Məhkəmə qərarları › İş №1(005)-231/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-231/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-231/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Mirmehdi oğlunun viştirakları ilə, xx xxxxxx 1978-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvəllər məhkum edilməmiş, Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 36, mənzil 57 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir tikinti və biznes fəaliyyəti ilə məşğul olmadığı halda özünü Bakı və Sumqayıt şəhərlərində tikinti və quraşdırma işləri ilə məşğul olan geniş əlaqələrə malik şəxs kimi təqdim edib fərdi qaydada tikinti materiallarının satışı fəaliyyətini həyata keçirən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək inam yaratmaqla sonuncuya ona nisyə qaydada taxta materialı verəcəyi təqdirdə 15 gün müddətində pulunu ödəyəcəyi və mütəmadi qaydada ondan xeyli miqdarda material alacağına dair yalan vəd verib aldatmış, bu niyyətlə 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, 2095-2096 məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus anbardan 29.350 manat dəyərində taxta materiallarını götürüb Sumqayıt şəhər ərazisində istintaqa məlum olmayan şəxsə orta bazar qiymətindən, yəni dəyərindən ucuz qiymətə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, DİN-nin sərəcamına götürdükdən sonra təqaüdə çıxmağı ilə bağlı raportla rəhbərliyə müraciət etmiş, təqaüdlə bağlı raport yazıb verdiyinə görə özəl sektorda işə başlaya biləcəyini fikirləşmiş, bu minvanla tikinti işləri aparmaq qərarına gəlmiş və bununla bağlı bir neçə şəxslə tikinti işləri görməzi barədə razılaşmışdır. Onun öhdəsinə düşən tikinti sahələrinə taxta materialı vermək olmuş, tikinti işləri görənlərin əksəriyyətinin bazarla nisyə işlədiyini eşitdiyindən o, da taxta bazarında nisyə taxta verən şəxsləri maraqlanmağa başlamış və Dərnəgül bazarında əvvəllər tanıdığı Ruslan adlı şəxsin taxta satılan yerinin olmasını və onun tikinti işləri görən adamlarlarla nisyə işlədiyini öyrənmişdir. Buna görə 2023-cü ilin avqustun əvəllərində o, Ruslana zəng edib ondan nisyə taxta veribvermədiyini maraqlananda sonuncu Dərnəgül taxta bazarında qohumu Mamed adlı şəxsin nömrəsini verib həmin şəxsə zəng etməsini, həmin şəxsin taxta materialı satdığını, Mamedə tapışaracağını və ona nisyə taxta verəcəyini bildirmişdir. Bundan sonra o, əvəllər tanımadığı, Mamed kimi tanıdığı, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə hazırda xatirinda qalmayan nömrəsi ilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs Ruslanın ona zəng etdiyini, ona nisyə taxta verməsini ondan xahiş etdiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsla telefon danışığı zamanı ona nisyə taxta materialı verməsi barədə razılaşmış və o, taxtanın sayını və ölçüsünün əks olunduğu siyahını vhatsap vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmişdir. Sonuncu da göndərdiyi siyahı üzrə materialın qiymətlərini ona atmış və həmin siyahı üzrə ümumi qiymət 26.000 manat civarında olumşdur. O, qiymətlərə baxıb bir az baha olduğunu, lakin nisyə verməsini nəzərə alıb Zərərçəkmiş şəxsla razılaşmış və siyahı üzrə taxtanı yükləyib göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs da Dərnəgül bazarında dayanan yük avtomobilləri ilə onun istədiyi taxta materialları Bakı-Sumqayıt yolunda olan tanışına məxsus qarovulu olan sahəyə boşaldıb oradan hissə-hissə seçərək təmir-tikinti yerlərinə göndərmişdir. 2023-cü ili avqust ayının ikinci yarısı o, Bakı şəhəri, Səbail rayonu 41-ci PB-yə təhqiqatçı vəzifəsinə təyin edilmiş və buna görə də o, tikinti və digər işlərdən çəkilmiş, həmin iş dağılmış və o, taxtanın pulunu cəmləyib Zərərçəkmiş şəxs verə bilməmişdir. Təxminən həmin ilin oktyabr ayının sonlarına yaxın Zərərçəkmiş şəxsla əlaqə saxlayıb vəziyyəti ona izah edib pulu gərə gözləməsini xahiş etmişdir. Aradan bir az keçəndən sonra 1000 manat düzəldib Zərərçəkmiş şəxs vermişdir. Onun niyyəti heç bir halda sonuncunu aldatmaq olmamış, sadəcə işləri düz gətirmədiyindən onun pulu qaytarmaqda çətinliyi yarandığı üçün pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs artıq onun harada işləməsini bilirmiş. O, Zərərçəkmiş şəxsla hər dəfə əlaqə saxlayıb bir az səbirli olmasını və onu gözləməsini xahiş edirmiş. İkinci dəfə o, Zərərçəkmiş şəxs göndərdiyi kart hesabına 1800 manat pul atıb çekin şəklini də özünə göndərmiş və 2024-cü ilin noyabr ayının əvvəllərinə qədər pulun bir hissəsini də ödəyəcəyinə söz vermişdir. Sonuncu dəfə o, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Naxış» restoranında görüşmüş, ona pulunun hələ olmadığını, lakin əlindən gələni edib çalışıb onun pulunu qəpiyinə qədər verəcəyimi bildirib onu gözləməsini xahiş etmişdir. Həbs olunduqdan sonra isə o, taxtaya görə Zərərçəkmiş şəxs 10.000 manat pul ödəmişdir. Sonda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 29350 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, 2095-2096 məhəllə ərazisində yerləşən taxta bazarında tikinti materiallarının, əsasən də döşəmə, tavan və dam üçün nəzərdə tutulmuş taxtaların hazırlanaraq satışını həyata keçirirmiş. Təqsirləndirilən şəxs aralarında olan taxta materialının satışından əvvəl tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 06 avqust 2023-cü ildə səhər saatlarında qohumu Ruslan ona zəng edərək onun Cəsarət adlı tanışının olduğunu, həmin şəxsin Sumqayıt və Bakı şəhərində tikinti işi ilə məşğul olduğunu, həmin şəxsə qısa müddətə taxta materialları nisyə verməsini xahiş edib Cəsarət adlı şəxsin nömrəsini ona vermiş və sonuncunun onunla əlaqə saxlayacağını bildirmişdir. Elə həmin gün ***-***-**-** nömrədən ona zəng gəlmiş və özünü Ruslanın tanışı kimi təqdim edən Təqsirləndirilən şəxs onunla danışıb ona taxta materialı lazım olacağını, guya Sumqayıt və Bakı şəhəri ərazisində inşa olunan yeni tikili binalardan sifariş götürdüyünü, bununla bağlı layihə hazırladığını və ora lazım olan taxta materiallarını gələcəkdə ondan alacağını, ondan alacağı taxta materialların pulunu 15 gün müddətində tam şəkildə ödəyəcəyini bildirmişdir. O da ona inanıb etiraz etməmiş və ortada Ruslan olduqdan sonra problem olmayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona vatsapda ona lazım olan döşəmə üçün quru taxta və tikintidə ümumi istifadə olunan yaş taxta materialın ölçülərini və növünün siyahısını göndərmişdir. O da sifarişə uyğun olaraq 29.350 manat dəyərindəki taxta matarialı ertəsi gün, yəni 07 avqust 2023-cü il tarixdə bazardakı yük daşıyan, hazırda xatirində qalmayan şəxsin yük avtomobilinə yükləmiş və Təqsirləndirilən şəxs nömrəsini yük aparan şəxsə vermişdir ki, özü ilə əlaqə saxlayıb taxtanın boşaldılacağı yeri maraqlansın. Sürücü də Təqsirləndirilən şəxs özü ilə maraqlanandan sonra taxta material Sumqayıt şəhərinə aparılmış və sonuncunun tapşırığı ilə ona məlum olmayan tikinti yerinə boşaldılmışdır. Taxtanın pulunun ödəniləcəyi vaxt gəlib çatandan sonra Cəsarət pulu ödəməmiş və müxtəlif bəhanələrlə bu gün-sabah deyərək vaxtı uzatmışdır. Bir neçə dəfə o, Ruslanla birlikdə Təqsirləndirilən şəxsla görüşmüş və görüş zamanı sonuncu guya yeni layihə üzərində işlədiyini və həmin işlə bağlı müəyyən xərcləri çıxdığı üçün pulu gecikdirdiyini, guya tikinti sahibindən pulu ala bilmədiyini bildirərək ondan yenə də əlavə vaxt istəmişdir. O, Təqsirləndirilən şəxs taxta material alıb pulu ödəməyən şəxslərin kimliyini və tikintinin yerini deməsini, lazım olarsa pulun geri alıması üçün özünün gedib həmin şəxslərlə danışacağını bildirsə də Təqsirləndirilən şəxs bundan boyun qaçırmışdır. Görüşdən bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun pulunu yenə də ödəməmiş, hər dəfə onunla əlaqə saxladıqda isə yenə ona müxtəlif bəhanələr söyləyərək vaxtı uzatmağa davam etmiş və həmin vaxtdan uzun müddət vaxt keçməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs öz pulunu ala bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sabil RPİ-nin 41 -ci Polis Bölməsində təhqiqatçı işlədiyini öyrənib həmin bölməyə şikayət edəndən sonra Təqsirləndirilən şəxs cəmi bir dəfəyə onun kartına 1800 manat pul göndərmiş və ödənişi tez-tez edəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs yenə də vədinə əməl etməmiş və bundan sonra o, Təqsirləndirilən şəxs daha yuxarı instansiyalara şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxsnın xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 11946 nömrəli, xx.xx.2025-ci il tarixli 17396 nömrəli, xx.xx.2025-ci il tarixli 2970 nömrəli, xx.xx.2025-ci il tarixli 12544 nömrəli və xx.xx.2025-ci il tarixli, 8699 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 7341 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (29.350 manat-25 faizi 7337,5 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 ogluna məhkəmədə iştirak etdiyi 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar