Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-233/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçimiş və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etmiş, saxlamış və gəzdirməklə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən 01 ədəd 471874 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan Kalaşnikov konstruksiyalı, AKS-74U modelli avtomatı, iki ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-darağları və 60 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatları – patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib yol vərəqəsi əsasında idarə etdiyi “Chevrolet” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlayıb daşımaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:00-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Chevrolet” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq BMCMİ-yə gətirilmiş, həmin gün saat 18:15-dən etibarən Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Chevrolet” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən ağ rəngli sintetik torbanın içərisindən 01 ədəd 471874 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı olan Kalaşnikov konstruksiyalı, AKS- 74U modelli avtomat və hər birinin içərisində 30 ədəd olmaqla ümumilikdə 60 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan döyüş sursatları – patronların saxlanıldığı iki ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-darağlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən tutulmazdan bir həftə əvvəl isə Göy-göl rayonu Hacıkənd kəndində olan zaman meşəlik ərazidə gəzişərkən ağacın dibində bir ədəd avtomata bənzəyən bir predmet görmüşdür. Həmin predmetin silah ola biləcəyi onun diqqətini cəlb etmiş və o, bir qədər yaxınlaşaraq orada həqiqətən də avtomatın olduğunu, yanında əlavə bir ədəd də darağın olduğunu görmüşdür. Silahı əlinə götürüb baxış keçirmişdir, üzərində olan daraq və kənarda olan daraq da tam olaraq patronla dolu imiş. O, silaha olan həvəsindən irəli gələrək düşünmüşdür ki, həmin silahı elə özündə saxlasın və aparıb hardasa gizlətsin. Beləliklə də, həmin silahı gizlin olaraq idarə etdiyi **-PE-*** qeydiyyat nişanlı “Cehvrolet Cobalt” avtomobilin saxlanc yerinə qoymuşdur. Silahı daraqlarla birlikdə ağ rəngli sintetik kisənin içərisinə qoymuşdur. Evə aparıb orada gizlətməkdən qorxduğu üçün silahı elə avtomobilin saxanc yerində saxlayırdı. Tutulduğu gün isə, konkret olaraq 17 fevral 2023-cü il tarixdə saat 16 radələrində o, faktiki olaraq yaşadığı ünvan yaxınlığında, Xətai rayonu ərazisində maşını saxlayıb yanında dayanan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Ciayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim edib adını bildirmişdir. Bu vaxt polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə həmin İdarəyə gəlmişdir. Orada hüquqlarının müdafiə edilməsi üçün o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərində heç bir qanunsuz silah və sursat olmadığını bildirib idarə etdiyi və Baş İdarənin qarajında saxlanılan “Chevrolet Cobalt” markalı avtomobilin arxa saxlanc yerində bir ədəd avtomatla həmin silaha aid olan içi dolu iki ədəd daraqlar vardır və həmin predmetləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar eyni tərkibdə olmaqla İdarənin qaraj hissəsinə keçərək orada idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirmişlər. Bu zaman ona təklif edilmişdir ki, qeyd etdiyi əşyaları təqdim etsin. O da özündə olan avtomobilə aid olan açarla maşını kiliddən çıxarıb arxa saxlanc yerini açaraq orada olan ağ rəngli kisəni göstərib içərisində qeyd etdiyi predmetlərin olduğunu bildirmişdir. Həmin kisə açılaraq içərisindən bir ədəd avtomat tipli silah və iki ədəd hər birinin içərisində 30 ədəd patronlar aşkar edilmişdir. Həmin vaxt avtomata baxış keçirilmiş, üzərində xüsusi yazıların olması məlum olmuş, patronlar isə ayrılıqda olmaqla yerə tökülüb sayılmışdır. Patronların ümumi sayı 60 ədəd imiş. Sorğu zamanı o, bildirmişdir ki, həmin silahla patronları bir həftə əvvəl Göygöl rayonu Hacıkənd deyilən ərazidə meşədə tapmış və silaha olan həvəsinə görə özündə saxlayaraq maşında gizlətmişdir. Bundan sonra baxış zamanı aşkar olunmuş silahla daraqlar və patronlar polis əməkdaşları tərəfindən bir ədəd kisədə qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri tərəflərindən imzalanmışdır. Daha sonra bütün qeyd olunanlarla bağlı ayrıca protokol tərtib edilmiş, o və baxışda iştirak edən digər iştirakçılar protokola imza etmişlər. Himayəsində 2 yetkinlik yaşına çatmayan övladı var, biri anadangəlmə xəstədir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində gəzdirməklə saxlaması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvü kimi isə həmin İdarənin əməliyyat müvəkkili polis mayoru Şahid2 təyin edilmişdir. 17 fevral 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 16:00-da ünvan 3 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etdikdən sonra şəxsiyyətini müəyyən etmişlər və Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarla sonuncunu tanış etmişlər. Bundan sonra saxlanılmış Təqsirləndirilən şəxs üzərinə və saxlanılan zaman yanında olan və idarə etdiyi “Chevrolet” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilə yerində baxış keçirməyə şərait olmadığından həmin şəxs qeyd edilən avtomobillə birlikdə BMCMİ-yə dəvət edilmişdir. Saxlanılmış şəxs də buna etiraz etmədən onlarla adı çəkilən İdarəyə gəlmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs dəvət edilərək təyin edilmiş müdafiəçinin iştirakı ilə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz predmet olmadığına baxmayaraq idarə etdiyi və hazırda Baş İdarəyə gətirilərək dayanacaqda saxlanılmış sözügedən “Chevrolet” markalı avtomobilin arxa yük yerində avtomat, həmin silaha aid olan iki ədəd daraq və 60 ədəd patronu gizlədib saxladığını və təqdim edə biləcəyini demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə zərurət yarandığı üçün sonuncuya bu barədə bildirilmklə baxışın videoçəkilişlə aparılacağı qeyd edilmişdir. Saxlanılmış şəxs buna etiraz etməmiş və ona görə də eyni tərkibdə olmaqla Elçin Hüseyovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, həmin avtomobildə saxladığı qanunsuz predmetləri təqdim etsin. Bu vaxt Təqsirləndirilən şəxs özündə olan açarla avtomobili kiliddən çıxararaq arxa yük yerini açıb orada saxladığı ağ rəngli kisəni göstərib içərisində həmin odlu silahla həmin silaha aid olan sursatların olduğunu bildirmişdir. Odur ki, həmin kisə götürülərək içərisinə keçirilən baxış zamanı oradan bir ədəd Kalaşnikov tipli avtomata bənzər dəmir predmet və iki ədəd içərisində patronlar olan daraq aşkar edilmişdir. Bundan sonra həmin avtomata oxşar pedmetə baxış keçirilmiş, üzərində yazılar olması məlum olmuşdur. Daha sonra daraqlar boşaldılaraq üzərilərində ümumilikldə 60 ədəd tamlığı pozulmamış patronların olması müəyyən edilmişdir. Qeyd olunan predmetlər sübut əhəmiyyəti kəsb edə biləcəkləri ehtimalından və ekspertizaya təqdim olunması üçün götürülərək hamısı bir ədəd sintetik torbada qablaşdırılmış, torbanın üzərində müvafiq qaydada qeydiyyat aparılmış və tərəflərindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silaha oxşar predmeti daraqlar və patronlarla birlikdə təxminən bir həftə əvvəl Göygöl rayonu, Hacıkənd kəndində təsadüfən tapmış və idarə etdiyi avtomobildə gizlədib saxlamışdır. Avtomobilə baxış davam etdirilsə də, əlavə sübut əhəmiyyətli hal aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməkdə şübhəli bilinən xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2şamış Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxladığı odlu silah və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silah və döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur; 17 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolundan görünür ki, BMCMİnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 16:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə BMCMİ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Chevrolet” markalı **-PE-*** nömrə nişanlı avtomobildə odlu silah saxladığını, həmin silahı təxminən bir həftə əvvəl Göygöl rayonu, Hacıkənd kəndinin ərazisində yerdən taparaq özündə saxladığını bildirmişdir. Bundan sonra həmin tarixdə saat 18:15dən etibarən özünün icazəsi və razılığı ilə qeyd edilən avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən ağ rəngli sintsteik kisənin içərisindən 01 ədəd 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat və içərisində ümumilikdə 60 ədəd 5,45x39 mm kalibrli patronlar olan 02 ədəd daraq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, o cümlədən baxış və götürülmə aparılması zamanı aparılan videoçəkilişlərin görüntülərinin köçürüldüyü 02 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının ekspertizasının 18 fevral 2023-cü il tarixli, 21/142R №-li rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 471874 №li silah, zavod üsulu ilə keçmiş SSRİ-də dövlətində 1984-cü ildə istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 02 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir - darağlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar.Təqdim edilmiş 60 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar.Qeyd: tədqiqata təqdim edilmiş 60 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-218/2023 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 5(005)-309/20232 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 18 fevral 2023-cü il tarixli məktubundan görünür ki, SSRİ dövlətində istehsal olunmuş 471874 nömrəli, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1, 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilməklə ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2017-ci il tarixdə cəzası başa çataraq azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 57 ədəd 5,45x39 mm kalibrli patronlar və 02 ədəd darağlar iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 20 avqust 2011-ci ildə anadan olub. Atası Hüseynov (Çobanov) Elçin Mübariz oğlu, anası Namazova Rufanə qeyd olunub. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 21 yanvar 2010-cu ildə anadan olub. Atası Hüseynov (Çobanov) Elçin Mübariz oğlu, anası Namazova Rufanə qeyd olunub. İşdə olan Tibbi Sosial Eksperti Komossiyasının göndərişindən görünür ki, X5 “döyənək cismin anadangəlmə anatomiyasi” (inkişafdan geri qalma, iflic) xəstəliyindən əzab çəkir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 xx.xx.2010 təvəlldlü X3 və xx.xx.2011 təvəllüdlü X2 münasibətdə valideynlik hüquqlarından məhrum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; himayəsində 2 yerkinlik yaşına çatmayan uşağının olması Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. CM-in: 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır; 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, onun 02 ədəd darağı və 57 ədəd 5.45 mm kalibrli patronlar Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS- 74U modelli avtomat, onun 02 ədəd darağı və 57 ədəd 5.45 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 02 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-233/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-233/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver