Məhkəmə qərarları › İş №1(005)-237/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-237/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-237/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ HakimХХХХХХХХХХХХХХ sədrliyi, ХХХХХХХХХХХХХХХХХХkatibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin – nümayəndəsi Nümayəndə, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin satış üzrə təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 “B” ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində Zərərçəkmiş şəxs MMC-də əmək və tam maddi məsuliyyət barədə müqavilələrə əsasən satış üzrə təmsilçi vəzifəsində işləyərkən cəmiyyətin anbarından qəbul etdiyi 515971,98 manat məbləğində qida məhsullarını ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib, eyni zamanda digər satış təmsilçilərindən qəbul etdiyi borc qalığı 20593,56 manat olmaqla, maddi məsuliyyətinə götürdüyü cəmi 536565,54 manat məbləğində qida məhsullarının satışından əldə olunmuş 451463,31 manatı hissə-hissə cəmiyyətin xəzinəsinə ödəmişdir. Ticarət obyektləri üzrə olan 28197,25 manat məbləğində borc qalığı, eləcə də anbara qaytarılmış 24123,12 manat dəyərində qida məhsulları onun hesabından silinməklə, nəticədə satışdan əldə etdiyi cəmi 32780,86 manat pulu cəmiyyətin xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, zərərçəkmiş və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən “Nurgün Group” MMM-nin nəzdində olan Zərərçəkmiş şəxs MMC-nin satış üzrə təmsilçi vəzifəsində çalışmışdır. O, imzaladığı tam maddi-məsuliyyət barədə müqaviləyə əsasən anbardan malları qəbul etməli, cəmiyyətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etməli, müştərilərdən cəmiyyətə məxsus məhsulların satışından əldə olunan pul vəsaitinin cəmiyyətin xəzinəsinə vaxtında və tam ödənilməsini və təhkim olunmuş əmlakın, maddi sərvətlərin salamatlığını təmin etməli, ona verilmiş əmlakın qeydiyyatını aparmalı, öhdəsində olan əmlaka təhlükə törədən bütün hallar barədə cəmiyyətin rəhbərliyinə vaxtında məlumat verməli və s. səlahiyyətlərə malik olmuşdur. 2019-cu ilin yay aylarında hesabında əskiklik olduğu üçün şirkətə müraciət edərək onun fəaliyyətini yoxlamalarını xahiş etmiş, o, maddi məsuliyyətinə götürdüyü cəmi 536565,54 manat məbləğində qida məhsullarının satışından əldə etdiyi puldan 451463,31 manatı hissəhissə cəmiyyətin xəzinəsinə ödəmiş, ticarət obyektləri üzrə olan 28197,25 manat məbləğində borc qalığı, eləcə də anbara qaytarılmış 24124,12 manat dəyərində qida məhsulları onun hesabından silinməklə, satışdan əldə etdiyi cəmi 32780,86 manat pulu cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə maddi məsuliyyətində olan satış nöqtələrindən 515971,98 manat məbləğində qida məhsullarının sifarişlərini “Samsung Galaxy J1” mini elektron terminal vasitəsi ilə qəbul etmişdir. Məhkəmədə zərərçəkən “Nurgün Group” MMM-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ittihamı müdafiə edərək ifadəsində Təqsirləndirilən şəxs “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən “xxxxx” MMC-nin sifariş üzrə agenti işlədiyi son bir il ərzində 32780,86 AZN manat məbləğində şirkətə məxsus olan pulu mənimsədiyini, hazırda təqsirləndirilən şəxs və onun atası tərəfindən şirkətə 10058 AZN (on min əlli səkkiz) manat pul ödənildiyini, qalan məbləğin isə hissə-hissə ödənilməsi ilə bağlı cəmiyyətlə razılıq əldə olunduğunu, ona qarşı şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs-in daxili auditoru Şahid5 ifadəsində göstərmişdir ki, “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin satış üzrə təmsilçi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs satış nöqtələrinin təftişində iştirak etmiş, nəticədə sonuncunun işlədiyi ərazi üzrə satış nöqtələrində 32780,86 manat əskikliyin olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin mühasibi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust-sentyabr aylarında həmin cəmiyyətin satış üzrə təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs aid satış nöqtələrinin təftişində iştirak etmişdir. Həmin təftiş yoxlamasında Təqsirləndirilən şəxs özü də şəxsən iştirak edərək satış nöqtələrindəki əskikliyi təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs adına cəmiyyətin anbarından buraxılmış malların dəyəri 515971,98 manat, digər satış nöqtələrindən Təqsirləndirilən şəxs devr edilmiş mallar 20593,56 manat olmuş, sonuncu tərəfindən ödənilmiş satış pulu 451463,31 manat, anbara qaytarılmış malların dəyəri 24124,12 manat, daxili təftişlə müəyyən edilmiş faktiki mal qalığı 28197,25 manat təşkil edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hesabında 32780,86 manat əskiklik müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin anbardarı Şahid2 ifadəsində göstərmişdir ki, anbardar kimi vəzifəsi satış təmsilçisi tərəfindən MMC-ə verilən sifarişlər əsasında hazırlanmış malların sürücü köməkçilərinə təhvil verilməsindən ibarətdir. İşlədiyi müddət ərzində MMC-nin anbarından satış məqsədi üçün Təqsirləndirilən şəxs verilmiş malların dəyəri 515971,98 manat, satışdan anbara qaytarılmış malların dəyəri 24124,12 manat təşkil etmiş sonuncunun 32780,86 manat borc qalığı müəyyən olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin bölgə müdiri vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixə qədər olan dövrdə onun maddi məsuliyyətində olan satış nöqtələrindən 515971 AZN məbləğində qida məhsullarının sifarişləri elektron terminal vasitəsilə qəbul edilmiş, satış nöqtələrindən daxil olan ödənişlərin təsdiq edilməsinə dair akta əsasən 451463 AZN manat məbləğində pul elektron terminal vasitəsilə qəbul edilmişdir. Həmçinin, satış nöqtələrindən qaytarışları təsdiq edən akta əsasən Təqsirləndirilən şəxs tərəfindən 24124 AZN manat məbləğində geri qaytarılmış qida məhsulları da terminal vasitəsilə qəbul edilmişdir. Həmin satış nöqtələrində təhviltəslim apararkən, Təqsirləndirilən şəxs bəzi satış nöqtələrində əskikliyin olduğunu özü etiraf etmiş, bu həmçinin yoxlama zamanı öz təsdiqini tapmışdır. Bununla da, Təqsirləndirilən şəxs satış nöqtələrini 28197 AZN manat borcla başqa ticarət nümayəndələrinə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş “Nurgün Group” MMM-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin satış və marketinq departamentinin müdiri vəzifəsində işləyən X8 və cəmiyyətin xəzinədarı Şahid3 eyni məzmunlu ifadələr verərək, həqiqətən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin 32780,86 manat vəsaitin mənimsənildiyini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktından və 52/03 nömrəli auditor rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış üzrə təmsilçi Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi mal-pul dövriyyəsinin audit yoxlaması zamanı sonuncunun maddi məsuliyyətində (hesabında) 32780,86 (otuz iki min yeddi yüz səksən manat 86 qəpik) manatlıq mal-pul çatışmazlığı aşkar edilmişdir (cild.1. iş vər.8-10). Cinayət işinin materiallarına əlavə edilmiş Əmək müqaviləsi və əmrdən görünür ki, “xxxxxxxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında xx xxxxx 2014-cü il tarixdən xx xxxxx 2017-ci il tarixədək əmək müqaviləsi bağlanmış və sonuncu cəmiyyətdə sifariş üzrə agent vəzifəsinə işə qəbul edilmişdir. Qeyd olunan müqavilə üzrə tam maddi məsuliyyət haqqında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə ziyan vurmamalı, rəhbərliyə vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmağı və s. vəzifələrə əməl etməyi üzərinə götürmüşdür (cild 1. iş vər.13-18). “xxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 251/z-2019 saylı əmrlə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən öz xahişinə əsasən, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin tələblərinə uyğun olaraq işdən azad edilmişdir (cild 1. iş vər.27). Cinayət işində olan “Nurgun Group” MMM-in xx.xx.2017-ci il tarixli 09 nömrəli əmrinə əsasən “xxxxxxxxx”-MMC-nin satış üzrə agenti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə satış üzrə təmsilçi vəzifəsinə ezam edilmişdir. Həmin tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır (cild 1. İş vər.45-46). Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq, “xətt və imzaların tədqiqi” ekspertizasınınxx.xx.2020-ci il tarixli, 4/219 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı qarşısındakı imzalar, təhvil-təslim aktında “Təhvil aldı” qarşısındakı imza, satış təmsilçiləri arasında müştəri öhdəliklərinin təhvil– təslim aktlarında “Təhvil verdim” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 1. iş vər.213-214). İş materiallarında olan məhkəmə-mühasibat ekspertizası, mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1177 nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli audit rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Zərərçəkmiş şəxs MMC-də 32780,86 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilir (cild 1. iş vər.218-220). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartoçkasında xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barədə heç bir məlumatın olmadığı göstərilmişdir (cild 1. iş vər.146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1529 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmamışdır (cild 1. iş vər.151). Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs adına daşınmaz əmlak aşkar edilməmişdir (cild

1. iş vər.152). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X9 xx.xx.2020-ci il tarixli, 18717-1220 nömrəli məktubundan görünür ki, kompyuter uçot bazasında Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 1. iş vər.153). Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 55 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Xasiyyətnamədə ünvan 3 “a” ünvanda qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır (cild 2.iş vər.6). Cinayət işinin materiallarında olan AZ-İİİ № 058973 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il təvəllüdlü X6, AZ-İİ № 892145 seriya nömrəli şəhadətnaməyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və AZ-İV № 420823 seriya nömrəli şəhadətnaməyə əsasən xx.xx.2020-ci il təvəllüdlü X7 təqsirləndirilən Təqsirləndirilən şəxs övladları olmaqla onun himayəsindədirlər (cild 2. iş vər.9). Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xidməti istifadəsində olmuş 1 ədəd İMEİ **********58213/01 kodlu, “Samsung Galaxy J1” mini elektron terminal və 1 ədəd 118 satıcı identifikatoru maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2.iş vər. 21-23). Zərərçəkmiş şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 52 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Cahandir oğlu şirkətdə işlədiyi son bir il ərzində 32 780,86 AZN məbləğində şirkətə məxsus olan pulu mənimsəmiş və hal-hazıradək onun tərəfindən cəmi 10 058,15 AZN (on min əlli səkkiz) AZN pul ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs 22 722,71 (iyirmi iki min yeddi yüz iyirmi iki) AZN şirkətə borcu qalmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs valideyni X2 dəymiş ziyanın qalan hissəsinin hissə-hissə ödənilməsini öz üzərinə götürülməsi barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etmişdir və bununla da barışıq əldə olunmuşdur. Belə ki, X2 ilə ödənişin icra edilməsi barədə razılaşma müqaviləsi bağlamış, şirkətin qeyd edilən cinayət işi ilə əlaqədar olaraq heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspert və audit rəyləri, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə sübuta yetirilmiş və məhkəmə belə nəticəyə gəlir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3və 179.2.4. maddələri ilə düzgün olaraq tövsif edilmişdir.

Beləliklədə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.

Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşlı övladının və ailədə yeganə qazanc gətirən şəxs olmasını, vurulmuş ziyanı qismən ödəməsini və zərərçəkənlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Beləliklə məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesabedir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, müəyyən olunmuş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 179.2.3. və 179.2.4. maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Azərbaycan Respublikası CM-nın 52-1.maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır.

Eyni zamanda, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini maddi məsuliyyətli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə törətməsini nəzərə alaraq, onun barəsində maddi məsuliyyət daşıyan vəzifə tutma hüququndan məhrum etmə kimi əlavə cəza növünün tətbiq olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1. maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.

Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1. maddəsində sadalanan əmlak xüsusi müsadirə olunmaqla məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir.

İş üzrə mülki iddia yoxdur.

İş üzrə keçirilmiş xx xxx 2020-ci il tarixli, 4/219 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının xərcinə dair 112 (yüz on iki) manat (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) və xx xxx 2020-ci il tarixli, 9/1177 məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair 250 (iki yüz əlli) manat (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkillərə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən təqdim olunmuş hesabatları, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 və 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə vəkil Müdafiəçi2 ödənilməlidir.

İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması ilə bağlı audit materiallarına əlavə olunmuş qaimələr və kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd İMEİ **********58213/01 kodlu, “Samsung Galaxy J1” mini elektron terminal və 1 ədəd 118 satıcı identifikator zərərçəkən Zərərçəkmiş şəxs MMC-yə qaytarılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə maddi məsuliyyət daşıyan vəzifə tutma hüququndan məhrum edilməklə, 2 il 6 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, saat 22:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsiqoyulsun.

İş üzrə mülki iddia yoxdur.

İş üzrə keçirilmiş xx xxx 2020-ci il tarixli, 4/219 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının xərcinə dair 112 (yüz on iki) manat və xx xxx 2020-ci il tarixli, 9/1177 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə baxışı zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 Bakı şəhəri 12 saylı Vəkil Bürosu vasitəsilə 90 (doxsan) manat, vəkil Müdafiəçi2 Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə 180 (yüz səksən) manat ödənilsin.

İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması ilə bağlı audit materiallarına əlavə olunmuş qaimələr və kassa mədaxil orderləri cinayət işinin materiallarında saxlanılsin, 1 ədəd İMEİ **********58213/01 kodlu, “Samsung Galaxy J1” mini elektron terminal və 1 ədəd 118 satıcı identifikator zərərçəkən Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın.

Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

Hökm elan olunduğuandan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Hakim ХХХХХХХХХХХХ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar