Məhkəmə qərarları › İş №1(005)-233/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-233/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-233/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi- Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun vəkili –“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 B ünvanında qeydiyyatda olmaqla, ünvan 2anov rayonu, İ.P.Dadaşov küçəsi, ev 50, mənzil 205 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının 27-də, gecə saat 01:00 radələrində birlikdə yaşadıqları ünvan 2anov rayonu, İ.P.Dadaşov küçəsi, ev 50, mənzil 205 ünvanda yerləşən mənzilin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə etmiş, mübahisə zamanı qəsdən yumruqla bir neçə dəfə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona ənsə nahiyəsinin şişkinliyi və qansızması, boynun, sol bazunun qançırları, sağ budun fluktasiya ilə müşayiət olunan hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun rəsmi həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 01:00 radələrində evdə olduqları zaman Ruhiyyə ilə aralarında ailə məişət zəminində sözlü mübahisə yaranmış və mübahisə əsnasında mənzilin yataq otağında olarkən Ruhiyyənin üzərinə gedərək yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Daha sonra isə Ruhiyyə yataq otağından çıxaraq digər otağa keçmişdir. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 01:00 radələrində evdə olduqları zaman əri Rasimə səhər saatlarında anasının evinə gedəcəyi barədə bildirmişdir. Lakin bu zaman Rasim buna etiraz etmiş və getməyəcəyini söyləmişdir. Bu səbəbdən də aralarında ailə məişət zəminində sözlü mübahisə yaranmış və mübahisə əsnasında mənzilin yataq otağında olarkən əri Rasim onun üzərinə hücum edərək nalayiq sözlərlə söyüb təhqir edib, yumruqla onun baş və bədən nahiyələrinə bir neçə dəfə vurmuşdur. Daha sonra isə o, mənzilin digər otağına keçmişdir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində yaşadıqları ünvan 2anov rayonu, İ. P. Dadaşov küçəsi, ev 50, mənzil 205 ünvanda olduqları zaman həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəminində sözlü mübahisə etdiyini və mübahisə zamanı əri onun üzərinə hücum edərək bir neçə dəfə yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə bədən xəsarəti vurmuşdur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov RPİ-nin 16-ci Polis bölməsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. (i.v. 1 ); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 364 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədən səhhətində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin şişkinliyi və qansızması, boynun, sol bazunun qançırları, sağ budun flüktasiya ilə müşayiət olunan hemotoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 14-16) Məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. (i.v.18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.43); Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alaraq məhkəmə iclasında onun adından çıxış edərək hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi CM-nin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qarşılıqlı surətdə barışmaları nəzərə alınmalı vəTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına, habelə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar