Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-235/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:02-də Zərərçəkmiş şəxs2 məxsus, həmin avtomobil üzrə sərəncam hüququ verən etibarnaməsi olan və həmin anda avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilməsi üçün verilmiş “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində, yəni Təbriz küçəsi 79 ünvanının qarşısındakı avtomobil yolunda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib, işıqforun yaşıl işığında sola-Təbriz küçəsinə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni işıqforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bu qaydaya riayət etməmiş, işıqforun yaşıl işığında sola dönərkən, qarşıdan-Həsənoğlu küçəsindən düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “xxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletə yol verməyərək, həmin motosikletlə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin əzilməsi nəticəsində həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2 728 (yeddi yüz iyirmi səkkiz) manat məbləğində, “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletin əzilməsi nəticəsində həmin avtomobilin sahibi “xxxxxxxxxxxxxxxxxx” MMC-yə 1117 (bir min yüz on yeddi) manat məbləğində maddi zərər vurmuş, eləcə də ehtiyatsızlıqdan “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs1 sağ gözün ağlı qişası altına geniş sahəli qansızma ilə müşayiət olunan, hər iki göz yuvasının yumşaq toxumlarının şişkinlik halında əzilməsi-qançırları və hər iki almacıq sümüklərinin qapalı yerdəyişmiş sınıqları ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində xalası oğlu Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Zərərçəkmiş şəxs2 özü də avtomobildə olmuşdur. Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında o, avtomobili saxlayıb sola dönmə işığını yandırmışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra o, avtomobili hərəkətə gətirib sola dönmək istədikdə qarşıdan markasını və nömrəsini bilmədiyi motosikletin ona tərəf hərəkət etdiyini gördükdə, həmin motosikletdən tez dönüb getmək istəmişdir. Lakin motosikletin onun idarə etdiyi avtomobilin üzərinə gəldiyini görüb avtomobilin əyləcinə basıb, həmin motosikletin ötüb keçməsini gözləmişdir. Ancaq motosikletin sürücüsü yolun sol tərəfinə baxa-baxa gələrək, onun idarə etdiyi avtomobilin sağ qabaq təkərindən dəydikdə, motosikletin sürücüsü motosikletdən çıxaraq, baş nahiyəsi onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə dəymişdir. O, dərhal xalası oğlu Azay ilə birlikdə avtomobildən düşərək, motosiklet sürücüsünə yaxınlaşmış, Azay isə 103 təcili tibbi yardım xidmətinə zəng edib həkim çağırmışdır. Bir az keçdikdən sonra təcili tibbi yardım avtomobili gəlmiş və motosiklet sürücüsü 1 saylı X14 aparılmışdır. Hadisə yerində yol asfalt örtüklü, düz və quru, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobildə olan sərnişinlər və özü hadisə vaxtı hər hansı bir xəsarət almamışdır. Həmin avtomobili icarə etmək üçün etibarnaməsi olmasa da, avtomobilin sahibi xalası oğlu Azay avtomobilin arxa sərnişin oturacağında 3 yaşlı oğlu Ağanın yanında əyləşmişdir. Yəni etibar edən şəxsin özü avtomobildə əyləşməklə, avtomobili idarə etmək üçün ona vermişdir. Ona 2008-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 10 il olduğunu bilsə də, avtomobili olmadığından və buna görə də sürücülük vəsiqəsindən istifadə etmədiyindən, etibarlılıq müddətinin nə vaxt başa çatacağına fikir verməmişdir. Yəni hadisə baş verdiyi tarixdə sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatdığından, sürücülük hüququnun olmadığından məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının 3-dən ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxx” MMC-nin ünvan 3 15 ünvanında yerləşən “Köşebaşı” adlı restoranında sürücü kuryer işləyir. 2018-ci ilin sentyabr ayının 13-da motosiklet və avtomobil idarə etmək üçün “ABC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. İşini yerinə yetirmək üçün “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ona “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosiklet verilmişdir. Həmin motosikletlə o, işlədiyi “Köşebaşı” restoranından müştərilərə yemək daşımış və tapşırılan digər işləri yerinə yetirmişdir. xx xxxxxx 2020-ci il tarixdə işə saat 12-də başlamışdır. Saat 18 radələrində sifariş edilmiş ərzaq paketini restorandan qəbul edib, motosikletin yük yerinə yerləşdirib, Nərimanov rayonu Həsənoğlu küçəsindən H.Əliyev prospekti istiqamətinə hərəkət etməyə başlamışdır. Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsinə çatdıqda işıqforda qırmızı işıq yandığından işıqforun qarşısında motosikleti dayandırıb, yaşıl işığın yanmasını gözləmiş, təxminən 20 saniyədən sonra yaşıl işıq yanmışdır. Ona düzünə hərəkət etməyə icazə verən işıqforun yaşıl işığı yandıqda o, motosikletlə düzünə hərəkət etməmişdən əvvəl sağına və soluna baxmış, bundan sonra düzünə hərəkətə başlamışdır. Qarşı tərəfdən, yəni Həsənoğlu küçəsi tərəfdən hərəkət edib, Təbriz küçəsinə dönmək istəyən “LADA” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini də hərəkətə başladığı andan görmüş, lakin yolu birinci keçmək hüququ onun olduğundan, avtomobilin yol ayrıcında dayanaraq, onun düzünə keçib gedəcəyini gözləyəcəyini düşünüb hərəkətinə davam etmişdir. Ancaq aralarında təxminən 3-4 metr məsafə qalanda, həmin avtomobil onun yoluna daxil olmağa başlamışdır. Həmin anda hərəkət üçün təhlükə yaransa da, aralarındakı məsafə az olduğundan onun əyləcdən istifadə etməyə imkanı olmamışdır. Ona görə də onun idarə etdiyi motosiklet düzünə hərəkət edib, onun yolunda olan həmin avtomobilin sağ qabaq qanadı və təkəri ilə toqquşmuşdur. Toqquşma zərbəsindən başı həmin avtomobilin qabaq hissəsinə dəymişdir. Başında sürücü dəbilqəsi olmasına baxmayaraq zərbə güclü olduğundan sifətindən xəsarət almışdır. Toqquşduğu avtomobilin sürücüsü dərhal avtomobili saxlayıb, avtomobildə olan iki nəfər sərnişinlə birlikdə yerə düşüb yanına gələrək ona ilkin tibbi yardım göstərməyə çalışmışlar. Həmin şəxslərdən biri TTY çağırmışdır. Bir müddət sonra TTY gəlib, ona ilkin tibbi yardım göstərdikdən sonra, onu 1 saylı şəhər xəstəxanasına (Semaşko) aparmışlar. Sonrakı günlərdə sifət nahiyəsindən əməliyyat edilmiş və xx xxxxxx 2020-ci il tarixdə evə buraxılmışdır. Həkimlərin deməsinə görə sifətinin almacıq sümükləri sınmışdır. Hadisədən əvvəl idarə etdiyi “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosiklet texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı motosikleti toqquşma anında saatda 10-15 km sürətlə idarə etmiş və toqquşma anında əyləci vurmağa vaxtı olmamışdır. Hadisə baş verməmişdən əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, onunla barışdığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı minik avtomobili anası Şahid mülkiyyətində olsa da, əslində onun şəxsi vəsaiti hesabına alınmış və onun tərəfindən idarə edilmişdir. Bundan başqa Şahid notariat qaydada həmin avtomobili sürücülük hüququnun olduğu halda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək hüququ ilə sərəncamına vermişdir. Yəni o, həmin avtomobil üzərində sərəncam vermək, o, cümlədən sürücülük hüququ olduğu halda başqasına idarə etmək üçün vermək hüququna malikdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o, həmin avtomobillə xalası oğlu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən evlərinə getmişdir. Evdə olarkən Elşənin Elxan adlı dostu da onların evində olmuşdur. Daha sonra Elşən ondan Elxanı avtomobillə aparmağını xahiş etmişdir. O, yorğun olduğundan, Elşənin sürücülük vəsiqəsinin olduğunu və özünün də əvvəllər avtomobilinin olduğunu bildiyindən avtomobili onun idarə etməsini xahiş etmişdir. Bundan sonra Elşənin 3 yaşlı oğlu da onunla gedib gəzmək istədiyini bildirdiyindən onu da qucağına alaraq arxa oturacaqda oturmuşdur. Elşən avtomobili idarə etmiş, Elxan isə onun yanında əyləşmişdir. Yəni o, özü Elşənin sürücülük hüququnun olduğunu bildiyindən avtomobili idarə etməyi Elşənə etibar etmişdir. Saat 18 radələrində Bakı şəhəri Həsənoğlu küçəsindən H.Əliyev prospekti istiqamətindən hərəkət etməyə başlamışlar. Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığı yandığından Elşən işıqforun qarşısında avtomobili dayandırıb yaşıl işığın yanmasını gözləmişdir. Təxminən 20 saniyədən sonra yaşıl işıq yandıqda hərəkətə başlayıb sola Təbriz küçəsinə dönməyə başlamışdır. Yol kəsişməsinin ortasına çatdıqda Həsənoğlu küçəsinin qarşı tərəfindən düzünə hərəkət edən motosikletlə toqquşmuşdur. Toqquşma nəticəsində motosikletin sürücüsü yerə yıxılmışdır. O, Elxan və Elşən dərhal avtomobildən düşərək motosikletin sürücüsünə yaxınlaşmışlar. O, görmüşdür ki, motosikletin sürücüsünün burnundan qan gəlir. Onu özünə məxsus avtomobildə xəstəxanaya aparmaq istədikdə motosiklet sürücüsü razı olmayaraq TTY çağırılmasını istəmişdir. Ona görə də o, zəng edib TTY çağırmışdır. TTY gəldikdən sonra motosiklet sürücüsünə ilkin tibbi yardım göstərilmiş və xəstəxanaya aparılmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirib, avtomobili cərimə meydançasına qoyduqdan və Elşən sərxoşluq müayinəsindən keçirildikdən sonra, motosiklet sürücüsünün yerləşdirildiyi 1 saylı X14 gedərək xəstəyə lazım olan dərmanları aptekdən alıb xəstəyə vermiş və digər köməklik göstərmişlər. Hadisədən əvvəl “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, onunla barışdığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxx” MMC-nin ünvan 3 15A ünvanında yerləşən “Köşebaşı” restoranında hüquqşünas-audit vəzifəsində işləyir. “Köşebaşı” restoranı türk mətbəxi yeməklərinin hazırlanması və satışı, eləcə də ünvanlara çatdırılması ilə məşğul olur. Yeməklər ünvanlara motosikletli kuryerlər vasitəsi ilə çatdırılır. Bunun üçün də MMCnin bir neçə motosikletli kuryeri vardır. Həmin motosikletlər “xxxxxxxxxxxxxxxxx” MMC-nin əmlakı olmaqla MMC-nin balansındadır. Zərərçəkmiş şəxs1 “xxxxxxxxxxxxxxxxx” MMCnin ünvan 3 15 ünvanında yerləşən “Köşebaşı” restoranında sürücü kuryer işləyən şəxslərdən biridir. Ona vəzifəsini yerinə yetirmək üçün “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosiklet verilmişdir. Həmin motosikletlə o, işlədiyi Nərimanov rayonu, Həsənoğlu küçəsi- 15 ünvanında yerləşən “Köşebaşı” restoranından müştərilərə pizza çatdırır və tapşırılan digər işləri yerinə yetirir. xx xxxxxx 2020-ci il tarixdə, axşam tərəfi Zərərçəkmiş şəxs1 restorandan götürdüyü ərzaq paketini sifarişçiyə çatdırmaq üçün Nərimanov rayonu, Həsənoğlu küçəsində hərəkətdə olarkən, Həsənoğlu küçəsi ilə Təbriz küçələrinin kəsişməsində qarşıdan gəlib yolu dönən minik avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində Zərərçəkmiş şəxs1 özü bədən xəsarəti almış, eləcə də “xxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletin bəzi hissələri istismara yararsız hala gəlmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə törədilmiş cinayət əməli nəticəsində onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışıq əldə etdiklərini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, mülkiyyətində olan “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı minik avtomobilini oğlu Zərərçəkmiş şəxs2 öz şəxsi vəsaiti hesabına almış və onun tərəfindən idarə edilmişdir. Bundan başqa o, həmin avtomobili sürücülük hüququ olduğu halda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək hüququ ilə oğlu Azaya notariat qaydasında etibarnamə vermişdir. Həmin avtomobili oğlu idarə edir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində həmin avtomobillə bacısı oğlu Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməsi barədə ona oğlu Azay bildirmişdir. Ancaq hadisənin necə baş verdiyini bilməmişdir. Avtomobil onun adına olsa da, faktiki olaraq oğlu Azaya məxsusdur. Ona görə də həmin hadisə zamanı avtomobilə dəyən maddi ziyanla bağlı zərərçəkmiş şəxs olaraq oğlu Zərərçəkmiş şəxs2 tanınmasını istintaq orqanından xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyətinin yoxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 rayonu Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsinə gələrək Zərərçəkmiş şəxs2 iştirakı ilə Şahid məxsus “VAZ-21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış toqquşma hadisəsi ilə əlaqədar aparılmışdır. Baxış ilə müəyyən edilmişdir ki, avtomobilin sağ tərəf ön qanadı əzilmiş, alın şüşəsinin sağ tərəfi sınmışdır; “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyətinin yoxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 rayonu Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsinə gələrək “xxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “Yamaha Scooterr XC 115B” markalı 10-B- 848 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirmişdir. Baxış toqquşma hadisəsi ilə əlaqədar aparılmışdır. Baxış ilə müəyyən edilmişdir ki, motosikletin farası, ön qanadı, dönmə işıqları, ayaq altı plastması sınmış, ön oxları əyilmişdir; xx xxxxxx 2020-ci il tarixli 2/563 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 451769 nömrəli, xx xxxxxx 2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxxxxxxxxxx” MMC-dir; Şirvan RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı 552618 nömrəli, xx xxxx 2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ- 21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şahiddır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 77 nömrəli, xx xxxxxx 2020-ci il tarixli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişası altına geniş sahəli qansızma ilə müşayiət olunan, hər iki göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırları və hər iki almacıq sümüklərinin qapalı yerdəyişmiş sınıqları (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir; “Təhlükəsizlik Şəhər Xidmətinin kamerasının qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 icraatında olan HK-1/70 nömrəli material üzrə motosiklet sürücüsü Zərərçəkmiş şəxs1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Təhlükəsiz şəhər xidməti”ndən xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin kameralarının xx.xx.2020-ci il tarixdə saat 18:10-dan 18:04-dək olan müddət ərzində qeyd aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD-R diskə Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otağında “HP” markalı kompyuterdə baxış keçirmişdir. Baxış zamanı müyyən edildi ki, video görüntülərin əks olunduğu “DVD-R” diskdə “Təhlükəsiz şəhər xidməti”nin Sistemi TŞ6-006 kameralarının qeydə aldığı video görüntü vardır. Diskdəki “Təhlükəsiz şəhər xidməti” sistemi kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin alt hissəsindəki yazılardan baxış zamanı müəyyən edildi ki, diskdəki görüntülər xx.xx.2020-ci il tarixdə saat 18:10-dan 18:15-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətlərini özündə əks etdirir. Diskə baxış zamanı məlum olur ki, diskdəki görüntülərin aşağı sağ küncündə göstərilən tarixdə və saatda, yəni, 25.012020-ci il tarixində saat 18, dəqiqə 12, saniyə 06-da Həsənoğlu küçəsi ilə hərəkət edərək yol kəsişməsinə daxil olub, yolun sol kəsişməsinə, yəni Təbriz küçəsinə dönməkdə olan qara rəngli minik avtomobili ilə Həsənoğlu küçəsi ilə düzünə hərəkət edən motosiklet yolun kəsişməsində toqquşurlar. Toqquşma nəticəsində motosikletin sürücüsü avtomobilin ön sağ hissəsinə dəyməklə yerə yıxılır. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, “Təhlükəsiz şəhər” sistemi videomüşahidə kamerasında hərəkətdə olarkən avtomobillə toqquşan markası və nömrə nişanı görünməyən motosiklet onun idarə etdiyi “Yamaha” markalı, 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletdir və onun özü idarə edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri”nin ekspertizasının 08/35 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ- 21723” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016- 23197-1220 nömrəli məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə AB 146225 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/606 nömrəli, xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verdiyi tarixə təxminən aşağıdakı kimi müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1117, 00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti - 817,0 manat, təmir-bərpa işlərinin qiyməti - 300,0 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 940,00 manat. O cümlədən: Dəyişməli hissələrin qiyməti - 640,0 manat, təmir-bərpa işlərinin qiyməti - 300,0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir; “Sürücülük vəsiqəsinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 icraatında olan ********* nömrəli cinayət işi üzrə “VAZ 21723” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təqdim etdiyi AB № 146225 nömrəli sürücülük vəsiqəsinə baxış keçirmişdir. Baxış zamanı müyyən edildi ki, təqdim edilən AB № 146225 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.1977-ci ildə Şirvan rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYYPİ-nin RQİB-4 tərəfindən verilmişdir. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2018-ci il tarixədəkdir; “Qrand Avtoservis” tərəfindən verilmiş 286 nömrəli, xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Şahid məxsus “VAZ 21723” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə zəhmət haqqı 410 manat, ehtiyat hissələri 318 manat, cəmi 728 manat vəsait tələb olunur; “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxx 2020-c il tarixli qərardan görünür ki, “Yamaha Scooterr XC 115B” markalı 10-B-848 dövlət qeydiyyat nişanlı mototosikletin mülkiyyətçisi “xxxxxxxxxxxxxxxxx” MMC-nin iş üzrə zərərçəkmiş şəxs, onun müvəkkil etdiyi şəxs Nümayəndə isə hüquqi şəxs olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş ziyanın 1117,0 manat hesablanması və ödənilmədiyi nəzərə alınmışdır. İşdə olan Təhlükəsizlik şəhər xidmətinin kamerasının hadisəni qeydə aldığı 01 ədəd disk, Təqsirləndirilən şəxs adına olan AB № 146225 saylı sürücülük vəsiqəsi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiklərindən iş üzrə maddi sübut olaraq qiymətləndirilmiş və cinayət işinə tikilməklə zərfdə saxlanılmışdır; Zərərçəkmiş şəxs1 tərəfindən Nərimanov RPİ-nin istintaq Şöbəsinə yazılmış xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon ərazisində idarə etdiyi motosikletlə hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onunla toqquşduğundan az ağır dərəcəli xəsarət almışdır. Hazırda onunla barışmış və ona qarşı şikayəti, tələbi yoxdur; Zərərçəkmiş şəxs2 tərəfindən Nərimanov RPİ-nin istintaq Şöbəsinə yazılmış xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir. Həmin şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263-1.1, 263-1.1-1, 263-1.1, 263.3, 263-1.1, 263-1.1, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəyən ziyanın onun tərəfindən tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını; himayəsində üç azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş X6, xx.xx.2018-ci ildə Şirvan şəhərində anadan olmuş X2, xx.xx.2019-cu ildə İstanbul şəhərində anadan olmuş X3 valideynləri Təqsirləndirilən şəxs və X4r). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncular tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CMin 263-1.1-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “Təhlükəsizlik şəhər xidməti”nin kamera görüntüləri əks olunmuş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), Təqsirləndirilən şəxs adına olan AB № 146225 saylı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməli (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 60 (altmış) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X5 iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Təhlükəsizlik şəhər xidməti”nin kamera görüntüləri əks olunmuş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs adına olan AB № 146225 saylı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılsın, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq müddətində müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına (AZ 1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 105A, hesablaşma hesabı - AZ87AİİB**********0423917142, “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialı, kod: 201025, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944 S.W.F.İ.T.Bik AİİBAZ2X) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-235/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-235/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver