Məhkəmə qərarları › İş №1(005)-234/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-234/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-234/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Naftalan şəhəri, Nizami küçəsi bina 15-də qeydiyyatda olan, Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli küçəsi ev 16-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin icraatında məhkəmə baxışı mərhələsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə xx xxxx 2019-cu il tarixdə X1, Səbail rayon Məhkəməsinin icraatında məhkəmə baxışı mərhələsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdə X2, xx xxxxxxx 2019-cu il tarixdə X3 xx.xx.2019-cu ildə X4 əmlaklarını oğurlamasına baxmayaraq, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx.xx.2020-ci il saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 15 saylı yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizdə Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən sonuncuya məxsus üzərində 2 manat danışıq vaxtı olan 5 manat dəyərində 055- ***-**-** mobil nömrəsi ilə istifadə edilən 300 manat dəyərində 1 ədəd «Samsung S6 Edge» markalı mobil telefonu götürüb açıq talayaraq zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 307 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən yaşayış binalarının qarşısından keçən zaman əvvəl tanımadığı, lakin sonradan adı ona Polis Şöbəsində məlum olan Vəli adlı bir oğlanı görmüşdür. Həmin şəxsin xarici görünüşündən ondan kiçik və yaşının az olduğunu başa düşmüşdür. Həmin oğlanın əlində telefon olduğunu və telefonu sonradan gödəkçəsinin cibinə qoyduğunu görmüşdür. Bu zaman pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, həmin telefonu Vəlidən ələ keçirsin. Bundan sonra o, həmin oğlana, yəni Vəliyə yaxınlaşmış və yalandan Vəliyə qardaşı Muradı niyə döyməsini soruşmuşdur. Vəli isə ona heç kimi döymədiyini bildirsə də, o, Vəlini sakit bir yerə çəkib telefonunu almaq üçün yalandan onu qardaşının yanına aparacağını və qardaşına göstərəcəyini, bundan sonra döyüb-döymədiyini biləcəyini demişdir. Həmin oğlan, yəni Vəli də ona etiraz etməmiş və onunla birlikdə göstərdiyi istiqamətdə gəlmişdir. O, Vəlini Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən yaşayış binasının həyətinə gətirmiş, çünki görmüşdür ki, həmin həyət sakitdir və ətrafda heç kim yoxdur. Vəliyə həyətdə dayanmağını bildirib bloka daxil olmuşdur ki, bir azdan geri qayıdıb guya dava vaxtı qardaşının telefonunu götürdüyünü bildirərək telefonu qardaşına göstərmək üçün Vəlidən alsın. O, blokdan çıxıb Vəliyə yaxınlaşmış və eyni ilə Vəliyə guya dava vaxtı qardaşının telefonunu da aldığını bildirsə də Vəli buna etiraz etmişdir. Vəliyə qardaşının yanına gedib telefonu göstərməsi üçün binaya daxil olmalarını bildirmişdir. Onlar birlikdə bloka daxil olmuşlar, binanın 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizdə o, Vəlidən telefonu istəmişdir ki, guya qardaşına göstərəcək. Vəli telefonu vermədiyi üçün o, əlini Vəlinin gödəkçəsinin cibinə salıb oradan 01 ədəd «Samsung» markalı mobil telefonu götürüb özündə saxlamışdır. Vəli telefonu istəsə də Vəliyə sakit durmağını, yoxsa döyəcəyini bildirib qardaşının 4-cü mərtəbədə olduğunu və qardaşının yanına getməsini bildirmişdir. Buna görə Vəli ondan qabaqda pilləkənlarla qalxan zaman o, bir az bilərəkdən geridə qalmış və aralarında xeyli məsafə olduğunu görüb oradan qaçaraq uzaqlaşmışdır. Sonradan əldə etdiyi mobil telefonu əvvəllər tanımadığı bir nəfər şəxsə «20 Yanvar» metrosu yaxınlığında 50 manata satmışdır. Satan zaman anasının xəstə olduğunu və telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində yaşadığı evin yaxınlığında olarkən əvvəllər tanımadığı bir nəfər oğlan ona yaxınlaşaraq Murad adlı qardaşını döydüyünü bildirmişdir. O, həmin oğlana heç kimi döymədiyini bildirsə də, həmin oğlan ondan onunla birgə getməyini, onu qardaşına göstərəcəyini və bundan sonra ona inanacağını bildirmişdir. O da məhəllədə Murad adlı oğlan olduğunu eşitdiyindən və həqiqətən də heç kimi döymədiyini göstərmək üçün həmin oğlanla birlikdə getmişdir. Onlar Nərimanov rayonu, A.M.Cümə küçəsi 15 saylı yaşayış binasının qarşısına gəlmişlər. Onu həmin ünvana yanındakı həmin oğlan gətirmişdir. Həmin oğlan qardaşını çağırmaq üçün binaya daxil olmuş və ona binanın qarşısında gözləməyini söyləmişdir. Bir neçə dəqiqə sonra həmin oğlan yanına gələrək guya dava vaxtı qardaşının telefonunu götürdüyünü bildirmişdir. O isə heç kəsin telefonunu götürmədiyini və heç kimlə dalaşmadığını bildirmişdir. Həmin oğlan isə qardaşının yanına gedib telefonu göstərmək üçün binaya daxil olmalarını bildirmişdir. Onlar birlikdə bloka daxil olmuşlar, binanın 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizdə həmin oğlan ondan yenidən telefonu istəmişdir ki, guya qardaşına göstərəcək. O isə telefonu vermədiyi üçün həmin oğlan əlini onun gödəkçəsinin cibinə salıb oradan 01 ədəd «Samsung» markalı mobil telefonunu götürüb özündə saxlamışdır. O, həmin oğlandan telefonunu geri verməsini istəsə də həmin oğlan ona sakit durmağını, yoxsa onu döyəcəyini bildirib özü tək yuxarıya qalxmışdır. O da qorxusundan sakit dayanıb gözləmişdir. Bir dəqiqə sonra həmin şəxs geri dönmüş və o həmin oğlandan bir daha telefonunu istəyən zaman ona telefonu qardaşına verdiyini, qardaşının 5-ci mərtəbədə olduğunu, qardaşının yanına getməyini, qardaşı onu gördükdən sonra əgər dalaşdığı şəxs o, olmayacaqsa telefonu qardaşı geri verəcəyini bildirmişdir. Buna görə o, tələsik yuxarı mərtəbəyə qalxmış və bu zaman ondan arxada qalan həmin oğlanın qaçaraq aşağıya düşdüyünü eşitmiş, arxası ilə aşağı düşən zaman isə həmin oğlanın qaçdığını görmüşdür. Hətta həmin oğlanın arxası ilə qışqırıb dayanmağını bildirsə də ona məhəl qoymayaraq qaçıb getmişdir. O, bu barədə dərhal evə gəlib anasına bildirmişdir. Anası isə hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan isə hadisə barədə atası Şahid bildirmişlər və atası ilə birlikdə polis şöbəsinə gələrək şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində yoldaşı ona zəng vurub telefonda bildirmişdir ki, bir nəfər tanımadıqları cavan oğlan oğlunu aldadaraq başqa bir məhəlləyə aparmış və orada yaşayış binasının blokunda qəfildən oğlunun cibindən «Samsung» markalı mobil telefonunu götürmüş, oğlu həmin şəxsdən telefonu istəsə də həmin şəxs oğlunu döyməklə hədələmiş, sonra isə hadisə yerindən qaçıb getmişdir. Yoldaşı hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. O, dərhal evə gəlmiş və baş verənləri oğlundan bir daha dinləmişdir. Oğlu Vəlinin danışdıqlarından ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində yaşadıqları evin yaxınlığında olarkən bir nəfər oğlan oğlu Vəliyə yaxınlaşaraq Murad adlı qardaşını döydüyünü bildirmiş, oğlu Vəli bunu etmədiyini bildirdikdə həmin oğlan guya qardaşı Murad ilə onun oğlunu üzləşdirmək üçün yaxınlıqda yerləşən yaşayış binasının həyətinə aparmış, sonradan yuxarı qalxıb geri qayıdaraq oğlu Vəliyə dava vaxtı qardaşının telefonunu niyə götürdüyünü soruşmuş, oğlu isə belə bir şey olmadığını bildirdikdə qardaşı Muradın yanına aparmaq üçün oğlu Vəlini yaşayış binasının blokuna aparmış, blokda, yəni 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arasındakı dəhlizdə oğlundan telefonu istəmişdir ki, guya qardaşına göstərəcək. Oğlu Vəli isə telefonu vermədiyi üçün həmin şəxs əlini Vəlinin gödəkçəsinin cibinə salıb oradan 01 ədəd «Samsung» markalı mobil telefonunu götürüb özündə saxlamış, oğlu Vəli telefonu geri verməsini istəsə də həmin oğlan Vəliyə sakit durmağını, yoxsa döyəcəyini bildirməklə hədələmişdir. Həmin şəxs yuxarı mərtəbəyə qalxıb geri dönmüş və oğlu həmin şəxsdən bir daha telefonunu istəyən zaman oğluna telefonu qardaşına verdiyini, qardaşının 5-ci mərtəbədə olduğunu, qardaşının yanına getməyini, qardaşı onu gördükdən sonra əgər dalaşdığı şəxs oğlu olmayacaqsa telefonu qardaşı geri verəcəyini bildirmiş, buna görə oğlu tələsik yuxarı mərtəbəyə qalxmış və bu zaman həmin şəxs isə qaçaraq getmişdir. Oğlu Vəli həmin şəxsin arxası ilə aşağı düşsə də həmin şəxsin qaçaraq yaşayış binasının həyətindən uzaqlaşdığını görmüş, hətta həmin şəxsin arxası ilə qışqırıb dayanmağını bildirsə də həmin şəxs buna məhəl qoymamışdır. O, hadisə barədə məlumatlı olduqdan sonra oğlu ilə birlikdə 18-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. ( i.v. 65-66) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş, AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində göndərilmişdir. (i.v. 85-86) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-184/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 180.1-ci maddəsindən həmin məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. (i.v. 93-98) Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v. 100-101) Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona CM-nin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina edilməsini və həmin maddə ilə olan əməli CM-nin 180.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi CM-nin 180.1ci maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin icraatında məhkəmə baxışı mərhələsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə xx xxxx 2019-cu il tarixdə X1, Səbail rayon Məhkəməsinin icraatında məhkəmə baxışı mərhələsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdə X2, xx xxxxxxx 2019-cu il tarixdə X3 xx.xx.2019-cu ildə X4 əmlaklarını oğurlamasına baxmayaraq, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx.xx.2020ci il saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 15 saylı yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizdə Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən sonuncuya məxsus üzərində 2 manat danışıq vaxtı olan 5 manat dəyərində 055- ***-**-** mobil nömrəsi ilə istifadə edilən 300 manat dəyərində 1 ədəd «Samsung S6 Edge» markalı mobil telefonu götürüb açıq talayaraq zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 307 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin hallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CMnin 180.2.2-ci maddəsi ilə ittiham hazırda Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan onun CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi, eyni zamanda Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında olan onun CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işləri üzrə törətdiyi oğurluq cinayətləri nəzərə alınmaqla verilmiş və həmin cinayət işləri hazırda məhkəmə baxışı mərhələsindədir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən, CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Bu səbəblə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayətlər üzrə onun əməlinə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan ********* nömrəli və CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işləri üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə CM-nin 180.2.2-ci maddəsi ilə olan əməli CM-nin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yet-kin-lik ya-şı-na çatmayanla-rın cina-yət-lə-ri ba-rə-də iş-lər üz-rə məh-kə-mə təc-rü-bə-si haq-qın-da» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayət görə cəza təyin olunması haqqındakı məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayan şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-ci maddəsi əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət işi üzrə əməli xx.xx.2020-ci il tarixdə yəni Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs oğlu barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar