Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-239/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar olaraq, anbara qanunsuz daxil olub, zərərçəkmişə xeyli miqdarda zərər vurmaqla özgənin əmlakımı gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 21/12 ünvanda yerləşən “Bakı Satış Mərkəzi” adı altında fəaliyyət göstərən tikinti materialları bazarında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi anbara qapının üzərindəki kilidi sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus, hər biri 7.50 manat olmaqla 42 (qırx iki) ədəd ümumi dəyəri 315 manat olan qaynaq çubuğu, hər cütü 1.08 manat olmaqla 488 (dörd yüz səksən səkkiz) cüt ümumi dəyəri 527.04 manat olan qalın əlcək, hər biri 4,60 manat olan 481 ( altı yüz on üç ) ədəd ümumi dəyəri 2212,6 manat olan qapı kilidi, hər biri 4,50 manat olmaqla 720 (yeddi yüz iyirmi) ədəd ümumi dəyəri 3240 manat olan qapı qolu, hər biri 1,50 manat olmaqla 400 (dörd yüz ) ədəd ümumi dəyəri 600 manat olan pəncərə qolu, hər biri 1,18 manat olan 750 (yeddi yüz əlli ) ədəd ümumi dəyəri 885 manat olan qapı üçün nəzərdə tutulmuş rəzəni oğurlayaraq, ona 7779, 64 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra o, təkrar olaraq xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 21/12 ünvanda yerləşən “Bakı Satış Mərkəzi” adı altında fəaliyyət göstərən tikinti materialları bazarında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi anbara qapının üzərindəki kilidi sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus, birinin dəyəri 65 manat olmaqla 40 (qırx) ədəd ümumi dəyəri 2600 manat olan gizli qanad qayçısı, hər biri 17,80 manat olmaqla 120( yüz iyirmi) ədəd ümumi dəyəri 2136 manat olan gizli qanad qolu, birinin dəyəri 4,60 manat olan 132 ədəd ümumi dəyəri 607.2 manat olan qapı kilidini oğurlayaraq, ona 5343,2 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Nərimanov rayonunun ərazisində yerləşən “Bakı Satış Mərkəzi” adı altında fəaliyyət göstərən tikinti materiallarının satışının aparıldığı bazadakı əvvəllər fəhlə kimi işlədiyi anbardan oğurluq etmək məqsədilə taksi ilə həmin anbarın yerləşdiyi ünvana getmişdir. Bazanın içinə daxil olduqdan sonra taksi sürücüsünə əvvəllər işlədiyi anbarın qarşına sürməsini demiş, bundan sonra armatur parçası ilə qapının üzərindəki qıfılı cüzi aşağı əyərək kilidi açmışdır. İçəri daxil olaraq oradan inşaat materialları götürərək taksinin yük yerinə yığmışdı. Daha sonra həmin kilidi əli ilə üzərindən sıxaraq yuxarı qaldırıb bağlamışdır. Daha sonra oğurladığı əşyaları “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən tikinti materiallarının satıldığı bazara apararaq həmin əşyaları orada “Cümşüd” adlı şəxsə 420 manata satmışdır. Daha sonra səhəri gün Kürdəmir rayonuna getmiş və həmin 420 manat pulu ailə üzvlərinin ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra yenidən işləmək məqsədilə Bakı şəhərinə gəlmiş, bir-iki gün müxtəlif yerlərdə fəhlə kimi çalışdıqdan sonra iş tapa bilmədiyindən, həm də pula ehtiyacı olduğundan fikirləşmişdir ki, yenidən əvvəl oğurluq etdiyi anbara gedərək oradan oğurluq etsin. Bundan sonra xx xxxx 2020-ci il tarixdə yenidən yol taksilərindən birinə əyləşərək həmin anbarın qarşısına sürməsini istəmişdir. İlk dəfə olduğu qaydada anbarın qapısının kilidini açaraq oradan müxtəlif növ inşaat materialları götürüb həmin taksinin yük yerinə yığmışdır. Bundan sonra taksiyə əyləşərək Bakıda müvəqqəti kirayədə yaşadığı evə getmiş, səhəri gün oğurladığı inşaat materiallarını da taksiyə yükləyərək yaşadığı Kürdəmir rayonuna getmişdir. xx xxxx 2020-ci il tarixdə isə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət etmişlər. Sonra özü ilə evə apardığı oğurladığı əşyaları da polis əməkdaşlarına təhvil vermişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və etdiyi əməli ailəsinin maddi ehtiyaclarını ödəmək məqsədi ilə etdiyini qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə həmin anbara müxtəlif növ inşaat materialları alaraq yığmışdır. xx xxxx 2020-ci il tarixdə isə anbara gələrkən qapının üzərindəki kilidin açıq vəziyyətdə olduğunu, kilidin sadəcə olaraq qapının üzərindən asıldığını görmüşdür. Tikinti aparılan obyektə inşaat materialı aparmalı olduğundan içəridə bəzi inşaat materiallarını axtardığı zaman onların yerində olmadığını müəyyən etmiş, bundan sonra içəridən oğurluq edilməsindən şübhələndiyi üçün qapının üzərindəki kilidə baxan zaman kilidin üzərində də bəzi izlər görmüş, bundan sonra içəridəki malları sayaraq müəyyən etmişdir ki, anbardan oğurluq olub. Həmin gün oradan hansı inşaat materiallarının oğurlanmasını konkret olaraq müəyyən etdikdən sonra xx xxxx 2020-ci il tarixdə ərizə ilə polisə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 13122,84 manat maddi ziyan dəymişdir. Son olaraq məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu, ona dəymiş ziyanın ödənildiyini bildirərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid X5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə həmişə olduğu kimi Nərimanov rayonu ərazisində yerləşən “Komfort” adı altında fəaliyyət göstərən mebel salonunun qarşısında dayanaraq müştəri gözləmişdir. Bu zaman tanımadığı bir nəfər onun avtomobilinə yaxınlaşaraq taksi lazım olduğunu demiş və bildirmişdir ki, işlədiyi sexdən müxtəlif növ mallar götürərək başqa yerə aparmalıdır. Bu məqsədlə ona avtomobil lazımdır. Bundan sonra həmin şəxs onun avtomobilinə əyləşmiş və Nərimanov rayonu ərazisində yerləşən “Bakı Satış Mərkəzinə” getməyi bildirmişdir. Satış Mərkəzinin qapısından keçdikdən sonra bir qədər içəri hərəkət etmiş, orada yerləşən anbarlardan birinin qarşısında avtomobili saxlamağı və avtomobilin arxa tərəfini anbarın qapısına doğru saxlamağını istəmişdir. Daha sonra o, avtomobildən düşərək anbara daxil olmuş, oradan çıxardığı yükləri avtomobilin yük yerinə doldurmuşdur. Daha sonra Neftçilər metrostansiyasının yaxınlığında yerləşən tikinti bazarının yaxınlığına sürməyini bildirmişdir. Oraya çatdıqda isə yükləri avtomobildən özü boşaltmış və yol pulunu verdikdən sonra oradan uzaqlaşmışdır. Bütün əşyaları o özü tək avtomobilə yükləmiş, onun anbardan konkret olaraq nə götürdüyünü görməmiş, lakin bir neçə qutu olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış materialda AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin əlamətləri olduğundan, göstərilən maddələr ilə fakta görə cinayət işi başlanaraq ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 38-39) Əşyanın baxışının aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən xx xxxx 2020-ci il tarixdə oğurlamış olduğu 40 (qırx) ədəd gizli qanad qayçısı, 120( yüz iyirmi) ədəd gizli qanad qolu bundan başqa 132 ( altı yüz on üç ) ədəd qapı kilidi iş üçün mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq həmin əşyalara baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qanad qayçısı kimi adlanan inşaat avadanlıqları aliminiumdan hazırlanmış və ayrı-ayrı karton qutulara yığılmışdır. 120 ədəd gizli qanad qolu ağ rəngli plastik kütlədən hazırlanmışdır. 132 ədəd qapı kilidi isə dəmir materialdan hazırlanmışdır və hər birinin üzərində açarları vardır. Həmin əşyalar cinayətin predmeti olduğundan, onun öz xüsusiyyət və əlamətlərinə, mənşəyinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə götürülmüşdür. (i.v. 47) Maddi sübut kimi tanıma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqdim olunmuş 40 (qırx) ədəd gizli qanad qayçısı, 120( yüz iyirmi) ədəd gizli qanad qolu və 132 ( altı yüz on üç ) ədəd qapı kilidi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. ( i.v. 53-54) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 57-58). Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Əli Sevdimovun xx.xx.2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 72-74) Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76; 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 82) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/851 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 85.00 manat müəyyən edilir. O cümlədən:
1. 1 ədəd təzə vəziyyətdə üzərində AV SAVİO sözləri olan gizli qanad qayçısı- 65.00 manat,
2. 1 ədəd təzə vəziyyətdə üzərində heç bir marakalanma göstəriciləri olmayan qapı kilidinin tutacağı- 15.0 manat,
3. 1 ədəd təzə vəziyyətdə üzərində HEGEL sözləri olan qapı kilidi-5.0 manat Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (i.v. 93-95) xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, ümumi dəyəri 65 manat olan 40 ədəd gizli qanad qayçısı, bir ədədinin dəyəri 17.08 manat olan 120 ədəd gizli qanad qolu və bir ədədinin dəyəri 4.60 manat olan 132 ədəd qapı kilidi Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona qaytarılmışdır. (i.v. 100) Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihama təkrarçılıq əlaməti əlavə edilməklə,ona CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 101-106) Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(i.v. 109-111) AR Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Karrar X10 X1 Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nə təqdim etmiş olduğu arayışdan görünür ki, 1984cü il təvəllüdlü Abışov X3 rayonu, Karrar kəndində qeydiyyatda olmaqla 3 övladı və həyat yoldaşı ilə birlikdə yaşayır. (i.v. 123) AZ-İİİ 578097 nömrəli doğum haqqında şəhadətnamənin, AZE 11349985 və AZE 11349957 nömrəli şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 olmaqla 3 azyaşlı övladı vardır. (i.v.124) AR Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Karrar X10 X1 Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nə təqdim etmiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində fərdi təsərrüfatla məşğul olmuş, işgüzar, bacarıqlı səmimi insan kimi göstərmişdir. Kənddə yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində hər hansı br yazılı və şifahi şikayət daxil olmamışdır. (i.v. 126) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsqarşıheçbir şikayət və tələbininolmadığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona vurulmuş zərərin aradan qaldırıldığını və təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış protokolu, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə ona dəymiş zərərin əvəzini ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəzatəyinedilərkən, törədilmişcinayətinxarakterinivəictimaitəhlükəlilikdərəcəsini, onunşəxsiyyətini,ocümlədəntəqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı, 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 40 ədəd gizli qaynaq qayçısı, 120 ədəd gizli qanad qolu və 132 ədəd qapı kilidinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəməningəldiyinəticələryalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on ) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyinedilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı, 02 gün müddətbir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 40 ədəd gizli qaynaq qayçısı, 120 ədəd gizli qanad qolu və 132 ədəd qapı kilidinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesabAZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Hafiz Kamranov