindən göy rəngli Redmi 9T markalı mobil telefonu və qara rəngli 2115 markalı mobil telefonu çıxardaraq təqdim etmiş və qabaq sağ yan cibindən 02 ədəd qara rəngli yapışqan lentə bükülmüş üzərində M-40 yazısı olan narkotik vasitəyə bənzəyən dərman həbləri təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə olan “Metadon” həbləri olduğunu bildirmişdir. O, həmçinin narkotik vasitəni “Kubinka” adlanan ərazidə “Oba” marketin yaxınlığında yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd qara rəngli yapışqan lentə bükülmüş üzərində M-40 yazısı olan narkotik vasitə “Metadon”-a bənzəyən dərman həbləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/122 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “M-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində iki ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elvin Tanarverdiyevin xx.xx.2024-cü il tarixli verilmiş vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 12 yanvar 2024-cü il tarixli, 161 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş həyata keçirilmişdir və həmin videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli şalvarın qabaq sol yan cibindən göy rəngli Redmi 9T markalı mobil telefonu və qara rəngli 2115 markalı mobil telefonu çıxardaraq təqdim etmiş və qabaq sağ yan cibindən 02 ədəd qara rəngli yapışqan lentə bükülmüş üzərində M-40 yazısı olan narkotik vasitəyə bənzəyən dərman həbləri təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə olan “Metadon” həbləri olduğunu bildirmişdir. O, həmçinin narkotik vasitəni “Kubinka” adlanan ərazidə “Oba” marketin yaxınlığında yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 08 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2023-cü il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmədən şərti olaraq vaxtından əvvələ azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,349 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd metadon həbləri maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalan təmiz çəkisi 0,299 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd metadon həbi saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 13-cü qrafasına əsasən 0,02 qram metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs təkrar olaraq cinayət törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 08 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2023-cü il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmədən şərti olaraq vaxtından əvvələ azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarlmışdır. O, hazırkı iş üzrə cinayət əməlini isə cəzadan azad edildikdən sonra bir il müddət keçmədən törətmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında artıq miqdarda psixotrop maddə əldə etməsinə və daşımasına görə məhkum olunmasını və yenidən analoji cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəuyğundur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 04 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 19 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, cəmi 04 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 146 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,299 qram çəkidə olan metamfetamin və 01 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutma altında saxlanıldığı 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 08 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,299 qram çəkidə olan metamfetamin və 01 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 146 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-231/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-231/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver