Məhkəmə qərarları › İş №1(005)-232/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-232/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-232/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 hüquqi varisi X1 və müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1957-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri H.Ə.Əliyev prospekti ev 42-də qeydiyyatda olan, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən yaşayış binasında yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, xx xxxxxx 1971-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Gürbulaq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi 2-ci döngə, ev 19-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcan əlbir olan bir qrup şəxslə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırıb və qanunsuz hazırlayıb, sənədin saxtalığını biləbilə həmin sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hüquq verən rəsmi sənəd olan onunla X31 arasında bağlanması barədə onun Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 103 kv.metr olan 18 və 48 saylı mənzillərə pay hüququ əldə etməsinə dair 05 noyabr 2006-cı il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 hüquq verən rəsmi sənəd olan arvadı Məhərrəmova (Ələkbərova) Ziyafət Ələsgər qızı ilə X31 arasında bağlanması barədə Z.Ə.Məhərrəmovanın (Ələkbərovanın) Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 76 kv.metr olan 1 otaqdan ibarət 65 saylı mənzilə pay hüququ əldə etməsinə dair 06 iyul 2009-cu il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, özünə məxsus kimi təqdim etdiyi, əmlak hüququ olmadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 54 kv.m sahədən ibarət 1 otaqlı 48 saylı mənzili Zərərçəkmiş şəxs1 satacağını və sənədləşdirəcəyini vəd edərək, 2014-cü ilin dekabr ayının əvvəllərində qeyd edilən ünvanda aldatma yolu ilə həmin dövr üçün 19063,35 manat nisbətində 24300 ABŞ dolları pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, 2014-cü ilin dekabr ayının sonlarında X31 ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 14 fevral 2007-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilə hazırlayıb, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində Zərərçəkmiş şəxs1 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, özünə məxsus kimi təqdim etdiyi, əmlak hüququ olmadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 76 kv.m sahədən ibarət 1 otaqlı 55 saylı mənzili Zərərçəkmiş şəxs2 satacağını və sənədləşdirəcəyini vəd edərək, istifadə etmək məqsədi ilə 21 may 2017-ci il tarixdə Gəncə şəhərində X31 ilə Təqsirləndirilən şəxs2 arvadı X10 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 10 may 2007-ci il tarixli və X31 ilə X58 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 17 may 2007-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilələri hazırlayıb, X28 Vüsal Yaqub oğlu vasitəsilə Bakı şəhəri Xətai rayonu Babək prospekti 61 C ünvanda maşın bazarının yaxınlığında Zərərçəkmiş şəxs2 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə edib, Yaqub Alıyevə olan borcunun müqabilində aldatma yolu ilə Vüsal Alıyevə 7000 manat verdirmiş, daha sonra cinayət əməlini davam etdirərək qeyd edilən mənzilə dair məhkəmə mübahisəsinin olmasını bildirib, həmin mənzilin əvəzində göstərilən binada özünə məxsus olduğu kimi təqdim etdiyi, əmlak hüququ olmadığı ümumi sahəsi 76 kv.metr olan 26 saylı mənzili satacağını və sənədləşdirəcəyini vəd edərək, aldatma yolu ilə 05 iyun 2020-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsdlə Gəncə şəhəri Nizami rayonu Xan bağı parkının qarşısında Təqsirləndirilən şəxs2 qardaşı X11 vasitəsi ilə 1500 manat ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8500 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 mənzili satmasına inandırmaq məqsədilə 08 iyun 2020-ci il tarixdə Gəncə şəhərində X31 ilə X32 arasında bağlanmasına dair sonuncunun Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 76 kv.m sahədən ibarət 1 otaqlı 26 saylı mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 23 may 2007-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilə hazırlayıb, ünvan 2 ünvanda yerləşən 1 saylı Notariat Kontorunun qarşısında Qalib Zeynalovun vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, özünə məxsus kimi təqdim etdiyi, əmlak hüququ olmadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 87 kv.m sahədən ibarət 2 otaqlı 82 saylı mənzili ona satacağını və sənədləşdirəcəyini vəd edərək, bu adla 2021-ci ilin aprel ayının sonlarında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında Zərərçəkmiş şəxs3 3000 manat pulunu ələ keçirmiş, 04 may 2021-ci il tarixdə X31 ilə X7 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 22 may 2008-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilə hazırlayıb, həmin müqaviləni Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu 4a ünvanda yerləşən «X59» kafesində Zərərçəkmiş şəxs3 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə edib aldatma yolu ilə 40630 manat nisbətində 23900 ABŞ dolları pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda, ümumilikdə 43630 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırıb və qanunsuz hazırlayıb, sənədin saxtalığını bilə-bilə həmin sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, özünə məxsus kimi təqdim etdiyi, əmlak hüququ olmadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 76 kv.m sahədən ibarət 1 otaqlı 55 saylı mənzili Zərərçəkmiş şəxs2 satacağını və sənədləşdirəcəyini vəd edərək, istifadə etmək məqsədi ilə 21 may 2017-ci il tarixdə Gəncə şəhərində X31 ilə onun arvadı X10 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 10 may 2007-ci il tarixli və X31 ilə X58 arasında bağlanmasına dair sonuncunun qeyd edilən mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 17 may 2007-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilələri hazırlayıb, X28 Vüsal Yaqub oğlu vasitəsilə Bakı şəhəri Xətai rayonu Babək prospekti 61C ünvanda maşın bazarının yaxınlığında Zərərçəkmiş şəxs2 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə edib, Yaqub Alıyevə olan borcunun müqabilində aldatma yolu ilə Vüsal Alıyevə 7000 manat verdirmiş, daha sonra cinayət əməlini davam etdirərək qeyd edilən mənzilə dair məhkəmə mübahisəsinin olduğunu bildirib, həmin mənzilin əvəzində göstərilən ünvanda yerləşən binada Təqsirləndirilən şəxs1 məxsus kimi təqdim etdiyi əmlak hüququ olmadığı ümumi sahəsi 76 kv.metr olan 26 saylı mənzili satacağını və sənədləşdirəcəyini vəd edərək, aldatma yolu ilə 05 iyun 2020-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsdlə Gəncə şəhəri Nizami rayonu Xan bağı parkının qarşısında qardaşı X11 vasitəsi ilə Təqsirləndirilən şəxs1 1500 manat verdirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8500 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 mənzili satmasına inandırmaq məqsədilə 08 iyun 2020-ci il tarixdə Gəncə şəhərində X31 ilə X32 arasında bağlanmasına dair sonuncunun Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 76 kv.m sahədən ibarət 1 otaqlı 26 saylı mənzilə pay hüququ əldə etməsi barədə saxta və qanunsuz 23 may 2007-ci il tarixli hüquq verən rəsmi sənəd olan müqavilə hazırlayıb, ünvan 2 ünvanda yerləşən 1 saylı Notariat Kontorunun qarşısında Qalib Zeynalovun vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasının inşası mərhum X31 tərəfindən həyata keçirilməyə başlanmışdır. O da Rövşən Rüstəmovun həmin binanın tikintisi ilə məşğul olan şəxs kimi tanımış və özü də həmin binada məsul icraçı işləmiş, 2006-cı ildə binanın tikintisinə başlanılması ilə əlaqədar sənədləşdirmə işləri aparılmışdır. 2007-ci ildə binanın tikintisinə başlanılmış, 2009-2010-cu illərdə tikinti işləri dayandırılmış, 2011-ci ildə Rövşən Rüstəmov vəfat etmiş və binanın tikintisi yarımçıq qalmışdır. 2014-cü ildə binanın tikintisi bərpa edilmiş, 2015-ci ildən binada artıq sakinlər yaşamağa başlamışlar. 2019-cu ildən Gəncə şəhərində Gəncə 1 Mənzil Mülkiyyətçilərinin Müştərrək Cəmiyyətinin sədri vəzifəsində çalımışdır. Cəmiyyətin fəaliyyəti Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasına rəhbərlik etmək, müəyyən xərcləri yığaraq kommunal xərcləri və eləcə də digər problemlər yaranarsa həmin problemləri həll etməkdən ibarət olmuşdur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasından 05 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən 18 və 48 saylı mənzilləri Rövşən Rüstəmovdan almış, mənzillərə aid müqaviləni Rövşən qol çəkib möhürləmişdir. Mənzillərin pullarını hər bir kv.m üçün 230 ABŞ dolları məbləğinə razılaşmış, pulları isə tanışı Ələddin qəbul etmişdır. Sonda isə müqavilədə iki mənzil qeyd edib vermişdir. Həmin mənzilə xatırlamadığı məbləğdə ödəniş etmişdir. Sonradan o, 48 saylı mənzili satmaq qərarına gəlmiş və həmin mənzil xx.xx.2008-ci il tarixli müqavilə əsasında tanışı X17 24000 ABŞ dollar məbləğində pula satmış, həmin mənzilə dair Firəngizin adına müqaviləni də X54 Bakı şəhərində 9-cu mikrorayonda öz ofisində yazaraq təhvil vermişdir. Mənzilin satışından əldə etdiyi pulları öz şəxsi işlərinə xərcləmişdir. Qeyd olunan 48 saylı mənzili o, Zərərçəkmiş şəxs1 satmamışdır. Bundan başqa, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasından 06 iyul 2009-cu il tarixli müqavilə əsasında arvadı X1 adına 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 76 kv.metr olan 1 otaqdan ibarət 65 saylı mənzili X54dan almış, mənzilə aid müqaviləni Rövşən özü qol çəkib möhürləmişdir. Həmin mənzilin dəyəri kv.metrəsi 210 manat olmaqla 15960 manat təşkil etmişdir. Həmin vaxt o, arvadı Ziyafət ilə rəsmi ailə qurmamış və onun soyadı Ələkbərova olduğundan müqavilədə də həmin soyad, yəni Ələkbərova kimi qeyd olunmuşdur. Bundan başqa, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasında 55 saylı mənzili Zərərçəkmiş şəxs2 o deyil, tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 satmışdır. Təqsirləndirilən şəxs2 2011-ci ildə vəfat etmiş X54un arvadı Şahid6 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində isnşa edilən 10 mərtəbəli yaşayış binasının təmir-abadlıq işləri aparmasına dair etibarnamə vermişdir. Saminin həmin binadakı 55 saylı mənzili almasını o, sonradan eşitmiş, o, Saminlə görüşən zaman həmin mənzilin sahibinin başqa şəxs olduğunu bildirmişdir. Sonradan da eşitmişdir ki, Samin, Adil barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan başqa, 29-30 aprel 2021-ci il tarixdə təxminən saat 16 radələrində bir nəfər əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxs, digər bir nəfər sonradan adının Elgiz olduğunu bildiyi şəxslə ona yaxınlaşaraq M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasında ev almaq istədiyini bildirmişdir. O da, Cavada etiraz etməmiş, həmin binada bir neçə mənzilin satıldığını deyib, həmin mənzilləri göstərmişdir. Cavad, həmin mənzillərə baxdıqdan sonra binanın İİ blok İX mərtəbəsində ümumi sahəsi 87 kv.metr olan 82 saylı mənzili bəyənmiş və mənzilin fotoşəkillərini çəkib ondan həmin mənzilin dəyərini soruşmuşdur. O isə Cavada həmin mənzilin dəyərini bilmədiyini, ev sahibi, evə müştəri tapmasını xahiş etmiş X14 ilə əlaqə saxladıqdan sonra dəyərini onlara deyə biləcəyini bildirmişdir. Bundan sonra, o, Amalya Abdullayevanın mobil telefon nömrəsi ilə əlaqə saxlayıb ona söhbət zamanı evini almaq istəyən müştərinin olduğunu və satdığı mənzilin dəyərini soruşmuşdur. Amalya da mənzilini 42000 manata satdığını, həmin məbləğdən 1000 manat keçə biləcəyini və yekunda mənzili 41000 manata sata biləcəyini demişdir. O da bu barədə Elgiz və Cavada bildirmişdir. Onlar da razılaşmışlar. Bundan sonra, o, həmin vaxt orada mənzilə kommunal çəkilişləri, su və qaz sayğacları quraşdırılması üçün hesablayıb Cavaddan 3000 manat istəmişdir. Cavad da razılaşıb oradaca ona 3000 manat pulu vermişdir. Bundan bir gün sonra Elgiz, onun mobil nömrəsinə zəng etmişdir. Söhbət zamanı o, Elgizə Amalyanın alqı-satqıya razı olduğunu və Gəncə şəhərinə gəlib 41000 manat verdikdən sonra evi onun və ya Cavadın adına rəsmiləşdirə biləcəyini bildirmişdir. Elgiz, işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə gələ bilməyəcəyini deyib, Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin fotoşəkilini onun mobil telefonuna göndərmiş və sənədləşmə işləri aparıldıqdan sonra Bakı şəhərinə gəlmələrinə, mənzilin alqı-satqısı üçün 41000 manat pulu Amalyaya Bakı şəhərində verə biləcəyini bildirmişlər. O, bu barədə Amalyaya bildirdikdə Amalya Bakı şəhərinə gedə bilməyəcəyini, artıq bir neçə vaxtdır tanışlıqları olduğundan, ona etibar etdiyindən evə dair Zərərçəkmiş şəxs3 adına etibarnamə vermişdir. 04 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nərimanov rayonu, X42 yaxınlığında yerləşən adını xatırlamadığı çay evində Zərərçəkmiş şəxs3 və özünü Elgizin tanışı kimi təqdim edən adını xatırlamadığı orta yaşlı kişi ilə görüşmüşlər. Zərərçəkmiş şəxs3 çay evində mənzilə görə Amalya Abdullayevaya çatdırması üçün 23900 ABŞ dolları pul vermişdir. O da Cavada evə dair Amalyanın verdiyi AR – İİ, № - 294716 saylı etibarnaməni və 22 may 2008-ci il tarixli müqaviləni vermişdir. Həmçinin, sənədin arxasına X8 çatacaq 23.900 ABŞ dolları pulu aldığını öz xəttilə yazıb imza etmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq barəsində şikayət ərizəsinin olduğunu deyib Nərimanov rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. Polis idarəsində Zərərçəkmiş şəxs3 onun ona verdiyi etibarnaməni və 22 may 2008-ci il tarixli müqaviləni polis əməkdaşlarına təqdim etmişdir. O da Cavaddan aldığı 23900 ABŞ dolları pulu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Gəncə şəhəri Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv.metr olan 55 saylı, həmin yaşayış evinin 7-ci mərtəbəsində, ümumi 76 kv metr olan 26 saylı mənzilləri olmuşdur. O, həmin mənzilləri, yaşayış evini inşa etdirmiş mərhum X15 arvadı Şahid6 hər birini 10300 ABŞ dollarına almışdır. 26 saylı mənzilə görə 23 may 2007-ci il tarixli müqaviləni alarkən Şahid6 ona başqa bir adamın adına müqavilə bağlanmasını bildirdiyindən, o da bununla bağlı dostu olduğundan etibar edib X38 müraciət etmiş, Elmar Həsənovun şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlatdırmışdır. 2016-cı ilin noyabr ayında o, qeyd olunan 55 saylı mənzili satmaq qərarına gəlib, bu məqsədlə də həmin ay Gəncə şəhəri ərazisində evlərin alqısatqısı ilə məşğul olan tanışı Şahid2 zəng etmiş və ona təcili pula ehtiyyacı olduğuna görə mənzili on bir min manata satmaq istədiyini bildirmişdir. Tapdıq da ona Nizami adlı tanışının Gədəbəy rayonunda yaşayan Yaqub adlı qohumunun Gəncə şəhərindən ev almaq istədiyini, həmin mənzili Yaquba göstərməyini təklif etmişdir. O da Tapdığa mənzili satacağı təqdirdə 200-300 manat arası pul verəcəyini bildirmişdir. Ertəsi günü saat 10 radələrində o, Tapdığın zəngindən sonra yaşayış binasının yaxınlığına getmiş və Tapdıqla birlikdə mənizli Yaquba göstərmişdir. Üçü birlikdə mənzilə baxış keçirmiş və mənzil Yaqubun xoşuna gəldikdən sonra onu almaq istədiyini bildirmişdir. O, mənzili Yaquba 11.000 (on bir min) manata satmağa razılaşmışdır. Həmin günü Yaqub onunla birlikdə notariat kontoruna gedib müqavilə bağlamışdır. Yaqub ona, notariat kontorunun qarşısında 6000 manat, sonra isə 1000 manat pul vermişdir. O, əldə etdiyi pulları şəxsi işlərinə xərcləmişdir. 2017-ci ilin mart ayında Tapdıq ona zəng edib Yaqubun səhhətində yaranmış xəstəlikdə bağlı mənzili geri qaytarmaq istədiyini bildirmişdir. O da Tapdığa Yaqubdan aldığı pulu xərclədiyini, həmin pulu mənzilə yeni müştəri tapıldıqdan sonra mənzilin satışından əldə edəcəyi puldan Yaqubun borcunu geri qaytaracağını bildirmişdir. 2017-ci ilin mart ayının əvvəllərində, günorta saatlarında Tapdıq ona mənzilə Samin adlı müştərinin olduğunu, mənzilə baxmaqdan ötrü Samin ilə birlikdə yaşayış evinin yanına gedəcəklərini və mənzilin açarlarını gətirməsini xahiş etmişdir. O da avtomobili ilə evin yanına getmiş, orada Saminlə salamlaşdıqdan sonra onlarla birlikdə qalxıb mənzilə baxmışlar. Samin evə baxış keçirdikdən sonra mənzili bəyəndiyini bildirərək, evin sənədlərini soruşmuşdur. O, Saminə binanın kommunal birliyə təhvil verilmədiyinə görə yalnız müqavilə və etibarnamə ilə satdığını, yaxın gələlcəkdə bina balansa verildikdən sonra mənzilə dair müvafiq çıxarışın ona veriləcəyini bildirmişdir. Samin mənzili on bir min manata almağa razılaşdıqdan sonra o, Saminə mənzili Yaqub adlı şəxsə 11.000 (on bir min) manata satdığını, hazırda Yaqubun səhhətində yaranmış xəstəliklə bağlı mənzil geri qaytarmaq istədiyini, onun isə öz növbəsində Yaqubdan aldığı pulu xərclədiyinə görə hazırda pulu geri qaytara bilmədiyini, ondan, yəni Samindən alacağı puldan yeddi min manatı Yaquba verəcəyini bildirmişdir. Sonra o, istifadəsində olan mobil telefonla Yaquba zəng edib, Yaquba yeddi min manat pulu geri qaytaracağını, pulu qaytardıqdan sonra mənzilə dair sənədləri geri qaytarmasını xahiş etmişdir. Bir neçə gündən sonra Samin, Bakı şəhərində yerləşən mənzilini satmış, 7000 manat pulu onun xahişi ilə Bakı şəhərində Yaqubun oğlu Vüsala vermişdir. Beləliklə də onun Yaqubdan mənzilə görə aldığı 7000 manatı Samin qaytarmışdır. Vüsal da onun arvadı Elnarənin adı ilə Yaquba satılmış Gəncə şəhəri Nizami rayonu M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 55 saylı mənzilin ilkin sənədini (müqaviləsini) Saminə təhvil vermişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Samin, arvadı Zahidə ilə birlikdə Yaqubla Gəncə şəhərində görüşüb birlikdə 5 saylı notariat kontoruna gedərək 55 saylı mənzilə dair Yaqubdan etibarnamə almışdır. Sonra mənzilin mübahisəsi yaranmış və Samin mənzili təmir etdirib ora köçə bilməmişdir. Bir neçə gün sonra o, Saminə zəng edib ona binanı tikmiş X54un arvadı Şahid6 onu məhkəməyə verdiyini, evə dair mübahisənin məhkəmə icraatında olduğu üçün təmir işlərini müvəqqəti olaraq dayandırmasını xahiş etmişdir. Samin də buna görə etirazını bildirmiş və təmir işlərini dayandırmışdır. Sonra Samin, kirayə pulu verməməkdən ötrü, mənzili təmir etdirib ora köçmək istədiyini bildirən zaman, o, Saminə mənzilə dair məhkəmə mübahisəsi yekunlaşana kimi onun hər ay 200 manat kirə pulunu verəcəyini bildirmşdir. Onun xahişilə Tapdıq mənzilə dair sənədləri Samindən alıb ona gətirmişdir. 29 sentyabr 2017-ci il tarixdə arvadı Elnarənin adı ilə olan müqaviləni və Elnarənin notariat kontorunda Saminin arvadı Zahidənin adına verilən etibarnaməni Tapdığa vermiş və ona tapşırmışdır ki, həmin sənədləri Saminin ailəsinə versin. 2020-ci ilin iyun ayının əvvəllərində o, Saminə 55 saylı mənzilin mübahisəsinin yubandığını, həmçinin sərt karantin rejimi ilə əlaqədar müəyyən işlərin həllini tapmadığını bildirərək, ona həmin binanın 26 saylı mənzilini vermək istədiyini bildirmişdir. Samin ondan 26 saylı mənzilin sənədlərinin qaydasında olub-olmadığını soruşduqda, o, Saminə evin sahibinin dostu Təqsirləndirilən şəxs1 olduğunu, 1500 (bir min beş yüz) manat pul Eldara verildikdən sonra mənzilə köçüb orada yaşaya biləcəyini bildirmişdir. Samin ondan 26 saylı mənzilin mübahisəli olub-olmadığını soruşduqda o, Saminə həmin mənzilin mübahisəsinin olmadığını, 1500 manat pulu Eldara verdikdən sonra mənzilin sənədlərini Eldardan götürəcəyini bildirmişdir. Ertəsi günü Samin, onun zəngindən sonra qardaşı Qaliblə şəhərin mərkəzində görüşmüş, qardaşı Qalib Samindən götürdüyü 1500 manat pulu Eldara vermişdir. Eldar mənzilə dair sənədləri qısa zaman ərzində düzəldib Saminə verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Saminə 26 saylı mənzilə dair müqaviləni borcunun əvəzində girov saxlaması üçün vermişdir. Sonra isə Samin ondan 26 saylı mənzilə gedib baxmağı xahiş etmişdir. O, Saminlə görüşüb birlikdə binaya gedib 26 saylı mənzilə baxmışlar. Samin, mənzilin giriş qapısının bağlı olduğuna görə öz iradlarını bildirmişdir. Həmin vaxt o, qapını təpikləyib kilidini sındırmaq istəsə də Samin qapını sındırmağa qoymamışdır. Həmin tarixdən Samin mobil telefonla ona zənglər edib pulunu geri istəmişdir. O, Samindən aldığı 7000 manat pulu geri qaytara bilmədiyinə görə vaxtın uzanmağından ötrü müxtəlif bəhanələr demişdir. Bu barədə ailə üzvləri bildikdən sonra oğlu Sabutay, Saminin barəsində şikayət etməməsindən ötrü 21 oktyabr 2020-ci il tarixdə Saminə 1 saylı Notariat Kontoruda yaşadığı ünvan 5 ünvana etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixdə Samin, onun barəsində Gəncə şəhər Nizami rayon polis İdarəsinə şikayət etmişdir. O, Saminin etdiyi şikayəti geri götürməsindən ötrü, 13 fevral 2021-ci il tarixdə Gəncə şəhər 1 saylı Notariat Kontorunda istifadəsində olan “VAZ 2121 markalı” **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermiş, bir müddət sonra həmin etibarnaməni ləğv etdirmişdir. Hazırda Saminlə barışmışdır. Saminin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 54 kvadrat metr sahəsi olan 48 saylı 1 otaqlı mənzilini 14 fevral 2007-ci il tarixli müqavilə əsasında almışdır. Belə ki, həmin mənzilin alınması ilə bağlı 2014-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə aralarında razılaşma olmuş və mənzil üçün 24.300 ABŞ dolları həmin mənzildə qeyd olunan tarixdə ikilikdə bilavasitə Eldara ödəmiş, Eldar da müqaviləni Bakı şəhərinə aparıb Rövşən Rüstəmova imza etdirib möhür vurduqdan sonra ona verəcəyini demişdir. O, pulu Eldara ödədikdən təxminən 15 gün sonra 2014-cü ilin dekabr ayının sonlarında Eldar, ona aldığı mənzilə dair müqavilənin əslini möhürlənmiş və imzalanmış halda Gəncə şəhərində qeyd edilən ünvanda yerləşən binanın qarşısında təqdim etmişdir. Həmin vaxt müqavilənin tarixinin köhnə illərə aid olduğunu görüb, bu barədə Eldardan maraqlandıqda Eldar, narahat olmamasını, mənzildə yaşayan sakinlərin müqavilələrinin də köhnə tarixə aid olduğunu, həmin müqavilə əsasında mənzilin qeydiyyat şəhadətnaməsinin də alınmasında ona köməklik edəcəyini vəd etmiş, o da Eldarın sözlərinə inanmışdır. Mənzili Eldardan aldıqdan sonra onun təmiri ilə məşğul olub mənzilə taxtadan döşəmə vurdurmuş, lakin sonradan şəxsi işləri ilə bağlı, daha sonra isə pandemiya ilə əlaqədar aldığı mənzilin təmirini başa çatdıra bilməmişdir. 2021-ci ilin iyun ayında aldığı mənzildə ona məlum olmayan şəxslər tərəfindən təmir işləri aparıldığı və eyvanının artırıldığı barədə məlumat alıb, 20 iyun 2021-ci il tarixdə həmin mənzilinə gəlmiş, mənzilə gəldikdə blokda çoxlu sayda kisələrdə daş parçaları yığıldığını, eyni zamanda mənzilin giriş qapısının qıfılının da dəyişdirildiyini görmüşdür. Mənzilin giriş qapısı açıq vəziyyətdə olmuş, lakin həmin günü istirahət günü olduğundan ustaları mənzildə görə bilməmiş, bundan başqa həqiqətən mənzilinin eyvanı artırılmış vəziyyətdə olmuşdur. Belə olduqda o, narahat olub, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** saylı GSM mobil nömrə ilə əlaqə saxlasa da Eldarın mobil nömrəsi sönülü olmuşdur. Bundan sonra o, Eldar tərəfindən aldanıldığını başa düşmüşdür. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayının axırlarında, saat 18 radələrində Gəncə şəhəri ərazisində evlərin alqı-satqısı ilə məşğul olan qonşusu Şahid2 ilə söhbət edən zaman, ona Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi 2-ev dalan ev 6-da yerləşən 7 saylı bir otaqlı mənzilini əvvəllər yanında usta işlədiyi Gəncə şəhər sakini Qədir adlı tanışının 20.000 manata almaq istədiyini, Qədir mənzilin pulunu ona verdikdən sonra, özünün Gəncə şəhərindən ev almaq istədiyini bildirmişdir. Tapdıq da ona bu barədə makler yoldaşlarından maraqlanıb xəbər edəcəyini demişdir. 12 may 2017ci il tarixdə saat 14 radələrində Tapıq onu, yaşadığı evin yaxınlığında olan ofisinə çağırıb Adil adlı tanışının Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində mənzil satdığını bildirmişdir. O da mənzilə baxmaqdan ötrü Tapdıq ilə birlikdə onun avtomobili ilə sözügdən binanın qarşısına getmişdir. Bir neçə dəqiqədən sonra Adil, onların yanına gəlmiş və üçü pilləkənlə qalxıb mənzilə baxmışlar. O, evə baxış keçirdikdən sonra Adilə və Tapdığa mənzili bəyəndiyini bildirməklə, Adildən evin sənədlərini soruşmuşdur. Adil isə ona binanın kommunal birliyə təhvil verilmədiyinə görə yalnız müqavilə və etibarnamə ilə satdığını bildirmişdir. Həmçinin, Adil ona yaxın gələlcəkdə bina balansa verildikdən sonra mənzilə dair müvafiq çıxarışın ona veriləcəyini bildirmişdir. O, mənzili Adildən on bir min manata almağa razılaşdıqdan sonra Adil, ona təcili olaraq Gədəbəy rayonu Daryurd kənd sakini X47 və ya onun oğlu X39 7000 manat pul verəcəyini bildirmişdir. O, Adildən Yaquba və ya onun oğlu Vüsala nə səbəbə borcunun olduğunu soruşduqda, Adil, mənzili Yaquba 11.000 manata satdığını, hazırda Yaqubun səhhətində yaranmış xəstəliklə bağlı mənzili geri qaytarmaq istədiyini, Yaqubdan aldığı pulu xərclədiyinə görə pulu ona geri qaytara bilmədiyini, ondan alacağı puldan yeddi min manat Yaquba və ya onun oğlu Vüsala verəcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Adil istifadəsində olan mobil telefonla Yaquba zəng edib, onun yeddi min manat pulu geri qaytaracağını, pulu qaytardıqdan sonra mənzilə dair sənədləri və aralarında bağlanmış borc müqaviləsini ona verməsini xahiş etmişdir. O, Adil ilə evi almağına dair tam razılıq əldə etdikdən sonra Tapdıq ilə birlikdə Adildən aralanıb yaşadığı evə getmişdir. Həmin günü o, yaşadığı evdə olan zaman istifadəsində olan mobil telefonla Qədirə zəng edib ona evi satmaq istədiyini bildirmişdir. Qədir ona evə baxmaqdan ötrü birlikdə Bakı şəhərinə getmək istədiyini demişdir. 14 may 2017-ci il tarixdə o, arvadı Şahid3 ilə birlikdə evi Qədirə göstərməkdən ötrü Bakı şəhərinə getmişlər. Qədir də, öz arvadı ilə həmin günü Gəncə şəhərindən Bakı şəhərinə getmişdir. 15 may 2017-ci il tarixdə Qədir, arvadı ilə birlikdə onun satmaq istədiyi mənzilə gəlmiş, mənzili bəyəndikdən sonra o, evin notariat kontorunda alqı-satqısına görə bir neçə gün ərzində müvafiq sənədləri toplamağa başlamışdır. 20 may 2017-ci il tarixdə notariat kontorunda Qədirlə mənzilin mülkiyyətçisi arvadı Zahidənin arasında alqı-satqı müqaviləsi bağlanılmış və mənzili Qədirə iyirmi bir min manata satmışlar. 21 may 2017-ci il tarixdə onlar, banka gedib alqı-satqı müqaviləsi əsasında Qədirin banka keçirdiyi 9000 min ABŞ dolları pulu götürmüşlər. Sonra o, Yaqubla əlaqə saxlamış və Yaqub oğlu Vüsalın Bakı şəhərində olduğunu, mənzilə dair sənədlərin də oğlu Vüsalda olduğunu bildirmişdir. O da mobil telefonla Yaqubun oğlu Vüsal ilə əlaqə saxlayan zaman Vüsal Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarının yaxınlığında gözlədiyini bildirmişdir. Onun xahişi ilə Qədir, avtomobilli ilə onu və arvadı Zahidəni sözügedən yerə Vüsalın yanına aparmışdır. O, Vüsal ilə görüşdükdən sonra ona 7000 manat pul vermiş, Vüsal isə ona X31 ilə X24 arasında bağlanmış 10 may 2007-ci il tarixli, eləcə də X31 ilə X58 arasında bağlanmış 17 may 2007-ci il tarixli Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı mənzila aid iki müqaviləni təhvil vermişdir. Həmin günü o, arvadı Zahidə ilə birlikdə Gəncə şəhərinə geri qayıtmışlar. 2017-ci ilin iyun ayının əvvəllərində o, arvadı Zahidə ilə birlikdə Yaqubla Gəncə şəhərində görüşüb onunla birlikdə 5 saylı Notariat Kontoruna gedib 55 saylı mənzilə dair Yaqubdan etibarnamə almışlar. O, özü təmir işləri ustası olduğuna görə mənzili təmir etməyə başlamışdır. O, mənzili təmir edən zaman binanın əvvəllər iş icraçısı olmuş, binanı tikən X54un köməkçisi olmuş Təqsirləndirilən şəxs1 mənzilə daxil olub, ona mənzilin digər şəxsə aid olduğunu bildirmişdir. O, Eldarın bu sözünə həyəcanlanıb, dərhal Adilə zəng edərək bu barədə məlumat vermişdir. Adil də ona evə dair problem yaranarsa özü cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Adil ona binanı tikmiş X54un arvadı Şahid6 onu məhkəməyə verdiyini, evə dair mübahisənin məhkəmə icraatında olduğun üçün təmir işlərinin müvəqqəti olaraq dayandırmasını xahiş etmişdir. O da Adilə bu barədə öz etirazını bildirərək, təmir işlərini dayandırmışdır. O, Adilə kirayə pulu verməməkdən ötrü, mənzili təmir etdirib köçmək istədiyini bildirən zaman Adil ona mənzilə dair məhkəmə mübahisəsi yekunlaşana kimi hər ay 200 manat kirayə pulunu verəcəyini bildirmişdir. Təmxinən 1 aydan sonra Şahid2 ona mobil telefonla zəng edərək, evə dair sənədlərin məhkəməyə görə Adilə lazım olduğunu və həmin sənədləri ona verməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra o, Tapdığın ofisinə gedib sənədləri Adilə verməsindən ötrü ona vermişdir. 29 sentyabr 2017-ci il tarixdə Tapdıq mobil telefonla ona zəng edib onunla görüşüb, ona Adilin arvadı Elnarə Zeynalovanın adından onun arvadı Şahid3 adına olan etibarnaməni və mənzilə dair müqaviləni vermişdir. 07 noyabr 2017-ci il tarixdə qardaşının səhhətində yaranmış xəstəliklə bağlı o, Rusiya Federasiyasına getmişdir. O, 2017-ci ilin noyabr ayından 2020-ci ilin fevral aymadək olan müddət ərzində dəfələrlə Adilə zənglər edərək evin təmirinə nə zaman başlayacağını soruşduqda o, ona artıq heç bir problemin olmadığnı, evdə təmir işlərinə başlaya biləcəyini bildirmişdir. 16 fevral 2020-ci il tarixdə o, Rusiya Federasiyasından Gəncə şəhərinə gələndən sonra mənzilə gedib baş çəkən zaman giriş qapısının dəyişirlidyini, qapının üzərinə mobil telefon nömrəsi yazıldığını görmüşdür. O, həmin nömrəyə zəng etmiş, tanımadığı kişi ilə söhbət edən zaman həmin şəxs mənzilin sahibi olduğunu, evdə təmir-tikinti işləri apardığını bildirmişdir. O, şikayət edəcəyini bildirən zaman həmin şəxs ona “hara istəyirsən şikayət et” demişdir. Sonra o, Adil ilə əlaqə saxlamış, Adil ona narahat olmamağını, evin onun olduğunu bildirmişdir. Ölkədə mövcud olmuş sərt karantin rejimi ilə əlaqədar Adil evin məsələsini yubatmışdır. 04 iyun 2020-ci il tarixdə Adil ona 55 saylı mənzilin mübahisəsinin yubandığını, həmçinin sərt karantin rejimi ilə əlaqədar müəyyən işlərin həllini tapmadığını bildirərək həmin binanın 26 saylı mənzilini ona satmaq istədiyini bildirmişdir. O, Adilə 26 saylı mənzilin sənədlərinin qaydasında olub-olmadığını soruşduqda, Adil ona evin sahibinin Eldar olduğunu, 1500 manat pul Təqsirləndirilən şəxs1 verildikdən sonra mənzilə köçüb yaşayacağını bildirmişdir. O, Adilə 26 saylı mənzilin mübahisəli olub-olmadığını soruşduqda Adil, həmin mənzilin mübahisəsinin olmadığını, 1500 manat pulu Eldara verdikdən sonra mənzilin sənədlərini ondan götürəcəyini bildirmişdir. Sonra o, yaşadığı evə getdikdən sonra tanışı Cəbrayıla zəng edib ondan borca 1500 manat pul istəmişdir. Ertəsi günü, yəni 05 iyun 2020-ci il tarixdə Cəbrayıl, onun yaşadığı evə gəlib ona 1500 manat pul vermişdir. O, Adilə zəng edib ona 1500 manat pullun hazır olduğunu demişdir. Adil də, ona Gəncə şəhərindən aralıda olduğunu, pulu aparıb Gəncə şəhəri Vəkil Bürosunun yaxınlığında yerləşən çayxanaya gedib, həmin çayxanada olan qardaşı Qalibə verməsini, Eldarın pulu Qalibdən götürəcəyini bildirmişdir. O da tanışı Cəbrayıl ilə birlikdə onun avtomobili ilə Adilin dediyi yerə gedib Qaliblə görüşmış, bir qədər söhbət etdikdən sonra 1500 manat pulu sayıb Qalibə vermişdir. Bir neçə dəqiqədən sonra Qalibin zəngi ilə Eldar onların yanına gəlmiş, Qalib 1500 manat pulu sayıb Eldara vermişdir. Eldar 26 saylı mənzilin sənədlərinin 08 iyun 2020-ci il tarixdə hazır edəcəyini bildirmiş və pulu götürdükdən sonra çıxıb getmişdir. O, Qalibə sənədi nə səbəbə Eldarın vermədiyini soruşduqda Qalib, Eldardan narahat olmamağı, 1-ci günü, yəni 08 iyun 2020-ci il tarixdə Eldarın mənzilin sənədlərini hazır edəcəyini bildirmişdir. 08 iyun 2020-ci il tarixdə o, Qalib ilə mobil telefon əlaqəsi saxlamış və onun göstərişi ilə Gəncə şəhəri 1 saylı Notariat Kontorunun qarşısında görüşmüşdür. Qalib ona 26 saylı mənzilin sənədlərinin kserosurətini vermiş və qısa zaman ərzində binaya dair Daşınmaz Əmlakın Dövlət Rester Xidmətindən çıxarış veriləcəyini, həmin çıxarış əsasında mənzilin sənədlərinin tam hazır olacağını bildirmişdir. Elə həmin günü saat 17 radələrində o, Adilə zəng edib onunla birlikdə binaya gedib 26 saylı mənzilə baxımağı xahiş etmişdir. Saat 18 radələrində o, Adil ilə mənzilin önünə getmiş, mənzilin giriş qapısı bağlı olduğuna görə o, öz iradlarını bildirmişdir. Adil həmin vaxt qapını təpikləyib onun kilidini sındırmaq istəmiş və “sən narahat olma, gir təmirinə başla gələn olsa mənlikdir” demişdir. Lakin, o, Adili qapını sındırmağa qoymamışdır. Həmin tarixdən o, mobil telefonla Adilə zəng edib, pulunu istəsə də Adil pulu verməmişdir. Bundan başqa, o, dəqiq tarixi yadında qalmayan vaxtda binanın qarşısında Eldar ilə görüşüb pulunu istəmiş, Eldar evin digər şəxsə məxsus olduğunu bildirmişdir. O, Eldara onun və Adilin barəsində polisə şikayət edəcəyini bildirməklə uzaqlaşmışdır. Sonra Eldar ona dəfələrlə zənglər edib onunla görüşüb söhbət etmək istəmişdir. Lakin, o, Eldardan 26 saylı mənzili sənədləri ilə birlikdə tam qaydasında ona təhvil verməsini tələb etmişdir. O, Adildən pulunu geri qaytarmasını tələb etdikdə, Adil ona müxtəlif bəhanələr gətirmişdir. 21 oktyabr 2020-ci il tarixdə Adilin oğlu Sabutay Zeynalov onun istifadəsində olan mobil telefona zəng edib onunla görüşmək istəmişdir. O da Sabutay ilə 1 saylı Notariat Kontorunun qarşısında görüşüb söhbət edən zaman atası Adildən şikayət etməməsini, müəyyən vaxt əldə olunmasından ötrü, atası Adilin ona bağışladığı ünvan 8 ünvanın etibarnamə əsasında ona vermək istədiyini, pulu ödəyə bilməyəcəyi təqdirdə həmin evi satıb, borcunu götürdükdən sonra yerdə qalan pulu ona geri qaytarmasını ondan xahiş etmişdir. O da, Sabutay ilə razılaşmış, Sabutay ona həmin tarixdə Gəncə şəhər 1 saylı Notariat Kontorunda etibarnamə vermişdir. O, həmin evi sonralar satmaq istəsə də, Sabutay Notariat Kontorunda onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Adil, onun pulunu geri qaytarmadığna görə o, xx.xx.2021-ci il tarixdə istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Gəncə şəhər Nizami rayun Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Aqil Əliyev tərəfindən şikayəti əsasında araşdırma aparılan zaman Adil onunla görüşüb söhbət etmək istəmişdir. 13 fevral 2021-ci il tarixdə o, Adil ilə görüşəndə Adil, ondan polisdən şikayətini geri götürməsini xahiş etmişdir. Həmin günü Gəncə şəhər 1 saylı Notariat Kontorunda VAZ 2121 markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilinə dair etibarnamə vermişdir. Bir müddət sonra Adil həmin etibarnaməni ləğv etdirmişdir. Gəncə şəhər BPİ-nin İstintaq İdarəsində cinayət işi başlanıldıqdan, daha dəqiqi müstəntiq Yunis Quliyevin icraatına keçdikdən sonra 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 onun adının da həmin cinayət işində hallandıqda Eldar təşvişə düşüb dəfələrlə ona zəng vuraraq söhbət etmək üçün görüşə çağırmış, onun şikayət etməməsi üçün məsələni yoluna qoymağı xahiş etmiş, hətta 5000 manat pul təklif edib, ona verdiyi müqavilənin əslini polis orqanına təqdim etməyib, özünə qaytarmasını istəmiş, lakin o, görüşə razılaşmamışdır. O, hüquq mühafizə orqanlırana müraciət etdikdən sonra Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla ona 2800 manat kirayə pulu kimi vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29-30 aprel 2021-ci il tarixdə, yadında qalmayan tarixdə təxminən saat 16 radələrində o, tanışı Elgiz adlı dostu ilə birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasına yaxınlaşaraq 10 mərtəbəli yaşayış binasında ev almaq istədiyini bildirəndə, Təqsirləndirilən şəxs1 adlı şəxs onun qarşısına çıxmış və həmin binanın həm sahibi və həm də Gəncə 1 Mənzil Mülkiyyətçilərinin Müştərrək Cəmiyyətinin sədri kimi təqdim etmişdr. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 həmin binada bir neçə mənzilin satıldığını deyib, mənzilləri göstərmişdir. O da həmin mənzillərə baxdıqdan sonra binanın İİ blok İX mərtəbəsində ümumi sahəsi 87 kv.metr olan 82 nömrəli mənzili bəyənmiş və mənzilin fotoşəkillərini, videosunu çəkib həyat yoldaşına göndərmişdir. Təqsirləndirilən şəxs1 82 nömrəli mənzilinin dəyərini soruşduqda Eldar təxminən 45000 manat olduğunu bildirmişdir. O, həmin mənzilin hansı sənədlərinin olduğunu soruşanda Təqsirləndirilən şəxs1 həmin mənzilin müqavilə əsasında X7 adına olduğunu və onun adından ona etibarnamə əsasında satılacağını, sonra isə həmin mənzilə çıxarış veriləcəyinə söz vermişdir. O da Eldara evi almağa razı olduğunu, lakin evin qiymətində endirim etməsini, yəni 41000 manata qədər endirim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və həmin mənzili ondan xahiş etdiyi qiymətə ona satacağını bildirmişdir. Belə olduqda artıq mənzili almaqda qərarlı olduğu üçün Eldar ona bildirmişdir ki, mənzilin kommunal xərclərini özü çəkmiş və buna görə də həmin xərcləri ödəmək lazımdır. Eyni zamanda mənzilin divarının suvağının bir hissəsi vurulmuş, qalan hissəsi də vurulmalı idi. Eldar kommunal çəkilişləri, su və qaz sayğacları quraşdırılması üçün hesablayıb ondan əlavə 3000 manat pul istəmişdir. Həmçinin söhbət əsnasında Eldar mənzilə dair müştərilərin çox olduğunu dediyi üçün o, artıq tez bir zamanda mənzili almağa qərar vermişdir. Bundan sonra, oradaca Eldara 3000 manat vermişdir. Daha sonra Bakı şəhərinə qayıtmış və təxminən 2 gün sonra Eldarla mənzilin sənədləşməsi barədə danışmış, işlərimin çox olması ilə əlaqədar olaraq Gəncə şəhərinə gələ bilməyəcəyini demiş, öz şəxsiyyət vəsiqəmin fotoşəkilini çəkib Eldarın mobil telefonuna göndərmişdir. Sənədləşmə işləri aparıldıqdan sonra Bakı şəhərinə gəlməyini və mənzilin alqı-satqısı üçün 41000 manat pulu Eldara Bakı şəhərində verə biləcəyimi bildirmişdir. Bundan sonra 04 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nərimanov rayonu, X42 yan hissəsində yerləşən adını xatırlamadığı çay evində Təqsirləndirilən şəxs1 və oğlu Rəşid Məhərrəmli ilə görüşmüşər. O, Eldara çay evində mənzilə görə 23.900 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs1 da ona evə dair “Amalya Abdullayevanın adından verdiyi AR – İİ, № - 294716 nömrəli etibarnaməni və “xx.xx.2008-ci il tarixli müqavilə”ni vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 saxta müqavilənin arxasına X8 çatacaq 23.900 ABŞ dolları pulu aldığını öz xətti ilə yazıb imza etmişdir. O, Eldardan ayrılıb öz avtomobilinə minmiş, bu zaman tanışı ona zəng edərək Gəncə şəhərində öz tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs1 saxta sənədlə cəmiyyət yaratdığını, saxta müqavilələr hazırlamaqla mənzillərin satışı ilə məşqul olaraq ayrı-ayrı şəxsləri aldadıb külli miqdarda vəsait ələ keçirdiyini, hazırda saxta sənədlə cəmiyyət yaratdığı üçün Gəncə şəhər Məhkəməsində cinayət işi davam etdirildiyini, həmin binanın sahibinin başqa şəxs olduğunu, həmçinin müqavilədə imzası və möhürü olan Rövşən Rüstəmovun 2011-ci ildə öldüyünü, hazırda həmin binanın sahibi X54un varisləri Şahid7 və oğlu X6 olduğunu bildirərək, pullarını geri almasını demişdir. O da dərhal həmin kafenin yerləşdiyi arxa küçədə H.Məmmədov küçəsində yerləşən polis idarəsinə yaxınlaşmış və bir nəfərin saxta müqavilə ilə onu aldatdığını və 23.900 ABŞ dollarını ələ keçirdiyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları onunla dərhal həmin kafeyə gəlmiş və orada Təqsirləndirilən şəxs1 oğlu Rəşid Məhərrəmli ilə pulları saydıqdan sonra getməyərək, oturub çay içdiklərini görmüşlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdə, Təqsirləndirilən şəxs1 qara rəngli sellofana bükdüyü ona məxsus pulları götürüb kafeni qaçaraq tərk etmək istəyən zaman polis əməkdaşları buna imkan verməyərək hər ikisini Nərimanov rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. Polis idarəsində ərizə və izahatını verdikdən sonra o, Təqsirləndirilən şəxs1 ona verdiyi AR - İİ№ - 294716 saylı etibarnaməni və “22 may 2008-ci il tarixli müqaviləni” polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi müqavilə protokolla rəsmiləşdirilib qəbul edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1la söhbətlərdə iştirak etmiş tanışı olan Elgizin və adını xatırlamadığı şəxsin hazırda ölkə xaricində olduqlarını, onlarla əlaqə saxlaya bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Əhməd qızı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində çoxmərtəbəli yaşayış binası onun mərhum əri X31 tərəfindən inşa edilmiş, binanın mərtəbə sayı tam tamamlanmış, qismən daxili arakəsmlər və fasad işləri qalmışdır ki, mərhum əri 08 iyun 2011-ci ildə dünyasını dəyişdikdən sonra isə həmin binanın yarımçıq qalmış işləri onun tərəfindən davam etdirilərək tamamlanmışdır. Mərhum əri X15 vaxtsız ölümündən və başı əqli inkişafın geri qalma, yəni “daun” xəstəliyindən əziyət çəkən oğlu X2 qarışmasından sui-istifadə edən Təqsirləndirilən şəxs1 və mərhum ərinin adından saxta formada tərtib etdiyti saxta müqavilələr vasitəsilə binanın bir çox mənzil və digər sahələrini ələ keçirmiş, həmin saxta müqavilələrlə bir çox mənzilləri ayrı-ayrı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs1, tanışı Zərərçəkmiş şəxs3 ona məxsus Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin İİ blok İX mərtəbə, ümumi sahəsi 87 kv.m olan 82 saylı mənzili Zərərçəkmiş şəxs3 adına özəlləşdirib çıxarış almaqla sənədləşdirəcəyini vəd verib, 04 may 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X42 yanında Zərərçəkmiş şəxs3 iki vərəq X7 adına saxtalaşdırılmış Bakı şəhəri 22 may 2008-ci il tarixli müqavilə təqdim edərək saxta müqavilədən istifadə etməklə 23.900 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs1, öz cinayətkar əməllərini davam etdirib saxta yollarla Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin 36 və 85 saylı mənzilləri Cəmşid adlı şəxsə satmış, hazırda həmin mənzillərdə Cəmşidin qızları yaşayır, binanın 18 və 48 saylı mənzilləri isə Eldarın özü tərəfindən ələ keçirilib və həmin mənzillərin birində Təqsirləndirilən şəxs1 qızı Aysel yaşayır. Həmçinin, Təqsirləndirilən şəxs1 hazırda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin 41, 50, 55, 73, 90 və digər mənzilləri ilə bağlı saxta sənədlər tərtib edilib satılmaqda davam edir. Bundan başqa, onun mərhum ərinin sağlığında sözü gedən binanın tikintisində mərhum ərinin işçisi, yəni iş icraçısı olmuş, mərhum əri 2011-ci ildə dünyasını dəyişdikdən sonra 2016-cı ildə Təqsirləndirilən şəxs1 və onun ətrafında olan bir sıra şəxslər, yəni arvadı X9 və Cəmşid adlı şəxs müxtəlif qanunsuz yollarla, yəni mərhum ərinin adından saxta sənədlər, müqavilələr tərtib edilərək saxta imza və möhürlə təsdiq edilmiş sənədlər, müqavilələr və s. əsasında binada olan mənzilləri ələ keçirərək saxta müqavilələr əsasında müxtəlif şəxslərə satmışdır. Bu yaxın zamanlarda isə saxta tərtib etdiyi sənədlər əsasında binanın idarəçiliyi üçün “Gəncə-1” adlı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış və saxta yolla özünü həmin cəmiyyətin sədri seçmişdir. Belə ki, guya bina sakinlərinin ümumi yığıncağının keçirilməsi barədə saxta protokol tərtib edərək protokolda adlarını yazdığı bina sakinlərin əvəzindən saxta imzalar etmiş, bəzi sakinləri isə həmin sənədin binaya qaz çəkilişi üçün lazım olduğunu deyib onları aldadaraq protokola imza etdirmişdir. Sonda həmin saxta sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edərək “Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adlı təşkilat yaradaraq binanın idarəçiliyini saxta sənədlər əsasında qanunsuz yolla ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 binanın idarəçiliyini qanunsuz yolla ələ keçirdərək binada sakinlərdən müxtəlif adlarla pul (qaz çəkilişi və s.) pul yığmaqla yanaşı onun mərhum ərinin inşa etdiyi və satılmamış mənzilləri qanunsuz yollarla ələ keçirmək üçün özünə münbit şərait yaratmışdır. Təqsirləndirilən şəxs1 bu saxtakarlıqları ilə bağlı onun, qızı Fidanın və bir sıra sakinlərinin şikayətləri əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanmışdır. 2016-cı il tarixdə Təqsirləndirilən şəxs1, tanışı X43 ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış evinin 940 kv.metr sahəsi olan zirzəminin ona məxsus olmasına baxmayaraq Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edib saxta sənəd təqdim edərək həmin zirzənini ələ keçirib başqa şəxsə satmaq istəmişlər. Lakin, Təqsirləndirilən şəxs1 və X25 cinayət əlaqəsinə girərək məhkəməyə saxta sənəd təqdim etmələri və bu yolla cinayət törətmələri barədə məlumat əldə etdikdən dərhal sonra Nizami rayon Məhkəməsi qarşısında tərəfindən qaldırılmış vəsatətə məhkəmə tərəfindən baxılmış, məhkəmə tərəfindən məhkəmə-sənədlərin tədqiqi ekspertizasının keçirilməsi haqqında qərar qəbul olunaraq müvafiq rəy verilməsindən ötrü ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə-sənədlərin tədqiqi ekspertizasının rəyi alındıqdan sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və X25 məhkəməyə təqdim etdikləri zirzəmiyə dair sənəd saxtadır və qanunsuz olaraq cinayət yolu ilə tərtib edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 və X25 cinayət əlaqəsinə girərək məhkəməyə saxta sənəd təqdim etmələri ilə əlaqədar Gəncə şəhəri Nizami rayon Məhkəməsində hər hansı araşdırma aparılmamış, onların əməllərinə hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən xüsusi qərar çıxarılmamış, eləcə də Təqsirləndirilən şəxs1 və X25 cinayət əməllərinin digər hüquq mühafizə orqanlarında və polis orqanlarında araşdırılmamışdır. Bundan başqa, 2017-ci ildə Təqsirləndirilən şəxs1 tanışı X43 ilə birlikdə məhkəməyə 25 fevral 2009-cu il tarixli saxta akt təqdim edib, guya onun mərhum əri Rövşən Rüstəmovun 329,800 ABŞ dolları məbləğində borcunun olması barədə məlumat vermişlər. Lakin, Təqsirləndirilən şəxs1 və X25 cinayət əlaqəsinə girərək məhkəməyə saxta sənəd təqdim etmələri və bu yolla cinayət törətmələri barədə məlumat əldə etdikdən dərhal sonra Nizami rayon Məhkəməsi qarşısında tərəfindən qaldırılan vəsatət təmin edilib, məhkəməsənədlərin tədqiqi ekspertizasının keçirilməsi haqqında qərar qəbul olunaraq ekspertiza tədqiqatına müvafiq rəy verilməsindən ötrü göndərilmişdir. xx.xx.2017-ci il tarixli ekspertiza rəyi alındıqdan sonra isə məhkəməyə və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və X25 məhkəməyə təqdim etdikləri akt saxtadır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1 və X25 cinayət əlaqəsinə girərək məhkəməyə saxta sənəd təqdim etmələri və bu yolla cinayət törətmələri barədə Gəncə şəhəri Nizami rayon Məhkəməsində hər hansı araşdırma aparılmamış, onların əməllərinə hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən xüsusi qərar çıxarılmamış, eləcə də Təqsirləndirilən şəxs1 və X25 cinayət əməllərinin digər hüquq mühafizə orqanlarında və polis orqanlarında araşdırılmamışdır. Bundan başqa o, Gəncə şəhəri Nizami rayonu, Ə.Mehmandarov küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv.metr olan 55 saylı və həmin yaşayış evinin 7-ci mərtəbəsində, ümumi 76 kv metr olan 26 saylı mənzilləri Təqsirləndirilən şəxs2 satmamış, Təqsirləndirilən şəxs2 bu barədə ifadəsində göstərdiyi xüsusatlar yalandır. Onun mərhum əri Rövşən Rüstəmov öldüyü üçün o, işlərin tamamlanmasını, həmin binanın tamamlanmasını və digər işlərin həyata keçirilməsində çətinlik çəkmişdir. Belə ki, o, həmin vaxt Bakı şəhərində yaşamış və himayəsində bir daun xəstəsi olan azyaşlı uşağı olduğu üçün Gəncə şəhərinə gəlib-getməkdə əziyyət çəkmişdir. Bu vaxtlar Təqsirləndirilən şəxs2, ona tək olduğu üçün və mərhum Rövşənin yaxın dostu olduğunu bildirib, kömək etmək məqsədi ilə onun adından Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasında idarəçilik işlərini aparmağı, binada bütün texniki və təsərrüfat işlərini etməyi, abadlaşdırmağı, binada nizam intizam qaydalarını yerinə yetirilməsini təmin etməkdən ötürü etibrnamə verməsini xahiş etmişdir. O da inanıb Təqsirləndirilən şəxs2 1 il müddətinə sözü gedən etibarnaməni vermişdir. Lakin, sonradan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasında yaşayan şəxslər tərəfindən çoxsaylı şikayətlər daxil olduğundan, onun niyyətinin dələduzlq olduğunu başa düşüb etibarnaməni ləğv etdirmişdir. X20, X40, X12 adında şəxslərlə heç bir münasibəti olmamış, Ələddin Əhmədov həmin şəxslərə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa olunmuş 10 mərtəbəli binadan saxta müqavilə əsasında mənzil satmış, həmin müqavilələrin kim tərəfindən, nə vaxt, hansı yolla hazırlanması barədə məlumatı olmamış, əslində Ələddin Əhmədovun həmin binada mənzili olmamışdır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının İİ blok, Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 108 kv.m olan 76 saylı mənzil hazırda boşdur və istifadə edilmir. Bundan başqa, X14, Şahid5 və Zərərçəkmiş şəxs3 adında şəxsləri əvvəllər tanımamış, şikayətlər edildikən sonra məlumatım olmuşdur ki, Eldar onları aldadıb saxta müqavilələr vermişdir. Onlara verilən müqavilələrin hansı yolla, kim tərəfindən nə vaxt hazırlanması, orada olan imza və ya möhürün kim və ya harda vurulmasını bilməmiş, möhür bir ədəd olmuş, o da mərhum əri Rövşən Rüstəmovda olmuş, həmin möhür mərhum əri ölən zaman avtomobilində olan pul, digər qiymətli əşayalarla birlikdə itmişdir. Bundan başqa o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 54 kvadrat metr sahəsi olan 48 saylı 1 otaqlı mənzilə dair 14 fevral 2007-ci il tarixli müqaviləni kim, nə vaxt və hansı yolla hazırlandığını, orada olan imzalar və möhürlərin kim tərəfindən icra edildiyini bilməmiş, hazırda naməlum şəxslərin istifadəsindədir. Həmin mənzildə kim tərəfindən təmir aparıldığını bilməmiş, həmin mənzili sonradan bildiyinə görə X33 adlı şəxs təmir edən zaman onunla telefon əlaqəsi saxlayanda Firəngiz, mənzili Təqsirləndirilən şəxs1 aldığıın bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2, Şahid3, X26, X58, X27 və X24 adında şəxsləri tanımamış, şikayətlər zamanı Zərərçəkmiş şəxs2 tanımış, X31 ilə X24 arasında bağlanmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 76 kvadrat metr sahəsi olan 55 saylı 1 otaqlı mənzilə dair 10 may 2007-ci il tarixli müqavilənin kim, nə vaxt və hansı yolla hazırlaması, orada olan imzalar və möhürlərin kim tərəfindən icra edildiyini bilmir. Bundan başqa X31 ilə X58 arasında bağlanmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 76 kvadrat metr sahəsi olan 55 saylı 1 otaqlı mənzilə dair 17 may 2007-ci il tarixli müqavilənin kim, nə vaxt və hansı yolla hazırlaması, orada olan imzalar və möhürlərin kim tərəfindən icra edilmdiyini bilmir. Bundan başqa o, X49 adında şəxsi tanımır, heç bir münasibəti olmamış, X31 ilə X49 arasında bağlanmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2ci blokunun 2-ci mərtəbəsində yerləşən 76 kv.metr sahəsi olan 26 saylı 1 otaqlı mənzilə dair 23 may 2007-ci il tarixli müqavilənin kim, nə vaxt və hansı yolla hazırlamasını, orada olan imza və möhürlərin kim tərəfindən icra edilməsini bilmir. Bundan başqa Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 18 saylı mənzili saxta müqavilə ilə Təqsirləndirilən şəxs1 iki arvadının qızının istifadəsindədir və hazırda orada ailəsi ilə yaşayır, 26 saylı mənzil tam qanuni və əsil müqavilə əsasında Tural adlı şəxsin istifadəsindədir, 36 saylı mənzil isə saxta müqavilə ilə Cəmşid adlı şəxsin qızının istifadəsindədir, 55 saylı mənzil istifadəsizdir, 65 saylı mənzildə isə Eldar özü ailəsi ilə saxta müqavilə ilə yaşayır. 85 saylı məzil ilə 36 saylı mənzillərin arası sökülüb açılaraq birləşdirilmiş və Cəmşid adlı şəxin qızının istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində çoxmərtəbəli yaşayış binası onun mərhum atası X31 tərəfindən inşa edilmiş, binanın mərtəbə sayı tam tamamlanmış, qismən daxili arakəsmlər və fasad işləri qalmışdır ki, atası 2011-ci ildə dünyasını dəyişdikdən sonra həmin binanın yaramçıq qalmış işləri o və anası Şahid6 tərəfindən davam etdirilərək tamamlanmışdır. X3 vaxtsız ölümündən və anasının başının himayəsində olan və “daun” xəstələyindən əziyyət çəkən qardaşı X2 qarışmasından suiistifadə edən Təqsirləndirilən şəxs1 atasının adından saxta formada tərtib etdiyti saxta müqavilələr vasitəsilə binanın bir çox mənzil və digər sahələrini ələ keçirmiş, həmin saxta müqavilələrlə bir çox mənzilləri ayrı-arı adamlara satmış, hazırda da satmaqda davam etməkdədir. Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs3 onun mülkiyyətçisi olduğu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin İİ blok İX mərtəbə, ümumi sahəsi 87 kv.m olan 82 saylı mənzili Zərərçəkmiş şəxs3 adına özəlləşdirib çıxarış almaqla sənədləşdirəcəyini vəd verib, 04 may 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X42 yanında Zərərçəkmiş şəxs3 iki vərəq X7 adına saxtalaşdırılmış 22 may 2008-ci il tarixli müqavilə təqdim edərək saxta müqavilədən istifadə etməklə 23.900 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 hazırda saxta yollarla Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin 36 və 85 saylı mənzilləri Cəmşid adlı şəxsə satmış, hazırda həmin mənzillərdə Cəmşidin qızları yaşayır. Bundan əlavə, Təqsirləndirilən şəxs1, həmin binada 18 və 48 saylı mənzilləri özü mənimsəyib, həmin mənzillərin birində Təqsirləndirilən şəxs1 özünün qızı Aysel yaşayır. Təqsirləndirilən şəxs1 onun atası Rövşənin sağlığında sözü gedən binanın tikintisində işçisi olmuş, atası Rövşən 2011-ci ildə dünyasını dəyişdikdən sonra o və onun ətrafında olan bir sıra şəxslər, yəni arvadı X9 və Cəmşid müxtəlif qanunsuz yollarla, yəni atası Rövşənin adından saxta tərtib edilərək saxta imza və möhürlə təsdiq edilmiş sənədlər, müqavilələr və s. əsasında binada olan mənzilləri ələ keçirərək saxta müqavilələr əsasında müxtəlif şəxslərə satmıdır. Təqsirləndirilən şəxs1 binanın idarəçiliyini qanunsuz yolla ələ keçirdərək binada sakinlərdən müxtəlif adlarla pul yığmaqla yanaşı atası Rövşənin inşa etdiyi və satılmamış mənzilləri qanunsuz yollarla ələ keçirmək üçün özünə münbit şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında yerləşən 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 116 kvadrat metr sahəsi olan 5 saylı mənzili o, 2006-cı ildə X54dan 26.000 ABŞ dollarına almışdır. Belə ki, həmin mübahisəli binanın tikintisi X54 tərəfindən 2006-cı ildə başlanılmış və həmin bina tikilən zaman o, binanın tikintisində Rövşən Rüstəmova həm fiziki və həm də maddi köməklik göstərmiş, bina tikildikdən sonra X54un göstərişinə əsasən satılması prosesində iştirak etmişdir. Belə ki, mərhum həmin ərəfədə Bakı şəhərində olduğundan qarşılıqlı razılaşıb binadakı mənzilləri almaq istəyən şəxslər barədə ona qabaqcadan məlumat vermişlər. Buna əsas səbəb kimi isə bir mənzilin iki şəxsə satılmasının qarşısını almaq olmuşdur. Onda olan məlumata görə X54 rəhmətə gedən ərəfəyədək həmin mübahisəli binada təxminən 20 satılmamış mənzil qalmışdır. Qalan mənzillər isə mərhumun özü tərəfindən tərtib edilmiş müqavilə əsasında özünün möhürü ilə təsdiq edilərək satılmışdır. X54 rəhmətə gedən ərəfədə binanın dam örtüyü vurulmamış, su hövuzu hazırlanmamış, bunun səbəbi kimi binada yaşayan sakinlər ciddi narahatçılıq yaratmışlar. Həmin ərəfədə sakinlər mərhumun həyat yoldaşı Venera xanıma müraciət etmiş və Venera xanımın təşkilatçılığı və maliyyə yatırımı ilə həmin binanın dam örtüyü vurulmuş, binanın kanalizasiya xəttinin çəkilməsi, işıq kabellərinin çəkilişi və qaydaya salınması, eyni zamanda Fəvqəladə Hallar Nazirliyində qeydiyyatdan keçirilməsi prosesi həll edilmişdir. Lakin, bundan sonrakı ərəfədə Təqsirləndirilən şəxs1 adlı şəxs guya binada sakinlər üçün yaşayış şəraitini yaxşılaşdıracağı adı altında saxta cəmiyyət yaratmışdır. Belə ki, 2019-cu ildə Təqsirləndirilən şəxs1 bina sahibinin ölməsindən və həmin dövrədək binada tikintinin yarımçıq qalmasından istifadə edərək binaya qaz çəkdirmək adı ilə saxta cəmiyyət yaratmışdır. Həmin cəmiyyətin yaradılması protokoluna o imza etsə də, həmin cəmiyyətin iclasının harada keçirilməsindən və protokoldan xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs1, cəmiyyət yaradarkən qaz çəkdirməyi bəhanə gətirmiş və o da qazın çəkilməsi prosesinə razılıq vermiş şəxslərdən biri olmuşdur. Lakin, sonradan Təqsirləndirilən şəxs1 cəmiyyət yaratmaq adı ilə başqasının mülkiyyətində olan binaya yiyələnmək niyyətinin olduğu ona məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 binada iş gördürmək adı ilə cəmiyyət üçün bank hesabı açmış və sakinlərin pullarını həmin hesaba köçürmüşdür. Lakin, sakinlər həmin pulun istifadə mexanizmindən xəbərsiz olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs1 bank hesabını cəmiyyət üzvlərinin adına deyil, öz adına açmış və özü də istədiyi qaydada həmin pulu xərcləmiş, yəni cəmiyyətdəki heyət üzvlərinin heç birisinin pulun xərclənmə istiqamətindən xəbəri olmamışdır. Onu da bildirmişdir ki, qeyd olunan mübahisəli binada 36 və 85 saylı mənzillərin saxta müqavilə əsasında satılması barədə onun məlumatı vardır, yalnız binadakı mənzillərin nömrələrini bildikləri üçün həmin boş qalmış mənzillərin nömrələri ilə satılmasını o bilir, həmin mənzillərə dair tərtib edilmiş müqavilənin kimin adına tərtib edilməsindən xəbəri yoxdur. X54 öldükdən sonra həmin binada boş qalmış mənzillər olmuşdur. Onun həmin boş qalmış mənzillərin Təqsirləndirilən şəxs1 tərəfindən satılması prosesindən xəbəri olmasa da, həmin boş qalmış mənzilləri almış şəxslərin saxta müqavilə əsasında mənzilləri almalarını bilmişdir. Həmin mənzilləri almış şəxslərdən müqavilənin əsli barədə maraqlandıqda həmin şəxslər müqavilənin əsli barədə xəbərsiz olduqlarını bildirmişlər. Zərərçəkmiş şəxs2 qeyd olunan mübahisəli binadan mənzil satılacağı adı ilə saxta müqaviləni Təqsirləndirilən şəxs1 tərtib edərək Adil və Qalib adlı şəxslərlə əlbir olub mənzilin satılması prosesini təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında yerləşən 10 mənzili ona məxsus olmuşdur. Belə ki, qeyd olunan 10 mənzili 2007-ci ildə X54dan almış, aldığı mənzillər müqavilə ilə olmuş və həmin mənzillər öz adınadır. Hazırkı vaxtadək qeyd olunan mənzillərdən 66 və 86 saylı mənzilləri öz qohumlarına etibarnamə ilə satmış, qalan 8 mənzil hazırda da öz mülkiyyətindədir. Təqsirləndirilən şəxs1 adlı şəxsi təxminən bina tikilən ərəfədən tanımışdır. Bina tikilən ərəfədə Eldar binada işçi kimi fəaliyyət göstərmişdir. Lakin, bina sahibinin ölməsindən və həmin dövrədək binada tikintinin yarımçıq qalmasından istifadə edən Təqsirləndirilən şəxs1 2019-cu ildə binaya qaz çəkdirmək adı ilə saxta cəmiyyət yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 cəmiyyət yaradarkən qaz çəkdirməyi bəhanə gətirmiş və o da Eldarın cəmiyyət yaratmasına razılıq vermiş şəxslərdən biri olmuşdur. Lakin, sonradan Təqsirləndirilən şəxs1 cəmiyyət yaratmaq adı ilə başqasının mülkiyyətində olan binaya yiyələnmək niyyətinin olduğu ona məlum olduğuna görə də o, Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmiş, bu səbəbdən də cəmiyyətin yaradılması prosesinə həmin ildə xitam verilmişdir. Bununla bağlı, yəni Təqsirləndirilən şəxs1 saxta hərəkətləri barədə o, dəfələrlə Ədliyyə Nazirliyinə və digər orqanlara müraciət etsə də 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 hansısa yolla həmin cəmiyyəti yarada bilmiş və binadakı mənzillərə yiyələnməyə başlamışdır. Təqsirləndirilən şəxs1 bina tikilən ərəfədə həmin tikilidə mühəndis kimi fəaliyyət göstərdiyindən binadakı hansı mənzilin həqiqi müqavilə ilə satıldığını bilmişdir. Buna görə də digər boş qalan mənzillərin saxta müqavilə ilə satılması prosesinə özü rəhbərlik etmişdir. Hazırda da Təqsirləndirilən şəxs1 özünün yaratdığı saxta cəmiyyətin adından binanın sahibi kimi özünü təqdim edib boş qalmış mənzilləri 2007- 2008-2009-cu illərə dair saxta müqavilə hazırlayaraq, öz tanışlarının adına saxta möhür və saxta imzalar tərtib etməklə etibarnamə əsasında satmaqla məşğul olur. Hazırda onda olan məlumata görə Təqsirləndirilən şəxs1 mübahisəli binada bir neçə mənzili, yəni 82 saylı, 18 saylı, 48 saylı və 65 saylı mənzilləri saxta müqavilə ilə sataraq külli miqdarda pul ələ keçirmişdir. Eyni zamanda qeyd olunan mübahisəli binada son dövrdə 14 saylı və 48 saylı mənzillərdə təmir işləri aparılmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyun 2020-ci il tarixdə axşam saatlarında Samin, onun istifadəsində olan mobil telefonuna zəng edib ondan borca 1500 manat pul istəmişdir. O da, Saminə pulu sabah ona verə biləcəyini bildirmişdir. Ertəsi günü, yəni 05 iyun 2020-ci il tarixdə saat 09 radələrində o, Saminin yaşadığı evə gedib, 1500 manat pulu Saminə vermişdir. Samin, ona pulu 3-4 aya geri qaytaracağını bildirmişdir. Sonra Samin ondan avtomobili ilə onu şəhərin mərkəzinə aparmasını xahiş etmişdir. O da, Samini avtomobililə Gəncə şəhəri Xan Bağı adlanan parkın qarşısına aparmış, avtomobildən yerə düşüb bağın qarşısında olan çayxanaya getmişlər. Həmin çayxanada onlar Qalib ilə görüşüb onunla söhbət etmişlər. Söhbət zamanı o, Qalibə qardaşı Adilin Samini evə görə get-gələ saldığını, 1500 manat pulu Saminin ondan bors götürdüyünü bildirərək qısa zaman ərzində mənzil məsələsinin həll etmələrini xahiş etmişdir. Qalib isə ona “biz kişiyik qardaş, pulu ver, evin sənədləri gəlir’'’ demişdir. Sonra Samin onun yanında pulu sayıb Qalibə vermiş, Qalibdə pulu Eldara təqdim etməsindən ötrü götürmüş və onlar Eldar adlı şəxsin gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra Eldar, onların yanına gəlmişdir. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və o, onların söhbətlərinə mane olmamaqdan ötrü bir neçə metr kənara çəkilib, mobil telefonla danışmağa başlamışdır. Təxminən 5-6 dəqiqədən sonra o, Saminin yanına yaxınlaşan zaman, Eldar adlı şəxs Saminlə Qalibin yanından uzaqlaşıb getmişdir. O, Saminə yaxınlaşdıqda Samin, Qalibin pulu Eldara verdiyini, Eldarın 1-ci günü mənzilin sənədini gətirəsəyini bildirmişdir. Sonra Samin və o, avtomobililə yaşadığı evə getmişlər. 2020-ci ilin sentyabr ayında Samin arvadı Zahidənin adına KapitalBank ASC-dən kredit götürərək onun 1500 manat pulunu geri qaytarmışdır. 2020-ci ilin fevral ayında o, Saminin Adil barəsində polisə şikayət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 may 2017-ci il tarixdə əri Samin, Təqsirləndirilən şəxs2 adlı şəxsin Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evində mənzilinin olduğunu, həmin mənzili ucuz qiymətə almaq istədiyini, buna görə də Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi 2-ci dalan ev 6-da yerləşən 7 saylı bir otaqlı mənzillərini tanışı Gəncə şəhər sakini Qədir adlı şəxsə 20.000 manata satmaq istədiyini bildirmişdir. O, Samindən Adilin onlara satmaq istədiyi mənzilə baxıb-baxmamasını soruşduqda o ona həmin mənzilə baxdığını və bəyəndiyini bildirmişdir. 14 may 2021-ci il tarixdə o, Samin ilə birlikdə evi Qədirə göstərməkdən ötrü Bakı şəhərinə getmiş, Qədir də öz arvadı ilə həmin günü Gəncə şəhərindən Bakı şəhərinə getmişdir. 15 may 2017-ci il tarixdə Qədir, arvadı ilə birlikdə ona satmaq istədikləri mənzilə gəlmiş, Qədir və arvadı mənzili bəyəndikdən sonra Samin evin notariat kontorunda alqı- satqısma görə bir neçə gün ərzində müvafiq sənədləri toplamağa başlamışdır. 20 may 2021-ci il tarixdə mənzillərini Qədirə satmış və alqı-satqını notariat kontorunda rəsmiləşdirmişlər. 21 may 2017-ci il tarixdə onlar banka gedib alqı-satqı müqaviləsi əsasında Qədirin banka keçirdiyi 9000 (doqquz min) ABŞ dolları götürmüşlər. Yerdə qalan pulu isə Qədir şəxsən onlara vermişdir. X63 əlaqə saxlamış və X36 Bakı şəhərində olduğunu, mənzilə dair sənədlərin də, oğlu Vüsalda olduğunu bildirmişdir. Samin, mobil telefonla Yaqubun oğlu Vüsal ilə əlaqə saxlayan zaman sonuncu ona Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən avtomobil bazarının yaxınlığında gözlədiyini bildirmişdir. Qədir Saminin xahişi ilə onları avtomobilli ilə sözügedən yerə Vüsalın yanına aparmışdır. Onlar Vüsal ilə görüşdükdən sonra Samin ona yeddi min manat pul vermiş, Vüsal isə Saminə atası Yaquba Adilin arvadı Elnarənin adı ilə satılmış Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 55 saylı mənzilin ilkin sənədini (müqaviləsini) Yaqub ilə Adilin arasında bağlanmış borc müqaviləsini ona təhvil vermişdir. Həmin günü o, Saminlə birlikdə Gəncə şəhərinə geri qayıtmışlar. 2017-ci ilin iyun ayının əvvəllərində o, Saminlə birlikdə Yaqubla Gəncə şəhərində görüşüb onunla birlikdə 5 saylı Notariat Kontoruna gedib 55 saylı mənzilə dair Yaqubdan etibarnamə almışlar. Həmin günədək Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı mənzilin müqaviləsində fiziki şəxs mərhum X31 ilə X44 adları qeyd edilmişdir. X64 aldığı mənzili təmir etdirmək istəyən zaman o, eşitmişdir ki, binanın əvvəllər iş icraçısı olmuş, binanı tikən X54un köməkçisi olmuş Təqsirləndirilən şəxs1 mənzilə daxil olmuş və Saminə mənzilin digər şəxsə aid olduğunu bildirmişdir. Sonra Adil, Saminə binanı tikmiş X54un arvadı Şahid6 onu məhkəməyə verdiyini, evə dair mübahisənin məhkəmə icraatında olduğu üçün təmir işlərini müvəqqəti olaraq dayandırmağı, mənzilə dair məhkəmə mübahisəsi yekunlaşana kimi Saminə hər ay 200 manat kirayə pulu verəcəyini bildrmişdir. Təmxinən 1 aydan sonra Şahid2, Saminə mobil telefonla zəng edərək, evə dair sənədlərin məhkəməyə görə Adilə lazım olduğunu və həmin sənədləri ona verməsini xahiş etmiş və Samin evə gəlib mənzilə dair sənədləri götürüb Adilə göndərmişdir. 29 sentyabr 2017-ci il tarixdə Tapdıq mobil telefonla Saminə zəng edib onunla görüşmüş və Adilin arvadı Elnarə Zeynalovanın adından onun adına olan etibarnaməni və mənzilə dair yeni müqaviləni vermişdir. Samin Tapdığa əvvəlki müqavilənin Yaqubun adına olduğunu, hazırki müqavilənin isə Adilin arvadı Elnarə Zeynalovanın adına olduğunu bildirən zaman Tapdıq, Saminə Yaqubun adına olan müqaviləni məhkəmədə qaldığını bildirmişdir. Sonradan Samin polisə şikayət etdikdən sonra bilmişdir ki, Adilin məhkəməlik işləri olmayıb. 07 noyabr 2017-ci il tarixdə də Samin Rusiya Federasiyasına getmişdir. O, 2017ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində dəfələrlə Samin Adilə və Tapdığa zənglər edərək onlardan evin təmirinə nə zaman başlayacağını soruşduqda onlar Saminə artıq heç bir problem olmadığını, mənzilə təmir işlərinə balaya biləcəklərini bildirmişlər. 2020-ci ilin fevral ayının 16-da Samin Rusiya Federasiyasından Gəncə şəhərinə gəlmiş, mənizlə gedib baş çəkən zaman mənzilin giriş qapısının dəyişirlidyini, qapının üzərinə mobil telefon nömrəsi yazıldığını görmüşdür. Bu barədə Samin, Adil ilə əlaqə saxlayan zaman dedikdə Adil, narahat olmamağ, evin onların olduğunu bildirmişdir. Ölkədə mövcud olmuş sərt karantin rejimi ilə əlaqədar Adil evin məsələsini yubatmışdır. 2020-ci ilin iyun ayının 4-də əvvəllərində Adil, Saminə 55 saylı mənzilin mübahisəsinin yubandığını, həmçinin sərt karantin rejimi ilə əlaqədar müəyyən işlərin həllini tapmadığını bildirərək, həmin binanın 26 saylı mənzilini ona satmaq istədiyini bildirmiş evin sahibinin Eldar olduğunu, 1500 manat pul Eldara verildikdən sonra mənzilə köçüb yaşayacağını bildirmişdir. Sonra Samin tanışı Cəbrayıldan 1500 manat pul borca götürmüş və həmin pulu sonradan o, eşitmişdir ki, Samin Adilin qardaşı Qalibin vasitəsi ilə pulu Eldara vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Yaqub oğlu ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayında atası Yaqub, Gəncə şəhərində qardaşı Vüsala ev almaq qərarına gəlmişdir. Bu məqsədlə tanış və qohumlara, o cümlədən atasının dayısı oğlu Nizamiyə müraciət edib, münasib qiymətə Gəncə şəhərində yeni inşa olunan binalarda mənzil olarsa məlumat vermələrini xahiş etmişdir. Həmin ərəfədə qohumları Nizami, onun əvvəllər tanımadığı Tapdıq adlı tanışının Gəncə şəhərində sonradan dəqiq ünvanı ona məlum olan Gəncə şəhəri Nizami rayonu M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı bir otaqlı mənzilin münasib qiymətə satılması barədə ona məlumat verdiyini danışmışdır. Atası Yaqub da, Nizamidən Tapdığın mobil telefon nömrəsini öyrənib onunla əlaqə saxlamış və səhərisi günü Gəncə şəhərində mənzilin yerləşdiyi binanın yaxınlığında görüşməyi razılaşıb, səhərisi günü Gəncə şəhəri Nizami rayonu M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin yaxınlığında ilk dəfə görüb tanıdığı sonradan dəqiq adı və soyadı ona məlum olan X26 ilə görüşmüşdür. Bir qədər sonra Tapdığın deməsi ilə oraya gələn sonradan dəqiq adı və soyadı ona məlum olan Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Həmin vaxt Adil, Gəncə şəhəri Nizami rayonu M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı bir otaqlı mənzilin özünə məxsus olduğunu deyib, mənzili atası Yaquba göstərmişdir. Təmirsiz vəziyyətdə olan həmin mənzil atam Yaqubun xoşuna gəlmişdir. Adil mənzili 11.000 (on bir min) manata atası Yaquba satmağa razılaşmışdır. Atası Yaqub, Adillə danışıb 11000 manat nəğd pulu olmadığını deyərək, ilkin olaraq həmin məbləğin 6000 manatını bir, qalan 5000 manatı hər ay 1000 manat olmaqla hissə-hissə ödəyə biləcəyini dedikdə Adil razılaşmışdır. Atası Yaqub, mənzilə aid sənədi soruşduqda isə Adil, mənzilə aid müqavilə verəcəyini demişdir. Bir neçə gün sonra, 25 noyabr 2016-cı il tarixdə atası Yaqub, Adillə Gəncə şəhəri 1 saylı notariat ofisinin qarşısında görüşmüşdür. Orada Adilə, mənzilə görə razılaşdıqları kimi ilkin olaraq 6000 manat pul ödəmiş, Adil də mənzilin giriş qapısının açarını və mənzilə dair X10 adına olan müqavilə əsasında atası Yaqubun adına etibarnamə vermişdir. Sonradan isə onlar həmin mənzillə bağlı mübahisə olduğunu eşitdikdə, atası Yaqub dayısı oğlu Nizamiyə müraciət edərək, Adildən evin atasının adına olan müqavilə bağlamasını tələb etməsini xahiş etmişdir. Sonradan Nizaminin tələbi ilə Adil və Tapdıq atasının adına olan müqavilə tərtib etdirərək atasına vermişlər. Lakin, o, həmin müqaviləni tam dəqiqliklə görmədiyindən və hazırda xatırlamadığından, müqavilənin tarixi və ya kim tərəfindən hansı şərtlər altında bağlanmasının məzmumunu izah edə bilmir. Bundan sonra isə həmin mənzillə bağlı mübahisələr olması barədə söz-söhbətlər olduğundan, onlar həmin evi geri qaytarmaq qərarına gəlmişlər. Bununla bağlı hətta qardaşı Vüsal, Adilin dediyi kimi həmin binanın sahibi olan Venera adlı qadının telefon nömrəsini taparaq mənzillə bağlı maraqlandıqda, Venera adlı qadın onun atasının adına hər hansı bir müqavilə vermədiyini, Adilə evin satılması ilə bağlı müqavilə təqdim etmədiyini bildirmişdir. Bundan sonra, artıq həmin mənzilin mübahisəli olmasını bildiklərindən Adildən pullarını geri tələb etmişlər. Adil də, hazırda onlardan aldığı 7000 manat pulu xərclədiyini və pulu onlara qaytarmaq üçün evi başqa bir müştəriyə satıb, onların pulunu qatyracağını bildirmişdir. Bundan sonra, Adil həmin evi Samin adlı şəxsə satdığını bildirmiş, Samin də, həmin 7000 manatı ödəmiş, onlar da həmin elvə bağlı olan sənədləri Saminə vermişlər. Bundan sonra, nə baş verməsi barədə məlumatları olmamışdır. Həmin mənzili alarkən atası Yaqubun adına verilmiş müqavilənin, həmçinin ilkin olaraq X10 adına olan müqavilələrin kim tərəfindən, nə vaxt və hansı yolla hazırlaması, orada olan imzalar və möhürlərin kim tərəfindən icra edilməsi barədə heç bir məlumatları olmamışdır. Əlavə olaraq bildirmişdir ki, atası Yaqub neçə illərdir ki, insult xəstəsidir, səhəhti çox pisdir. Buna görə də, hazırda istintaqa gələ bilmir. Bundan başqa, sözü gedən mənzilə görə atası Yaqub tərəfindən ödənilmiş ümumilikdə 7000 manat pul, sonradan Samin tərəfindən ev alınarkən onlara ödənildiyindən, onlara hər hansı bir məbləğdə maddi ziyan dəymədiyindən bununla bağlı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, bacısı X7 yaşamağa ünvanı olmadığı üçün ona ev almaq qərarına gəlib, bu məqsədlə ev axtararkən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 82 saylı 2 otaqlı mənzilin satıldığını bilib həmin ünvandakı mənzili bacısı üçün almağı qərara almışdır. Bu məqsədlə 22 may 2008-ci il tarixli müqavilə əsasında qeyd olunan mənzilə görə Bakı şəhəri 8-ci m/r-n ərazisində 37410 manat X54a ödəyib, mənzili almışdır. Həmin mənzili aldıqdan sonra 2015-2017-ci illər ərzində həmin mənzilin otaqlarını təmir etdirməyə başlamışdır. Bu minvalla otaqların təmirinə 10.000 manat pul xərcləmişdir. Qeyd olunan mənzilin həm alınmasına və həm də təmirinə xərci özü çəkməsinə baxmayaraq, mənzilin müqaviləsi bacısı X7 adına tərtib edilmişdir. Son dövrlər mənzili satmaq qərarına gəldiyi üçün bu barədə həmin binada cəmiyyət yaratmış Təqsirləndirilən şəxs1 bildirmiş və Təqsirləndirilən şəxs1 Amalyadan mənzili satmaq üçün müqaviləni almışdır. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən bacısı X7 adına müqavilə ilə verilmiş 82 saylı 2 otaqlı mənzilin müqaviləsini saxtalaşdıraraq saxta müqavilə əsasında satmışdır. Bundan başqa, Şahid5 ifadəsində qeyd edilən mənzilin alınması və təmirinə lazım olan bütün xərcləri özünün ödədiyini, həmin mənzilin onun mülkiyyətində olduğunu, lakin həmin mənzili bacısı X7 mənzili olmadığı üçün onun üçün aldığından mənzilə dair müqaviləni də Amalyanın adına tərtib edildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasında yerləşən 10 mənzili ona məxsus olmuşdur. Belə ki, qeyd olunan 10 mənzili 2007-ci ildə X54dan almış, aldığı mənzillər müqavilə ilə olmuş və həmin mənzillər öz adınadır. Hazırkı vaxtadək qeyd olunan mənzillərdən 66 və 86 saylı mənzilləri öz qohumlarına etibarnamə ilə satmış, qalan 8 mənzil hazırda da öz mülkiyyətindədir. Təqsirləndirilən şəxs1 adlı şəxsi təxminən bina tikilən ərəfədən tanımışdır. Bina tikilən ərəfədə Eldar binada işçi kimi fəaliyyət göstərmişdir. Lakin, bina sahibinin ölməsindən və həmin dövrədək binada tikintinin yarımçıq qalmasından istifadə edən Təqsirləndirilən şəxs1 2019-cu ildə binaya qaz çəkdirmək adı ilə saxta cəmiyyət yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 cəmiyyət yaradarkən qaz çəkdirməyi bəhanə gətirmiş və o da Eldarın cəmiyyət yaratmasına razılıq vermiş şəxslərdən biri olmuşdur. Lakin, sonradan Təqsirləndirilən şəxs1 cəmiyyət yaratmaq adı ilə başqasının mülkiyyətində olan binaya yiyələnmək niyyətinin olduğu ona məlum olduğuna görə də o, Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmiş, bu səbəbdən də cəmiyyətin yaradılması prosesinə həmin ildə xitam verilmişdir. Bununla bağlı, yəni Təqsirləndirilən şəxs1 saxta hərəkətləri barədə o, dəfələrlə Ədliyyə Nazirliyinə və digər orqanlara müraciət etsə də 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 hansısa yolla həmin cəmiyyəti yarada bilmiş və binadakı mənzillərə yiyələnməyə başlamışdır. Təqsirləndirilən şəxs1 bina tikilən ərəfədə həmin tikilidə mühəndis kimi fəaliyyət göstərdiyindən binadakı hansı mənzilin həqiqi müqavilə ilə satıldığını bilmişdir. Buna görə də digər boş qalan mənzillərin saxta müqavilə ilə satılması prosesinə özü rəhbərlik etmişdir. Hazırda da Təqsirləndirilən şəxs1 özünün yaratdığı saxta cəmiyyətin adından binanın sahibi kimi özünü təqdim edib boş qalmış mənzilləri 2007- 2008-2009-cu illərə dair saxta müqavilə hazırlayaraq, öz tanışlarının adına saxta möhür və saxta imzalar tərtib etməklə etibarnamə əsasında satmaqla məşğul olur. Hazırda onda olan məlumata görə Təqsirləndirilən şəxs1 mübahisəli binada bir neçə mənzili, yəni 82 saylı, 18 saylı, 48 saylı və 65 saylı mənzilləri saxta müqavilə ilə sataraq külli miqdarda pul ələ keçirmişdir. Eyni zamanda qeyd olunan mübahisəli binada son dövrdə 14 saylı və 48 saylı mənzillərdə təmir işləri aparılmaqdadır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahid X13 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayında o, qonşusu Nizami ilə söhbət edən zaman Nizami, ona yaxın qohumu Gədəbəy rayonu Daryurd kənd sakini X44 Gəncə şəhərindən ev almaq istədiyini bildirmişdir. Bir neçə gün sonra təxminən 2015-ci ildən tanıdığı Təqsirləndirilən şəxs2 onun istifadəsində olan mobil telefonuna zəng edib ona Gəncə şəhəri Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı bir otaqlı mənzilini satmaq istədiyini, mənzil satılacağı təqdirdə ona 200-300 manat arası pul verəcəyini bildirmişdir. O, dərhal Adilin mənzil satması barədə Nizamiyə mobil telefonla zəng edib məlumat vermişdir. Ertəsi günü saat 10 radələrində Yaqub, onun istifadəsində olan mobil telefonuna zəng edib, mənzilə baxmaq istədiyini bildirmişdir. O, Yaquba binanın yerəşdiyi yeri dəqiq başa salaraq ondan həmin yerə gəlməsini xahiş etmişdir. Sonra o, Adilin mobil telefonuna zəng edib ona binanın yanında müştərinin gözlədiyini, təcili olaraq mənzilin açarlarını götürüb binanın yanına gəlməsini bildirmişdir. Sonra o, avtomobililə binanın yanına getmiş və Yaqubla görüşüb Adilin gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra, Adil onların yanına gəlmişdir. Üçü birlikdə mənzilə baxış keçirmiş və mənzil Yaqubun xoşuna gəldikdən sonra onu almaq istədiyi bildirmişdir. Adil mənzili Yaquba 11.000 (on bir min) manata satmağa razılaşmışdır. Sonradan o, eşitmişdir ki, Yaqub Adilə pulun 6000 manatını nəğd olaraq vermiş, yerdə qalan pulu isə hər ay 1000 manat olmaqla Adilə ödəyəcək idi. Bir ay sonra Yaqub Adilə 1000 manat pul vermişdir. 2017-ci ilin mart ayında Yaqub, onun istifadəsində olan mobil telefonuna zəng edib ona Adilə mənzili geri qaytarmaq istədiyini bildirmişdir. O da bu barədə Adilə mobil telefonla məlumat vermişdir. Adil ona Yaqubdan aldığı pulu xərclədiyini, həmin pulu onun mənzilə yeni müştəri tapıldıqdan sonra Yaqubun pulunu geri qaytaracağını bildirmişdir. O da, bu barədə mobil telefonla Yaquba məlumat vermiş və ona mənzilin yeni şəxsə satıldıqdan sonra Adilin pulu geri qaytaracağını bildirmişdir. 2017-ci ilin aprel ayının axırlarında saat 18 radələrində o, qonşusu olan Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman, Samin, ona Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerəşən mənzilini Qədir adlı tanışının 20.000 (iyirmi min) manata almaq istədiyini, Qədir mənzili aldıqdan sonra, Gəncə şəhərindən ev almaq istədiyini bildirmişdir. O da, Saminə makler yoldaşlarından maraqlanıb ona bir xəbər edəcəyini bildirmişdir. 12 may 2017-ci ilin tarixdə saat 14 radələrində o, Samini ofisə çağırıb ona Adil adlı tanışının Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində təzə inşa edilən 10 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv metr olan 55 saylı mənzilin 11.000 (on bir min) manata satdığını bildirmişdir. Samin də, mənzilə baxmaqdan ötrü onun avtomobilinə əyləşmiş və onlar birlikdə məzilə baxmaqdan ötrü binanın qarşısına getmişlər. Bir neçə dəqiqədən sonra Adil, onların yanına gəlmiş və üçü qalxıb mənzilə baxmışlar. Mənzil Saminin xoşuna gəlmiş və o Adildən evin sənədlərini soruşmuşdur. Adil, Saminə binanın kommunal birliyə təhvil verilmədiyinə görə yalnız müqavilə və etibarnamə ilə satacağını bildirmişdir. Həmçinin, Adil, Saminə yaxın gələlcəkdə bina balansa verildikdən sonra mənzilə dair müvafiq çıxarışın veriləcəyini bildirmişdir. Samin mənzili on bir min manata almağa razılaşmış və Adil, Saminə mənzili Yaquba 11.000 (on bir min) manata satdığını, hazırda Yaqubun səhhətində yaranmış xəstəliklə bağlı mənzil geri qaytarmaq istədiyini, Yaqubdan aldığı pulu xərclədiyinə görə hazırda pulu ona geri qaytara bilmədiyini, pulun üzərindən təcili olaraq Gədəbəy rayonu Daryurd kənd sakini X47 7000 (yeddi min) manat pul verməyini xahiş etmişdir. Samin bu barədə Adil ilə razılaşdıqdan sonra Adil Yaquba zəng edərək evi Saminə satdığını, Saminin Bakı şəhərində yerləşən mənzilini satıb pulu əldə etdikdən sonra ona 7000 manat pulunu geri qaytaracağını, pulu qaytardıqdan sonra mənzilə dair sənədləri və aralarında bağlanmış borc müqaviləsini Saminə verməsini xahiş etmişdri. Sonra o, Saminlə birlikdə Adildən aralanıb yaşadıqları evə getmişlər. Bir neçə gündən sonra Adil mobil telefonda ona X21 yeddi min manat pulu geri qaytardığını bildirmişdir. Bir neçə gün sonra Samin mobil telefonla ona zəng edib aldığı mənzilin sənədlərinin problemli olduğunu, mənzilin bir neçə nəfər satıldığını və mənzili təmir edib ailəsi illə birlikdə köçə bilməməsini bildirmişdir. Sonra o, bu barədə Adilə zəng edib öz iradlarını bildirmişdir. Dəqiq tarixi yadında qalmayan vaxtda, 2017-ci ilin avqust ayının ortalarında Adil ona zəng edib, mənzilin məhkəmədə mübahisəsi olduğuna görə Samindən evin sənədlərini alıb ona verməsini xahiş etmişdir. O da, Saminə zəng edib evin sənədlərini məhkəmə mübahisəsinə görə istəmişdir. Həmin günü saat 14 radələrində o, Saminin yaşadığı evə gedib, onun arvadı Zahidədən mənzilə dair əvvəllər Adildən alıb Yaquba göndərdiyi, Yaqubun adına verilmiş müqaviləni və Yaqubun adından Zahidənin adına verilmiş etibarnaməni götürmüş və sonra həmin sənədləri Adil ilə görüşüb ona vermişdir. 29 sentyabr 2017-ci il tarixdə Adil ona zəng etmiş, o, Adil ilə görüşən zaman Adil ona mənzilə dair arvadı X10 adına olan müqaviləni və Elnarənin adından Saminin arvadı Zahidənin adına olan etibarnaməni təqdim edərək, həmin sənədləri Saminə çatdırmasını xahiş etmişdir. O da, həmin sənədləri Adildən götürüb ona Saminin yaşadığı evə gedib arvadı Zahidəyə vermişdir. 2021-ci ilin fevral ayında o, Saminin Adilin barəsində polisə şikayət etdiyini bilmişdir. Bundan başqa, Tapdıq Şıxlınski ifadəsində mənzili Yaquba satdıqdan sonra Adilin ona 250 manat pul verdiyini, əvvəlcə Adilin Yaquba arvadı Elnarənin adına olan mənzilə dair müqaviləni və Yaqubun oğlu Vüsalın adına etibarnaməni özünün Vüsala Gəncə şəhəri 1 saylı Notariat kontorunda verdiyini, sonradan Adilin ona birbaşa Adilin adına verilmiş mənzilə dair müqaviləni verdiyini və həmin sənədi Yaquba çatdırmasını ondan xahiş etdiyini, onun da öz növbəsində Gəncə şəhərindən Gədəbəy şəhərinə gedən taksi ilə müqaviləni Yaquba göndərdiyini, Yaqubun adına olan mənzil müqaviləsini sonra Adilin xahişi ilə gedib Saminin arvadı Zahidədən götürüb, həmin müqaviləni və etibarnaməni aparıb Adilə verdiyini, 29 sentyabr 2017-ci il tarixdə isə Adildən götürdüyü arvadı Elnarənin adına olan mənzil müqaviləsini və etibarnaməni Saminin arvadı Zahidəyə verdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 may 2008-ci il tarixli müqavilədən görünür ki, icraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İX mərtəbə, ümumi sahəsi 87 kv.m olan 82 №li mənzili izolə 2 otaqdan ibarət payçının (X14) istifadəsinə verilmişdir. Mənzilin dəyəri 1kv.m sahə üçün 430 manat təşkil edir. Cəmi 87 kv.m sahə üçün 37410 azn təşkil etmişdir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilmişdir. “Könüllü təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 götürdüyü X8 çatdırılmalı olduğu bildirdiyi 23.900 ABŞ dolları oulu könüllü olaraq istintaqa təqdim etmişdir. Həmin pullara baxış keçirilmiş və zərfə qoyularaq maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2021-ci il tarixli, 5/469-5/478-4-593 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 adına verilmiş 22 may 2008-ci il tarixli müqavilənin çap mətni axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş X7 adına verilmiş 22 may 2008-ci il tarixli müqavilənin hər iki vərəqində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilməmişdirlər. Tədqiqata təqdim edilmiş X7 adına verilmiş 22 may 2008-ci il tarixli müqavilənin hər iki vərəqində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş X7 adına verilmiş 22 may 2008-ci il tarixli müqavilənin hər iki vərəqində olan “AZƏRBAYCAN RESPUBLİKASİ X31” məzmunlu möhür əksləri, sərbəst nümunə qismində təqdim edilmiş eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş X7 adına verilmiş 22 may 2008-ci il tarixli müqavilədə hər hansı bir düzəlişlər müəyyən edilməmişdir. Ekspertizaya təqdim edilmiş 22 may 2008-ci il tarixli müqavilənin 1-ci vərəqəsinin arxa tərəfində “Rüstəmov Rövşən”, “37410”, “Dəyəri tam ödənildi” qrafalarındakı imzalar, 2-ci vərəqəsinin üz tərəfində “Qızı İmza” qrafasındakı imza – X31 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. “İfadələrin yerində yoxlanılması haqqında” 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2019cu il tarixdən Gəncə şəhərində Gəncə 1 Mənzil Mülkiyyətçilərinin Müştərrək Cəmiyyətinin sədri vəzifəsində çalışır. Cəmiyyətin fəaliyyəti Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasına rəhbərlik etmək, müəyyən xərcləri yığaraq kommunal xərcləri və eləcə də digər problemlər yaranarsa həmin problemləri həll etməkdən ibarətdir. Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təxminən 29-30 aprel 2021-ci il tarixdə, dəqiq vaxt yadında jalınadığı üçün, təxminən saat 16 radələrində bir nəfər əvvəllər tanımadığı sonradan ıdmın Cavad olduğunu bildiyi şəxs digər bir nəfər adının sonradan Elgiz olduğunu bildiyi şəxslə ona yaxınlaşaraq Gəncə şəhəri, Nizami rayonu, Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasında ev almaq istədiyini bildirmişdir. O da etiraz etməyib həmin binada bir neçə mənzilin satıldığını ona demiş və həmin nənzilləri ona göstənnişdir. Cavad həmin mənzillərə baxdıqdan sonra binanın İİ blok İX mərtəbəsində ümumi sahəsi 87 kv.metr olan 82 nömrəli mənzili bəyənmiş və mənzilin fotoşəkillərini, videosunu çəkib, ailəsinə göndərmiş və həmin mənzilin dəyərini soruşmuşdur. O isə Cavada həmin evin dəyərini bilmədiyini, ev sahibi X14 ilə əlaqə saxladıqdan sonra dəyərini onlara bildirəcəyini demişdir. Bundan sonra o, Amalya Abdullayevanın mobil telefon nömrəsi ilə əlaqə saxlayıb ona söhbət zamanı evini almaq istəyən müştərinin olduğunu və satdığı mənzilin dəyərini soruşmuşdur. Amalya xanım ona mənzilini 42000 manata satdığını, 1000 manat keçə biləcəyini və yekunda mənzili 41000 manata sata biləcəyini demişdir. O, da bu barə də Cavada bildirmişdir. Cavad razılaşıb, tələsidklərini deyib çıxıb getdilər. Bundan bir gün sonra Cavad və Elgiz onun mobil nömrəsinə zəng etmişlər və söhbət zamanı o, ona Amalya xanımın alqı-satqıya razı olduğunu və Gəncə şəhərinə gəlib 41000 manat ona verdikdən sonra evi Cavadın adma rəsmiləşdirə biləcəyini bildirmişdir. Cavad və Elgiz ona işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə gələ bilməyəcəyini deyərək, Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkib onun mobil telefonuna göndərmiş və sənədləşmə işlərinin aparıldıqdan sonra Bakı şəhərinə gəlməyini və mənzilin alqı-satqısı üçün danışdığımız 41000 manat pulu Amalya xanıma Bakı şəhərində verə biləcəyini bildirmişlər. O, da bu barədə Amalya xanıma bildirdikdə Amalya Bakı şəhərinə gedə bilməyəcəyini və artıq bir neçə vaxtdır tanışlığı olduğundan, ona etibar etdiyindən evə dair Zərərçəkmiş şəxs3 adma etibarnaməni ona vermişdir. 04 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nərimanov rayonu, X42 yaxınlığında yerləşən adını xatırlamadığım çay evində Zərərçəkmiş şəxs3 və özünü ona Elgizin tanışı kimi təqdim edən adını xatırlamadığı ortayaşlı kişi cinsli şəxslə görüşmüşdür. Zərərçəkmiş şəxs3 ona çay evində mənzilə görə Amalya Abdullayevaya çatacaq 23.900 ABŞ dolları pul vermişdir. O, da Cavada evə dair Amalya Abdullayevanın verdiyi AR - İİ№ - 294716 nömrəli etibarnaməni və xx.xx.2008-ci il tarixli müqaviləni vermişdir. Həmçinin, sənədin arxasına “X8 çatacaq 23.900 ABŞ dolları pulu aldığımı öz xəttimlə yazıb imza etdim”. Sözlərini yazmışdır. Zərərçəkmiş şəxs3 getdikdən bir qədər sonra çay içən zaman polis əməkdaşları yaxınlaşaraq barəmdə şikayət ərizəsinin olduğunu deyib Nərimanov rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Hazırda həmin binanın qarşısında dayanaraq 82 nömrəli mənzili göstərmişdir. 14 fevral 2007-ci il tarixli müqavilədən görünür ki, Zərərçəkmiş şəxs1 ilə X31 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 54 kv.m olan 48№li mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 450 ABŞ dolları təşkil edir. Cəmi 54 kv.m sahə üçün 24300 ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dolları ilə ödənilir. Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 23 iyun 2021-ci il tarixli, 189 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış binasının 2 otaqlı 82 saylı mənzilinin hazırki Respublika daxili orta bazar qiymətinin 56289,00 manat, 48 saylı mənzilin hazırki Respublika daxili orta bazar qiymətinin 34938,00 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. 05 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X31 ilə Təqsirləndirilən şəxs1 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbə, 13 №li mənzil, 2-ci blok, 1-ci mərtəbə, 48 nömrəli mənzil pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 230 ABŞ dolları təşkil edir. Cəmi 103 kv.m sahə üçün 23690 ABŞ dolları təşkil edir. Ödəmə ABŞ dolları ilə ödənilir. 06 iyul 2009-cu il tarixli müqavilədən görünür ki, X31 ilə X9 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 76 kv.m olan 65 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X9) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 210 manat təşkil edir, cəmi 76 kv.m sahə üçün 15960 manat təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 24 iyun 2021-ci il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına verilmiş” qətimkan tədbiri seçilmişdir və dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. 23 fevral 2008-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X50 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 76 kv.m olan 36 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X50) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 400 manat təşkil edir, cəmi 76 kv.m sahə üçün 30.400 manat təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 25 may 2008-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X50 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 76 kv.m olan 85 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X50) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 400 manat təşkil edir, cəmi 76 kv.m sahə üçün 30.400 manat təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2021-ci il tarixli, 5/742-5/743-4/949 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına 05 noyabr 2006-cı il tarixli müqavilənin ön və arxa tərəfindəki göy rəngli möhür əksləri, X4 adına 06 iyul 2009-cu il tarixli müqavilənin arxa tərəfindəki möhür əksləri relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 Tariyel oğlunun adına xx.xx.2007-ci il tarixli müqavilənin çap mətni və arxa tərəfindəki möhür əksi və imza, X4 adına 06 iyul 2009-cu il tarixli müqavilənin çap mətni axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına 05 noyabr 2006-cı il tarixli müqavilənin çap mətni, qrafalardakı əlyazılan, arxa tərəfindəki “icraçı” sütünundakı möhür əksi və üzərindəki imza elektrofotoqrafik çoxaldıcı qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına 05 noyabr 2006-cı il tarixli və Zərərçəkmiş şəxs1 Tariyel oğlunun adına xx.xx.2007-ci ii tarixli müqavilələrində olan möhür əksləri təqdim edilmiş X4 adına 06 iyul 2009-cu il tarixli müqavilədə olan möhür əksləri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş X4 adına 06 iyul 2009-cu il tarixli müqavilədə olan imzalarda, Təqsirləndirilən şəxs1 adına 05 noyabr 2006-cı il tarixli müqavilənin arxa tərəfində olan son iki “Ödəmə” qrafalardakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 Tariyel oğlunun adına xx.xx.2007-ci il tarixli, X4 adına 06 iyul 2009-cu il tarixli, Təqsirləndirilən şəxs1 adına 05 noyabr 2006-cı il tarixli müqavilə düzəlişlər (mexaniki üsulla Pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və digər etmə) müəyyən edilmədi. Ekspertizaya təqdim edilmiş 014 fevral 2008-ci il tarixli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 29 avqust 2008-ci il tarixli 59 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 29 avqust 2008-ci il tarixli 59 nömrəıli “A” formatlı ödəniş tapşırığında “Müştərinin imzası (ları)” qrafasında olan imza; 09 iyun 2008-ci il tarixli 40 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2008-ci il tarixli 38 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 01 aprel 2008-ci il tarixli 19 nömrəli “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 01 aprel 2008-ci il tarixli 19 nömrəli “A” formatlı ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2007-ci il tarixli 39 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2008-ci il tarixli 39 nömrəli “A” formatlı ödəniş tapşırığında “Müştərinin imzası (ları)” qrafasında olan imza; 02 yanvar 2011-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı sağ küncündəki imza; 21 iyul 2006-cı il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə” yazıları qarşısındakı imzalar (4 ədəd imza); 15 iyul 2008-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin (2 ədəd) aşağı hissəsində “Ödəmə xx.xx.2008. 32.000 (otuz iki min) AZN” yazıları qarşısındakı imza; 14 noyabr 2006-cı il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə” yazıları qarşısındakı imzalar (5 ədəd imza); 02 mart 2017-cı il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin arxa tərəfində “Alıcı:” qrafasındakı imza; 23 yanvar 2308-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə” yazıları qarşısındakı imzalar (3 ədəd imza) – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 04 fevral 2008-ci il tarixli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 29 avqust 2008-ci il tarixli 59 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 29 avqust 2008-ci il tarixli 59 nömrəli “A” formatlı ödəniş tapşırığında “Müştərinin imzası (ları)” qrafasında olan imza; 09 iyun 2008ci il tarixli 40 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2008-ci il tarixli 38 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 01 aprel 2008-ci il tarixli 19 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2007-ci il tarixli 39 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası (ları) 1.Direktor” qrafasında olan imza; 09 iyun 2008-ci il tarixli 39 nömrəli “A” formatlı ödəniş tapşırığında “Müştərinin imzası (ları)” qrafasında olan imza; 02 yanvar 2011-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı sağ küncündəki imza; 24 iyul 2006-cı il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə” yazıları qarşısındakı imzalar (4 ədəd imza); 15 iyul 2008-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin (2 ədəd) aşağı hissəsində “Ödəmə xx.xx.2008. 32.00 (otuz iki min) AZN” yazıları qarşısındakı imza; 14 noyabr 2006-cı il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə yazıları qarşısındakı imzalar (5 ədəd imza); 02 mart 2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsnin arxa tərəfində “Alıcı” qrafasındakı imza; 23 yanvar 2008-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı imza və həmin müqavilənin aşağı hissəsində “Ödəmə” yazıları qarşısındakı imzalar (6 ədəd imza) ilə 05 noyabr 2006-cı il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı möhür əksinin üzərində elektrofotoqrafik çoxaldıcı qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmiş, 14 fevral 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs” qrafasındakı axınlı printerdə çap edilmiş imzalar – EYNİ ŞƏXS tərəfindən icra olunmuş imzaların əksidir. Aparılmış tədqiqatın dəyəri 120 manatdır. 10 may 2007-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X24 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 76 kv.m olan 55 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X24) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 250 manat təşkil edir, cəmi 76 kv.m sahə üçün 19000 manat təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 17 may 2007-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X58 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 11-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 76 kv.m olan 55 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X58) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 250 manat təşkil edir, cəmi 76 kv.m sahə üçün 19000 manat təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 23 may 2007-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X49 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 76 kv.m olan 26 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X49) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 350 ABŞ dolları təşkil edir, cəmi 76 kv.m sahə üçün 26600 ABŞ dolları təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinin düzgünlüyü yoxlanılmışdır. İfadə yoxlanılan zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 23 may 2007-ci il tarixli müqavilədən görünür ki, X31 ilə X49 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 76 kv.m olan 26 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının (X49) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 350 ABŞ dolları təşkil edir, cəmi 76 kv.m sahə üçün 26600 ABŞ dolları təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 20 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, X31 ilə Vüsalə Rzayeva arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 108 kv.m olan 76 №li mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının (Vüsalə Rzayeva) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 300 ABŞ dolları təşkil edir, cəmi 108 kv.m sahə üçün 32400 ABŞ dolları təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. 15 fevral 2010-cu il tarixli müqavilədən görünür ki, X31 ilə Vüsalə Südabə arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalamışlar. İcraçı (X31) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 108 kv.m olan 76 №li mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının (Vüsalə Südabə) istifadəsinə verir. Mənzilin dəyəri bir kv.m sahə üçün 300 ABŞ dolları təşkil edir, cəmi 108 kv.m sahə üçün 32400 ABŞ dolları təşkil edir. Ödəmə məbləği azn hesabı ilə həyata keçirilir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-86/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1570-5/1225 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X10 adına olan 10 may 2007-ci il tarixli müqavilənin kserosurətində icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X10 adına olan 10 may 2007-ci il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1569-5/1224 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X44 adına olan 17 may 2007-ci il tarixli müqavilənin kserosurətində icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X44 adına olan 17 may 2007-ci il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1567-5/1258 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X5 adına olan 06 iyul 2009-cu il tarixli müqavilənin kserosurətində icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X5 adına olan 06 iyul 2009-cu il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1571-5/1226 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X18 adına olan 20 avqust 2006-cı il tarixli müqavilənin kserosurətində icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X18 adına olan 20 avqust 2006-cı il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1568-5/1223 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adına olan 05 noyabr 2006-cı il tarixli müqavilənin kserosurətində icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adına olan 05 noyabr 2006-cı il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 4/1572-5/1230 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X32 adına olan 23 may 2007-ci il tarixli müqavilədə icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X32 adına olan 23 may 2007-ci il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 4/1667-5/1297 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X34 adına olan 25 may 2008-ci il tarixli müqavilədə icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X34 adına olan 25 may 2008-ci il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 4/1666-5/1296 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X34 adına olan 23 fevral 2008-ci il tarixli müqavilədə icraçı qrafasından aşağıda yerləşən Rüstəmov Rövşən yazıları qarşısında əks olunmuş imza Rüstəmov Rövşən tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, X34 adına olan 23 fevral 2008-ci il tarixli müqavilənin surətində olan möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. “Sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi haqqında” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 2800 manat pul ödənməsi maddi ziyandan ödənilən məbləğ kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 aldatma yolu ilə götürdüyü 23900 ABŞ dolları maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmışdır. “Maddi sübut kimi tanınmaq haqqında” 22 fevral 2002-ci il tarixli qərardan görünür ki, xx.xx.2006-cı il tarixli müqavilə, 06 iyul 2009-cu il tarixli müqavilə, 14 fevral 2007-ci il tarixli müqavilə, 17 may 2007-ci il tarixli müqavilə, 10 may 2007-ci il tarixli müqavilə, 23 may 2007-ci il tarixli müqavilə, 22 may 2008-ci il tarixli müqavilə maddi sübut kimi tanınmış və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 99, 23-1-ci maddəsi ilə 2 il müddətinə əməyə cəlb olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-7/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin 09 dekabr 2022-ci il tarixli, 89/2022 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının xx.xx.2022-ci il tarixə 05 ay 19 gününü çəkmiş, çəkilməmiş qalan 01 il 06 ay 07 gün təşkil edir. AZ – İİ seriyalı, 311010 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formasından ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, 1(104)-168/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 verilmiş apellyasiya şikayəti təmin edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-86/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 320.1 və 320.2-ci maddələri ilə bəraət verilmiş və Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri və Təqsirləndirilən şəxs2 tərəfindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsini özləri etiraf etməsələr də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 144-146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmiş və qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin onun ölməsi ilə əlaqədar onun barəsində cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və xx.xx.2022-ci il tarixdə öldüyündən ona cəza təyin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1. və 75.2. bəndlərinə görə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəllənin 15.2-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 təqsirli bilndiyi Azərbaycan Respublikası CMnin 320.1 və 320.2-ci-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməllərin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin 39.1, 39.1.3-ci maddələri tələb edir ki, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilndiyi Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərə çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, oğlu X19 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə əməlləri 2020-ci ildə, yəni Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 23900 ABŞ dollarının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, xx.xx.2006-cı il tarixli müqavilə, 06 iyul 2009-cu il tarixli müqavilə, 14 fevral 2007-ci il tarixli müqavilə, 17 may 2007-ci il tarixli müqavilə, 10 may 2007-ci il tarixli müqavilə, 23 may 2007-ci il tarixli müqavilə, 22 may 2008-ci il tarixli müqavilələr cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının ümumi dəyəri - 2120 manatın Təqsirləndirilən şəxs1 tərəfindən ödənlməli olan 1060 manatı o, öldüyündən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməli, 1060 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X35 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin olunmasın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-7/2022 saylı, 20 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - xx.xx.2006-cı il tarixli müqavilə, 06 iyul 2009-cu il tarixli müqavilə, 14 fevral 2007-ci il tarixli müqavilə, 17 may 2007-ci il tarixli müqavilə, 10 may 2007-ci il tarixli müqavilə, 23 may 2007-ci il tarixli müqavilə, 22 may 2008-ci il tarixli müqavilələr cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 23900 ABŞ dollarının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri - 2120 manatın Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməli olan 1060 manat hissəsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin, 1060 manat hissəsi isə Təqsirləndirilən şəxs2 tutularaq tutulub dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X35 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar