Məhkəmə qərarları › İş №1(005)-237/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-237/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-237/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X1 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək Bakı şəhərində kirayədə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, “Makarov” konsturksiyalı, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döqüş silahını və onun komplekt hissəsi olan 01 darağı qanunsuz olaraq əldə edib daşımaqla üzərində gəzdirmiş, 16 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Nərimanov RPİ-yby 16-cı PŞ-nin əməkdaşları tərəfindən kemçilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nərimanov rayonu PRİ-nin 16-cı PŞ-nə gətirildikdən sonra həmin polis şöbəsinin inzibati binasında onun şalvarının bel hissəsinin sağ tərəfinə keçirilmiş həmin odlu silah və onun komplekt hissəsi olan darağı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri Nərimanov rayonunun ərazisində “erməni qəbristanlığı” deyilən yerdə zibil qutularından tulantı məhsullarını yığıb sataraq çörək pulu qazandığını bildirdi. 14 yanvar 2024-cü il tarixdə Nərimanov rayonunun ərazisində “erməni qəbristanlığı” deyilən yerdə zibil qutularında əşya axtaran zaman 01 ədəd tapançanı görüb onu götürüb belinə, kəmərin altına qoyduğunu, 16 yanvar 2024-cü il tarixdə 19 radələrində ünvan 3 ünvanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etdiklərindən o, polis əməkdaşları ilə birlikdə bölməyə getdiyini, bölmədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman o, üzərində saxladığı bir ədəd tapançanı çıxarıb onlara təhvil verdiyini bildirdi. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2024-cü il saat 19 radələrində “Vidadi” adlı şəxsin qanunsuz silah gəzdirməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat daxil olduğundan o, sahə rəisi Şahid2 ilə birlikdə Nərimanov rayonu, M.Əlizadə küçəsi 64 ünvanın qarşısında həmin şəxsi saxlayaraq həmin şəxsi polis bölməsinə apardığını, polis bölməsində həmin şəxsin üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd tapançanı çıxarıb təqdim etdiyini gördüyünü, daha sonra həmin tapança möhürlənib protokol tərtib olunaraq götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 19-20) xx.xx.2023-cü il tarixli «şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Nərimanov RPİ-nin 16cı PŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 19:30 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel hissəsinin sağ tərəfinə keçirilmiş 01 ədəd nömrəsi pozulmuş tapançanı təqdim etmişdir. (i.v 27-28) Təhqiqat araşdırılması zamanı keçirilmiş məhkəmə-ballistik ekspertizasının 17 qanvar 2024-cü il tarixli 24\126№-li rəyi ilə müəyyən edilmişdir ki, təhqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibri, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəçə yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Həmçinin tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibri patronların saxlanılnması üçün nəzərdə tutulmuşdur. (i.v 47-52) Azrbaycan Respublikası DİN-nin KTİ-nin 09 fevral 2024-cü il tarixli, 3-13-11/2- 1803/2024 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9x18 mm kalibrli, №si silinmiş “Makarov” Konstruksiyalı PM modelli tapança silahdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşrak edilməmişdir. (i.v 97-98) Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9mm kalibri, yivli odlu döyüş silah olan, texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapança və tapançanın komplekt hissəsi olan darağı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilərək saxlanılnması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v 113-117) Cinayət işinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 24/126 №-li rəyi iş materilallarına uyğun gəlməklə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilətəqsirli bilinərək 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti azad olunub. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çandığına görə qeydiyyatdan çıxarılıb. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Yəni Təqsirləndirilən şəxs hazırkı cinayət hadisəsini xx.xx.2024-cü il tarixdə törətmişdir. Yəni onun məhkumluğu xx.xx.2023-cü ildə ödənildikdən sonra xx.xx.2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il yarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilib barəsində 3 (üç) ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş, 9 mm kalibri, yivli odlu silah döyüş “Makarov” tipli silah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-in 132) CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatı üçün cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu döyüş silah olan “Makarov” konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatı üçün cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar