Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-237/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Padar kəndində qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq qaldığı Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP ınn” otelin 302 saylı otağında şəxsiyyəti istintaqa Şahid1 olaraq məlum olan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq 07 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin tarixdə saat 23:50də ünvan 1 ünvanın yaxınlığında Nərimanov RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan bel hissəsindən 1 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında müvəqqəti olaraq Şahid1 ilə birlikdə qaldığı Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP ınn” otelin 302 saylı otağında olarkən bədənində ağrılar olduğu üçün Ülvidən öz istifadəsi üçün 1 büküm narkotik vasitə heroin istəmişdir. Ülvidə ona təmənnasız olaraq 1 büküm narkotik vasitə heroin vermişdir. Daha sonra, o, özünü pis hiss etdiyi üçün onlar birlikdə gəzmək üçün çölə çıxmışlar. Həmin tarixdə saat 23 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişlər. İdarəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət elmişlər. Sonra isə hüquqlarının müdafiə edilinəsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli şalvarının sol yan bel hissəsində gizlətmiş olduğu 1 ədəd bükümdə narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Sonra üzərində əlavə axtarış keçirilmiş və qeyri-qanuni hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, polis əməkdaşlarının təklifi ilə razılığı əsasında müvəqqəti olaraq qaldığı “ALP ınn” otelin 302 saylı otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində Şahid1 məxsus bükümlər halında olan narkotik vasitələ və psixotrop maddələr, həmçinin gümüşü rəngli elektron tərəzi və bıçaq aşka olunmuşdur. Bununla yanaşı, baxış zamanı Ülvinin dolabda saxladığı qara rəngli əl çantasından da narkotik vasitə aşkar olunmuşdur. Daha sonra təhqiqatçıs tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə Nərimanov RPİ-nin TŞ-in rəisi Xıdır Xıdırov tərəfindən X10 və X5 narkotik vasitə və psixotrop maddə satmaqda şübhəli olan Ülvi adlı şəxsin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmişdir. Tapşırığın icrası ona, əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 həvalə edilmişdir. 07 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində tapşırıq əsasında keçirilən tədbirlər nəticəsində Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanın yaxınlığında Ülvi adlı şəxsi müəyyən edib sonuncuya yaxınlaşmışlar. Ülvi adlı şəxsin yanında bir xanım da olmuşdur. Onlar həmin şəxslərə özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərin hərəkətlərində özlərini şübhəli apardıqlarını görmüşlər. Özlərini təqdim etməsini təklif edən zaman həmin şəxslər danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışıqlarından narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olduqlarından və üzərilərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnib onları Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsləri xidməti avtomobillə aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirərək həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla idarənin rəisinə məruzə etdikdən sonra, raportun icrası təhqiqatçı Toğrul Məmmədova həvalə edilmişdir. Bundan sonra Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Şahid1 təqdim edilmiş və həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq sonuncuya təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Şahid1 əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, Şahid1 şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonunu, sol yan cibindən isə müvəqqəti olaraq qaldığı “ALP ınn” otelinin 302 saylı otağının giriş kartını təqdim etmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Şahid1 üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Toğrul Məmmədov tərəfindən Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Şahid1 və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs ləqdim edilmiş və həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq sonuncuya təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan bel hissəsindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 07 yanvar 2023-ci il tarixdə, axşam saatlarında tanışı Şahid1 öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, Şahid1 və Təqsirləndirilən şəxs razılığı əsasında müvəqqəti olaraq qaldıqları “ALP ınn” otelin 302 saylı otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində Şahid1 məxsus bükümlər halında olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, Şahid1 dolabda saxladığı qara rəngli əl çantasından 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Sonra tohqiqatçı tərəfindən otaqda yenə əlavə axtarış keçirilmişdir. Bu zaman otaqdan hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat müvəkkilləri X2 və Şahid4 digər Şahid2 ifadəsinə oxşar məzmunda ifadələr vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 89-90-cı vərəqələrində olan “Tutma haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 97-98-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X6 Azərbaycan Respublikası CPM-in 51, 86, 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri Şahid2, X1, Şahid4, müdafiəçinin, Təqsirləndirilən şəxs iştirakları ilə sübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 07 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin tarixdə saat 23:50-də ünvan 1 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-ə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan iç hissəsində saxladığı, şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim etdi. Həmin büküm açıldıqda içərisində spesifik qoxuya malik, toz halında qəhvəyi rəngli maddələrin olduğu aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddələrin kakos (heroin) olduğunu bildirmişdir. O, həmin maddələri “ALP İnn” otelin 302 saylı otağında müvəqqəti olaraq birgə yaşadığı Ülvi adlı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin İ cildinin 143-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2023-cü il tarixli, 6/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin, vət. Şahid1 aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Cinayət işinin İİ cildinin 66-70-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-28/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 07 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 160-163-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,167 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,117 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutların saxlan yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 196-197-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X7 X8 xx.xx.2023-cü il tarixli, 940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 217-228-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-86/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 2 (iki) gün (23-25 avqust 2022-ci il) və 10 yanvar 2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) günün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilməsi hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 1194/2023 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün (xx.xx.2022 - xx.xx.2022) və həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) günün (xx.xx.2023 - xx.xx.2023) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasının nəzərə alınması, hökmün qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi ümumilikdə 0,167 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1194/2023 saylı qərarına əsasən məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin məhkumluğun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan digər cinayət işi üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli hökmə əsasən ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 2 (iki) gün (23-25 avqust 2022-ci il) və 10 yanvar 2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. Hazırki cinayət işi üzrə 10 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və o, məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. Bundan sonra dövlət ittihamçısı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən verilmiş apelyasiya protesti qismən təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün (xx.xx.2022 - xx.xx.2022) və həbsdə saxlanıldığı 2 (iki) ay 28 (iyirmi səkkiz) gün (xx.xx.2023 - xx.xx.2023) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və ona qəti olaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (xx.xx.2022 - xx.xx.2022) və həbsdə saxlanıldığı 3 (üç) ay müddət (xx.xx.2023-xx.xx.2023) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1194/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,117 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-237/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-237/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver