Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-237/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Şamxor şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 6, mənzil 9 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 20 fevral 2020-ci il tarixdən başlayaraq 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay, bir uşağa 170,00 manat və həmin uşağın üç yaşınadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 3(005)-1365/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 30 iyun, 25 oktyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 25 oktyabr 2021-ci iİ tarixədək şəxsi maraq niyəti ilə cəmi 2669,0 manat aliment borcunu zərər çəkmişə ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qəsdən qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq qazancı 600,00 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 2017-ci ildə evlənmiş, birgə nikahlarından Ərxan adlı oğlu anadan olmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. 2020-ci ildə ona qarşı aliment tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək əvvəli 20 fevral 2020-ci il tarixdən başlayaraq 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay, bir uşağa 170,00 manat və həmin uşağın üç yaşınadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30,00 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdilər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etmiş, lakin o, maddi imkanının yüksək olmadığından alimenti ödəməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə evlənmiş, birgə nikahlarından X3 doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşağı ilə birlikdə valideyinlərinin yanana köçərək orada yaşamışdır. Niyaməddin övladının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 20 fevral 2020-ci il tarixdən hesablanmaqla, 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay, bir uşağa 170.00 manat və həmin uşağın üç yaşmadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, borclu isə alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etməsinə baxmayaraq Təqsirləndirilən şəxs alimenti ödəməmiş, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 20 fevral 2020-ci il tarixdən hesablanmaqla 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, bir uşağa 170,00 manat və həmin uşağın üç yaşınadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 sentyabr 2020-ci il tarixli, 2(005)- 1486/2020 saylı qətnaməsi icra edilməsi ilə bağlı Nərimanov Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 03 sentyabr 2020-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmişdir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktım qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 10-14-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 12 oktyabr 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2907 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 06 aprel 2019-cu il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs yanında saxlanılması, cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2019-cu il təvəllüdlü X1 3 (üç) yaşınadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30 (otuz) manat tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtının 20 fevral 2020-ci il tarixdən hesablanması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cinayət işinin 15-16-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı icra vərəqəsinin surətindən görünür ki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 12 oktyabr 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2907 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 06 aprel 2019-cu il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs yanında saxlanılması, cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2019-cu il təvəllüdlü X1 3 (üç) yaşınadək, yəni 06 aprel 2022-ci il tarixədək hər ay 30 (otuz) manat tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtının 20 fevral 2020-ci il tarixdən hesablanması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və qalan hissədə iddianın təmin edilməməsi müəyyən edilmişdir. Cinayət işinin 23-cü vərəqində olan “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, iş üzrə icraata başlanılması, borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Cinayət işinin 24-cü vərəqində olan xx.xx.2020-ci il tarixli e13959/2020-15-27-004 nömrəli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “10” gün müddətində vaxt verilməsinə dair bildirişin surəti borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-543/2020 nömrəli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “MERCEDES GL550 minik” markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Cinayət işinin 61-62-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(005)-48/2021 saylı qərardan görünür ki, təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1486/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1990-cı il tarixdə anadan olmuş, ünvan 2 ünvanına qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(005)-1365/2021 saylı qərarından olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Cinayət işinin 82-ci vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs 100 manat ödəniş edilmişdir. Cinayət işinin 83-cü vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs 200 manat ödəniş edilmişdir. Cinayət işinin 84-cü vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs 400 manat ödəniş edilmişdir. Cinayət işinin 85-cü vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs 400 manat ödəniş edilmişdir. Cinayət işinin 86-cı vərəqində olan “EManat” ödəniş terminalı vasitəsilə ödənilmiş xx.xx.2021-ci il tarixli 24205 nömrəli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 231 manat ödəniş etmişdir. Cinayət işinin 133-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. O, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri təqsirli bilinrək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 159-160-cı vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(005)-1486/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.11, 40.1, 43.1.2, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-237/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-237/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver