Məhkəmə qərarları › İş №1(005)-234/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-234/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-234/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 68/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,029 qram, 0,020 qram, 0,022 qram, 0,011 qram, 0,031 qram, 0,020 qram, ümumi təmiz çəkisi 0,161 qram xeyli miqdarda narkotik vasitə heroin və Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılmış bir ədəd tərkibində 0,04 qram çəkidə narkotik vasitə metadon tabletini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq 20 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Nurəddin Süleymanov küçəsi 3 ünvanının qarşısına daşımış və 20 yanvar 2025-cü il tarixdə saat 13:30-da Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 4 ünvanın qarşısında saxlanılaraq, həmin ünvanda yerləşən nəqliyyat vasitələrinin yağ dəyişmə sexində üzərinə video çəkilişlə yoxlama keçirilərkən əyindəki şalvarın qabaq sağ yan cibindən kiçik plastik qabın içərisində kağız kəsiyinə bükülmüş qəhvəyi rəngli spesifik iyə malik toz halnda 07 ədəd bükümdə kustar üsulla hazırlanmış, tərkibi kimyəvi komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,161 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə heroin və bir ədəd narkotik vasitə hesab edilən 0,04 qram çəkidə metadon tableti aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə etdiyini, adətən narkotik maddəni tanımadığı şəxslərdən aldığını, narkotik maddəni aldığı şəxslərin də anket məlumatlarını və harada yaşadığını bilmədiyini demişdir. Sonuncu dəfə yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Euro Home” tikinti bazarının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 80 manata 07 büküm “kokos” kimi tanıdığı heroin bükümünü və 01 ədəd metadon həbini götürdüyünü demişdir. O, həmin narkotik maddə bükümlərini və 01 ədəd metadon həbini daha sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. 20 yanvar 2025-ci il tarixdə saat 14:00 radələrində işdən çıxıb ünvan 5 ünvanda evə gedən zaman iki nəfər mülki geyimli və bir nəfər polis geyimində olan şəxsin ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdiklərini demişdir. Sonra yaxınlıqda olan avtomobil yağ dəyişmə sexinə girdiklərini və orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda əməliyyat məlumatının olduğunu bildirdiklərini, hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkilişlə yoxlama aparmağa başladıqlarını və ona saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsinin təklif edildiyini, o, bundan sonra üzərindən kiçik həcmli plastik qutuya qoyduğu kağıza bükülmüş narkotik maddə heroin bükümünü və bir ədəd bükümdə metadon həbini təqdim etdiyini demişdir. Bundan əlavə bir qutu siqareti və iki ədəd “Honor x5” və “Vertu magic” markalı telefonları təqdim etdiyini bildirmişdir. Sonra onu saxlayıb 18-ci polis şöbəsinə gətirdiklərini, polis şöbəsində təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutduqdan sonra, ona hüquq və vəzifələrinin izah edildiyini, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət olunduğunu, üzərinə şəxsi-axtarış keçirilməsinə dair qərarla tanış edildiyini, daha sonra polis şöbəsində ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan “kokos” adlı maddəyə və 01 ədəd metadon həbini polis əməkdaşları tərəfindən təqdim edildiyini və xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə yenidən üzərinə şəxsi-axtarış keçirildiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları tərəfindən zərfə qablaşdırıldığını və möhürləndiyini, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalandığını, sonra bu barədə protokol tərtib olunduğunu və imzalandığını bildirmişdir. Qeyd olunan əşyalardan savayı ondan başqa heç nə aşkar edilmədiyini demişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmadığını, səmimi olaraq hər şeyi etiraf etdiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs sorğu sual zamanı bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, həmin narkotik vasitəni tanımadığı şəxsdən narkotik vasitəni özünün istifadə etmə məqsədilə 80 manata ele qutu şəklində əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Nakotik vasitəni aşkar olunduğun formada aldığını, həmin bükümləri özünün hazılamadığını, həbi isə ağrılarını azaltmaq üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 20 yanvar 2025-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 5 ünvanında “Amin” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması və həmin şəxsin qeyd olunan tarixdə saat 14-00-da həmin ünvanın qarşısına gələcəyi barədə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zəruriyyəti yarandığından bu barədə şöbənin rəhbərliyinə məruzə edildiyini və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilərək əmr verildiyini demişdir. Bundan sonra əməliyyat qrupunun üzvüləri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin şöbənin sahə inspektoru, polis baş leytenantı Şahid3 ilə birlikdə həmin şəxsin müəyyən edilib yaxlanması məqsədi ilə Nərimanov rayonu Nurəddin Süleymanov küçəsi 3 ünvanının qarşısına gəldiklərini və həmin ərazidə özünü şübhəli aparan əvvəllər tanımadığı bir nəfər şəxsin hərəkətləri onların diqqətini cəlb etdiyindən, onlar ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, sonra həmin şəxsə özünü təqdim etməsinin təklif oldunduğunu, o, özünü Təqsirləndirilən şəxs olduğunu bildirdiyini demişdir. Onlar ona onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda əməliyyat məlumatının olduğunu bildirdikdən sonra üzərinə vidcoçəkilişlə yoxlama keçirəcəklərini dediklərini və sonra həmin yerdə yerləşən avtomobil yağdəyişmə sexinə girdiklərini, orada ona hüquqlarını izah etdikdən sonra onun üzərinə video çəkilişlə yoxlama aparmağa başladıqlarını, ona üzərində qanunsuz saxlanılan əşya və yaxud narkotik vasitə vardırsa onların təqdim edilməsi təklif edildiyini və Təqsirləndirilən şəxs şalvarının cibindən kişik həcmli plastik qabı çıxardaraq təqdim etdiyini və həmin plastik qab açıldıqda, içərisində 08 ədəd kağız büküm aşkar edildiyini və həmin bükümlər açılaraq içərisinə baxış keçirildiyini, həmin bükümlərdən 7 ədədinin içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik olan maddə və əlavə bir ədəd bükümdə isə həb olduğunu gördüklərini demişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə olduğunu, onları bir gün əvvəl “Evro Home” tikinti bazarının yaxınlığında tanımadığı bir şəxsdən aldığını bildirdiyini demişdir. Aşkar edilmiş maddələrin elektron tərəzidə çəkildikdən sonra boş zərfə qoyularaq qablaşdırıldığı və götürüldüyünü qeyd etmişdir. Bundan sonra yoxlamanın nəticəsi ilə bağlı protokol tərtib edilməsi üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət edildiyini, həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onlar tərəfindən onun üzərinə yoxlama keçirilərkən aşkar edilib götürülmüş cəmi 08 ədəd bağlama və telefon aparatlarının təqdim edildiyini demişdir. Məhkəmənin suallarına cavab olaraq şahid Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin narkotik maddə “kokos” olduğunu, onu tutulmazdan bir gün əvvəl 80 manat məbləğində pul müqabilində aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə yoxlama keçirərkən, eləcə də onun üzərinə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, güc və təziq göstərilmədiyini demişdir. Məhkəmədə dindirilmiş Şahid2 və X8 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında” və “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 20 yanvar 2025-ci il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 18ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə saat 13- 30-da ünvan 6 ünvanının qarşısında müəyyən edilərik saxlanıldığı, ona özlərini təqdim etmələri, bundan sonra həmin ünvanda onun üzərinə yoxlama keçirildiyi, Təqsirləndirilən şəxs 1 ədəd kiçik həcmli plastik qabı təqdim etdiyi, onun işərisinə baxış keçirilərəkən 07 ədəd kağıza bükülmüş halda, toz halında qəhvəyi rəngli kütlə və 01 ədəd kağıza bükülmüş bozumtul rəngli həbin aşkar edildiyi, bundan sonra həmin bükümlərin qablaşdırıldığı, yoxlamanın davam olunduğu, “Honor x5” və “Vertu magic” markalı telefonların aşkar edildiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən “Evro Home” tikinti bazarının yaxınlığında tanımadığı bir şəxsdən əldə etdiyini bildirdiyi, yoxlamanın videoçəkilişlə aparıldığı qeyd olunmuşdur. Məhkəmədə tədqiq olunan 20 yanvar 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 6/282 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs məxsus maddələr...” yazıları elan zərfin içərisində 7 (yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram,0,029 qram, 0,020, qram, 0,022 qram, 0,011 qram, 0,031 qram, 0,020 qram ümumi təmiz çəkiləri 0,161 qram açıq qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs məxsus həb...” yazıları olan zərfin içərisində bir ədəd bükümdə üzərində “...F/M40...” göstəricisi həkk olunmuş 1 (bir) ədəd bozumtul qəhvəyi rəngli dərman tableti narkotik vasitə-metadondur, tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefonların hər ikisinin sağ və işlək vəziyyətdə olmuşdur, “Vertu Magc” mobil telefonda mobil nömrə olmamışdır, “Honor x5” markalı mobil telefonda isə ***-***- **-** saylı mobil nömrənin olduğu müəyyən edilmişdir və həmin nömrənin yaddaşında daxil olan, çıxan zənglərdə, SMS-lərdə istintaq və əməliyyat əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-68/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 871 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nətiçəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmallıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törədiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabliyyətindodir. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicəyə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli 6/1300 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti 63”-li möhür əksi olan paketdəki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 07 (yeddi) bükümdə narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə iclasında tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, 0.021qram narkotik vasitə heroin, 0,5 qram (yarımtablet qalığı maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq olunan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)-205/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəli olaraq 06 altı ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və metadon tərkibli dərman preparatını məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 0,161 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə heroin və bir ədəd narkotik vasitə hesab edilən 0,04 qram çəkidə metadon tableti akşar olunmuş və sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi nar mobil nömrə ilə ötürülən məlumatlara, həmçinin bakcell mobil operatoruna baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən yəni şəxsin əvəzli və ya qazanc əldə etmək məqsədi ilə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi kimi məzmunlarda narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək nə bir hal, nədə onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 şəxsin ambulator X1 .02.2025-ci il tarixli 871 nömrəli rəyi ilə də Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 07 ədəd kağız bükümdə narkotik maddəni və bir ədəd həbi qara plastik qutuda 80 manata aldığını qeyd etmişdir. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alıcı qismində satıcıdan qablaşdırılmış halda əldə etmiş və bundan sonra həmin narkotik vasitə qablaşdırılmış halda polis əməkdaşları tərəfindənonun üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, narkotik vasitələrin təqsirləndirlən şəxsin üzərindən aşkar olunaraq götürülməsi heç də həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. Çünki, bu faktı (satışın elementlərini) təsdiq edə biləcək hər hansı mötəbər dəlil və ya sübut istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 0,161 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə heroini və bir ədəd narkotik vasitə hesab edilən 0,04 qram çəkidə metadon tabletini satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız həmin dərman preparatının təsiredici maddəsinin miqdarının 0,161 qram və 0,04 qram olmasına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və metadonun satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin və metadonun satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CMin 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,161 qram çəkidə narkotik vasitə heroini və 0,04 qram çəkidə metadon tabletini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən narkotik vasitə hesab edilən metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram təşkil edir və siyahının 83cü qrafasına əsasən narkotik vasitə hesab edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qr müəyyən edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi qramı 0,161, metodon tablet isə 0,04 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-nin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə barəsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin olması və yenidən eyni məzmunlu cinayət əməli törətməsi, narkotik vasitə istifadə etməkdə davam etməsi, islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 20 yanvar 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)- 205/2025 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (xx.xx.2024xx.xx.2024-cü il tarixlər) müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu olması və narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.021 qram narkotik vasitə heroin, 0,5 qram yarımtablet qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 02 ədəd CD formatlı ədəd disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 194 (yüz doxsan dörd manat) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi hər iş saatı üçün 11 (on bir) manat olmaqla 10 (on) iş saatı üçün 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)-205/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxsns təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)-205/2025 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (xx.xx.2024-xx.xx.2024-cü il tarixlər) müddət, Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 20 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşayış yeri üzər ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş 194 (yüz doxsan dörd manat) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.021 qram narkotik vasitə heroin, 0,5 qram yarımtablet qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 ödənilmək üçün 10 (on) iş saatı üçün 110 (yüz on) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri _______ vəkil bürosunun vəkili _______ oğluna ödənilmək üçün ____ (___) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri ______ vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Müəyyən etdi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar